ƏSBABLI
ƏSƏBİ
OBASTAN VİKİ
Əsəb sistemi
Sinir sistemi (lat. Systema nervosum) — heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlər meydana çıxmışdır. Bunlara sinir elementləri (sinir sistemi) deyilir. Hər bir canlı orqanizm yaşadığı xarici mühitdən qıcıq qəbul etməyə və həmin qıcığa qarşı müvafiq reaksiya törətməyə qadirdir. Bu özəllik həyati təzahürlərdən biri olub, qıcıqlanma adını daşıyır. İbtidai canlılarda qıcıq qəbuledici özəl törəmələr yoxdur, bu vəzifəni həmin canlıların vücudunu təşkil edən protoplazma ifa edir. Örnək olaraq birhüceyrəlilərdən – amöb hər bir qıcığa (kimyəvi, mexaniki, istilik, elektrik, işıq və s.) qarşı hərəkət edərək, ya qıcıq qaynağına yaxınlaşır, ya da ondan uzaqlaşır. Bu növ reaksiyaya taksis və ya tropizm deyilir. Əgər bu reaksiya nəticəsində canlının orqanizmi qıcıq mənbəyinə yaxınlaşarsa, ona müsbət taksis, qıcıq mənbəyindən uzaqlaşarsa mənfi taksis deyilir. Qıcıq növünə görə müxtəlif reaksiyalar (taksis) ayırd edilir.
Əsəbilik
Əsəbilik xəstəliklərin beynalxalq təsnifstında R45.0 nömrəsi ilə kodlanan daxili stabilliyinin pzulması ilə özünü büruzə verən və özünü idarə etmənin nisbi itirlməsi ilə nəticələnən bir psixiki patologiyadır. Bu geniş istifadə edilən və görülən halın əlaməti gözlərin tez-tez hərəkət etməsi, əllərin gərgin olması, vargər ermək, tez-tez və kontrolsuz danışmaq, tərləmə, ürəkdöyünmə, əsmə və s. aiddir.
Əsəbkəf
Əsəbkəf — Babək rayonunda dağ. Babək rayonunda dağ. Hündürlüyü 1661 m. Oronim Asəfkəhv adından təhrif olunmuşdur. Əsədkef variantında da qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, Asəf (ər. "büt") və kəf (ər. kəhv "təbii mağara") sözlərindən yaranan toponim "büt mağarası" mənasını ifadə edir. Yerli əhali dağdakı mağaraya qədimdən ziyarətə gedir, qurbanlar kəsir. Dağdakı mağara ilə bağlı belə bir rəvayət vardır: Yunis peyğəmbərin dövründə üç nəfər müqəddəs Şəxs bir itlə həmin mağaraya girmiş və orada ölmüşdür.

Значение слова в других словарях