Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əliheydər Hüseynli
Əliheydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Əliheydər Həşimov
Əliheydər Şirin oğlu Həşimov — professor. Əliheydər Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1938–1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə". 1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir.
Əliheydər Kazımov
Əliheydər Orucov
Orucov Əliheydər Əliabbas oğlu (25 noyabr 1905, Quba – 26 oktyabr 1988) — filologiya elmləri doktoru, professor (1966). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmişdir. Orucov Əliheydər Əliabbas oğlu noyabrın 25-i 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Ə.Orucov, 1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır. Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Ə.Orucov 1947-ci ildə «İlk Azərbaycan qəzeti «Əkinçi»nin dili» mövzusunda namizədlik, 1962-ci ildə “Azərbaycan dilinin izahlı lüğətinin nəzəri əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1966-ci ildə professor elmi adını almış, 1968-cil ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Əliheydər Qarayev
Qarayev Əliheydər Ağakərim oğlu (20 iyun 1896, Şamaxı – 24 aprel 1938, Bakı) — Azərbaycan SSR və Sovet siyasi və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı; Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı (1920), Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923). SSRİ-nin ilk fəxri neftçilərindən Sadıq Qarayevin qardaşıdır. Sadıq Qarayevin qızı Tamilla xanım , Lütfəli bəy Behbudovun qardaşı Mirzəli bəyin oğlu Şəmsi Behbudovla ailəli olub. Sadıq Qarayevin oğlu Tofik Qarayev neftçi geoloq alim, Azərbaycanda ilk özəl muzey- Rinay Malakofauna Muzeyinin yaradıcısıdır. O, həmçinin " Gəncəbasarlı intiqamçı(Qatır Məmməd)" filmində Azərbaycan Cümhuriyyəti ordusu zabiti rolunu oynayıb. Əliheydər Qarayev əvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916-cı ildə Don (indiki Novoçerkassk) Politexnik İnsitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917-ci ildə Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri olmuşdur. Əliheydər Qarayev Ağakərim oğlu, 1896-cı ilin iyun ayının 20-də Şamaxı şəhərində anadan olub. Tacir olan atası tərəfindən 6 yaşında mollaxanaya təhsil almaq məqsədilə göndərilir.
Əliheydər İbrahimov
Əliheydər Əliqulu oğlu İbrahimov (24 dekabr 1906, Bilgəh, Bakı qəzası – 6 noyabr 1953, Bakı) — Sovet hərbi qulluqçusu, Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qızıl Ordunun qvardiya mayoru. Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir.
Əliheydər Əliyev
Əliheydər Əbdül oğlu Əliyev - Əməkdar müəllim, "İlin ən yaxşı müəllimi (1999)", Bioloq, Tarixçi araşdırmaçı. Əliheydər Əliyev 1940–cı ilin fevral ayında Blaband kəndində doğulmuşdur. Kənddə yeddiillik təhsil aldıqdan sonra, 1954-cü ildə Lerik qəsəbə orta məktəbində oxumağını davam etdirib. 1958-ci ildə onbirillik məktəbi bitirib, komsomol göndərişi ilə Sumqayıt şəhərinə işləməyə gedib. O vaxtlar yerli kadrlara böyük ehtiyac vardı. Alüminium və taxta–şalban zavodlarında fəhlə dəzgahçı işləyərkən özü ilə çamadana yığıb gətirdiyi kitablardan ayrılmır, biliyini artırmaq üçün gecə yarısınadək oxuyurdu. Ali məktəbə daxil olacağına əmin idi. 1960-cı il onun ömrünün ən yaddaqalan və unudulmaz xatirəsinə döndü. H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Biologiya və Kənd Təsərrüfatının Əsasları" fakültəsinə daxil oldu.Əliheydər müəllim təhsilini davam etdirməklə yanaşı, müəllim işləməyi qərara aldı. 1960–cı ildə Lerik heyvandar– larının məskunlaşdığı Muğan qışlağında sinif müəllimi təyin olundu.
Əliheydər Ələkbərov
Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı – 3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olmuşdur Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov.
Əliheydər Şirvani-Mustafabəyov
Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov (19 iyun 1896, Tehran – 26 aprel 1938, Moskva) — Marı vilayət komitəsinin sədri. Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov 1896-cı ildə Tehran şəhərində anadan olmuşdu. Şirvan xanlarının nəslindəndir. Ali təhsil almışdı. 1928-ci ildən 1930-cu ilədək Tacikistan SSR-nin I katibi vəzifəsində çalışmışdı. 1930-cu ildən 1934-cü ildək Marı vilayət komitəsinin sədri. 21 fevral 1938-ci ildə tutulmuşdu. Əliheydər Şirvani-Mustafabəyov 26 aprel 1938-ci ildə repressiyaya uğrayıb. O, 6 oktyabr 1956-cı ildə bəraət alıb.
Əliəkbər Bəndəliyev
Mirzə Əliəkbər Dehxuda
Mirzə Əliəkbər Dehxuda (1879, Tehran – 9 mart 1959, Tehran) — ictimai-siyasi xadim, yazıçı, lüğət tərtibçisi, şair. Təxəllüsü Əllamə idi. Əslən İran azərbaycanlısı olan Dehxuda Tehranda anadan olmuşdur. Atası Xan Babaxan (خان باباخان) Qəzvin şəhərinin ortabab mülkədarlarından olmuşdur. ”Sur-e İsrafil” – 1907-1908-ci illərdə Tehranda nəşr olunan ictimai-siyasi və ədəbi jurnal idi. Redaktoru Cahangir xan Şirazi, naşiri isə Ələkbər xan Dehxuda olmuşdur. 1905-1911-ci il inqilabı dövründə İranın ədəbi-ictimai həyatında mühüm rol oynayan “Sur-e İsrafil”in “Çərən-pərən” adı altında xüsusi satirik rubrikası var idi. Dehxuda bu rubrikada öz yazılarını Dəxu təxəllüsilə imzalamışdır. “Sur-e İsrafil” jurnalı bir sıra məsələlərdə “Molla Nəsrəddin”lə səsləşirdi. Dehxuda lüğəti (fars.
Əliəkbər ibn Hüseyn
Əli əl-Əkbər (ərəb. علي الأكبر بن حسين‎‎) — İmam Hüseyn və Ümmü Leylanın oğlu. Kərbəla döyüşündə şəhid olub.