Əbdülməcid (sultan)

Sultan Əbdülməcid (Osmanlı türkcəsi: عبد المجيد اولAbdülmecîd-i evvel; 25 aprel 1823[1], Konstantinopol[4]25 iyun 1861[2][3][…], Konstantinopol[4]) — 31-ci Osmanlı sultanı və 110-cu İslam xəlifəsi. Səltənəti dövründə Tənzimat fərmanı elan edilmiş, bu səbəblə Osmanlı tarixində Tənzimat padşahı olaraq anılır. Son 4 Osmanlı sultanının (Sultan Murad, Sultan Əbdülhəmid, Sultan RəşadSultan Vahidəddin) atasıdır.

I Əbdülməcid
2 iyul 1839 – 26 iyun 1861
ƏvvəlkiII Mahmud
SonrakıƏbdüləziz
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1823(1823-04-25)[1]
Doğum yeri
Vəfat tarixi 25 iyun 1861(1861-06-25)[2][3][…] (38 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Fəaliyyəti rəhbər[d]
Atası II Mahmud
Anası Bəzmi-aləm Sultan
Həyat yoldaşları
Uşaqları
Ailəsi Osmanlı xanədanı
Dini islam

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri və taxta çıxışı

[redaktə | mənbəni redaktə et]

25 aprel 1823-cü ildə İstanbulda dünyaya gəlmişdir. Atası II Mahmud, anası isə Bəzmialəm Sultandır. Təhsil və tərbiyəsinə önəm verilmiş, əsl Avropa şahzadələri kimi böyüdülmüşdür. Mükəmməl səviyyədə fransızca öyrəndi. 1836-cı ildə qardaşı Şahzadə Əbdüləzizlə birlikdə möhtəşəm bir mərasimlə sünnət edilmişdir. Mərasim əsnasında bacısı Mihrimah Sultan da Mehmed Səid Paşayla nigahlanmışdır.

1 iyul 1839-cu ildə atası Sultan Mahmudun vəfatının ardından 17 yaşında taxta çıxdı. Dövlət idarəsindəki təcrübəsizliyi səbəbilə davam edən siyasi problemlərin həllində çətinlik çəkdi. Bu səbəblə daim ətrafındakı nüfuzlu və təcrübəli dövlət adamlarının məsləhətlərini dinlədi. Əcnəbi səfirliklərə isə Sultan Mahmud səltənətində başlayan yenilik və islahatların davam ediləcəyi barədə fərmanlar göndərildi. Bu əsnada Misir probleminin ikinci mərhələsi Nizip məğlubiyyəti (24 iyun 1839) ilə olduqca çətin hal almış, dövlət adamları arasındakı rəqabət nəticəsində rüşvət və siyasi özbaşınalıq artmışdı. Hətta tarixi mənbələrə görə, Sultan Mahmudun cənazə mərasimi əsnasında Qoca Hüsrəv Paşa sədrəzəm Mehmed Rauf Paşaya, gənc sultanın onu vəzifədən aldığını deyərək zorla sədarət möhrünü almış, beləliklə sədarətə yüksəlmişdir (2 iyul 1839).

Hələ Nizip məğlubiyyətindən xəbərsiz olan Sultan Əbdülməcid Misir hakimi Mehmed Əli Paşanı bağışlayaraq məsələni həll etmək niyyətində idi. Bu məqsədlə ordu və donanmaya fərman göndərrəək dərhal döyüşün dayandırılmasını buyurdu. Saray məmurlarından Kösə Akif Əfəndi dərhal Çanaqqala boğazı sahillərində olan Osmanlı donanmasına xəbəri bildirərək oradan Misirə yollandı və Mehmed Əli Paşaya sultanın onu bağışladığını bildirdi. Kaptan-ı dərya Əhməd Fövzi Paşa isə rəqibi olan Hüsrəv Paşanın sədarətə gəlişindən qorxaraq donanmayla birlikdə Misirə qayıtdı və Mehmed Əli Paşaya təslim etdi (3 iyul 1839). Çox keçmədən Nizip məğlubiyyəti barədə xəbərlər İstanbula gəlib çatdı. Osmanlıların həm ordusuz, həm də donanmasız qalmasından istifadə edən Mehmed Əli Paşa sultanla razılığa gəlməkdən imtina etdi. Digər tərəfdən İngiltərə, Fransa, Rusiya, AvstriyaPrusiya nota göndərərək Misir probleminin həllində söz sahibi olduqlarını bildirdilər (27 iyul 1839). Bu notanın qəbul edilməsiylə Osmanlı tarixində yeni bir mərhələ başladı və Osmanlı dövləti bir baxıma Avropa dövlətlərinin nəzarəti altına düşdü.

Tənzimat dövrü

[redaktə | mənbəni redaktə et]

Bu əsnada LondonParisdə Osmanlı dövlətindəki islahat işləriylə bağlı danışıqlar aparan dövrün xarici işlər naziri Mustafa Rəşid Paşa dərhal İstanbula gəldi. Misir problemində Avropanın dəstəyini almaq məqsədilə onları məmnun edəcək bir reform proqramının qəbul edilməsi barədə gənc sultanı razı saldı. Mustafa Rəşid Paşa bütün əcnəbi dövlət səfirləri və nüfuzlu dövlət adamlarının önündə çıxış edərək, şəxsən hazırladığı və Tənzimat fərmanı adı verilən reform proqramının başladığını bildirdi (3 noyabr 1839).

Bu fərmanın elanıyla birlikdə, qlobal hal almış Misir probleminin həlli asanlaşdı. İngiltərənin təklifi ilə 5 böyük dövlət Londonda təşkil edilən konfransda bir araya gəldi. Konfrans əsnasında Misir hakimini dəstəkləyən Fransa kənarda tutularaq, İngiltərə, Rusiya, Avstriya və Prusiya arasında London müqaviləsi imzalandı (15 iyul 1840). Misir hakimliyi vərasət yoluyla Mehmed Əli Paşaya verilərək, işğal edilən torpaqlar və Osmanlı donanması geri alındı. 13 iyul 1841-ci ildə yenə eyni dövlətlər Londonda bir araya gələrək Osmanlı dövlətinin boğazlar üzərindəki hakimiyyətini müəyyənləşdirən Boğazlar sözləşməsini imzaladı. Dövlətin islahat işləriylə məşğul olduğu bu əsnada, İngiltərə və Fransanın Yaxın şərqdə davam edən nüfuz mübarizəsi nəticəsində SuriyaLivan bölgəsində iğtişaşlar başladı (1845). Yeni xarici işlər naziri Şakib Əfəndi hadisələrin yatırılması məqsədilə Beyruta göndərildi. Avropada başlayan 1848 inqilabları əsnasında Avstriyaya qarşı mübarizə aparan macar milliyyətçiləri Osmanlıya sığındı. Avstriya və Rusiyanın müharibə notaları göndərmələrinə baxmayaraq, Sultan Əbdülməcidin mühacirləri təslim etməməsi Avropada Osmanlıların lehinə güclü əks-səda doğurdu. Bu inqilablar Valaxiya-Boğdan bölgəsinə də yayıldı və məsələ ruslarla bağlanan Baltalimanı müqaviləsiylə (1 may 1849) müvəqqəti olaraq həll edildi. Ancaq çox keçmədən meydana çıxan "qeyri-müsəlman əhali problemi" ruslarla olan münasibətləri yenidən pisləşdirdi. Belə ki, Qüds bölgəsində yaşayan katolikləri himayə etmək məqsədilə müraciət edən Fransaya qarşı, Rusiya da pravoslavların haqlarının qorunması üçün haqq iddia etdi. Belə ki, Bab-ı Əliyə göndərilən notayla ruslar bölgədə yaşayan pravoslavlara muxtariyyət hüququnun verilməsi ilə yanaşı, xristianların himayə edilmə hüququnun da özlərinə verilməsini tələb etdilər. Bu təklifinin rədd edilməsinin ardından Valaxiya-Boğdan bölgəsini işğal edən ruslara qarşı müharibə elan edildi (4 oktyabr 1853). Tarixə Krım müharibəsi olaraq düşən və 30 mart 1856 tarixli Paris sülhüylə başa çatan müharibədə FransaPyemont Osmanlıların tərəfini tutdu. Avstriya və Prusiya isə bitərəf olaraq qaldı.

Müharibədə ordularıyla birlikdə iştirak edən müttəfiqlər, Sultan Əbdülməciddən Tənzimat fərmanını tamamlayan bir islahat fərmanı almağa müvəffəq oldular. Fransız və ingilis elçiləriylə sədrəzəm və şeyxülislamla birlikdə hazırladığı İslahat fərmanı Paris konqresindən dərhal öncə Sultan Əbdülməcid tərəfindən elan edildi (18 fevral 1856). Osmanlı tabeliyindəki qeyri-müsəlmanlara rusların vəd etdiklərindən daha çox hüquq verən İslahat fərmanı Paris konqresində də təsdiq edildi. Beləliklə, qərb dövlətlərinə ölkəyə müdaxilə hüququ da verilmiş oldu.

Sultan Əbdülməcid səltənəti islahat tarixi baxımından olduqca önəm daşıyır. Belə ki, gənc sultan qəbul etdiyi qərarlara sadiq qalaraq fərqli milli ünsürlərə bərabər hüquqluluq prinsipiylə bəzi hüquq və azadlıqlar verdi. Ancaq bununla da ölkədə yaşayan milli azlıqlarda, xüsusilə də qeyri-müsəlman əhalidə olan muxtariyyət və milliyyətçilik duyğuları oyandı. Bununla da Tənzimat fərmanının əsasını təşkil edən vahidlik və birlik qurula bilmədi.

Sultan Əbdülməcid bütün islahat işlərini, özündən əvvəlki Osmanlı padşahları kimi şəriət qanunları çərçivəsində həyata keçirirdi. Bu məqsədlə islahatçı və yenilikçi düşüncəli dövlət adamlarını dəstəkləməkdə idi. Digər yandan sultanların sarayda qapalı qalma ənənəsinə zidd olaraq tez-tez əhali arasına çıxır, onların dərdləri ilə maraqlanırdı. Ordu iqamətgahlarını və donanma tərsanələrini ziyarət edir, ölkə daxilində səyahətlərə çıxırdı. 25 iyun 1844-cü ildə İzmit, Mudanya, Bursa, Gəlibolu, Çanaqqala və adaları ziyarət etdi. 29 aprel 1846-cı ildə isə Rumeliyə səyahətə çıxdı. Həmin ilin iyulunda isə Misir hakimi Mehmed Əli Paşanın bir ay davam edən İstanbul səyahətinə ev sahibliyi etdi. 1847-ci ildə böyük oğulları Şahzadə MuradŞahzadə Əbdülhəmid üçün möhtəşəm sünnət mərasimi keçirmişdir. 1858-ci ildə qızları Münirə SultanCəmilə Sultanı evləndirmişdir. Yenə o günə qədərki Osmanlı sultanları nişan və hədiyyələr təqdim edir, lakin almazlardı. Bu ənənəyə zidd olaraq Osmanlı tarixində ilk dəfə Fransa imperatoru III Napolyonun "Légion d’Honneur" nişanını qəbul etdi. Bu münasibətlə 4 fevral 1856-cı ildə fransız elçisinin tərtiblədiyi şənliyi qatılmışdır.

Sultan Əbdülməcidin 1859-cu ildə çəkilmiş şəkli

Sultan Əbdülməcid atasının təsis etdiyi baş vəkillik rütbəsini ləğv edərək sədrəzəmliyi yenidən bərpa etdi. Belə ki, 20 illik səltənəti boyunca 22 sədrəzəm dəyişdirdi. Olduqca incə və mülayim xarakterli olan sultan özünə zidd olan nüfzulu sədrəzəmləri vəzifədən alırdı. Bununla yanaşı, ətrafındakı insanların, qadınlarının, qızlarının və kürəkənlərinin təlkinləriylə hərəkət edirdi. Sultanı sədrəzəm dəyişməyə vadar edən digər meyar isə xarici müdaxilələr idi. Belə ki, Tənzimatdan sonra xarici müdaxilələr artmışdı. İngiltərə və Fransa elçiləri sultan üzərindəki nüfuzlarını artırmaq uğrunda mübarizəyə başlamışdı. Digər yandan Osmanlı dövlət adamları da ingilis və fransız olaraq 2 qrupa ayrılmışdı. Əcnəbi elçilərin dövlət məsələlərinə, xüsusilə də sədrəzəm təyinlərinə olan müdaxilələri o qədər artmışdı ki, nəticədə İngiltərə və Fransaya rəsmi şikayət ərizələri göndərildi. Ancaq bütün bunlar heç bir nəticə vermədi.

Sultan Əbdülməcid səltənətində şeyxülislamlar vəkil məclislərinə qatılsalar da, siyasi nüfuzları olduqca azalmışdı. Bu səbəblə tez-tez sədrəzəm dəyişikliyi olsa da, bu dövrdə yalnız 4 dəfə şeyxülislam dəyişmişdi. Dövlət bürokratiyasında ən yüksək maaşı şeyxülislamlar alırdı (100 min quruş). Sədrəzəmlərin "sərdar-ı əkrəm" ünvanıyla səfərə qatılma ənənəsi aradan qaldırıldı. Sərdarlıq rütbəsi isə sədrəzəmşeyxülislamla eyni səviyyəyə gətirildi.

Maliyyə sahəsində də önəmli islahatlar aparıldı. İltizam sistemi ləğv edilərək vergilərin toplanması mərkəzi idarəyə həvalə edildi. Ancaq heç bir hazırlıq görülmədən başladılan bu islahatlar uğurlu olmadı. 1848-ci ildən etibarən Osmanlı maliyyəsi davamlı iqtisadi böhranlarla çalxalandı. Krım müharibəsinin səbəb olduğu ağır maliyyə böhranını aradan qaldırmaq məqsədilə ilk dəfə xarici borc alındı (24 avqust 1854). Ardından 1855, 1858 və 1860-cı illərdə yenə xarici borclanmaya gedildi. Buna baxmayaraq alınan borclarla müxtəlif saray və köşklər inşa edilirdi. Dolmabağça sarayı (1853), Beykoz qəsri (1855), Küçüksu qəsri (1857), Kiçik Məcidiyə məscidi (1848), Təşvikiyə məscidi (1854) o dövrə aid məşhur tikililərdir.

Bütün bu yeniliklərə baxmayaraq Sultan Əbdülməcidə qarşı da bir saray çevrilişi tərtib edildi. 14 sentyabr 1859-cu ildə baş tutan və Kuleli hadisəsi olaraq bilinən bu çevrilişin baş tutmadan qarşısı alındı. 1840-cı illərdə İrlandiyada başlayan və minlərlər insanın ölümünə səbəb olan qıtlıq dövründə syasız gəmilərlə bölgəyə ərzaq göndərmiş, bu səbəblə irlandiyalılar arasında bu günədək sevilmişdir.

Sultan Əbdülməcid də atası kimi tüberküloz xəstəsi idi və 25 iyun 1861-ci ildə İhlamur köşkündə 38 yaşında vəfat etdi. Cənazəsi Yavuz Sultan Səlim türbəsi yaxınlığında dəfn edildi. Məzarı üzərində öz adını daşıyan Sultan Əbdülməcid türbəsi inşa edildmişdir.

Oğlan uşaqları

[redaktə | mənbəni redaktə et]

Qız uşaqları

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Deutsche Nationalbibliothek Record #118893106 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Abdulmecid I // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Abd ül-Medjid (Abd ül-Medjid I.) // Brockhauz Ensiklopediyası (alm.).
  4. 1 2 3 4 Union List of Artist Names (ing.).
  • Seyahatnâme-i Hümâyun [Abdülmecid’in Rumeli Seyahati], İstanbul 1261;
  • Selâhaddin, Bir Türk Diplomatın Evrâk-ı Siyâsiyyesi, İstanbul 1306;
  • Cevdet Paşa, Tezâkir (nşr. M. Cavid Baysun), Ankara 1986, II, IV;
  • a.mlf., Ma‘rûzât (nşr. Yusuf Halaçoğlu), İstanbul 1980, s. 4-32;
  • Kâmil Paşa, Târîh-i Siyâsî-i Devlet-i Aliyye-i Osmâniyye, İstanbul 1325-27, III, 180-233;
  • Lütfî, Târih, İstanbul 1303, VI;
  • Ahmed Refik, Türkiye’de Mülteciler Meselesi, İstanbul 1926;
  • a.mlf., “Sultan Abdülmecid Han’ın Sarayında (Dr. Spitzer’in Hatıratı)”, TOEM, VI (34), (1333), s. 599-622;
  • Hayreddin, Vesâik-i Târîhiyye ve Siyâsiyye Tetebbuâtı, İstanbul 1326, I, 1-104;
  • Mahmud Cevad, Maârif-i Umûmiyye Nezâreti Târihçe-i Teşkîlât ve İcrâatı, İstanbul 1328;
  • Ed. Engelhardt, Türkiye ve Tanzimat (trc. Ali Reşâd), İstanbul 1328, s. 38-168;
  • E. Driault, Şark Meselesi (trc. Nâfiz), İstanbul 1328, s. 215-247;
  • Serge Goryanov, Devlet-i Osmâniyye ve Rusya Siyâseti (trc. Ali Reşâd-Macar İskender), İstanbul 1331;
  • Uluğ İğdemir, Kuleli Vak‘ası Hakkında Bir Araştırma, Ankara 1937;
  • İbnülemin, Son Sadrıazamlar, İstanbul 1940, I-III;
  • M. Çağatay Uluçay, Abdülmecid, İstanbul 1956;
  • Ali Fuat Türkgeldi, Mesâil-i Mühimme-i Siyâsiyye (nşr. Bekir Sıtkı Baykal), Ankara 1960, I, 1-336;
  • İ. H. Danişmend, Kronoloji, İstanbul 1961, IV, 121-196;
  • Karal, Osmanlı Tarihi, V, 169-264;
  • A. H. Ongunsu, “Abdülmecid”, İA, I, 92-94;
  • J. Deny, “Abd al-Madjıd I”, EI2 (İng.), I, 74-75.
I Əbdülməcid
Doğum: 25 aprel 1823 Vəfat: 25 iyun 1861
Hakimiyyət titulları
Sələfləri 
II Mahmud

Osmanlı İmperiyası (دولت عالیه عثمانی) Sultanı

2 iyul 1839-26 iyun 1861
Xələfləri 
Əbdüləziz
Sünni İslam titulları
Sələfləri 
II Mahmud

İslam Xəlifəsi (خلافة إسلامية)
Xələfləri 
Əbdüləziz