ƏLİHEYDƏR

Ərəbcə “Əlinin şiri” deməkdir. Heydər “şir” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ƏLİGUŞAD
ƏLİMƏRDAN
OBASTAN VİKİ
Əliheydər Hüseynli
Əliheydar Səlahəddin oğlu Hüseynli (14 aprel 1994; Qırılı, Ağstafa rayonu – 9 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əliheydar Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. 2000–2011-ci illərdə Qırılı kənd tam orta məktəbində, 2011–2015-ci illərdə Azərbaycan Texniki Universitetinin İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2017-ci ildən etibarən “Azərişıq ASC”-nin [[Ağstafa rayonu|Ağstafa rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı. == Hərbi xidməti == Əliheydar Hüseynli 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əliheydar Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Əliheydar Hüseynli noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Ağstafa rayonunun Qırılı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əliheydar Hüseynli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əliheydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Əliheydər Həşimov
Əliheydər Şirin oğlu Həşimov — professor. == Həyatı == Əliheydər Həşimov 24 iyul 1924-cü ildə Qubadlı rayonunun Əyin kəndində anadan olmuşdur. 1938–1940-cı illərdə Ağdamda pedoqoji texnikumda təhsil alıb. 1947-ci ildə ADU-nun filologiya və psixologiya şöbəsinə daxil olur. 1952-ci ildə təhsilini başa vuraraq Gəncə Pedoqoji İnistitutunda və Respublika Xalq Maarifi Muzeyində çalışır. 1966-cı ildə həmin İnistitutunda tədris işləri üzrə prorektor, üç il sonra isə rektor təyin edilir. 1986-cı ildə Xarici Dillər İnstitutunun professoru seçilir. Onlarla dissertantın rəhbəri və doktorantın oponenti olmuşdur. Fəaliyyəti illərində onun aşağadakı dərslikləri çap etdirmişdir: "Azərbaycan xalq pedaqogikasından mühazirələr"," Azərbaycan xalq pedaqogikası antalogiyası", "Azərbaycan xalq pedaqogikası ", "Azərbaycan şifahi xalq ədəbiyyatında tərbiyəvi fikirlər ", "Azərbaycan xalq pedaqogikasından iki mühazirə", " Azərbaycan xalq pedaqogikasının əsasları"," Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri","Xalq pedaqogikasında tərbiyənin üsul və vasitələri"," Pedaqogika kursunun tədrisində xalq hikmətindən istifadə". 1994-cü ildən Bakı Özəl Universitetinin tədris məsələləri üzrə prorektoru işləmişdir.
Əliheydər Kazımov
Əliheydər Kazımov (28 fevral 1963-cü il; Əlibayramlı (indiki Şirvan) - 2 iyul 1992-ci il; Bakı şəhəri) — Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Əliheydər Əliağa oğlu Kazımov 28 fevral 1963-cü ildə keçmiş Əlibayramlı (indiki Şirvan) şəhərində doğulub. 1970-ci ildə şəhərdəki orta məktəbin I sinfinə daxil olub, V sinifə qədər burada oxuyub, daha sonra təhsilini H.Cavid adına 132 saylı orta məktəbdə davam etdirib.1976-1980-ci illərdə Asəf Zeynallı adına musiqi məktəbinin Fortepiano şöbəsində daxil olan Əliheydər 1990-1992-ci illərdə Qaradağ rayonunun Sahil qəsəbəsindəki 228 saylı tam orta məktəbdə musiqi müəllimi kimi işləyib.1992-ci il 1-ci Qarabağ döyüşləri başlayanda vətənin qəhrəman oğulları kimi Əliheydər də döyüşə yollanıb. 1992-ci il iyunun 20-də Füzuli rayonunun Qacar kəndi uğrunda gedən ağır döyüşlərin birində yaralanaraq Bakıya gətirilib, lakin qrad qəlpələri səbəbindən aldığı xəsarətlər nəticəsində Əliheydəri yenidən həyata qaytarmaq mümkün olmayıb. 1992-ci il iyulun 2-də Əliheydər Kazımov həyatla vidalaşıb. Şəhidlik adlı müqəddəs zirvəyə ucalanlardan olub. Qaradağ rayonunun Lökbatan qəsəbəsində ümumi qəbristanlıqda dəfn edilib. == Ailəsi == Əliheydər Kazımov müharibəyə gedəndə ailəli olub. Bir oğul atasıdır. == Xatirəsi == Əliheydər Kazımovun vaxtı ilə çalışdığı 228 nömrəli tam orta məktəb hazırda onun adını daşıyır.
Əliheydər Orucov
Orucov Əliheydər Əliabbas oğlu (d. 25 noyabr 1905, Quba- ö. 27 oktyabr 1987, Bakı ) — filologiya elmləri doktoru, professor (1966). Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1968), Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminologiya Komitəsi sədrinin müavini işləmişdir. == Həyatı == Orucov Əliheydər Əliabbas oğlu noyabrın 25-i 1905-ci ildə Quba şəhərində anadan olmuşdur. İlk təhsilini Quba şəhərində alan Ə.Orucov, 1922-ci ildə Bakı şəhərinə gəlmiş və burada əmək fəaliyyətinə başlamışdır. 1923-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almış, 1926-cı ildə oranı bitirmişdir. Həmin dövrdə o, "Gənc İşçi" qəzetində məsul katib vəzifəsində çalışmışdır. Görkəmli alim 1931-1933-cü illərdə Moskva şəhərində Redaksiya-Nəşriyyat İnstitutunda təhsil almışdır. Ə.Orucov 1940-cı ildə ekstern olaraq S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
Əliheydər Qarayev
Qarayev Əliheydər Ağakərim oğlu (20 iyun 1896, Şamaxı – 24 aprel 1938, Bakı) — Azərbaycan SSR və Sovet siyasi və dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı; Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı (1920), Bakı Soveti İcraiyyə Komitəsinin sədri (1920), Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı (1920–1923). == Həyatı == Əliheydər Qarayev əvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916-cı ildə Don (indiki Novoçerkassk) Politexnik İnsitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917-ci ildə Şamaxı Fəhlə və Əsgər Deputatları Sovetinin sədri olmuşdur.Əliheydər Qarayev Ağakərim oğlu, 1896-cı ilin iyun ayının 20-də Şamaxı şəhərində anadan olub. Tacir olan atası tərəfindən 6 yaşında mollaxanaya təhsil almaq məqsədilə göndərilir. 10 yaşında isə realnı məktəbə yazılır. Qarayevin şəxsiyyətinin formalaşmasında onun müəllimi- görkəmli şair, nasir, dramaturq, publisist və maarif xadimi Abbas Səhhətin böyük rolu olub. Bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. Sosial yönümlü xarakterinə görə məktəbin ictimai işlərində fəal iştirak edir və üzərində böyük təsiri olmuş, demokratik ideyaların carçısı "Molla Nəsrəddin" jurnalını maraqlı izləyirdi. Mütərəqqi fikirlərin təbliğatçısı olan "Molla Nəsrəddin" zəhmətkeş xalq və demokratiya cəbhəsində duraraq, azadlıq düşmənlərini — çar mütləqiyyətini, hakim təbəqələrinin ağalığını, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, mövhumat, cəhalət və xurafatı amansız satira atəşinə tutmuş, Azərbaycan xalqının milli oyanışında, əhalinin geniş təbəqələri içərisində istiqlal ideyalarının yayılmasında mühüm rol oynamışdır.
Əliheydər İbrahimov
Əliheydər Əliqulu oğlu İbrahimov (24 dekabr 1906, Bilgəh, Bakı qəzası – 6 noyabr 1953, Bakı) — Sovet hərbi qulluqçusu, Böyük Vətən müharibəsinin, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, 4-cü qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri, Qızıl Ordunun qvardiya mayoru. == Həyatı == Əliheydər Əliqulu oğlu İbrahimov 1906-cı il dekabrın 24-də Bakının Bilgəh kəndində dünyaya gəlib. Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, hissələrdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü bacarıqlı və mahir əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır. 1941-ci ildə alman-faşist işğalçıları Sovetlər ölkəsinə hücum etdiyi vaxtda Əliheydər İbrahimov komandanlığa müraciət edərək cəbhəyə göndərilməsini xahiş edir, vətənin istiqlaliyyəti uğrunda əsl qəhrəman kimi vuruşacağına and içir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində alman-faşist işğalçılarına qarşı döyüşlərdə iştirak edib, Poltava yaxınlığında zədə almasına baxmayaraq Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında özünü əsl qəhrəman kimi göstərir. Dəfələrlə əlbəyaxa döyüşlərdə iştirak etmiş, xeyli düşmən texnikasını məhv etmiş, düşmənin xeyli əsgər və zabitini əsir götürmüş, böyük strateji əhəmiyyətə malik məntəqələrin azad edilməsində müstəsna xidmətləri olmuşdur. Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında böyük fəallıq, misli görünməmiş qəhrəmanlıq göstərmişdir.
Əliheydər Əliyev
Əliheydər Əbdül oğlu Əliyev - Əməkdar müəllim, "İlin ən yaxşı müəllimi (1999)", Bioloq, Tarixçi araşdırmaçı. == Həyatı == Əliheydər Əliyev 1940–cı ilin fevral ayında Blaband kəndində doğulmuşdur. Kənddə yeddiillik təhsil aldıqdan sonra, 1954-cü ildə Lerik qəsəbə orta məktəbində oxumağını davam etdirib. 1958-ci ildə onbirillik məktəbi bitirib, komsomol göndərişi ilə Sumqayıt şəhərinə işləməyə gedib. O vaxtlar yerli kadrlara böyük ehtiyac vardı. Alüminium və taxta–şalban zavodlarında fəhlə dəzgahçı işləyərkən özü ilə çamadana yığıb gətirdiyi kitablardan ayrılmır, biliyini artırmaq üçün gecə yarısınadək oxuyurdu. Ali məktəbə daxil olacağına əmin idi. 1960-cı il onun ömrünün ən yaddaqalan və unudulmaz xatirəsinə döndü. H.B.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun "Biologiya və Kənd Təsərrüfatının Əsasları" fakültəsinə daxil oldu.Əliheydər müəllim təhsilini davam etdirməklə yanaşı, müəllim işləməyi qərara aldı. 1960–cı ildə Lerik heyvandar– larının məskunlaşdığı Muğan qışlağında sinif müəllimi təyin olundu.
Əliheydər Ələkbərov
Əliheydər Əbdüləli oğlu Ələkbərov (26 iyul (8 avqust) 1915, Bakı – 3 mart 1975, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1949). == Həyatı == Əliheydər Ələkbərov 1915-ci il iyulun 26-ı anadan olmuşdur Yaradıcılığı əsasən Akademik Milli Dram Teatrı ilə bağlıdır. 1960–1967-ci illərdə Musiqili Komediya Teatrında baş rejissor işləyib. Teatrın repertuar qurumunun formalaşmasında, rejissor sənətinin yeni peşəkarlıq keyfiyyətləri əxz etməsində, aktyor truppasının kamilləşməsində Əliheydər Ələkbərovun böyük xidmətləri var. O, bu teatrda bir sıra uzunömürlü tamaşalara maraqlı quruluşlar verib. Hazırladığı tamaşalara monumental ruh verməyə çalışıb. Xor və baletdən komponent-obraz kimi istifadəyə xüsusi meyl göstərib. Əliheydər Ələkbərovun rejissurası dolğun ifadə vasitələri, dərin realizmi və təbii yumorun obrazlı bədii həlli ilə seçilib. Bu baxımdan onun teatrda hazırladığı "Bir dəqiqə" (dramaturq Məhərrəm Əlizadə və bəstəkar Hacı Xanməmmədov. 17 oktyabr 1961), "Ulduz" (Sabit Rəhman və Süleyman Ələsgərov.
Əliheydər Şirvani-Mustafabəyov
Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov (19 iyun 1896, Tehran – 26 aprel 1938, Moskva) — Marı vilayət komitəsinin sədri. == Həyatı == Əliheydər İbiş oğlu Şirvani-Mustafabəyov 1896-cı ildə Tehran şəhərində anadan olmuşdu. Şirvan xanlarının nəslindəndir. Ali təhsil almışdı. 1928-ci ildən 1930-cu ilədək Tacikistan SSR-nin I katibi vəzifəsində çalışmışdı. 1930-cu ildən 1934-cü ildək Marı vilayət komitəsinin sədri. 21 fevral 1938-ci ildə tutulmuşdu. Əliheydər Şirvani-Mustafabəyov 26 aprel 1938-ci ildə repressiyaya uğrayıb. O, 6 oktyabr 1956-cı ildə bəraət alıb.
Qışlaq-i Acıişmə-i Əliheydərbəy (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Əliheydərbəy (fars. قشلاق اجي اشمه علي حيدربيگ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).

Значение слова в других словарях

Адида́с каса́тельство кашта́новый организо́ванный папуа́сский переспо́рить подсчита́ться превосхо́дствовать презре́ние происхожде́ние сосе́дственный черепоко́жный бре́ющий перекочева́ть тюк advance agent begone calefy consult party bummer passenger ship recrudescent surgeless бригадирский докормить