Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. == Dini əhəmiyyət və sanksiya == Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namaz Allahverdiyev
Namaz Baxış oğlu Allahverdiyev (13 iyun 2000, Suçma, Şəki rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Namaz Allahverdiyev 2000-ci il iyunun 13-də Şəki rayonunun Suçma kəndində anadan olub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda İkinci Qarabağ müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik leytenantı olan Namaz Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Namaz Allahverdiyev noyabrın 8-də Şuşanın azad edilməsi zamanı şəhid olub. Şəki rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Namaz Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. == Həyatı == Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlarCümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib.Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Kamaz
Kamaz (rus. КамАЗ (Камский автомобильный завод - Kama Avtomobil Zavodu)) — Rusiya və MDB məkanında böyük yük götürmə qabiliyyətinə malik yük avtomobili, minik maşını, traktor, dizel mühərriki və onun hissələrinın istehsalı üzrə ixtisaslaşmış zavod kompleksi. Tatarıstanın Çelnı şəhəri ətrafında yerləşir. Dünyada 10 ən böyük yük avtomobili istehsal edən müəssisədən biridir. Dizel mühərriklərinin istehsalına görə isə dünyada 8-ci yerdədir. Kamaz SSRİ vaxtında yaranmış ilk zavod kompleksidir. 23 avqust 1990-cı ildə ölkəni təmsil edən yeganə sənaye avtomobili seçilmişdir. 2006-cı ildə "Kamaz-master" komandası beynəlxalq avtorallidə qalib gəldi. Almaniyada Kamaza məxsus böyük beynəlxalq avtomombil salonu fəaliyyət göstərir. == Tarixi == 1960-cı illərdə SSRİ-də sənaye avtomobilləri çatışmırdı.Təcili olaraq avtomobil zavodu kompleksi yaratmaq və burada 8-20 ton arası qədər avtomobil istehsal etmək lazım idi.
Namazu
Namazu (yap. 大鯰) — Yaponiya mifologiyasında Namazu (鯰) və ya Ōnamazu (大鯰) zəlzələlərə səbəb olan nəhəng pişik balığıdır. O, Yaponiya adaları altında palçıqda yaşayır və bir daş ilə yayın balığı məhdudlaşdıran tanrı Kaşima tərəfindən mühafizə olunur. Kaşima onun qarovulunun düşməsinə icazə verən zaman, Namazu mübarizə edir və şiddətli zəlzələyə səbəb olur. Namazu-e (pişik balığı çapları) ukiyo-enin bir kiçik janrıdırlar. == İstinadlar == == Xarici keçidlər == İlan hücumları: tanrıların lənəti, yoxsa təbiət hadisəsi?
Nama
Ayət namazı
Ayət namazı — Zəlzələ, daşqın, qorxunc göy gurultusu, ümumiyyətlə, kütləvi şəkildə insanları qorxuya salan təbiət hadisələri zamanı, eləcə də, Günəş və Ay tutulmaları müşahidə olunduqda qılınır. == Qılınma qaydası == 2 rəkətdir və sübh namazı kimi qılınır. Ayət namazı iki rəkətdir və hər rəkətdə 5 ruku vardır. Onun qaydası budur ki, insan niyyətdən sonra təkbir desin və bir Həmd və bir surəni tamam oxusun, rukuya getsin, rukudan qalxsın və təzədən bir Həmd və bir surə oxusun, sonra yenə rukuya getsin. Beləliklə, bunu beş dəfə təkrarlasın, beşinci rukudan qalxandan sonra iki səcdə etsin və qalxsın, ikinci rəkəti də birinci rəkət kimi yerinə yetirsin, təşəhhüd oxusun və salam versin. Ayət namazında mümkündür ki, insan niyyət, təkbir və Həmddən sonra, bir surənin ayələrini beş yerə bölsün və bir ayə, ya çox oxusun. Bir ayədən az da oxuya bilər, amma ehtiyata əsasən gərək cümlə tamam olsun və surənin əvvəlindən başlasın, bismillah deməklə kifayətlənməsin və sonra rukuya getsin və rukudan qalxsın. Həmd oxumadan həmin surədən ikinci hissəni oxusun və rukuya getsin. Bu qayda üzrə beşinci rukudan əvvəl surəni tamam etsin, məsələn; Fələq surəsində birinci "Bismillahir-rəhmanir-rəhim". "Qul əuzu birəbbil-fələq" – desin və rukuya getsin, sonra qalxsın və desin: "Min şərri ma xaləq" – təzədən rukuya getsin və rukudan sonra qalxsın və desin: "Və min şərri ğasiqin iza vaqəb".
Bayram namazı
Bayram namazı Ramazan (Fitr) və Qurban bayramlarının namazı camaatla birlikdə qılınır. Fitr və Qurban bayramlarının namazının vaxtı bayram günü Günəş çıxandan günortaya qədərdir. Qurban bayramı namazını Günəşin yüksəlməsindən sonra qılmaq müstəhəbdir. Fitr bayramında isə, Günəşin yüksəlməsindən sonra iftar edib, fitrəni verdikdən sonra bayram namazını qılmaq müstəhəbbdir. Fitr bayramı və Qurban bayramı namazları iki rəkətdir. Belə ki, hər rəkətdə Fatihə surəsini oxuduqdan sonra, 3 dəfə təkbir demək lazımdır. Yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Fitr bayramı və Qurban bayramı namazlarının qunutunda hər hansı bir dua və zikri oxusa kifayətdir. Amma yaxşıdır ki, bu duanı oxusun: Əllahummə əhləl-kibriyai, vəl-əzəməti və əhləl-əfvi vər-rəhməti və əhlət-təqva vəl-məğfirəti əs`əlukə bihəqqi hazəl-yəvm, əlləzi cəəltəhu lil-musliminə iydən və liMuhəmmədin səlləllahu ələyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd, və ən tuxricəni min kulli suin əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd, sələvatukə ələyhi və ələyhim. Əllahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəssalihun və əuzu bikə mimməstəazə minhu ibadukəl-muxləsun.
Camaat namazı
Camaat namazı — camaatla birlikdə qılınan namazdır. Camaatla qılınan namazın furada qılınan namazdan üstün olması haqqında çoxlu hədislər gəlmişdir. Cümə namazı camaatla qılınır. Şiə məzhəbində vacibi namazlar və meyyit namazı (ərəb dilində "saləh" sözünun çoxmənalı olmasına rəğmən, əslində duadır) camaatla qılına bilər. == Camaat namazının hökmləri == İmama iqtida etmək istəyən şəxs, niyyət etdiyi zaman imamını təyin etməlidir. Amma onun adını bilməsi lazım deyildir. Əgər "hazırkı imama iqtida edirəm" deyə niyyət edərsə, namazı səhihdir. Mə`mum gərək Həmd və surədən başqa namazın bütün sözlərini özü oxusun. Amma əgər mə`mumun birinci, yaxud ikinci rük`əti, imamın isə üçüncü və ya dördüncü rük`əti olsa, gərək Həmd və surəni oxusun. Əgər məmum sübh, şam və xiftən namazının birinci və ikinci rükətində imamın Həmd və surəsinin səsini eşitsə, kəlmələri ayırd edə bilməsə də, gərək Həmd və surəni oxumasın.
Cümə namazı
Cümə namazı - cümə günləri zöhr namazı əvəzinə qılınır. İslam dinində, müsəlmanlar cümə namazını məsciddə camaatla bərabər qilmalıdılar. Bu namaz iki xütbə və iki rəkətlı namazdan ibarətdir. Xütbələr ayaq üstə oxunur. Peyğəmbərin (s) xütbəni ayaq üstə oxumasını bu ayə təsdiqləyir: "Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə (minbərdə xütbə oxuduğun halda) qoyub ona tərəf cumdular." == Quran ayəsi == Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!
Gecə namazı
Gecə namazı - Gecə yarısından sübh azanı arasında qılınan 11 rəkətlik namaz. == Qılınma qaydası == 1) 4 ədəd 2 rəkətli namaz qılınır (sübh namazı kimi ). Hər birində birinci rəkətdə həmd və ixlas surələri, ikinci rəkətdə isə həmd və kafirun surələri oxunur. 2) 2 rəkət şəf namazı qılınır. Bu namaz da sübh namazı kimi qılınır, amma birinci rəkətdə həmd və nas, ikinci rəkətdə isə həmd və fələq surələri oxunur. 3) Vitr namazı.
Günorta namazı
Zöhr və ya günorta namazı 4 rəkətdir. Əvvəl vaxtı günortadır, son vaxtı isə şam azanına 4 rəkətlik namaz qılmaq üçün vaxt qalana qədərdir. == Zöhr namazının qılınma qaydası == Niyyət Qiyam; Təkbirətul-ehram; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd və surə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Ayağa qalxmaq Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Ayağa qalxma; Həmd surəsi, yaxud 3 dəfə təsbihati-ərbəə oxumaq; Ruku; Rukudan qalxmaq; Bir cüt səcdə; Təşəhhüd; Salam.Qeyd: Müstəhəbdir ki, 2-ci rəkətdə həmd-surə oxuduqdan sonra rukudan qabaq qunut tutulsun. === Niyyət === Zöhr namazı qılıram qürbətən iləllah. === Qiyam === Ayaq üstə üzü qibləyə dayanmaq. === Təkbirətul-ehram === Əllər qulaq bərabərinə qaldırılır və "Əllahu Əkbər" deyilir. === Həmd və surə oxunmaq === Həmd surəsi ilə ondan başqa bir surə (vacibi səcdə ayəsi olmayan) oxunmalı. === Ruku === Rukuda, yəni normal adamın əlləri dizlərə çatacağı həddə qədər əyilmiş vəziyyətdə 3 dəfə "Sübhənəllah" demək kifayətdir. === Bir cüt səcdə === Səcdədə bədənin 7 üzvü yerə toxunmalıdır: alın, iki əlin ovucu, dizlər və ayağın baş barmaqları. Alının qoyulduğu əşya torpaqdan alınan, yeməli, içməli olmayan əşya olmalıdır.
KamAZ-4308
Kamaz — 4308 - orta tonnajlı yük avtomobilidir, 2007-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunur.
KamAZ-4310
Kamaz-4310 — daş avtomobil zavodunun yüksək keçiricilik qabiliyyəti olan sovet və Rusiya iritonnajlı yük avtomobili, əsas model. Bu maşınların böyük bir hissəsi Sovet Ordusu üçün istehsal olunurdu. İlk partiya 1981-ci ilin yanvar ayında Sov.İKP-nin XXVI qurultayına əmək hədiyyəsi kimi buraxılıb. Ümumi istehsal 273 901 bu model avtomobil.
KamAZ-43114
Kamaz-43114 — 1996-cı ildən 2012-ci ilə qədər Kama Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan,üç oxlu və iri tonnajlı yük avtomobilidir.Yük avtomobilinin 43114 nömrəli şassisi Silahlı Qüvvələrdə, neft-qaz çıxarma sənayesində,o cümlədən,müxtəlif əlavələrin (avto-tankların,vaqonların,avtodaşıyıcıların,yükdaşımaların və s.) quraşdırılması üçün geniş tətbiq olunur.Kabin—həm yataq yeri,həm də yataq yeri olmadan modifikasiyadan asılı olaraq,mühərrikin üstündə yerləşən yüksək,üç nəfərlik kabinadır.
Qılman Musayev
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). == Həyatı == Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır.
Qılman Salahov
Qılman Balaməmməd oğlu Salahov (16 mart 1906, Balaxanı, Bakı qəzası – 1974, Bakı) — azərbaycanlı kamançaçalan, bəstəkar, dirijor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcılarından və ilk rəhbərlərindən biri. == Bioqrafiya == Qılman Salahov 16 mart 1906-ci ildə anadan olmuşdur. O, 1922–1926-cı illərdə Üzeyir Hacıbəyovun təşkil etdiyi Azərbaycan Dövlət Türk Musiqi Məktəbində, daha sonra isə musiqi texnikumunda kamança sinfində oxumuşdur. Üzəyir Hacıbəyovun təşkilatçılarından olduğu və 1939-cu ildə Moskvada keçirilən xalq çalğı alətləri ifaçılarının I Ümumittifaq müsabiqəsinin laureatıdır. 1931-ci ildən Üzəyir bəy Hacıbəyovun dəvəti ilə xalq çalğı alətləri orkestrində fəaliyyət göstərmiş, 1938–1964-cü illərdə illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının mahnı və rəqs ansamblının bədii rəhbəri olmuşdur. Ansambl üçün bir sıra mahnılar və rəqslər hazırlamışdır. Bunlar arasında "Nəlbəki" və "Naz eləmə" rəqsləri var. Qılman Salahov 1974-cü ildə vəfat etmişdir..
Qılman İlkin
Qılman İlkin (doğum adı: Qılman İsabala oğlu Musayev; 28 aprel 1914, Mərdəkan, Bakı qəzası – 6 noyabr 2009, Bakı) — Azərbaycan yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (2003), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1967). == Həyatı == Musayev Qılman İsabala oğlu (Qılman İlkin) 28 aprel 1914-cü ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşdur. O, ilk təhsilini burada almış, 1926–1929-cu illərdə şəhər pedaqoji texnikumunda və 1932–1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuşdur.Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi olaraq başlamışdır. 1931–1932-ci illərdə "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi olmuş, burada əsərləri çap olunmuş, 1938-ci ildən "Uşaqgəncnəşr"də məsləhətçi, baş redaktor və direktor vəzifələrində çalışmışdır. Azərbaycan Dövlət Universitetində müəllim işləyən yazıçı Böyük Vətən müharibəsində iştirak etmiş və müharibə illərində Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir işləmiş, Təbrizdə nəşr olunan "Vətən yolunda" adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.Müharibədən qayıtdıqdan sonra Qılman İlkin Nizami Gəncəvi yubileyi komitəsində elmi katib və Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuş, Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunmuşdur. Azərbaycanda ədəbi prosesin təşkilatçısı, jurnal redaktoru, nəşriyyat rəhbəri kimi çoxtərəfli fəaliyyət yazıçı 1960–1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963–1967-ci illərdə "Azərbaycan" jurnalının baş redaktoru, 1967–1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində işləmişdir. 1974-cü ildən fərdi təqaüdə çıxmışdır.Qılman İlkin 6 noyabr 2009-cu ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və II Fəxri xiyabanda dəfn olunmuşdur. == Yaradıcılığı == Qılman İlkin ədəbi yaradıcılığa 1943-cü ildə "Yaralı şahin" adlı hekayəsi ilə başlamışdır. Onun Nəcəf bəy Vəzirovun uşaqlıq illərinə həsr etdiyi "Həyat yollarında" adlı povesti 1947-ci ildə çapdan çıxmışdır. Bundan əlavə, onun yaradıcılığında "Qalada üsyan" (1959), "Şimal küləyi" (1962), "Hədiyyə" (1969), "Dağlı məhəlləsi" (1978), "Dəniz qapısı" (1984), "Madam Qədri" (1988), "Bakı və bakılılar" (1998) əsərləri də yer alır.
Qılman İman
Qılman İman (tam adı: Həsənli Qılman İman oğlu; 15 fevral 1986, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycanlı şair-publisist, "goyce.az" saytının təsisçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (2010), Prezident təqaüdçüsü (2010). == Həyatı == Qılman İman 15 fevral 1986-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində tanınmış şair Aqil İmanın ailəsində dünyaya gəlmişdir. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. 1992-ci ildə Bərdə rayonu Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə qəbul olmuş və 2003-cü ildə Bərdə rayonu Yasif Kərimov adına Yeni Daşkənd kənd orta məktəbinin ХI sinfini əla qiymətlərlə bitirmişdir. 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinə qəbul olub və 2007-ci ildə həmin ixtisası bitirmişdir. 2004-cü ildə "İslahat" qəzetində poeziya şöbəsinin müdiri, 2005-ci ildə "Etiraf" qəzetində baş redaktorun müavini vəzifəsində çalışmışdır. 2000-ci ildən mətbuat səhifələrində şeir və publisistik yazıları ilə çıxış edir. İran, Türkiyə, Ukrayna, Fransa mətbuatında şeirləri çap olunub. Haqqında tanınmış şair və yazıçıların rəy və resenziyaları çap olunmuşdur. 2006-cı ildən 2008-ci ilə qədər Azərbaycan Televiziyasında çalışmışdır.
Qılman İmanlı

Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq (teleserial)

KamAZ-43118
Kamaz-43118 — 1995-ci ildən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiyanın iri tonnajlı yük avtomobilidir. 2011–2016-cı illərdə avtomobil Kamaz-65115-dan (bu müddət ərzində istehsal olunmuş 39 083 ədəd 49 544-ə qarşı) sonra zavodda populyarlığı baxımından ikinci model olub, 2017-ci ildə isə Rusiya ərazisində (5,9 min ədəd) ən çox satılan yük maşınına çevrilib. Cəmi 31 dekabr 2021-ci ilə qədər bu modelin 101 813 avtomobili buraxılıb.
Nizaminin Vətənində (1966)
== Məzmun == "Respublikamızın şəhərləri" seriyasından olan bu film qədim şəhər Gəncənin tarixindən, coğrafiyasından, gündəlik həyatından və bayramlarından danışır.
Gilmar Lora
Karlos Gilmar Lora Saavedra və ya qısaca Gilmar Lora (24 oktyabr 2000, Lima) — Perunun Sporting Cristal klubu və Peru milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edən perulu peşəkar futbolçu.
KamAZ-43253
Kamaz-43253 - daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan iki oxlu bort orta tonnajlı yük maşını. Orijinal Kamaz yenilənmiş versiyası-4325. Əsas Kamaz-5325-dən az olan standart tiporazmerə bənzər bir Kamaz-5320 malikdir. Eyni TİPORAZMERİN GKB-8350 qoşqusu ilə avtoyarmada işləmək üçün nəzərdə tutulmuşdur.
KamAZ-43255
Kamaz — 43255-2007-ci ildən etibarən bort Kamaz-43253 əsasında daş Avtomobil Zavodu (Kamaz) tərəfindən buraxılan iki oxlu yük maşını.
KamAZ-4326
Kamaz-4326 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yüksək keçiricilik qabiliyyəti olan Rusiya orta tonnajlı yük avtomobilidir.
KamAZ-4355
Kamaz-4355 — daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal edilən bort çəkicidir. 2002-ci ildən buraxılır.
KamAZ-44108
Kamaz-44108-2001 — ci ildən 2014-cü ilə qədər daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan yolların bütün növləri üzrə yarımqoşqu ilə istismar üçün Rusiya sedel çəkmələri.
KamAZ-45141
Kamaz-45141 (Rus K-45141) - 2009-cu ildən istehsal olunan Rusiya istehsalı olan tam sürücülü yük maşınıdır. Şassi Kamaz tərəfindən sahilin üzərində tikiləcək, tikili isə Neftekam Avtozavodunda tikiləcək.
Qalmaz palçıq vulkanı
Qalmaz palçıq vulkanı - (199 m) Azərbaycan ərazisində olan iri palçıq vulkanlarından biridir. == Ümumi məlumat == Onun konusvari gövdəsi geniş düzənlik üzərindən ucalır. Qalmaz palçıq vulkanı oval şəklində olub, şimal-qərbdən cənub-şərq istiqamətində 3,5 km-dən artıq məsafədə uzanır. Onun ən enli hissəsi 2 km-dən artıqdır. Bu vulkan Ələt Stansiyasından 13 km-ə qədər qərbdə, Pirsaatçayın sağ sahilində yerləşir. Qalmaz palçıq vulkanı eyni adlı braxiantiklinalın çatma hissəsində, uzununa və eninə istiqamətli tektonik sınmaların kəsişdiyi sahədə yerləşir. Onun püskürdüyü brekçiyalardan ən qədimi üst Yura yaşlı çöküntüləridir. Bundan əlavə həmin brekçiyada üst Təbaşir, Paleogen, orta Miosen, Pont yarusu, Məhsuldarqat, Ağcagil, Abşeron və aşağı Dördüncü dövr süxurları da iştirak edir (Ə.Ə. Yaqubov, Ə.Ə.Əlizadə, M.M.Zeynalov, 1971). Qalmaz palçıq vulkanının krater hissəsi cənub-şərqdə yerləşib, elips şəklinə yaxındır. Onun qərb hissəsində dörd, cənub və şimal hissələrində isə iki iri krater valı vardır.
Sənə də qalmaz
Sənə də qalmaz — musiqisi Tofiq Quliyev tərəfindən 1960-cı illərdə yazılmış, sözləri Rəsul Rzaya məxsus olan mahnıdır.İlk dəfə Rəşid Behbudov tərəfindən ifa edilmişdir. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, Faiq Ağayev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilmişdir.
Qışlaq-i Gilvan
Qışlaq-i Gilvan (fars. ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 219 nəfər yaşayır (59 ailə).