Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əsb-i Mərz
Əsb-i Mərz (fars. اسب مرز‎) — İranın Ərdəbil ostanının Səreyn şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 492 nəfər yaşayır (119 ailə).
Əsbabad (Bostanabad)
Əsbabad (fars. اسب اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 205 nəfər yaşayır (29 ailə).
Əsbfüruşan (Sərab)
Əsbfüruşan (fars. اسبفروشان‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,075 nəfər yaşayır (832 ailə).
Əsbgəran (Ağmiyun dehistanı)
Əsbgəran (fars. اسبگران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 339 nəfər yaşayır (77 ailə).
Əsbgəran (Razlıq dehistanı)
Əsbgəran (fars. اسبقران‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (53 ailə).
Əsbhar-i Süfla (Kəleybər)
Əsbhar-i Süfla (fars. اسبهارسفلي‎) və ya Aşağı Əsbhar - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 67 nəfər yaşayır (14 ailə).
Əsbhar-i Ülya (Kəleybər)
Əsbhar-i Ülya (fars. اسبهارعليا‎) və ya Yuxarı Əsbhar- İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 156 nəfər yaşayır (27 ailə).
Əsbiyyə
Əsbiyyə və ya Əl-Asaba Tripolidən təqribən 120 km məsafədə, qərb dağı sayılan Nafusa dağının ətəklərində şəhər. == Tarixi == === Qısa Tarixi === Əl-Asaba kənd təsərrüfatı ilə məşhur olan Nafusa dağlarında (Qərbi Dağ) yerləşən, 2010-cu il siyahıyaalınmasında faktiki olaraq təxminən 27.600 nəfər məskunlaşan bir əhalisi olan bir bölgədir və Qaryan şəhərindən sonra bölgənin ən böyük şəhərlərindən biridir. 23 mart 1913-cü ildə Əl-Təvisin protektoratı olan Liviya mücahidləri və italyanlar arasında döyüş baş verdi və bu zərbə zamanı italyanlara ağır itki verildi.
Əsbqəlyan (Kəleybər)
Əsbqəlyan (fars. اسب قليان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Əsbu (Ərdəbil)
Əsbu (fars. اسبو‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 438 nəfər yaşayır (131 ailə).
Əsbxan (Heris)
Əsbxan (fars. اسبخان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (24 ailə).
MSB
Müsəlman Sosialist Bloku və ya qısaca MSB — 1917-ci ilin payız ayında azərbaycanlı eserlər və sosialistlər tərəfindən təsis olunmuş blok. == Tarixi == 1905-ci ilin oktyabrında Sosialist İnqilabçılar Partiyasının Bakı komitəsinin əsasında İttifaq Partiyası yarandı. Aslan bəy Səfikürdski də bu partiyanın sıralarına qoşulmuşdur. 1917-ci il noyabrın 26–28-də Müəssislər Məclisinə keçirilən seçkilərdə iştirak edən 8 əsas partiya sırasında 159 770 seçiciyə malik Müsəlman Sosialist Bloku (MSB) da var idi. 60 000 seçiciyə bir deputat qaydası ilə Müsəlman Sosialist Bloku həmin seçkilərdə 3 yer qazana bilmişdi. Bununla da Aslan bəy Səfıkürdskinin başçılıq etdiyi Müsəlman Sosialist Bloku nüfuzlu və təşkilati cəhətdən möhkəm bir siyasi partiyaya çevrildi. 1918 il yanvarın 5-də Rusiya Müəssislər Məclisi buraxıldı və fevralın 10-da Tiflisdə Zaqafqaziya Seyminin təsis iclası çağırıldı. Seymin təşkilində hər 20.000 seçiciyə 1 deputat yeri verildiyindən bu quruma Müsəlman Sosialist Blokundan 7 nümayəndə seçildi.Camo bəy Hacınski həbs edildikdən sonra verdiyi ifadədə belə açıqlamışdır: === Azərbaycan Xalq Cümhuriyyəti dövrü === 1918-ci il mayın 27-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası yarandıqda Müsəlman Sosialist Bloku da parlamentə daxil oldu. Həmçinin Milli Şuranın təklifi ilə təşkil olunan ilk hökumətdə Müsəlman Sosialist Blokunu Xudadat bəy Məlik-Aslanov təmsil etdi. Milli Şuranın məqsəd və vəzifələrini Cənubi Qafqazın bütün müsəlman bölgələrində xalq kütlələrinə izah etmək üçün göndərilən nümayəndələr arasında, habelə iyunun 18-də İstanbula yola düşən nümayəndə heyətinin tərkibində Məhəmməd Əmin Rəsulzadə, Xəlil bəy Xasməmmədovla yanaşı, Müsəlman Sosialist Blokunun sədri Aslan bəy Səfıkürdski də var idi.
USB
USB (Universal Serial Bus) — ingiliscədə, (yığcam) universal ardıcıl şin sözlərinin baş hərflərindən əmələ gəlmişdir. USB, periferiya qurğuları üçün nəzərdə tutulub və məlumatın ardıcıl, yəni bit-bit ötürülməsi üçün interfeysdir. Bu standart, Compaq, Digital Equipment, IBM, Intel, Microsoft, NEC və Northern Telecom şirkətləri tərəfindən hazırlanıb. USB verilənlərin fərdi kompüter ilə orta sürətli periferiya qurğuları arasında mübadiləsi üçün standart 1994-ci ildə yeddi aparıcı kompüter və telekommunikasiya firması (Compaq, IBM, Intel, NEC, Microsoft, Digital, Northern Telecom) tərəfindən təklif olunub. Qurğunun qoşulmasından sonra kompüteri yenidən yükləməyə, sistemin konfiqurasiyasını dəyişməyə, yaxud interfeys kartını quraşdırmağa gərək yoxdur. Qurğunun tanınması və uyğun drayverin quraşdırılması insan müdaxiləsi olmadan avtomatik yerinə yetirilir. Bir USB portuna ardıcıl olaraq 127-dək qurğu qoşmaq olar, kabelin uzunluğu isə 5 metrədək ola bilər. USB-kabeli dörd naqildən ibarətdir: iki sarınmış cütlük, 5V qida və ümumi naqil. Beləliklə, bu kabellə gücü az olan qurğuları qidalandırmaq da olar. 1999-cu ildə Intel tərəfindən işlənib hazırlanmış USB 2.0 standartı verilənləri 480 Kbayt/san-dək sürətlə ötürməyə imkan verir.
Əsr
Əsr — zaman ölçülərindən biri. Yüz il bir əsrə bərabərdir. Məsələn, XX əsr 1901-ci il yanvarın birindən 2000-ci il 31 dekabr arasındakı vaxtdır.
Altın əsr
Altın əsr (türkm. Altyn Asyr) — Türkmənistan şimalında yerləşən süni göl. == Coğrafiyası == Göl təbii Qaraşor çökəkliyində yerləşir. Burada Baş Türkmən kanalı ilə Daşoğuz birləşir. Əsas kollektor Deynauda qəsəbəsi yaxınlığından başlayaraq Mərkəzi Qaraqum boyunca axır. Onun uzunluğu 720 km. Daşoğuz isə 385 km uzunluğa malik olaraü şimalşərqə axır. O Göl kollektorunun 57-ci kilometrliyindən başlayaraq 140 km məsafədə Zengibaba enişi ilə axır. Zengibabadan kanal 45 km Uzboy yatağı ilə uzanır. Sonradan 160 km bu yataqla Kutış-Babaya axlr.
III əsr
III əsr — II əsrdən sonra və IV əsrdən əvvəlki əsr. Başlayır 200-ci ilin ilk günü və qurtarır 299-cu ilin son günü. == Hadisələr == İran, Orta Asiya və başqa qonşu ölkələrdə Mani təliminin yayılması. Mani dini təlimi digər dinləri əvəz etməli və ümumdünya dininə çevrilməli imiş.
II əsr
== Şəxslər ==
IV əsr
== Hadisələr == Ön Asiyada xristianlığın yayılması.
IX əsr
== Şəxslər ==
I əsr
== Hadisələr == Albaniyada hakimiyyətin yerli hökmdarların əlinə keçməsi. Albaniya hökmdarları Roma ilə diplomatik əlaqələr saxlayır, xarici siyasətdə ona meyl edirdilər.
Orta əsr
Orta Əsrlər (lat. medium aevum) — İtalyan humanistləri-linqvistləri və ədəbiyatçıları, klassik latıncanı diriltməyə çalışaraq, onların dövrünü klassik qədim çağlardan ayıran zamanı, "orta əslər"(medium aevum) adlandırmışdılar. 15 əsrdə bu istilah artıq tarixçilər tərəfindən də, Qərbi Roma İmperiyasının süqutundan onların yaşadığı İntibah dövrünə qədər olan dövrə də aid edilməyə başladı. 17 əsrdə tarix elmində ümumdünya tarixini əntiq, orta əsrlər və yeni dövrə bölmək ənənəsi möhkəmləndi. Orta Əsrlər anlayışı humanist və sonrakı burjua tarixşunaslığında ciddi elmi anlam və xronoloji müəyyənlik daşımırdı. Orta Əslərin başlanğıcı, gah sonuncu Roma imperatorunun taxtdan salınması(476), gah Konstantinin hakimiyəti dövrü(306–337), gah da ərəblərin Avropaya hücumu (8 əsrin əvvəli) hesab edilirdi. Orta əsrlərin sonu anlayışı isə daha yayqın idi. Bəziləri bunu Konstantinopolun süqutu(1453), bəziləri Amerikanın kəşfi(1492), bəziləri isə Almaniyada Reformasiyanın başlanğıcı(1517)ilə müəyyən edirdilər. Orta Əsrlərin səciyəsi barədə də müxtəlif mövqelər var. Humanistlərin ardınca İntibah dövrü tarixçiləri də orta əsrləri nadanlıq, [mövhumat] və düşkünlük çağları kimi dəyərləndirirdilər.
VII əsr
VII əsr - qriqorian təqvimi ilə 601-ci ildən 700-cü il daxil olmaqla davam etmişdir.
VI əsr
== Şəxslər ==
VIII əsr
== Şəxslər ==
V əsr
== Şəxslər ==
XIII əsr
== Doğulanlar ==
XII əsr
== Şəxslər ==
XIV əsr
== Şəxslər ==
XIX əsr
XIX əsr — XVIII əsrdən sonra, yəni 1800-cü ilin son günündən sonra başlayır. İlk günü 1801-ci ilin 1 yanvar tarixi, XIX əsrin son günü isə 1900-cü ilin 31 dekabrıdır. XIX əsrdən sonra isə XX əsr gəlir.
XI əsr
== Şəxslər ==
XVIII əsr
XVIII əsrin əvvəllərində Azərbaycan ərazisi Rusiya və Osmanlı imperiyaları arasında gedən müharibələrin mərkəzində idi. Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Rusiya ciddi "Qafqaz siyasəti" yeridirdi. I Pyotrun Azərbaycan neftinə və geostrateji mövqeyinə olan marağı Türkiyə ilə münaqişəyə gətirib çıxardı. Bu münaqişələr yerli xalqa ağır zülm və bəlalar verdi.
XVII əsr
XVII əsrin əvvəllərində Səfəvi - Osmanlı müharibəsinin gedişində üstünlüyü ələ alan Şah I Abbas Osmanlı sultanını sülh bağlamağa vadar etdi. 1612-ci noyabrın 20-də imzalanmış İstanbul sülhü Amasya sülhünün (1555) şərtlərini bərpa etdi.
XVI əsr
== Hadisələr == 1501-ci ildə Səfəvi İmperiyası yarandı. 1514-cü ildə Çaldıran düzündə şah İsmayıl Xətai ilə Sultan Səlim arasında müharibə oldu.18-ci əsrin 40-cı illərinin sonlarından bu günə qədər "Gələrsən, görərsən" adlandırılan bu qala 1551-ci ildə tikilib. == Doğumlar == 1524-cü ildə Şah İsmayıl Xətai anadan vəfat etdi və Şah Təhmasib anadan oldu. Simeon Bekbulatoviç Şeyx Bəhaəddin (memar) == Vəfatlar == 1578-cı ildə Şah Təhmasib vəfat etdi.
XV əsr
XV əsr və ya XV yüzillik – Miladi təqvimə görə 1401−1500-cü illəri birləşdirən yüzillik. Orta əsrlərə aiddir. == Hadisələr == === 1400-cü illər === 1402 - Ankara döyüşü baş verdi. Osmanlı məğlubiyyətə uğradı. 1403 - İldırım Bəyazidin vəfatı 1404 - II Muradın doğumu 1405 - XI Konstantinin doğumu (sonuncu Bizans imperatoru) 1405 - Timurun vəfatı 1405 - İskəndər Bəyin doğumu (albanların milli qəhrəmanı) 1406 - Çandarlı Əli Paşanın ölümü === 1410-cu illər === 1411 - I Mehmedin anası Dövlət Xatunun vəfatı 1413 - 5-ci Osmanlı sultanı I Mehmedin taxta çıxması 1415 - Yüzillik müharibənin bir parçası olan Azenkur döyüşünün baş verməsi 1415 - Müqəddəs Roma İmeriyasının imperatoru III Fridrixin doğumu 1416 - Osmanlı-Venesiya müqaviləsinin imzalanması === 1420-ci illər === 1420 - Qara Yusifin vəfatı (Qaraqoyunlu dövlətinin banisi) 1421 - I Mehmedin vəfatı 1421 - II Muradın taxta çıxması 1423 - Uzun Həsənin doğulması (Ağqoyunlu dövlətinin banisi) 1425 - Bizans imperatoru II Manuilin ölümü 1428 - Ulubatlı Həsənin doğumu (Konstantinopolun fəthi zamanı şəhər divarlarına ilk Türk Bayrağını sancan əsgər) === 1430-cu illər === 1431 - Janna d`Arkın məhkəmədə mühakiməsi və diri-diri yandırılması 1432 - Konstantinopolu fəth edən Osmanlı padşahı Fateh Sultan Mehmetin doğumu === 1440-cı illər === 1444 - Varna döyüşü 1444 - Ədirnə-Segedin Müqaviləsinin imzalanması 1444-1446 - Fateh Sultan Mehmetin müvəqqəti taxta çıxması 1447 - Fateh Sultan Mehmetin taxtı II Murada yenidən təhvil verməsi 1448 - II Kosova döyüşü === 1450-ci illər === 1450 - Dünyada ilk mətbəənin qurulması1451 - Fateh Sultan Mehmetin qalıcı olaraq taxta çıxması1451 - II Muradın vəfatı 1452 - İtalyan rəssam Leonardo da Vinçinin doğumu 1453 - Konstantinopolun fəthi.
XXI əsr
XXI əsr — 1 yanvar 2001-ci ildən başlayır və 31 dekabr 2100-cü ildə bitir. XXI əsr həmçinin III minilliyin birinci əsridir. Ümumdünya Meteorologiya Təşkilatının 2014-cü ildəki məlumatlarına görə, meteomüşahidələrin tarixi boyunca müşahidə edilən 14 ən isti günün 13-ü XXI əsrə aiddir.
Eşq
Sevgi, eşq və ya məhəbbət — emosional keçid mərhələlərində insanların biri-birinə isinişməsidir. Müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxıb, mexanizmi – əsasən beyinin assosiativ funksiyasına əsaslanır. Belə ki, burada davamlı emosional kontaktın (transferin) meydana gəlməsi üçün emosiyanı qıcıqlandıran müxtəlif xarici təsirlərin mövcudluğu zəruri şərtdir, məsələn, təbiət mənzərələrinin birgə seyri, birgə musiqi dinlənilməsi, müxtəlif həyəcanlı, sevincli situasiyaların, rəngarəng epizodların, lirik anların birgə yaşanması və s. kimi. Alınan təəssüratın qüvvəsi gələcəkdə yaranacaq emosional kontaktın (transferin) qüvvəsini xarakterizə edir ki, sonradan bu kontaktın qırılması müxtəlif psixi travmalara gətirib çıxarır. Sevgi ən yüksək fəzilət və ya yaxşı vərdişdən, ən dərin şəxsiyyətlərarası sevgidən tutmuş, ən sadə həzzə qədər bir sıra müsbət emosional və psixi vəziyyətləri əhatə edir. Ümumi halda, insanlar arasında davamlı emosional kontaktın ("cazibənin") meydana çıxması üçün onların bioloji (bədən quruluşu, boy, səs amplitudası, köklük, dərinin, saçın, gözün və s. rəngi) və emosional (temperament) xüsusiyyətlərinin kontrastlılığı (biri-birini tamamlaması); intellektual (dünyagörüşü, etik və estetik normalar sistemi, həyata baxış, bilik əmsalı) və iradi (stereotiplər sistemi ilə əlaqədar) xüsusiyyətlərinin uyğunluğu zəruri şərtlərdəndir. Həmçinin, tərəflərin biri-birinə (birtərəfli məhəbbətdə biri digərinə) isinişə bilməsi, vərdiş edə bilməsi üçün onların vaxtaşırı görüşməsi, biri-birlərini müxtəlif epizodlarda seyr edə bilməsi, tərəflərin bir-birinin (birtərəfli məhəbbətdə biri digərinin) rifah və təhlükəsizliyinin qarantı olması və s. kimi faktorlar xüsusi əhəmiyyətlidir.
Əşə
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
Esq ask
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Növləri == === Qəhrəmanlıq dastanları === Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir. Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları Kitabi-Dədə Qorqud, Koroğlu və Qaçaq Nəbi, Qaçaq Kərəmdir. Qəhrəmanlıq dastanları əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Donald Erb
Donald Erb (17 yanvar 1927 – 2008) — amerikalı bəstəkar. == Həyatı == Donald Erb 17 yanvar 1927-ci ildə Amerika Birləşmiş Ştatlarında anadan olub.
ESC simvolu
ESC simvolu – ASCII yığınında təyin olunmuş 32 idarəedici koddan biri; adətən, escape-ardıcıllığın (ESCAPE SEQUENCE) başlanğıcını göstərir. Onluq kodu – 27, onaltılıq kodu – 1Bh. Escape-ardıcıllıqlardan Hewlett-Packard şirkətinin LaserJet seriyalı lazerli printerlərinin işini idarə etmək üçün PCL dilində geniş istifadə olunur.
Eşq (roman)
Eşq (türk. Aşk) — Elif Şafakın 2009-cu ildə işıq üzü görən romanıdır. Roman bu epiqrafla başlayır: "Ya Eşqin ortasındasan, mərkəzində; ya da xaricindəsən, həsrətində". Əsərin orijinalı ingilis dilindədir, türkcəyə tərcümə edən isə Kadir Yiğit Usdur. == Mövzu == Qırx yaşlı Ella Rubinsteyn amerikalı evdar xanımdır. Tipik burjua dəyərlərinin hökmran olduğu zəngin bir ailəsi, qaydasında gedən və görüntü olaraq "problemsiz" görünən bir evliliyi var. Üç övladını böyütdükdən sonra nəşriyyatda redaktor köməkçisi olaraq işə başlayır. İlk işi isə A. Z. Zahara adlı tanınmayan bir yazarın sufizm fəlsəfəsi mövzusunda olan tarixi romanını dəyərləndirməkdir, lakin həyatının çox çətin bir mərhələsində əlinə aldığı bu kitab gözləmədiyi tərzdə Ellaya təsir edəcək və o, dünyavi eşqi kəşf etmək kimi çətin və təhlükəli səfərə çıxacaq. "Eşq" romanı kitab içində bir kitab, həyatın mənasını dərk etmək yolundakı eşq macərasıdır. "Eşq" Elif Şafakın axtarış, gerçəklik və kəşfetmə istiqamətində bir romanıdır.
La'eeb
Linden Eşbi
Linden Eşbi (ing. Linden Ashby) — ABŞ aktyorudur. Ən məşhur rolu Ölümcül döyüş filmindəki Conni Keyc roludur. == Həyatı == Linden Eşbi 23 mart 1960-cı ildə Atlantik-Biç şəhərində dünyaya gəlmişdir. Məktəbi bitirdikdən sonra Koloradonun məntəqələrindən biri olan Dyuranqo məntəqəsində yerləşən Fort Lyuis kollecinə daxil olur. Burada Linden Eşbi biznes və psixologiyanı oxuyur. 21 yaşından başlayaraq Linden Eşbi karate, taekvondo və kunq-fu kimi döyüş sənətləri ilə məşğul olmağa başlayır. 1987-ci ildən başlayaraq filmlərdə və seriallardə iştirak edir. Linden Eşbi 1986-cı ildən etibarən ABŞ aktrisası Syuzan Uolters (ing. Susan Walters) ilə ailə həyatı qurmuşdur.
Platonik eşq
Platonik sevgi, platonik eşq və ya platonik məhəbbət ― müasir mənada cinsi əlaqəsi olmayan virtual və duyğusal sevgi. Platonik sevgi termini öz adını qədim yunan filosofu Platondan götürür. Platon bu sevgi tərzini təsvir edən ilk şəxsdir. Bir kitabda (simpozium dialoqu) Platon sevgi hissinin necə meydana gəldiyini və necə inkişaf etdiyini izah etməyə çalışır - həm cinsi, həm də qeyri-cinsi yollarla. Platon insanların ruh və bədəndən meydana gəldiyini və ruhun düşüncə aləmində olduqda cismin maddi dünyaya aid olduğunu bildirir. Bundan əlavə, ruh yerləşdiyi bədənlə birlikdə olmalıdır, lakin iki həqiqət bir-birindən tamamilə müstəqildir. Bir sözlə, platonik sevgi ruha və zehnə ilham verir. Marsilio Ficino XV əsrdə "platonik sevgi" terminini istifadə edən ilk insan olmuşdur. Marsilio onu bir insanın xarici görünüşünə deyil, zəkasının və xarakterinin gözəlliyinə yönəlmiş sevgini təsvir etmək üçün istifadə etmişdir.
Qarşılıqsız eşq
Qarşılıqsız sevgi, qarşılıqsız eşq və ya qarşılıqsız məhəbbət — bir tərəfin digər tərəfdən istədiyini görə bilmədiyi bir sevgi növüdür. Bu, tez-tez insanda kədərli və narahat bir ruh halına səbəb olsa da, depressiya və eyforiya arasında qəfil emosional dəyişikliklərə də səbəb ola bilər. Qarşılığı alınmayan sevgi nəhayət insanda bir vəsvəsəyə səbəb ola bilər, qarşılıq verməyi rədd edənin istək mənbəyini izləmək və ya ona kin ilə baxmaq tez-tez müşahidə olunur. Bu mürəkkəb vəziyyət sənət tarixindəki bir çox şah əsərin ilham mənbəyi olmuşdur. Qarşılıqsız sevgi ağrılı bir vəziyyət olsa da, bəzi insanlar üçün xoşbəxtlik mənbəyi ola bilər. Bu vəziyyətdə olan bir insan, kiməsə aşiq olmaq hissinin (cavabsız olsa belə) çəkdiyi bütün əzablara dəydiyini düşünə bilər. Təslim olmaq əvəzinə bu vəziyyətdə qalmağı seçə bilər. Özündən imtina etməyi tələb etdikdə belə, bunu özünü məğlubiyyəti, darmadağın olması kimi hiss edər və təslim ola bilməz. Uzun müddət, illərlə və hətta on illərlə davam edə biləcək cavabsız sevgi bir neçə fərqli yolla bitir. Əgər fərd sonunda cavab görərsə, onun duyğuları ümumiyyətlə tükənə və hətta sona çata bilər.
Qrand Est
Qrand Est (fr. Grand Est), (keç. Elzаs — Şampа́n — Ardenlər — Lotarinqiya, fr. Alsace-Champagne-Ardenne-Lorraine, qıs. ACAL və ya ALCA) — Elzas, Lotarinqiya və Şampan-Arden bölgələrini birləşdirərək, 2014-cü ildə Fransada ərazi islahatı nəticəsində yaradılan region . Yeni bölgənin formalaşma tarixi 1 yanvar 2016-cı ildir . Ən böyük şəhər, bölgənin paytaxtı olan Strasburqdur.. == Adı == Qanunun mətni birləşmiş bölgələrin əksəriyyəti üçün Fransanın mövcud regionların adlarını birləşdirən «tire» ilə birləşdirən müvəqqəti adını müəyyənləşdirir. Regional kapitalın daimi adı və yeri 2016-cı il 1 iyul tarixinə qədər Regional Şuranın qərarı ilə müəyyənləşdirilməli və 2016-cı il oktyabrın 1-dək Fransa Dövlət Şurası tərəfindən təsdiq edilmişdir .. İnzibati bölmənin müvəqqəti adı Elza + Şampan + Ardenlər + Lotarinqiya tarixi ərazilərinin adlarından ibarət idi.
Romantik eşq
Romantik sevgi, romantik eşq, romantik məhəbbət və ya romantika — emosional bir sevgi hissi və ya başqalarına güclü bir cazibə və fərdin ümumi hisslərini və ortaya çıxan duyğularını ifadə etmək üçün etdiyi davranışlardır. Romantik hisslər və sevgi duyğuları ümumiyyətlə cinsi cazibə ilə əlaqələndirilsə də, romantik hisslər fiziki qarşılıq gözləmədən mövcud ola bilər və daha sonra ifadə edilə bilər. Tarixən romantika termini, romantizm ədəbiyyatında deyildiyi kimi, orta əsr cəngavərlik idealından qaynaqlanır. Buna "aşiq olmağın" emosional tərəfi kimi baxmaq mümkündür. Romantik sevgi, hər istifadədə cinsi əlaqəyə mane olan platonik sevgi ilə ziddiyyət təşkil edir, ancaq müasir istifadədə cinsi impulsların klassik mənasında deyil, sırf qeyri-cinsi mənada (aseksuallıq) vardır. Sublimasiya Fridrix Nitsşe və psixoanalizdə meydana çıxmasına baxmayaraq sevgi haqqındakı gündəlik düşüncələrdə, unudulmağa meyllidir. Qarşılıqsız sevgi müxtəlif yollarla romantik ola bilər: həm sənət, həm də əxlaqi idealların güclü simvol və duyğularla birləşdirildiyi, məzəli, faciəli, romantika ilə müqayisə edilə bilər. Qarşılıqsız sevgi romantizm dövrünün tipik bir nümunəsidir, lakin bu termin onda yarana biləcək hər hansı bir romantikadan fərqlidir.