Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ərdənəy
Ərdənəy Xan - türk və altay mifologiyasında xəbər tanrısı. Tanrıların xəbərlərini insanlara çatdırır. Qasidləri qoruyar. Uçan ağ bir atı vardır. Həvarilərin başlarına zərər gəlməsinə mane olar. Ötürülən xəbərlərin olduğu kimi, dəyişdirilmədən yerinə çatdırılmasında əhəmiyyəti vardır. Türk nağıllarında Çapan/Çapar (atlı xəbərçi, atlı qasid)lar vardır və atları üç gün-üç gecə dayanmadan yol gedir. Ya da hər şəhərdə bir at dəyişdirərək və atın üstündə yataraq yol alarlar. Ərdənəy tərəfindən qorunarlar. == Etimologiya == (Ər/Er) kökündən törəmişdir.
Ərdəhan
Ərdəhan — Türkiyənin Ərdəhan ilinin inzibati mərkəzi.
Ərdəkan
Ərdəkan — İranın Yəzd ostanının şəhərlərindən və Ərdəkan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 51,349 nəfər və 13,730 ailədən ibarət idi.
Mahşərəf Ərdəlan
Mahşərəf Ərdəlan və ya Mahşərəf xanım Məsturə (1805, Sənəndəc – 1848, Süleymaniyyə) — kürd şairəsi, tarixçisi və yazıçısı. == Həyatı == Mahşərəf xanım Məsturə 1805-ci ildə Sənəndəc şəhərində anadan olmuşdur. Onun atası Əbülhəsən bəy Ərdəlan xanlarının sarayında yüksək vəzifələr tutmuş Qadiri nəslindən idi. Əlavə olaraq, Mahşərəf Məsturənin anasının ailəsi həmin xanlıqda hakimiyyət uğrunda mübarizədə əhəmiyyətli rola malik olmuş, gah Ərdəlan valilərini fəal müdafiə etmiş, gah da əllərində silah onlara qarşı çıxmışlar. Mahşərəf xanım Məsturə Ərdəlan valisi Xosrov xan Sani ilə evlənmişdir.Mahşərəf xanım Məsturə əsərlərini fars və kürd dillərində yazmış, Yəğma Cəndəgi və Xızr Nali kimi şairlər ilə ədəbi əlaqə saxlamışdı. Məsturənin 20 min beytdən ibarət "Divan"’ı olmuş, lakin əksəriyyəti itib-batmış və 1926-cı ildə Tehranda çap olunmuş "Divan"ında onun ancaq farsca şerləri toplanmışdır ki, bu da 2 min beytdən artıq deyil. Şairənin məlum əsərləri fars dilində yazılmış, lakin onun şerlərinin əksəriyyətinin kürd dilinin gorani dialektində yazıldığı məlumdur. == İrsi == İran heykəltəraşı Hadi Ziyadini tərəfindən hazırlanmış Mahşərəf Ərdalan heykəli İranın Sənəndəc şəhərində ucalır.
Ərdəhan Universiteti
Ərdəhan Universiteti (türk. Ardahan Üniversitesi) — Türkiyədə universitet == Xarici əlaqələri == Qafqaz Universitetlər Birliyinin qurucu üzvüdür.
Ərdəhan ili
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Ərdəkan (Fars)
Ərdəkan – İranın Fars ostanının şəhərlərindən və Sipidan şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 16,212 nəfər və 3,534 ailədən ibarət idi.
Ərdəkan şəhristanı
Ərdəkan şəhristanı — İranın Yəzd ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Ərdəkan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 66,900 nəfər və 18,140 ailədən ibarət idi.
Ərdəlan (Sərab)
Ərdəlan (fars. اردلان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 817 nəfər yaşayır (167 ailə).
Ərdəlan əmirliyi
Ərdalan xanlığı və ya Ərdəlan əmirliyi (kürd. میرنشینی ئەردەڵان) — İranın Kürdüstan əyalətində, Sənəndəc şəhərində iqtidarda olmuş xanlıq (1169-1867). == Tarixi == XII əsrdən-XIX əsrin 60-cı illərinədək gah müstəqil, gah da yarımmüstəqil hakimiyyət sürmüş kürd tayfa birləşməsi Bani Ərdalan Kürdüstan və İran tarixinə öz damğasını vuran sülalələrdən biridir. Şərəf xan Bidlisi "Şərəfnamə"də ərdalanlıların adını kürdlərin güclü tayfa birləşmələri olan Həkəri Soran və Babanlarla yanaşı çəkir. Bani Ərdalan kürdlərinin tarixi haqqında çoxsaylı əsərlərdə geniş məlumat verildiyinə baxmayaraq, müxtəlif dövrlərdə yazılmış iki kitab dəyərli elmi mənbə kimi daha çox diqqəti cəlb edir. Həmin kitablardan birincisi Xosrov İbn Məhəmməd Bani Ərdalanın o zamankı hakimi Xosrov xan Nakamın dövründə tamamlanmışdır. Lakin bu dəyərli əsər yalnız 1977-ci ildə Tehranda iranlı kürd alim doktor İsmayıl Ərdalan tərəfindən çap olunmuşdur. Rus alimi E.İ.Vasilyeva həmin əsəri fars dilindən rus dilinə çevirərək, 1984-cü ildə Moskvada çap etdirmişdir. İkinci kitabın müəllifi Mah Şərəf xanım Kürdüstani Xosrov-xan Nakamin həyat yoldaşıdır. O, həm də Məsturə təxəllüsü ilə gözəl şerlər yazmış və tətqiqatçıların X.B. Natəvanla müqayisə etdiyi "divan sahibi" olan kürd şairəsidir.
Ərdəxan vilayəti
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Ərdəhan kanoner qayığı
Ərdəhan — Çar Rusiyası, Azərbaycan Xalq Cümhuriyyəti və SSRİ-nin donanmasına daxil olan kanoner qayığı. == Tikintisi == == Xidməti == 1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi. Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı. "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı. 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir". 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin". "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi. Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər. == İstinadlar == == Xarici keçidlər == П. Веселов. «Карс» и «Ардаган» Arxivləşdirilib 2011-08-31 at the Wayback Machine Военно-морской флот России Алиев Н. А. Морская крепость на Каспии.
Ərdəğan (kanoner qayığı)

Erdenet
Erdenet (ing. Erdenet, monq. Эрдэнэт) - Monqolustanın Orxon aymakının mərkəzi şəhəri. Şəhər Selenga və Orxon çayları arasındakı Orxon vadisində, paytaxt Ulan-Batordan 241 km şimal-qərbdə yerləşir. Şəhərin sahəsi 208,0 km2, əhalisinin sayı isə 83 379 nəfərdir. == Tarixi == Erdenet, Monqolustanın ən yeni yaşayış məskənlərindəndir. 1950-ci illərdə böyük mis yatağı kimi aşkarlanmış və 1974-cü ildə əsası qoyulmuşdu. Trans-Monqol dəmir yol xətti ilə Erdeneti 1977-ci ildə istifadəyə verilən 121 km-lik dəmiryolu xəttinin açılışı oldu. 1980-cı illərin ortalarında əhalinin böyük qismi mühəndis və ya şaxtaçı işləyən ruslardan ibarət idi.1990-cı ildə Sosializmin süqutundan sonra ruslar şəhəri tərk etdi. Bu gün əhalinin 10%-i rusdur.
Serenay Aktaş
Serenay Aktaş (d. 1 oktyabr 1993)— Türk futbolçu və aktrisa. == Həyatı == Serenay Aktaş 1 oktyabr 1993-cü ildə İstanbul vilayətində dünyaya gəlmişdir. Serenay Aktaş aktrisa olmaqla yanaşı, həm də futbolçudur. O, bir çox futbol komandasında oynayıb və hazırda futbola davam edir. Serenay Aktaş kiçik yaşlarından etibarən teatrla böyük bir əlaqəsi olub. Aktrisa bir çox seriallarda iştirak edib, "Türk malı", "Şübhə", "Yaxşı Cazibə", "Qəlbim səni seçdi" və "Möhtəşəm yüz il" kimi seriallarda rol alıb. O, 2014-cü ildə Acun İlıcalının təşkil etdiyi, dünyanın ən çətin yarışmalarından biri olan "Survivor"a qatılmışdır.
Serenay Sarıkaya
Serenay Sarıkaya(1 iyul 1992[…], Ankara)-Türk aktrisa və model . == Həyatı == İlk aktrisalıq təcrübəsini Şaşkın filmi ilə qazandı. Sarıkaya sonra Plajda filmində rol aldı. İlk dəfə Sinan Çetinin Peri Masalı (2008) serialında yer alaraq dizi aktrisalığına başladı və eyni il Sinan Çetin tərəfindən hazırlanan Limon Ağacı (2008) dizisində ilk baş rolunu oynadı. Dizi bitdikdən sonra Adanalı (2008–2010) dizisində rol almağa başladı. 2010-cu ildə təşkil olunan Miss Turkey yarışmasında ikinci oldu və Türkiyəni Miss Universe yarışmasında təmsil etdi. Ondan sonra Lale Devri (2010–2013) və Medcezir (2013–2015) seriallarinin baş rollarında yer alaraq populyarlığını artdırdı. "Əjdəhanı necə əhliləşdirməli?" filmində səsləndirmə edən Sarıkaya Behzat Ç. Ankara Yanıyor filmində də rol aldı. Seriallarda və filmlərdə rol almağı ilə yanaşı Sarıkaya reklamlarda da oynadı və bəzi əhəmiyyətli markaların da reklam üzü oldu. 2014-cü ildə GQ Türkiye tərəfindən ilin qadını seçildi.
Erdeni-batır
Erdeni-batır (Batır-xuntayci; d.? - ö.1653) — Cunqar xanlığının ilk hakimi. Hakimiyyət illəri (1634-1653). == Həyatı == Erdeni-batır Oyrotların Çoros ulusundandır. Xara-xulanın dördüncü oğlu və vəliəhdidir. 1634-cü ildə atasının vəfatından sonra Çoros tayfa ittifaqına başçılıq etmişdi. 1640-cı ildə Erdeni-batırın təşəbbüsü ilə Tarbaqatayın ətəyində ümummonqol qurultayı baş tutmuşdu. Onun dövründə oyratlar Şərqi Yeddisuyu ələ keçirmişdilər. Erdeni-Batır xuntaycı, Xoşutların lideri Oçirtu ilə yaxşı münasibətlər qurararaq Cunqar xanlığı içərisindəki birliyi möhkəmləndirmişdi. Bu doğrultuda Zaysan və Balxaş gölü çevrəsi, İli və Çü bölgəsi, Oçirtunun hakimiyətinə buraxıldı.
Şampən-Ərden
Şampan-Ardenn (fr. Champagne-Ardenne) — Fransanın şimal-şərqində bir bölgədir.
Anila Denay
Anila Denay (alb. Anila Denaj; 18 sentyabr 1973, Tirana) — Alban siyasətçisi və dövlət xadimi. Albaniya Sosialist Partiyası Rəyasət Heyətinin, 2021-ci ildən Albaniya Milli Assambleyasının üzvü. Albaniyanın keçmiş maliyyə və iqtisadiyyat naziri (2019–2021). == Bioqrafiya == 18 sentyabr 1973-cü ildə Tiranada anadan olub. 1995-ci ildə Tirana Universitetini bitirib, burada maliyyə və bank menecmenti üzrə təhsil alıb. O, 12 il "ProCredit Holding" və "Internationale Projekt Consult" şirkətlərində çalışıb, əvvəlcə FEFAD Bankda, sonra adı dəyişdirilərək ProCredit Bankda olub və burada bankın baş direktorunun müavini vəzifəsində çalışıb. Salvador, Boliviya, Ekvador, Rumıniya və Mozambikdə ProCredit Group banklarında müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2013-cü ilin oktyabr ayından 2015-ci ilin yanvar ayına kimi Maliyyə Nazirliyində Baş direktor vəzifəsində çalışıb, əsas fəaliyyəti Maliyyə, Qanunvericilik və Dövlət Əmlakının İdarə Edilməsi Departamenti, İnformasiya Texnologiyaları Departamenti, İnzibati və İnsan Resursları Departamentində əməliyyatlara nəzarət edib. Üç il Elektron və Poçt Rabitə Təşkilatının (AKEP) idarə heyətinin üzvü olub.
Tibor Erdey-Druz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Tibor Erdey-Qruz