Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Berkut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berqut
Berkut (lat. Aquila chrysaetos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Status == Azərbaycanda sayı azalan nadir növdür. == Yayılması == Azərbaycanda dəniz səviyyəsindən 1200 m və daha çox yüksəklikdə olan dağ rayonlarında yayılmışdır. Qışda yem üçün aran rayonlarına da enir. == Yaşayış yeri == Müxtəlifdir. Dağ meşələrinin yuxarı kənarlarındakı hündür ağaclarda, yüksək dağlardakı sıldırımlı qayalarda yuva düzəldir. Əsas yemlənmə yeri olan açıq sahələr kənd təsərrüfatı sahələrinə çevrilir. == Təbiətdə sayı == 1990–1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Berkun Oya
Berkun Oya (3 mart 1977, Bursa) — Türk teatr yazıçısı, teatr və kino müdiri. == Həyatı == Qaraçay mənşəlidir. Orta təhsilini Özəl Koç Liseyində tamamladı. 1998-ci ildə Memar Sinan Universiteti Dövlət Konservatoriyası Teatr Bölməsini bitirib. Elə həmin il Krek Teatr Şirkətini qurdu. 2003-cü ildə İstanbul Dövlət Teatrının tələbi ilə Yakup Kadri Karaosmanoğlunun Yaban romanını canlandırdı . 2002-ci ildə televiziya üçün hazırladığı və TRT- də yayımladığı "Şapkadan Atam Çıxtı" serialının ssenari müəllifi və prodüseri idi. 2003-cü ildə CNN Türk kanalında Defakto və 2005-ci ildə NTV, kanalında İnfoman adlı Televizor proqramlarını hazırladı və təqdim etdi. 2007-ci ildə ekranlara çıxan "Yaxşı Yeni İllər London" adlı filmi idarə etdi. 44.
Bürküt Ana
Bürküt Ata
Beirut
Beirut — Qərbi Avropa və Balkanlara xas musiqini pop musiqi ilə birləşdirən ABŞ musiqi qrupu. == Qrup haqqında == İndi-rok tərzini dünya musiqiləri və ABŞ-dəki məşhur cərəyanlarla bir araya gətirən qrup, qurucusu Zaxari Frensis Kondonun bir solo layihəsi ilə birlikdə 2006-cı ildə yarandı və genişləndi. Qrup "Gulag Orkestar" adlı ilk albomlarını hazırladıqdan sonra 2006-cı ilin may ayında Nyu-Yorkda ilk konsertini verdi.
Bergün
Bergün (alm. Bergün‎) — İsveçrədə kənd. Kənd "çox gözəl olduğu üçün və sosial şəbəkələrdə paylaşılan şəkilləri kənddə olmayan insanları pis hiss etdirdiyi üçün" turistlərin kənddə şəkil çəkdirməsi qadağan olunub.. Kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Beyrut
Beyrut (ərəb. بيروت‎, ing. Beirut) — Livanın paytaxtı, ən iri şəhəri və böyük dəniz portu. Beyrut Yaxın Şərqin vacib maliyyə - bank və mədəni mərkəzidir. Beyrutda bir çox beynəlxalq təşkilatlar məskən salmışlar. Əhalisi təxminən 900 min nəfərlə 2 milyon nəfər arasıdır. Bu onunla bağlıdır ki, əhalinin siyahıya alınması ölkədə axırıncı dəfə 1932-ci ildə keçirilmişdir. == Tarixi == Eramızdan əvvəl XVIII əsrdən etibarən Berut, Berit adı ilə məlumdur. VII əsrdə Xilafətə daxil edilmişdir. XIV-XV əsrlərdə Misir məmlüklərinin, 1516-1918-cı illərdə Osmanlı İmperiyasının tərkibində, 1920-43-cü illərdə Fransa işğalı altında olub.
Bursut
Bursut — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bursut Astara rayonunun Asxanakəran inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonimi tədqiqatçılar "alış-veriş yeri, bazar" mənasında izah edirlər. Altayda Bursol adlı yaşayış məntəqəsi, Türkiyədə Bursal şəhəri var. == Etimologiyası == Burs talış dilində "alqı-satqı yeri", ut komponenti isə qədim türk dillərində sözdüzəldici şəkilçidir.
Bəraət
Bəraət sözü müxtəlif mənalara gəlir, ən çox işlənən mənası isə xas olan “günahlarımıza görə bəraət qazanmaq”, “istiğfar olunmaq”, “bağışlanmaq” kimi qəbul edilir.
Bərbət
Bərbət — mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər sırasına aid edilən bərbətin gövdəsi böyük, qolu isə uzundur. == Söz açımı == Bərbət orta əsrlərdə ünlü müğənni, bəstəkar, bərbət musiqi alətinin yaradıcısı və gözəl ifaçısı olmuşdur. Tanınmış musiqi araşdırmacısı T. Vızqo 1990-cı ildə Düşənbə şəhərində Barbədə həsr olunmuş beynəlxalq simpoziumdakı məruzəsində belə fikir söyləyib: "Alət ərəblərdən köçmədir. Ona görə ərəbcə "əl-üd" adlanıb, fars adı isə bərbətdir (yə'ni, ördək döşü). "Bərbət" sözünün bər "sinə", bət "ördək" sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, "ləpələnmə", "dalğalanma" mənasını verməsi qeyd olunur. == Tarixçə == Bu alətin ərəblərdən gəldiyi inancı yayğındır. Ancaq XIII əsrdə yaşamış Şərq alimi Mahmud Amuli bərbəti yunan filosofu Pifaqorun (e. ə.
Bərkli
Bərkli - Talin rayonunda dağ adı. Monqol dilində börük parçalanmış daşlı yüksəklik sözündəndir. Bax: Bork. Toponimin türk dillərində bayrak bitgili qobu, yarğan sözündən ibarət ola bilməsi də mümkündür. == Həmçinin bax == Alagöz dağı == Ədəbiyayt == Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960.
Bərzul
Bərzul — İranın Həmədan ostanının Nahavənd şəhristanının Zərrindəşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,729 nəfər və 728 ailədən ibarət idi.
Bərzük
Bərzük – İranın İsfahan ostanının Kaşan şəhristanının Bərzük bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,211 nəfər və 936 ailədən ibarət idi.
Kərkük
Kərkük (ərəb. كركوك‎ kürd. کەرکووک süry. ܟܪܟܘܟ türk. Kerkük) — İraqın ən böyük 4-cü şəhəri, Kərkük mühafazasının inzibati mərkəzi. == Tarix == Kərkük şəhəri təxminən 3000 il əvvəl şumerlər tərəfindən inşa edilmişdir. Yaqut əl-Həməvinin "Müsəmül-Buldən" əsərində Kərkük şəhərinin adı "Kerhini" olaraq verilmişdi. == Əhali == Şəhərdə 1947-ci il sayımı zamanı 68.308 nəfər, 1957-ci il sayımı zamanı 120.402 nəfər, 1965-ci il sayımı zamanı 175.303 nəfər, 1987-ci il sayımı zamanı isə 418.624 nəfər qeydə alınmışdır. === Milli tərkib və dillər === İngilis zabiti Edmonds Kərkükün 20-ci əsrin ilk rübündəki əhalisi barədə danışarkən, yazır ki, əhalinin əsas hissəsi "türkmanlardır".Kərkük şəhəri İraq türkmanlarının mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%-ni İraq türkmanları, 40%-ni isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edirdi.
Mərküz
Mərküz (digər adı: Marğız) — qədim əkinçilik aləti == Haqqında == Tarlanın əkinə hazırlanmasında, arx və ləklər arasında tirələrin çəkilməsində işlədilirdi. Əsasən, dördkünc, qismən oval formalı dəmir tiyədən, ağac sapdan və tiyənin üz tərəfindəki iki dəmirhalqadan ibarətdir. Dəmir halqalara kiçik ağac parçasına bağlanmış kəndir keçirilir və iki nəfər tərəfindən işlədilirdi. Azərbaycanda (xüsusilə, Naxçıvan diyarında) qədimdən geniş yayılmış Mərküzdən hazırda həyətyanı təsərrüfatlada istifadə edilir. == Ədəbiyyat == Cavadov Q.C., XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri,Bakı,1979 == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 319. ISBN 5-8066-1468-9.
Serket
Selkit - Qədim Misir mifologiyasına görə əqrəb ilahə, tanrı Horun arvadı.
Əbərkuh
Əbərkuh - İranın Yəzd ostanının şəhərlərindən və Əbərkuh şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 20,994 nəfər və 5,880 ailədən ibarət idi.
Berat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Bergü
Bergü - Türk xalq inancında qeyri-adi qabiliyyətlər əldə etmək, Tanrı vergisi xüsusiyyətlər qazanmaq, bəzən müqəddəs yuxu görmək, ruhun hərəkətli hissəsinin bədəndən ayrılaraq mücərrəd diyarlara səfər etməsidir. Vəhy və ya ilham mənasını verir. Əsin (ilham) almaq deməkdir. Bergi və ya Vergi də deyilir. == Tərif və məzmun == Bir ozanın, üç badə içdiyi yuxunu görməsi. Bu yuxuda ozanın dilindən və burnundan köpük gəlir, qan boşalar. Özünə üç badə (qədəh) verilər. İlk badəni bir qurtumda içib "Yaradan eşqinə!" deyər. İkincini iki qurtumda içərkən "Yalvaç xətrinə!" deyə səslənər. Üçüncünü "Yar xətrinə!" deyərək üç qurtumda içər.
Berum
Berum (norv. Bærum) — Akersxus, Norveç quberniyasının kommunası. İnzibati-mərkəzi Sannvikadır.
Bərat
Berat — Albaniyada şəhər. == Tarixi == Şəhərin 2500 il tarixi olduğu deyilir. Ölkənin ən böyük şəhəri olan Berat osmanlılardan qalma tarixi bir şəhərdir. Berat şəhərindəki Osumi çayı üzərində tarixi Qoritzsa körpüsü yerləşir. Üzərində körpü salınan bu çay müsəlman və xristian məhəllələrini bir-birindən ayırır. Berat şəhəri öz evləri ilə məşhurdur. Şəhər dar küçələri ilə də məşhurdur. Eni 2 metr olan bu küçələri orijinal alban səkiləri bəzəyir. Bərat qalası sanki bir qartal yuvasını xatırladır. Yüksək bir təpə üzərində salınmış qalada bir məhəllə də salınıb.
Adnan Bərəkət
Adnan Bərəkət (3 sentyabr 1982, Amsterdam) — sağ vinger mövqeyində çıxış etmiş Mərakeş əsilli Niderland futbolçusu. O, "NAK Breda", "Eyndhoven", "Kambür", "Bakı", "Den Bosx" və s. kimi klublarda çıxış etmişdir. == Karyerası == Bərəkat 2010-cu ilin yanvarında Azərbaycan Premyer Liqası təmsilçisi "Bakı" klubu ilə 2,5 illik müqavilə imzalamışdır. "Bakı"nın heyətində debütunu 2 fevral 2010-cu ildə "Turan Tovuz"a qarşı keçirilən ev oyununda etdi, həmin oyun paytaxt təmsilçisi üçün 2:1 qələbə hesabı ilə bitdi. Klub forması ilə Bərəkət ilk qolunu növbəti mövsüm 6 noyabr 2010-cu ildə 3:1 hesabı ilə bitən "Gəncə" klubuna qarşı keçirilən oyunda vurdu.2011-ci ilin noyabrında Bərəkət aylarla maaş almadan "Bakı" klubundan ayrıldı. Barakat Bakıdan getdikdən sonra 2012-ci ilin yanvarında "Muanqtonq Yunayted" ilə müqavilə imzalasa da, Bakı ilə mübahisəsi səbəbindən yeni klubunda həmən oyunlara çıxa bilmədi və klub onun qeydiyyatını dayandırdı. 2013-cü ilin iyil ayında "Muanqtonq Yunayted"i tərk etdi.
Berkli (Kaliforniya)
Berkli (ing. Berkeley /ˈbɜːrkli/ ) — Kaliforniya, Alamida dairəsində, San-Fransisko Körfəzinin şərq sahilində yerləşən şəhər; San-Fransisko Körfez Bölgəsinə daxildir. Yepiskop, idealist filosof və şair Corc Berklinin (1685-1753) adına adlandırılmışdır. Cənubda Oakland və Emervill şəhərləri, Olbani şəhəri və şimalda Kensinqton təsis edilməmiş əraziləri ilə həmsərhəddir. Şərqdə, Berkli Hills boyunca Kontra-Kosta dairəsi ilə həmsərhəddir. 2010-cu il siyahıyaalınmasına görə şəhərin əhalisi 112.580 nəfərdir. Ölkənin ən liberal şəhərlərindən biri hesab olunur. 1984-cü ildə müasir tarixdə ilk dəfə "ev tərəfdaşlığı" ifadəsindən istifadə edərək eyni cinsli ailələri qanuni olaraq tanıyan bu şəhər idi. Berkli — elm mərkəzi kimi tanınır. Şəhər Kaliforniya Universitetinin — Berkli Kaliforniya Universitetinin, Lourens Milli Laboratoriyasının və digər institut və laboratoriyaların ən qədim kampusuna ev sahibliyi edir.
Berkli Universiteti
Berkli Kaliforniya Universiteti (ing. University of California, Berkeley) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Berkli şəhərində yerləşən ali təhsil müəssisəsi. Berkli Kaliforniya Universiteti Amerika Universitetləri Assosiasiyasının yaradıcılarından biridir. == Tarixi == 1866-cı ildə özəl Kaliforniya Kolleci maliyyə çətinliyi səbəbindən dövlət tabeliyindəki Kənd Təsərrüfatı, Dağ-Mədən Sənayesi və Mexaniki İncəsənətlər kollecləri ilə birləşdirilərək Kaliforniya Universiteti yaradılır. 1868-ci il martın 23-də Kaliforniya ştatının qubernatoru Henri Heyt Kaliforniya Universitetinin yaradılması haqqında nizamnaməni imzalayır. 1870-ci ilədək universitetin prezidenti vəzifəsini professor Con Le Kont icra etsə də, həmin ildən etibarən Regentlər Şurası bu vəzifəyə özəl Kaliforniya Kollecinin yaradıcısı Henri Dyurantı seçir. Universitetin açılışı 1869-cu ilin sentyabrında müvəqqəti olaraq Oklend şəhərində yerləşən binada baş tutur. Regentlər Şurasının qərarına əsasən qızlar oğlanlarla birgə universitetdə təhsil almaq hüququna malik olurlar. 1873-cü ildə universitet 167 oğlan və 222 qız tələbəsi ilə Berkli şəhərində yeni tikilən Cənub və Şimal binalarına köçür. Universitet tədricən inkişaf edir, yeni-yeni korpuslar açılır, proqramlar qəbul edilir.