Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ştangenpərgar
Ştangenpərgar (alm. Stangenzirkel‎) — cisimlərin xarici və daxili ölçülərini yüksək dəqiqliklə ölçən cihazdır.
Didrik Solli-Tangen
Didrik Solli-Tangen (11 iyun 1987) - norveçli müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Norveçi "My Heart Is Yours" mahnısı ilə təmsil etmişdir.
Tangens
Tangens — qarşı katetin qonşu katetə olan nisbətinə deyilir.
Şengen
Şengen - Lüksemburqun cənub-şərqində Mozel çayının qərb sahilində yerləşən kiçik şərabçılıq qəsəbəsi və kommunası. Kommuna Almaniya və Fransa ilə sərhəddə yerləşir. Remerşen and Vintranj kommunaya daxil olan digər qəsəbələrdir. 2011-ci ildə Burmeranj və Vellenşteyn ilə birləşdikdən sonra kommunanın əhalisi 4,223 nəfərə çatmış, ərazisi isə 31,42 km2 təşkil etmişdir. Kommuna əvvəllər ona daxil olan ən böyük qəsəbə olan Remerşenin adı ilə adlandırılmışdır. 1985-ci il Şengen razılaşmasının imzalanmasından sonra Şengen ifadəsinin məşhurlaşması səbəbindən 2006-cı ildə kommunanın adı dəyişdirilmişdir. Kommunanın ərazisində tarixi abidələrdən Şengen qəsri mövcuddur. Qəsrin yaranma tarixi 1390-cı ilə gedib çıxsa da, XIX əsrdə, demək olar ki, tamamilə yenidən qurulmuşdur. Hazırda otel və konfrans zalı kimi fəaliyyət göstərir. Məhz bu şəhərdə 1985-ci ilin iyun ayında beş Avropa ölkəsi öz ölkələri arasında sərhəddə yoxlama və nəzarətə son qoyan bir saziş imzalayıblar.
Şanen
Şanen (fr. Chaneins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivyo-syur-Muanyan kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01083. Kommuna Paris şəhərinin 390 km cənub-şərqində, Lion şəhərindən 38 km şimal-şərqdə və Burk-an-Bres şəhərindən 32 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 820 nəfər təşkil edirdi. 2010-cu ildə 527 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş arasında) 434 nəfər iqtisadi cəhətdən, 93 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 82,4%, 1999-cu ildə 71.7%). Fəal 434 sakindən 409 nəfər (225 kişi və 184 qadın), 25 nəfər işsiz (10 kişi və 15 qadın) idi.
Tangens (triqonometriya)
Tangens — qarşı katetin qonşu katetə olan nisbətinə deyilir.
Jülyen Şanuen
Jülyen Şanuen (fr. Julien Chanoine; 18 dekabr 1870, Paris – 16 iyul 1899) — Fransa hərbçisi. == Həyatı == Jülyen Şanuen 1870-ci ildə Fransanın Paris şəhərində, general Şarl Şanuenin ailəsində anadan olmuşdur. O, 1888–1890-cı illərdə Sen-Kir hərbi akademiyasında təhsil almışdır. 1895-ci ildə Jülyen Şanuen könüllü olaraq Qərbi Afrikaya getmiş və 1896-cı ildə kapitan rütbəsinə yüksəlmişdir. O, leytenant Pol Vule ilə birlikdə Mossi krallıqları üzərində Fransa protektoratının yaradılmasında iştirak etmişdir. Bu zaman Şanuen praktiki olaraq tədqiq edilməmiş ərazilərin topoqrafik tədqiqatlarını aparmış və coğrafi cəmiyyətlərdən bir sıra mükafatlar almışdır. 1898-ci ildə müstəmləkə naziri Andre Lebonun tapşırığı əsasında Niger çayı ilə Çad gölü arasındakı ərazini araşdırmaq üçün böyük bir ekspedisiya təşkil edilmişdir. Bu ekspedisiya zamanı Vule dinc əhaliyə qarşı qırğınlar törətmiş və Parisdən onu çıxarmaq əmri gələndə əmri çatdıran zabiti güllələmiş, bundan sonra Afrika qitəsində öz imperiyasını qurmaq qərarına gəldiyini qoşunlarına bildirmişdir. Buna baxmayaraq, tabeliyində olan qoşunlar onun planlarını dəstəkləməmiş və sonrakı atışmada Şanuen öldürülmüşdür.
Tansen (Fransa)
Tansen (fr. Tencin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Ot-Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38501. Kommunanın 2012-ci il üçün əhalisi 1622 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 23 km şimal-qərbdə yerləşir.
Şengen müqaviləsi
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar. Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı.
Şengen razılaşması
Şengen razılaşması — gömrük-sərhəd nəzarətinin ləğv olunması haqqında 14 iyun 1985-ci ildə 5 Avropa ölkəsi (Belçika, Niderland, Lüksemburq, Fransa, AFR) arasında Lüksemburqun Şengen şəhərində imzalanmış razılaşma. 26 mart 1995-ci il tarixindən qüvvəyə minmişdir. Şengen zonası ölkələri arasında sərhəd yoxlama məntəqələri ləğv olunmuş və Şengen vizası almış turist və qonaqların Zona daxilində sərbəst hərəkəti təmin edilmişdir. İnsanların azad hərəkət prinsipi hələ 1957-ci il Roma müqaviləsində nəzərdə tutulmuşdur. Bununla belə, üzv dövlətlər tərəfindən həmin dövlətin vətəndaşlarının sərhəd keçid məntəqəsində pasport və gömrük yoxlamalarında nəzarət qalmaqda davam edirdi. Üzv dövlətlər arasında belə yoxlamalar barəsində mübahisə yarandıqdan sonra 14 iyun 1985-ci ildə Avropa İqtisadi Birliyinin beş üzv dövləti — Belçika, Niderland, Lüksemburq, Fransa, AFR müvafiq sazişi imzaladılar. Şengen razılaşması Saarbücken müqaviləsinə əsaslanır. Belə ki, Almaniya-Fransa sərhədindəki nəzarət məntəqələrini keçərkən yük maşını sürücülərinin 1984-cü ildə həyata keçirdikləri etiraz nümayişlərindən sonra 13 iyul 1984-cü ildə Qərbi Almaniya kansleri Helmut Kol ilə Fransa prezidenti Fransua Mitteran iki ölkənin ortaq sərhədlərində səyahət edənlərə tətbiq olunan nəzarətin, yoxlamaların mərhələli olaraq aradan qaldırılması ilə əlaqədar Saarbücken müqaviləsini imzalamışdılar. Daha sonra Benilüks ölkələrinin də iştirakı ilə Lüksemburqun Şengen ərazisində bugünkü müqavilənin əsasını təşkil edən və 33 maddədən ibarət Şengen Sazişi imzalandı və ortaq sərhədlərdəki yoxlamaların azaldılması razılaşdırıldı. Qeyd etmək lazımdır ki, bəzi ölkələr, o cümlədən, Böyük Britaniya milli sərhədlərinin təhlükəsizliyini qorumaq məqsədilə müqaviləyə qoşulmamışdı.
Şengen zonası
Şengen zonası (ing. Schengen Area; fr. Espace Schengen) — Lüksemburqun, Şengen şəhərində 1985-ci ildə imzalanmış Şengen müqaviləsinə əsasən 29 Avropa dövlətində daxili vizasız hərəkəti təmin edən şərti ərazi. Şengen zonası daxilində hərəkət edənlər üçün sərhəd yoxlanışı tələb olunmur və səyahətçilər vahid ölkə prinsipi ilə hərəkət edərək 29 Avropa ölkəsinə sərbəst şəkildə hərəkət edə bilirlər. I Şengen müqaviləsi 1985-ci ilin 14 iyun tarixində beş Avropa ölkəsi arasında imzalanmışdır. Müqaviləni Fransa, Qərbi Almaniya ilə yanaşı Benilüks ölkələri olan Belçika, Hollandiya və Luksemburq imzalanmışdır. 1990-cı ilin 19 iyun tarixində Şengen Müqaviləsinin Tətbiq Konvensiyasının imzalanması ilə razılaşma qüvvəyə minmişdir. Müqavilə Lüksemburq, Fransa və Almaniyanın sərhədlərinin kəsişdiyi yer olan Lüksemburqun Şengen şəhərində imzalandığına görə həmin şəhərin adına adlandırılmışdır. İkinci müqavilə isə Mos çayının ortasındakı Kraliça Mari-Astrid adlı gəmidə imzalanmışdır. Müqavilənin qüvvəyə minməsi 1995-ci ilin 26 mart tarixinə qədər uzanmış və bu müddət ərzində Portuqaliya və İspaniya da Şengen zonasına qoşulmuşdur.
Takeda Şingen
Takeda Shingen (1 Dekabr 1521 - 13 May 1573) Yaponiyanın Sengoku dövründə Kai əyaləti daimyosu idi. "Kai Aslanı" olaraq bilinən Şingen, Sengoku dövrünün ən güçlü daimyolarından biriydi və qeyri-adi hərbi gücə malik idi. Şingen, çox az əkilməyə əlverişli ərazisi olan və dənizlə əlaqəsi olmayan, kasıb bir ərazidə yaşayırdı, ancaq Yaponiyanın iləri daimyolarından birinə dönüşdü. Mōri Motonari ilə eyni səviyədədir. Takeda Şingen Takeda klanının lideri Takeda Nobutoranın (武田信虎) və Kai əyalətinin daimyounun ilk oğlu idi. O, gəncliyində bacarıqlı şair olub. O, Takeda klanının yaşlı qohumları və vassalları ilə atasına kömək etdi və kifayət qədər gənc yaşda qəbilə üçün olduqca dəyərli bir əlavə oldu. 1536-cı ildə, 15 yaşında, atasına Un-no Kuçi döyüşündə qalib gəlməsində kömək etdi. 1573-cü ilin fevralında Mikava vilayətinə daxil olduqdan sonra Şingen Noda qalasını mühasirəyə aldı, lakin sonra mühasirə düşərgəsində öldü. Onun ölümünün dəqiq şərtləri məlum deyil.
Stinger
FIM-92 “Stinger” (ingil. FIM-92 Stinger — iynə, sancaq) — Amerika istehsalı daşınan zenit-raket kompleksi (DZRK), alçaqdan uçan hava hədəflərinin (təyyarə, helikopter, Pilotsuz uçuş aparatı (PUA)) vurulması üçün nəzərdə tutulur. Bir adam tərəfindən daşınan, çiyinə alınaraq atəş açılan, infraqırmızı və ultrabənövşəyi şüalarla idarə olunan, passiv atəş aç-unut prinsipi ilə işləyən raket sistemidir. Bir ekipaj tərəfindən MANPADS (Çiyindən atılan) istifadəsi, yüksək təsirlilik və məhvetmə xüsusiyyətlərinə malik olması quru qoşunlarında vacib bir silah növü kimi istifadəsinə səbəb olmuşdur. ABŞ-də “General Dynamics/Raytheon Corporation” şirkəti tərəfindən və lisenziya altında Almaniyada “EADS” şirkəti tərəfindən istehsal olunur. İlk 260 ədədi 1979-cu ilin ortasında istehsal olunub, bundan sonra istehsalçı şirkət 2250 ədədlik ABŞ ordusu üçün ümumi dəyəri 105 milyon ABŞ dolları olan növbəti partiyanın sifarişini alır. 1981-ci ildən istehsalına başlanılmış və eyni zamanda silahlanmaya qəbul olunub. Ən yayılmış DZRK-dan biridir. ABŞ-dən əlavə 30 dövlətin silah arsenalına daxildir. İstehsal olunmuş “Stinger” raketlərinin sayı 70 mindən artıqdır.
Syanqan
Honkonq və ya Honq Konq (çin. 香港, ing. Hong Kong), rəsmi şəkildə Çin Xalq Respublikasının Honq Konq Xüsusi İnzibati Bölgəsi (abreviatur. Honq Konq XİB və ya HKXİB), cənubi Çində Mirvari çayı deltasının şərq hissəsində yerləşən şəhər və xüsusi inzibati rayondur. 1,104 kvadrat kilometr (426 kvadrat mil) ərazidə müxtəlif millətlərdən olan 7.5 milyon insan ilə Honq Konq dünyanın ən sıx məskunlaşıldığı yerlərindən biridir. Honq Konq həm də böyük maliyyə mərkəzi və dünyanın ən inkişaf etmiş şəhərlərindən biridir. Honq Konq dünyada ən yüksək həyat şəraitinə malik ölkə kimi də seçilir. Ölkədə adambaşına düşən milli gəlir 90 min 856 dollardır. Bu göstərici ilə Honq Konq Böyük Britaniya, Fransa, Almaniya, İsveç, Danimarka, İtaliya və Yaponiyanı qabaqlayır. Ölkədə ümumdaxili məhsul 253 milyard dollar təşkil edir.
Svinqen
Svinqen — İsveçrə xalq güləşi üslubudur. Schwingen və Steinstossen 1855-ci ildə Lozannada keçirilən Eidgenössisches Turnfest-ə Milliturnen ("milli gimnastika") kimi daxil edildi. Xalq güləşinin digər növlərində olduğu kimi, İsveçrədəki Şvinqenin də köklərini dəqiq müəyyən etmək mümkün deyil. İdmanın müasir tarixi 1805-ci il Unspunnenfestin Vasitəçilik dövründən başlayıb. 19-cu əsrin sonlarında yaddaqalan Şvinq festivalları və təhsilli gimnastika müəllimlərinin canlı fəaliyyəti Şvinqeni böyük şəhərlərə gətirib. Beləliklə, çobanların və əkinçilərin ilkin mübarizəsi bütün sosial səviyyələrə çatan milli idmana çevrilir. Eidgenössischer Schwingerverband (milli federasiya, 1895-ci ildə yaradılmış) başçılıq etdiyi assosiasiyalar regional xüsusiyyətləri birləşdirərək, döyüşçülərin bacarıqlarını tədris kitabları və təcrübələri ilə təkmilləşdirərək və müasir turnir qaydaları yaradaraq idmanı təşkil edirdilər. Qarşılaşma halqada baş verir, diametri 12 metr olan dairəvi sahədə, yonqarla örtülür. İki rəqib paltarlarının üstünə jütdən tikilmiş qısa şalvar geyinirlər. Güləşçilər bir-birlərini bu şalvardan, kəmərin birləşdiyi yerdə arxadan tutur və rəqibi onun kürəyinə atmağa çalışırlar.
Triqonometrik tangens funksiyası
Yenovk Şagen
Yenovk Şagen (erm. Ենովք Շահէն; 3 fevral 1881 – 28 may 1915, Ankara, Ankara vilayəti) — Osmanlı İmperiyası dövründə yaşamış Ermənistan aktyoru və rejissoru. Yenovk Şagen 3 fevral 1881-ci ildə İzmit yaxınlığında Partizak kəndində erməni ailəsində anadan olmuşdur. Partizakdə ibtidai təhsilini aldıqdan sonra ailəsi ilə birlikdə Konstantinopola köçmüşdür.. Konstantinopolda o məşhur erməni tragiki Petros Adamyanın tərcümeyi-halını oxuduqdan sonra teatra maraq göstərməyə başlamışdır. Müxtəlif pyeslərdə kiçik rollar oynamağa başladı. Şagen Martiros Mnakyanın başçılıq edilən teatr qrupuna qoşuldu. Sonralar Şagen erməni dramatik cəmiyyətinin yeni teatrının aktyoru oldu. Burada məşhur aktyor Vaqram Papazyan ilə dostlaşdı. Növbəti illərdə Şagen Felikyan və Zarifyanın başçılıq etdiyi digər teatr kollektivlərində çıxış etməyə başladı.
Stanley Milgram
Stenli Milqrem (15 avqust, 1933, Nyu-York – 20 dekabr, 1984, Nyu-York) Amerika sosial psixoloqu idi. O apardığı bir çox geniş təsirə malik olmuş təcrübələri ilə – Avtoritetə tabe olma (Milgram eksperimenti), Kiçik dünya fenomeni, şəhərlərin psixoloji xəritələri, metro eksperimenti – ilə tanınır. S.Milgram əslən Şərqi Avropadan olan yəhudi ailəsində dünyaya gəlmişdi. O hələ kiçik yaşlarından yüksək intellekt və müxtəlif sahələrə maraq nümayiş etdirirdi. Məktəbi bitirdikdən sonra o, Queens Kollecdə, siyasi elmlər (politologiya) sahəsində təhsilini davam etdirmişdir. Kolleci bitirdikdən (1954) sonra o, universitetlərdən birində, Xarici İşlər Məktəbinə daxil olmağa hazırlaşırdı. Lakin Kollecin dekanı ona Harvard Universitetinin Sosial münasibətlər fakültəsinə daxil olmağı məsləhət gördü. Milgram fakültənin proqramı ilə tanış oldu və sosial psixologiya, sosiologiya, antropologiya fənnləri onda maraq oyatdı. O, sənədlərini həmin fakültənin doktoranturasına verdi və qəbul olunmadı. Çünki, o, psixologiya kursları keçməmişdi.
Syanqan rayonu
Syanqan Xüsusi İnzibati Rayonu. Syanqan rayonu Çjutszyan çayının mənsəbindən şərqə, Cənub-Şərqi Çinin dəniz sahillərində yerləşir, və Quandun əyaləti ilə bilavasitə həmsərhəddir. Buraya Syanqan adası, Tszyulun və Yeni ərazilər daxildir. Bu rayon – Çinin ən qədim ərazisi sayılır. 1840-cı ildə İngiltərə tiryək müharibəsinə başladı və Çinə soxuldu, 1842-ci ildə isə Tsin hökumətini "Nankin müqaviləsini" imzalamağa və Syanqanı güzəştə getməyə məcbur etdi. 1856-cı ildə İngiltərə ikinci tiryək müharibəsinə başladı və 1860-cı ildə Tsin hökumətini "Pekin müqaviləsini" imzalamağa məcbur etdi. Bu müqaviləyə əsasən ona Tszesyantsze küçəsi ilə məhdudlaşdırılan Tszyulun yarımadasının cənub qurtaracağı güzəşt edilirdi. 1894-cü il Çin-yapon müharibəsindən sonra ingilis hökuməti, imperialist dövlətlərin Çinin bölüşdürülməsi uğrunda mübarizə apardığı zaman, vəziyyətdən istifadə edərək, Tsin hökumətini 1898-ci ildə "Syanqan rayonunun genişləndirilməsi haqqında Konvensiya"nı imzalamağa məcbur etdi, buna uyğun olaraq Böyük Britaniya Tszesyantsze küçəsindən başlamış Şençjenyee çayının cənub sahilinədək Tszyulun yarımadasının şimal hissəsini yaxınlıqdakı 200-dən çox ada ilə birlikdə ("Yeni ərazi" adlandırılan ərazilər) 99 illiyinə (30 iyun 1997-ci ilədək) icarəyə götürdü. Adı çəkilən hər üç müqavilə İngiltərənin silahlı müdaxiləsinin nəticəsi idi. Çin xalqı heç zaman onları qəbul etmədi.
Viktor Stinqer
Viktor Stinqer (29 yanvar 1935 – 27 avqust 2014 və ya 25 avqust 2014, Havay) amerikalı zərrəcik fiziki, filosof, müəllif və din skeptiki. Zərrəciklər fizikası sahəsində tədqiqatçı alimi kimi karyerası boyunca Stinqer Yeni Ateizm ilə əlaqələndirildi. O, bir çox elmi populyar kitabların müəllifidir. 2007-ci ildə bestseller olan "Tanrı: Uğursuz Hipotez: Elm tanrının mövcud olmadığını necə göstərir" kitabı da daxil olmaqla, fizika, kvant mexanikası, kosmologiya, fəlsəfə, din, ateizm və psevdoelm mövzuları üzrə geniş auditoriya üçün nəzərdə tutulmuş on iki kitab nəşr etdi. Son kitabı Tanrı və Multikainat: Bəşəriyyətin Kosmosa dair Genişlənən Görüşü (2014) idi. O, Huffington Postda müntəzəm elm köşə yazıçısı idi. Stinqer məşhur "elm sizi aya, din sizi göydələnlərə götürər" aforizminin müəllifidir.
Ətingən (Xaybulla)
Ətingən (başq. Атингән) — Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Ətingən kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Ətingən kəndinin milli tərkibi: başqırdlar 70 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 24 km., ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 80 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Eliza Skanlen
Eliza Jane Skanlen (6 yanvar 1999, Sidney) — avstraliyalı aktrisadır. == Həyat == Skanlen Avstraliyanın Yeni Cənubi Uels ştatının Sidney şəhərində anadan olub və Annabel adlı əkiz bacısı var. O, təxminən 7 yaşında ikən fortepiano öyrənib, lakin on üç yaşında ifa etməyi dayandırıb.
Stanton ədədi
Marusa Stangar
Marusa Stangar (31 yanvar 1998, Lyüblyana) — Sloveniyanı təmsil edən cüdoçu. == Karyerası == 2019-cu ildə Belarusda Avropa Oyunlarının bürünc medalına sahib olub. 2021-ci ildə Yaponiyada baş tutan olimpiadanı doqquzuncu pillədə başa vurub. 2024-cü ildə Sloveniyanı Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. 1/16 final mərhələsində Serbiya nümayəndəsi Milica Nikoliça məğlub olaraq olimpiadanı 17-ci pillədə başa vurub.
Mark-Andre ter Ştegen
Mark-Andre ter Ştegen (alm. Marc-André ter Stegen; 30 aprel 1992[…], Mönxenqladbax, Şimali Reyn-Vestfaliya) — alman futbolçu. Almaniya millisinin və Barselona klubunun qapıçısı.
Sanqan döyüşü
Səngan döyüşü — 1727-ci ilin payızında II Təhmasibə sadiq olan və Nadirin komandanlıq etdiyi Səfəvi qüvvələri ilə üsyançı Abdali əfqanları arasında cənubi Xorasanda baş vermiş döyüşdür. Bu döyüş yenidən canlanma ərəfəsində olan Səfəvi qüvvələri ilə əfqanlar arasında baş tutmuş ilk döyüşlərdən biridir. Döyüş texniki olaraq Səfəvi qüvvələrinin qələbəsi ilə sonlanmışdır. İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi üsyançı əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək paytaxt İsfahan şəhərini mühasirəyə aldılar. 8 aylıq mühasirədən sonra Səfəvi hökmdarı Şah Sultan Hüseyn meydana çıxan aclığa görə Mir Mahmud Hotakiyə təslim oldu. Hələ İsfahan mühasirədə olarkən şahzadələrdən biri şəhərdən qaçmağı bacarmış və kənardan əfqanlarla döyüşə bilmək üçün ordu toplanmasına başlamışdır. Gərgin vəziyyətdə toplanan orduya qatılanlardan biri də Xorasanda məskunlaşdırılmış Əfşarlardan biri olan Nadir və ya o zamankı adı ilə Təhmasibqulu xan idi. Yenidən canlanan Səfəvi ordusunun birləşdirməyə başladığı ilk coğrafiya isə Xorasan seçildi. Nadir əldə etdiyi uğurları davamlı etmək, Səngan, Xaf və Behdadini təmin edə bilmək üçün daha cənuba yönəlmək fikrində idi.
Sen-Santen
Sen-Santen (fr. Saint-Santin, oks. Sent Antin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Dekazvil kantonuna daxildir. Kommunanın dairəsi — Vilfranş-de-Ruerq. INSEE kodu — 12246. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 45 km şimal-qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 561 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 323 nəfər (15-64 yaş arasında) 244 nəfər iqtisadi fəal, 79 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə bu 67.5%).
Staten-Aylend
Staten Aylend — Nyu-Yorkun 5 əsas bölgəsindən biri. Eyni adlı ada üzərində yerləşir. 477 377 nəfər əhalisi olan bölgə Nyu-Yorkun ən az əhalisi olan bölgəsidir.
Frederik Sanger
Frederik Senger (ing. Frederick Sanger; 13 avqust 1918[…] – 19 noyabr 2013[…], Kembric, İngiltərə) — ingilis biokimyaçısı.Kimya üzrə Nobel mükafatı laureatı (1980). == Həyatı == İngilis biokimyaçısı Frederik Senger 1918-ci ilin avqustun 13-də Redkompda (Qolsterşir) anadan olmuşdur. 1939-cu ildə Kembric universitetini bitirmişdir. 1940-cı ildən Kembric universitetində işləmişdir. 1983-cü ildə istefaya çıxmışdır. Frederik Sengerin əsas elmi işləri zülalların və nuklein turşularının kimyasına həsr olunub. Senger insulinin strukturunu öyrənmişdir. O, peptidlərin kənar aminqruplarının identifikasiyasının dinitroflorbenzol üsulunu işləyib hazırlamış və bu üsulun köməyi ilə insulində amin qruplarının ardıcıllığını və təbiətini müəyyən etmiş, insulinin strukturunu açmışdır (1944–1954-cü illər). F. Senger müəyyən etmişdir ki, insulinin ümumi formulu C337 N65O75S6 kimidir, üç sulfid körpüsü var və iki zəncirdən ibarətdir: 21 aminturşu qalığına malik A zənciri və 30 aminturşu qalığından ibarət B zənciri.