Altınca — Azərbaycan Respublikasının Qubadlı rayonunun Ulaşlı kənd inzibati ərazi dairəsində kənd.[2]
Altınca | |
---|---|
39°13′ şm. e. 46°40′ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Qubadlı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 149[1]. nəfər (2008) |
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir
Altınca kəndi Həkəri çayının sahilində, dağətəyi erazidədir. Keçmiş adı Altınca Qiyaslı, yaxud Narlı Qiyaslı olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrdə Naxçıvanın Nehrəm kəndindən qiyaslı nəslinə mənsub ailələr Narlı (Narlı-dərə) adlanan bu əraziyə keçərək kəndin bünövrəsini qoymuşlar. Bu oykonim 1917 və 1933-cü illərdə Altıncı, 1961-ci ildə Altıncı şəklində qeydə alınmışdır. Türk dillərində altın/altun "qızıl", "mis" mənasında işlənir, -çı isə peşə, sənət bildirən şək.-dir. Beləliklə, əsli Altıncı olan bu oykonim "zərgər" və ya "misgər" deməkdir.[3]
Qubadlı rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |