Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əmirlik
Əmirlik— Əmirin idarəsi altında olan yerlər, ölkə.
Birləşmiş Ərəb Əmirlikləri
Birləşmiş Ərəb Əmirlikləri (Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Birləşmiş Ərəb Əmirlikləri Universiteti
Birləşmiş Ərəb Əmirlikləri Universiteti (ərəb. جامعة الإمارات العربية المتحدة‎) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyinin Əl-Ayn şəhərində, Büreym vahəsində yerləşən dövlət ali təhsil müəssisəsi. Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı tədris və tədqiqat müəssisəsi hesab olunur. Ölkəsinin Zayed Universiteti və Ali Texnologiya Kollecləri ilə birlikdə 3 dövlət ali təhsil müəssisəsindən biridir. == Tarixi == Ölkənin təhsil sistemində mühüm rola malik olan Birləşmiş Ərəb Əmirlikləri Universitetinin əsası 1976-cı ildə qoyulmuşdur. == Fəaliyyəti == Birləşmiş Ərəb Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir: Biznes və İqtisadiyyat Kolleci; Təhsil Kolleci; Mühəndislik Kolleci; Qida və Kənd Təsərrüfatı Kolleci; Humanitar və Sosial Elmlər Kolleci; İnformasiya Texnologiyaları Kolleci; Hüquq Kolleci; Tibb və Sağlamlıq Elmləri Kolleci; Elm Kolleci.Universitetdə 70 proqram üzrə bakalavr təhsili verilir.Təhsil müəssisəsinin pedaqoji heyətinin tərkibinə 700 nəfərdən çox işçi daxildir.Universitetin akademik proqramları işəgötürənlərlə əməkdaşlıq sahəsində xeyli inkişaf etmişdir. Belə ki, bu ali məktəbin məzunlarına ölkədə yüksək tələbat vardır. == Qadınlar üçün xüsusi bölmə == Ölkənin digər ali məktəblərindən fərqli olaraq burada qadınlar üçün xüsusi bölmə fəaliyyət göstərir. Bu bölmədə də bütün fakültələr təmsil olunmuşdur. Mühazirələri eyni professor-müəllim heyəti aparır, qızlar onlar üçün ayrılmış xüsusi günlərdə eyni laboratoriyalardan və kitabxanalardan istifadə edirlər.
Birləşmiş Ərəb Əmirlikləri coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
Birləşmiş Ərəb Əmirlikləri himni
"İşi Biladi" Birləşmiş Ərəb Əmirliklərinin dövlət himnidir və eyni zamanda “Bayrağa salam”dır. Onu misirli musiqiçi Saad Abdel Vahhab bəstələyib.1986-cı ildə doktor Aref Al Şeyk BƏƏ-nin dövlət himninin sözlərini yazmaq tapşırılıb, və Nazirlər Şurası bunu təsdiqlədi.
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
Birləşmiş Ərəb Əmirlikləri şəhərləri
BƏƏ şəhərləri:
Birləşmiş Ərəb Əmirlikləri əhalisi
Birləşmiş Ərəb Əmirlikləri əhalisi — Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı 9,400,000 nəfərdir. == Siyahıya alınma == Birləşmiş Ərəb Əmirliklərində əhalinin ilk siyahıya alınması hələ ölkə Müqaviləli Oman adlandığı vaxt – 1968-ci ilin mart-aprel aylarında aparılmışdır. İlk siyahıyaalmada 180 min nəfər sakin qeydə alınmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6 milyon nəfərə qədər artması planlaşdırılmışdır. Belə ki, "neft hay-küyü" bağlı olaraq, əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin – qonşu ərəb ölkələrindən, Hindistandan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdır. 5-6 dekabr 2005-ci il siyahıyaalınmasına əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur ki, həmin nəticələrə görə BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarət idi. == Artım tempi == Yerli sakinlər arasında orta illik artım sürəti digər ərəb ölkələrində olduğu kimi 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Birləşmiş Ərəb Əmirliklərində təhsil
BƏƏ-də təhsil — Ərəbistan yarımadasının şərq hissəsində, Fars və Oman körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb Əmirliklərində mövcud olan çoxşaxəli təhsil sistemi. == Tarixi == BƏƏ tarixinə nəzər saldıqda burada təhsillə bağlı bir sıra mühüm hadisələrə rast gəlmək olar. BƏƏ-nin müasir təhsil sistemi əsasən XX əsrin ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə ölkədə çox az sayda formal məktəblər fəaliyyət göstərirdi. 1960-1970-ci illərdə məktəblərin yaradılması proqramının tətbiqi təhsil sisteminin nisbətən genişlənməsinə səbəb oldu. BƏƏ-də neft yataqlarının işlənilməsinə başlandıqdan sonra təhsilin inkişafına daha böyük diqqət yetirilmişdir. Ölkədə təhsil ən prioritet sahələrdən biri kimi önə çəkilib. İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün investisiya qoyuluşunun ölkənin gələcəyi baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal hökumətin ümumi xərclərinin 25 faizini təhsilə sərf edir. Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz təşkil edir. Bu ölkədə əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə nail olmaq üçün bir sıra davamlı tədbirlər həyata keçirilir.
Birləşmiş Ərəb Əmirliklərindəki Yəhudilərin tarixi
Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruluşu
Birləşmiş Ərəb Əmirliklərinin dövlət quruluşu - 2002-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Birləşmiş Ərəb Əmirlikləri monarxiya və respublika quruluşunun unikal vəhdətini özündə ehtiva edən mütləqiyyət formalı idarəetmə üsuluna malik federasiyadır. Milli bayram günü olan müstəqillik günü (1971) 2 dekabrda qeyd olunur. Birləşmiş Ərəb Əmirliklərində müvəqqəti Konstitusiya 2 dekabr 1971-ci ildən qüvvədədir. == İnzibati bölgü == Birləşmiş Ərəb Əmirlikləri 7 əmirlikdən (Əbu-Dabi, Əcman, ƏlFuceyra, Əş-Şəriqah, Dubay, Rəs Əl-Xeymə, Um Əl-Qəyvayn) ibarətdir. == Dövlət başçısı == Konstitusiyaya görə geniş səlahiyyətlərə malik olan Prezident - eyni zamanda silahlı qüvvələrin ali baş komandanı və Ali Müdafiə Şurasının sədridir. Dövlət başçısı qanunvericilik hakimiyyətini və Nazirlər Şurası vasitəsi ilə icra hakimiyyətinin fəaliyyətinə nəzarəti həyata keçirir. ƏbuDabi və Dubay Əmirlikləri arasında liderlik uğrunda ənənəvi rəqabət səbəbindən, icraedici hakimiyyət, habelə prezidentlik institutunun təməl mexanizmi “qüvvələr bərabərliyi” prinsipi üzərində qurulmuşdur. == Ali Federal Şura == 7 əmirlik hökmdarlarından ibarət olan və Ali Konstitusiya Orqanı sayılan Ali Federal Şura dövlətin siyasətini müəyyənləşdirir, federal qanunvericiliyi təsdiq edir və digər mühüm funksiyaları yerinə yetirir. Ali Federal Şuranın toplantıları ildə dörd dəfə keçirilir (Əbu Dabi və Dubay hökmdarları veto hüququna malikdirlər).
Birləşmiş Ərəb Əmirliklərinın əhalisi
Birləşmiş Ərəb Əmirlikləri əhalisi — Birləşmiş Ərəb Əmirliklərinin əhalisinin demoqrafik xüsusiyyətləri. 2017-ci ilə olan məlumata görə Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı 9,400,000 nəfərdir. == Siyahıya alınma == Birləşmiş Ərəb Əmirliklərində əhalinin ilk siyahıya alınması hələ ölkə Müqaviləli Oman adlandığı vaxt – 1968-ci ilin mart-aprel aylarında aparılmışdır. İlk siyahıyaalmada 180 min nəfər sakin qeydə alınmışdır. Əhalinin ilk siyahıya alınmasından XXI əsrin əvvəllərinə qədər ölkədə yaşayanların sayı 20 dəfədən çox artmışdır. Demoqrafların hesablamalarına görə 2015-ci ildə ölkədə əhalinin sayı 6 milyon nəfərə qədər artması planlaşdırılmışdır. Belə ki, "neft hay-küyü" bağlı olaraq, əhalinin sayı təbii artım, xüsusilə xarici mühacirlərin – qonşu ərəb ölkələrindən, Hindistandan və İrandan gələn fəhlələrin kütləvi axını hesabına sürətlə artmış və 2005-ci illərin əvvəllərində təxminən 4 milyon nəfərə çatmışdır. 5-6 dekabr 2005-ci il siyahıyaalınmasına əsasən BƏƏ əhalisi 4.106.427 nəfər olmuşdur ki, həmin nəticələrə görə BƏƏ əhalisi əsasən ərəblərdən, qismən bəluclardan, farslardan, puştunlardan, pəncablılardan, benqallardan və az sayda digər etnik qruplardan ibarət idi. == Artım tempi == Yerli sakinlər arasında orta illik artım sürəti digər ərəb ölkələrində olduğu kimi 3-3,5 faiz təşkil edir. 1968-1992-ci illər ərzində əhalinin ümumi orta illik artım sürəti isə 4,6 faiz olmuşdur.
Kürd əmirlikləri
Kürd əmirlikləri — XVI–XIX əsrlərdə, Osmanlı və İran imperiyaları arasında davamlı müharibələr dövründə mövcud olmuş bir neçə yarımmüstəqil dövlətlər. Kürd əmirlikləri demək olar ki, həmişə parçalanmış və bir-biri ilə rəqabət içində olmuşdur. Diyarbəkir əyaləti böyük və kiçik kürd əmirliklərinin mərkəzi idi, lakin Diyarbəkirdən kənarda başqa kürd əmirlikləri də mövcud idi. == Tarixi == Erkən müasir dövrdə güclü Osmanlı və İran imperiyalarının arasında qalmış, 1639-cu ildə Səfəvi şahı Şeyx Səfi ilə Osmanlı sultanı IV Murad arasında sərhədlərin demarkasiya edilməsi faktiki olaraq Kürdüstanı iki imperiya arasında bölmüşdür. Osmanlı və İran hökmdarlarının mərkəzləşdirilmiş siyasətlərinə baxmayaraq, Türkiyədə Botan, Hakkari, Bəhdinən, Soran, Baban, İranda isə Ərdəlan kimi müstəqil və yarımmüstəqil kürd əmirlikləri, knyazlıqlar mövcud olmuşdur. Bu əmirliklərin bəziləri hətta öz pullarını belə buraxırdılar. Kürd əmirlikləri Türkiyədə 1837–1852-ci illərdə, İranda isə 1860-cı ildə ləğv olunmuşdur.
Əmirli
Əmirli (Bərdə)
Solmaz Əmirli
Solmaz Əmirli (9 iyun 1948, Kürdəmir) — Azərbaycanın tanınmış teleaparıcısı və ictimai xadimi. "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin rəhbəri. == Həyatı == Əmirli Solmaz Baba qızı 1948-ci il iyunun 9-da Azərbaycanın Kürdəmir şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1967–1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Solmaz xanım əmək fəaliyyətinə hələ ali təhsil aldığı illərdə başlamışdır. 1968–1970-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda korrektor, 1972–1975-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında redaktor kimi fəaliyyət göstərmişdir. 1983–2003-cü illərdə Solmaz xanım Azərbaycan Dövlət Televiziyasında redaktor, şərhçi, böyük redaktor vəzifələrində çalışmışdır. Bu illərdə Solmaz Əmirli "Xəbərlər", "Günün ekranı" proqramlarının aparıcısı və o dövr üçün yenilik olan və cəmiyyətdə böyük maraqla qarşılanan sosial-publisistik "İslam, olduğu kimi…" proqramının müəllifi və aparıcısı olmuşdur. 2003-cü ildən "Space" radiosunda dinləyicilər tərəfindən çox sevilən dini-maarifləndirici "Ünsiyyət" proqramının müəllifi və aparıcısı olmuşdur. Efirdə olduğu 17 ildə proqram geniş dinləyici auditoriyası qazanmışdı.
Tofiq Əmirli
Tofiq Şəmsəddin oğlu Əmirli (27 fevral 1992; Cəlilabad rayonu, Azərbaycan - 13 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Əmirli 1992-ci il fevralın 27-də Cəlilabad rayonunun Fətullaqışlaq kəndində anadan olub. == Hərbi xidməti == Çevik Hərəkat Dəstəsinin giziri olan Tofiq Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tofiq Əmirli oktyabrın 13-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tofiq Əmirli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi == Təltiflər == • (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra) • (15.12.2020) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (ölümündən sonra) • (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı (ölümündən sonra) == İstinadlar == 1."İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (azərb.). 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021 2."Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı) ( (azərb.)).
Şəhla Əmirli
Əmirli Şəhla Yapon qızı - Kinoşünas, Radio-Televiziya redaktoru. == Həyatı == Şəhla Əmirli 24 iyun 1974-cü ildə Yevlax şəhərində anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Kinoşünaslıq" fakültəsinə qəbul olunub və 1997-ci ildə həmin fakültəni bitirib. 1994-1995-ci illərdə bir müddət "Kino" qəzetinin xüsusi müxbiri kimi fəaliyyət göstərib. Daha sonra 1997-2000-ci illərdə Gəncə şəhərində fəaliyyət göstərən "Kəpəz TV" müstəqil tele-radio verilişləri şirkətində xüsusi müxbir kimi fəaliyyət göstərərək Azərbaycan kinosunun tarixi və inkişafı, eləcə də Qərb və Şərq kino tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı "Kinoman" verilişinin ən maraqlı detalları ilə geniş tamaşaçı auditoriyasına çatdırılmasında böyük xidmətləri olub. Daha sonra Şəhla Əmirli 2005-ci ildən 2006-cı ilin sonlarınadək "İctimai" tele-radio verilişləri şirkətinin "Kino" departamentinin redaktoru vəzifəsində çalışıb. Bu televiziyada çalışdığı müddət ərzində maraqlı və rəngarəng, bitkin "Film-mediya" verilişinin yaradılması da məhz onun zəhmətinin bəhrəsi olub. 2010-cu ildən Azərbaycan Radiosunda yayımlanan "Kino səltənəti" verlişinin ssenari müəllifi və aparıçısı olub. 2013-cü ildən "İctimai" Tele-Radio verilişləri şirkətinin "Ədəbiyyat və İncəsənət" redaksiyasında "Kinoda yaşanan ömür" verilişinin müəllif və aparıcısıdır. Eyni zamanda Azərbaycan kinematoqrafçıları haqqında film-portretlərin ssenari müəllifidir.
Əli Əmirli
Əmirli Əli Məmməd oğlu (30 oktyabr 1948, Novruzlu, Ağdam rayonu) — Azərbaycan yazıçısı, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Teatr xadimləri ittifaqının üzvi, Azərbaycanın əməkdar incəsənət xadimi 2015, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor == Həyatı == Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olmuşdur. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirəndən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləmiş, eyni zamanda BDU-nun fılologiya fakültəsinin axşam şöbəsində təhsil almışdır (1967-1972). Bu dövrdə zavodun çoxtirajlı "Elektrik" qəzetində kiçik oçerk və hekayələrlə çıxış etmişdir. "Qızıl Şərq" mətbəəsində korrektor işləmişdir (1969-1971). "Azərbaycan" jurnalında (1971, N 8) çıxan "İrs", "Görüş", "Qağayı" adlı hekayələri ilə ədəbi aləmdə diqqəti cəlb etmişdir. "Meydan" romanı "Azərbaycan" jurnalında (1992, N 1-2, 3-4) dərc olunmuşdur. Azərbaycan Dövlət Plan Komitəsi Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda ədəbi işçi olmuş (1971-1973), bir il əsgəri xidmətdən sonra həmin institutda redaksiya-nəşriyyat şöbəsinin müdiri vəzifəsində işləməyə başlamışdır (1975-ci ildən). Onun "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və sairə pyesləri 1990-2003-cü illərdə Bakı teatr səhnələrində tamaşaya qoyulmuşdur. Hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir. 2006-cı ildə "15 pyes" adlı kitabı nəşr edilib.
Əmirli (Bərdə)
Əmirli — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Əmirli kəndi Xanərəb kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Əmirli kənd Soveti yaradılmışdır. == Tarixi == Yaşayış məntəqəsi 1948-ci ildə dağıdılmışdı. 1951–1952-ci illərdə Ermənistandan qanunsuz olaraq köçürülmüş azərbaycanlı ailələri orada məskunlaşdıqdan sonra dağılmış kəndin adı yeni yaşayış məntəqəsinə verilmişdi. Əmirli əfşar tayfasının bir qolu olan eymurların adının yerli tələffüzə uyğunlaşmış formasıdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ düzündə yerləşir. == Əhalisi == Kəndin əhalisi əsasən Göyçə mahalının Aşağı Qaranlıq rayonunun Mollalı kəndindəndirlər. İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda olan Sallı və Çivə kəndindən SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə 1948-ci ildə kəndin azərbaycanlı sakinləri zorla Azərbaycanın Salyan rayonuna köçürülmüşdür. Burada əhalinin bir hissəsi Bərdənin Əmirli kəndinə gəlmiş, oradan da bəziləri yenidən Sallıya — ata-baba yurdlarına qayıtmışdır.
Əmirli (Xudabəndə)
Əmirli (fars. اميرلو‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 547 nəfər yaşayır (97 ailə).
Əmirli bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmirşah Əmirli
Əmirşah Səttar oğlu Əmirli (8 mart 2002; Binəqədi rayonu, Bakı, Azərbaycan — 28 oktyabr 2020; Suqovuşan, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmirşah Əmirli 8 mart 2002-ci ildə Binəqədi rayonunda anadan olmuşdur. 2008-ci ildə Bakı şəhər 306 saylı tam orta məktəbdə təhsil almış, 7-ci sinifdə təhsilini dini kollecdə davam etdirmişdir. Subay idi. == Hərbi xidməti == Əmirşah Əmirli 2020-ci ilin aprelindən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi.Azərbaycan Ordusunun əsgəri olan Əmirşah Əmirli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Əmirşah Əmirli 28 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirli ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Əmirşah Əmirlii ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Zülfüqar xan Əmirli-Avşar
Zülfüqar xan Əmirli-Əfşar (təq. 1700, Zəncan – 1780, Zəncan) — Zəncan xanlığının qurucusu. == Həyatı == Zülfüqar xan Zəncan şəhərində anadan olmuşdur. Avşar elinin Əmirli oymağından çıxmışdı. Zəncan vilayətinin hakimi olmuşdu. Bir müddət vilayəti müstəqil idarə etmişdi. "Kitabi-məcməül-sultaniyyə"nin 370-ci səhifəsində yazılır: "Əmirli-Avşar elindən bir tayfa adıdır ki, Xəmsənin (Zəncanın) ətrafında sakindirlər. Zülfüqar xan Avşar (Zəndiyyə dönəmində) Zəncanın valisi və Kərim xan Zəndin siyasi rəqibi idi. Bugünkü Zülfüqarilərin ulu babası olub və Zəncanın Səbzə meydanında yerləşən imarət onunkudur". "Gülşəni-murad", "Rüstəmüttəvarix" və başqa kitablarda da onun haqqında məlumatlar verilib.
Dəmirli
Yaşayış məntəqələriDəmirli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadığı kənd. Dəmirli (Tərtər) — Azərbaycanın Tərtər rayonunda kənd. Dəmirli — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. Dəmirli yaşayış yeri — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda qədim yaşayış yeri.
Nəmirli
Nəmirli (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəmirli (Yevlax) — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Səfirlik
Hər hansı dövlətin səfirliyi başqa bir dövlətin hökumətinin, yaxud beynəlxalq təşkilatın yerləşdiyi şəhərdəki diplomatik nümayəndəliyi adlanır. Hüquqi olaraq səfirliyin ərazisi yerləşdiyi dövlətin ərazisi hesab olunmur. Səfirliyə əlavə olaraq həmin dövlətin digər mühüm əhəmiyyət kəsb edən şəhərlərində konsulluğu da ola bilər. Səfirlik və konsulluq kimi xarici təmsilçilər xarici işlər nazirliyinə tabe olur. Səfirliyə dövlət başçısı tərəfindən təyin edilən yüksək çinli diplomatik təmsilçi olan səfir, konsulluğa isə konsul rəhbərlik edir. Bəzən bir səfirlik eyni zamanda bir neçə ölkəni təmsil edir. Konsulluğun fəaliyyətinə ikitərəfli münasibətlərə dair məsələlər, vizaların verilməsi, vətəndaşların himayə edilməsi aiddir. Səfirliyin işinə isə dövlətlərarası münasibətlərə aid məsələlər aiddir. İranlılar dünyada xarici ölkələrin nümayəndələri üçün səfirlik yaradan ilk xalq olublar. Dünyada ilk səfirlik eramızdan əvvəl 445-ci ildə I Ərdəşirin əmri ilə Susada yunanlar üçün tikilmişdir.
Təmizlik
Təmizlik — insanın sağlamlığı və təbiətin mühafizəsi üçün lazım olan vacib amil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir: A. Y. E(bədən-paltar-qida) təmizlik Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi Kifayət qədər təmiz suyun təmin edilməsi. == Fərdi təmizlik == Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki roluna aid ciddi nəşrləri yoxdur. Fərdi təmizliyə baxmayaraq insan ətrafdan xəstəlik tapa bilər. İnsan nə qədər təmiz olursa olsun, ətraf mühiti təmiz olmasa, heç bir şeyə toxunmasa belə hava, külək, böcəklər və digər daşıyıcılar üzündən xəstələnə bilər.
İmirzik
İmirzik — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonu ərazisində qədimi kənd İmirzik kəndi Dəvəgözü çayının yanında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Əmirzik formasında, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1930-cu illərdə Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi. Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918–19-cu illərdə kəndin sakinləri ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə dönə bilmişlər. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci ildəki xüsusi qərarı ilə kəndin sakinləri azərbaycanlılar zorla Azərbaycana köçürülmüşdür. Kənd xarabalığa çevrilmişdir, hazırda ölü kənddir. Toponim 24 oğuz tayfalarından biri olan eymur (imir) etnoniminə -zik şəkilçisinin artırılması ilə düzəlmişdir.
Əlillik
Əlillik (lat. invalidus — «gücsüz», in — «yox» + validus — «güclü») — xəstəlik və ya qocalıq nəticəsində əmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir. Fiziki, əqli, duyğu və ya psixi xəstəliyi nəticəsində əlil adamın cəmiyyətdə həyat imkanları məhdud olur. Azərbaycanda əlillərə münasibət sahəsində sosial siyasət — həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. == Əlilliklə bağlı Azərbaycan qanunvericiliyi == Azərbaycan Respublikasının Konstitusiyası, maddə 38. III - "Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir". Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil sayılır. "Əlilliyin müəyyən olunması meyarlarına dair ƏSASNAMƏ" - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR. == Əlilliyə görə pensiyalar == Əlilliyə görə pensiyalar, orqanizmin funksiyalarının pozulması ilə əlaqədar səhhətin pisləşməsi zamanı əmək qabiliyyətinin tam və ya qismən itirildiyi aşağıdakı hallarda təyin edilir: a) əmək zədəsi və ya peşə xəstəliyi; b) ümumi xəstəlik (o cümlədən işlə əlaqədar olmayan zədə); c) müddətli hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə və ya cəbhədə olmaqla əlaqədar xəstələnmə, həmçinin müddətli hərbi xidmət və alternativ xidmət zamanı xəstələnmə. Əmək qabiliyyətinin itirilməsi dərəcəsindən asılı olaraq əlillik üç qrupa bölünür. Əlillik qrupları və əlilliyin səbəbləri, habelə onun baş verdiyi vaxt həkim-əmək ekspert komissiyaları haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq surətdə fəaliyyət göstərən həkim-əmək ekspert komissiyası tərəfindən "Əlilliyin müəyyən edilməsinin əsas meyarları haqqında" təlimata uyğun müəyyən olunur.
Əmirxiz
Əmirxiz məhəlləsi və ya Əmrəqız məhəlləsi—Təbriz şəhərinin şimal-qərbində böyük məhəllələrindən biri. Səttar xanın ailəsi öz doğma kəndindən qovulduqdan sonra, Təbrizə, Əmirxizdə yaşayan dayısı Kərbəlayi Xəlilin evinə pənah gətirmişdilər. Məşrutə inqilabı 1905-1911 vaxtı burada, Səttarxanın başçılıq etdiyi "Əncüməni-həqiqət" inqilabı klubu yerləşirdi. == Tarixi == Bəzi bilgilərə görə məhəllənin banisi Təbriz bəylərbəyi Əmir xan Türkman olub.
Birlik
Birlik(film)
İmirli
İmirli — soyad, təxəllüs. Yaşayış məntəqələriİmirli — Bərdə rayonundakı Əmirli kəndinin digər adı. İmirli (Abaran) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd.
Əminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Əxilik
Əxilik — İslamda sufi təriqətlərindən biridir. Abbasi xilafəti dövründə qurulan, İran, Azərbaycan, Orta Asiya və Anadoluda yayılan bu təşkilat (sufi cərəyanı) Xəlifə Nasir tərəfindən dəstəklənmiş və islam ölkələrində geniş yayılmışdır. Pozulan ictimai nizamı yenidən tənzimləmək istəyən xəlifə bu düşüncəsini gerçəkləşdirmək üçün Şəhabəddin Sührəverdiyə Kitabül-fütuvvət adlı bir əsər yazdırmış və bu barədə xəbər vermək üçün ətraf ölkələrə elçilər göndərmişdi. Anadolu səlcuqlularının bu məsələyə müsbət münasibətinə görə burada əxilik təşkilatlanmağa başlamışdır. Həmin dövrdə Anadolu əxilərini təşkilatlandıran Əxi Evrən adı ilə məşhur olan mənşəcə Azərbaycan türklərindən olan böyükk sufi alim Şeyx Nəsrəddin Mahmud Xoyidir. Əxi Evrənə görə əxiliyə girənlərin bir sənətə sahib olması vacib idi. Çünki əxi halal qazancla yaşamağı öhdəlik olaraq götürürdü. Halal qazancın yolu insanın öz zəhməti ilə dolanacağı bir sənətinin olmasından başlayır. Belə ki, zəngin olan başqasına daha çox xidmət edə bilər. Əxi olan eyni zamanda cihad idealına da sahib olmalı idi.
Mirik
Mirik — Azərbaycan Respublikasının Laçın rayonu Mirik kənd inzibati ərazi dairəsində kənd.18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli atəşkəs bəyanatının 6-cı bəndinə əsasən 1 dekabr 2020-ci ildə işğaldan azad edilmişdir. == Tarixi == Mirik kəndi Qarabağ yaylasındadır. Kənd qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olmuşdur. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır.Mirik kəndinin yaranma tarixi ilk orta əsrlərə, buradakı ilk insan məskənlərinin mövcudluğu isə ibtidai icma dövrünə qədər gedib çıxır. Bu kəndin ərazisindəki siklon xarakterli memarlıq nümunələri, antik qala, yeraltı mağaralar, tunellər və kəhrizlər Azərbaycan tarixini öyrənmək üçün çox maraqlı, əvəzsiz materiallardır. Qədim dövrlərə aid daş əmək alətləri, daşdan yonulmuş istehsal vasitələri və Azərbaycanın qiymətli Mədəniyyət nümunələrindən sayılan bədii daşlar, qabartmalar, oymalar, ornamentlər və digər dekorativ tətbiqi sənətə aid olan əvəzsiz nümunələr Mirik kəndinin ərazilərində hələ də qalmaqdadır. == Tarixi abidələri == Məbəd, XVI-XVIII əsr Mirik kəndi Qala, Antik dövr Mirik kəndi Sovmə, XVI əsr Mirik kəndi Bulaq (Behbudalı bulağı), XVIII əsr Mirik kəndi Dəyirman, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Evdamı, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Qara dam, Orta əsr Mirik kəndi Qara dam, Orta əsr Mirik kəndi Körpü, 1970 Mirik kəndi 45 Mağara (Qaranlıq kaha) Mirik kəndi Kurqanlar (Təpələr) Mirik kəndi Kalafalıq (yaşayış yeri), daş dövrü Mirik kəndi Süjet xarakterli oyma Mirik dərəsi Süjetli daş fiqur Mirik dərəsi === Məbəd (XVI-XVIII əsr) === Mirik kəndinin qərb hissəsində (Bozlu kəndi istiqamətində) çılpaq sal daşlar üzərində inşa edilmiş və divar daşı üzərində tikilmə tarixi 1655-ci il yazılan Qafqaz Albaniyası dövrünün çox nadir memarlıq nümunələrindən biri olan üçnefli Bazilika hal–hazırda istifadəyə yararlı vəziyyətdə qalmaqdadır.
Əmili
Böyük Əmili — Qəbələ rayonunda kənd. Kiçik Əmili — Qəbələ rayonunda kənd.
Altun Dəmirli
Altun Fərman oğlu Dəmirli (1 sentyabr 1997, Şəmkir rayonu – 2 aprel 2016, Tərtər) — Azərbaycan Ordusunun əsgəri, 2020-ci ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan döyüşlərdə dünyasını dəyişmişdir. == Həyatı == Altun Dəmirli 1997-ci il sentyabrın 1-də Şəmkir rayonunun Düyərli qəsəbəsində anadan olub. O, subay idi. == Hərbi xidməti == Altun Dəmirli Azərbaycan Silahlı Qüvvələrinin əsgəri idi. O, 2016-c ilin 2-4 aprelində Dağlıq Qarabağ istiqamətində olan şiddətli döyüşlər zamanı dünyasını dəyişib.Aprelin 14-də Altun Dəmirli, doğulduğu Şəmkir rayonunun Düyərli qəsəbəsində dəfn olundu. Onunla vida mərasiminə Şəmkir RİH nümayəndələri, Azərbaycan Ordusunun zabitləri qatıldı. == Təltifləri == “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (2016) — Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə.
Baban Əmirliyi
Baban Əmirliyi 1649-cu ildə Şehrizor mərkəzində Baban ailəsinin üzvü Babanzadə Əhməd Paşa tərəfindən qurulmuşdur. Əmirlik sərhədləri Osmanlı İmperiyasının Şəhr-i Zor əyalətini, Hal hazırda Hamedan və Qəsri Şirin bölgələrini əhatə edirdi.1850-ci ildə Osmanlılar tərəfindən son qoyulmuşdur. == Mənşə == Baban ailəsi (1649–1850), 17-ci əsrin əvvəllərindən 1850-ci ilə qədər indiki İraq Kürdüstanı və Qərbi İran ərazilərini əhatə edən bir Kürd Əmirliyiydi. Baban Əmirliyi Osmanlı-Səfəvi, Əfşarlar və Zəndlər qarşılaşmasında aktiv rol oynadı. Əmirliyin ailəsinin banisi Pşdər bölgəsindən olan Əhməd Fəqih və ya Fəqi Əhməd olduğu düşünülür. Babanlar, Osmanlılar tərəfindən döyüşdə əsir alınan bir Frank qadından (Keghan) mənşəli olduğu iddia edilir. Şərəfnaməyə görə qəbilənin ilk başçısı 1500-cü ildə yaşadığı güman edilən Pir Badak Babe idi.Dr. Alirza Özdəmir Baban ailəsi barədə deyir: Kərküklə Süleymaniyyə arasında yaşayırlar. Bir Bəylik quran Baban Əşirətinin ilk siyasi mərkəzi Qara-Çölandı. 1563-cü ilinə aid bir Osmanlı sənədində, Atçəkən Yörüklərindən olan Bababnlu cəmaəti, Oğuzun Büğdüz boyundandır və Kadirlidə yaşamaqdadır.
Empirik
Təcrübəçilik və ya empirizm — fəlsəfədə biliyin sadəcə təcrübə vasitəsi ilə əldə edildiyini önə sürən nəzəriyyə. Empirizm skeptisizm və rasionalizm ilə epistemologiyanın bir hissəsidir, innatizmə və adət-ənənələr əvəzinə təcrübə və empirik düşüncələrin önəmini vurğulayır. Bununla belə, bəzi empiristlər adət-ənənələrin əvvəlki hiss təcrübələrinin əlaqələri nəticəsində yarandığını iddia edirlər. Tarixən empirizm "boş vərəq" konsepsiyası (tabula rasa) ilə əlaqələndirilmişdir, yəni, insan ağlı doğulduğunda "boş" olur və düşüncələrini yalnız təcrübə vasitəsilə inkişaf etdirir. Elm fəlsəfəsindəki empirizm, xüsusilə təcrübələrdə aşkar edildiyi kimi, sübutlara xüsusi əhəmiyyət verir. Elmi metodun əsas hissəsidir ki, bütün fərziyyələr və nəzəriyyələr yalnız aprior mülahizələrə, intuisiyaya və ya vəhyə əsaslanmaqdansa, təbii dünyanın müşahidələrinə qarşı sınaqdan keçirilməlidir. Təbiətşünaslar tərəfindən tez-tez istifadə olunan empirizm "bilik təcrübəyə əsaslanır" və "biliyin davamlı təftiş və saxtalaşdırmaya məruz qalaraq, ehtimal və ehtimala əsaslandığını" söyləyir.
Emilia
Emilia (lat. Emilia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi.
Eminli
Əminli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1019 nəfərdir. == Toponimiyası == Oykonim əminli/eminli nəslinin adı ilə bağlı olub, etnotoponimdir.
Erlik