Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əhrimən
Əhrimən və ya Anqra Manyu — Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi. Avestada Anhra-Manyu, qədim İran dilində Ahra-Manyu, şər başlanğıcının ifadəçisi və ya rəmzi. "Avesta"da və qədim fars kitabələrində qeyd olunan Anhra Manyu hərfi mənada "pisniyyətli və ya xəbis ruh" deməkdir. Anqra Manyu zərdüştlikdə şər, zülmət və ölüm tanrısı, Hörmüzdün əkiz qardaşı və rəqibidir. Anqra Manyu bütün pis şeyləri yaratmışdır: cadugərlik, xəstəliklər, qocalıq, ölüm, zəhərli sürünənlər və həşəratlar; ilk insan Qaya Martanı (orta əsr eposunda Kəyumərs) məhv etmişdir. Ona tabe olan tanrıları — divlərin vasitəsilə fəaliyyət göstərirdi. Mitraizmin bəzi cərəyanlarında Anqra Manyu baş allah hesab olunurdu. Orta əsrlərdə Anqra Manyu Ahriman (Ahreman, Əhrimən) adlanırdı.
Qəhrəman
Qəhrəman (q.yun. ἥρως) — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs, şöhrətləndirilmiş döyüşçü; həddindən artıq heyranlıq və sədaqət obyekti (kumir); fövqəlbəşəri güclərə malik ənənəvi miflərin (qəhrəmanlıq miflərinin), dastanların və əfsanələrin əsas personajı; ədəbi əsərin, tamaşanın, filmin və s. baş qəhrəmanı (ədəbi qəhrəman); müəyyən vaxt ərzində ümumi diqqəti cəlb edən şəxs (günün qəhrəmanı, qəzet xronikasının qəhrəmanı və s.); hər hansısa hadisənin, tarixi dövrün və ya hərəkatın mərkəzi fiquru; xarakteri və hərəkətləri ilə hansısa mühiti və ya dövrü ifadə edən şəxs (dövrümüzün qəhrəmanı); ideallaşdırılmış obrazı tarixin fərdiləşdirilməsinə xidmət edən milli siyasi mifin bir hissəsinə çevrilmiş şəxs (milli qəhrəman). Qəhrəman sözü ilk dəfə olaraq yunan mifologiyasından personajlar kateqoriyasına aid edilmişdir. Bu termin daha sonra digər mifologiyaların əlaqəli personajlarına şamil edildi: mifoloji, epik və ya əfsanəvi fiqur, çox vaxt ilahi mənşəli, böyük gücə və ya qeyri-təbii qabiliyyətlərə malik obrazlara Şumer-Akkadlarda Gilqameş, yunanlarda Axilles və Odissey, anqlosaksonlarda Beovulf, fransızlarda Roland, ruslarda İlya Muromets, amerikalılarda Hörümçək-adam, Azərbaycanda Koroğlu və s. buna misal göstərmək olar Qəhrəmanlıq mifləri mifoloji qəhrəmanın tərcümeyi-halı ətrafında qurulur və qəhrəmanın möcüzəvi şəkildə doğulmasından, yaşlı qohumları və ya düşmən qüvvələr tərəfindən sınanmasından, həyat yoldaşı axtarışı və evlilik sınaqlarından, bədheyvətlərə və digər istismarlara qarşı mübarizədən və ölümündən bəhs edir. Qəhrəmanlıq miflərinin ən mühüm elementini sınaqlar təşkil edir. Qəhrəmanlıq mifi qəhrəmanlıq eposları və nağıllarının formalaşmasının ən mühüm mənbəyidir .
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Qəhrəman (Urmiya)
Qəhrəman (fars. قهرمان‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 135 nəfər yaşayır (21 ailə).
Qəhrəman (dəqiqləşdirmə)
Qəhrəman — böyük işlərə, müstəsna igidliyə, döyüşdə rəşadət və ya cəsarətə görə heyranlıq doğuran şəxs. Həmçinin bu mənalara da gələ bilər: Qəhrəman (Urmiya) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman kəndi — İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. Qəhrəman (film, 1983) — 1983-cü ildə istehsal olunan hind filmi. Qəhrəman şəhər — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad.
Qəhrəman 108
Qəhrəman: 108 (ing. Hero: 108) — Cartoon Network və Cartoon Network beynəlxalq kabel şəbəkələrində və Yenq-Minq Törnc tərəfindən yaradılan ABŞ-də Kabillion OnDemand kanalında amerikan-ingilis-tayvan dillərində yayımlanan animasiya televiziya serialıdır. Serial, "Gamania", "Hong Ying Animation", "Telegael Teoranta" və "Turner Entertainment Networks International Ltd." ilə birlikdə "MoonScoop" tərəfindən istehsal edilmişdir. 1 Mart 2010-cu ildə yayıma başlamışdır. Cizgi serialı 7 may 2012-ci ildə Cartoon Network (Rusiya və Cənub-Şərqi Avropa), İngiltərədə, 30 aprel Cartoon Network-də yayımlanmağa başlayan başqa bir mövsüm üçün yeniləndi. Serial 9 iyul 2012 tarixində sona çatdı.
Qəhrəman Ağayev
Qəhrəman Hüseyn oğlu Ağayev (16 avqust 1950, Şahtaxtı, Noraşen rayonu) — AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Arxeoloji abidələrin toplusu sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində doğulub. Orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir. Qəhrəman Ağayev 1975-ci ildən AMEA-da elmi fəaliyyətə başlamışdır. 1975-1991-ci illər ərzində Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan Elm Mərkəzində, indiki AMEA-nın Naxçıvan Bölməsində elmi işçi vəzifəsində işləmişdir. 1991-ci ildən etibarən Azərbaycan MEA Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi fəaliyyətini davam etdirir. 1976-1979-cu illər ərzində SSRİ Elmlər Akademiyasının Arxeologiya İnstitutunda tanınmış arxeoloq, t.e.d., professor R.M.Munçayevin rəhbərliyi altında elmi fəaliyyətini davam etdirmiş, sonralar isə, 1981-1993-cü illər ərzində, ayrı-ayrı vaxtlarda elmi stajirovkalarda olmuşdur. 1977 və 1978-ci illərdə SSRİ Aexeologiya İnstitutunun Stavropol vilayətində fəaliyyət göstərən, Aleksandrovsk, 1991-1992-ci illərdə isə, Krasnoyarsk diyarının Xakasiya arxeoloji ekspedisiyalarında aparılan arxeoloji qazıntı işlərində iştirak etmişdəir. 1979-cu ildən etibarən Azərbaycanın, eyni zamanda Qafqazın, Yaxın Şərqin möhtəşəm və maraqlı abidələrindən biri olan, Şahtaxtı arxeoloji abidələr kompleksində müstəqil olaraq arxeoloji tədqiqat işləri aparır. Arxeoloji ədəbiyyatda son tunc-ilk dəmir dövrü abidəsi kimi tanınan Şahtaxtı abidələr kompleksində son illərdə aparılan arxeoloji tədqiqatlarla bu abidənin daha qədim dövrlərə aid olması müəyyənləşdirilmişdir.
Qəhrəman Binnətli
Qəhrəman Binnətli — (d. 04.03.1942 — ö. 01.01.2004) Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru, professor == Həyatı == Binnətli Qəhrəman Hümmət oğlu Gürcüstan Respublikasının Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində dünyaya gəlmiş və Bakı şəhərində vəfat etmişdir. == Təhsil və elmi fəaliyyəti == 1964 Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1964–1992 Azərbaycan Politexnik İnstitutunda (indiki ATU) müəllim işləmişdir. 1990 Fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1991 Fizika üzrə Professor olmuşdur. 1992–1997 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri işləmişdir. 1995–1997-ci illərdə Türkiyənin Kütahya şəhərində yerləşən Dumlupınar Universitetində elmi ezamiyyətdə olmuşdur. 1997–2002 Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri və eyni vaxtda Qafqaz Universitetində tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır.
Qəhrəman Məmmədov
Qəhrəman İsrafıl oğlu Məmmədov (13 avqust 1897, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Bakı politexnik məktəbinin memarlıq-inşaat şöbəsini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Qəhrəman Nəsirov
Qəhrəman Qaraqaşlı
Qəhrəman Tağı oğlu Qaraqaşlı (1 may 1899, Yelizavetpol – bilinmir) — Azərbaycanın ilk etnoqrafçı-tarixçilərindən biri, tarix elmləri namizədi (1964). == Həyatı == Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Yelizavetpol (Gəncə) şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir. 1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar.
Qəhrəman Qəhrəmanov
Qəhrəman Mehdi oğlu Qəhrəmanov (26 dekabr 1925, Qafan rayonu – 5 fevral 2006, Bakı) — Azərbaycan alimi, neyro-fizioloq, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1971). == Həyatı == Qəhrəman Mehdiqulu oğlu Qəhrəmanov 1925-ci il dekabr ayının 26-da Zəngəzur qəzasında anadan olmuşdur. Buradakı Oxtar kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunda təhsilini davam etdirmiş, 1952-ci ildə İnstitutun müalicə-profilaktika fakültəsini qurtarmışdır. İnstitutda təhsil alarkən Stalin təqaüdçüsü olduğuna görə ali təhsili başa çatdırdığı il normal fiziologiya üzrə aspiranturaya daxil olmasına icazə verilmişdir. == Elmi fəaliyyəti == 1958-ci ilin may ayında Azərbaycan Tibb İnstitutunun elmi şurasında "İnteroreseptorlara qıcıq verilməsinin Asetilxolen mübadiləsinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Elmi rəhbəri Azərbaycan ЕА-nın akademiki, professor Abdulla Qarayev olmuşdur. Qəhrəman Qəhrəmanov 1960–1966-cı illərdə SSRİ Elmlər Akademiyasının Normal və Patoloji Fiziologiya İnstitutunun "Mərkəzi sinir sisteminin ümumi fiziologiyası laboratoriyası"nda "Baş beyin fəaliyyətinin xolinerqiq və adrenerqiq mexanizmlərinə dair" mövzuda doktorluq dissertasiyasını hazırlayıb 1966-cı ilin fevralında müdafiə etmişdir. 1966–1970-ci illərdə Azərbaycan Tibb İnstitutunun normal fiziologiya kafedrasının professoru, 1970–1991-ci illərdə həmin kafedranın müdiri olmuşdur. Qəhrəman Qəhrəmanov 1971-ci ildə "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adına layiq görülmüş, 2000-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. 1966-cı ildə Qəhrəman Qəhrəmanov tərəfindən SSRİ-də funksional neyrokimyanın inkişafında böyük rol oynayan ilk neyrofiziologiya və funksional neyrokimya laboratoriyasını yaradılmışdı.
Qəhrəman Qəhrəmanzadə
Qəhrəman Qəhrəmanzadə (Tam adı:Qəhrəman Rüstəm oğlu Qəhrəmanzadə; d.22 mart 1913; İran, Qaradağ mahalı, Əhər, Vərdin k. - ö.23 yanvar 1990, Bakı) — nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1974). == Həyatı == Qəhrəman Qəhrəmanzadə 1913-cü ildə martın 22-də İranın Şərqi Azərbaycan ostanı ilə Araz çayının cənub qisimində yerləşən Qaradağ mahalında, Əhər deyilən yerdə Vərdin kəndində doğulub. Kiçik yaşlarından Azərbaycanın Gəncə şəhərinə köçmüş, 1928-33-cü illərdə burada 6 saylı birinci dərəcəli ibtidai məktəbi bitirib Bakı pedaqoji texnikumunda təhsil almışdır. İki il Lək və Çobanabdallı kəndlərində ədəbiyyat müəllimi olmuş, 1935-37-ci illərdə APİ-də təhsilini davam etdirmişdi. 1943-44-cü illərdə "İran-Sovtrans"ında yanğınsöndürən vəzifəsində işləyib. 1945-ci ildə Hızbı-Tudeyi İran partiyası sıralarına daxil olub. Təbriz şəhər partiya komitəsinin büro üzvü seçilmiş, İranın cənubunda Düiful şəhərində iki il sürgündə qalmışdır. 1956-58-ci illərdə siyasi fəaliyyəti səbəbində ailəlikcə zindana salınmış 7 ay Tehranda işlədikdən sonra 1958-ci ilin oktyabrında Bakıya köçmüş, burada 1959-63-cü illər Bakı ali partiya məktəbində təhsil almış, 1963-1990-cı illərdə isə Azərittifaqda işləmişdir. 1990-cı ildə yanvarın 23-də Bakıda vəfat etmişdir.
Qəhrəman Rzayev
Qəhrəman Süleymanzadə
Qəhrəman Rəfi oğlu Süleymanzadə (1 avqust 1910, Salyan, Cavad qəzası – 29 iyul 2001, Bakı) — Azərbaycan SSR partiya və dövlət xadimi. == Həyatı == Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsigəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926–1928) "Qırmızı Muğan" nəşriyyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931–1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934–1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935–1938) işləmişdir. 1938–1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940–1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942–1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946–1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948–1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951–1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957–1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966–1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir.
Qəhrəman ana
Qəhrəman Ana — SSRİ-də çoxuşaqlı analara verilən fəxri ad. Ad və eyniadlı orden SSRİ Ali Soveti Rəyasət Heyətinin 8 iyul 1944-cü il tarixli qərarı ilə təsis edilib. Azərbaycanda çoxuşaqlı analara keçmiş SSRİ dövründə daha çox rast gəlinib. Amma sovetlər ölkəsində, o cümlədən Azərbaycanda hansısa qadının 18 övlad dünyaya gətirdiyi barədə heç yerdə məlumat getməyib. Bununla belə, sovet hökuməti 10 və daha çox uşaq doğub böyüdən qadınların sosial qayğısını ittifaq dağılan günədək diqqət mərkəzində saxlayıb. Belə qadınlar həm də "Qəhrəman ana", "Şöhrət", "Analıq şöhrəti", "Analıq şərəfi" ordenləri, "Arxa cəbhədə fədakar əməyə görə", "Rəşadətli əməyə görə" kimi orden və medallarla fərqləndirilib. Pensiya təminatı zamanı məhz bu insanlara böyük güzəştlər olunub. Sovet hökumətinin müxtəlif orden və medalları, o cümlədən "Qəhrəman Ana" ilə təltif etdiyi qadınlardan Azərbaycanda indi də yaşayan var. Amma onların nə hansısa sosial güzəştləri qüvvədədir, nə də dəqiq sayı bilinir. Azərbaycanda "Qəhrəman ana"ların sayı barədə sonuncu statistik hesablama 2005-ci ildə aparılıb.
Qəhrəman şəhər
Qəhrəman şəhər (rus. город-герой; ukr. місто-герой; belar. горад-герой) — Müharibələr zamanı müstəsna xidmət göstərmiş şəhərlərə verilən fəxri ad. Qəhrəman şəhər titulu əsasən SSRİ tərkibində olan şəhərlərə verilmişdir. II Dünya müharibəsi dönəmində Üçüncü Reyxə qarşı aparılan hərbi əməliyyatlarda fərqlənmiş 12 şəhər və 1 qala bu titula layiq görülmüşdür. Qəhrəman şəhər titulu işğal olunmuş və sonrakı əməliyyatlarda geri qaytarılmış şəhərlərə verilirdi. Titul şəxslərə verilmiş Sovet İttifaqı Qəhrəmanı titulunun şəhərlərə verilən forması kimi də qəbul edilmişdir. Nizamnaməyə əsasən qəhrəman elan edilən şəhərə Lenin ordeni ilə yanaşı Yüksək Sovet Prezidyumu təqdim edilirdi. Titula layiq görülmüş şəhərin mərkəzi meydanlarının birində Qəhramənlıq heykəli inşa edilməli idi.
Qəhrəman Əhmədov
Əhmədov Qəhrəman Məmmədəli oğlu (7 oktyabr 1953, Gürcüstan SSR) — "Azvirt" MMC-nin baş direktorunun elmi işlər üzrə müavini, Texniki elmlər doktoru (2017), Əməkdar Mühəndis (2011), MDB ölkələrinin Fəxri yol işçisi (2012), Nəqliyyat doktoru, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki. == Həyatı == Əhmədov Qəhrəman Məmmədəli oğlu 7 oktyabr 1953-cü ildə Gürcüstan SSR-də anadan olmuşdur. 1970-ci ildə Tbilisi şəhərində orta məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Nəqliyyat" fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisas üzrə tikinti mühəndisi, avtomobil yolları mütəxəssisidir. Bundan başqa, Azərbaycan Dövlət İqtisadiyyat Universitetini (maliyyə və kredit mütəxəssisi) və Azərbaycan Patentləşdirmə İnstitutunu (ekspert-patentçi mütəxəssisi) fərqlənmə ilə bitirmişdir. İstehsalatdan ayrılmadan Ümumittifaq Dövlət Yol Elmi-Təqdiqat İnstitutnun (SOYUZDORNİİ) aspiranturasını bitirərək, 1988-ci ildə "Azərbaycan SSR şəraitində yol örtüklərində bitumtərkibli süxurların tətbiqi" mövzusunda disertasiyanı müvəffəqiyyətlə müdafiə etmiş və texniki elmlər namizədi, alimlik dərəcəsi almışdır. "Təbii-iqlim və qrunt-hidroloji şərayətlarini nəzarət almaqla beynəlxalq avtomobil yollarının qeyri-şərt yol geyimlərinin layihələndirilməsinin elmi əsasları" mövzusunda doktorluq dissertasiya müvəfaqiyyətlə müdafiə edib. İxtisas 05.23.11 — Yolların metropolitenlərin, aeroportların, körpülərin və naqliyyət tunellərin tikintisi və layihəndirilməsi. == Əmək fəaliyyəti == 1976–1977-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunun böyük mühəndisi; 1977–1978-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Texniki İdarəsində böyük mühəndis, böyük ekspert; 1978–1985-ci illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyınin Elmi-Tədqiqat Laboratoriyasında elmi işlər üzrə direktor müavini; 1985 −1990-cı illərdə Azərbaycan Respublikası Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elmi-Tədqiqat Laboratoriyasının direktoru; 1990 −1993-cü illərdə Azərbaycan Respublikası "Avtoyol" İstehsalat Birliyinin baş mühəndisi; 1993–1994-cü illərdə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin vitse-prezidenti; 1994–1996-cı illərdə "AzərSənayeTikintiMaterialları" Dövlət Şirkətinin Xarici İqtisadi Assosiyasiyasının baş direktorunun birinci müavini; "Bakfininvestbank"ın Idarə Heyətinin Sədrinin birinci müavini və Müşahidə Şurasının sədri; 1996–1997-ci illərdə Xüsusi Quraşdırma Tikinti Nazirliyi "Santexquraşdırma" İstehsalat Birliyinin rəis müavini; 1997–1998-ci illərdə "Azərbaycannəqliyyatyoltikinti" Dövlət Şirkətinin vitse-prezidenti; 1998–2004-cü illərdə "AzQur" Səhmdar Cəmiyyətində tikinti rəisi, icraçı direktoru; 2004–2014-cü illərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də magistral yolların tikintisinin Layihə İdarəetmə Qrupunun direktoru vəzifəsində işləmişdir.
Qəhrəman Əliyev
Qəhrəman Əliyev (şair) — Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü. Qəhrəman Əliyev (məşqçi) — Peşəkar futbol məşqçisi.
İlham Qəhrəman
İlham Qəhrəman (İlham Umud oğlu Qəhrəmanov; 24 aprel 1959, Sus, Laçın rayonu) — azərbaycanlı şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Qəhrəman 24 aprel 1959-cu ildə Laçın rayonunun Sus kəndində anadan olub. İbtidai və orta təhsilini Laçında alıb. 1983-cü ildə Bakı Maliyə-kredit texnikumunu fərqlənmə diplomu ilə bitirib və mühasib ixtisasına yiyələnib. Oxuduğu zaman Sovet ordusu sıralarında hərbi xidmətdə olub. Təyinatı Bakıda Material Ehtiyatları Komitəsinə ("Qossnab") verilmiş, ordan da "Azərtəchizkom"a (Azersnabsbıt) göndərilmiş, böyük iqtisadçı vəzifəsində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Laçın seçki dairəsindən deputatlığa namizəd olmuşdur. 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub. Evlidir, üç övladı var.
Şahin Qəhrəman
Şahin Qəhrəman (tam adı: Rəhimov Şahin Qəhrəman oğlu; 1 may 1979, Maştağa) — Azərbaycan kinorejissoru. == Həyatı == Şahin Rəhimov (Şahin Qəhrəman) 1979-cu ildə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində anadan olub. 1986–1996-cı illərdə 187 saylı orta məktəbi, 1996–2000-ci illərdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivi rejissorluğunu bitirib. 2005–2009-cu illərdə ANS TV-də, 2009–2011-cu illərdə Azad Azərbaycan TV-də rejissor kimi çalışıb. === Ailəsi === 2004-cü ildə ailə qurub. Ailəlidir. 2 övladı var. == Filmoqrafiya == Qışlama əməliyyatı (2008, tammetrajlı film-tamaşa) rejissor Ssenarinin dağılması 2009 tammetrajlı film-tamaşa)- rejissor Yatmış gözəl (2009, tammetrajlı film-tamaşa) rejissor Birinci demokratın ölümü (2009, sənədli televiziya filmi) – rejissor Xilaskar bulaq (2010, sənədli televiziya filmi) – rejissor Qorxulu Rasputin (2010, sənədli televiziya filmi) – rejissor Azərbaycan sirləri (2010–2011, sənədli serial) – rejissor, Qərib yurdum – İrəvan (2011, sənədli televiziya filmi) – rejissor Ögey ata (film, 2013) — rejissor Toy gecəsi (serial, 2013) — rejissor Səni ürəyim sevdi (serial, 2014–2015) — rejissor Dəfnə ağacı (teleserial, 2016) — rejissor Günəşim ol (teleserial, 2016) — rejissor Laləli saray (film, 2017) — rejissor O gecə serialı 2018–2019- rejissor Bir qadın serialı 2019–2024— rejissor Nikolayın evi serialı 2021-2022- rejissor Vağzalı filmi-2019 Son nəfəs serialı 2020-? — rejissor H.Əliyev anadan olamasının 101 illik ildönümü.
Əhəməni dövləti
Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi. == Tarix == E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.
Əhəməni imperiyası
Əhəmənilər imperiyası — e.ə. VI əsrin ortalarından e.ə. 330-cu ilədək Yaxın və Orta Şərqin bir çox ölkəsini hakimiyyəti altında birləşdirən qədim İran dövləti. E.ə. 550-ci ildə sonuncu Midiya hökmdarı Astiaq üzərində qələbə çalmış İran şahı tərəfindən yaradılmışdır. Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi. Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Dara. Əhəmənilər imperiyası III Daranın hakimiyyəti dövründə Makedoniyalı İskəndərin Şərqə yürüşü nəticəsində e.ə. 330-cu ildə süqut etdi. == Tarix == E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir.
Əhəməni memarlığı
Əhəməni memarlığı (fars. معماری هخامنشیان‎) — Əhəmənilər imperatorluğunun Persepolis, Susa və Ekbatan kimi ən gözəl şəhərlərinin inşasında özünü büruzə verən memarlıq nümunələrinə aiddir. Əhəməni memarlığı əsasən ibadət üçün məbədlərin, zərdüştilik ibadətgahlarının inşasına və süqut etmiş padşahların şərəfinə ucaldılmış məqbərələrin qurulmasına yönəldilmişdir. Fars-Əhəməni memarlığının özünəməxsus xüsusiyyəti Midiya, Assuriya və Yunan-Asiya memarlığının elementləri ilə eklektik xarakterə malik olmasıdır. Buna baxmayaraq, o dövrlərin memarlığı özünəməxsus fars kimliyini qorumuşdur. Əhəmənilərin memarlıq irsi Pasarqadda II Kirin məqbərəsi və Persepolis şəhərindəki ən gözəl tikililərdən başlayaraq inanılmaz dərəcədə bənzərsiz memarlıq irsi buraxan yaradıcı rifah dövrü idi. 224–624-cü illərdə ikinci Fars imperiyasının, yəni Sasanilər imperiyasının dövründə Əhəməni memarlığı yenidən canlandı. Bəlkə də Əhəmənilər dövründən bu günə qədər bizə qalan ən təəccüblü məqam dövlət və mərasim funksiyaları üçün I Dara tərəfindən qurulmuş bir vaxtlar firavan bir şəhər olan Persepolisin xarabalıqlarıdır. Persepolis Əhəmənilərin 4 paytaxtından biri idi. Persepolisə oxşar memarlıq infrastrukturu, eyni zamanda Susa və Ekbatanda da qurulurdu.
Qəhrəman atam
Qəhrəman atam (köhnə adı ilə Qırmızı kamaz) — döyüş filmi və faciəvi komediya janrındakı, Türkiyə istehsalı teleserial.
Bəhreman
Bəhreman— İranın Kirman ostanının Rəfsəncan şəhristanının Nuq bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,405 nəfər və 1,109 ailədən ibarət idi.
Bremen
Bremen(alm. Bremen‎ [ˈbʁeːmən])—Bremen əyalətinin paytaxtı. == Tarixi == Bavariya, Hamburq və Saksoniya ilə birlikdə Bremen də artıq 1945-ci ilə qədər mövcud olan siyasi subyektlərdən biri idi; San-Marinodan sonra bu dünyada ikinci ən qədim şəhər respublikadır. Bremen əyaləti Bremen şəhərindən (543 000 əhali) və Veser (d) çayından 65 kilometr aşağıda yerləşən Bremerhaven (d) (125 000 əhali) şəhərindən ibarətdir. Bu iki şəhər arasından ərazi Aşağı Saksoniya əyalətinin payına düşür. İlk dəfə 1200 il əvvəl, daha doğrusu 782-ci ildə milad tarixi ilə 787-ci ildə adı çəkilən və İmperator I Fridrix Barbarossa tərəfindən azad şəhər hüququ alan Bremen 1358-ci ildə Hanseatik liqaya qatıldı. 1404-cü ildə Rolandın heykəlini ucaltmaqla və 1405-ci ildə Şəhər Dəhlizini tikməklə şəhər özünün sağlam təyinata ehtiyacını nümayiş etdirdi. 1646-cı ildə Bremen müstəqil imperiya şəhəri statusunu aldı; 1806-cı ildən bəri Bremen özünü Müstəqil Hanseatik Şəhəri adlandırır. Bremenhaven 1827-ci ildə yaradıldı və 1851-ci ildə şəhər statusuna qaldırıldı. Əyalət parlamenti ənənəvi "Bremise Bürgerşaft" adını daşıyır; əyalət hakimiyyəti "Senat" adlanır və Senatın Rəhbəri əyalətin hakimiyyət rəhbəridir. Hər il Fevral ayının ikinci Cümə günü Almaniyanın məşhur ictimai xadimləri Bremenin dənizkənarı ictimaiyyəti tərəfindən Şəhər Dəhləzində keçirilən tarixi "Şaffermaltsayt" iməcliyinə dəvət olunur.