Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ətyeyən böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Ətyeyənlər
Ətyeyənlər (lat. Carnivore) — heyvanlar və həşəratyeyən bitkilərdən ibarət olan canlılar. Onlar əsasən ətlə qidalanırlar və bu xüsusiyyətlərinə görə əsasən bitkilərlə qidalanan otyeyənlərdən (lat. Herbivore) fərqlənirlər. Həm ot, həm də ət yeyənlərə isə hər şey yeyənlər (lat. Omnivore) deyilir (insan da bu qrupa aiddir). Ətyeyənlərə aşağıdakı qruplar daxildir: yırtıçılar dəstəsinə aid olanların hamısı, kisəlilərin bir qismi, bəzi quşlar, ilanlar, timsahlar, bəzi balıqlar, başıayaqlılar və digər canlılar. Ətyeyənləri yemək strategiyası baxımından təxminən iki sinifə bölük olar — yırtıcılar və leş yeyənlər, ancaq qarşılıqlı müstəsnalı haldır.
Ətyeyənlər böcəklər
Ətyeyənlər böcəklər-(lat. Adephaga) Buğumayaqlılar tipinin Sərtqanadlılar dəstəsinə aid olan yarımdəstə. == Xarici quruluşu == Arxa ayaqların çanaqları dala yönəlib qarıncığın birinci sternitindən geriyə çıxaraq yalnız onun yan kənarlarını sərbəst buraxır. Bütün ayaqların pəncələri əksərən 5 buğumludur. Maksillərin xarici pərləri ayrılmışdır və üçüncü, əlavə qısqac cütü kimi görünür. == Təsnifatı == Gyrinoidea fəsiləüstü Gyrinidae fəsiləsi Haliploidea fəsiləüstü Haliplidae fəsiləsi Dytiscoidea fəsiləüstü Noteridae fəsiləsi Dytiscidae fəsiləsi Caraboidea fəsiləüstü Amphizoidae fəsiləsi Karabidlər (Carabidae) fəsiləsi Hygrobiidae fəsiləsi Rhysodidae fəsiləsi == İstinadlar == == Ədəbiyyat == Azərbaycanın heyvanlar aləmi, Buğumayaqlılar, Bakı: Elm, −2004, −388 səh.
Dənyeyən böcəklər
Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi. Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.
Əbu Bəkrə beyət etməyən səhabələrin siyahısı
Əbu Bəkrə beyət etməyən şəxslərin siyahısı — Məhəmmədin ölümündən sonra Məhəmmədlə yaxınlığı və Məhəmmədin özünün ifadələri səbəbindən Əlinin Məhəmmədin yerinə keçəcəyi geniş şəkildə gözlənilirdi. Lakin Əli Məhəmmədin dəfn mərasimini yerinə yetirərkən bir qrup səhabə ortaya çıxaraq Əbu Bəkri xəlifə elan etdi. Buna baxmayaraq bir neçə görkəmli səhabə də Əliyə sadiq qaldı. == Zəmin == Hicri 11-ci ildə (miladi 632-ci ildə) Məhəmmədin vəfatından dərhal sonra ənsarlardan bir neçəsi (mədinəlilər) Səidə qəbiləsinin Səqifəsində (həyətində) toplandılar. Madelunqa görə ənsarlar çox güman ki, Məhəmmədə sədaqətlərinin onun ölümü ilə bitdiyinə inanırdılar və Məhəmmədin icmasının dağılacağını gözləyirdilər. Bu səbəbdən onların görüşündə məqsəd mühacirlərin əksəriyyətinin (Məkkədən köçənlər) onsuz da Məkkəyə qayıdacağına inamla öz şəhərləri, Mədinə üzərində nəzarəti bərpa etmək ola bilərdi.Buna baxmayaraq, Məhəmmədin hər iki əsas yoldaşı Əbu Bəkr və Ömər məclisi öyrəndikdən sonra Səqifəyə doğru tələsdilər. Ənsardan bir başçının Ömər tərəfindən döyülərək tabe olunduğu qızğın görüşdən sonra Səqifədə toplaşan müsəlmanların kiçik qrupu Əbu Bəkrin müsəlman icmasının yeni başçısı olması barədə razılığa gəldilər. Səqifə hadisəsi Məhəmmədin onu dəfn etməyə hazırlaşan ailəsini və mühacirlərin çoxunu kənarda qoydu. Məhəmmədin qəbiləsinin bir çox üzvü, Bəni Haşim, eləcə də bir sıra Məhəmmədin səhabələri Əbu Bəkrin namizədliyinə qarşı çıxdı; onlar Əlinin Məhəmmədin qanuni xəlifəsi olduğunu və onun Qədir-Xum hadisəsində təyin olunduğunu müdafiə etdilər. Məhəmmədin varisliyi ilə bağlı məsələ nəhayət İslamın iki əsas məzhəbinin yaranmasına gətirib çıxaracaqdı, sünnilər Əbu Bəkri Məhəmmədin varisi, şiələr isə Əlinin Məhəmmədin qanuni varisi olduğuna inanırlar.
Etyenn Brüle
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa - iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi.Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra,bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyenn Paskal
Etyenn Paskal (ing. Étienne Pascal, 1588 – 1651) — Fransa riyaziyyatçısı Blez Paskalın atasıdır, sonralar onun adı ilə Paskal ilbizi adlanan 4-cü tərtib gözəl bir əyrini tapmışdır.
Port-Etyenn
Nuadibu (ərəb. نواذيبو‎‎, belar. Nwadibu) və ya Port-Etyenn (fr. Port-Étienne) — Mavritaniyada şəhər. Atlantik okeanı sahilində port. == İqtisadiyyat == Nuadibu Mavritaniyanın mühüm balıq sənayesi mərkəzidir. Kimya sənayesi, İES, yaxınlıqğında beynəlxalq hava limanı var. Gəmilər təmir olunur. == Səhiyyə == Nuadibu Regional Xəstəxanası beş illik inşa müddətindən sonra 2017-ci ildə açılmışdır. Bölgədəki ən böyük xəstəxanadır.
Etyenn Kondilyak
Etyen Bonno de Kondilyak (fr. Étienne Bonnot de Condillac; 30 sentyabr 1714[…], Qrenobl – 3 avqust 1780[…], Bojansi[d]) — fransız filosofu, abbat. Mablinin qardaşı və Dalamberin əmisi oğlu. == Həyatı == Paris seminariyasında və Sorbonnada oxumuş, teoloji təhsil almışdır. 1740-cı ildə keşiş rütbəsinə yüksəlmi., lakin ruhani vəzifələrindən imtina etmişdir. Bir müddət ensiklopedistlərin dairəsində olmuşdur. 1758–1767-ci illərdə Parma Hersoqluğunda taxtın varisi, XV Lüdovikin nəvəsi Parma İnfante Ferdinandın tərbiyəçisi idi. 1768-ci ildə Fransa Akademiyasının üzvü seçilmişdir. == Fəlsəfəsi == Kondilyak şübhəsiz tarixi əhəmiyyət kəsb edir, çünki o, sensualist bilik nəzəriyyəsində xüsusi bir məqamı təmsil edir. Kondilyak fransız fəlsəfəsi üçün xüsusi əhəmiyyət kəsb edir: əvvəlcə onun bir sıra ardıcılları olmuşdu, sonralar isə fransız fəlsəfəsi Kondilyakın əsas müddəalarının tənqidi ilə müəyyənləşdi.
Etyen Brül
Etyenn Brüle (fr. Étienne Brûlé; 1592, Şampinyi-sür-Marn, Paris, Fransa - iyun, 1643, Ontario, Kanada) — Fransız tədqiqatçı səyyah. Hal-hazırda Kanadada yerləşən Müqəddəs Lavrenti çayını bütün ərazi boyu keçən ilk avropalı olaraq tanınır. == Həyatı == Kanada yerlilərinin yaşayışı ilə maraqlanan Brüle, 1608-ci ildə Yeni Fransaya səyahət etdi.Burada səlahiyyətli Samuel de Champlain tərəfindən Huron tayfası ilə yaşaması üçün şimala göndərildi. Burada bir il yaşayıb Huronların dilini və mədəniyyətini öyrəndikdən sonra,bugünkü Ontario və Miçiqanın əksər bölgəsini kəşf etdi. Fransanın avtoritet rejimindən qaçaq düşən Brüle xəz ticarəti ilə məşğul olmuş, yerlilərlə yaşayaraq fransız tacirlər və yerlilər arasında əlaqə qurmuşdur. Seneca tayfası ilə döyüşdə əsir düşən və işgəncəyə uğrayan Brüle, ölümdən qurtulub Huron torpaqlarına geri qayıtdığında Brüleün başına gələn hadisələr inanmayan yerlilər onun Senecalılarla ticarət əlaqəsi olduğunu düşünərək onu işgəncə ilə öldürmüşlər.
Etyen Brüle

Etyen Laspeyres
Etyen Laspeyres (alm. Ernst Louis Étienne Laspeyres‎; 28 noyabr 1834, Halle, Saksoniya[d] – 4 avqust 1913, Gissen, Hessen) — alman iqtisadçısı. == Fəaliyyəti == 1871-ci ildə Laspeyres indeksini elmə daxil etdmişdir. Bu qiymət indeksində yalnız baza ilə aid əmtəə və xidmət miqdarları - standart miqdar səbətinə qoyulur və cari ilin qiymətləri ilə qiymətləndirilir, sonra isə baza ilin qiymətləri ilə qiymətləndirilir. Bu iki dəyərin nisbəti Laspeyres qiymət indeksi adlanır. I L = ∑ ( p n , 1 ⋅ q n , 0 ) ∑ ( p n , 0 ⋅ q n , 0 ) {\displaystyle I_{L}={\frac {\sum (p_{n,1}\cdot q_{n,0})}{\sum (p_{n,0}\cdot q_{n,0})}}} == Həmçinin bax == Qiymət İndeksləri == Ədəbiyyat == Spoerer, M. (2008). "The Laspeyres-Paradox: tax overshifting in nineteenth century Prussia". Cliometrica. 2 (3): 173–193. CiteSeerX 10.1.1.555.5920.
Etyen Mahçupyan
Etyen Mahçupyan (9 mart 1950, İstanbul) — erməni əsilli Türkiyə jurnalisti, Türkiyənin baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi. == Həyatı == Etyen Mahçupyan 1950-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Mahçupyan 1972-ci də Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan "Radikal" qəzeti və ermənilərin "Aqos" mətbu orqanında çalışıb. Türkiyənin baş naziri Əhməd Davudoğlu Mahçupyana "Aqil İnsanlar"ın yığıncağında məsləhətçilik təklifini irəli sürüb, Mahçupyan "məmnuniyyətlə" deyərək, təklifi qəbul etdiyini bildirib. Mahçupyan Türkiyə hakimiyyətində ilk müsəlman olmayan məsləhətçi kimi tarixə düşəcək. == Fəaliyyəti == Təyinatından az sonra Etyen Mahçupyan ölkə müxalifətini hədəfə alan açıqlamalar verib. Baş müşavir "Axşam" qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin dünyəvilik ideyası ilə yaşayan siyasi çevrələri özlərini ölkənin əsl sahibi hesab edirlər. Türkiyə hökumətinin erməni rəsmisi hakim Ədalət və İnkişaf Partiyasının da (AKP) məsələnin bu yerə çatmasındakı rolundan danışaraq tənqid edib: "Rəcəb Tayyib Ərdoğanın dili, fikirləri onları bir az da qızışdırdı. Bu kəsim bir az da özünə qapandı.
Sent-Etyen
Sent-Etyen — Fransada şəhər və kommuna, Ron-Alp bölgəsi Loire departamentinin inzibati mərkəzidir. == Tarixi == XVI əsrdən etibarən Sent-Etyen şəhərində silah sənayesi inkişaf etmişdir. Böyük Fransa inqilabı əsnasında Sent-Etyen qısa olaraq Arm-Vill (fr. Armeville olaraq dəyişdirildi. Daha sonra kömür mədəninin mərkəzi olan Sent-Entyen kommunu və son dövrlərdə velosiped istehsalı ilə daha da məşhurlaşmışdır. XIX əsrin ilk yarısında Sent-Etyen təxminən 33 min nəfərlik (1832-ci ildə) əhalisi olan kiçik bir şəhər idi, ancaq 1880-ci ildə sənaye inqilabı və sənayenin sürətli böyüməsi sayəsində əhalinin sayı 110 minə çatdı. == Mədəniyyəti == Şəhərdə - Jana Monne adına Universitet, mədənçilər məktəbi, incəsənət məktəbi, Milli mühəndislər məktəbi və Ali Ticarət məktəbi kimi tanınmış təhsil mərkəzləri vardır.
Etyen Dekru
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci rayonu[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir.Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur. Holland və belçika alimlərinin qənaətinə görə, Marso teatr aləmində cinayət işlətmişdir.
Jorj Etyenn Kartye
Jorj Etyenn Kartye (ing. George-Étienne Cartier;6 sentyabr 1814[…] – 20 may 1873[…], London) — kanadalı siyasətçi, Kanada və Kanada Şərq Əyalətlərinin Baş Naziri. Kanada Konfederasiyasının atalarından biridir - quruluşundan əvvəl hər üç konfransda iştirak etmişdir. == Bioqrafiyası == Jorj Etyenn Kartye varlı Jak Kartye və Marqarita Paradiz ailəsində anadan olub. Atası Kanadanı kəşf edən Jak Kartyenin kiçik qardaşı nəslindən olduğuna inanırdı. Tarixçilər bu fikrin səhv olduğuna inanırlar, lakin məşhur dənizçi ilə qohumluq əlaqələrini istisna etmirlər. Jorj Kartyenin əcdadları duz və balıq ticarəti ilə məşğul olmuş və babası Montrealdan 50 km məsafədə Sent-Antuan qəsəbəsini qurmuş və taxıl ticarəti ilə zəngin olmuşdur. Jorj ailənin səkkiz uşağının yeddincisi idi və vəftiz olunarkən Böyük Britaniya Kralı III Jorjun şərəfinə Jorj adını aldı. Jorj əvvəlcə anası tərəfindən təhsil almış və 1824-cü ildə Montrealda kollecə girmişdir. 1831-ci ildə təhsilini aldı və Vətənpərvərlər Partiyasının fəal üzvü vəkil Rodierin ofisində təcrübə keçməyə başladı.
Leş yeyən və kiçik qız
Leş yeyən və kiçik qız (ing. The vulture and the little girl) - Cənubi Afrikalı fotoqraf Kevin Karter tərəfindən Sudanın (indiki Cənubi Sudan) Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunmuş Ayod qidalanma düşərgəsi yaxılığında çəkdiyi foto. Şəklin 1993-cü ilin mart ayında çəkildiyi təxmin olunur. Bu şəkilə görə Kevin Karter 1994-cü ildə Pulitser mükafatına layiq görülmüşdür. “Bang-Bang Club”un keçmiş üzvü olmuş hərbi fotoqraf Joao Silvanın xatirələrinə görə, Kevin Sudana olan səfərində ilk dəfə kütləvi aclığın şahidi olmuş və rast gəldiyi səhnələrdən heyrətə gəlmişdir. Şəkili çəkilmiş qızın valideynləri həmin anda Ayod şəhərində humanitar yardım təyyarəsinin boşaldılması ilə məşğul idilər. Qısa müddətdə olsa onlar uşaqlarını tək qoymalı olurlar. Bu zaman qızın yanına leşcil ağqartal uçub gəlir. Həm qızın, həm də leşcil ağqartalın hər ikisinin fokusa düşməsi üçün Karter sakitcə qıza yaxınlaşaraq quşu hürkütmədən 10 m məsafədən bir sıra şəkillər çəkmişdir. Bundan sonra o, leşcil ağqartalı qovmuşdur.
Jan Etyen Liotar
Jan Etyen Liotar (fr. Jean-Étienne Liotard, Fransızca tələffüz: [ʒan‿etjɛn ljɔtaʁ]; 22 dekabr 1702,Cenevrə — 1789, Cenevrə) — isveçrəli rəssam, dequstator və satıcı. == Fəaliyyəti == Liotar Cenevrədə anadon olub. Atası 1685-ci ildə Cenevrəyə qaçan bir zərgər idi. Jan Etyen Liotar ilk təhsilini professor Qardel və professor Lui Petitodan alır və onların miniatürlərinin və rəsm əsərlərinin surətlərini çox böyük keyfiyyətlə köçürür. 1725-ci ildə Fransua Lemuan və Jan-Batist Massedən təhsil almaq üçün Parisə gəlir. Buradan Lui Filojen Brulart, Puysye qrafı və hersoqunun təklifləri əsasında Neapola getməyə qərar verir. 1735-ci ildə Romada papa XII Klementin və bir neçə kardinalların rəsm əsərlərini çəkir. 3 il sonra Konstantinopolda Lord Dunkannon ilə tanış olur. Jan Etyen Liotar İstanbulu ziyarət edir və burada türklərin daxili həyatlarından pastellər vasitəsilə bir neçə rəsmlər çəkir.
Sent-Etyen (rayon)
Sent-Etyen (fr. Saint-Étienne) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Luara (departament). Suprefektura — Sent-Etyen. Rayon əhalisi 2006-cı ildə 413 329 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 397 nəf / km². Rayon sahəsi — 1041 km².
Sent-Etyen AS
Sent-Etyen AS (fr. Association Sportive de Saint-Étienne Loire) - Fransız futbol klubu. Klub 1919-cu ildə Fransanın Sent-Etyen şəhərində yaradılıb və öz adını təmsil etdiyi şəhərdən götürüb. Hal-hazırda Fransa Liqa 1 çempionatından mübarizə aparan kluba fransız mütəxəssis Kristof Qaltye rəhbərlik edir. Komanda ev oyunlarını Sent-Etyen şəhərində yerləşən və 40 minlik azarkeş tutumu olan Stade Geoffroy-Guichard stadionunda keçirir. Komandanın kapitanlığıni isə 1996-cı ildən klubun formasını geyinən Loïc Perrin yerinə yetirir. Sent-Etyen futbol klubu 10 qat Fransa Çempionu, 5 qat Fransa Kubokunun qalibi və 1 dəfə Fransa Liqa Kubokunun qalibi olmaqla Fransa futbol tarixinin ən titullu klublarından hesab olunur. Klub Fransa Liqa 1 də ən çox çempion olan klub titulunu özündə saxlamağa davam edir. Fransa Çempionatında əldə edilən uğurlarla yanaşı klub müxtəlif vaxtlarda 6 dəfə də Fransa kubokuna sahib çıxmışdır. Bu nəticə ilə Sent-Etyen AS Fransa Kubokunu ən çox qazanan 3 klubdan biri ünvanını hələdə qoruyur.
Sent-Etyen FK

Etyen Dekru sistemi
Etyen Dekru' (19 iyul 1898[…], Parisin 17-ci rayonu[d] – 12 mart 1991[…], Bulon-Biyankur) — Fransa pantomima aktyoru, "mime pur" aktyor hazırlığı sisteminin yaradıcısı. == Həyatı == == "Mime pur" aktyor hazırlığı sistemi == Dekru teatrda sözdən imtina etməyi təklif edir. Onun tərəfindən işlənilmiş dramatik aktyorun hazırlanması sistemi "mime pur" adlanır. Fransız dilindən "pur" təmiz deməkdir. Dekru tələbələrindən kostyum və dekorasiyalardan, həmçinin də qeyri-maddi aksessuarlar olan söz və musiqidən imtina etməyi tələb edir. O, təmiz aktyor ifadəliliyi vasitələrinin işlənilməsini özünə məqsəd qoymuşdur. İncəsənətin sintezindən imtina edən Dekru mim janrını yenidən dirçəltmişdir.Qərb teatrında pantomima definisiyası mövcud deyildir. Pantomima anlayışı sovetlər məkanının məhsulu idi. Postsovet məkanında inkişaf tapan pantomima qərb mim teatrının təqlidi və Marsel Marsonun davamçıları hesab olunur. Holland və belçika alimlərinin qənaətinə görə, Marso teatr aləmində cinayət işlətmişdir.
Etyen Pyer Vantena
Etyen Pyer Vantena (fr. Étienne Pierre Ventenat, 1 mart 1757[…], Limoj[d] – 13 avqust 1808[…], Paris) — fransız bonatiki və mikoloqu. == Həyatı == 1 mart 1757-ci ildə doğulub. 13 avqust 1808-ci ildə vəfat edib. == Elmi əsərləri == 1792: Dissertation sur les parties des Mousses qui étaient regardées comme fleurs mâles et comme fleurs femelles.1792: Mémoire sur les meilleurs moyens de distinguer le calice de la corolle.1794: Principes de botanique, expliqués au Lycée républicain par Ventenat.1798: Tableau du règne végétal selon la méthode de Jussieu.1799: Description des plantes nouvelles et peu connues, cultivées dans le jardin de J.-M. Cels.1803: Jardin de La Malmaison.1812: Histoire des champignons de la France, ou Traité élémentaire, renfermant dans un ordre méthodique les descriptions et les figures des champignons qui croissent naturellement, en France.Flore de la région parisienne. == İstinadlar == == Xarici keçidlər == Etyen Pyer Vantenanın işləri Biodiversity Heritage Library saytında (ing.) William B. Ashworth. "Scientist of the Day — Etienne Ventenat" (ingilis). Linda Hall Library. 2019.
Jan-Etyen-Mari Portalis
Jan-Etyen-Mari Portalis (fr. Jean-Étienne-Marie Portalis; 1 aprel 1746[…] – 25 avqust 1807[…], Paris) — fransız hüquqşünası.
Sent-Etyen-an-Devolyui
Sent-Etyen-an-Devolüi (fr. Saint-Étienne-en-Dévoluy, oks. Sant Estève de Devolui) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Sent-Etyen-an-Devolüi kantonuna daxildir. INSEE kodu — 05139. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 573 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını kənd təsərrüfatı və heyvandarlıq (qoyun) təşkil edir. Qış turizmi inkişaf edir (xizək kurortu).
Sent-Etyen-an-Devolüi

Sent-Etyen-de-Krose
Sent-Etyen-de-Krose (fr. Saint-Étienne-de-Crossey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38383. Kommunanın 2007-ci il üçün əhalisi 2 528 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 370 ilə 883 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 23 km şimalda yerləşir.
Sent-Etyen-de-Vik
Sent-Etyen-de-Vik (fr. Saint-Étienne-de-Vicq) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Lapalis kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03230. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 495 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 280 nəfər (15-64 yaş) arasında 208 nəfər iqtisadi cəhətdən fəal, 72 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 74.3%, 1999-cu ildə 72.8%). Fəal 208 nəfərdən 185 nəfər (99 kişi və 86 qadın), 23 nəfəri işsiz (19 kişi və 4 qadın) idi. Aktiv olmayan 18 nəfər arasında şagird və ya tələbə, 25 nəfər təqaüdçü, 29 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.