Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apellyasiya
Apelyasiya – [lat. apellatio – müraciət, şikayət] 1) məhkəmənin qərarından yuxarı mərhələyə şikayət etmə; 2) qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. Apelyasiya qərarı qəbul etmiş instansiyaya nəzərən yuxarı instansiyaya verilir; 3) hüquqda cinayət işində və mülki işlərdə məhkəmənin qanuni quvvəyə minməmiş qərarlarından yuxarı instansiyaya şikayət vermə qaydası (forması); 4) işə yenidən baxılması məqsədilə məhkəmənin həm cinayət işləri, həm də mülki işlər üzrə qərarından daha yüksək məhkəmə instansiyasına edilən müraciət. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Apelyasiya

Apellyasiya məhkəməsi
Apellyasiya Məhkəməsi (ing. appeal - çağırış) - ikinci instansiya məhkəməsi . Cinayət və mülki məhkəmə proseslərində apellyasiya şikayəti əsasında hakimlər tərəfindən qəbul edilmiş qərarların qanuniliyi və əsaslılığı yoxlanılır. Ümumi yurisdiksiya məhkəmələrində apellyasiya instansiyası birinci instansiya məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəmələridir. Arbitraj prosesində birinci instansiyada çıxarılmış arbitraj məhkəmələrinin bütün qərarları apellyasiya şikayəti əsasında yoxlanılır. Apellyasiya və kassasiya icraatı məhkəmə nəzarəti üsullarıdır, lakin bu üsullar məzmununa görə fərqlənir. Apellyasiya instansiyası məhkəməsi məhkəmə qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, sübutları bilavasitə araşdırmaq və iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan fərqli olaraq yeni qərar qəbul etmək hüququna malikdir. Kassasiya instansiyası məhkəməsi sübutları yalnız qanunla məhdudlaşdırılmış hallarda bilavasitə tədqiq edir və məhkəmənin qərarını qanunsuz hesab edə, onu ləğv edə və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycanda apellyasiya məhkəməsinin hakimlərini Azərbaycan Respublikasının Prezidentinin təqdimatı ilə Milli Məclis təyin edir. == İstinadlar == == Ədəbiyyat == Lax, Jeffrey R. "Apellyasiya Məhkəmələrində Hüquqi Qaydaların qurulması".
Apelyasiya məhkəməsi

Etiraf kapellası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid kilsə. Əsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır.Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.
Kəllə kapellası
Kəllə kapellası (pol. Kaplica Czaszek) rəsmi olaraq Müqəddəs Bartolomey kilsəsi (Kościół świętego Bartłomieja) — Kudova-Zdruy şəhərində yerləşən kütləvi məzarlıq olaraq 1776-cı ildə Qlas qraflığında inşa edilmiş ossuar ibadətgahdır. Polşadakı yeganə, Avropada altı ossuar ibadətgahından biridir. == Tarixi == Kapella 1776-cı ildə çex mənşəli bir kilsə keşişi Vaclav Tomaşek tərəfindən Otuzillik müharibədə, Sileziya müharibəsində şəhid olanlar , həmçinin vəba, sifilis və aclıqdan ölənlər üçün dəfn yeri olaraq inşa edilmişdir. Buna nümunə olaraq Kapuçin rahiblərinin sümüklərinin dəfn olunduğu Santa Maria della Conzionie Roma kilsəsi oldu. On səkkiz il ərzində (1776-dan 1794-cü ilə qədər) Tomaşek sümükləri toplayıb təmizlədi və sonra kilsəyə yerləşdirdi. Tikinti yerli aristokrat Leopold von Leslie tərəfindən maliyyələşdirildi. Tikinti başa çatdıqdan qısa müddət sonra Ata Vaclav Tomaşek dünyasını dəyişdi. Hal-hazırda ildə bir dəfə (14-15 avqust gecəsi) kilsədə dəfn olunan insanlar, qəza və ya xəstəlik səbəbindən ölənlər yad edilir. == Arxitektura və interyer == Kilsədə üç min kəllə, eləcə də təməlində 21 min insanın sümükləri vardır.
Lütf Kapellası
Lütf Kapellası (alm. Gnadenkapelle‎) Bavariyada Müqəddəs Məryəmə həsr olunmuş milli ziyarətgahdır.Məryəmin şəklinin yerləşdiyi səkkizguşəli ibadətgah təxminən 660-cı illərə aiddir və Almaniyadakı ən qədim Məryəmə həsr edilmiş ziyarətgahdır. Məryəmin siması cökə ağacından oyulmuş antik dövrə aid Qara Madonnadır (ehtimal ki, təxminən 1330). Ziyarətgah 1489-cu ildə boğulan gənc bir oğlan uşağının anası cəsədini heykəlin qarşısına qoyub Məryəmdən möcüzə üçün dua etdikdən sonra möcüzəvi şəkildə sağalması ilə məşhurlaşıb. Əsrlər boyu ziyarətgaha verilmiş adaqların çoxu kilsəni əhatə edən eyvanda nümayiş etdirilir. Burada müxtəlif alman zadəganlarının, həmçinin Bavariya kralı III Lüdviqin ürəkləri kiçik gümüş qablarda saxlanılır.Kapella əsrlər boyu Kapuçin keşişləri tərəfindən xidmət edilmişdir. Ordenin bir üzvü, Parcamlı Konrad (1818-1894) 40 ildən çox orada xidmət etmişdir. Xidmət etdiyi müddətdə o, müqəddəslik və möcüzəvi şəfaları üçün şöhrət qazanlb və Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilib Kapella 1980-ci ilin noyabrında Papa II İohann Pavel tərəfindən ziyarət edilib. Onu yaxınlıqdakı şəhərdə anadan olmuş kardinal Jozef Ratzinger müşayiət edirdi. 11 sentyabr 2006-cı ildə yenicə Papa XVI Benedikt seçilən Ratzinger ziyarətgaha qayıtdı və Münhen arxiyepiskopu olarkən taxdığı yepiskop üzüyünü bağışladı.
Roslin kapellası
Müqəddəs Matvey adına Roslin kapellası kilsəsi (Collegiate Church of St Matthew) — Şotlandiyanın midliotian Roslin kəndində son dövr qotik kilsəsi. Roslin qəsri yaxınlığında XV əsrdə Sinkler tayfasının məzarlığı kimi tikilib. Tikintinin təşəbbüskarı kimi 3-cü Orkney qrafı Uliyam Sinkler olub (1410—1484). == Tampliyer-mason məbədi == İngiltərənin Edinburq şəhəri yaxınlığında "Rosslyn Kapellası" kimi tanınan kilsə tampliyerlərin bütpərəst inanclarının simvolu kimi qəbul edilir. Bu binanı tampliyerlərin davamçıları olan masonlar və gül-xaçlılar tikərək, dörd bir tərəfinə öz fəlsəfələrini ifadə edən simvollar yerləşdiriblər. Türk masonlarının "Memar Sinan" dərgisində kapellanın mason mənşəyi və bütpərəst ünsürləri belə izah olunur: Şotlandiyada tampliyer-mason birliyinin ən əsas sübutlarından biri Edinburqun 10 km. cənubunda yerləşən qədim Tampliyer mərkəzi Balantradoxdan 15 km. uzaqdakı Midlotiandakı Roslin (Rosslyn) kəndində yerləşən qala və kapelladır. Bölgədə və qalada xüsusilə 1312-ci ildən sonra Müqəddəs Kler baronlarının himayəsi altında tampliyerlər məskunlaşıblar. Bu kapella 1446-48 illərdə təkcə Şotlandiyada yox, bütün Avropada dövrün ən məşhur və hörmətli adamlarından sayılan Ser Uilyam Kler tərəfindən inşa edilib.
Sikst kapellası
Sikstin kapellası — Vatikanda Renessans dövrü italyan incəsənətinin ən görkəmli abidələrindən biri. Kapellanın yerləşdiyi bina (1473–81, memar C. de Dolçi) 1483-cü ildə Papa IV Sikstin vaxtında müqəddəsləşdirilmişdir. 1481–83-cü illərdə kapellanın divarlarına Musanın və İsanın həyatından səhnələr təsvir olunan freskalar çəkilmişdir (S. Bottiçelli, D. Girlandayo, P. Perucino və başqalar). 1508–1512-ci illərdə Mikelancelo kapellanın tavanının (plafon), 1536–1541-ci illərdə isə mehrab divarının ("Məhşər günü") rəsmlərini yaratmışdır. Sikst kapellası həm də muzeydir. == Sikstin kapellasının tavanı == Sikstin kapellasının tavanı — İtalyalı heykəltaraş Mikelancelo Buonarroti tərəfindən 1508–1512-ci illərdə yaradılıb. Renesans rəsm sənətinin nümunəsidir. Sistine kilsəsinin uzunluğu 40 metr, eni 14 metrdir. Həmin möhtəşəm tavanın yerdən yuksəkliyi 20 metrdir. Bu tikilinin tavan üslubu Serovegni Şapelindən götürülmüşdür.
Sikstin kapellası

Roslin kapellası kilsəsi

Sikstin kapellası tavanı

Azərbaycan Dövlət Xor Kapellası
Azərbaycan Dövlət Xor Kapellası — Respublikanın aparıcı musiqi kollektivlərindən biri. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində 1966-cı ildə yaradılmışdır. Yarandığı vaxtdan uzun illər boyu kollektivə əməkdar incəsənət xadimi, xormeyster Eduard Novruzov rəhbərlik etmişdir. 1996-cı ildən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və baş dirijoru xalq artisti Gülbacı İmanovadır. Xorun repertuarı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarətdir, o cümlədən, muğamlar əsasında bəstələnmiş C.Cahangirovun “Füzuli” kantatası, “Çahargah”, N.Əliverdibəyovun “Bayatı-Şiraz” xor kompozisiyaları Azərbaycan Dövlət Xor Kapellasının repertuarında görkəmli yer tutur. Hazırda Azərbaycan Dövlət Xor Kapellasının xormeysteri Azərbaycan Musiqi Akademiyasının dosenti Yulizana Kuxmazovadır.
Müqəddəs Xaç kapellası (Praqa)
Müqəddəs Xaç kapellası (çex. Kaple svatého Kříže) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin ən sirli və unikal yerlərindən biridir. 1763-cü ildə inşa edilmiş kapella, bir neçə əsrlər boyunca Praqa qəsrinin ikinci həyətində əsas memarlıq tikintisi olaraq qalmışdır. == Tarix == VIII əsrdə, ölkənin Mariya Tereza tərəfindən idarə olunduğu bir zamanlarda Praqa qəsri ciddi dəyişikliyə uğramışdır; buraya yeni memarlıq abidələri əlavə edilmişdir. Müqəddəs Xaç kapellası memar Nikkolo Pakassinin layihəsi əsasında 1758-1763-cü illər arasında A. Luraqo tərəfindən inşa edilmişdir. Kapella olduqca alçaqdır, onun aşağı hissəsi kəsilmiş piramida şəklində, üst hissəsi isə dəbilqəyəbənzər formada yaradılmışdı. XIX əsrdə ilkin kapellanın eksteryerində istifadə olunan orijinal barokko üslubu bir az klassisizmə bənzədilmişdir. E.Maks kilsə üçün müqəddəs Pyotr və Pavelin heykəllərini yaradır, məşhur rəssamlar İ. Navratil və V. Kandler isə kilsə divarlarını müxtəlif Bibliya mövzularına aid rəsm əsərləri ilə bəzəyirlər. Beləliklə, memarlar I Ferdinandın "Praqa qəsrini yenidən qurmaq" arzusunu uğurla yerinə yetirirdilər. Hökmdar 1848-ci ildə könüllü surətdə taxtdan imtina etdikdən sonra burada yaşamışdır.
Sikstin kapellası freskalarının restavrasiyası
Sikstin kapellası freskalarının restavrasiyası — XX əsrin əsas incəsənət restavrasiyalarından biridir. Sikstin kapellası Roma papası IV Sikstin sifarişi ilə, Vatikan ərazisində, Müqəddəs Pyotr bazilikasından şimalda inşa etdirilmiş və 1481-ci ildə tamamlanmışdır. Bazilikanın divarları XV əsr İtaliya incəsənətinin ən nümayəndələri olan, Girlandayo, Perucino, Botiçelli kimi müxtəlif intibah rəssamlarının əsərləri ilə bəzədilmişdir. Roma papası II Yulinin hakimiyyəti dövründə bazilikanın bəzədilməsi işləri davam etmiş, kapellanın tavanı Mikelancelo tərəfindən 1508–1512-ci illərdə bəzədilmişdir. Sonra Roma papası VII Klementin hakimiyyəti dövründə Mikelancelo bazilikanın divarında intibah incəsənətinin şah əsərlərindən biri hesab edilən "Böyük məhkəmə" əsərini işləmiş və 1541-ci ildə tamamlamışdır. Divarların aşağı hissəsini örtmüş xalıların təsviri Roma papası X Leonun hakimiyyəti dövründə Rafaelin təsvirləri əsasında hazırlanmışdır və 1515–1516-cı illərdə tamamlanmış bu işlər hazırda Rafael cizgiləri adı ilə tanınır. Kapellanın rəsmləri əsasında İntibah dövrü incəsənəti mövzularının rəsmli sxemi yaradılmışdır. Məsələn, Mikelancelo tərəfindən kapellanın tavanında işlənmiş rəsm əsərlərindən bir neçəsi Qərb incəsənətinin ən məşhur nümunələri hesab olunur. Sikstin kapellası freskaları, kapellanın tavanında Mikelancelo tərəfindən işlənmiş rəsm əsərləri, həmçinin digər incəsənət detalları 1980–1994-cü illərdə bir neçə dəfə müxtəlif səviyyədə restavrasiya edilmişdir. Bu restavrasiyalardan ən son həyata keçiriləni, restavrasiyanın səviyyəsi və təsiri baxımından incəsənət sevərlər və tarixçilər arasında ciddi müzakirələrə səbəb olmuşdur.