Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berqut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Bürküt Ana
Bürküt Ata
Beirut
Beirut — Qərbi Avropa və Balkanlara xas musiqini pop musiqi ilə birləşdirən ABŞ musiqi qrupu. == Qrup haqqında == İndi-rok tərzini dünya musiqiləri və ABŞ-dəki məşhur cərəyanlarla bir araya gətirən qrup, qurucusu Zaxari Frensis Kondonun bir solo layihəsi ilə birlikdə 2006-cı ildə yarandı və genişləndi. Qrup "Gulag Orkestar" adlı ilk albomlarını hazırladıqdan sonra 2006-cı ilin may ayında Nyu-Yorkda ilk konsertini verdi.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Beyrut
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. Əhalisinə görə Levant regionunda 3-cü, Ərəb dünyasında 13-cü şəhərdir. == Tarixi == Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun Asxanakəran kənd inzibati ərazi dairəsində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Bərbət
Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur. == Söz açımı == Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib: "Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). "Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. == Tarixçə == Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə.
Bərkli
Bərkli - Talin rayonunda dağ adı. Monqol dilində börük parçalanmış daşlı yüksəklik sözündəndir. Bax: Bork. Toponimin türk dillərində bayrak bitgili qobu, yarğan sözündən ibarət ola bilməsi də mümkündür. == Həmçinin bax == Alagöz dağı == Ədəbiyayt == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960.
Bərzul
Bərzul — İranın Həmədan ostanının Nahavənd şəhristanının Zərrindəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,729 nəfər və 728 ailədən ibarət idi.
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Kərkük
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır". Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir.
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Əbərkuh
Əbərkuh - İranın Yəzd ostanının şəhərlərindən və Əbərkuh şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,994 nəfər və 5,880 ailədən ibarət idi.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bergü
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Egemen Berköz
Egemen Berköz (1941) — Türkiyə şairi, tərcüməçi. == Həyatı == Karadeniz Ereglisində doğulub. 1959–cu ildə Bolu Liseyini, 1963–cü ildə Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsini bitirib. İtalyan dilindən bir sıra önəmli tərcümələr edib. İlk şeiri 1959–cu ildə «Yeditəpə» dərgisində dərc olunub. İlk kitabı əsgərlikdə ikən Ankarada nəşr olundu.
Herkul Puaro
Erkül Puaro (fr. Hercule Poirot) — ingilis yazıçısı Aqata Kristi tərəfindən yaradılmış ədəbi personaj, belçikalı detektiv, 1920–1975-ci illərdə yazılmış 33 roman, 51 hekayə və 1 pyesin, onlar əsasında çəkilmiş film, teleserial, teatr və radiotamaşaların baş qəhrəmanı. Erkül Puaro detektiv ədəbiyyatının sevilən personajlarından biridir. O, "Üç pərdəli faciə" əsərində öldürülmüşdür, lakin oxucular onu çox sevdiyi üçün bu əsər çox satılmır.
Korkut Boratav
Korkut Boratav (1935, Konya)—türk iqtisadşısı. == Həyatı == Türkiyənin yetişdirdiyi önəmli alimlərindən biri olan Marksist iqtisadçı Korkut Boratav 1935-ci ildə Konyada doğuldu. 1959-cu ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdi. 1960-cı ildə tamamladığı Maliye Teorisi yüksek lisans eğitimi sonunda Ankara Üniversitesi Siyasal Bilgiler Fakültesinə asissent olaraq daxil oldu. 1964-cü ildə, eyni fakültədə, "iqtisad doktorası"nı tamamladı. 1964–1966-cı illərdə Kembric Universitetində araşdırmalar apardı. 1972-ci ildə dosent oldu. 1974-cü ildə Birleşmiş Milletler Cenevre Ofisində müşavir oldu. 1980-ci ildə Ankara Universiteti Senatosunca profesörlüğe yükseltildi. 1983-cü ildə Ankara Sıkıyönetim Komutanlığı'nca 1402 sayılı yasaya göre Üniversitedeki görevine son verildi.