NASAZ

sif.zərf [ fars. ]
1. Kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal. Nasaz hal. Nasaz olmaq.
[Cabbar:] Dünən bir az nasazdım, gəlmədim. N.Vəzirov.
[Bülənd:] Müəllim, nasaz deyilsiniz ki? …Kefsizsiniz əgər, istəyirsiniz evə gedin. Ə.Əbülhəsən.
[Əlləzoğlu:] Bir az nasaz kimiydi, dərdin alım. İ.Hüseynov.

2. Bir-birilə tutmayan, uyğun olmayan. Nasaz şey.
3. Saz olmayan, qaydada olmayan, qüsuru olan, işləyəcək halda olmayan. Nasaz maşın.

Синонимы

  • NASAZ nasaz bax xəstə
  • NASAZ xəstə — naxoş — azarlı — kefsiz

Антонимы

  • NASAZ NASAZ – SAĞLAM Yoldaşım nasazdır (M.İbrahimov); Kişi sağlam, ağlı başında bir adam idi (M.İbrahimov)
NAS₂
NASAZLIQ
OBASTAN VİKİ
Nasazlıqlar arasındakı orta zaman (İnformatika)
Nasazlıqlar arasındakı orta zaman (İnformatika) (MTBF (ing. mean time between failures, ru. среднее время безотказной работы) - qurğunun etibarlılığının ölçü vahidi, qurğunun ilk nasazlığınadək olan orta zaman aralığı; adətən, minlərlə və ya onlarla min saatla ifadə olunur. Məsələn, MTBF göstəricisi 25000 saat olan qurğunun heç bir qəza olmadan təxminən 25000 saat işləməsi gözlənilir. Bəzi sərt disklərin MTBF göstəricisi 800000 saatdan (90 ildən) yuxarıdır. Ancaq, nəzərə almaq lazımdır ki, MTBF yalnız orta göstəricidir; qurğunun hər hansı hissəsinin daha tez sıradançıxma ehtimalı var. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Значение слова в других словарях