Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əlibala Hacızadə
Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Ağalıkənd, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
Əlibala Məhərrəmzadə
Əlibala Məhərrəmzadə (tam adı: Əlibala Səttar oğlu Məhərrəmzadə; d. 9 avqust 1976, Quba, Azərbaycan SSR, SSRİ) — iqtisad elmləri doktoru, professor, auditor, motivasiya spikeri və yazıçı. Əlibala Səttar oğlu Məhərrəmzadə 9 avqust 1976-cı ildə Quba şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İdarəçiliyi İnstitutunu bitirmişdir. 1999-cu ildə İstanbul Universitetinin İqtisadiyyat şöbəsini bitirərək, iqtisadi elmlər namizədi elmi dərəcəsini almışdır. İqtisad elmləri namizədi, professordur. 2010-cu ildə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizəd olmuşdur. Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Əlibala Nurəliyev
Əli Qayıb oğlu Nurzadə (10 yanvar 1948, Bico, Ağsu rayonu) — Azərbaycan teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2019), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2021-ci ildən). Nurzadə Əli Qayıb oğlu 1948-ci il yanvar ayının 10-da Ağsu rayonunun Bico kəndində anadan olub. Orta məktəbin on birinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb. Sənət müəllimləri xalq artisti, rejissor və aktyor Rza Təhmasib, rejissor Əliheydər Ələkbərov və Əzizağa Quliyev olublar. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin il sentyabr ayının 1-də təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib, 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb. 30 dekabr 1982-ci ildən 10 fevral 1986-cı ilə qədər aktyorluqla bərabər, həm də teatrın direktoru vəzifəsini tutub. Aktyor Sumqayıt Dövlət Dram Teatrında aşağıdakı rolları oynayıb: Bəhram ("Solğun çiçəklər", C. Cabbarlı), Tərgəldi ("Adamın adamı", Anar), İbad ("Almaz", C. Cabbarlı), Rüstəm ("Vəfalı Səriyyə", C. Cabbarlı), Şıxlinski ("Bütün Şərq bilsin", N. Həsənzadə), Qaratay ("Afət", H. Cavid), Oqtay Eloğlu ("Oqtay Eloğlu", C. Cabbarlı) və s.
Əlibala Xudaverdiyev
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi. Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Əlibala Şahsabahlı
Əli Fətulla oğlu Şahsabahlı (28 mart 1896, Tiflis – 13 yanvar 1973, İrəvan) — Azərbaycan aktyoru, rejissor, Ermənistan SSR əməkdar artisti (1945). Səhnə fəaliyyətinə 1911-ci ildə Tiflisdə Azərbaycan teatr truppasında başlamışdır. 1922–1937-ci illərdə Tiflis Azərbərbaycan Teatrında, 1937–1949-cu illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. 1938-ci ildə tamaşaya qoyduğu "Arşın mal alan" musiqili komediyası onun ən yaxşı rejissorluq işlərindəndir.
Əlibala Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlibala Ələkbərov
Əlibala Musa oğlu Ələkbərov (6 dekabr 1913 – 24 sentyabr 1982) — Azərbaycan kinooperatoru. 6 dekabr 1913-cü ildə Bakıda anadan olub. 1932-ci ildən kinoda rejissor, ssenari müəllifi, operator kimi çalışmışdır. 1941–1945-ci illərdə II Dünya Müharibəsində iştirak edib. 24 sentyabr 1982-ci ildə L. İ. Brejnevin Bakıya gəlişi iə bağlı çəkiliş apararkən vəfat edib. "Ağ qızıl" ustaları (film, 1958) Alagöz yaylağında (film, 1955) Araz üzərində işıq (film, 1971) Arazın sahillərində (film, 1953) Artyom adası (film, 1939) Atom insana xidmət edir (film, 1960) Azərbaycan atları (film, 1937) Azərbaycan kino sənəti (film, 1960) Azərbaycan qadını (film, 1974) Azərbaycanın təsviri sənəti (film, 1961) Azərbaycan-Özbəkistan (film, 1947) Bakı bolşevikləri (film, 1940) Bakıda Beynəlxalq Gənclər Gününün 25 illiyi (film, 1939) Bakının qonağı-VII Ümumittifaq Kinofestivalı (film, 1974) Bədən tərbiyəsi və idman (film, 1937) Bir May Bakısı (film, 1941) Bizim aşıqlar (film, 1962) Bizim Azərbaycan (film, 1959) Bizim mayaklar (film, 1961) Bol məhsulun təminatı (film, 1961) Böyük yazıçı-maarifçi (film, 1938) Böyük Oktyabr Sosialist İnqilabının XXIII ildönümü (film, 1940) Bülbül (film, 1968) Cəfər Cabbarlı. Səhnə əsərləri (film, 1973) Cəfər Cabbarlının dəfni (film, 1935) Cənub sərhədlərinin keşiyində (film, 1941) Doğma torpaq, Azərbaycan (film, 1960) Dostların görüşü (film, 1977) Dostların gözü ilə (film, 1979) Dostların ölkəsində (film, 1966) Dostluq məşəli (film, 1965) Dostluq yolu ilə (film, 1964) Estafet (film, 1982) Əbədi qardaşıq (film, 1965) Əfsanəvi qüvvə (film, 1978) Əzim Əzimzadə (film, 1967) Fəxri keşikdə (film, 1938) General Həzi Aslanov (film, 1945) Hanı mənim övladlarım? (film, 1967) Hava hücumundan müdafiə (film, 1960) Xarici tələbələr (film, 1968) İçəri Şəhər (film, 1964) İgidliyin əbədidir sənin (film, 1971) İlk müjdələr (film, 1960) "Kitab-poçtla"nın xidmətlərindən istifadə edin (film, 1956) Kür (film, 1963) Qabaqcıl sovxozda (film, 1955) Qarabağa səyahət (film, 1968) Qardaşlaşmış şəhərlər (film, 1970) Qırmızı Ordu hissələrinin İrandan yola salınması (film, 1946) Qocaman Həmkarlar İttifaqı (film, 1947) Quraqlıq (film, 1971) Lenin bizimlədir (film, 1970) Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (film, 1961) Mahnı axşamı (film, 1962) Mənim Azərbaycanım (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Naxçıvan MSSR (film, 1959) Neft keşikçiləri (film, 1937) Nəriman Nərimanov (film, 1966) Nəriman Nərimanov (film, 1972) Nizami (film, 1941) Odla təkbətək döyüş (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Pioner və Məktəblilərin II Respublika Mahnı və Rəqs Bayramı (film, 1976) Polşada Azərbaycan günləri (film, 1970) S. M. Kirova abidə özülünün qoyulması (film, 1937) Sevinc sarayı (film, 1970) Salam, Əlcəzair (film, 1968) Səhnə veteranı (film, 1974) Sizin poçt indeksiniz (film, 1974) Sonuncu müsahibə (film, 1960) Sovet Azərbaycanı (film, 1948) Sovet Azərbaycanının nailiyyətləri (film, 1964) SSRİ Ali Sovetinə seçkilər qarşısında (film, 1937) Sumqayıt gənclik şəhəridir (film, 1964) Şəki heyvandarlıq kompleksi (film, 1975) Todor Jivkov Bakıda (film, 1973) Umnisə xanım (film, 1969) Ümumxalq təntənəsi (film, 1938) Yeddiilliyin adamları və işləri (film, 1960) Zaman haqqında, özüm haqqında (film, 1972) Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino.
Əlibala Əsgərov
Əlibala Əsgərov (28 yanvar 1955, Sumqayıt – 12 iyun 2024) – Azərbaycan aktyoru. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1975-ci ildən işləyir. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olub. Teatr fəaliyyəti ilə yanaşı, "Durnalar qayıdanda" filmində sovet zabiti, "Qəzan mübarək, Paşam" filmində general Əliağa Şıxlinski obrazlarını ifa etmişdir. 12 iyun 2024-cü ildə Lənkəran şəhərində uzun sürən ağır xəstəlikdən sonra 69 yaşında dünyasını dəyişib. S. Vurğun "Fərhad və Şirin" – Şiruyyə C. Məmmədquluzadə "Ölülər" – Məşədi Oruc H. Mirələmov "Ləyaqət" – Nihad Y. Əzimzadə "Nəsrəddin" – Fərzəli Hidayət "Məni qınamayın" – Vəli Qulamoviç Elçin "Dəlixanadan dəli qaçıb" – Polikarpoviç N. B. Vəzirov "Ağa Kərim Xan Ərdəbili" – Ağa Kərim Xan Ə. Haqverdiyev "Bəxtsiz cavan" – Mirzə Qoşunəli V. Səmədoğlu "Mamoy kişinin yuxuları" – Dəli Firiq A. Mədətov "Sezarın qətli" – Sezar B. Yıldız "Kərbəla" – Yezid S. Rüstəm "Durna " – Dursun Ç. Aytmatov "Manqurt" — Müstəntiq Tansıkbayev M. Xubai "Şeytanın oyunları" – Kahin S. H. Latıpovlar "Şah və əks-səda" – Sultan Kərim Q. Qorin "Herastratı unudun" – Aparıcı K. Nəzirli "Şeytan işığı" – Murtuza M. F. Axundzadə "Lənkəran xanının vəziri" – Mirzə Həbib M. Məmmədov "Sovqat" – Ədalət, Nəcib, Mərdan, I Kişi və sair rollarda oynamışdır.
Əlibala Əsədullayev
Əlibala Bəhram oğlu Əsədullayev (yanvar 1928, Bakı – 5 mart 1981) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR yerli sənaye naziri (1975–1979), Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı. Əlibala Bəhram oğlu Əsədullayev 1928-ci ildə Bakıda anadan olmuşdur. Əmək fəaliyyətinə 1949-cu ildə "Bakı fəhləsi" zavodunda mühəndis-konstruktor kimi başlamışdır. 1950-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Azərbaycan LKGİ Lenin Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1951–1956-cı illərdə S. M. Kirov adına zavodda texniki nəzarət şöbəsinin rəisi, sex rəisi işləmiş, baş mühəndis vəzifəsini icra etmişdir. 1957–1958-ci illərdə Petrov adına zavodun direktoru, Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası (XTŞ) Maşınqayırma İdarəsinin baş mühəndisinin müavini olmuşdur. Əlibala Əsədullayev 1959-cu ildən 1965-ci ilədək Keşlə maşınqayırma zavodunun direktoru, Azərbaycan SSR XTŞ Maşınqayırma İdarəsinin rəisi, 1965-ci ilin noyabr ayından isə Azərbaycan Neft Sənayesi Maşınqayırma Birliyinin rəisi olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsində maşınqayırma şöbəsinin rəisi vəzifəsində işləmişdir. 1975-ci ilin iyul ayında Azərbaycan SSR yerli sənaye naziri təyin edilmişdir. O, bu vəzifədə 1979-cu ilədək çalışmışdır.
Əlibala Əsədov
Aydın Əlibalayev
== Aktyor == == Həyatı == A. Əlibalayev 1975-ci ildən S. Rəhman adına Şəki Dövlət Dram Teatrının aktyorudur. Orta təhsillidir. A. Əlibalayev 31 ildir ki, fasiləsiz olaraq işləyir. Bu illər ərzində müxtəlif səpgili 200ğ yaxın obraz yaratmışdır. Yüksək templi səsə və plastikaya malikdir. Oynadığı rollardan bəziləri: G. Xudayev "Arvadımın əri" – Kazbek, Şekspir "Kral Lir" – Kent, S. Rəhman "Aşnalar" – Qənbər, Anar "Adamın adamı" -Mərd Mazarov, İ. Coşqun "Komsomol poeması" -S. Vurğun, Hidayət "Məni qınamayın" -Salahov və sairə. Kollektivlə birlikdə Kubada, Moskvada, Qazanda, Yoşkar-Olada, Daşkənddə qastrol səfərlərində iştirak etmişdir. Dəfələrlə pul mükafatı almış və fəxri-fərmanlarla təltif olunmuşdur. Salahov roluna görə A. Əlibalayev 2001-ci ildə "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
Əlibaba Abdullayev
Əlibaba Abdulla oğlu Abdullayev (23 mart 1915, Bakı – 9 avqust 1980, Bakı), bəzi mənbələrdə Əli Bala Abdullayev — Azərbaycan-sovet xalq rəqqası və xoreoqrafı. O, Azərbaycan Filarmoniyasının mahnı və rəqs ansamblının kollektivinin bədii rəhbəri olmuş, Azərbaycan SSR əməkdar artisti (1943) və Azərbaycan SSR xalq artisti (1959) fəxri adlarına layiq görülmüşdür. Əlibaba Abdullayev peşəkar fəaliyyətə 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında başlamış, iki ildən sonra Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak etmişdir. İkinci Dünya müharibəsi illərində o, rəqs qrupunun rəhbəri olmuş, İranda sovet qoşunları ilə əlaqədə olmuş, bəzi əsərlər hazırlamış, Mozdok rayonunda 416-cı atıcı diviziyanın hərbi qulluqçuları ilə görüşmüşdür. Müharibədən sonra Əlibaba Abdullayev Bakıda Musiqili Komediya Teatrında Azərbaycan musiqi klassiklərinin əsərlərini tamaşaya qoymuşdur. O, 1960-cı illərdə Dövlət Filarmoniyasının xoreoqrafı olmaqla Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Bundan əlavə, Əlibaba Abdullayev Mirzə Ağaəli Əliyev adına Azərbaycan İncəsənət İnstitutunda və Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Əlibaba Abdullayev təkcə teatr səhnəsində deyil, həm də bir sıra Azərbaycan-sovet bədii filmlərində fərdi və kollektiv rəqslərə quruluş vermişdir. Əlibaba Abdullayev həm də mahnılar yazmışdır. Doğulduğu Bakı şəhərinin küçələrindən biri Əlibaba Abdullayevin adını daşıyır, yaşadığı evin divarına xatirə lövhəsi vurulmuşdur.
Əlibaba Məmmədov
Əlibaba Balaəhməd oğlu Məmmədov (5 fevral 1930, Maştağa – 25 fevral 2022, Bakı) — Azərbaycan xanəndəsi, bəstəkar və pedaqoq, Azərbaycan SSR xalq artisti (1989). Musiqişunas alim, professor, görkəmli mədəniyyət xadimi, ictimai xadim, şöhrət və şərəf, istiqlal ordenli. Əlibaba Baləhməd oğlu Məmmədov 1930-cu il 5 fevral tarixində Bakı şəhərinin Maştağa kəndində anada nolub. 128 və 187 nömrəli məktəblərdə, 1944-cü ildən Bakıxanov qəsəbəsindəki 1 nömrəli fabrik-zavod məktəbində oxuyub. İki il sonra Neft Texnikumuna keçirilib və 1947-ci ildə təhsilini başa vurduqdan sonra təyinata əsasən Türkmənistan Respublikasının Nəbitdağ mədənlərində işləməyə göndərilib. Aşqabad şəhərində baş vermiş zəlzələdən sonra Əlibaba Məmmədov Azərbaycana qayıdıb və el şənliklərində iştirak edib. Əlibaba Məmmədovun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb. Musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində almışdır. 1949-cu ilin oktyabrından isə müsabiqə yolu ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Estrada Orkestrində çalışıb. 1953–1978-ci illərdə Filarmoniyanın, 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub.
Əlibaba İbrahimov
Əlibaba Şirinov
Əlibala Əbdül oğlu Şirinov (1903, Dünyamalılar, Cavad qəzası – 3 noyabr 1973, Bakı) — Sosialist Əməyi Qəhrəmanı (1951), Azərbaycan pambıq ustası (1957). Azərbaycan Ali Sovetinin (2–5, 7-ci və 8-ci çağırış) deputatı. Əlibala Əbdül oğlu Şirinov 1903-cü ildə anadan olmuşdur. 1925–1927-illərdə ordu sırasında olmuş, ordudan tərxis edildikdən sonar iki il Xalac (Dünyamalılar) kənd sovetinin sədri işləmişdir. 1929-cu ildə Dünyamalılar kəndinin kənd təsərrüfatı arteli təşkil edildikdə Ə.Şirinov kolxoza birinci daxil olmuş, onun təşkilat-təsərrüfat cəhətdən möhkəmləndirilməsində fəal iştirak etmişdir. Əlibala Şirinov əvvəlcə katib vəzifəsində işləmişdir. Beyləqan rayonunun Dünyamallar kəndində 1927–1928-ci illərdə kənd sovetinin mühasibi, 1928–1935-ci illərdə kənd sovetinin sədri, 1935–1936-cı illərdə Gödəklər kəndində qurulan kolxozun sədri, 1936-cı ildən 1971-ci ilədək öz doğma kəndi Dünyamalılarda sonralar Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun adı ilə adlanan kolxozun sədri olmuşdur. 1936-cı ilin may ayında kolxozçular Ə.Şirinovu özlərinə sədr seçmişlər. Əlibala Şirinov o vaxtdan düz 35 il kolxozun idarə heyətinin sədri olmuşdur. Ona hamı hörmət və ehtiram bəsləyirdi.
Əlibalta (Sayınqala)
Əlibalta (fars. الي بالتا‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 244 nəfər yaşayır (48 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Əlibaba və 40 quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (balet)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Əlibaba və qırx quldur (dəqiqləşdirmə)
Əlibaba və qırx quldur - "Min bir gecə" nağıl toplusu içində ən tanınmış nağıllardan biri. Əlibaba və qırx quldur - 1905-ci ildə çəkilmiş səssiz Fransa filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş ABŞ filmi. Əlibaba və qırx quldur - 1944-cü ildə çəkilmiş Türkiyə filmi. Əlibaba və qırx quldurun sərgüzəştləri - 1979-cu ildə çəkilmiş sovet-hind filmi. Əlibaba və qırx quldur - 1990-cı ildə sovet, çexoslovak və qərbi-alman kinematoqrafçılarının birgə çəkdiyi film-balet. Bəstəkarı Roland Baumqartnerdir. Əlibaba və qırx quldur - Arif Məlikovun 1973-cü ildə yazdığı eyniadlı baleti. Əlibaba və qırx quldur - Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı eyniadlı baleti.
Əlibaba və qırx quldur (balet, O. Zülfüqarov)
"Əlibaba və 40 quldur" — Oqtay Zülfüqarovun 1990-cı ildə yazdığı balet. Libretto müəllifindir.
Alibaba
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət və internet şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Əliağa
Əliağa (türk. Aliağa) — İzmir ilinin ilçəsi. İzmirin şimalında yer alır. İl mərkəzinə uzaqlığı 45 km-dir. İlçənin şimalında Berqama, cənubunda Foça və Menəmən ilçələri, şərqində Manisa ili, qərbində isə Egey dənizi yerləşir. İlçənin sahəsi 379 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 96,974 nəfərdir.
Alibaba Group
"Alibaba Group" (çin. 阿里巴巴集团, ing. Alibaba Group Holding Limited) — Çinin dünyaca məşhur e-ticarət və internet şirkəti. Yaradıcısı Cek Madır. Mərkəzi ofisi Çin Xalq Respublikasının Xançjou şəhərində yerləşir. == Yaranması == Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb. Ətrafdakılara "Alibaba kimdir?" deyə soruşub. Hər kəsdən bəlli "Alibaba və Qırx quldur" cavabını aldıqdan sonra bu adın dünyaca məşhur olduğunu anlayıb və öz internet saytına "Alibaba" adını verməyi qətiləşdirib. İnternet-ticarət sahəsindəki layihəsini maliyyələşdirmək üçün investor axtarışında olan Cek Ma axtarışları nəticəsiz qaldıqda 18 yaxın dostunu evinə çağırır və onlara düz iki saat öz layihəsindən bəhs edir. Hər biri ona maliyyə yardımı etməyə razılaşır.
Vəlibaba mağarası
Vəlibaba mağarası — Babək rayonunun Payız kəndinin şimalında, Çalxandağının altında təbii mağara. Toplanmış materiallardan və ədəbiyyat məlumatlarından aydın olur ki, Çalxanqaladan mağaraya, oradan isə Cəhriçaya yol enmişdir. Qala sakinləri mağaraya yol açmaqla ondan sığınacaq, eyni zamanda su mənbəyi kimi istifadə etmişlər. Bunu mağarada su daman yerlərə qoyulmuş saxsı qablar da sübut edir. Damcı suları ilə bərabər Cəhriçayından su götürülmüşdür. Əldə edilmiş keramika məmulatlarına əsasən buradan orta əsrlər dövründə də istifadə edildiyini söyləmək olar. Çalxanqala ilə bağlı materiallara, əldə edilmiş keramika məmulatlarına əsasən Vəlibaba mağarasından e.ə. III-II minilliklərdən orta əsrlərə qədər istifadə edildiyini söyləmək olar. Burada geniş tədqiqat işlərinin aparılmasına böyük ehtiyac var.
Əlicula (Çaroymaq)
Əlicula (fars. علي جولا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (9 ailə).
Əlipaşa bəy
Əliqara Hüseynov
Əzimbala Əzimov
Əzimbala Xanbaba oğlu Əzimov (7 sentyabr 1948, Əmircan) — Azərbaycan pilotu, mühəndis-təyyarəçi, eskadriliya komandiri, "Şöhrət" ordenli (2006).
Əzizbala Hacıyev
Əzizbala Hacıyev (1895, Təbriz – 1973) - Azərbaycanda peşəkar fotoqrafiyanın əsasını qoyan şəxslərdən biri. Ə. Hacıyev 1895 –ci ildə Təbrizdə doğulmuşdur. Anası Səkinə xanım həmin vaxt qohumlarının toy mərasimində iştirak etmək üçün Təbrizdə idi. Təbrizdə dünyaya gəlməsi də sonralar onun Sovet dövləti tərəfindən repressiya olunması üçün bir əsas olacaqdı. Onun atası Məmmədəli Hacıyev əslən Qubadan idi. M.Hacıyev silah satışı ilə məşğul olurdu. Anası Səkinə xanım isə ipək və məxmər üzərində tikmə işi ilə tanınırdı. Ailə Bakıda Aşağı Dağlı məhəlləsində ( Nijni Naqornıda ) ata-baba mülkündə yaşayırdı. Əzizbalanı atasının ölümündən sonra ailənin yaxın qohumu , milyonçu Hacınski himayə etmişdir. Əzizbala Hacıyev Bakı milyonçularından Ağa Rəsulovun qızı ilə ailə həyatı qurmuş və bu nikahdan 4 övladı doğulmuşdur.
Paulo Dibala
Paulo Bruno Ezekiel Dibala (İspanca tələffüz: [ˈpaulo ðiˈβala]; 15 noyabr 1993[…]) — Seria A təmsilçilərindən olan Roma FK klubunda və Argentina milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Argentina futbolçusudur. Dibala karyerasına 2011-ci ildə Argentina klublarından olan İnstituto de Kordoba klubunda başlamışdır. 2012-ci ildə İtaliyanın Palermo klubuna transfer olmuşdur. Seria A-da yüksək performans göstərdikdən sonra 2015-ci ildə Yuventus klubu ilə müqavilə imzalamışdır. Klub ilə ilk mövsümdəcə Seria A-nın, İtaliya Kubokunun, İtaliya Superkubokunun qalibi olmuşdur. Bianconeri ilə 12 kubok qazandıqdan sonra 2022-ci ildə Roma keçdi. Kreativ oyun tərzinə, istedadına, texnikasına, gözqamaşdırıcı oyun üslubuna görə Dibalanı La Joya (İspan dilində zərgər) ləqəbi ilə çağırırlar. Paulo Argentinanın Kordoba əyalətinin Laquna Larqa şəhərində anadan olmasına baxmayaraq, onun babası Boleslav Dibala Polşanın Krasniov kəndindən idi. İkinci dünya müharibəsi zamanı Boleslav Argentinaya qaçmağa məcbur olmuşdur. Paulonun ailəsinin ana tərəfi isə İtaliya mənşəlidir.
Elidalı Hippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.