Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanqo
Tanqo - XIX əsrin sonlarında meydana gəlmiş musiqi janrı və onunla assosiasiya olunan rəqs. Tanqo Montevideo və Buenos-Ayresin yoxsul məhəllələrində yaranmış, lakin sonradan bütün dünyaya yayılaraq dünya rəqs incilərinin sırasına qoşulmuşdur. Xorxe Luis Borxes tanqonu Uruqvay rəqsi milonqanın oğlu və habaneranın nəvəsi adlandırmışdı, lakin tanqo öz mənşəyini milonqa və habanera ilə yanaşı, həm də polka rəqsindən götürür. Başlanğıcda kreol tanqosu adlanan bu rəqs və musiqinin hal-hazırda Argentina tanqosu, Uruqvay tanqosu, fin tanqosu və bal tanqosu kimi geniş yayılmış növləri var. Tanqo adının Afrika tamtamlarının çıxardığı tan-qo səslərindən, ya da Latınca toxunmaq mənasını verən tangere sözündən götürüldüyü ehtimal edilir. Bu illərdə yaşanan müharibələr, aclıq və susuzluq əhalini depressiyaya salırdı. Bu zaman əhalinin depressiyadan çıxmasının tək səbəbi tanqo olurdu. İnsanlar tanqo ilə hirslərini, yalnızlıqlarını, sevgilərini və qısacası həyatlarını anladırdılar. Məşhur argentinalı müğənni və kinoaktyor Karlos Qardelin doğum tarixi olan 11 dekabr Argentinanın paytaxtı Buenos-Ayresdə hər il "Tanqo günü" kimi qeyd edilir.
Manqo
Manqo (bitki) — püstəkimilər fəsiləsinə aid bitki cinsi. Manqo (şəhər) (fr. Mango) — Toqoda şəhər. Manqo (ada) (fici Mago) — Ficidə ada. Manqo (İtaliya) (it. Mango) — İtaliyada kommuna. Manqo (dəniz) (ing. Mango Lake) — ABŞ Floridada dəniz. Manqo (çay) — Yeni Zelandiyada çay Manqo (milli park) — Avstraliyada milli park. Manqo (mağaza) — Rusiyada ticarət nişanı Manqo (film, 2008) — Avstraliya filmi.
Tanto
Tanto (yap. 短刀; Qısa qılınc) — Feodal Yaponiyada samuraylar tərəfindən işlənən yapon qılıncı (nihonto). Ümumiyyətlə tək, bəzən də cüt tərəfli tanto — 1 şaku (15–30 cm) uzunluğundadır.
Tanxo
Tanxo — Mərkəzi Asiya dövlətlərində kiçik torpaq mülkiyyəti forması, yalnız hərbi xidmət müqabilində verilirdi.[mənbə göstərin] yalniz herbi xidmet muqbilinde verilirdi.Merkezi asiya xanliqlarinda esas torpaq mulkiyyeti formalarindan biridir.tanxo dovlete xidmet muqabilinde verilirdi.
Yango
Yango bir çox xidmət göstərən texnoloji xidmətlər ekosistemidir. Məsələn: taksi, çatdırılma və e-mağaza xidməti və s. Yango Azərbaycanda daxil olmaqla, Avropa, Afrika, Yaxın Şərq və Cənubi Amerikada fəaliyyət göstərir və mobil proqram vasitəsilə əlçatandır. Yango Hollandiyada yerləşən Ridetech International BV şirkəti, əvvəllər Yandex Taxi BV, Rusiya İT konqlomeratı Yandex MMC üçün Hollandiyada qeydiyyatdan keçmiş holdinq şirkəti Yandex NV-nin törəmə şirkəti tərəfindən idarə olunur. 2023-cü ildən etibarən xidmət Afrika, Asiya, Avropa və Cənubi Amerikada fəaliyyət göstərir. Yango-nun bütün məlumatları Rusiyadakı məlumat mərkəzlərində saxlanılır və Rusiya daxilində və xaricində istifadəçilərdən toplanan məlumatlar arasında heç bir maddi və ya məntiqi bölgü yoxdur.
Anqo
Şanyü Anqo (v. 94) — Hunların XXX şanyüsü. Şanyü Anqo taxta gələndə bir çoxu ona müxalifət edirdi. Ona çoxu hörmət etmirdi və taxtın Tunduşinin olmasını daha çox istəyirdi. Anqo şimaldan gələn hunları ətrafına yığıb Tunduşini öldürmək qərarına gəldi. Çinə də bu barədə müraciət etdi. Müharibədə Tunduşiyə məğlub olan Anqo dayısı Quduxu tərəfindən öldürüldü.
Tanq
Tanq (qevoq) — Butanın qevoqu, Tanq çayının vadisində yerləşir. Tanq adası — eyni adlı arxipelaqın ən iri adası. Poçt Tanq (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Belde
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Belle
Belle (fr. Belley) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Belle kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01034. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 8755 nəfər təşkil edirdi.
Bəldə
Bəldə (türk. Belde; hərfi mənada "qəsəbə" deməkdir) — türk dilində "bələdiyyəsi olan böyük kənd" mənasını verən söz. Türkiyənin bütün vilayət və rayon mərkəzlərində bələdiyyələr var, lakin kəndlər adətən bələdiyyələrə sahib olmaq üçün çox kiçikdir. Bəzi kəndlərdə əhalinin sayı 2,000 nəfəri keçə bilər və belə kəndlərdə sakinlərin seçimindən asılı olaraq kiçik bələdiyyə yaradıla bilər. Belə kəndlərə "bəldə" deyilir. 2014-cü ilə qədər "bəldə" bələdiyyələrinin sayı 1,400-ə yaxın idi. Bununla belə, 30 mart 2014-cü il tarixli 6360 saylı qanuna görə, 30 vilayətdə bütün kəndlər (bələdiyyəsi olan və olmayanlar) rayon bələdiyyələrinin şəhər quruluşuna daxil edilmişdir. Beləliklə, 30 vilayətdə "bəldə" bələdiyyələri ləğv edilmişdir. Ləğv edilmiş "bəldə" bələdiyyələrinin sayı 1040-dır. Hal-hazırda 6360 saylı qanunun əhatə dairəsinə daxil olmayan 51 vilayətdə hələ də 394 "bəldə" bələdiyyəsi fəaliyyət göstərir.
Adidas Tanqo 12
Adidas Tanqo 12 — Adidasın çıxardığı Avro-2012 rəsmi topu.. == Xüsusiyyətləri == Tanqo 12 Avropa Çempionatı ardıcıllığında istifadə edilən 11-ci topdur. Top 2010 Dünya Kubokunda istifadə edilən Cabulanidən daha sürətli və daha yüngüldür.
Adidas Tanqo Espana
Adidas Tanqo Espana — 1982-ci ildə İspaniyada keçirilən futbol üzrə dünya çempionatının rəsmi topu. Top Adidas şirkəti tərəfindən xüsusən dünya çemponatı üçün istehsal olunmuşdur 1978-ci ildə istehsal edilən bu top su keçirməyən və indiyədək istehsal olunan ən yaxşı top hesab edilir. Bundan başqa, bu top mundiallar tarixində istifadə edilən sonuncu dəri top kimi də yaddaşlara həkk olunub.
Tanqo (film, 1981)
Tanqo (pol. Tango) — 1981-ci ildə Zbiqnev Rıbçinski tərəfindən çəkilmiş Polşa qısa metrajlı cizgi filmi. Cizgi filmi 55-ci Akademiya Mükafatlarında Ən Yaxşı Qisa Cizgi Filmi nominasiyasında Oskar mükafatını qazanıb. == Məzmun == Filmdə ilk boş bir otaq təsvir olunur. Bir top pəncərədən sıçrayır və topu götürmək istəyən bir oğlan otağa girib, topla otağı tərk edir. Bu hərəkətlər ardıcıl olaraq təkrarlanır və tədricən otaqdan fərqli insanların getdikcə daha çox təkrarlanan yolları müşayiət olunur. == İstinadlar == == Xarici keçidlər == Tango — Internet Movie Database saytında.
Türk tanqo musiqisi
Türk tanqo musiqisi Türkiyədə ifa olunan tanqo musiqisidir. Tanqo əsərlərini Necip Celal, Fehmi Ege, Kadri Cerrahoğlu, Ziyaettin Sarıkartal, Halit Bedii Akçay, Nusret Rıfkı, Necdet Koyutürk kimi bəstəkarlar ifa ediblər. Nəcib Cəlalın 1928-ci ildə yazdığı ilk tanqo 1932-ci ildə Seyyan xanım tərəfindən ifa edilmişdir. Fehmi Egenin "Aylı bir gecədə" tanqosu Türkiyədə ilk tanqo əsərlərindən biridir. Şecaattin Tanyerli də ifa etdiyi türk tanqoları ilə şöhrət qazanıb. Türkiyədə tanqosunu Argentina tanqosunun simvolu kimi təsvir etmək olar.
Türkiyədə tanqo musiqisi
Türk tanqo musiqisi Türkiyədə ifa olunan tanqo musiqisidir. Tanqo əsərlərini Necip Celal, Fehmi Ege, Kadri Cerrahoğlu, Ziyaettin Sarıkartal, Halit Bedii Akçay, Nusret Rıfkı, Necdet Koyutürk kimi bəstəkarlar ifa ediblər. Nəcib Cəlalın 1928-ci ildə yazdığı ilk tanqo 1932-ci ildə Seyyan xanım tərəfindən ifa edilmişdir. Fehmi Egenin "Aylı bir gecədə" tanqosu Türkiyədə ilk tanqo əsərlərindən biridir. Şecaattin Tanyerli də ifa etdiyi türk tanqoları ilə şöhrət qazanıb. Türkiyədə tanqosunu Argentina tanqosunun simvolu kimi təsvir etmək olar.
Parisdə sonuncu tanqo
"Parisdə sonuncu tanqo" (it. Ultimo Tango a Parigi) — Bernardo Bertoluççi tərəfindən 1972-ci ildə çəkilmiş erotik film. Əsas rolları Marlon Brando və Mariya Şnayder ifa edir. İki Oskar nominasiyası: Bernardo Bertoluççinin rejissorluğu və Marlon Brandonun aktyorluğu üçün (Brandonun karyerasında aparıcı kişi aktyorluq kateqoriyasında yeddinci və sonuncu Oskar nominasiyası) almış film AFI-nin 100 ən yaxşı Amerika melodramı siyahısında 48-ci yeri tutmuşdur . Film erotik və fəlsəfi melodram elementlərini özündə birləşdirir.
Andreu Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görüb O, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Endrü Manqo
Andreu Manqo (ing. Andrew James Alexander Mango; 14 iyun 1926, Konstantinopol – 7 iyul 2014, London) — ingilis yazıçısı və tarixçisi. == Həyatı == Andreu Manqo 14 iyun 1926-cı ildə İstanbul şəhərində anadan olub. "BBC-türkcə"-nin rəhbəri kimi çalışıb. Andreu Manqo 6 iyul 2014-cü ildə 88 yaşında Londondakı evində yatan zaman vəfat edib. == Yaradıcılığı == Manqonun ilk yazısı 1957-ci ildə işıq üzü görüb O, Türkiyə ilə bağlı araşdırmaları ilə məşhur olmuş, "Müasir Türkiyənin qurucusu Atatürk", "Türkiyə və türklər" adlı kitablarını yazmışdır.
Kenzo Tanqe
Kenzo Tanqe (yap. 丹下健三; 4 sentyabr 1913[…], Sakay[d], Yaponiya imperiyası – 22 mart 2005[…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlarından biri hesab olunur. Belə ki, yapon memarı Modernizm cərəyanı ilə ənənəvi yapon memarlığını birləşdirərək özünə məxsus yeni arxitektur cərəyan yaratmışdır. Memar tərəfindən layihələndirilən tikililər dünyanın beş qitəsində ucaldılmışdır. Eyni zamanda Kenzo Tanqe memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının 1987-ci ildə qalibi olmuşdur. == Həyatı == Kenzo Tanqe 1913-cü ilin 4 sentyabr tarixində Yaponiyanın Osaka prefekturasının Sakayi şəhərində dünyaya gəlir. Atası bank işçisi olduğu üçün ailə o dövrdə Çin Respublikasının təkribində yer alan Vuhan şəhərində yaşayırdı. İş səbəbindən ailə müxtəlif vaxtlarda Şanxay və İngiltərə köçməli olur. 1920-ci ildə isə Kenzo Tanqe ailəsi ilə birlikdə yenidən Yaponiyaya qayıdır.
Manqo (meyvə)
Manqo (müğənni)
Manqo, əsl adı Cuzeppe Manqo (6 noyabr 1954 – 7 dekabr 2014) — məşhur İtaliya müğənnisi. Manqo pop, rok, folk, etnik musiqini birləşdirən üslubu və geniş vokal diapazonu ilə tanınırdı.
Qanqo məbədi
Qanqo məbədi (元興寺, Qanqo-ci) və ya Şin Qanqo məbədi – Yaponiyanın Nara şəhərində yerləşən buddist məbədi. Buddizmin Keqon və Şinqon Ritsu sektalarına aiddir. Əsası 588-ci ildə qoyulmuşdur. UNESCO-nun ümumdünya irsi siyahısındadır. == Tarix == Məbəd 588-ci ildə Soqa no Umako tərəfindən qurulmuşdur. İlk öncə Asuka şəhərində yerləşdiyi üçün Hoko məbədi və Asuka məbədi adları ilə tanınmışdır. İmperatorluq sarayı Asuka şəhərindən Nara şəhərinə köçürüləndən sonra məbəd 718-ci ildə Narada yenidən təşkil olunmuşdur. Buna görə də Şin (Yeni) Qanqo məbədi adı ilə tanınır. Yenidən tikilmiş məbəd düzbucalıq həyətin içərisində yerləşən böyük qızıl zaldan və cinahlarda yerləşən iki beşmərtəbəli paqodadan ibarət idi. 749-cu ildə Qanqo məbədi Today məbədindən sonra ölkənin ikinci ən əhəmiyyətli məbədi hesab olunurdu.
Tanbo sənəti
Tanbo sənəti (yap. 田んぼアート tanbo āto həmçinin tambo āto) — Yaponiya xalqının düyü sahələrində müxtəlif növlü və rəngli düyüdən istifadə etməklə nəhəng sahəli şəkil yaratma üçün sənəti.
Tanxo İzrayılov
Tanxo Səlimoviç İzrayılov (2 dekabr 1917, Dağıstan vilayəti – 30 noyabr 1981, Moskva) — Sovet, Dağıstanlı rəqqas və xoreoqraf. 1937–1954-cü illərdə SSRİ Xalq Rəqs Ansamblının artisti, Türkmənistan SSR Xalq Rəqsləri Ansamblının (Aşqabad, 1955) və Dağıstan ASSR Xalq Oyunları Ansamblının "Ləzginka" (Mahaçqala, 1958) təşkilatçısı. SSRİ xalq artisti (1978). == Həyatı == Tanxo İzrayılov 2 dekabr 1917-ci ildə (digər mənbələrə görə — 30 dekabr 1917 (12 yanvar 1918)) Tsovkra kəndində (indiki Rusiya, Dağıstan, Kuli rayonunda), başqa mənbələrə — Mahaçqalada və ya Bakıda) dəri məmulatı ustası ailəsində anadan olmuşdur. Milliyyətcə dağ yəhudisidir. Erkən yaşlarından xalq rəqsləri ilə tərbiyə almışdır. Anası Xaetçim Tanko rəqs etdiyi zaman akkordeonda xalq melodiyaları ifa edirdi. 1920-ci illərin sonunda ailə Bakıya köçdü və burada gələcək xoreoqraf Tat Xalq Teatrında çıxış etməyə başladı. Tanxo İzrayılov 17 yaşında M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet məktəbinə (hazırkı Bakı Xoreoqrafiya Akademiyası) daxil oldu. Balet məktəbini bitirdikdən sonra Bakıda 26 Bakı komissarı adına Mədəniyyət Sarayında Xalq Rəqsləri Ansamblının rəhbəri oldu.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun sxemi == Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. == Şounun tarixi == Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Tonqo plitəsi
Tonqo plitəsi — tekoktonik plitə olaraq 0,00625 steradian sahəyə malikdir. Avstraliya plitəsinin tərkib hissəsinə daxildir. Sakit okeanın qərbində yerləşir və Tonqo adalarının təməlini təşkil edir. Sakit Okean plitəsi ilə şərqdən sərhədlənir. Burada Tonqo çökəkliyini əmələ gəlir. Qərbdə Niufoou plitəsi və Avstraliya plitəsi, cənubda isə Kermadek plitəsi ilə sərhədlənir.
Binqo Bonqo (film, 1982)
"Binqo Bonqo" (it. Bingo Bongo) — rejissor Paskuale Festa Kampanilenin filmi. == Məzmun == Tədqiqatçılar vəhşi Afrika cəngəlliklərindən meymun tərbiyəli və istənilən başqa heyvanla danışan insan tapırlar. Onu Binqo Bonqo adlandırıb İtaliyaya gətirirlər. Burada onun təlimi ilə gənc bioloq Laura məşğul olur. Laura Binqo Bonqonun etibar elədiyi yeganə insandır. Qızı bu işdən kənarlaşdırandan sonra Binqo qaçır və dərk edə bilmədiyi şəhərdə ardıcıl bir neçə komik hadisələrlə qarşı-qarşıya qalır. Binqo Lauranı sevir və ümid edir ki, sevgisi qarşılıqlıdır. Lakin qız onu yaşı çox olan uşaq hesab edir. Binqo Bonqo və onun dostu – şimpanze bu şəhərdən Afrikaya qaçmağa cəhd edirlər.