Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdürrəşid Bakuvi
Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (XIV əsr, Bakı – XV əsr, Qahirə) - XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi. == Həyatı == Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı,mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü." Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb.
Əbdürrəşid Qəznəvi
Əbdürrəşid Qəznəvi — Qəznəvi sultanı, ailənin ən qoca üzvü idi. Hakimiyyətə gələndə Səlcuqlarla müharibələrə davam etdi. Səlcuqlara qarşı bir sıra döyüşləri qazanan Toğrul Buzan adlı sərkərdəsi ona qarşı üsyan etdi, onu və 11 uşağını öldürərək özünü sultan elan etdi. Qəznəvilər isə tezliklə yenidən birləşərək hakimiyyətə Fərruxzad Qəznəvini gətirdilər.
Əbdürrəşid İbrahimov
İbrahimov Əbdürrəşid Ömər oğlu (23 aprel 1857, Tara[d], Qərbi Sibir general-qubernatorluğu[d] – 31 avqust 1944, Tokio[d]) — tatar ictimai xadimi, naşir, jurnalist, publisist. == Həyatı == Rusiya müsəlmanların arasında islam və türk birliyi ideyalarının tanınmış təbliğatçılarından biri. Ruhani ailəsində doğulmuşdur. Kaşqarda mədrəsə təhsili almışdır. 1892-1897-ci illərdə Orenburq Şəhər ruhani idarəsində qazı vəzifəsində çalışmışdır. XIX əsrin axırından jurnalistika ilə məşğul olmuş, "Miraf" (1898), "Ülfət" (1905-1907), "Əl-Tilmiz" və s. adlar altında qəzet-məcmuələr nəşr etdirmişdir. 1906-cı ildə Peterburqda "Ülfət" adlı mətbəə açmış, tatar dilində kitablar buraxılmışdır. Onların arasında "Avtonomiya, yaxud idareyi-muxtariyyə", "Tatar həyatının 1002-ci gecəsi", "Səyahəti-Kedra", "Müsəlman partiyasının nizamnaməsi", dərsliklər, siyasi, dini-didaktik, dini-tarixi səciyyəli kitablar var idi. Bu kitabların əksəriyyətinin müəllifi və naşiri Ə. İbrahimov özü idi.
I Əbdürrəşid xan
Əbdürrəşid xan ibn Sultan Səid xan (1509, Moğolustan – 1559, Xotən, Sincan-Uyğur Muxtar Rayonu) — Yarkənd xanlığının hakimi. == Həyatı == Said xanın yerinə keçən oğlu Əbdürrəşid xan (1533-1559) atasının bu parlakq dönəmini davam etdirəməmişdir. Bu dövrin ən böyük rahatsızlığı ölkənin Uyğurustan olaraq bilinən şərq şəhərləri ilə Altışəhər olaraq bilinən Xotan, Yarkənd, Yengihisar, Qaşqar, Aksu və Uçturfan kimi qərb şəhərləri arasındakı arasında sürdürülən üstün olma mübarizənin böyüyərək düşmənlıyə çevrilməsidir. Bu durumdan istifadə edən və Monqolustanda hegemonluğu əllərinə keçirərək həm Çin istiqamətində, həm də Şərqi Türkistan yönündə irəliləmək istəyən Kalmuklar (Jungarlar) sıx-sıx Şərqi Türkistanın şərq şəhərlərinə basqınlar etməyə başlamışdılar. Mirzə Heydər Duqlat yazdığı əsərə görə, dövrün Yarkənd xanlığının hökmdarı Sultan Səid xanın yerinə keçən oğlu Rəşidi xanın adını verərək "Tarix-i Rəşidi" onun adına təqdim etmişdir. Mirzə Məhəmməd Heydər Duqlat bu dövr hadisələrini ətraflı bir şəkildə anladır. I Əbdürrəşid xan 1559-cu ildə vəfat edib.
Əbdürrəşid (Qəznəvi hökmdarı)
Əbdürrəşid Qəznəvi — Qəznəvi sultanı, ailənin ən qoca üzvü idi. Hakimiyyətə gələndə Səlcuqlarla müharibələrə davam etdi. Səlcuqlara qarşı bir sıra döyüşləri qazanan Toğrul Buzan adlı sərkərdəsi ona qarşı üsyan etdi, onu və 11 uşağını öldürərək özünü sultan elan etdi. Qəznəvilər isə tezliklə yenidən birləşərək hakimiyyətə Fərruxzad Qəznəvini gətirdilər.
Əbdürrəşid İbn-Saleh Bakuvini
Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi (XIV əsr, Bakı – XV əsr, Qahirə) - XV əsrdə yaşamış ərəb və fars dillərində yazmış Azərbaycan alimi. == Həyatı == Tanınmış səyyah, coğrafiyaşünas, iqlimşünas və kosmoqraf Əbdürrəşid Saleh ibn-Nuri əl-Bakuvi XIV əsrin ikinci yarısında-XV əsrin birinci rübündə yaşamışdır. Əbdürrəşidin atası Bakıda doğulmuşdu və dövrünün yüksək təhsil görmüş adamlarından idi. Bakuvi özü yazırdı ki, "Bakı,mənim atam alim imam Saleh ibn Nurinin vətənidir. O, ləyaqət meyarı idi ... 1403/4-cü ildə 77 yaşında dünyadan köçdü." Bakuvi 1335-1360-cı illər arasında Bakıda doğulmuş və təqribən 1425-1430-cu illərdə Qahirədə vəfat etmişdir. Eybəli Mehrəliyev Bakuvinin səyahətlərinin marşrutunu təhlil etməklə belə bir qənaətə gəlmişdir ki, o, ömrünün çox hissəsini səfərlərdə keçiribdir. Səyyahın daimi yaşayış yeri isə Bakı və Məkkə (yaxud onun 80-100 kilometrliyindəki ətraf yerlər) olub. Bakuvi haqqında tərcümeyi-hal səciyyəli məlumatlar, demək olar ki, qalmayıb. O, bir sıra əsərlər yazıbsa da bizim zəmanəmizə alimin yalnız bir kitabı çatıb.
Abdulrəşid Sadulayev
Abdulrəşid Sadulayev (9 may 1996) — Avar Güləşçisi. == Həyatı == == Karyerası == === 2012–2013-cü illər: Yeniyetmələr arasında Dünya çempionluğları === === 2014–2016-cı illər: Avropa, Dünya və Olimpiya çempionluğu === ==== 2016 Rio-de-Janeyro Olimpiadası ==== === 2017–2020-ci illər: 2 dəfə Dünya və 3 dəfə Avropa çempionluğu === 2017-ci il Dünya Çempionatında əvvəl Abdulrəşid Sadulayev, 12-14 iyunda Rusiyanın Nazran şəhərində baş tutan Rusiya Çempionatında mübarizə apardı. 2014 və 2015-ci illərdə baş tutan Rusiya Çempionatlarının qalibi olan Sadulayev, 1/16 final mərhələsində Yuri Belonovsini, 1/8 final mərhələsində Dağıstan nümayəndəsi Umar Kudliyevi, 1/4 final mərhələsində güləşçisi Stanislav Hacıyevi, 1/2 final mərhələsində isə Çeçenistan nümayəndəsi Tamerlan Rasuyevi məğlub etdi və üçüncü dəfə Rusiya Çempionatının final görüşünə vəsiqə qazandı. Final görüşündə isə Abdulrəşid Sadulayev, Şimali Osetiya nümayəndəsi Vladislav Baytçayev ilə üz-üzə gəldi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Sadulayev, 8:7 hesabı ilə qalib gəldi. Bununla da Sadulayev üçüncü dəfə Rusiya Çempionatının qızıl medalına sahib oldu. Abdulrəşid Sadulayev 2017-ci ilin əsas yarışına 20-26 avqustda Fransanın Paris şəhərində baş tutan Dünya Çempionatı çərçivəsində qatıldı. 2013-cü ilin noyabr ayından bütün görüşlərində qalib gələn Sadulayev, bu uğurlu seriyanın davam etməsi niyyətində idi və üçüncü dəfə qatıldığı Dünya Çempionatının qalibi olmadığı hədəfləyirdi. O, 1/16 final mərhələsində Kuba nümayəndəsi Reineris Salas ilə üz-üzə gəldi və həmin görüşdə 4:0 hesabı ilə qalib gəldi. Daha sonra Sadulayev, Polşa güləşçisi Mateusz Filipçza ilə qarşılaşdı və 4 dəqiqə 10 saniyə ərzində 14:0 hesabı ilə qalib gəldi.
Əbdülhəmid
Əbdülhəmid — kişi adı. Ərəb dilində olan bu sözün (ərəb. عبد الحميد ‎) mənası "Həmidin qulu" deməkdir. Bu adı olan tanınmış insanlar I Əbdülhəmid — 1774-1789-cu illər Osmanlı imperatoru. II Əbdülhəmid — 1876-1909-ci illər Osmanlı imperatoru. Əbdülhəmid bəy Qaytabaşı — hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyəti ordusunun general-mayoru.
Əbdülməcid
Əbdül Məcid və ya Əbdülməcid — kişi adı.
II Əbdülhəmid
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
II Əbdülməcid
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osm. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
I Əbdülhəmid
I. Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد اول Əbdül-Həmid-i əvvəl) (20 mart 1725[…], Topqapı sarayı, Konstantinopol, Osmanlı imperiyası – 7 aprel 1789[…], Konstantinopol) — 27. Osmanlı padşahı və 106. İslam xəlifəsidir. III. Əhmədin oğlu və III. Mustafanın qardaşıdır. == Səltənəti == === Kiçik Qaynarca sülhü === Sultan I. Əbdülhəmid 1768–1774 Osmanlı-Rus Döyüşünün pis vəziyyətdə davam etdiyi bir dövrdə taxta keçdi. Ruslara qarşı qoyula bilməyəcəyini anlayan Osmanlı Dövləti, 21 iyul 1774 tarixində Kiçik Qaynarca sazişinə imza atdı. Bu müqaviləyə görə Krıma müstəqillik verildi. Ruslar Qara dənizdə ticarət edib, donanma saxlaya bilərdi, Balkanlarda Pravoslav topluluqların hüquqlarını qorumalı idilər. Osmanlı Dövləti, Rusiyaya döyüş təzminatı verəcək; ancaq Rusiya; Əflak, Boğdan, Bessarabiya və Aralıq dənizində işğal etdiyi adaları Osmanlı Dövlətinə geri verəcəkdi, lakin bu bölgələrdə Osmanlı Dövləti ümumi əfv elan edəcək, xalqa din və məzhəb azadlığı verəcək, xalqdan vergi almayacaq, istəyən istədiyi yerə köç edə biləcəkdi. == Ailəsi == === Hərəmxanası === Ayşə Başqadınəfəndi (ö.
I Əbdülməcid
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. == Həyatı == === İlk illəri və taxta çıxışı === 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
Paytaxt:Əbdülhəmid
Paytaxt:Əbdülhəmid (türk. Payitaht:Abdülhamid) — 24 fevral 2017 tarixində başlayan və 4 iyun 2021-ci ildə başa çatmışdır. == Ssenari == Serial 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin hakimiyyəti dövrünü anladır (1876-1909). == Rollarda == Bülent İnal — II Əbdülhəmid Özlem Conker — Bidar Qadınəfəndi Can Sipahi — Mehmed Əbdülqadir.
Sultan Əbdülməcid
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. == Həyatı == === İlk illəri və taxta çıxışı === 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
Əbdülhəmid Həmidov
Əbdülhəmid Həmidoviç Həmidov (15 oktyabr 1920, Köhnə Atagi[d], Çeçen Milli Dairəsi[d] – 6 iyul 1969, Qroznı) — SSRİ, aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1959), Çeçen-İnquşetiya Yazıçılar İttifaqının sədri (1959–1961) və SSRİ Yazıçılar İttifaqının üzvü (1943). == Həyatı == 1920-ci ildə Terek vilayətinin Starye Ataqi kəndində (indiki Çeçenistan Respublikasının Urus-Martan rayonu) kəndli ailəsində anadan olmuşdur. 1935-ci ildə məktəbi bitirərək, o vaxt Sernovodskoye kəndində yerləşən pedaqoji məktəbə daxil olub. 1938-ci ildə Moskva Teatr İnstitutuna daxil olub. Ancaq təhsilini başa çatdırmaq mümkün olmamışdır. Belə ki, İkinci Dünya müharibəsi başlayandan sonra dördüncü kursdan Qroznıya teatrda çalışmaq üçün geri çağırılmışdır. Müharibə illərində Çeçen-İnquş Dövlət Dram Teatrının aktyoru və rejissoru idi. Teatr tez-tez ordu hissələrində, xəstəxanalarda, müdafiə istehkamlarının inşaatçılarının qarşısında tamaşalarla çıxış edirdi. Bu işinə görə, 30 iyun 1943-cü ildə Həmidov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti adına layiq görüldü. === Deportasiya illəri === 1944-cü ildə, Çeçenlərin və inquşların deportasiyasısı zamanı şəkər çuğunduru fermasının klub rəhbəri və Cambul vilayəti şəkər fabrikinin Mədəniyyət Sarayının bədii rəhbəri idi.
Əbdülhəmid xan
II Əbdülhəmid (Osmanlı türkcəsi: عبد الحميد ثانی — Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842[…], Konstantinopol – 10 fevral 1918[…], Bəylərbəyi Sarayı, İstanbul vilayəti) — 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 21 sentyabr 1842-ci ildə Topqapı sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Tirimüjgan Sultan idi. 1847-ci ildə qardaşı Şahzadə Muradla birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. 11 yaşında anası vəfat etmiş, bu səbəblə atasının digər xanımı olan Pirüstü Sultanın himayəsində böyümüşdür. Sarayda xüsusi müəllimlərdən dərs aldı. Osmanlı türkcəsi ilə yanaşı, fars, ərəb və fransız dillərini öyrəndi. Uşaqlığı ana sevgisindən məhrum, atasından uzaq keçmişdir. Taxt namizədliyindən olduqca uzaq olduğu üçün sarayda gözlərdən kənar həyat yaşadı. Dövlət işləriylə yaxından maraqlansa da, düşüncələrini heç kəslə paylaşmırdı.
Əbdülhəmid Əfəndizadə
Əbdülhəmid Əfəndizadə — Qafqaz müsəlmanlarının IV Müftisi. Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfəndizadənin dərs dediyi Şamaxı mədrəsəsinə daxil olub və burada Şərq dillərinə yiyələnib. Mədrəsə təhsilini bitirdikdən sonra əmisi ilə bir yerdə işləməyə başlayan Ə.Əfəndizadə maarif sahəsində gedikcə şöhrət qazanır. Əmisinin məsləhəti ilə o, 1849-cu il fevralın 22-də dövlət məktəbinə işə götürülür və şəriət müəllimi vəzifəsini icra edir. Ə.Əfəndizadə məkdəbdə işlədiyi zaman Azərbaycan, fars və ərəb dilərindən əlavə, fransız dilinin incəliklərini də şagirdlərə öyrədə bilib. Sonralar onun işlədiyi dövlət məktəbi müəyyən səbəblərə görə bağlanır. Ə.Əfəndizadə 1860-ci ilin əvvəlində Məkkənin ziyarət edib hacı titulunu qazanır. 1864-cü il yanvarın 16-da Şamaxı Ruhani İdarəsinə sədr və qazi təyin edilir. O, fəaliyyətinə görə carişinlik tərəfindən brilyant qaşlı üzüklə mükafatlandırılıb.
Əbdülməcid (sultan)
Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اول — Abdülmecîd-i evvel; 25 aprel 1823, Konstantinopol – 25 iyun 1861[…], Konstantinopol) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan Rəşad və Sultan Vahidəddin) atasıdır. == Həyatı == === İlk illəri və taxta çıxışı === 25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır. 1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı.
Əbdülməcid (xəlifə)
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osm. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
Əbdülməcid Axundov
Əbdülməcid Nadirşah oğlu Axundov (d. 15 oktyabr 1993; Sumqayıt, Azərbaycan - ö. 2 aprel 2016; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Əbdülməcid Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil oldu. == Hərbi xidməti == Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı şəhid oldu. Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Əbdülməcid Təbbun
Əbdülməcid Təbbun (ərəb. عبد المجيد تبون‎; 17 noyabr 1945, Meçeriya[d], Naama vilayəti[d]) — əlcəzairli siyasətçi, 2019-cu ilin dekabrından etibarən Əlcəzair Prezidenti və Müdafiə Naziri.Keçmiş Prezident Əbdüləziz Buteflikadan və keçmiş Dövlət Başçısı vəzifəsini icra edən Əbdülqadir bin Salahdan icra vəzifəsini aldı. Daha əvvəl 2017-ci ilin mayından 2017-ci ilin avqustuna qədər Əlcəzairin Baş naziri olub. Bundan əlavə, 2001–2002-ci illərdə bir il, 2012-ci ildən 2017-ci ilədək 5 il müddətində yenidən Mənzil Naziri seçilib. == Həyatı == Təbbun 17 noyabr 1945-ci ildə Əlcəzairin Meçeriya şəhərində anadan olmuşdur. 1965-ci ildə Milli İdarəetmə Məktəbini bitirib. == Siyasi fəaliyyəti == Təbbun 1991–1992-ci illərdə Şadli Bencədidin prezidentliyinin son aylarında Yerli İdarəetmə Nazirinin nümayəndəsi idi. Daha sonra Prezident Əbdüləziz Buteflikanın dövründə hökumətdə 1999–2000-ci illər arasında Rabitə və Mədəniyyət Naziri, daha sonra 2000–2001-ci illər arasında Yerli İdarəetmə Nazirinin Nümayəndəsi vəzifələrində çalışdı. 2001–2002-ci illərdə Mənzil və Şəhərsalma Naziri oldu. On il sonra, 2012-ci ildə Baş nazir Əbdülmalik Sallal hökumətindəki Mənzil Naziri vəzifəsinə qayıtdı.
Əbdülməcid Təbib
Əbdül Məcid Təbib (XIII əsr) — Azərbaycanın XIII əsr görkəmli həkimlərindən biridir. O,Marağada yaşamış və Şərqin böyük astronom və riyaziyyatçısı Nəsir əd-Din Tusinin yaratdığı rəsədxanada çalışmışdır. == Əsər və araşdırmaları == Əbdül Məcid Şərqdə geniş yayılmış "Kitabüt-tibb" adlı kitabın müəllifidir. Adına, materialların yerləşməsinə və bəzi şərhlərinə görə,bu əsəri Mahmud ibn İlyasın "Elmi təbabət kitabı"na da bənzətmək olar. Lakin bu yalnız ilk baxışdan belə görsənir. Əbdül Məcidin əsərində həm diaqnostika, həm də xüsusən əsəblə bağlı bir çox xəstəliklərin müalicəsinə dair orijinal fikirlər vardır. Buna baxmayaraq, aydın görünür ki, Əbdül Məcid öz əsərini yazarkən Mahmudun kitabının təsiri altında olmuşdur, bəlkə də hətta onlar tanış idilər. "Kitabüt-tibb" 1275–1280-ci illərdə, Mahmudun ölümündən bir qədər əvvəl yazılmış və 1307-ci ildə işıq üzü görmüşdür. Buna görə də onların görüşdüklərini ehtimal etmək mümkündür. Əsər monqol hökmdarı Orqan xana həsr olunmuşdur və 49 hissədən ibarətdir.
Əbdülməcid Çermiyev
Çermoyev Əbdülməcid (Tapa) Orutseviç (3 (15) mart 1882, Qroznı, Çeçenistan, Terek vilayəti, Rusiya imperiyası – 28 avqust 1937, Lozanna) – dağlı azadlıq hərəkatı liderlərindən biri, çeçen siyasi və dövlət xadimi, neft sənayeçisi. == Həyatı == Vladiqafqaz realnı məktəbini və Nikolay süvari məktəbini bitirmiş (1901), II Nikolayın şəxsi mühafizə dəstəsində xidmət etmişdir (1901–06). 1908-ci ildə Qroznı şəhərinə köçmüşdür. 1913 ildə "Aldanneft" şirkətini təsis etmiş və Çeçenistanın ən varlı neft sahibkarı olmuşdur. 1912 ildə 4-cü Dövlət dumasına seçilmiş və burada Şimali Qafqaz dağlılarının mənafelərinin müdafiəçisi kimi məşhurlaşmışdır. Çermoyev xeyriyyəçi kimi də tanınırdı. "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi "Müsəlman gecələri" tədbirlərində iştirak etmişdir. Birinci dünya müharibəsi (1914–18) dövründə Qafqaz yerli süvari diviziyasının zabiti olmuş, "Vəhşi diviziya"nın tərkibində döyüşən çeçen süvari alayını təşkil etmişdir. Fevral inqilabından (1917) sonra Şimali Qafqaz dağlı azadlıq hərəkatının liberal-demokrat qolunun liderinə çevrilmişdir. Şimali Qafqaz dağlılarının siyasi həmrəyliyi və istiqlaliyyətinin qızğın tərəfdarı olmuşdur.
Əbdülməcid Çermoyev

Əbdülməcid Əfəndi
II Əbdülməcid və ya Əbdülməcid Əfəndi (osm. عبد المجيد افندی; türk. Abdülmecid Efendi) (29 may 1868, Beşiktaş – 23 avqust 1944[…], Paris) — Osmanlı sülaləsinin sürgündəki 2-ci rəisi, sülalənin 29-cu, Türkiyə Böyük Millət Məclisinin yeganə, İslamın 116-cı və son xəlifəsi (1922–1924); Osmanlı imperiyası tarixində sultan titulunu daşımayan yeganə xəlifə. Sultan Əbdüləzizin dördüncü oğlu olan Əbdülməcid Əfəndinin Osmanlı taxt-tacına sahib olmaq üçün demək olar ki, şansı yox idi: 1876-cı ildə V Murad devrildikdən sonra o, varislik iyerarxiyasında yalnız səkkizinci yeri tutmuşdu. 1912-ci ildə müstəqil Alban dövlətinin qurulmasına ümid bəsləyən albanlar Əbdülməcidə yeni dövlətin başçısı olmağı təklif etdilər. Albanlar bilirdilər ki, Əbdülməcid bütün şahzadələr arasında tərbiyəsi və təhsili yüksək olan, ən çox qərbləşən və avropalaşan şahzadə idi, lakin buna baxmayaraq, İtaliya albanların bu fikrinə qarşı çıxdı. Türkiyə Böyük Millət Məclisi 1922-ci il noyabrın 1-də Ankarada Osmanlı imperiyasının ləğv edilməsi haqqında qərar qəbul etdi. Noyabrın 18-də və ya 19-da TBMM Əbdülməcidi keçirilən xəlifəlik seçkisinin nəticəsi olaraq hökumətin xəlifəsi seçdi. 29 oktyabr 1923-cü ildə Osmanlı dövləti tam süqut etdiyinə və Türkiyə Respublikası onu əvəz etdiyinə görə daha xilafətə ehtiyac qalmadı. 1924-cü il martın 3-də 431 saylı qanun qəbul edildi və qüvvəyə mindi.
Əbdülhəmid Momənd
Əbdülhəmid Momənd (puşt. عبدالحميد مومند) və ya Əbdülhəmid Baba (1660, Pişəvər – 1732, Pişəvər) — Əfqanıstan puştun şairi. Pişəvərdə təhsil almış, ruhani olmuşdur. Puştu dilində yazmışdır. "Dürr və mərcan" adlı divanı var. Şeirləri incəliyi, mürəkkəb formaları və yüksək poetik texnikası ilə seçilir. Yaradıcılığı sufizmə əsaslanır, əsasən, dünyaya qarşı etinasızlıq və onun dəyərsizliyi motivlərini əks etdirir. İctimai məzmunlu, həmçinin nəsihətamiz şeirlər də yazmışdır. Əbdülhəmid Momənd həssaslıq və "tükü tükdən seçmə" mənasını verən "muşekaf" (hərfən "saç ayıran", yaxud "tük ayıran") təxəllüsü ilə məşhur olmuşdur.
Əbdülməsih Həddad
Əbdülməsih Həddad (ərəb. عبد المسيح حداد‎; 1888, Homs – 1963, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçısı və jurnalist.
Əbdülnəsir Kutiyev
Kutiyev Abdulnəsir Hacı oğlu — Azərbaycan kinoprodüseri və operatoru, "Yaddaş" Sənədli Filmlər Studiyasının icraçı prodüseri, Azərbaycanın əməkdar mədəniyyət işçisi (2017). == Həyatı == Əbdülnəsir Kutiyev 31 iyul 2017-ci ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.