Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akvamarin
Akvamarin — solğun-mavidən açıq-yaşıla qədər rənglərdə mövcud ola bilən beril növü. Akvamarinin rəngi istiliklə dəyişdirilə bilər. Akuamarin Be3Al2Si6O18 kimyəvi tərkibinə malikdir və həmçinin Fe2+ ehtiva edir. Mineral Moos şkalası ilə 7,5 ilə 8 arasında sərtliyə malikdir. Akvamarin əsasən heç bir qarışıq ehtiva etməsə də, mika, hematit və ya duzlu su kimi birləşmələrdən ibarət qarışıqlara malik ola bilər. Akvamarin qiymətli daşdır. == Etimologiyası == Akvamarin adı latınca "su" mənasını verən aqua və "dəniz" mənasını verən marina sözlərindən yaranmışdır. "Aquamarine" sözü ilk dəfə 1677-ci ildə istifadə edilmişdir. == Dəyər == Akvamarinin dəyəri onun çəkisi, rəngi, kəsimi və parlaqlığı ilə müəyyən edilir. Mineral nisbi bolluğuna görə adətən zümrüd və ya biksbit (qırmızı beril) kimi beril qrupuna daxil olan digər qiymətli daşlarla müqayisədə nisbətən daha ucuz, mavi topaz kimi oxşar rəngli qiymətli daşlardan isə daha bahalıdır.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Vaqazın
Vaqazın - Yuxarı Qarabağda (orta əsrlərdə) kənd adının ermənicə yazılışı. Laçın r-nunda Vaqazın kənd adı ilə eynidir.
Vağazin
Vağazin — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd. Vağazin kəndinin adı bir rəvayətə görə şəxs, digər rəvayətə görə isə quş (vağ) adındandır. Bəzi məlumatlara görə isə kəndin digər adı Şorcur (Şorsu) olmuşdur. 1933-cü ildə kənd Vağazin kimi qeydə alınmışdır. Oykonim vaqa (kömür) və zin (İran dillərində "di"-nin sinonimi kimi yer mənasını bildirir) komponentlərindən düzəlib, "kömürçü kəndi" mənasındadır. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Vağazin kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Vağazin Laçın rayonunun tərkibinə daxil edilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Ağqarın ağdiş
Ağqarın ağdiş (lat. Crocidura leucodon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin həşəratyeyənlər dəstəsinin yereşənlər fəsiləsinin ağdiş cinsinə aid heyvan növü. == Qısa təsviri == Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır. == Yayılması == Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir.
Ağqarın kərtənkələ
Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Müqayisədə uzundur. Uzunluğu 70 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Boğazının orta hissəsində 24-31 pulcuq vardır. Belinin yuxarı hissəsi zeytunu-qəhvəyi, qəhvəyinin müxtəlif calarlarında olur. Qarın nahiyəsi ağ olur. == Yayılması == Onların arealı Ermənistanın orta və yüksək dağlıq ərazilərində, Türkiyənin şərq sərhədlərində və Gürcüstanın cənub hissəsində yayılmışlar.
Ağqarın tinamu
Ağqarın tinamu (lat. Nothura boraquira) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin quyruqsuz tinamu cinsinə aid heyvan növü.
Ağqarın uzunqanad
Qaqarin (Göyçə)
Qaqarin — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Sevan rayonu ərazisində kənd. Qaqarin adı 1955-ci ildə qoyulmuşdur. Hazırda əhalisiz yaşayış məntəqəsidir.
Qaqarin (Smolensk)
Qaqarin — Rusiya Federasiyasında yerləşən şəhər. Smolensk vilayətinə daxildir.
Qaqarin (Özbəkistan)
Qaqarin (özb. Gagarin) — Özbəkistanın Cizzəx vilayətində şəhər.
Qaqarin körpüsü
Cavanşir körpüsü (əvvəlki adı: Qaqarin körpüsü) — Afiyəddin Cəlilov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsini birləşdirən körpü. "Cavanşir" körpüsü 1962-ci ildə inşa olunub. 12 aşırımlı bu körpünün ümumi uzunluğu 203 metr, eni isə 17 metrdir. Yaxın vaxtlara qədər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Hazırda isə ərazidən keçən dəmir yolu xətləri sökülüb. 2019-cu ildə Cavanşir körpüsünün yaxın vaxtlarda söküləcəyi, körpünün yerində yeni yolun salınması nəzərdə tutulduğu barədə xəbər verilib. 20 may 2024-cü ildə sökülməsinə başlanılıb.
Qriqori Qaqarin
Qaqarin Qriqori Qriqoryeviç (29 aprel (11 may) 1810, Sankt-Peterburq – 18 (30) yanvar 1893, Şatelro[d]) — rus rəssamı, incəsənət tədqiqatçısı. Romada K.P. Brüllovdan dərs almışdır. Peterburq Rəssamlıq Akademiyasının vitse-prezidenti olmuşdur (1859-1872). Qaqarin Qafqazda hərbi xidmətdə olarkən (1840-1850) burada yaşayan xalqların məişətinə aid tablolar, portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Qaqarin Azərbaycanın şəhərlərində də olmuş, "Şamaxı rəqqasələri", "A.A. Bakıxanovun portreti" və s. rəsmlər, həmçinin, Azərbaycan memarlıq abidələrini təsvir edən əsərlər çəkmişdir. Григорий Гагарин. Костюмы Кавказа (Scenes, paysages, meurs et costumes du Caucase). Paris, 1845. Олег Кузнецов, канд.
Yuri Qaqarin
Yuri Qaqarin (rus. Юрий Алексеевич Гагарин; 9 mart 1934[…], Kluşino[d], Qərb vilayəti[d] – 27 mart 1968[…]) — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yuri Qaqarin kəndli ailəsində anadan olmuşdur. Onun atası Aleksey İvanoviç Qaqarin dülgər, anası Anna Timofeyevna Qaqarina isə heyvandarlıqla məşğul idi. Uşaqlığını Kluşino kəndində keçirmişdir. 1941-ci ildə məktəbə getmiş, 24 may 1945-ci ildə ailəsi ilə birlikdə Qjatsk şəhərinə köçmüşdür. 1951-ci ildə Yuri orta ixtisas məktəbini bitirərək metal tökmə üzrə ixtisasa yiyələnmişdir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq Yak-18 təyyarəsində ilk dəfə sərbəst uçuş edir. 27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir.
Qaqarin ordeni
Qaqarin ordeni — Rusiya Federal Kosmik Agentliyinin inkişafındakı böyük xidmətləri qiymətləndirmək üçün təsis edilmiş yüksək dərəcəli mükafat. 1961-ci ildə kosmosa ilk səyahət edən sovet kosmonavtı Yuri Qaqarinin adını daşıyan mükafat Qaqarin ordeni 2023-cü ildə Valentina Tereşkovanın 16 iyun 1963-cü ildə Vostok 6-da solo missiyasının 60 illiyi və Yuri Qaqarinin Vostok 1 kosmik gəmisində tarixi kosmosa uçuşunun 62-ci ildönümü şərəfinə təsis edilmişdir. Sovet kosmonavtı Yuri Qaqarin kosmosa uçan ilk insan olub. O, 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində 1 saat 48 dəqiqəyə yer kürəsini dövrə vurduqdan sonra, Yerə sağ-salamat qayıdıb. 12 aprel 2023-cü ildə Rusiya Federal Kosmik Agentliyin baş direktoru Yuri Borisov bəyan etdi ki, Rusiya prezidenti Vladimir Putin Rusiya Federal Kosmik Agentliyin tərəfindən Qaqarinin adına ordenin təsis edilməsi təklifini təsdiqləyib. Rusiya Federasiyası Prezidentinin 27 may 2023-cü il tarixli 385 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnaməyə əsasən, Qaqarin ordeni Rusiya vətəndaşlarına ilk növbədə uğurlu ekipajla kosmik uçuşlara, kəşfiyyat, inkişaf və tədqiqat üzrə ekipajla kosmik uçuş proqramlarına görə verilir. Qaqarin ordeninin əsas məqsədi kosmosun tədqiqi və əlaqəli elmi fənlər sahəsinə əhəmiyyətli töhfə vermiş şəxsləri və təşkilatları tanımaq və tanıdmaqdır. Valentina Tereşkova Qaqarin ordeninin ilk sahibi olub. İlk qadın kosmonavt Valentina Teleşkovaya Rusiya Federasiyası Prezidentinin 16 iyun 2023-cü il tarixli 442 nömrəli Fərmanı ilə "kosmosun tədqiqində görkəmli xidmətlərinə, tarixi uçuş zamanı göstərdiyi cəsarət və fədakarlığa, aktiv ictimai və beynəlxalq fəaliyyətinə görə" elə həmin gün Vladimir Putin Sankt-Peterburqdakı Konstantin sarayında keçirilən görüşdə ona mükafatı təqdim edib. "Bu yaxınlarda Yuri Qaqarin ordeni təsis edildi.
Qaqarin abidəsi (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Qaqarin heykəli (Moskva)
Qaqarin heykəli (Moskva) Heykəltəraş Pavel Bondarenkonun əsəri olan Yerin ilk kosmonavtı Yuri Qaqarinin heykəli 4 iyul 1980-ci ildə Moskvada, Lenin prospektindəki eyni adlı meydanda ucaldılmışdır. Abidə kosmik gəmilərin inşasında istifadə olunan metaldan — titandan hazırlanmışdır. Müəyyən edilmiş mədəni irs obyekti statusuna malikdir. Abidə 1980-ci ildə Moskvada Olimpiya Oyunları üçün Lenin prospektindəki Qaqarin meydanında ucaldılmışdır. Abidənin müəllifləri heykəltaraş Pavel Bondarenko, memarlar Yakov Belopolski və Fyodr Qajevski, konstruktor Aleksey Sudakovdur. Yuri Qaqarinin titandan hazırlanmış heykəli hündür yivli postament üzərində quraşdırılmışdır. Abidənin hündürlüyü 42,5 metr, ümumi çəkisi 12 tondur. Abidənin ətəyində, Yuri Qaqarinin 12 aprel 1961-ci ildə kosmosa ilk uçuşunu həyata keçirdiyi "Vostok" gəmisinin eniş aparatının eynisi vardır. Abidənin ucaldılacağı yer təsadüfən seçilməmişdir — Yuri Qaqarin kosmosa ilk uçuşunun nəticələri haqqında Sov.İKP MK-aya məlumat vermək üçün, "Vnukovo" hava limanından çıxıb Lenin prospekti ilə şəhərə daxil omuşdu. 1960-cı ilə qədər indiki Qaqarin Meydanı Moskva sərhədi idi.
Ağqarın Aralıq dənizi suitisi
Adaların dünyada sahəsinə görə sıralaması
Bu sıralamada Dünyada sahəsi 1,000 km² qədər olan adalar göstərilmişdir.
Azərbaycanda adaların sahəsinə görə sıralaması
Azərbaycan ərazisində olan adaların böyük əksəriyyəti Xəzər dənizi akvatoriyasına daxildir. Ümumilikdə məhəlli sularında 50-ə yaxın irili xırdalı adalar vardır. Onlardan sahəsi 0,1 km² yüksək olan adalar on birdir. Digərlərinin sahəsi çox kiçik olmaqla yanaşı dəniz səviyəsinin qalxması ilə suyun dibinə gömülür. Onların böyük əksəriyyəti su səhinə çıxan kiçik qayalıqlar və ya adacıqlardır. Bu adalar ümümilikdə iki arxipelaqda birləşirlər: Bakı arxipelaqı və Abşeron arxipelaqı. Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında yerləşən Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, İqnat daşı (Daşlı ada), Kür daşı, Adsız, Qutan, Tava, Karvansaray, Xanlar, Daş adalar qövsü, Baburi adaları daxildir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adalar və sualtı adalar tektonik məşəllidir.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.
Bəy və ağaların hüquqları haqqında 1846-cı il 6 dekabr reskripti
1846-cı il reskripti - Çar Rusiyasında Azərbaycanlı bəy və ağaların torpaq hüququnu təsdiq edən sərəncamdır. == Sərəncamın məzmunu == Mixail Vorontsovun Qafqaz canişini təyin edildikdən sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman silkinin hüquqlarının qaydaya salınması idi. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı. 12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdə ilk dəfə bəy və ağalara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi. Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verilirdi.