ZİDDİNƏ

ZİDDİNƏ [Qaçay:] Mən belə davaların ziddinəyəm (S.Rəhimov); BƏRƏKS(İNƏ) Göyərçin: O kimdir elə hökumətin bərəksinə gedən? (S.Rəhimov); ƏKSİNƏ Tamam da sənin əksinə gedir (S.S.Axundov); ƏLEYHİNƏ Əlibala: Mən orada bu İmamqulunun ağzından Kamalın təklifi əleyhinə bir kəlmə də söz eşitmədim (M.İbrahimov); QARŞI Surxay öz dostuna qarşı ittihamkar mühakimələr yürüdürdü (İ.Əfəndiyev).

ZİDD
ZİDDİYYƏT

Значение слова в других словарях