Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uluqun
Uluqun və ya Uluqoyun - türk və altay mifologiyasında işıq ilahisi. O, Yer üzündə işığı təmin edər. Ulukun/Ulugun (Ulu Gün) eyni zamanda novruz bayramı deməkdir və işıq, atəş ilə də əlaqəlidir.
Adıgün
Adıgün — Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. == Toponimkası == Adıgün- Tiflis quberniyasının Axalsix qəzasında kənd adı. Gürcücə yazılış forması Adıqen. Mesxet türklərinin məskun olduqları kəndlərdən biri olmuşdur. Əhalisi II Dünya müharibəsi illərində Orta Asiyaya sürgün edilmiş və yerində gürcülər yerləşdirilmişdir. Hazırda Gürcüstanın Adıgen rayonunun mərkəzidir. Qıpçaqların Eti tayfasının adından və türk dillərində kün "tayfa", "el" sözlərindəndir.
Alaqur
Alraun
Alraun (alm. Alraune‎) — Avropa xalqlarının mifologiyasında mandraqoranın köklərində yaşayan humanoid mifik varlıqlar. Onlar aşağı dərəcəli ruhlardır. == Xüsusiyyətləri == Ümumi olaraq, onlar insanlara qarşı mehribandırlar, lakin təxribat törədə də bilərlər. Alraunlar pişiklərə, qurdlara və kiçik uşaqlara çevrilərək formasını dəyişdirə bilirlər. Onlar daha qəddar xasiyyətə malik olan, mədənlərdə və aditlərdə yaşayan koboldlara bənzəyirlər. Müasir alraunlar demonoloqlar tərəfindən mandraqoralardan insan məskənlərinə köçürülmüşdür. Onların xüsusiyyətləri poltergeystlərə oxşardır. İnsanlar evlərindən zibil çıxarıb süd içməsələr, alraunlar orada məskunlaşırlar. Odur ki, insanların alraunlardan qurtulması faktiki olaraq mümkün deyil.
Alıgan
Alıqan
Anggun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Anqqun
Anqqun (Анҝҝун) (آنگگون) — İndoneziya əsilli Fransa müğənnisi. Hələ 12 yaşında ikən İndoneziyada məşhurluq qazanmışdı. 20 yaşında Fransaya köçmüşdür. Daha sonra Avropada da tanınmağa başlamışdır. Anggun ilk asiyalı müğənnidir ki, 1997-ci ildə "Snow on the Sahara" adlı beynəlxalq albom buraxmışdır. Anggun Çipta Sasmi (Indonesian pronunciation: [aŋɡun] ahng-kundakçı; Aprel 1974 29 il təvəllüdlü) Fransız dilli İndoneziya müğənnisi. Cakartada, İndoneziyada anadan olmuşdur, yeddi yaşında ikən səhə həyatına başlayıb və iki il sonra uşaq albomu buraxmışdır. Şöhrətli İndoneziya istehsalçısı Ian Antononun köməyi ilə 1986-cı ildə Anggun ilk rok janrında albom-Dünya Akü Punya buraxmışdır. Buraxdığı "Mimpi" (1990) singlıyla daha da məşhurlaşan Anggunun bu mahnısı 2009-cu ildə İndoneziyanın bütün dövrlərinin 150 ən yaxşı musiqisi siyahısına düşmüşdür. Beynəlxalq karyerasını davam etdirmək üçün Anggun 1994-cü ildə İndoneziyanı tərk etdi.
Falunqun
Falunqun – Çində yayılmış müasir dini cərəyan. Dini cərəyanın adı iki hissədən ibarətdir: Buddist terminologiyasında "falun" "qanunlar çarxı", "qun" isə "nailiyyət", "fədakarlıq" mənasını ifadə edir. === Yaranması === 1992-ci ildə meydana gəlmiş bu cərəyanın qurucusu Li Hunçji 1952-ci il iyul ayının 7-də Çinin Qunçjilin şəhərciyində dünyaya gəlmişdir. İnsanların rəğbətini qazanmaq üçün sonralar doğulduğu tarixi Buddanın anadan olduğu günlə üst-üstə düşsün deyə dəyişdirmişdir. Xüsusi istedadı olmayan Li Hunçji orta məktəbi bitirdikdən sonra bir müddət meşə polisində işləmiş, 1982-1991-ci illərdə isə Çançunya şəhərində ərzaq satışı ilə məşğul olan şirkətlərin təhlükəsizlik xidmətində çalışmışdır. Bir müddət sonra məşhurlaşmaq xülyasına düşmüşdür. Bu məqsədlə 1992-ci ilin mayında uzun müddət dao və buddist müəllimlərindən bəhrələndiyini iddia etmiş və sonra öz təliminin təbliğinə başlamışdır. == Yayılması == "Falunqun"un tez müddətdə sadə Çin vətəndaşları arasında rəğbətlə qarşılanmasının səbəbi keçən əsrin 90-cı illərin əvvəllərində ölkədəki sosial vəziyyətin qənaətbəxş olmaması idi. Bölgələrin inkişafında yaranmış tənasübsüzlük, ictimaiyyətdə narazılıq hallarının güclənməsi rəsmi ideologiyanın dəyərini itirməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. Ölkədə hakimiyyətin güclü nəzarəti altında fəaliyyət göstərən bir neçə dini təşkilat olsa da, onlar əhalinin böyük əksəriyyətinin mənəvi narahatlığının qarşısını ala bilmirdilər.
Plugin
Plaqin (ing. Plug-in) — informasiya texnologiyalarında proqramların elə komponentləridir ki, bu proqramlara digər xüsusiyyətlər və imkanlar əlavə edirlər. Əgər dəstəklənərlərsə, plaqinlər proqramların xüsusiyyətlərini qismən dəyişə bilərlər. Məsələn, plaqinlər daha çox veb səyyahlarda istifadə olunur, onların köməyi ilə videolara baxmaq, virus baxışını həyata keçirmək, yeni fayl tiplərini göstərmək olur.
Suluqun
Suluqun Xan - türk və altay mifologiyasında yeraltı padşahı. Sülükün Xan olaraq da bilinər. İlk insanın oğlu kimi qəbul edilir. Ruhu yeraltına gedib oradakı dənizi idarə etməyə başlamışdır. Sular altındakı səltənətə hökm edər. Saysız sürüsü vardır. Yeniyılda (Novruzda) yer üzünə çıxar. Gələcək ildə nələr olacağını bilər. İnsana bənzər, qısa boylu və qaşsızdır. Özünə bağlı, Suluqunlar adı verilən ruhlar vardır.
Yulğun
Yulğun (lat. Tamarix) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinə aid bitki cinsi.
Alqua
Algua (it. Algua) — İtaliyada kommuna, Lombardiya bölgəsində, Berqamo əyalətindədir. Əhalisi 747 nəfərdir (2008), əhalinin sıxlığı 92 nəfər / km²-dir. Sahəsi 8 km² ərazini əhatə edir. Poçt kodu — 24010. Telefon kodu — 0345. Kommunanın hamisi Müqəddəs Məryəm (Santa Maria del Carmelo) hesab olunur. Hər il 16 İyulda onun şərəfinə bayram təşkil edilir.
Arqun
Arqun (çay, Asiya)
Aygün
Aygün — Azərbaycanda qız adı. Aygün Kazımova — Azərbaycan müğənnisi. Aygün Bünyadzadə — Azərbaycan uşaq yazıçısı.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Ququn
Yasaq şəhər və ya Ququn imperator sarayı (Çincə: 紫禁城) — ən gözəl orta əsr saray ansambllarından biridir və Pekinin düz mərkəzində yerləşir. Hər bir tərəfdən o, hündür şəhər divarları ilə əhatə olunmuşdur, dördkünc qüllələrinə malikdir, divar boyunca su ilə doldurulmuş enli şəhər xəndəyi qazılmışdır. Tikilməyə başladığı 1420-ci ildən düz son Çin imperatorunun taxtdan salındığı 1911-ci ilədək təqribən 500 il ərzində burada Min və Tzin sülalələrinin 24 imperatoru yaşamış və hökmranlıq etmişlər. Bu qədim divarlar çox hadisələrin şahidi olmuşlar. Qədimdə "Yasaq şəhər" adlandırılan Ququnu Min sülaləsi imperatoru Çju Di öz hakimiyyətinin dördüncü ilində tikməyə başalmışdır və bu tikinti 14 il davam etmişdir. Bu orta əsrlər dövrünün ən nəhəng və ən bitkin memarlıq abidəsidir. Ququn sarayında saysız-hesabsız çoxlu pavilyonlar və köşklər həmahəng yerləşmişdir. Rəvayətə görə onların sayı 9995 olub. Bu rəqəm haradandır? Çinlilərin əcdadları hesab edirdilər ki, səmavi hökmdarın 10 minlərlə otağı olmalıdır, özünü səmavi hökmdarın oğlu adlandıran onunla bərabər tutula bilməz.
Çuqun
Çuqun — dəmirin karbonla (2%-dən çox, adətən 3-4.5 % karbon), eləcə də tərkibində müəyyən miqdar manqan (1.5%-dək), silisium (4.5%-dək) və zəhərli qarışıqlar – kükürd və fosfor olan ərintisidir. Bəzən çuquna hər hansı bir xassə vermək üçün ona legirləyici adlanan elementlər – xrom, nikel, silisium, manqan və s. əlavə edilir. Bu cür çuqun legirlənmiş adlanır. Çuqunu domna sobalarında dəmir filizindən alırlar. Çuqun qara metallurgiyanın ən mühüm ilkin məhsuludur. Ondan polad istehsalında xammal kimi və tökmə ərinti kimi istifadə edilir. Müasir maşınqayırmada tökmə çuqunun payına ümumi kütlənin 75%-i düşür. Maşınqayırmada və tikinti qurğularında boz çuqun geniş yayılmışdır. Bəzən domna ferroərintiləri adlandırılan xüsusi Çuqun (domna ferrosilisiumu, ferromanqanı, ayna çuqun və s.) çox məhdud miqdarda əridilir, ondan poladı oksigensizləşdirmək və legirləmək üçün istifadə edilir.
Alovun səsi
Alovun səsi (ing. Voice of Fire) - Abstrakt ekspressionist və Rəngli Sahə rəssamlığının görkəmli nümayəndəsi amerikan rəssam Barnett Nyumanın məşhur əsərlərindən biri.
Aluçin (Çaroymaq)
Aluçin (fars. الوچين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 85 nəfər yaşayır (16 ailə).
Alıqul Osmonov
Alıqul Osmonov ( 21 mart 1915, Aulie-Ata qəzası[d], Rusiya Türkistanı general-qubernatorluğu – 12 dekabr 1950, Bişkek) — Qırğız əsilli şair, dramaturq və tərcüməçi. Əsas uğurları daxili duyğu, gündəlik həyat və milliyyətçiliyə vurğu edərək dünyəvi mövzulara yönəlmiş şifahi xalq şeirinin qeydidir. Uilyam Şekspirin, Şandor Petöfinin və Aleksandr Puşkinin əsərlərini qırğız dilinə tərcümə edib. == Həyatı == 21 mart 1915-ci ildə Qırğızıstanın Panfilov kəndində dünyaya gəlmişdir. Kiçik yaşındaykən yetim qalmış və uşaqlığını Bişkek uşaq evində keçirtmişdir. İlk təhsilini 1929-cu ildə Bikşeş Pedaqoji məktəbində almışdır. Ancaq keçirtdiyi xəstəliyə görə təhsilini yarımçıq saxlamışdır. Buna baxmayaraq, jurnalistik karyerasına başlayaraq Sovet dövründə erkən qırğızdilli bir neçə qəzetdə, o cümlədən "Çabul" ("Hücum"), "Leninçil Yaş" ("Lenin Gəncliyi") və "Qızıl Qırğızıstan" da çalışdı. "Qırğızıstan Qırğızıstan", "Qırğızıstan Tusu" adı altında bu günə qədər də mövcuddur. 1939-1940-cı illərdə Qırğızıstan Milli Yazıçılar Birliyində baş katib vəzifəsində çalışmışdır ("Bu gün də mövcuddur.
Amuqin (Ərdəbil)
Amuqin (fars. عموقين‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,318 nəfər yaşayır (265 ailə).
Mədinə Gülgün
Mədinə Gülgün (doğum adı: Mədinə Nurulla qızı Ələkbərzadə; 17 yanvar 1926, Bakı – 17 fevral 1991, Bakı) — Azərbaycan şairəsi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987). Mədinə Gülgün 1926-cı il yanvarın 17-də Bakıda fəhlə ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirmişdir. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycanın Ərdəbil şəhərinə köçmüşlər. Sonra Təbriz şəhərində yaşamış, əmək fəaliyyətinə burada toxuculuq karxanasında başlamışdır. O, həyatı dərk etməyə başladığı andan Azərbaycan xalqının milli hüquqlarının pozulduğunun əyani şahidi olur… Onu da dərk edir ki, mübarizə aparmaq üçün kifayət qədər savadlı və bilikli olmaq lazımdır. Odur ki, qısa müddətdə ərəb qrafikasını və fars dilini öyrənir.. Sonralar Təbriz Dram Teatrında çalışmışdır. "Azərbaycan" qəzetinin redaksiyasında xüsusi müxbir vəzifəsində işləmiş Mədinə Gülgün 1945–1946-cı illər Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatının fəal iştirakçısı və öz mübariz şeirləri ilə ömrü boyu həmin inqilabın carçısı olmuşdur. O, 1948-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, 1952-ci ildə həmin fakültəni bitmişdir.
Atagün Yalçınkaya
Atagün Yalçınkaya (14 dekabr 1986, Altındağ ilçəsi, Ankara ili) — türk boksçu və bədən tərbiyəsi müəllimi. == Həvəskar karyerası == Yalçınkaya çox gənc yaşlarında boksa başlamış və Türkiyədə kollec və kadet kateqoriyalarında altı titul qazanmışdır. O, 2003-cü ildə Macarıstanda keçirilən Balaton turnirində birinci , Pakistanın Green Hill kubokunda üçüncü yer və İtaliyada tələbə boks üzrə Avropa çempionatında birinci yeri tumuşdur. 2004-cü ildə Alfonso Pinto və dünya çempionu Sergey Kazakovu məğlub edərək Türkiyəyə gümüş medal qazandırmışdır. O, Türkiyə tarixinin ən gənc medalçısıdır. Jolly Katongole (Uqanda) 22–7 hesabı ilə məğlub olub. Ceyhun Abiyevi (Azərbaycan) 23–20 hesabı ilə məğlub edib. Alfonso Pintonu (İtaliya) 33–24 hesabı ilə məğlub edib. Sergey Kazakovu (Rusiya) 26–20 hesabı ilə məğlub edib. Yan Bartelemí Varelaya (Kuba) 16–21 hesabı ilə məğlub olub.