ÜRƏYİYUMŞAQ

ÜRƏYİYUMŞAQ [Əbdülqadir:] Yox, bura mənim kimi ürəyiyumşaq adamın yeri deyil (Ə.Hacızade); İNCƏQƏLB(Lİ) Mahirə incəqəlbli, təmiz, olduqca həssas bir qız idi (Y.Şirvan); QƏLBİNAZİK Özün çox qəlbinaziksən, hamını da elə bilirsən (M.S.Ordubadi); RƏHMDİL Mən sənin bir rəhmdil səyyadınam, gəl qoynuma.. (M.Müşfiq); ÜRƏYİNAZİK Rəşid: Hamı bilir ki, mən necə ürəyinazik adamam, heç qarışqaya da qəsd eləmərəm... (M.İbrahimbəyov); YUXAÜRƏKLİ Nazlı: Mən sən düşündüyün qədər də yuxaürəkli deyiləm (Ə.Kərim); ÜRƏYİİNCƏ, ÜRƏYİYUXA.

ÜRƏYİYUXA
ÜRFAN

Значение слова в других словарях