Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Altınca
Altınca — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir == Toponimikası == Altınca kəndi Həkəri çayının sahilində, dağətəyi erazidədir. Keçmiş adı Altınca Qiyaslı, yaxud Narlı Qiyaslı olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrdə Naxçıvanın Nehrəm kəndindən qiyaslı nəslinə mənsub ailələr Narlı (Narlı-dərə) adlanan bu əraziyə keçərək kəndin bünövrəsini qoymuşlar. Bu oykonim 1917 və 1933-cü illərdə Altıncı, 1961-ci ildə Altıncı şəklində qeydə alınmışdır. Türk dillərində altın/altun "qızıl", "mis" mənasında işlənir, -çı isə peşə, sənət bildirən şək.-dir. Beləliklə, əsli Altıncı olan bu oykonim "zərgər" və ya "misgər" deməkdir.
Latınca
Latın dili — Hind-Avropa dillərinə daxil dillərdən biri. Qədim Roma ərazisində işlədilmişdir. Əksər elmi terminlər bu dildən götürülmüşdür. Məsələn, "hydro" — su, "ferrium" — dəmir, "vita" — həyat deməkdir. Hazırda Vatikanda latın dili dövlət dilidir. == Tarixi == Latın dili hind-avropa dil ailəsinin italyan dil qrupunun bir üzvüdür. Latın dilinin əlifbası qədim italyan əlifbası əsasında yaranıb və kökləri daha qədimə yunan və finikya əlifbasına qədər gedir. Latin dilinin tarixi bizim eradan öncəsinə aiddir və Tiber çayı ətrafındakı Latium bölgəsinin əsas istifadə etdiyi dil olub. Eyni zamanda Latium bölgəsi hazirdada böyük bir coğrafiyada öz təsirini göstərən roman sivilizasiyasının (Cənubi Avropa, Latın Amerikası və.s ) ilk inkişaf etdiyi bölgə olub. Günü gündən Romada elit təbəqənin istifadə etdiyi dilə çevrilən latin dili b.e.ə I və b.e I əsrləri arasinda şimaldan gallarin, etruryalıların, liquriyalıların, venediklilərin və cənubdan yunan dilli xalqların təsiri ilə latin xalqı tarix səhnəsindən çixmis və bununlada bu dilin məişət həyatında istifadəsi mümkünsüz olmuşdur.
Latınca Vikipediya
Latınca Vikipediya — Vikipediyanın latın dilində olan bölməsidir.
Ficus elastica
Ficus elastica (lat. Ficus elastica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin əncir cinsinə aid bitki növü.
Euphorbia elastica
Euphorbia elastica (lat. Euphorbia elastica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.