Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arfa
Arfa (ing. Harp) — üçbucaq formasbkyuh əmədə simlər çəkilmiş, barmaqla çalınan simli musiqi aləti. == Tarixçəsi == Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin (arfanın) ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Hələ qədim Misir freskalarında (b.e.əv. XV əsr) arfa təsvir edilmişdir. Misirlilərə bu alət Şumerdən gəlib. Qədim şumerlilər inandıqları bütlərə uyğun olaraq müxtəlif biçimli çənglərdən istifadə etmişlər: qövsvari, bucaqvari və ya üfüqi uzunsov çanglər . Eramızdan əvvəllərə aid edilən çənglərin 6-9 simli olduğu məlumdur. Mülahizələrə görə, çəng ox və yay ovçuluq silahının törəməsidir.
AFFA
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və ya qısaca AFFA — Azərbaycanda futbola nəzarət edən qeyri-hökumət təşkilatıdır. AFFA FİFA və UEFA-nın üzvüdür. Qurumun baş qərargah Bakıda yerləşir. Qurumun region ofisləri də fəaliyyət göstərir. AFFA Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, milli komandaların oyunları, ümumilikdə bütün futbolun dəstəklənməsi, inkişafı və populyarlaşdırılması ilə məşğul olur. AFFA həm də hakimlik ilə məşğul olur. AFFA-nın tərkibinə Azərbaycan Premyer Liqası və Azərbaycan Birinci Liqası iştirak edən futbol klublarının üzvlüyünə əsaslanan Peşəkar Futbol Liqası (PFL), regional futbol federasiyalarını birləşdirən və müvafiq regionlarda futbolun inkişafı üçün cavabdeh olan Regional Futbol Federasiyaları, həvəskar futbol, uşaq və gənclər futbolu, futzal, əlillər futbolu, çimərlik futbolu, veteranlar futbolu və ya hər hansı başqa kateqoriyadan olan futbol növü ilə məşğul olan Sahə Futbol Federasiyaları və futbolçu, məşqçi, hakim, veteran, azarkeş və s. kimi futbol oyunu çərçivəsində birlikləri özündə birləşdirən və konkret funksiyanı aktiv olaraq icra edən şəxslərin maraq və məqsədləri ilə məşğul olan İctimai Futbol Təşkilatları daxildir. == Tarixi == AFFA assosiativ xarakterli müstəqil qeyri-hökumət təşkilatıdır və 3 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 775 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə ölkənin rəsmi qurumlarının və beynəlalq futbol təşkilatlarının iştirakı ilə imzalanmış Sürix müqaviləsi ilə AFFA-nın yeni Nizamnamə layihəsi hazırlanıb.
Alfa
Alfa — yunan əlifbasının ilk hərfi, radioaktiv şüalanmanın tiplərindən biri bu hərflə işarələnir. Alfadan sonra beta gəlir.
Araf
Araf — Bəzi dini inanclara görə cənnətlə cəhənnəmin arasındakı yerdir. Ruhlar oradan cənnətə ya da cəhənnəmə göndərilirlər.
Arpa
Arpa (bitki) — Taxıllar fəsiləsindən bitki cinsi. Arpa (ölçü vahidi) — riyaziyyatda çəki ölçü vahidi. Kəndlər Arpa (Dərələyəz) — Dərələyəz mahalında kənd. Arpa — Qızıl Qoç rayonunda kənd. Digər Arpa dərəsi — Dərələyəz mahalının Paşalı (Əzizbəyov, Vayk) rayonunda qala.
Arta
Arta — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Osyedərə kənd inzibati ərazi vahidinin Arta kəndi Züvüc kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Türk dillərində arta sözünun "sıra dağ; dağ tirəsi; alcaq dağlıq", "dağıdılmış, pozulmuş", "bolluq", "balta kupu" mənalarında işlənməsi məlumdur. Oykonimin coğrafi movqeyi əsas verir ki, onu "dağ aşırımında yerləşən kənd" kimi izah edək. 1917-ci ildə Şamaxı qəzasında Artaçı kəndi də qeydə alınmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == Əhalisi təqribən 45-50 nəfərdir. == İqtisadiyyatı == Arta kəndinin əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olur. Əkinçilikdə kartof,buğda,arpa və eləcə də bostançılıq xüsusi yer tutur. Maldarlıqda isə qoyun və inək daha üstünlük təşkil edir.
Arça
Arça və ya Arsk (tatar. Арча; rus. Арск) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir.
Arşa
Arşa Tiflis quberniyasının Duşet qəzasında kənd adı. == Toponimkası == Arşa- Tiflis quberniyasının Duşet qəzasında kənd adı. Azərbaycanda Quba qəzasında Arşalı (yenə orada) və Dağıstanın Darqin dairəsində Arşi, Şimali Qafqazın Ter əyalətinin Sunca dairəsində Arşiti (yenə orada) kənd adları ilə eynidir. Türk mənşəli Arşa tayfasının adındandır.
Urfa
Şanlıurfa (türk. Şanlıurfa) — Türkiyənin Şanlıurfa ilinin inzibati mərkəzi. Şanlıurfa ərazisinə görə Türkiyənin yeddinci ən böyük bölgəsidir. Şəhərin adı 1984-cü ilə qədər Urfa olaraq qəbul edilib. Lakin Türkiyənin müstəqilliyi uğrunda aparılan müharibədə göstərdiyi qəhrəmanlığa görə bu şəhərin adı Şanlıurfa olaraq dəyişdirilib. Urfanın tarixi adının Ur olduğu bildirilir. Makedoniyalı İsgəndərin buraları işğal etməsindən sonra şəhərin adı tarixi mənbələrdə Edessa olaraq keçməyə başlayıb. Ərəblər isə bu şəhərə “Ər-Ruha” deyiblər. Hazırda “Ər-Ruha” adı Urfada olduqca məşhurdur. Urfada olarkən diqqəti çəkən adlardan biri də Harrandır.
ARF6
ARF6 — (ing. ADP ribosylation factor 6) 14-cü xromosomun qısa qolunda insanlarda tapılan tək gen tərəfindən kodlanmış zülal. Zülalın polipeptid zəncirinin uzunluğu 175 amin turşusu, molekulyar çəkisi isə 20.082-dir. ARF6 çox vaxt bioloji membranların və transmembran protein yüklərinin daşınmasında iştirak edən çoxlu hüceyrə funksiyalarına malikdir. ARF6 xüsusi olaraq plazma membranı zülallarının endositozunda və həmçinin daha az dərəcədə plazma membranı zülallarının təkrar emalında iştirak edir. == Funksiyası == Bu gen, Ras super ailəsinin bir hissəsi olan insan ARF gen ailəsinin bir üzvünü kodlaşdırır. ARF genləri vəba toksininin ADP-ribosiltransferaza fəaliyyətini stimullaşdıran və vezikulyar ticarətdə və fosfolipaz D-nin aktivatoru kimi rol oynayan kiçik guanin nukleotid bağlayan zülalları kodlayır. Bu genin məhsulu plazma membranında lokallaşdırılır və vezikulyar daşınma, membranın lipidlərinin yenidən qurulması və aktiniumun yenidən qurulmasına səbəb olan siqnal yollarını tənzimləyir. Bu genin psevdogeni 7-ci xromosomda yerləşir. ARF6 reseptorların aktivləşdirilməsindən sonra βarrestin ilə qarşılıqlı təsir göstərə bilər.
Ara
Ara (lat. Ara) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tutuquşukimilər dəstəsinin tutuquşular fəsiləsinə aid heyvan cinsi. Əlvan rəngli, pilləvarı quyruqlu, iri bədənli (uz. 100 sm-ədək, çəkisi 1600 q-a -dək) və iri dimdikli quşlardır. Çoxunun başının yanlarında tüksüz hissələr var. Rəngində cinsi dimorfizm yoxdur. 6 cinsi və 17 növü məlumdur. Əsl aranın 8 növü var. Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayır; bəzi növlərinin arealı çox məhduddur. Meyvə və toxumlarla, həmçinin bitkilərin vegetativ hissələri ilə qidalanır.
ALFA karteli
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. == Tarixi == "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. == Öhdəlikləri == Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. == Fəaliyyəti == Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
ARIA Charts
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür. == Sinonimləri == === Homotipik sinonimləri === Frumentum hordeum E.H.L.Krause Hordeum polystichon var.
Afra Saraçoğlu
Afra Saraçoğlu (2 dekabr 1997, Edremit[d], Balıkəsir ili) — Türk televiziya ve kino aktrisası. == Həyatı == Afra Saraçoğlu 2 dekabr 1997-ci ildə anadan olmuşdur. Eskişehir Anadolu Universitetində bir şagird olan Afra Saraçoğlu, Özcan Deniz vasitəsilə ictimai medianı tapmaq imkanı tapdı. Afra Saraçoğlu, Özcan Deniz və Nurgül Yeşilçay'ın ikinci şanslı filmdə oynadığı, Yeşilçayın qızının qızı, oyunçu rolunu oynadı. Hal-hazırda bir çox filmlərdə rol alır. == Filmoqrafiya == == Mükafatları == Ən Yaxşı Aktrisa Mükafatı 45.
Alfa-metilstirol
Alfa-metilstirol (izopropenilbenzol) – aromatik karbohidrogenlərin (arenlər) sinfinə daxil olan üzvi birləşmədir, molekul formulu C9H10-dur. == Alınması == α-Metilstirolu sənayedə benzolun propilenlə alkilləşməsi və daha sonra izopropilbenzolun (kumolun) palladium-nikel katalizatoru üzərində dehidrogenləşməsi üsulu ilə alırlar. Bundan başqa, α-metilstirolu yüksək temperaturda (200–300oC) dimetilfenilkarbinolun – izopropilbenzolun avtooksidləşməsindən alınan hidroperoksidin minerl turşular iştirakında parçalanmasın məhsulunun dehidratasiyasından da alırlar. == Fiziki xassələri == α-Metilstirol kəskin spesifik iyli rəngsiz mayedir. Suda 0,01% həcmdə həll olur. Qaynama temperaturu 165,38oC, ərimə temperaturu −23,14oC-dir. Xüsusi istilik tutumu 0,4 kal/q (oC), buxarlanma istiliyi 96,66 kkal/mol, polimerləşmə istiliyi 8,4 kkal/mol, polimerləşmə entropiyası 26 kal/mol-dur. == Kimyəvi xassələri == α-Metilstirol aromatik birləşmələrin və alkenlərin kimyəvi xassələrinə malikdir. Özü-özlüyündə polimerləşmir, havada saxlanıldıqda asetofenona və formaldehidə qədər oksidləşir. Ion polimerləşmədə ionlaşdırıcı katalizatorların (butullitlər, BF3-ün sadə efirlərlə kimpleksləri, kalium və digər qələvi metallar) radiasiya və ya UB-şüalanmanın təsiri ilə yüksəkmolekullu polimerlər; radikal polimerləşmədə isə – dimerlər və oliqomerlər əmələ qətirir; stirol, butadien, akrilonitril, vinilxlorid və s.
Alfa-spektrometr
Alfa-spektrometr(A.s) -radioaktiv nüvələrin buraxdığı α-zərrəciklərinin energetik paylanmasını ölçmək üçün cihazdır. Nüvə fizikası inkişafının ilkin mərhələlərində və radioaktivliyin tədqiqində geniş tətbiq olunmuşdur. α-spektrlərin incə quruluşunu tədqiq etmək və α-zərrəciklərin enerjisinə görə nüvələri aşkar etmək üçün tətbiq olunur. Müasir A.-s.-in işi α-zərrəciklərin ionlaşdırıcı xassəsinə (ionlaşma A.-s.), ya da onların maqnit sahəsi ilə qarşılıqlı təsirinə (maqnit A.-s.) əsaslanır. Ayırdetmə qabiliyyəti zəif və işıq qüvvəsi (cismi bucaq) çox böyük olan ionlaşma A.-s.-ləri uzun müddət yaşayan (yarımparçalanma dövrü 106 ildən böyük) və yeni yaranan nüvələri tədqiq etməyə imkan verir. Maqnit A.-s.-də enerji α -zərrəciklərin maqnit sahəsində meylinə görə təyin olunur. İonlaşma kameralarında α-zərrəciklərin enerjisi digər α-zərrəciklərin məlum enerjisi ilə müqayisə olunur. Alfa-spektroskopiya- Ana nüvənin parçalanması ilə yaranan α-zərrəciklərin spektri bala nüvənin müxtəlif səviyyələrinin keçidlərinə uyğun çoxlu monoenergetik xətlərdən ibarətdir. α -zərrəcik spinə malik olmadığından saxlanma qanunlarına uyğun hərəkət miqdarı momentinə görə seçmə qaydaları I=L və cütlük sadə olur. α-zərrəciyin bucaq momenti L aşağıdakı intervalda qiymət ala bilər: α-aktiv nüvələrin buraxdığı α-zərrəciklər axınının enerjisi və intensivliyinin ölçülməsi üçün qazboşalma və yarımkeçirici zərrəcik detektorlarından, həmçinin spektrometrlərdən istifadə olunur.
Sorbus aria
Sorbus aria (lat. Sorbus aria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Arda Gülər
Arda Gülər (25 fevral 2005, Altındağ ilçəsi, Ankara ili) — La Liqa klubu "Real Madrid" və Türkiyə milli komandasında çıxış edən Türkiyə futbolçusu. Yarımmüdafiə mövqeyində çıxış edir. Karyerasına "Fənərbaxça"da başlamışdır. Arda Gülər ilk qolunu 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 19 iyun 2023-cü ildə Samsun 19 May Stadionunda keçirilən Türkiyə–Uels matçında vurdu. 18 yaşlı Gülər bu qolla Türkiyə millisinin heyətində rəsmi oyunlarda qol vuran ən gənc futbolçu kimi türk futbol tarixinə düşüb. == Karyerası == === Gənclərbirliyi === Arda Gülər 25 fevral 2005-ci ildə Ankaranın Altındağ rayonunda anadan olub. Atası Ümid Gülər, anası isə Sərab Gülərdir. Futbola 9 yaşında şəhərinin Gənclərbirliyi komandasında başladı. Hələ 13 yaşında ikən "Gənclərbirliyi" Futbol Məktəbində istedadları ilə gündəmə gələn Arda bir çox liqa matçlarında meydana çıxdı və "iki yarımlıq" ləqəbini aldı. Arda ilk dəfə "Osmanlıspor" — "Gənclərbirliyi" U14 matçında başqa futbolçunu izləmək üçün tribunada olan Serhat Pekməzçinin diqqətini cəlb edib.
Arpa məbədi
Arpa məbədi — Dərələyəz mahalının Keşişkənd (06.12.1957-ci ildən — Yeğeqnadzor) rayonunun Arpa (10.09.1046-cı ildən — Areni) kəndində, Yelpiçay çayı ilə Arpa çayının qovuşduğu yerdə yerləşən alban-türk xristian abidəsidir. == Haqqında == Məbədin kitabəsində onun Burtel Orbelianın, onun arvadı Vağağın, oğlanları Başken və İvanın şərəfinə Siyuni hakimi Darsaiçin əmri ilə yepiskop Ovanes Orbelian tərəfindən 1322-ci ildə tikdirildiyi göstərilmişdir. Elxani hökmdarı Arpa xanın (1335–1336) adını daşıyan Arpa kəndində tarixən Türk-Oğuz tayfaları yaşamışlar. Daha sonra kəndə Türkiyədən və İrandan ermənilər köçürülüb gətirilmişlər.
Alfa nəsli
Alfa nəsli (ing. Generation Alpha və ya ing. Gen Alpha) — Z nəslindən sonra gələn demoqrafik koqorta. Alimlər və populyar media 2010-cu illərin əvvəllərini nəslin nümayəndələrinin doğum illəri, 2020-ci illərin əvvəlindən ortalarına qədərki dövrü isə son dövrü kimi təyin etmişdir. Yunan əlifbasının ilk hərfi olan alfanın şərəfinə adlandırılmışdır. Alfa nəsli tamamilə XXI əsrdə anadan olan ilk nəsildir. Alfa nəslinin nümayəndələrinin çoxu millennialların və Z nəslinin daha yaşlı nümayəndələrinin övladlarıdır. Alfa nəslinin nümayəndələri dünyanın çox yerində doğuş nisbətinin aşağı düşdüyü bir vaxtda anadan olmuşdu və gənc uşaqlar olaraq COVID-19 pandemiyasının təsirlərini yaşayırlar. O uşaqlar üçün ki, əlçatandır, olanlar üçün uşaq əyləncələrində elektron texnologiya, sosial şəbəkələr və striminq xidmətləri üstünlük təşkil edir. Eyni zamanda, ənənəvi televiziyaya maraq azalır.
Alfa-fetoprotin
Alfa-fetoprotin — embrional hüceyrələr tərəfindən sintez olunan zülaldır. Embrional dövrdə qanda tapılır, doğulduqdan bir neçə həftə sonra isə, müəyyən edilmir. Yaşlılarda səviyyəsinin artması embrional tipli hüceyrələrin aktif çoxalmasını göstərir. Hepatosellular xərçəngdə, postnekrotik, postrezeksiyon regenerasiya dövründə adətən qanda müəyyən edilir. Fibrolamellar tipli hepatosellular xərçəngdə isə, səviyyəsi yüksəlmir. Alfa-fetoprotein xayalığın və yumurtalıqların embrional şişlərində də artır.
Arxa küçələr
Arxa küçələr (türk. Arka Sokaklar) — 2006-cı ildən Kanal D-də ekranlara gələn polis, dram, döyüş növündə, Türkiyənin ən uzun müddət (18 mövsüm) yayımlanan televiziya serialıdır. === Qısa məlumat === Ölkə: Türkiyə Rejissor: Orhan Oğuz Prodüser: Ali Cengiz Deveci Ssenari: Ozan Yurdakul, Sinan Yurdakul Koordinator: Yılmaz Ekmekçi Bölüm sayı: 639 Çəkildiyi müddət: 2006 — günümüz Vəziyyəti: yayımda Müddəti: 135–145 dəqiqə arası Yayımlandığı telekanal: Kanal D, Max Smart (təkrar bölümləri)Tv 2 == Məzmun == Serial İstanbul Polis Qərargahında özəl bir komandada çalışan polislərin ailə həyatları və İstanbul küçələrindəki macəralarından bəhs edir. Komanda vəzifələri boyunca daim fərqli və müxtəlif insan hekayələri ilə qarşılaşır. == Aktyorlar/aktrisalar, rolları və çəkildikləri bölümlər == Əsas aktyorlar Zəfər Ərgin — Rıza Soylu (1-) Şəvkət Çoruh — Mesut Güneri (1-) Özgür Ozan — Hüsnü Çoban (1-) Alp Qorxmaz — Ali Akdoğan (1–155; 175-) İlkər İnanoğlu — Engin Balkan (44–172;210–214;358–376;493-) Tunç Oğuz — Arda Atik (294–433;445-) Oya Okar — Selin Demirci (377-) Ozan Çobanoğlu — Hakan Çınar (385-) Mərvə Oflaz — Bahar Ayan (449-) Yiğitcan Ergin — Cemal Şahin (522-) Ela Yörüklü — Ezgi Vural (522-) Hülya Kalebayır — Ayla Soylu (Ayla rolunun ikinci aktrisası) (251-?) Əlvan Dişli — Pınar Soylu Akdoğan (Pınar rolunun dördüncü aktrisası) (522-?) Əcəm Öz — Şule Çoban (Şule rolunun üçüncü aktrisası) (522-?) Nazlı Tosunoğlu — Nazike (126-) Onurcan Sesli — Efe Akdoğan (Efe rolunun ikincisi) (522-?) == çıxan aktyorlar/aktrisalar, rolları və çəkildikləri bölümlər == Qeyd: Şule 1 və Şule 2, həddindən artıq oxşarlıq səbəbiylə daim qarışıqdır, lakin fərqli oyunçulardır, Instagram hesablarını yoxlayın: @ozgeozbutun @manolyask Gamze Özçelik — Zeynep Akyüz Ateş (Murat Ateşin həyat yoldaşı) (1–126; 210–292) Çağla Kubat — Elif Doğan Bahadir (126–209) İlker İnanoğlu — Engin Balkan (Baş komissar) (44–173; 210–213) Berk Oktay — Sinan Bahadır (Komissar) (126–250) Zeynep Beşerler — Melek Serter (168–293) Melda Arat — Yeşim Ak (Mesutun əvvəlki həyat yoldaşı) (1–18) Engin Yüksel — Beşir (Mesutun dostu) (1–108) Ayşe Eşmeli — Buket (1–43) Yeşim Gül Akşar — Leman (Yeşimin bibisi) Filiz Taçbaş — Ayla Soylu (Ayla rolunun birinci aktrisası) (1–250) Özlem Çınar — Aylin (1–521,639) Pınar Aydın — Pınar Soylu Akdoğan (Pınar rolunun birinci aktrisası) (1–86) Sitare Bilge — Pınar Soylu Akdoğan (Pınar rolunun ikinci aktrisası) (87–125) İpek Yaylacıoğlu — Pınar Soylu Akdoğan (Pınar rolunun üçüncü aktrisası) (126–521) Özge Ulusoy — Yeliz Balkan (Engin Balkanın ikinci həyat yoldaşı) (87–125) Özge Özbütün — Şule Çoban (Şule rolunun birinci aktrisası) (1–209) Manolya Aşık — Şule Çoban (Şule rolunun ikinci aktrisası) (210–521) Alev Oraloğlu — (Zeynepin anası) (3–125; 210–293) Kaan Uslu (eyni aktyor iki yüz əllinci bölümə qədər Muhammet Yaşa adını istifadə etdi) — Efe Akdoğan (Efe rolunun birincisi) (251–521) Sibel Yılmaz == qonaq aktyorlar == Tamer Karadağlı (14-cü bölüm) Serhat Nalbantoğlu (39–44) Irmak Ünal Zeki Alasya Volkan Ünal 1.
Arxa qapı
Arxa qapı və ya bekdor (ing. backdoor) — təhlükəsizlik mexanizmlərini aldatmaq üçün istifadə edilən avtorizə olunmamış gizli proqram və ya aparat təminatı. Arxa qapılar əsasən kompüterə uzaqdan girişi təmin etmək və ya kriptosistemlərdə açıq mətnə çıxış əldə etmək üçün istifadə olunur. Arxa qapıdan parollar kimi imtiyazlı məlumatlara giriş əldə etmək, sabit disklərdəki məlumatları silmək və ya avtomatik sxemli şəbəkələrdə məlumat ötürmək üçün istifadə oluna bilər. Arxa qapı proqramın gizli hissəsi, ayrıca proqram, avadanlığın kodu və ya Windows kimi əməliyyat sisteminin hissələri şəklində ola bilər. Troya atları cihazda boşluqlar yaratmaq üçün istifadə edilə bilər. Troya atı tamamilə problemsiz proqram kimi görünə bilər, lakin icra edildikdə, arxa qapı quraşdıra biləcək fəaliyyətə səbəb olər. Arxa qapılar adətən gizli şəkildə quraşdırılsa da, bəziləri məqsədli şəkildə qurulur və geniş şəkildə tanınır. Bu cür arxa qapılar istehsalçıya istifadəçi parollarını bərpa etmək üçün bir yol təqdim etmək kimi "qanuni" istifadələrə sahibdir. == İstinadlar == == Xarici keçidlər == Finding and Removing Backdoors Three Archaic Backdoor Trojan Programs That Still Serve Great Pranks Backdoors removal — List of backdoors and their removal instructions.
Arya Partiyası
Arya Partiyası (fars. :زب آریا‎, transliterasiya: Ḥezb-e Āryā) və ya Aria, Ariya Partiyası kimi də tələffüz edilir. İranda mövcud olmuş monarxiya tərəfdarı millətçi partiyadır. Partiya özünün Britaniyapərəst və sərt antikommunist siyasəti ilə seçilmişdir. Partiya o dövrdə İranı idarə edən Pəhləvi sülaləsi tərəfindən maliyyələşdirilmişdir.. Arya Partiyası da Paniranist Partiyası kimi digər kiçik sağçı partiyalarla birlikdə İran cəmiyyətinin bütün sosial problemlərinin kökünü müsəlmanların İranı fəth etməsində görürdülər. General Həsən xan Ərfə partiyanın lideri idi. Partiyanın aktiv və güclü hərbi qanadı mövcud idi. Deyhami tərəfindən rəhbərlik edilən bu qanada İran ordusunun zabitlərinin cəlb edilməsin çalışılırdı. Lakin hadisələrin arxasında duran əsl şəxs həsən Axəvi idi.
«Кара-коюнлу» (ковёр)
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.
.рф
.рф (punycode: .xn--p1ai; (Российская Федерация) — yuxarı səviyyəli Rusiya milli domeni. İnternetdə ilk kiril əlifbasında yazılmış domen. Daha əvvəl daxil edilmiş ".ru" domenindən fərqi odur ki, domendə ". рф" xüsusi istisnalıqla kiril əlifbasında yazılır. Domen 12 may 2010-cu ildə daxil edilmişdir.