Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdülqafar
Əbdülqafarın adı tarixi mənbələrdə ilk dəfə hicri 851-ci (19.03.1447 −06.03.1448)-ci ilin hadisələri barədə bəhsdə — Əbubəkr Tehraninin "Kitabi Diyarbəkriyyə"sində çəkilmişdir; bu mənbədə o, "Əbdülqaffar Şəkki" adı ilə təqdim edilir və qeyd olunur ki Amid şəhəri ətrafında ağqoyunlularla qaraqoyunlular arasında baş vermiş döyüşlərdə ikincilərin tərəfində vuruşmuş, atdan salınmış və son nəhayətdə Mahmud bəy Ağqoyunlunun oğlu Lələ Hüseyn bəy tərəfindən əsir götürülmüşdür. Tarixi mənbələrdə adı növbəti və sonuncu dəfə isə Teymuri Əbu Səidin 1468–1469-cu illərin qışında Ağqoyunlular üzərinə hücumu ilə əlaqədar hadisələrin bəhsində xatırlanır. Qeyd olunur ki, "… Sultan (Əbu Səid) istədi ki Şirvan şirvanşahı Fərrux Yasarı da öz tərəfinə çəksin və o (Fərrux Yasar), cığataylara ərzaq, sursat və digər cəhətlərdən kömək göstərsin, ağqoyunlulardan uzaqlaşıb üz çevirsin və bu da onların (Ağqoyunluların) vəziyyətini çətinləşdirsin. Buna görə elçi göndərib şirvanşahdan qızını istədi. Həmçinin Əbdülqaffarın və Qaramanlı əmirlərinin yanına [qiymətli] kəmərlər və qiymətli xələtlərlə elçi göndərdi və onları [müttəfiqliyə] çağırdı. Buna görə Əbdülqaffar Şəki və Qaramanlı əmirləri Sahibqranın (Ağqoyunlu hökmdarı Uzun Həsənin) məhəbbətindən məhrum oldular. "Kitabi-Diyarbəkriyyə"nin 1998-ci il Bakı nəşrində əlavə olaraq izahat verilir ki (qeyd 150; səh. 312) "Əbdülqaffar — Şəkinin, Qaramanlı əmirləri isə Bərdənin nisbətən, müstəqil hakimləri idi", lakin həm də nəzərə alınmalıdır ki, elə "Kitabi-Diyarbəkriyyə"də — "Kürdüstan qalalarının fəth olunması haqqında" bəhsdə, Kürdüstanda olan digər bir "Şəki" adlı ərazinin də adı çəkilir və hicri 873-cü ildə (22.07.1468–10.07.1469) Ağqoyunluların 7 min süvari ilə həmin Şəkini ələ keçirmələri qeyd olunur.
Əbdülqafur Acatay
Əbdülqafur Acatay (türk. Abdulgafur Acatay d.1903, Dənizli - ö. 1993) — Türk meşə mühəndisi və entomoloq. Tədqiqat sahəsi meşəçilik və meşə böcəkləridir. Abdülqafur Acatayın adı bəzi mənbələrdə Abdülgafur və Abdülgaffar kimi də xatırlanır. == Təhsil və xidmətləri == 1926-cı ildə Ali meşəçilik məktəbini bitirmiş, 1937-ci ildə isə Almaniyanın Saksoniya Ali Mühəndislik Məktəbinin bir qolu olan Tharandt Ali Meşəçilik Məktəbində təhsil almışdır. Meşəçilik üzrə elmlər namizədi adını qazanan Əbdülqafur Acatay Türkiyəyə qayıtdıqdan sonra Meşəçilik fakültəsinə daxil oldu və 1946-cı ildə professor adını qazandı. Meşəçilik fakültəsi 1948-ci ildə İstanbul Universitetinə daxil olduqdan sonra uzun illər Meşə Entomologiyası və Mühafizəsi professoru vəzifəsində çalışdı. == Adlandırdığı taksonlar == Eriophyes cedri Acatay; Pinus nigra var. pyramidata (Avstriya şamı) Acatay 1956 == Adına ithaf edilən taksonlar == Floeosinus acatayi Schedl 1958 == Əsərləri == Untersuchungen über Menge und Güte des Samenasatzes in versehiedenen Kronenteilen einheimischer Waldbäume (yerli meşə ağaclarının müxtəlif yerlərində toxumun miqdarı və keyfiyyətinə dair araşdırmalar), Berlin 1937; İstanbul yaxınlığında və xüsusən Belqrad meşəsində zərərli meşə böcəkləri, mübarizələri və işə təsirləri, Ankara 1943; Meşə qoruma bələdçisi, İstanbul 1946; Zərərli meşə həşəratlarının analizi, İstanbul 1948; Ehrami Avstriya şamı (Meşə Fakültəsi Jurnalı, 6 (2): 75-85) 1956; Qovaq kitabı, İstanbul 1956; Meşə Mühafizəsi, İstanbul 1959; Tətbiqi Meşə Entomologiyası, İstanbul 1963; Türkiyədə Mazi meşəsi, (əldə edilən mazi bitkisi üzərində araşdırmalar, Prof.
Əbdülqafur Quləhmədov
Qafur Yunis oğlu Quləhmədov (tatar. Гафур Коләхмәтов, rus. Гафу́р Юну́сович Кулахме́тов, həmçinin Quləhmədiyev, rus. Кулахме́тьев) və ya Əbdülqafur Quləhmədov (tatar. Габделгафур Коләхмәтов, rus. Габдулгафу́р Кулахме́тов; 22 aprel (4 may) 1881, Penza – 1 aprel 1918, Yenə[d], Penza quberniyası[d]) — Tatarıstan yazıçısı, dramaturqu, tərcüməçisi, proletar inqilabçısı, ictimai xadimi. == Həyatı == Əbdülqafur Yunis oğlu Quləhmədov 4 may 1881-ci ildə Rusiya imperiyasının Penza şəhərində istehsalatçı bir ailədə anadan olmuşdur. 1902-ci ildə o, Kazan Pedaqoji Məktəbindən məzun olmuş, 1902–1912-ci illərdə Kazan şəhərində bir slobodada dərs keçmişdir. 1902-ci ildə Rusiya imperiyasındakı inqilabçı hərəkatın üzvü olmuşdur. Sosial-demokratların qeyri-qanuni əməllərində iştirak etmiş, Vladimir Leninin «İskra» qəzetini və Karl Marksın əsərlərini oxumuşdur.
Əbdülqaffar Krımi
Əbdülqaffar Krımi (tam adı əl-Həcc Abd əl-Qaffar ibn əl-Həcc Həsən-əfəndi kırım-tatar. Əbdülqaffar Qırımiy , عبد الغفار قريمى ‎ — krım tatar qazısı, şair, 18-ci əsr tarixçisi. == Bioqrafiya == O, Krım alimlərinin (üləma) kateqoriyasına aid idi. O, məşhur Qızıl Orda üləma - Krım alimləri kateqoriyasına aid idi. O, məşhur Qızıl Orda sərkərdəsi Mamayın ailəsindən, Qıyat qəbiləsindən olan Alaçinin oğludur. Mamayın arvadı, Bərdibəy xanın qızı Biysulu vasitəsilə Əbdülqaffar Krıminin şəcərəsi Batı xana, onun vasitəsilə isə Çingiz xana qədər uzanır.Fiqh və hədisşünaslığa dair bir sıra traktatların müəllifi olan Qarasuvbazarlı qazı 1735-ci ilin əvvəlində Məkkə və Mədinəni də ziyarət etmişdir."Qafuri" təxəllüsü ilə şeirlər yazmışdır. O, müasirləri tərəfindən Krımda dövrünün ən yaxşı sufi şairlərindən biri kimi tanınıb. Amma o, daha çox tarixçi kimi tanınır. 1747-ci ildə xanın əmriylə Əbdülqaffar Kırımi Sucuqqala qalasına sürgün edildi. Burada o, “Ümdət-ül-əxbar il-mötəbər” və başqa dini-tarixi əsərlər yazmışdır.
Əbdülqadir Gilani
Əbdülqədir Geylani – İslam alimi, Qadiriyyə təriqətinin qurucusu. == Həyatı == İranın Gilan əyalətində 1078 (H. 471) də doğulub. Ləqəbi, Əbu Məhəmməddir. Mühyiddin, Gövs-ül-əzəm, Qütbü Rəbbani, Sultan-ul-övliya, Qütbü əzəm kimi ləqəbləri vardır. Atası Əbu Saleh bin Musa Cəngidostdur. Həsənin oğlu Həsəni Müsənnanın oğlu Abdullahın soyundandır. Anasının adı Fatimə, ləqəbi Ümm-ül-xeyr olub seyidədir. Bunun üçün Abdülqədir Geylani, həm seyid, həm şərifdir. Hüseynin övladına seyid, Həsəninkinə şərif deyilir. Abdülqədir Geylani 1166 (H.561) da Bağdadda vəfat etdi.
Əbdülqadir Marağai
Əbdülqadir Marağayi vә ya Әbdülqadir Maraği — Azərbaycan türklərindən olan böyük alim. == Həyatı == Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır: "Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi.
Əbdülqadir Marağayi
Əbdülqadir Marağayi vә ya Әbdülqadir Maraği — Azərbaycan türklərindən olan böyük alim. == Həyatı == Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır: "Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi.
Əbdülqadir Maraği
Əbdülqadir Marağayi vә ya Әbdülqadir Maraği — Azərbaycan türklərindən olan böyük alim. == Həyatı == Musiqi Azərbaycan xalqının həyatının bütün sahələrində həmişə xüsusi yer tutub. Görünür, elə buna görə də orta əsrlərdə bütün Şərq musiqisinin nəzəriyyə və təcrübi məsələlərini əhatə etmiş Səfiəddin Urməvi və Əbdülqədir Marağayi kimi iki korifey məhz Azərbaycandan çıxmışdı. Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-Marağayi XIV əsrin ortalarında Azərbaycanın məşhur elm və mədəniyyət mərkəzlərindən sayılan Marağa şəhərində anadan olub. Orta əsrlərin bir çox digər alimləri kimi Marağayi də hərtərəfli təhsil almışdı. O, şərq musiqi nəzəriyyəsini dərindən mənimsəmiş, gözəl xanəndə, musiqiçi, bəstəkar, rəssam – xəttat və şair olmuşdur. Marağayi öz şerlərini Azərbaycan türkcəsi, fars və ərəb dillərində yazıb. Marağayi özünün yazdığı kimi, şeirlərinin əksər qismini Azərbaycanda və İraq türkləri arasında geniş yayılmış Segah, Üşşaq və Nəva muğamlarına uyğun vəznlərdə qələmə alıb. Onun atası Mövlana Qeybi tanınmış musiqiçi idi. Əbdülqədir özünün "Ma-qasid əl-Əlhan" adlı əsərində bu barədə yazır: "Mənim atam Qeybi müxtəlif elmlərdə və xüsusilə də musiqidə çox qabağa getmişdi.
Əbdülqadir Sevən
Əbdülqadir Sevən (d. 1891, Selanik - 16.02.1971) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1911-ci ildə Hərbi məktəbi bitirdikdən sonra süvari leytenant rütbəsi ilə məzun oldu. 1926-cı ildə Hərbi Akademiyanı qərargah zabiti rütbəsi ilə bitirdi. 1942-ci ildə bir briqadir oldu. Briqadir rütbəsi ilə 12-ci diviziya komandiri və 1-ci süvari diviziyasının komandiri vəzifəsində çalışmışdır. 1944-cü ildə general-mayor oldu. General-mayor rütbəsi ilə 1-ci süvari diviziyasının komandiri, 1-ci piyada diviziyasının komandiri və 2-ci süvari diviziyasının komandiri kimi xidmət göstərmişdir. 1948-ci ildə general-leytenant rütbəsinə yüksəldi. General-leytenant rütbəsi ilə 10-cu korpusun komandiri, 9-cu korpusun komandiri, 7-ci korpusun komandiri, 5-ci korpusun komandiri və 3-cü korpusun komandiri oldu.
Əbdülqadir İnan
Fəthəlqadir Mustafa oğlu Süleymanov (başq. Фәтхелҡадир Мостафа улы Сөләймәнов); mühacirətdə — Əbdülqadir İnan (başq. Абдулҡадир Инан); 29 oktyabr 1889, Şiqay kəndi, Yuxarı Ural qəzası, Ufa quberniyası (müasir Sarı Küldək kəndi, Kunaşak rayonu, Çelyabinsk vilayəti) Rusiya imperiyası — 26 iyul 1976, İstanbul, Türkiyə) — yazıçı, filoloq, etnoqraf, publisist, içtimai-siyasi xadim, şərqşünas. == Həyatı == Fəthəlqadir Süleymanov 29 oktyabr 1889-cü ildə Başqırdıstanın Şığay-Harı Külmək kəndinndə (indiki Çelyabinsk vilayətinin Kunaşak rayonunun Şikayevo kəndi) doğulmuşdur. Bioqrafik kitablarda, ensiklopediyalarda adı Əbdülqadir İnan kimi qeyd edilir. O bu adı Türkiyədə almışdır. Kəndindəki üsul-u cədid (yeni üsul) məktəbində yazıb-oxumağı, rus dillini, Troitskdə "Rəsuliyyə" mədrəsəsində oxuyarkən ərəb, fars, türk dillərini mükəmməl öyrənmişdir. 1914-cü ildə Ali Müəllimlər Məktəbini bitirmiş və 1915-ci ildə "Ümumrusiya Müsəlmanlarının Məhkəmə-i Şəriyəsi" qarşısında imtihan vərərək müdərris (müəllim, din alimi, professor) ünvanını və diplomunu almışdır. Tanınmış başqırd maarifçisi Əbdürrəhman Rəsuli şagirdi, gənc Fəthəlqadirə 1910-cu ildən Rusiyadaki türk xalqlarının dastanlarını, etnoqrafyasını, adət-ənənlərini, dinlərini incələməyi tapşırır. Araşdırçamı başqırdların ən aktual probleminə həsr etdiyi ilk elmi-publisistik məqaləsini də 1908-ci ildə Orenburqda çıxan "Vakıt" qəzetində çap etdirir.
Əmir Əbdülqadir
Əbdülqadir İbn Muhyiddin İbn Mustafa Əl-Həsəni Əl-Əlcəzairi (6 sentyabr 1808[…], Qitəna[d] – 26 may 1883[…], Dəməşq) — Əlcəzair xalqının Fransa boyundurluğuna qarşı mübarizəsinə (1840–1846) öndərlik edən və Əlcəzair dövlətinin təməlini atan din adamı və əsgər. 1832-ci ildə Maskura əmiri olmuşdur, sufi, şair, islam alimi. == Həyatı == === Gəncliyi === Əbdülqadir hərbi sahədə göstərdiyi qəhrəmanlıqlardan öncə belə yaraşıqlılığı və üstün zəkasıyla xalqın gözdəsi halına gəlmişdi. Qara saqqallı düzgün bir üzü, incə və qıvraq bir bədəni olan orta boylu bir kişiydi. Davranışları son dərəcə kibar, yaşamı da eyni ölçüdə sadəydi. Şairliyi və təsirli söz söyləmə gücüylə dindaşlarını asanca həyəcana gətirə bilən dindar və aydın bir şəxs olaraq tanınırdı. === Fransız işğalı və dirəniş === Əlcəzair, Fransız ordusunun 1830-cu ildə ölkəni işğalınadək, Osmanlı dövlətinə bağlı bir əyalət idi. Ölkənin idarəsi Türk Yeniçərilər və onların seçdiyi bir Dayının (vali) əlində idi. Türk-Əlcəzairli qarışımı bir kökənə sahib olan Kuloğlu topluluğu ilə bəlirli ayrıcalıqlı qəbilələrdən dəstək görən bu hakimlər, eyni dindən gəlmənin onlara sağladığı üstünlüklə Əlcəzairi çox sıkı bir dənətim altında tuturdular. Bununla birlikdə bu yönəticilərdən nifrət edən Əlcəzairlilər, XIX əsrin başlarında sürəkli ayaklanma halındaydılar.
Hacı Əbdülqadir xan
Hacı Əbdülqadir xan — Şəki xanı. == Hakimiyyəti == 1770-ci ildə qardaşı Cəfər ağanın o vaxtkı Şəki xanı Məhəmmədhüseyn xan tərəfindən öldürülməsindən sonra başına bir dəstə yığıb, Qanıxçayın Kür çayına qovuşduğu yerdə - "Dardoqqaz" adlanan yarımadada, məskən salmış və Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəyə başlamışdı. Qarabağ xanı İbrahim xan və Gürcüstan hakimi Irakli xan da onun Məhəmmədhüseyn xana qarşı silahlı mübarizəsini dəstəkləyirdilər. Məhəmmədhüseyn xan Hacı Əbdülqadirin digər bir qardaşının oğlu idi, başqa sözlə, Hacı Əbdülqadir Məhəmmədhüseyn xanın doğma əmisi idi. Məhəmmədhüseyn xan öz oğlu Məhəmmədhəsən ağanı sülh və barışıq üçün əmisi Hacı Əbdülqadirin yanına göndərdikdə isə Hacı Əbdülqadir Məhəmmədhəsən ağanı tutub, Məhəmmədhüseyn xanın düşməni olan Qarabağ xanı İbrahim xana yollayır ki onu öldürsün. İbrahim xan Məhəmmədhəsən ağanı öldürmür, gizlində saxlayır, lakin Hacı Əbdülqadirə xəbər göndərir ki guya onu artıq qətlə yetirilmişdir. 1780-cı ilin avqust ayında isə bir gecə Hacı Əbdülqadirin göndərdiyi 60 nəfərlik bir dəstə Nuxa şəhərininə xəlvəti yaxınlaşa bilir. Hacı Əbdülqadirin adamları səhərədək şəhərin ətrafındakı dağlarda gizlənirlər, "səhərdən, adamlar divandan dağılandan sonra qala ki boşallanir və o vaxt da qarovul və ya müstəhfiz (–yəni: mühafizəçi) bərqərar olmayır imiş. Əminlik cəhətinə, qalanın yuxarı qapısından daxil olub, qapıları içəridən bağlayırlar. Qalada ancaq hərəmxanalara məxsus xidmətkarlardan rast gələni qətlə yetirib, xanın üstünə hücum edirlər.
Mehmed Əbdülqadir Əfəndi
Mehmed Əbdülqadir Əfəndi (16 yanvar 1878, Konstantinopol – 16 mart 1944, Sofiya) — 34-cü Osmanlı sultanı II Əbdülhəmidin üçüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Əbdülqadir Əfəndi 16 yanvar 1878-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Anası Bidar Qadınəfəndidir. Sarayda xüsusi təhsil almış, 1891-ci ildə qardaşları Nuri Əfəndi və Burhanəddin Əfəndi ilə birlikdə sünnət edildi. Osmanlı ordusunda da xidmət edən Əbdülqadir Əfəndi sarayda mükəmməl skripka çalmağı öyrəndi. Atası Sultan Əbdülhəmidə həmişə soyuq davranmışdır. 1909-cu ildə atası devrilmiş və Salonikiyə sürgün edilmiş, Əbdülqadir Əfəndi də onunla birlikdə sürgünə getmişdi. Bir il sonra İstanbula qayıdan Əbdülqadir Əfəndi 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından əvvəlcə Budapeştə getdi. Bu illərdə küçələrdə skripka çalaraq pul qazanmışdır. İkinci Dünya müharibəsinin başlamasıyla Sofiyaya gedən Əbdülqadir Əfəndi, burada babasını tanıyan Bolqarıstan kralının əmriylə dövlət işinə düzəlmiş, ancaq çox keçmədən vəfat etmişdir.
İbrahim Əbdülqadir Meriçboyu
A. Qədir (Türkcədə A. Kadir), ya da İbrahim Əbdülqadir Meriçboyu (1917[…], Konstantinopol – 1 mart 1985, İstanbul) — 1940 nəslinin sosialist şairləri arasında olan bir türk şairidir. Tərcümə işləri ilə dünya poeziyasının tanınmasına öz töhfəsini verdi. == Yaşayışı == Orta təhsilini Eyüp Orta məktəbində ( 1933 ) və Kuleli Hərbi Liseyində ( 1936 ) bitirdi . Türk Hərbi Akademiyasında son sinif tələbə ikən ( 1938 ), Nəzim Hikmətlə birlikdə həbs edildi; On ay həbs cəzası aldı. Həbsxanadan çıxdıqdan sonra hərbi xidmətə getdi. İstanbul Universiteti Hüquq Fakültəsinə daxil oldu ( 1941 ). 1943 'te nəşr etdiyi Təbliğ adlı şeir kitabı qadağan oldı və yığdırıldı. İstanbulda bir sıra insanlarla birlikdə sürgün edildi. Sürgün müddətini Muğla, Balıkesir, Konya, Kırşehir və Adanada keçirdi. 1947 - ci ildə İstanbula qayıtdı və bir biskvit fabrikində işləməyə başladı.