Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Basuto
Basuto — Cənubi Afrikada yaşayan xalqdır. Lesoto Krallığı əhalisinin 98% təşkil edir. CAR-da Lesoto ilə qonşu reqionlarda məskunlaşır. Soto ya daha düzgün - sesoto dilində danıșırlar. Cənubi Afrikaya XV -XVI əsrlərdə indiki Şərqi Afrika reqionlarından köçməyə başladılar.
Başneft
Başneft — Rosneftin tərkibinə daxil olan neft şirkəti. Şirkətin baş ofisi Başqırdıstanın paytaxtı Ufa şəhərindədir. == Başqırdıstan nefti == Başqırdıstanda 140-dan çox neft yatağı var. Bu yataqlardan ən böyükləri Tuymazı və Agizel çaylarının aşağı axarlarında yerləşir. Həmçinin burada təbii qaz həm sərbəst halda həmçinin neftlə bərabər çıxır. == Tarixi == "Başneft"-in yaradılması Başqırdıstanda neft sənayesinin inkişafına səbəb oldu. İlk dəfə 16 may 1932-ci ildə mühəndis-geoloq A.A.Bloxinin başçılığı ilə İşimbay şəhərində İşimbay neft yatağının açılışı oldu. "Başneft" 1946-ci ildə "Başneftkimya kombinatının" bazası üzərində yaradıldı. Bu zaman bir çox müəssisələr bu müəssisəyə birləşdirildi. Belə ki, 1954-cü ildə bu müəssisə SSRİ-də neft istehsalı üzrə ən böyük birləşmiş müəssisə oldu.
Bismut
Bismut (Bi) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 83-cü element. == Tarixi == XVIII əsrə qədər bu metal Avropa əlkimyaçılarının işlərində tez-tez rast gəlinirdi. Bismut sözünün mənşəyi məlum deyil. Bir fərziyyəyə görə o, təhrif olunmuş alman sözləri "wis" və "mat"dan yaranıb "ağ kütlə" deməkdir. Bitkilərdə bismut aşkar olunmamışdır. Heyvanlarda bismutun miqdarı külə ilə 0,00002%-dir. == İnsan orqanizmində bismut == Insan orqanizminə bismut qida ilə, həmçinin hava və su vasitəsi ilə daxil olur və bu, sutkada 5-20 mkq-dır. Bismut insan orqanizminə müxtəlif orqanlarda və toxumalarda aşkar olmuşdur: qanda, əzələlərdə, saçlarda, böyrəklərdə, sümüklərdə, baş beyində və s. Bismut qara ciyərdə, dalaqda və sümüklərdə toplanır. Bismut bəzi zülalların sintezi prosesində iştirak edir, böyrəklərin strukturunu əmələ gətirir.
Kaşrut
Koşer və ya Kaşer (İvrit: כשׁר; Sefarad Yahudilerince Kaşer, Aşkenaz Yahudilerince Koşer deyə tələffüz edilir) — Yəhudiliyə görə; yeyilməsi və istifadəsi qorxulu olmayan halal məhsullardır. Bunları təyin edən qaydalara isə Kaşerut ya da Kaşrut qaydaları adı verilər. Yəhudiliyə görə; yeyilməsi sərbəst və ya qadağan olan heyvanların siyahısı Tövratda verilmişdir. Buna görə: Quruda yaşayanlardan gevşiyən və cüt dırnaqlı olan heyvanların yeyilməsi sərbəst, bu xüsusiyyəti daşımayanlar isə qadağandır; bunlara əlavə olaraq donuz, dovşan və dəvə əti qadağandır. Hər cür böcək, sürünən və gəmirici yeyilməsi qadağandır. Quşlardan Tövratda adı keçən iyirmi quş xaricində qalanların yeyilməsi qadağandır. Balıqlardan pullu və üzgəci olanlar xaricində qalanların, qabıqlı heyvanların (midye, istridyə) və sprut, kalmar, xərçəng, krevet, kerevit, xərçəng, dəniz şabalıdının yeyilməsi qadağandır. Yeyilməsi qadağan olan heyvanlardan çıxan yumurta, süd kimi hər cür məhsulun (bal xaric) yeyilməsi qadağandır. Yeyilməsi sərbəst olan heyvanların seqmentinin şehita adı verilən xüsusi bir seqment texnikası ilə bu işin təhsilini almış və anatomiya məlumatı olan şohet adında səlahiyyətli tərəfindən edilməsi lazımlıdır. Şehita təhsilini almamış adam tərəfindən və ya şehita qaydalarına uyulmadan edilmiş seqment heyvanın ətini trefa (mundar) hala gətirər.
Maskut
Məsqət — tarixi Azərbaycan ərazisinin bir hissəsi. Massaget tayfalarının məskunlaşdığı həmin ərazi e.ə. VII əsrdən müstəqil Massaget şahlığının ərazisi olsa da, sonradan Qafqaz Albaniyasının, daha sonra isə Şirvanşahlar dövlətinin tərkibinə daxil olmuşdur. Ərazidə ilk siyasi qurum olan Massaget şahlığı isə daha çox fars Əhəməni şahı II Kirin başını kəsərək qətlə yetirmiş cəsur qadın hökmdar Tomrisin adıyla məşhurlaşmışdır. == Tarixi == V–VII əsr erməni mənbələri maskut tayfalarının məskunlaşdıqları Məsqət vilayətinin adını çəkirlər. Sonralar IX–X əsr ərəb mənbələrində Samur çayı, Xəzər dənizi, ləkzlər ölkəsi və Şəbəranla həmsərhəd olan bərəkətli Məsqət – Maskut (indiki Müşkur) vilayətlərindən bəhs edilir. Onun ilkin adı – Maskut, yaxud Maşkut qədim massagetlərin adı ilə bağlıdır.Ammian Marsellinə (IV əsr) görə, alanlar qədim massagetlərdir və deməli, Məsqətin qədim sakinləridir. "Tarix-i əl-Bab"da Şirvana və Dərbəndə hücumlar edən alanların adı dəfələrlə çəkilir. Dərbəndin cənubunun hidronimikasında, ehtimal ki, alan dili leksikasına mənsub olan Rubas ("Tülkü") və Samur çay adları qalmışdır. Lakin Şirvan Xilafət tərəfindən istila edildikdən sonra bu vilayətin adını eşidən ərəblər onun Fars körfəzi sahillərindəki ərəb əmirliyi ilə həmahəng səsləndiyini görüb onu Məsqət adlandırmağa başladılar.
Bastet
Bast (Bastet, Baset, Ubasti və ya Pasht) Qədim Misirdə 𓎰𓏏𓏏 və bu dilin müasir davamı sayılan kopt dilində Ⲟⲩⲃⲁⲥⲧⲉ kimi yazılır. Bastet və ya Bast Misir mifologiyasındakı tanrıçalardan biridir. Per-Bast (yun. Bubastis, müasir Zaqazıq yaxınlığında), öz kultunun mərkəzində yerləşən və tarixçi Herodotun salnamələri tərəfindən tanınan delta şəhəri, əsas pişik ilahəsi Bast qədim ilahə idi və ən azı o vaxtdan bəri sitayiş edilirdi. İkinci sülalə. Par-Bast kult mərkəzində qazıntılar zamanı mumiyalanmış müqəddəs pişiklərin qəbiristanlığı da aşkar edilmişdir . Əvvəlcə o, Aşağı Misirin himayədar ilahəsi idi və vəhşi aslan kimi təsvir edilmişdir. Əslində onun adı (qadın) "yeyən, (yeyərək) məhv edən" mənasındadır. Onun ev pişikləri ilə eyniləşdirilməsi və bu şəkildə təsviri eramızdan əvvəl 1456-cı ildə başlamışdır. Qoruyucu ilahə kimi o, fironun müdafiəçisi və qoruyucusu kimi görünürdü.
Bamut
Bamut (Çeçen. Bummat) kəndi Çeçenistan Respublikasının Açxoy-Martan rayonunda yerləşir. Bamut kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Fortanqa çayının sahilində, Açxoy-Martan rayonunun regional mərkəzindən 8 km cənub-qərbdə və Qroznı şəhərindən 50 km məsafədə yerləşir. Ən yaxın yaşayış məntəqələri: şimalda Assinovskaya və Yeni Şaroy kəndi, şimal-qərbdə Nesterovskaya kəndi, cənub-qərbdə Arştı kəndi, cənub-şərqdə Köhnə Açxoy, Yandi və Şalaşi kəndləri, şərqdə Katır-Yurt kəndidir. == Tarix == Fortanqa sahillərində yerləşən bu dağətəyi kənd nə vaxt qurulduğu haqqında dəqiq məlumat yoxdur. Rus tarixi sənədlərində tapılan istinadlar arasında birincisi, general Ermolovun Orstxoy-Martan və Bamutun yandırılması barədə məruzəsidir. Bu, 1818-ci ildə baş verdiyindən, kəndin ən az iki əsr yaşı olduğu bildirilir. Yalnız burada, iki əsrlik tarixində Bamut çox qısa bir müddət ərzində sakit bir dövr sürdü. Beləliklə, 1864-cü ildə Qafqaz müharibəsində yenidən praktik olaraq məhv edildi və bütün sakinlər Türkiyəyə köçürüldü.
Banat
Banat - Çənub-Şərqi Avropada tarixi vilayət: şərqdə Transilvaniya Alp dağları, qərbdə Tisa çayı, şimalda Mureş çayı, cənubda Dunay çayı ilə sərhədlənir. Banat XII əsrdən Macar krallığının tərkibində olmuş, XVI əsrdə Osmanlı imperiyasının torpaqlarına qatılmışdır. Pojarevats sülh müqaviləsinə (1718) görə Habsburqların hakimiyyətinə keçmişdir. Kolonizasiya prosesləri nəticəsində formalaşan Banat əhalisinin çoxmillətli tərkibi rumınlar, serblər, xorvatlar, macarlar, slovaklar, almanlar və başqalarından ibarət idi. Trianon sülh müqaviləsinin (1920) şərtlərinə görə Rumıniya (şərq hissəsi) ilə Serblərin, Xorvatların və Slovenlərin krallığı (1929-cu ildən Yuqoslaviya: qərb hissəsi) arasında bölüşdürüldü. Hazırda Banat ərazisi Serbiya və Rumıniyanın tərkibindədir. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, III cild, Bakı, 2011, səh.157.
Basat
Basat — Dastanda işlənən antroponimlərdən biri. Daş Oğuz bəyi. Aruzun kiçik oğlu, Qiyan Selciyin qardaşı. Təpəgözü öldürən qəhrəman. Eposun "Basat Təpəgözü öldürdüyü boy"u Basatın adı ilə bağlıdır. "V.V.Bartoldun tərcüməsində bu ad "Bisat" kimi verilmişdir. Lakin D-də sözün yazılışı da, Aruz qocanın itmiş oğlu haqqında ilxıçının verdiyi məlumat da ("At basubən qan sümürər") göstərir ki, həmin adı "Basat" kimi oxuyub-yazmaq doğrudur". Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən "Basat" antroponimi Türkiyə antroponimləri sistemində işlənməkdədir. Orxon Şaiq Gökyay Ali Rza Yalmanın "Türkmən oymakları" kitabına əsaslanaraq göstərir ki, "Basat" Güney Anadoluda "Busat" kimi işlənir.. "Dədə Qorqud" dastanında adama oxşayan şirə "Basat" adının verilmə səbəbi aydın şəkildə təsvir edilmişdir.
Barnet borosu
Barnet borosu (ing. London Borough of Barnet) - 32 London borosundan biri. Böyük Londonun şimalında yerləşir. == Tarix == Rayon 1 aprel 1965 ildə yaradılmışdır.
Barnum effekti
Barnum effekti və ya Forer effekti — teoremi yaradan alimin adıyla bağlı "Forer effekti", bu təsiri iş modeli olaraq istifadə edən XIX əsrlərdə məşhurluq qazanmış amerikalı şoumen Fineas Teylor Barnumun şərəfinə "Barnum effekti" adlandırılan sosial-psixoloji fenomendir. İnsanların bir sıra ümumi xüsusiyyətlərin yalnız onlara məxsus olduqlarına inanma halıdır. Barnum deyirdi: “Hər 1 dəqiqədə dünyada 1 axmaq dünyaya gəlir və onların hər birinə təklif edə biləcəyim şeylər var”.Barnum effektinin mahiyyəti bundan ibarətdir: insanlar onların şəxsiyyəti, gələcəyi barəsində yazılmış məlumatların fərdi olaraq məhz onlar üçün yaradıldığını güman edir. Lakin bu məlumatlar özlüyündə ümumidir və çox uğurlu şəkildə digər insanlara da aid edilə bilər. Nümunələri ilə gündəlik həyatda tez-tez rastlaşdığımız effekt 1948-ci ildə Forer adlı alimin universitetdə öz tələbələri ilə apardığı bir sınaq nəticəsində psixologiyaya qazandırılmışdır. Belə ki, professor tələbələrinə onların sınaq nəticələri əsasında psixoloji analiz etdiyini dedi və sonda hər bir tələbədən ortaya çıxan 9 nəticənin nə dərəcədə onları ifadə etdiyini 0-5 arası bir rəqəmlə qiymətləndirmələrini istədi. "Əvvəldə soyuq biri kimi görünsəniz də, qarşınızdakı insanı tanıdıqca istiqanlı və söhbətcil olursunuz", "əsl dost adlandıra biləcəyiniz və hər şeyi bölüşə biləcəyiniz yalnız 2-3 nəfər var", "öz yararınıza çevirə bildiyiniz halda çox güclü və vacib bir potensiala sahibsiniz" kimi analizlərin olduğu kağızlar əslində hər bir tələbədə eyni idi. Ancaq onlar bunu bilmirdilər və hər bir analizi xüsusilə onlara aidmiş kimi dəyərləndirdilər. Bir auditoriya dolusu tələbələrdən çıxan yekun nəticə 5 üzərindən 4.26 kimi ağlasığmaz bir rəqəm idi. Alimlər Barnum effektini adətən astroloji qoroskoplar, falçılıq, sosionika, homeopatiya və digər yalançı elmlərə aid edir.
Bayqut (Məlikan)
Bayqut (fars. بايقوت‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 3,414 nəfər yaşayır (792 ailə).
Bismut oksid
Bismut oksid (II)
Boris Barnet
Boris Vasilyeviç Barnet (5 (18) iyun 1902, Moskva – 8 yanvar 1965[…], Riqa, SSRİ) — sovet aktyoru. == Həyatı == Boris Barnet 18 iyun 1902-ci ildə Moskvada anadan olub. MXT-nin studiyasında butaforçu olaraq çalışmağa başlayıb. 1925-ci ildən müxtəlif studiyalarda filmlər çəkib və aktyor kimi çəkilib. Azərbaycan kinosunda fəaliyyət göstərib. Rusiyanın əməkdar artisti (1935), SSRİ dövlət mükafatı laureatı (1948), Ukraynanın əməkdar incəsənət xadimi (1951) Boris Barnet 8 yanvar 1965-ci ildə vəfat edib.
Cami Baykut
Əbdülqədir Cami Baykurt (1 yanvar 1877, Konstantinopol – 5 noyabr 1949 və ya 4 noyabr 1949, Ankara) — türk əsgəri və siyasətçisi. 1-ci çağırış parlament deputatı olan və Mustafa Kamal Paşanın rəhbərlik etdiyi İcraiyyə Komitəsinin I. müavinlərinin ilk iki ayında Daxili İşlər üzrə vəkillik etmiş bir siyasətçidir. Bu mənada Türkiyənin ilk daxili işlər naziridir. İslami sosializm ilə bağlı fikirləri ilə tanınmışdır. Cümhuriyyətdən əvvəl, Osmanlı İmperatorluğunun Tripoli vilayətində əsgər kimi xidmət etmiş və orada xatirələrini yazaraq Osmanlı Afrikası mövzusunda əhəmiyyətli bir əsər buraxmışdır. Beşiktaş Gimnastika Klubunun qurucu üzvüdür. == Həyatı == 1876-cı ildə anadan olub. Onun doğulduğu yer müxtəlif mənbələrdə İstanbul kimi göstərilir, ancaq TBMM-nin arxivindəki bir sənəddə Bağdad kimi göstərilir. Atası Hacı Mehmet Münir Paşa, anası Ayşe Hanımdır. Ailəsinin verdiyi ad "Əbdülqadir" idi.
İlker Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
İlkər Başbuğ
İlker Başbuğ (türk. İlker Başbuğ; 29 aprel 1943, Afyonkarahisar) — Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının 26-cı rəisi.
Baxmut müharibəsi
Baxmut müharibəsi — Ukrayna Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında Baxmut şəhərində və onun yaxınlığında davam edən hərbi əməliyyatlar seriyasıdır. Baxmutun atəşə tutulması 2022-ci ilin mayında başlasa da, şəhərə qarşı əsas hücum avqustun 1-də Rusiya qüvvələrinin Ukraynanın həmin cəbhədən geri çəkilməsindən sonra Popasna istiqamətindən irəliləməsindən sonra başladı. Əsas hücum qüvvəsi, ilk növbədə, nizami rus qoşunları, DXR və LPR separatçı elementləri tərəfindən dəstəklənən Rusiyanın yarımhərbiləşdirilmiş təşkilatı Vaqner qrupunun muzdlularından ibarətdir.2022-ci ilin sonlarına kimi, Ukraynanın Xarkov və Xerson əks-hücumlarından sonra Baxmut-Soledar cəbhəsi Ukraynada bir neçə cəbhə xəttindən biri olmaqla müharibənin mühüm mərkəzinə çevrildi. Şəhərə hücumlar 2022-ci ilin noyabrında gücləndi, bu zaman hücum edən rus qoşunları Xerson cəbhəsindən köçürülən bölmələr və yeni səfərbər edilmiş əsgərlərlə birlikdə gücləndirildi.. Bu vaxta qədər cəbhə xəttinin çox hissəsi mövqeli səngər döyüşlərinə enmişdi, hər iki tərəf heç bir əhəmiyyətli irəliləyiş olmadan yüksək itkilərə məruz qalmışdı. Baxmut sektorundakı döyüşlərin intensivliyi I və II Dünya Müharibələri ilə müqayisə edilmişdir. 2023-cü ilin martına qədər rus qoşunları şəhərin şərq yarısını, Baxmutka çayına qədər ələ keçirdi.
Baxmut döyüşü
Baxmut müharibəsi — Ukrayna Silahlı Qüvvələri ilə Rusiya Silahlı Qüvvələri arasında Baxmut şəhərində və onun yaxınlığında davam edən hərbi əməliyyatlar seriyasıdır. Baxmutun atəşə tutulması 2022-ci ilin mayında başlasa da, şəhərə qarşı əsas hücum avqustun 1-də Rusiya qüvvələrinin Ukraynanın həmin cəbhədən geri çəkilməsindən sonra Popasna istiqamətindən irəliləməsindən sonra başladı. Əsas hücum qüvvəsi, ilk növbədə, nizami rus qoşunları, DXR və LPR separatçı elementləri tərəfindən dəstəklənən Rusiyanın yarımhərbiləşdirilmiş təşkilatı Vaqner qrupunun muzdlularından ibarətdir.2022-ci ilin sonlarına kimi, Ukraynanın Xarkov və Xerson əks-hücumlarından sonra Baxmut-Soledar cəbhəsi Ukraynada bir neçə cəbhə xəttindən biri olmaqla müharibənin mühüm mərkəzinə çevrildi. Şəhərə hücumlar 2022-ci ilin noyabrında gücləndi, bu zaman hücum edən rus qoşunları Xerson cəbhəsindən köçürülən bölmələr və yeni səfərbər edilmiş əsgərlərlə birlikdə gücləndirildi.. Bu vaxta qədər cəbhə xəttinin çox hissəsi mövqeli səngər döyüşlərinə enmişdi, hər iki tərəf heç bir əhəmiyyətli irəliləyiş olmadan yüksək itkilərə məruz qalmışdı. Baxmut sektorundakı döyüşlərin intensivliyi I və II Dünya Müharibələri ilə müqayisə edilmişdir. 2023-cü ilin martına qədər rus qoşunları şəhərin şərq yarısını, Baxmutka çayına qədər ələ keçirdi.
Başt
Başt — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Başt şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,269 nəfər və 1,561 ailədən ibarət idi.
Banat Batırova
Banat Hairullovna Batırova (16 dekabr 1904, Staromusino[d], Ufa qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 19 iyul 1970, Staromusino[d], Başqırd MSSR) — Başqırdıstan Muxtar Sovet Sosialist Respublikasında Sosialist Əməyi Qəhrəmanı ünvanını qazanan ilk qadın, Başqırdıstan Ali Sovetinin II, III və IV çağırış millət vəkili. == Həyatı == Banat Batırova 16 dekabr 1904-cü ildə (bəzi mənbələrə görə 1902-ci ildə) Ufada böyük bir ailənin uşağı olaraq dünyaya gəlmişdir. Atasının erkən yaşda ölməsindən sonra Batırova 6 yaşında işləməyə başladı ana anasına kömək etdi. 1921-ci ildə evləndi və Utyaqanovoya köçdü.1932-ci ildə kolxozun çuğundur istehsalçıları zəncirinin üzvü oldu. İkinci Dünya müharibəsi başladıqdan sonra kişilərin müharibəyə getməsindən sonra kolxoz istehsalatında qadınlar böyük payla işləməyə başladı. 1943-cü ildə Batırova həyat yoldaşını müharibədə itirdi. 1946-cı ildə Batırova 500-dən çox hektar ərazidən şəkər çuğunduru toxumları toplamağı bacardı. Çuğundur məhsul rekorduna görə 1948-ci ildə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. Bundan əlavə, "Lenin" ordeni ilə də təltif edildi.1960-cı ildə təqaüdə ayrıldı, lakin 19 iyul 1970-a, yəni vəfatına qədər öz kəndində yaşadı. Banat Batırova Başqırdıstan Ali Sovetində II, III və IV (1947–1959) çağırış millət vəkili olmuşdur.
Banat bolqarları
Banat bolqarları və ya Palçane — Banat vilayətində yaşayan bolqarların etnik qrupu. Yazılı ədəbiyyatda banat-bolqar dilindən istifadə edirlər. Banat bolqarlarının çoxu Pavlikanlar hərəkatının üzvü olmuşların törəmələridir. Yazıda latın əlifbasından istifadə edirlər. Banat bolqarlarının böyük əksəriyyəti katolikdir. == Həyat və mədəniyyət == Mədəni anlamda banat bolqarları 1866-cı ilə qədər xorvatların təsir dairəsində olmuşdur. Onların kilsə xadimlərinin böyük əksəriyyəti xorvat idi, üstəlik uşaqları xorvat dilində təhsil alırdı. Bununla belə məhs bu dövrdə xorvat və macar latın əlifbası əsasında banat danışığına uyğun əlifba tərtib edilir. Bu işdə maraqlı olan müəllimlər (bolqar və alman) kitabları tərcümə edir, dərsliklər tərtib edir və yerli ləhcədə qəzet buraxırdılar. Ancaq 1899-cu ildə Macar hakimiyyəti ölkədə macvar dilinin məcburi şəkildə tətbiqinə və yerli ləhcələrin qadağan olunmasına başlayır.
Bantu dilləri
Bantu dilləri ailəsi — Afrikanın orta və cənubi bölgələrində yaygın olaraq danışılan Suahili, Zulu, Çuana, Konqo, Mongo, Gonda və başqa dillərdən oluşur. Bu dil ailəsinin ən çox tanınan dilləri Keniya, Uqanda, Tanzaniya ve Konqoda 15 milyon nəfər tərəfindən danışılan Suahilidir.
Basit Rüstəmov
Basit İdris oğlu Rüstəmov (3 iyun 1996, Xok, Naxçıvan Muxtar Respublikası – 9 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Basit Rüstəmov 2 iyun 1996-ci ildə Kəngərli rayonunun,Xok kəndində anadan olub. == Hərbi xidməti == Basit Rüstəmov 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. 2019-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 27 sentyabrda başlayacaq və 44 gün davam edəcək olan Qarabağ müharibəsində XTQ'nin sıralarında Qarabağa yollanmaq üçün könüllü olur. 19 noyabrda doğulduğu Xok kəndində son mənzilə yola salınır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Səfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Davud Abasov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.