Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Arayış
Arayış türk mənşəli söz olub arama, axtarma mənasında işlənir. Müasir dövrdə hüquqi sənəd olub şəxsiyyət, iş və hadisə haqqında tərtib edilərək aid olduğu obyekt barədə nəyi isə təsdiq edir. Hər hansı bir adamın bir yerdə yaşaması, işləməsi, oxuması, müəyyən obyektin, hadisənin yoxlanması haqqında da arayış tərtib edilir. (Bu səbəbdən də arayışa xalq arasında yoxlama da deyilir.) Arayışın kimə nə üçün verildiyi göstərilir. Habelə arayışın hansı məqsədlə tərtib edildiyi qeyd edilir. Arayışın müəssisə rəhbəri tərəfindən imzalanır.(Bəzi hallarda müəssisənin kadrlar şöbəsinin müdiri, mühasibat, fakültə dekanları və s. arayış verə bilər). Arayışın sonunda sənədin hara təqdim olunması göstərilir. Bütün hallarda məsul şəxsin imzası möhürlə təsdiq olunmalıdır. Çox vaxt arayışlar xüsusi blankda yazılır.
Araçın
Araçın -Qərbi Azərbaycanın Talin rayonunda kənd adı. == Tarixi == Araçın -Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Talin rayonunda kənd adı. XX əsrin 30-cu illərində kənd ermənicə Davidaşen adlandırılmışdır. Həmçinin Araçın Ermənistanda Zəngəzur dağ silsiləsində zirvələrdən birinin adıdır. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
Arhavi
Arhavi (türk. Arhavi; gürc. არქაბი/Arkabi) —Türkiyənin Qara dəniz regionuna daxil olan Artvin ilinin rayonlarından biri və həmin rayonun inzibati mərkəzi. 2021-ci ildə aparılmış əhalinin siyahıyaalınmasına əsasən distriktdə 21.661 nəfər yaşayır. Arhavi Artvin ilinin dördüncü ən böyük rayondur. Şəhər əhalisinin sayına görə Artvin ilində Artvin və Hopadan sonra ən böyük üçüncü şəhər sayılır. Arhavi əhalisinin mütləq əksəriyyətini lazlar və etnik gürcülər təşkil etməkdədir. Relyefi dərə və dağlıqdır. Rayon mərkəzinin sahəsi təqribən 6 km², ümumi rayon sahəsi isə 314 km²-dir. Sahil xəttinin uzunluğu 9,69 km-dir.
Andrey Arşavin
Andrey Arşavin (rus. Андре́й Серге́евич Арша́вин; d. 29.5.1981, Sankt-Peterburq, Rusiya SFSR, SSRİ) — futbol üzrə Rusiya yığmasının keçmiş kapitanı, Rusiyanın Zenit Sankt-Peterburq klubunun oyunçusu. == Həyatı == Andrey Arşavin Sankt Peterburqda doğulub. Atası həvəskar futbolçu olub. == Ailəsi == Alisa evli olub və iki uşağı var. Cütlük Londonda hələ Arşavin Arsenalda oynadığı vaxtda tanış olublar. Onlar birgə basketbol oyununda paparazzilərin kamerasına tuş gəliblər. May ayının sonlarında futbolçu yeni sevgilisi ilə birgə Mayaminin tanınmış çimərliklərindən birində görünüb. Arşavin həyat yoldaşı ilə boşanıb.
Arayik Arutünyan
Arayik Vladimiri Harutunyan (erm. Արայիկ Վլադիմիրի Հարությունյան, 14 dekabr 1973, Stepanakert, Azərbaycan SSR, SSRİ) — Qondarma Dağlıq Qarabağ Respublikasının baş naziri (14 sentyabr 2007 – 25 sentyabr 2017), dövlət naziri (2017–2018), başçısı (21 may 2020 – 31 avqust 2023). == Həyatı == Arayik Harutyunyan 14 dekabr 1973-cü ildə Azərbaycanın Xankəndi şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyevin verdiyi məlumata görə Arayik Harutyunyan Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi zərbə nəticəsində gizləndiyi bunkerdə ağır yaralanmışdır. 31 oktyabr 2020 tarixində onun öldürüldüyü barədə iddiaları yayılmışdır. Ermənistan tərəfini bunu inkar etsədə, onun həyatda olduğuna dair bir sübut təqdim etməmişdir. 31 avqust 2023-cü ildə qondarma respublikanın prezidenti vəzifəsindən istefa verib. Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində 2023-cü il 3 oktyabr tarixində Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilmişdir. == Təhsili == 1990 — Xankəndi şəhərində fizika-riyaziyyat təmayüllü məktəbi bitirmiş və elə həmin il Ermənistan Xalq Təsərrüfatı İnstitutuna qəbul olunmuşdur. 1994–1995 — Xankəndi Pedaqoji İnstitutunun (sonradan Arsax Dövlət Universiteti adlandırılan) iqtisadiyyat fakültəsində təhsil almışdır.
Arayik Harutyunyan

Arazın səsi
Altayın Qızıl Dağları
Altayın Qızıl Dağları — 1998-ci ildə YUNESKO Altay dağlarının Rusiyadakı üç hissəsini Dünya İrsi daxil edib belə adlandırdı: Altay Təbiət Qoruğu və Teletskoye gölünün bufer zonası (965,753 ha); Beluxa dağının Katunski ehtiyat və bufer zonası (392,800 ha); Ukok Yaylası (252.904 ha). Qorunan ərazinin ümumi sahəsi 16 178 km²-dir. Bu ərazilərin seçimi, ümumilikdə Sibirdə alp bitki örtüyü zonalarının: çöl, meşə-çöl, qarışıq meşələr, subalp və alp zonalarını təmsil etmələri ilə bağlıdır. Bundan əlavə, qar bəbiri, Sibir dağ keçisi və Altay arkalı kimi nadir heyvanların populyasiyasının qorunması üçün bu ərazilərin əhəmiyyəti nəzərə alınmışdır. Mühafizə zonasında Pazırık məzarlığının yerləşdiyi bəzi yerlər var. Təbiəti Qoruma üzrə Beynəlxalq Birlik bu ərazilərin xüsusi qorunan statusa zəmanət verməli olduqları Dünya İrs Siyahısına daxil edilməsinə baxmayaraq burada brakonyerliyin çiçəklənməkdə davam etməsindən narahatdır. Ekoloqlar həmçinin Ukokdan Çinə gedən Koş-Aqağdan qaz kəməri və ekspress magistral yolunun çəkilişi layihəsindən narahatdırlar. == İstinadlar == == Ədəbiyyat == Рудой А. Н. . Обратная сторона Луны? (Алтайский вестник).
Azan (Arkadın oğlu)
Azan ( q.yun. Ἀζᾶν ) — qədim yunan mifologiyasında Arkadiyadan olan personaj, Arkad və Eratonun oğlu. Ölkənin onun hissəsi Azaniya kimi tanındı. Azaniyadan olan kolonistlər daha sonra Frigiyada yaşayırdılar. İlk dəfə onun şərəfinə oyunlar quraşdırılmışdır. Klitorisin atası olmuşdur.
Abayın qara sözləri
Abayın qara sözləri (qaz. Абайдың қара сөздері) — Qazaxıstan akını və pedaqoqu Abay Kunanbayevin 45 qısa məsəl və fəlsəfi traktatdan ibarət fundamental əsəri. Nəsrdə yazılmış bu poemada milli tərbiyə və dünyagörüşü, əxlaq və hüquq problemləri, qazaxların tarixi qaldırılır. Abay "Qara sözləri"ni ömrünün son illərində yazmışdır. O, bu dövrdə gücün vəsvəsələrini və torpaq işlərinin sıxıntılarını bilirdi, xalqı tanıyırdı və əzizlərini itirmişdi. Bu poemalar hər yeni əlyazma kitabına daxil edilərək paylanmışdır. "Qara sözlər"in bəziləri ilk dəfə akinin ölümündən sonra 1918-ci ildə "Abay" jurnalının səhifələrində çap edilmişdir. Kitabdan bir çox qənaət və ibrətamiz nəticələr bu gün aktualdır. Əsər xalqın köhnə, köksüz problemlərini dəqiq təsvir edir. == Tərcümələr == Abayın əsərləri dünyanın bir çox dillərinə, o cümlədən rus, Çin, fransız və başqa dillərə tərcümə edilmişdir.
Arayış (film, 1986)
Arazın o tayında
Arazın o tayında (vokal-simfonik poema)
Arazın səsi (qəzet)
Arazın sahillərində (film, 1953)
Arazın sahillərində tammetrajlı sənədli filmi rejissor Muxtar Dadaşov tərəfindən 1953-cü ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır. == Məzmun == Film Araz çayının hər iki sahillərində yaşayan bir xalqın-azərbaycanlıların taleyi haqqındadır.
Tarixi-aləm arayi-Əmini
Tarix–i aləm aray–i Əmini (fars. تاریخ عالم آرای امینی) — Ağqoyunlu xanədanlığı tarixi haqqında Fəzlullah ibn Ruzbehan Xunci tərəfindən farsca yazılmış kitab. Əsasən Ağqoyunlu dövlətinin çiçəklənmə dövrü olan Sultan Yaqubun hakimiyyəti zamanı baş vermiş hadisələrdən bəhs edir. Ruzbehan kitabı Sultan Yaqubun hakimiyyəti dövründə (hicri 884–896–cı illər) yazmağa başlamış və Sultan Baysunqurun hakimiyyəti zamanı (hicri 896–897–ci illər) isə sona çatdırmışdır. Persia in A. D. 1478 – 1490: an abridged translation of Faḍlullāh b. Rūzbihān Khunjī's Tārīkh-i ʻālam-ārā-yi Amīnī. Royal Asiatic Society monographs: volume 26. London: The Royal Asiatic Society of Great Britain and Ireland, sold by its agents Luzac and Company, 1957, 136 pages. (fars.) (ing.) Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини.
Arazın o tayında (film, 1947)
Arazın o tayında tammetrajlı sənədli filmi rejissor Esfir Şub tərəfindən 1947-ci ildə çəkilmişdir. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. == Məzmun == Tammetrajlı publisistik film 1945-1946-cı illərdə Güney Azərbaycanda baş verən hadisələri ekranda canlandırır. Filmdə Güney Azərbaycanda müxtəlif illərdə çəkilmiş zəngin kinomateriallardan istifadə edilmişdir. Film burada xalqın öz azadlıq və müstəqilliyi uğrunda apardığı mübarizəni, ölkədə gedən demokratik hərəkatı tərənnüm edir, filmdə öz xalqına qəlbən bağlı olan adamlar- Şeyx Xiyabanı, Səttar xan, Bağır xan, Pişəvəri, Qulam Yəhya və başqaları haqqında söhbət açılır. Coşub daşan, gur Araz çayı çox hadisələrin şahidi olub, başı qarlı Savalan dağı, çiçəkləyən meyvə bağları, tarixi memarlıq abidələri, milli-azadlıq hərəkatı döyüşçülərinin qərargahına çevrilmiş uzaq dağ yerləri, qayaüstü təsvirlər Güney Azərbaycanının koloritli obrazını yaradır. == Film haqqında == Filmi montaj etmək üçün operator Muxtar Dadaşov o vaxt məşhur montajçı və rejissor olan Esfir Şubu dəvət etmişdi. Esfir Şub İranda çəkilişlərdə iştirak etməmişdi, yalnız çəkilmiş materiallara quruluş vermişdi. Sonralar Esfir Şub titrlərdə rejissor olaraq Muxtar Dadaşovun da adının yazılmasını təklif etsə də M.Dadaşov imtina etdi.
Arazın o tayında (vokal-simfonik poema)
Arazın o tayında — bəstəkar Cahangir Cahangirov tərəfindən 1949-cu ildə yazılmış vokal-simfonik poema. Əsərdə 1940-cı illərdə Cənubi Azərbaycanda baş verən hadisələr təsvir olunmuşdur. Bəstəkarın bu əsəri azadlıq mübarizəsi mövzusunda yazılmışdır. Bəstəkar Cahangir Cahangirovun "Arazın o tayında" vokal-simfonik poeması ona şöhrət gətirən ilk genişmiqyaslı əsərlərindən biridir. Xor, solist və simfonik orkestr üçün bəstələnən vokal-simfonik poema Cənubi Azərbaycandan olan şairlər – Mədinə Gülgün və Əli Tudənin sözlərinə yazılmışdır. Bəstəkarın əsas yaradıcılıq istiqamətini müəyyənləşdirən və inkişaf etdirən cəhətlər bu əsərdə ilk dəfə özünü büruzə vermişdir. Cahangir Cahangirov musiqisinə xas olan epik-nəqledicilik xüsusiyyəti, poemanın əvvəlində və köməkçi partiyada hiss olunur. Poemanın proqramlı fikri ardıcıllıqla sonata formasında verilir. Poemada forma ənənəvi deyil, o, musiqi obrazlarının təşəkkülü prosesində meydana gəlir və üzvi olaraq simfonik inkişafda həyata keçirilir. Poemanın əsas partiyası – təsirli, qəti çağırışlıdır.
Arazın o tayında (vokal-xoreoqrafik poema)

Arazın o tayında ərəb şriftidir (film, 1945)
Arazın o tayında ərəb şriftidir qısametrajlı sənədli 1945-ci ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == Məzmun == Kinolent Arazın o tayında, Güney Azərbaycanında yazılarda ərəb əlifbasından istifadə olunduğundan danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 109-113.