Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbül Əsvar Şavur
Əbüləsvar Şavur ibn Fəzl ibn Məhəmməd ibn Şəddad (v. 1067, Gəncə) — 1049-1067-ci illərdə paytaxt Gəncə olmaqla Arranı idarə edən VIII Şəddadi hökmdarıdır. Bundan əvvəl o, 1022-ci ildən başlayaraq Dvin əmiri idi. Bacarıqlı döyüşçü və müdrik və gözüaçıq hakim olan Əbüləsvar qonşularının çoxu ilə konfliktə idi. O, Dvində hakim olarkən erməni bəyliklərinin daxili məsələlərinə qarışmışdı. Əbüləsvar Bizans imperiyası birlikdə 1045-ci ildə Ermənistanın Baqration krallığının qalıqlarını işğal etmişdi, ancaq Bizans imperiyası onunla müttəfiqliyi pozanda ona qarşı edilən üç həmləni dəf etmişdi. 1049-cu ildə Gəncədəki üsyan onun azyaşlı qardaşı nəvəsi Ənuşirvanı devirdi və ailənin əmirliyini alması üçün onu çağırdı. Əbüləsvarın hakimiyyəti dövründə Şəddadilər sülaləsi zenit nöqtəsinə çatdı, Gürcüstan krallığına və Şirvanşahlar dövlətinə uğurlu yürüşlər edildi, ancaq Tiflis əmirliyinin gürcülərin əlinə keçməsinə izin verilməsi və alanların dağıdıcı yürüşləri Şəddadilərin gücünün məhdudiyyətlərini göstərdi. Eyni vaxtda Səlcuq imperiyası gücləndi və Cənubi Qafqaz dövlətlərində idarəni ələ keçirdi. 1054/5-ci ildə Əbüləsvar səlcuqların vassalı oldu.
Əsvan
Əsvan (ərəb. أسوان‎) — Misirdə şəhər, eyniadlı mühafəzənin inzibati mərkəzi. Əhalisi təxminən 267.913 nəfərdir (2006).
Biharul-Ənvar
Biharul-Ənvar (azərb. Nurlar dəryası‎) və ya tam adı ilə Biharul-ənvaril-camiəti lidurəri əxbaril-əimmətil-əthar (azərb. Pak və məsum imamların hədislərindən gövhərləri əhatə edən nurlar dəryası‎) — Əllamə Məhəmməd Baqir Məclisinin XVIII əsrdə ərəb dilində yazdığı islami-ensiklopedik kitab. Kitab şiə hədis elmində böyük ensiklopediya hesab olunur. Bütün dini məsələləri, o cümlədən Quran təfsiri, tarix, fiqh, kəlam və s. kimi məsələləri əhatə edir. "Biharul-ənvar" kitabı ən əhatəli şiə hədis məcmuəsi olub orada Quran ayələrinin ümdə bir hissəsinin təfsiri ilə yanaşı, babların başlıqları və mövzulara uyğun olaraq onda dərc olunmuş və təqribən bütün nəbəvi hədislər, bəzi qüdsi hədislər və Əhli-beytin rəvayətləri və maarifi bir yerə toplanmışdır. Bu kitab bütün etiqadları, dinin əsaslarını, nəzəri və əməli bölümlərini, iman, küfr, əhkamın bütün şöbələrini və bu kimi digər mövzuları müxtəlif bablarda, Allah Rəsulunun (s) və VIII əsrədək imamların səhabələrindən böyük şəxsiyyətlər barəsində məlumatları, elmi və təcrübi fikir və rəyləri, təxminən bütün tibbi, astronomik, riyazi görüşləri, ictimai maarifi, adət-ənənələri, mərasimləri, şiənin tarixi və mədəni yönlərini, əsatirləri, Adəmdən Xatəmə bütün peyğəmbərlərin qissələrini onların ismətinin isbatını, şiənin ümumi mədəniyyətini, folklorunu və xülasə İslamın bütün düşüncə, əməl, əqaid və əhkamı ilə bağlı bütün məsələləri ehtiva edir. "Biharul-ənvar" böyük və qiymətli bir xəzinədir ki, Əllamə Məclisi onun toplanıb ərsəyə gəlməsində çox zəhmət çəkmişdir. Bəzi böyük alimlərə görə onun bənzəri nə şiə aləmində, nə də ki digər İslami məzhəblərdə qələmə alınmamışdır.
Biharul Ənvar

Söhbətül-əsmar
"Söhbətül əsmar" (Meyvələrin söhbəti) — Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması. Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır: Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də Şərqdə) Füzuliyə aiddır. Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır.
Söhbətül əsmar

Səvar (Bünab)
Səvar (fars. صور‎) — İranın Şərqi Azərbaycan ostanının Bünab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 350 nəfər yaşayır (52 ailə).
Şəfaül-əsrar
Şəfaül-əsrar — Seyid Yəhya Bakuvinin türk dilində yazılmış yeganə əsəridir. Bu əsər ehtiva etdiyi mövzular etibarilə mütəfəkkirin Əsaraüt-talibin və digər əsərlərinin şərhi mahiyyətindədir. Bir müridin mürşidliyə gedən yolda keçməsi lazım gələn 70 məqamdan söz açılaraq, bu məqamların nələr olduğu açıqlanır və bu məqamlara yetişmək üçün lazım gələn vəzifələr izah olunur. Əsərdə təsəvvüf yolunu izləyənlər üçün elmin vacib olduğu sıx-sıx vurğulanır. Həqiqi şeyx ilə saxta şeyxlərin xüsusiyyətləri açıqlanaraq, həqiqi şeyxə tabe oladan bu yolla gedilə bilinməyəcəyi bildirilir. İbadətlərin batini mənaları, zikrin çeşidləri və hikmətləri şərh olunur. Əsərdə Quran ayələri, hədislər və bir sıra sufilərin sözlərinə dönə-dönə müraciət edilmişdir. "Ziyaül-Buyustəri" ləqəbli "Mahmud ibn Ömər bin Mövlana Süleyman Hocam" adlı katib Seyid Yəhyanın dağınıq və köhnəlmiş vəziyyətdə olan bu əsərini toplayaraq yenidən yazdığını əsərin sonunda ifadə etmişdir. Katib onu müəllif nüsxələrindən köçürmüşdür. Manisa Muradiyyə Kitabxanası kataloqunda bu ad ilə qeydli bir əsərə rast gəlinsə də bu tamam başqa bir kitabdır.
Əssar Təbrizi
Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi (1325-1390) — azərbaycanlı şair, alimi, astronomu və riyaziyyatçısı. Əssar Mövlana Şəmsəddin Hacı Məhəmməd Təbrizi Azərbaycan ədəbiyyatı tarixinə məşhur “Mehr və Müştəri” məsnəvisinin müəllifi kimi daxil olmuşdur. O, farsca yazmış, Sultan Üveysin sarayına dəvət olunmuş, lakin tezliklə saraydan uzaqlaşmışdır. Əssar Təbrizi Nizami ədəbi məktəbinə mənsub olan şairlərdəndir. Əssar Təbrizi əruz vəzni və qafiyə haqqında əsər yazmışdır, şairin “Mehr və Müştəri” (1376), “Saqinamə” poemaları, “Qafiyələrin sayı haqqında təfsilat” (“Əl-vafi fi tədəd ül - qəvafi”) adlı poetika (tədqiqat) əsərləri vardır. “Mehr və Müştəri” poeması Azərbaycan poeziyasında dostluğa həsr olunmuş ilk irihəcmli əsərlərdəndir. Bu əsər onu Azərbaycan ədəbiyyatı tarixində Nizamidən sonra ikinci epik poema yazmış şair kimi yüksək mövqeyə qaldırmışdır. Əssarın “Mövlana” ləqəbi onun öz dövründə böyük şöhrət və hörmət qazandığını göstərir. Onun əsas əsəri xalq arasında şöhrət tapmış “Mehr və Mah” dastanının motivləri əsasındadır. “Əssar panteizm təlimindən çıxış edərək, Mehr ilə Müştəri simasında bir əsasdan yaranıb sonra parçalanmış iki varlığın bu dünyada bir-birinə qovuşmaq üçün daima çırpındığı və aləmi-məanidən nəşət edib ikiləşmiş bir vəhdətin yenə bütünləşməsi yolunda qarşıya çıxan maneələrin aradan qaldırılacağını bildirmişdir”.
Əsvan bəndi
Əsvan bəndi — Misir ərazisində Nil çayı üzərində tikilən bənddir. Tikilməsinə 1960-cı ildə başlanmış və 10 dekabr 1970-ci ildə başa vurulmuşdur.
Hafizul Əsrar
Söhbətül-Əsmar (1994)
Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb... Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir. Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur. Applikasiya filmidir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur. Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.
Şah Qasım Ənvar
Şah Qasım Ənvar (1356-1434) - görkəmli şair və sufi filosof. Seyyid Əli ibn Harun ibn Əbülqasim Hüseyni Təbrizi (1356-1434) zəmanəsinin ədəbi aləmində “Qasım”, “Qasimi”, “Qasimi-Ənvar” təxəllüsləri ilə tanınmışdı. Qasimi-Ənvar gənc ikən Şeyx Sədrəddin Ərdəbilinin müridlərindən olmuş, sufi ideyalarına ömrünün sonunadək sadiq qalmışdır. O, təqribən bütün ömrünü müxtəlif Yaxın və Orta Şərq ölkələrində keçirmiş, kamil mürşid kimi özünə xeyli mürid toplamışdı. Gilan vilayəti, Qəzvin, Herat, Bəlx, Səmərqənd şəhərləri Qasimi Ənvarın yaşadığı, ədəbi-fəlsəfi fəaliyyət göstərdiyi, sufi təbliğatı ilə məşğul olduğu məkanlardandır. Şair Heratda olarkən Əmir Teymur və onun oğlu Şahrux tərəfindən hörmətlə qarşılanmış, lakin yerli din xadimlərinin tələbi və Şahruxun oğlu Baysunqurun xahişi ilə Heratı tərk edərək Səmərqəndə getmişdi. Burada o, bir müddət məşhur dövlət xadimi, alim Uluqbəyin himayəsində yaşamış, sonra isə Xorasana qayıdaraq Əbdürrəhman Caminin vətəni olan Cacrud kəndində məskən salmış, ömrünün sonunadək burada yaşamış, sufi ideyalarının təbliği ilə məşğul olmuşdur. Əbdürrəhman Caminin yazdığına görə, Şah Qasım Ənvarın müridləri islam dini ehkamlarına etinasız yanaşır və bərabərlişdirici cəmiyyət ideyaları yayırdılar. Qasimi Ənvar həmin kənddə vəfat etmiş və orada dəfn olunmuşdur.28 Uluqbəy onun qəbri üzərində əzəmətli türbə tikdirdi və bu abidə elm, fəlsəfə, ədəbiyyat xadimlərinin ziyarət obyektinə çevrildi. Şah Qasım Ənvar Azərbaycan ədəbi mühitində İmadəddin Nəsimi ənənələrinə sadiq qalan, bu ənənələri yaşadan mütəfəkkir-şair kimi məşhurlaşmışdı.
Söhbətül-əsmar (film, 1994)
Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb... Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir. Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1) 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur. Applikasiya filmidir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. Film dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr olunmuşdur. Film Məhəmməd Füzulinin eyniadlı poeması əsasında çəkilmişdir.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.
Эсхар
Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi
Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi (1848, Təbriz – bilinmir) — XIX əsr Azərbaycan təzkirəçilərindəndir. “Behcətüş-şüəra” adlı təzkirənin müəllifidir. Bu təzkirəçi haqqında məlumatı Məhəmmədəli Tərbiyətin “Danişməndani-Azərbaycan” təzkirəsindən alırıq. Əsrar təxəllüslü Əlişah Təbrizi Şah Nemətulla təriqətinə bağlı olan dərvişlərdəndir. O, h.1265/1848-ci ildə anadan olmuşdur. İyirmi beş min beytdən ibarət divanı vardır. M.Tərbiyət Əsrarın iki kitab təlif etdiyini, orada h. XIII / m. XIX əsr Azərbaycan söz ustalarının və növhə yazan şairlərin şeirlərini, eləcə də divanlarında daha çox türk dilində və nadir hallarda fars dilində şeir, qəzəl və rübailər olan şairlərin tərcümeyi-halını topladığını qeyd edir. “Behcətüş-şüəra” təzkirəsi haqqında daha ətraflı məlumat Əhməd Gülçin Məaninin “Farsca təzkirələrin tarixi” əsərində verilmişdir.
Anna Espar
Anni Espar (d. 8 yanvar 1993) — İspaniyanı təmsil edən su poloçusu. Anni Espar, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Anni Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Anni Espar

Elvar (dağ)
Elvar — Göygöl rayonunda dağ. Hündürlüyü 1251 m. Elvar Göygöl rayonunda dağ. Gəncə çayından sağ tərəfdə yerləşir. Hün. 1251 m. Keçmişdə yaylaq yeri olmuşdur. Oronim el (camaat) və var (burada "yer, məskən") sözlərindən düzəlib, "el-obanın məskəni", "elin cəm olduğu, yığıldığı yer" mənasındadır.
Elvar Osmanov
Elvar Osmanov (8 avqust 1987, Dmanisi rayonu) — Azərbaycan idman mütəxəssisi; Döyüş sambosu üzrə Dünya və Avropa mükafatçısı; Döyüş sambosu üzrə idman ustası; Gəncə İdman Klubunun İdarə Heyətinin sədri (2016 — h.h.); Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının regionlar üzrə vitse-prezidenti (2019); Azərbaycan Reqbi Federasiyasının birinci vitse-prezidenti (2020 — h.h.); Azərbaycan Voleybol Federasiyasının nümayəndəsi; "Gəncə" voleybol klubunun prezidenti. Azərbaycan Respublikasının döyüş sambosu üzrə ilk idman ustasıdır. Rəhbərlik etdiyi dövrlərdə Azərbaycan idmançıları ölkə və Avropa-Dünya çempionatlarında çox sayda uğur qazanıb. Elvar Eldar oğlu Osmanov 8 avqust 1987-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunda anadan olub. 2005-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı orta məktəbi bitirib. 2005–2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2006–2007-ci illərdə N saylı hərbi hissədə xidməti zamanı döyüş hazırlığında qazandığı uğurlara görə hərbi hissə komandirinin fəxri fərmanı və çavuş hərbi rütbəsi ilə təltif olunmuşdur. 2010–2014-cü illərdə ixtisas artırılması məqsədilə AMAKA və Rusiya Dövlət Ali Məktəbi nəzdində Beynəlxalq Tətbiqi Kosmonaftika Universitetinin İdarəetmə fakültəsini bitirmişdir. 2015-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Həmçinin 2021-ci ildə ixtisas artırılması məqsədi ilə Türkiyə dövlət Atatürk Universitetinin Dövlət İdarəetmə fakültəsinə daxil olmuşdur.
Elvar Qasımov
Elvar Eldar oğlu Qasımov (7 fevral 1995; Ağdam rayonu, Azərbaycan — 5 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvar Qasımov 1995-ci il fevralın 7-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Ailəli idi. 22.04.2018-ci il doğumlu Fidan adında qızı yadigar qaldı. Azərbaycan Ordusunun əsgəri olan Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvar Qədimov
Klara Espar
Klara Espar (d. 29 sentyabr 1994) — İspaniyanı təmsil edən su poloçusu. Klara Espar, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Sevar xan
Sevar xan (bolq. Севар; VII əsr – 753) — Bulqar xanı. 721-737 yaxud 738-753 illərində hökmdarlıq etmişdir. Bizans qaynaqlarının onun haqqında söz açmamasının səbəbi olaraq hakimiyyətinin sülh içində keçməsi qeyd olunur. 17-ci əsr mənbəsi Cəğfər Tarixinə əsasən Kermek adlı övladı olmuş, onun da Toktu xan və Kardam xan adlı hökmdar övladları olmuşdur. Antarktikada Livinqston adasında Sevar nöqtəsi onun şərəfinə adlanmışdır.
Divar
Divar yaşayış məntəqəsini müdafiə etmək üçün tikilmiş bir növ istehkamdır. Qədim dövrlərdən bəri yaşayış məskənləri və ya qalalar ətrafında tikilmiş divarlar Berlin divarı nümunəsində olduğu kimi müasir dövrdə də istifadə olunur. Müdafiəni və müşahidə qabiliyyətini artırmaq üçün tarixi divarlardakı dairəvi və ya bucaqlı divarlardan daha yüksək tikilən qüllələrə "bastion" deyilir. Müasir müdafiə divarı xüsusiyyəti daşıyan divarlardakı bu cür tikililərə isə sadəcə olaraq "gözətçi qüllələri" deyilir. Bəzi divarlarda, səmərəliliyi artırmaq üçün divarın xaricində bir xəndək qazılır.
Elvar Qasımov (əsgər)
Elvar Eldar oğlu Qasımov (7 fevral 1995; Ağdam rayonu, Azərbaycan — 5 oktyabr 2020; Ağdam rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Elvar Qasımov 1995-ci il fevralın 7-də Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində anadan olub. Ailəli idi. 22.04.2018-ci il doğumlu Fidan adında qızı yadigar qaldı. Azərbaycan Ordusunun əsgəri olan Elvar Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Elvar Qasımov oktyabrın 5-də Ağdam istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvar Qasımov ​ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edildi.
Alvar
Toponimlər
Aspar
Flavi Ardabur Aspar (400 – 471, Konstantinopol) — Bizans generalı. Milliyyətcə Alan olmuşdur. Aspar imperator I Leonun zamanında Konstantinopolun əsl hakimi idi. Bizans İmperiyasının ən yüksək hərbi rütbəsi olan Magister militum idi. Aspar Ariçiləri dəstəkləməsi səbəbindən özü imperator ola bilmədi. Onun yerinə imperator Feodosinin bacısı Pulçeriya ilə evlənən və ondan daha aşağı rütbəli olan Marsian imperator oldu. Aspar ostroqotların kralı Böyük Teodorikin müəllimi olmuşdu. Oğlu Ardabur ilə birlikdə sui - qəsd nəticəsində öldürülmüşdür.
Davar
Gəzvar
Gəzvar-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Gəzvar-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.
Havar
Havar adaları (ərəb. جزر حوار‎) — Hind okeanına aid Fars körfəzində yerləşən arxipelaq. Adalar inzibati cəhətdən Bəhreynin Cənub muxafazasına daxil olsa da 16 adadan üçünə Qətər iddia edir. Arxipelaqın mərkəzi Bəhreynin əsas adasından 25 km cənub-şərqdə yerləşir. Arxipelaqın bir qutaracağı Qətərin qərbindən bir km məsafədə yerləşir. Bu səbəbdən 16 adadan üçünün hansı dövlətə mənsub olması mübahisələrə səbəb olur. Ümumilikdə isə bəzi mənbələrdə ada, adacıqlar, qumlu dillər, dayazlıq və bankələrin sayı ilə birlikdə 36 adanın hələdə dəqiq kimə mənsubluğu müəyyən edilməmişdir. Arxipelaqın uzunluğu 23 kilometr, eni isə 8 km təşkil edir. Ümumi sahəsi isə cəmi 52 km²-dir. Ən böyük adası Havar adlanır.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Ləlvar
Ləlvar — Ermənistan Respublikasında kənd, Ləlvar bələdiyyəsini (erm.: e. Դեբեդավան համայնք, l. Debedavan hamayank) təşkil edir. Toponim ləl və "möhkəmləndirilmiş kənd, qala, bənd" mənasında işlənən var sözündən əmələ gəlmişdir. Ləlvər-XIX əsrə aid ədəbiyyatda həm də Ləlpər kimidir. 1978-ci ildə kənd ermənicə Debetavan adlandırılmışdır. Buraya Ağalıq da deyirdilər. XX əsrin 30-cu illərində Lambəli ilə birləşmişdir. Ləlvər dağının adındandır. Əsli Ləlpar.
Oskar
Akademiya mükafatları (ing. Academy Awards) və ya daha çox tanınan adı ilə "Oskar" mükafatı (ing. Oscar Awards) — film sənayesində bədii və texniki dəyər üçün verilən və 1929-cu ildə yaradılmış mükafat. Film Sənətləri və Elmləri Akademiyası tərəfindən illik olaraq verilən mükafatlar, Akademiyanın səsvermə üzvləri tərəfindən yoxlanılaraq verilən ən nüfuzlu film mükafatıdır. Müxtəlif kateqoriyalı qaliblərə daha çox "Oskar" ləqəbi ilə tanınan, ancaq rəsmi olaraq "Akademiya mükafatı" adlandırılan qızıl heykəlin bir nüsxəsi verilir. Mükafat Sedrik Qibbons tərəfindən hazırlanmış dizayn eskizindən ilhamlanan Corc Stenli tərəfindən tərtib edilmişdir. İlk dəfə 1929-cu ildə Hollywood Roosevelt Hotelində Duqlas Ferbensk tərəfindən təşkil edilən xüsusi bir yeməkdə təqdim edilib. "Oskar" mükafatı mərasimi ilk olaraq 1930-cu ildə yayımlanmışdır. 1953-cü ildə isə ilk dəfə televiziyada yayımlanmışdır. Bu dünyanın ən köhnə əyləncə mükafatları mərasimi idi və dünya səviyyəsində canlı olaraq baxılırdı.
Osver
Osver (alm. Åsvær‎) — Norveçin Nordland bölgəsindəki Dyonna kommunasına aid kiçik alçaq adalar qrupu. Adalar Norveç sahillərindən 15–20 km, Lovunn kəndindən təxminən 15 km cənubda və Dyonna adasından 12 km şimal-qərbdə yerləşir. Tarixən Osver adaları balıq ovu üçün mühüm yer olmuşdur. Dekabrın əvvəlində balıqçılıq prosesini təmin etmək üçün bu adaların ətrafında siyənək balığı daim kütləvi şəkildə toplanır; yanvar-dekabr aylarında adaların əhalisi minimal olur. Adalrın ən görməli yerlərindən biri Osver mayakıdır. Adalardan birində 1919-cu ildə tikilmişdir, 1876-cı ilin ilkin binası əvəz edən Osver mayakı quraşdırılmışdır.
Xərvar
Xalvar— çəki ölçü vahidi. Daha böyük çəkiləri ölçmək üçün xalvardan istifadə olunmuşdur. 1 xalvar 25 puda bərabərdir ki, bu da təxminən 400 kq deməkdir. "Hesab var dinarla, bəxşiş var xalvarla" – atalar sözü də xalvarın böyük ölçü vahidi olmağıyla bağlı yaranmışdır. Məişətimizdə xalvar kimi işlənən bu söz əslində xərvardır və "bir uzunqulaq yükü" mənasını verir (farsca "xər" – uzunqulaq deməkdir). Belə çıxır ki, bir eşşək yükü 400 kq-a bərabərdi.
Çuvar
Çuvar — İranın İlam ostanının İlam şəhristanının Çuvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,574 nəfər və 1,080 ailədən ibarət idi.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Edvard Edqar Peskott
Edvard Edqar Peskott (ing. Edward Edgar Pescott; 11 dekabr 1872, Celonq, Viktoriya – 31 iyul 1954, Viktoriya) — Avstraliya botaniki. Edvard Edqar Peskott toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Native Flowers of Victoria. 1914. The Dahlia in Australia. 1920. Bulb Growing in Australia. 1926. Gardening in Australia.
Elmar Qasımov (Eldar oğlu)
Elmar Eldar oğlu Qasımov (8 sentyabr 1973) — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən). Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur. 1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Ailəlidir, iki övladı var. 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb. 2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb.
Aşkar
Aşkar – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. Aşkar Şamaxı rayonunun Quşçu inzibati ərazi vahidində qəsəbə. Oykonim türk dillərində "döyüş atı", fars dilində isə "açıq, aydın, müstəqil" mənalarını ifadə edir. Burada aşkar sözü "müstəqil" mənasında işlənmışdır. 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Aşkar qəsəbəsində 34 nəfər (19 nəfəri kişilər, 15 nəfəri qadınlar) əhali yaşayırdı.
Delvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.