Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şotland milliyətçiliyi
Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır. Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır. Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şotland milliyətçiliyi ilə əlaqəli mediafayllar var.
Şotland
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur.
Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Şotland dili
Şotland dili — Şotlandiyada ingilis dilindən başqa əsasən iki yerli dildə danışılır, bunların hər ikisi şotland dili adlansa da, bir birindən dil qruplarına görə seçilən iki fərqli dillərdir.
Şotland funtu
Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır. Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub. Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı. Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər.
Şotland maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.
Şotland (german) dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Şotland dili (keltcə)
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Şotland german dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Şotland kelt dili
Şotland kelt dili və ya Gel dili (Gàidhlig; ing. Scottish Gaelic, və ya Scots Gaelic) — kelt dillərinin Hoydel qolunun nümayəndəsi, daşıyıcıları olan -kelt qəl xalqı -adətən dağlıq Şotlandiyada və Hebrid adalarında yaşayırlar. Daşıyıcılarının sayı Şotlandiyada 58 652 nəfər(2001) və 500-1000 arası Kanadada (Yeni Şotlandiya əyaləti, əsasən Keyp-Breton adası). Dil daşıyıcılarının kiçik qrupları ABŞ, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Respublikasında var. Daşıyıcıların dünyada sayı təxminən 60 min nəfərdir. Şotlandiyanın düzənlik ərazisində yayılmış ingilis dilinə qohum, german dil qrupuna aid skoç dili ilə fərqli dillərdir.
Şotland sallaqqulaq pişiyi
Şotland sallaqqulaq pişiyi və ya skottiş – fold (ing. Scottish Fold) — məxsusi qulaq quruluşu olan (qulaqlar önə və aşağı əyilmiş) pişik cinsi. Bu pişiklərin qeyri – adi xarici görünüşünün səbəbi genetik mutasiyadır. Öz yaranmasına görə bu pişiklər 1961 – ci ildə Şotlandiyanın Petşir qraflığında yerləşən fermada doğulmuş və gözlənilməz mutasiya aşkarlanmış pişik balalarına borcludurlar. Çoban Uilyam Ross ağ pişik balası Syuzini əldə edir. Müasir skotiş – foldlar məhz Syuzidən törəyiblər. Təəssüflər olsun ki, bu pişik erkən yaşda avtomobilin altında qalsa da o vaxta qədər o, daha bir qulağı sallaq pişik balasını – Snuksu dünyaya gətirməyə macal tapmışdı. Snuks bu cins pişiklərin artmasında böyük rol oynamışdır. İlk vaxtlar hesab edirdilər ki, bu pişiklər kardır. Lakin bu ehtimallar özünü doğrultmadı amma xüsusi quruluşuna görə onların qulaqlarına tez – tez təmizləmə lazımdır.
2014-cü il Şotlandiyanın müstəqilliyi haqqında referendumda tərəfdarların siyahısı
Bu siyahıda 2014-cü ildə keçirilən Şotlandiyanın müstəqilliyi haqqında referendumda ictimaiyyətə açıq bir fikir bildirən şəxslər və təşkilatlar sıralanmışdır. Siyahıya daxil olan şəxslərin hamısı referendumda səs veməyib.
Ed (Şotlandiya kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.
Hamilton (Şotlandiya)
Həmilton (ş.german Hamiltoun, şot.kelt Baile Hamaltan) — Şotlandiyanın Cənubi Lanarkşir bölgəsində böyük bir şəhər.
I Domnall (Şotlandiya kralı)
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir. == Həyatı == Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur. O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Дональд // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
I Donald (Şotlandiya kralı)
I Donald (ing. Donald I), I Domnall (şot.kelt Domnall I) və ya Domnall mak Alpin (ortagel: Domnall mac Ailpín, şot.kelt Domnall mac Ailpín; 812, Ayona – 13 aprel 862 və ya 13 aprel 863, Pertşir[d]) — 858–862-ci illərdə Alba (Şotlandiya) kralı, Dal Riada kralı II Alpinin oğlu, Dal Riada kralı I Kennetin qardaşı. İrlandiya annallarında I Donaldın "Piktlər kralı" titulunu daşıdığı məlumatı verilir. Onun hakimiyyəti dövründə "Ed qanunları" bütün Şotlandiyaya şamil edilmişdir. == Həyatı == Domnall mak Alpin təqribən 812-ci ildə indiki Böyük Britaniyaya tabe Şotlandiyanın Ayona adasında anadan olmuşdur. O, Dal Riada kralı II Alpinin oğlu və Dal Riada kralı I Kennetin qardaşı idi. I Kennet 858-ci ildə vəfat edəndə iki oğlu var idi, ancaq krallığın tanistri formasındakı vərəsəlik qanunlarına görə, onun xələfi ən böyük oğlu yox, kiçik qardaşı Domnall mak Alpin olmuşdu. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Дональд // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
I Kennet (Şotlandiya kralı)
I Kennet (ortagel: Cináed I, şot.kelt Coinneach I, ing. Kenneth I) və ya Kennet mak Alpin (ortagel: Cináed mac Ailpin, şot.kelt Coinneach mac Ailpein, ing. Kenneth MacAlpin; təq. 810, Ayona – 8 fevral 858, Forteviot[d]) — təqribən 834–858-ci illərdə Dal Riada kralı, 843–858-ci illərdə piktlər kralı və Makalpinlər sülaləsinin banisi olan II Alpinin oğlu. Dal Riada taxt-tacına irsən sahiblənən I Kennet 843–850-ci illərdə piktlərin krallığını ihlaq edir və bütün Şotlandiyanı fəth etməyə, eləcə də piktləri assimilyasiya etməyə başlayır. Buna görə də ona An Ferbasax (şot.kelt An Ferbasach, azərb. Fateh‎) ləqəbi verilmişdir. Onun krallığının paytaxtı Forteviot idi. O, Stratklayd krallığından olan britlərlə, eləcə də Piktlanda basqınlar təşkil edən danimarkalı vikinqlərlə vuruşmuşdur. Əlavə olaraq, I Kennet Skun daşı kimi talismanları Ayonadakı tərk edilmiş monastırdan götürüb başqa bir yerə aparmışdı.
Livinqston (Şotlandiya)
Livinqston (ing. Livingston, şot.kelt Baile Dhùn Lèibhe) — Böyük Britaniyada, Şotlandiya vilayətində kiçik şəhər.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Piktlər sülaləsinin kralları (Şotlandiya)
Piktlər sülaləsinin kralları — V əsrin əvvəlləri — 843-cü illərdə Şotlandiyada hakimiyyətdə olmuş sülalənin nümayəndələri. Eripin oğlu Drust — 413–480 və ya 513 Anielin oğlu Talorq — 480–484 və ya 513–516 Eripin oğlu I Nexton Morbet — 484–508 və ya 516–539 Drust Qurdinmox — 508–538 və ya 539–569 Qalan Erilix — 538–550 və ya 539–581 Fudrusun oğlu Drust — 550–555 və ya 581–586 Qiromun oğlu Drust — 550–560 və ya 581–591 Qiromun oğlu Qardnak — 560–567 və ya 591–598 Qiromun oğlu Keyltran — 567–568 və ya 598–599 Muyrloxeyxin oğlu Talorq — 568–578 və ya 599–610 Muneytin oğlu Drust — 578–579 və ya 610–611 Qalam Kennalef — 579 və ya 552–580 və ya 611–613 Meylkonun oğlu Bruyd — 556–586 Domelxin oğlu II Qartnat 586–597 Verbanın oğulluğu II Nexton 597–620 Lutrinin oğlu Kiniox — 620–631 Foxelin oğıu Qartneyt — 631–635 Foxelin oğlu Bruyd — 635–641 Foxelin oğlu Talorq — 641–653 Enfretin oğlu I Talorkan — 653–657 Domnallın oğlu IV Qartnert — 657–663 Domnallın oğlu Drest — 663–672 Bilinin oğlu Bruyd — 672–693 Entifidixin oğlu Taran — 693–697 Darqartın oğlu Bruyd — 697–706 Darqartın oğlu III Nexton — 706–724 Talorqenin oğlu Drust — 724–726 Kropun oğlu I Alpin — 726–728 Darqartın oğlu III Nexton (ikinci dəfə) — 728–732 Ferqyusun oğlu Anqus 732–761 Ferqyusun oğlu Bruyd — 761–763 Feredaxın oğlu I Kiniod — 763–775 Feredaxın oğlu II Alpin — 775–780 Enqusun oğlu Talorqen — 780–782 Talorqenin oğlu VIII Drest — 782–787 Tadqın oğlu Konall — 787–789 Ferqyusun oğlu Konstantin — 790–820 Ferqyusun oğlu II Enqus — 820–834 Konstantinin oğlu Drust — 834–836 Anqusun oğlu Eohanan — 836–839 Barqotun oğlu Vurad — 839–842 Feraxın oğlu Bruyd — 842 Feraxın oğlu Kiniod — 842–843 Feraxın oğlu Bruyd — 843–845 Feraxın oğlu Drust — 845–847 Alpinin oğlu Kiniod — 847–858, həmçinin I Kennet Makalpin adı ilə Dal Riadların kralı 843-cü ildə 843-cü ildə piktlərin və skottların krallıqlarını uğurla birləşdirərək Alba krallığını yaratdı, lakin onun davamçıları IX əsrin sonlarına qədər "Piktlər kralı" titulunu daşımışlar. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Пер. с англ. Н. Ю. Чехонадской. — М.: Центрполиграф, 2004. — 217 с. Adomnán, Life of St Columba, tr.
Qordon Vilson (Şotlandiya siyasətçisi)
Robert Qordon Vilson (ing. Robert Gordon Wilson; 16 aprel 1938, Qlazqo – 25 iyun 2017, Dandi) — Şotlandiya siyasətçisi və hüquqşünası. O, 1979–1990-cı illərdə Şotlandiya Milli Partiyasının (şmp) lideri və 1974-cü ildən 1987-ci ilə qədər Dandi-İsti təmsil edən parlament üzvü olmuşdur. O, 1983–1986-cı illərdə Dandi Universitetinin rektoru olmuşdur. SNP: The Turbulent Years 1960–1990, 2009. ISBN 9780951282076 Pirates of the Air: The Story of Radio Free Scotland, 2011 ISBN 9780951282083 Scotland: The Battle for Independence, 2014 ISBN 9780957228535 Thomas A. W. Stewart, "'A disguised Liberal vote'? – third-party voting and the SNP under Gordon Wilson in Dundee during the 1970s and 1980s", Contemporary British History, vol. 33, no. 3 (2019), pp. 357–382.
Şotlandiya Milli Kitabxanası
Şotlandiya Milli Kitabxanası — Şotlandiyanın ən böyük kitabxanası və Böyük Britaniya və İrlandiyada çap olunan hər nəşrin qanuni depozitini alan yalnız altı kitabxanadan biri. Kitabxana Edinburqun mərkəzində bir neçə binadan ibarətdir. Şotlandiya Milli Kitabxanasında 14 milyon çap nəşri var ki, onlardan 7.000.000-u çap kitabı, 100.000 əlyazması, iki milyona yaxın xəritə və 25.000 adda jurnal və qəzetdir. Kitabxana hər il 320.000 yeni kitab alır və 490 dildə materialı özündə birləşdirir. Kitabxananın 32 nəfərdən ibarət Qəyyumlar Şurası fəaliyyət göstərir. Rəsmi təsis olunmazdan əvvəl qanuni depozit hüququ olan milli kitabxananın funksiyalarını 1689-cu ildə əsası qoyulmuş Vəkillər Kollegiyasının kitabxanası yerinə yetirirdi. Kraliça Anna Müəllif Hüquqları Qanunu Böyük Britaniyada nəşr olunan hər bir kitabın qanuni surətini saxlayan milli kitabxana rolunu oynayır. Əsrlər boyu insanlar Kitabxanaya Kitablar, Əlyazmalar və Sənədlər bağışlayıblar. 1920-ci illərdə Kitabxananın Kolleksiyaları Forresdən olan Ser Alexander Grantın ianəsi sayəsində ictimaiyyətə təqdim edildi. 1925-ci ildə Parlament tərəfindən qəbul edilən Akt Şotlandiya Milli Kitabxanasını təsis etdi.
Şotlandiyada Yeni il
Yeni il Şotlandiyada — Şotlandiyada təntənə ilə qeyd olunan bayram Şotlandiyada Yeni il ərəfəsində çəlləkdə qatran yandırır və çəlləyi bütün küçə boyu diyirləyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik və ya bədbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir. == Mənbə == Yeni il dünyada necə qeyd edilir?
Coan Bufort (Şotlandiya kraliçası)
Coan Bufort (ing. Joan Beaufort; 1404 – 15 iyul 1445) — Con Byufortun qızı, Şotlandiya kraliçası. 12 fevral 1424-cü ildə Londonda Şotlandiya kralı III Robertin oğlu Ceyms Stüartla evləndirildi. Cütlüyün 8 övladı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadı. Marqarita Stüart, Fransa dofeni İzabella Stüart, Bretan hersoqinası Janna Stüart, Morton qrafinyası Aleksandr Stüart (16 oktyabr 1430) – II Ceymsin əkiz qardaşı, ölü doğulmuşdur. II Ceyms Elyanora Stüart, Avstriya hersoqinası Mariya Stüart, Buken qrafinyası Anabella Stüart == Mənbə == Browning, Charles H. The Magna Carta Barons and Their American Descendants. London: Genealogical Publishing Company. 1898. Marshall, Rosalind. Scottish Queens, 1034–1714.
Danimarkalı Marqarita (Şotlandiya kraliçası)
Danimarkalı Marqarita (dan. Margrete af Danmark; 23 iyun 1456, Kopenhagen – 14 iyul 1486, Sterlinq qalası[d], Şotlandiya krallığı) — Danimarka, Norveç və İsveç kralı I Kristianın qızı, Şotlandiya kraliçası. 1469-cu ilin iyulunda Şotlandiya kralı III Ceymslə evləndi və cütlüyün bu nigahdan 3 övladı doğuldu. IV Ceyms Ceyms Stüart, Ross hersoqu Con Stüart, Mar qrafı == Mənbə == Elizabeth Ewan, Sue Innes and Sian Reynolds, The Biographical Dictionary of Scottish Women: From Earliest Times to 2004 (Edinburgh: Edinburgh University Press, 2006). ISBN 978-0748617135 Thomas Dickson, Accounts of the Treasurer, vol. 1 (Edinburgh, 1877), pp. 83–85: Thomas Thomson, A Collection of Royal Inventories (Edinburgh, 1815), pp.
III Ceyms (Şotlandiya kralı)
III Ceyms (ing. James III of Scotland; 10 iyul 1451, Sterlinq qalası[d] – 11 iyun 1488, Stirlinq) — Şotlandiya kralı. Atasının 1460-cı ildə sui-qəsdlə öldürülməsinin ardından hələ 9 yaşında ikən Şotlandiya kralı elan olundu. Səltənətinin ilk 10 ili yerli əsilzadələrin taxt naibliyi uğrunda girişdiyi siyasi mübarizə ilə keçdi. 1469-cu ildə təkbaşına hakimiyyəti əlinə alan III Ceyms zəif xarakterli bir kral idi və səltənətinin geri qalanı 2 böyük üsyanla mübarizə apararaq keçdi. 1482-ci ildə ingilislərlə müttəfiq olan qardaşı Aleksandr Stüart taxt uğrunda üsyan etdi və bu üsyan III Ceymsin bir müddət həbs tutulmasına səbəb oldu. Çalxantılı səltənəti 1488-ci ildə üsyan edən əsilzadələrlə döyüşdə həlak olmasıyla nəticələndi və taxt üsyançı birliklərin sevimlisi olan böyük oğlu IV Ceyms tərəfindən ələ keçirildi. === Ailəsi === 1469-cu ilin iyulunda Danimarka kralı I Kristianın qızı Marqaritayla evləndi və cütlüyün bu nigahdan 3 oğlu dünyaya gəldi. IV Ceyms Ceyms Stüart, Ross hersoqu Con Stüart, Mar qrafı == Mənbə == Macdougall, Norman, James III, A Political Study, John Donald (1982) Macdougall, Norman, James III, John Donald (2009), a fully revised and updated edition with substantially different conclusions on James III's career compared to the 1982 edition. Stevenson, Katie.
III Robert (Şotlandiya kralı)
III Robert (ing. Robert III of Scotland; təq. 1330-cu illər, Skon sarayı[d] – 4 aprel 1406, Rotsey qəsri[d]) — Şotlandiya kralı. 1363-cü ildə atasıyla birlikdə II Davidə qarşı üsyan etsə də, vərasət hüququnun əlindən alınmaması şərtilə atası qısa zamanda üsyanı sonlandırdı. Nəhayət, böyük dayısının geridə rəsmi varis buraxmadan vəfat etməsinin ardından 1371-ci ildə atası II Robert taxta çıxdı. Ancaq atası yaşlı idi və onun dövlət idarəsindən narazı olan müxalif qruplar taxt varisi kimi Robertin ətrafında toplandı. 1384-cü ildə onun ordu komandanlığına gətirilməsiylə ingilislərlə hərbi münaqişə yenidən alovlandı. 1388-ci ildə ingilislər üzərində qəti qələbə qazandı. Atasının vəfatının ardından 1390-cı ildə III Robert taxta çıxdı. Ancaq taxta çıxmaq arzusunda olan qardaşıyla böyük oğlu arasındakı taxt mübarizəsi səbəbilə uzun müddət krallığın qərb torpaqlarına gedərək dövlət işlərindən uzaqlaşdırıldı.
II Ceyms (Şotlandiya kralı)
II Ceyms (ing. James II of Scotland; 16 oktyabr 1430, Holirud abbatlığı[d] – 3 avqust 1460, Roksburq[d]) — Şotlandiya kralı. Atasının 1437-ci ildə sui-qəsdlə öldürülməsinin ardından hələ 6 yaşında ikən Şotlandiya kralı elan olundu. Tacqoyma mərasimi Skon məbədi yerinə Holirud abbadlığında keçirilən ilk Şotlandiya kralı olan II Ceyms taxt mübarizələriylə keçən səltənətinin sonunda top atəşiylə tərtiblənən sui-qəsd nəticəsində öldürüldü. === Ailəsi === 3 iyul 1449-cu ildə Holirud abbadlığında Burqundiya hersoqu Qorxusuz Conun nəticəsi Qilderli Mariya ilə evləndirildi. Cütlüyün bu nikahdan 7 övladı doğulsa da, bunlardan yalnız ikisi yetkinlik yaşına çatmadı. Ölü doğulan bir oğlan uşağı (19 may 1450) III Ceyms, Şotlandiya kralı Mariya Stüart, Arran qrafinyası Aleksandr Stüart, Albani hersoqu David Stüart (1455–1457) Marqarita Stüart Con Stüart, Mar qrafı == Mənbə == Brown, Michael. The Black Douglases – War and Lordship in late Medieval Scotland. East Linton 1998: Tuckwell Press. 1998.
II David (Şotlandiya kralı)
II David (ing. David II of Scotland; 5 mart 1324, Danfermlin sarayı[d], Fayf[d] – 22 fevral 1371, Edinburq qalası) — Şotlandiya kralı. Atasının ölümünün ardından hələ 5 yaşında ikən taxta çıxarıldı və 1331-ci ilin noyabrında Skon məbədində keçirilən mərasimlə tacqoyma mərasimində vəftiz edilən ilk Şotlandiya kralı oldu. Uşaq yaşda olması və taxt naibliyi uğrunda yerli əsilzadələrin mübarizəsindən istifadə edən İngiltərə kralı III Eduard ölkədəki əsilzadələri krala qarşı ayaqlandırdı. Bu isə İkinci Şotlandiya Müstəqillik müharibəsinə səbəb oldu. 1333-cü ildə baş tutan döyüşdə ingilislərin qalib gəlməsinin ardından, II David və ailəsi Fransaya qaçırıldı və burada uzun müddət sürgündə yaşadı. 1346-cı ildə II David fransız dəstəyilə İngiltərəyə müharibə elan etdi. Ancaq qısa zaman sonra məğlub edildi və döyüş meydanında əsir düşərək 11 il İngiltərədə tutuldu. Bu illər ərzində Şotlandiya bacısı oğlu Robert Stüart tərəfindən idarə edildi. 1357-ci ildə tərəflər arasında bağlanan sülhün ardından II David külli miqdarda döyüş təzminatı ödəməyi öhdəliyinə götürərək azad edildi.
II Robert (Şotlandiya kralı)
II Robert (ing. Robert II of Scotland; 2 mart 1316, Paysli monastrı[d] – 19 aprel 1390) — Şotlandiya kralı. II Davidin bacısı oğlu idi və onun geridə rəsmi varis qoymadan vəfatının ardından taxta çıxarıldı. Stüartlar sülaləsindən taxta çıxan ilk Şotlandiya kralıdır. Anası Şotlandiya kralı I Robertin böyük qızı Marjori Brus, atası isə yerli əsilzadələrdən Volter Stüartdır. Babası I Robert taxta çıxdıqdan sonra oğul övladı olmadığı üçün qardaşı Eduard Brusu varisi elan etmişdi. O əsnada dünyaya gələn Robert taxtın ikinci, Eduard Brusun 1318-ci ildə ölümündən sonra isə birinci varisi təyin olundu. Ancaq çox keçmədən 1324-cü ildə dayısı David Brus dünyaya gəldi və kralın oğlu olaraq taxtın birinci vəliəhdi təyin edildi. Beləcə, taxt sıralamasında geriyə düşən Robertin, parlamentin 1327-ci ildə verdiyi qanunla Davidin varissiz vəfatı halında taxta çıxarılmasına qərar verdi. Babasının 1329-cu ildə vəfatının ardından 5 yaşlı dayısı II David taxta çıxarıldı.
IV Ceyms (Şotlandiya kralı)
IV Ceyms (ing. James IV of Scotland; 17 mart 1473, Holirud abbatlığı[d] – 9 sentyabr 1513, Nortamberlend qraflığı[d]) — Şotlandiya kralı. Atasının 1488-ci ildə üsyançılarla döyüşdə öldürülməsinin ardından 15 yaşında ikən Şotlandiya kralı elan olundu. Donanmanın inkişaf etdirildiyi səltənəti Şotlandiya tarixinin ən parlaq illəri hesab olunur. Digər tərəfdən sənətə önəm verirdi və dövrün bir çox sənətçisini və incəsənət xadimini himayə etdi. Şotlandiyada ilk mətbəə və 2 böyük universitet məhz onun səltənətində quruldu. 1496-cı ildə parlamentin icbari təhsillə bağlı verdiyi qərarla ibtidai təhsil məcburi oldu. Dövlət gəlirləri məhz onun dövründə artırıldı. 1502-ci ildə bağlanan sülh və ertəsi il İngiltərə kralı VII Henri Tüdorun qızı Marqaritayla evlənməsi ingilislərlə münasibətləri yaxşılaşdırdı və 1603-cü ildə hər iki krallığın birləşdirilməsinə yol açdı. 1507-ci ildə Roma papası II Yuli tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı.
I Ceyms (Şotlandiya kralı)
I Ceyms (ing. James I of Scotland; 25 iyul 1394, Danfermlin sarayı[d], Fayf[d] – 21 fevral 1437) — Şotlandiya kralı. Böyük qardaşı David Stüartın 1402-ci ildə şübhəli ölümünün ardından taxtın varisi oldu. O əsnada taxt naibi olan əmisi Robert Stüartın sui-qəsd tərtibləməsindən çəkinən dəstəkçiləri onu Fransaya qaçırmaq istəsə də, mindiyi gəmi ingilislər tərəfindən ələ keçirildi və Ceyms uzun illər əsir tutulduğu Londona aparıldı. İngiltərə kralı IV Henrinin əsarəti altında ikən atasının vəfatı xəbərini aldı və 11 yaşında Şotlandiya kralı elan olundu. Ancaq əsirliyi bitmədi. Özü Londonda tutuldu və Şotlandiyadakı əmisi Robert Stüart taxt naibliyinə davam etdi. Əsasən London qəsri və Vindzor qalasında keçən əsarət illəri boyunca mükəmməl təhsil alan I Ceyms İngiltərə kralı V Henrinin Fransadakı hərbi yürüşlərində iştirak etdi. Əmisinin ölümündən sonra naiblik əmisinin böyük oğlu Murdok Stüartın əlinə keçdi. Ancaq çox keçmədən I Ceyms 1424-cü ilin aprelində azad buraxılaraq Şotlandiyaya göndərildi.
I Robert (Şotlandiya kralı)
I Robert (ing. Robert I of Scotland; 11 iyul 1274 – 7 iyun 1329) — Şotlandiya kralı. Birinci Şotlandiya Müstəqillik müharibəsi boyunca hakimiyyətdə oldu və ingilislərə qarşı ölkəni cəsarətlə müdafiə etdi. Şotlandiya kralı I Davidin şəcərəsindən olan Robert Vilyam Vollesin İngiltərə kralı I Eduarda qarşı üsyanında yer aldı və 1298-ci ildə Şotlandiyanın qoruyucusu ünvanı aldı. Ancaq həmkarlarından İohann Kominin öldürülməsində adı hallandı və bu səbəblə, Roma papası V Klement tərəfindən 1306-cı ilin fevralında aforoz edildi. Ölkədəki gücünü itirməmək üçün dərhal taxt iddiasını irəli sürdü və 25 mart 1306-cı ildə keçirilən tacqoyma mərasimiylə özünü Şotlandiya kralı elan etdi. Ardından ingilislərlə və taxt iddiası irəli sürən yerli rəqiblərinə qarşı mübarizəni davam etdirdi. 1309-cu ildə ilk parlamentini topladı. Ard-arda qazandığı hərbi zəfərlərin ardından ingilislər Şotlandiyanın bölgədəki gücünü tanıdı. 1320-ci ildə şotland əsilzadələr I Robertin suveren hökmdar olmasıyla bağlı bəyannamə hazırlayaraq Roma papası XXII İohanna təqdim etdilər.
Janna Byufort (Şotlandiya kraliçası)
Coan Bufort (ing. Joan Beaufort; 1404 – 15 iyul 1445) — Con Byufortun qızı, Şotlandiya kraliçası. 12 fevral 1424-cü ildə Londonda Şotlandiya kralı III Robertin oğlu Ceyms Stüartla evləndirildi. Cütlüyün 8 övladı doğuldu və bunlardan yalnız biri yetkinlik yaşına çatmadı. Marqarita Stüart, Fransa dofeni İzabella Stüart, Bretan hersoqinası Janna Stüart, Morton qrafinyası Aleksandr Stüart (16 oktyabr 1430) – II Ceymsin əkiz qardaşı, ölü doğulmuşdur. II Ceyms Elyanora Stüart, Avstriya hersoqinası Mariya Stüart, Buken qrafinyası Anabella Stüart == Mənbə == Browning, Charles H. The Magna Carta Barons and Their American Descendants. London: Genealogical Publishing Company. 1898. Marshall, Rosalind. Scottish Queens, 1034–1714.
Şotlandiya Kral Akademiyası
Şotlandiya Kral Akademiyası — Edinburqda yerləşən milli incəsənət akademiyası. O, müasir Şotlandiya incəsənətini təbliğ edir. == Tarixi == Akademiya 1826-cı ildə Edinburqda yaradılmışdır. Əvvəlcə Şotlandiya Akademiyası adlanırdı, 1838-ci ildə kral nizamnaməsinin verildiyi qərardan sonra Şotlandiya Kral Akademiyası adlandırıldı. 1850-ci ildə Akademiya yeni binaya köçdü. Bina görkəmli şotland memarı Uilliam Henry Playfair tərəfindən dizayn edilmişdir. 2005-ci ildə Akademiyanın binası tamamilə bərpa edildi və yeraltı tunellər vasitəsilə Şotlandiya Milli Qalereyası ilə birləşdirildi. Akademiya ölkədə müstəqil şəkildə maliyyələşdirilən, görkəmli rəssamlar və memarlar tərəfindən idarə olunan, sərgilər və əlaqəli təhsil fəaliyyətləri vasitəsilə təsviri incəsənətin yaradılmasını və dərk edilməsini təşviq edən və dəstəkləyən mövqeyə malikdir. == Fəaliyyəti == Akademiyada XVII-XIX-cu əsrlərə aid Avropa və Şotlandiya incəsənəti kolleksiyaları, həmçinin müasir Şotlandiya rəsmləri kolleksiyasını qoruyub saxlayır. Şotlandiya incəsənəti və memarlığının son 200 ildən çox tarixinə dair sənədləri özündə əks etdirən arxiv bölməsi də var.
Qotland adası
Qotland (isv. Gotland) — Baltik dənizində İsveçə məxsus olan ada. Ada yaxınlığındakı kiçik adalarla birlikdə Qotland vilayətinin Qotland leninə və Qotland kommunasına daxildir. Əhalisi — 56 717 nəf. təşkil edir (2012). Ada ilə materik arasında ən yaxın məsafə 100 km-dir. Sahəsi 2994 km² təşkil edir. Sahəsinə görə İsveçin ən böyük adasıdır. Yaxınlığında yerləşən Foryo (113,3 km²), Qotska-Sandyon (36,54 km²), Lilla-Karlsyo (1,39 km²), Stura-Karlsyo (2,35 km²) və digər adalarla birlikdə Qotland lenini təşkil edirlər. Ada öz növbəsində bir platodur.
Şetland adaları
Şetland adaları (ing. Shetland; şot.kelt Sealtainn; q.skan. Hjaltland) — Birləşmiş Krallığın şimalında, Orkney və Farer adaları arasında yerləşən, Şotlandiyaya məxsus arxipelaq. Şetland adalarının sahəsi 1,466 km2, sahil xətti 1,500 kilometrdən çox və əhalisi təxminən 22 min nəfərdir. İnzibati mərkəzi Lervik şəhəridir. Adalar Birləşmiş Krallığın ən şimal nöqtəsidir. Şetland Şotlandiyanın 32 qraflığından biridir. Əvvəlcə Norveç müstəmləkəsi olan adalar 12 fevral 1472-ci ildə Şotlandiya tacının nəzarətinə keçmişdir.
Şetland plitəsi
Şetland plitəsi — litosfer plitəsi olaraq, 0.00178 steradion sahəsinə malikdir. Antarktika plitəsinin bir hissəsi kimi götürülür. Antarktik yarımadası yaxınlığında, Dreyk boğazında ərazisində yerləşir. Plitə üzərində Cənubi Şetland adaları yerləşir. Skotiya plitəsi ilə konvergend sərhədə malikdir.
Qotland müqaviləsi (1288)
Qotland müqaviləsi (isv. Gotländska freden) — İsveç kralı III Maqnus Ladulosun vasitəçiliyi ilə İsveçin Qotland adasının kəndliləri ilə adanın ən böyük şəhəri olan Visbyu şəhərinin əhalisi arasında bağlanmış sülh müqaviləsi. Ehtimallara görə, onlar arasında münaqişə Baltik dənizində ticarətdən əldə olunan gəlirlər uğrunda rəqabət, həmçinin ada əhalisinin bu iki qrupu arasında şəhər əhalisinin Visbyuya daxil olan bütün növ mallardan aldığı rüsumlar haqqında fikir ayrılıqları nəticəsində yaranmışdır. 1288-ci ildə Visbyu şəhər divarının tikintisi başa çatdıqdan sonra tətbiq edilən yeni rüsumlar kəndliləri qəzəbləndirmişdi. İsveç kralı çoxdan öz təsir dairəsini şərqə doğru genişləndirmək və Baltik dənizində gəlirli ticarətdən daha böyük pay almaq istəyirdi. Şəhər əhalisi ilə Qotland kəndliləri arasında yaranan qarşıdurma ona o vaxta qədər xeyli muxtariyyətə malik olan bu ada üzərində hakimiyyətini möhkəmləndirmək üçün əla fürsət yaratmışdı.
Cənubi Şetland adaları
Cənubi Şetlend adaları (ing. South Shetland Islands) — Atlantik okeanda Antarktik yarımadasıının şimalında yerləşir. == Coğrafiya == Arxipelaq cənub-qərbdən şimal-şərqə doğru uzanır. Antarktik yarımadasından Bransfild boğazı ilə ayrılır. Cənubi Amerikadan Dreyk boğazı ilə ayrılır. Arxipelaqda çoxlu sayda xırda adalar vardır. Ümumi sahəsi 3687 km² təşkil edir. === Adaları === == Tarixi == Cənubi Şetland adaları 19 fevral 1819 ildə britaniyalı dənizçi Vilyam Smit (ing. William Smith) tərəfindən «Williams» gəmisində aşkarlanır. O, Montevideodan Valparaisoya gedərkən aşkarlayır.
BBC Scotland
«BBC Scotland» (ing. «BBC Scotland») — 24 fevral 2019-cu ildən yayımlanması planlanan Şotlandiya özəl kanalı. Telekanalın sahibi «BBC Scotland» şirkətidir. Telekanal «BBC Two Scotland» telekanalanın əvəzinə yaradılmışdır. Kanalın açılması üçün digər kanal bağlanmışdır. Şotlandiya tamaşaçılarının hələ də «BBC Two Scotland» telekanalına çıxışı olacaq. Regional məzmunlu verilişlər tərcümə şəklində yeni kanalda yayımlanacaq. Kanalın açılması ilk olaraq 2017-ci ilin noyabr ayında təklif olunmuş, 2018-ci ilin aprel ayında isə qəbul olunmuşdur.
Bank of Scotland
Şotlandiya Bankı ing. Bank of Scotland) — Şotlandiyanın mərkəzi bankı. Mərkəzi aparatı Edinburq şəhərində yerləşir.
Flower of Scotland
Flower of Scotland (ing. flur na h-Alba) — Şotlandiyanın ən çox istifadə olunan qeyri-rəsmi himnidir. Roy Uilliamson tərəfindən yazılıb. Beynəlxalq idman yarışlarında dövlət himni olaraq deyilir.
Robert Skotland Liddell
Robert Skotland Liddell (1885, Lauder[d] – 1972, Birləşmiş Krallıq) AXC dövründə Bakıda və Tiflisdə fəaliyyət göstərmiş ingilis hərbi müxbiri . I Dünya Müharibəsi zamanı Rusiyanın müharibədəki iştirakından bəhs edən, ingilis qəzeti olan "The Sphere"-nin müxbiri və fotoqrafı olmuşdur. 1915-ci ildə Petroqrada gəlmiş və ordan Varşavaya getmişdir. Burada Rus ordusunun Polşalı Qızıl Xaç Könüllülərinin üzvü olmuşdur. Bu dövrlərdə başda "Sphere" olmaqla müxtəlif qəzetlərdə məqalələri çıxmışdır. Müharibənin sonlarından etibarən Cənubi Qafqazla sıx bağlı olmuşdur. Azərbaycan Respublikasının dövlət arxivində Cümhuriyyətə aid sənədlər arasında Skotland Liddelin ingilis və rus dillərində çoxlu məqalələrinin surətləri saxlanılır. Cənubi Qafqazda millətlərarası münasibətlərə həsr etdiyi məqalələrində daha çox Azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdən bəhs edir. Skotland Liddell erməni psixologiyasını, ermənilərin regionda və ona qonşu ərazilərdə yetirdikləri şovinist millətçilik siyasətinin mahiyyətini çox gözəl başa düşmüşdür. Beləki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransı dövlətləri tərəfindən Cənubi Qafqaz respublikalarının müstəqilliyinin de-fakto tanındığı bir vaxtda daşnak Ermənistanı hökumət ordusunun silahlı erməni quldur dəstələri ilə birlikdə Qarabağda Şuşa istiqamətində hücumunu Skotland Liddell "təkcə cinayət deyil, həm də son dərəcə ağılsız hərəkət" adlandırmışdı.
Holland
Hollandlar və ya niderlandlılar (nid. Nederlanders) — german dilli xalq və millət, Niderland Krallığının əsas əhalisi.
Rutland
Rutland (ing. Rutland Island) — Böyük Andaman adaları qrupuna daxil olan ada. Öz növbəsində Hindistanın müttəfiq Andaman və Nikobar adaları ərazisinə daxildir. Cənubi Andaman adasından cənubda yerləşir. Kiçik Andaman adasından Dunkan boğazı ilə ayrılır. Adanın sahəsi 109,3 km², sahil xəttinin uzunluğu isə 60 km. 2008-ci il məlumatına görə adada 688 nəfər yaşayır. Ada ətrafında kiçik balıqlar və mərcanlar yayılmışdır. Şimali Sentinel adasının bitki örtüyü ilə eynidir.
Şotlanlı
Şotlanlı (Ağcabədi) — Azərbaycan Respublikasının Ağcabədi rayonunun inzibati ərazi vahidində kənd. Şotlanlı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.
Borland
Borland Proqram Təminatı şirkəti (Borland Software Corporation) — Proqram təminatı istehsalçısı olan şirkətdir. 2009-cu ildə Böyük Britaniyanın Micro Focus şirkəti tərəfindən alınıb. Şirkət 1981-ci ildə İrlandiyada üç danimarkalı – Nils Yensen (Niels Jensen), Ole Henriksen və Mogens Glad tərəfindən yaradılıb. İlk illər əsas fəaliyyəti CP/M əməliyyat sistemi üçün proqram təminatının işlənib hazırlanması olub. Amerika bazarına çıxmaq üçün şirkət 1983-cü ildə səhmdar cəmiyyətə çevrilmiş və Borland International adlandırılmışdır. Mənzil-qərargahı Ostin (Texas ştatı) şəhərində yerləşirdi. Şirkəti məşhur edən Turbo Pascal proqramlaşdırma aləti olub. 1990-cı illərin əvvəllərində şirkət özünün Quattro Pro elektron cədvəli və 1993-cü ildə aldığı WordPerfect mətn prosessoru ilə ofis paketləri bazarına çıxmağa cəhd edib, fəqət bu proqramlar 1994-cü ildə Novell şirkətinə satılıb, o isə öz növbəsində həmin proqramları iki il sonra Corel şirkətinə satıb. 1994-cü ildə buraxdığı Delphi proqramlaşdırma mühitinin ilk versiyası çox uğurlu alındı. Borland verilənlər bazalarının idarəolunması sistemləri bazarında da özünü sınayıb: Paradox, dBase və InterBase.
Holland dili
Niderland dili (nid. de Nederlandse taal, het Nederlands ) — niderlandlıların və flamandların dili. Flamandların ləhcəsinə ədəbiyyatda Fələməng dili də deyilirdi. Hind-Avropa dil ailəsinin german dilləri qrupuna (Qərbi german dilləri yarımqrupu) daxildir.
Holland hərracı
Holland inqilabı
Niderland burjua inqilabı və ya Səksən illik müharibə (1568–1648) (nid. Tachtigjarige Oorlog) — Niderlandda Avropanın ilk uğurlu burjua inqilabı. Xarici istibdad altında olan ölkədə baş verən bu inqilab, müstəqillik uğrunda mübarizə formasını almış və kalvinizmin ideoloji bayrağı altına keçmişdi. İnqilab ancaq ölkənin şimalında qalib gəldi, çünki burada onun qələbəsi üçün bütün sosial, iqtisadi, siyasi şərtlər yetişmişdi. == Niderland inqilab ərəfəsində == XV əsrdə Niderland Burqund dövlətinin tərkibinə daxil idi, onun dağılmasından sonra isə (1477) sülalə uniyasına görə Habsburqların hakimiyyəti altına keçdi. XVI əsrdə Niderland, hazırkı ərazisindən başqa, Belçikanın, Lüksemburqun və qismən Fransanın ərazisini də əhatə edirdi. Ölkə 17 əyalətdən ibarət idi. Onlardan ən böyükləri bunlar idi: Eno (Qeneqau), Artua, Lüksemburq, Namür, Flandriya, Brabant, Niderland, Zelandiya, Frislandiya, Utrext, Helder. V Karlın taxt-tacdan imtinasından sonra Niderland II Filip İspaniyalının dövlətinə daxil oldu. V Karl və II Filip hökumətləri Niderlandda mütləqiyyət qaydalarını qurmaq istəyi ilə, çoxşahəli bürokratik aparat yaratdılar, hansı ki II Filipin vaxtında ona Parmalı Marqarita başçılıq edirdi.
Holland müdafiəsi
Holland müdafiəsi — Şahmat termini İlk dəfə olaraq 1789-cu ildə Hollandiya şahmat ustası Steyn tədqiq etmişdir.
Holland sindiromu
Holland sindromu — iqtisadiyyatda xüsusi bir sektorda baş verən artım (məsələ, təbii sərvətlər) ilə digər sektorlarda baş verən azalma (məsələn, istehsalat və ya kənd təsərrüfatı) arasındakı əlaqəni göstərmək üçün istifadə edilən termin. Fərz edilən mexanizm budur ki, inkişaf edən sektorda büdcə gəlirləri artdıqda həmin ölkənin milli məzənnəsi digər ölkələrin məzənnəsinə nisbətən daha çox gücə sahib olur. Bu, həmin ölkənin ixrac məhsullarının digər ölkələr tərəfindən daha baha qiymətə alınması, lakin digər sektorları daha az rəqabətli edərək bu sektordakı əmtəələri daha ucuz qiymətə idxal etməsi ilə nəticələnir. Termin 1977-ci ildə "The Economist" (azərb. İqtisadçı‎) jurnalı tərəfindən 1959-cu ildə Niderlandın Qroninqen əyalətində böyük təbii qaz yataqlarının kəşfindən sonra Niderlandda baş verən istehsalat sektorunun zəifləməsi halını təsvir etmək üçün istifadə edilmişdir. == Model == Holland sindromunu təsvir edən klassik iqtisadi model 1982-ci ildə iqtisadçılar Maks Kordn və Piter Nieri tərəfindən irəli sürülmüşdür. Modeldə bir ticarətdə istifadə edilə bilməyən sektor ilə (xidmət sahəsi) iki ticarətdə istifadə edilən sektor vardır: inkişaf edən və geridə qalan (inkişaf etməyən) sektorlar. İnkişaf edən sektora adətən neft, təbii qaz, qızıl, mis, brilyant, boksit kimi təbii sərvətlərin çıxarılması və ya kofe yaxud kakao kimi məhsulların istehsalı daxildir. İnkişaf etməyən (gerdiə qalan) sektora isə adətən kən təsərrüfatı və ya istehsalat sektoru aid edilir. "Resurs bumu" iqtisadiyyata iki yolla təsir göstərə bilir: "Resurs cərəyanı effekti"ndə resurs bumu əmək sektoru üçün olan tələbatı artırır və bu, istehsalatın inkişaf edən sektor tərəfə meyil etməsinə, geridə qalan (inkişaf etməyən) sektordan isə daha da uzaqlaşmasına səbəb olur.
Fantomas Skotland-Yarda qarşı (film, 1966)
Fantomas Skotland-Yarda qarşı — rejissor Andre Yunebelin Marsel Allen və Pyer Suvestrin məşhur avantürist Fantomas haqqındakı romanlarının motivləri əsasında macəra-komediya janrında çəkdiyi 3 filmdən sonuncusu. 1966-cı ildə Fransada çəkilmiş, 1968-ci ildə "Soyuzmultfilm" kinostudiyasının tərcüməsində Sovet prokatında yayımlanmağa başladıqdan sonra SSRİ-də böyük məşhurluq qazanmışdır. == Rollarda == Baş rollarda Jan Mare, Lui de Fünes çəkilmişlər və Rita Renuar.
Siland
Silend — Şimal Dənizində yerləşən virtual dövlət. Dünyanın ən kiçik tanınmayan ölkəsidir.. Psevdo ölkə britaniyalı leytenant Roy Beyts tərəfindən neft platformasının üzərində qurulub. İngiltərə ordusunun keçmiş leytenantı Roy Beyts 1967-ci ildə Böyük Britaniyanın yaxınlığındakı neft platformalarından birini zəbt edərək, orada "Siland" adı verdiyi ölkəsini qurub. Britaniya Kral Donanması leytenantı adadan uzaqlaşdırmağa səy göstərsə də platformadan açılan xəbərdarlıq atəşinə məruz qalan donanmanın əsgərlərinin cəhdi uğursuzluqla nəticələnib. Sonrada həbs edilən leytenantın məhkəmə işində hakimlər hadisənin İngiltərə sərhədlərindən kənarda baş verdiyini bildirərək, Roy Beytsi sərbəst buraxıılması barədə hökm çıxarırlar. 1974-cü ildə Britaniyanın Konstitusiya məhkəməsinə müraciət edən leytenant dövlətin simvolu olan bayraq, milli marş və Siland dollarının qəbul edilməsinə nail olur. Özünü Siland knyazı adlandıran keçmiş hərbçinin ölkəsi heç bir dövlət tərəfindən tanınmayıb. Maraqlıdır ki, 550 kvadratmetr əraziyə malik olan dövlətdə çevrilişə belə cəhd edilib. Belə ki, leytenantın platforma-dövlətdə olmadığından istifadə edən Beyts ailəsinin üç üzvü vertolyotla platformaya gələrək, leytenantın oğlunu mətbəxə həbs edirlər.
Soylan
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.