Qəhrəman İsrafıl oğlu Məmmədov (13 avqust 1897, Tiflis) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.
Qəhrəman Məmmədov | |
---|---|
Qəhrəman İsrafıl oğlu Məmmədov | |
Doğum tarixi | 13 avqust 1897 (127 yaş) |
Doğum yeri |
Bakı politexnik məktəbinin memarlıq-inşaat şöbəsini bitirmişdir (1918). Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ mühəndisliyi sahəsində davam etdirmək üçün Berlin Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında təhsilini bitirməsinə 2 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.