Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Boril
Çar Boril — İkinci Bolqarıstan imperiyasının IV imperatoru (1207-1218), Kaloyanın bacısının oğlu. == Hakimiyyəti == Çar Boril Kaloyanın işğalçı siyasətini davam etdirmək istəsə də, hakimiyyətinin ilk illərində qardaşı Strej Asen Serbiya knyazı Stefan Nemanyiçin köməyi ilə Prosekdə üsyana qalxmışdı. Borilin dayısı oğlu Aleksi Slav da Melnikdə öz müstəqilliyini elan etmişdi. 1208-ci ildə də Latın imperatoru Flandriyalı I Henri tərəfindən məğlub edilərək, şimali Trakiya və Rodopu itirmişdi. 1209-cu ildə qardaşı Strej yenidən Borilə tabe olmuş, sebastokrator titulunu almışdı. 1211-ci ildə kumanların üsyanını yatırmaq üçün macarlardan kömək alan çar bu kömək müqabilində Belqradı güzəştə getməli olmuşdu. 1211-ci ildə Kaloyanın qızı Mariya Aseni imperator Henriyə ərə verərək yeni müttəfiq qazanmışdı. 1215-ci ildə qardaşı Strejin ölümündən sonra Serbiya ilə müharibəyə başı qarışan Boril, 1217-ci ildə II İvan Asenin sürgündən qayıtması səbəbilə 7 ay mühasirə nəticəsində devrilmiş, kor edilmiş və monastıra göndərilmişdir. == Ailəsi == Kaloyanın dul həyat yoldaşı kuman Anna ilə evlənmiş və adı mənbələrdə verilməyən bir qızı doğulmuşdur.
Mobil
Mobil (Alabama) — ABŞ-də, Alabama ştatında şəhər. Mobil telefon — rabitə vasitəsi. Mobil körfəzi — ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Mobil bulud texnologiyaları — Mobil genetik elementlər — ilk dəfə olaraq Barbara Mak-Klintok tərəfindən müəyyənləşdirilib. Adlar Mobil Babayev — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). Mobil Əhmədov — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000).
Babil (dəqiqləşdirmə)
Babil — Mesopotamiyada mövcud olmuş şəhər-dövlət. Babil (el) — İraqın 18 mühafəzəsindən biri. Babil (film, 2006) — Alehandro Gonzalez İnyarritunun çəkdiyi dram filmi.
Babil (el)
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil (serial)
Babil — Türkiyə istehsalı teleserial. == Rollarda == === Baş rollar === Halit Ergenç (İrfan Tuna Saygun): 7 yaşındakı oğlu Dəniz üçün əlindən gələni edən bir iqtisad professoru. İlayın köhnə sevgilisi. Ozan Güven (Egemen Kıvılcım): İrfanın uşaqlıq dostu və ən yaxın dostu. Dənizin əsl atası. Aslı Enver (Ayşe Karaali / Nihal): İrfan çətinlik çəkəndə rastlaşan gənc qız. Süleymanın qaranlıq işlərini ortaya çıxarmaq üçün onunla birlikdə gedən gizli polisdir. Daha sonra İrfan və Egemen'in köməkçisi oldu. Birce Akalay (İlay Yücedağ): Süleymanın sevgilisi və İrfanın köhnə sevgilisi. Nur Fettahoğlu (Eda Saygun): İrfanın həyat yoldaşı, Dənizin anası.
Babil mühafazası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzası
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil mühafəzəsi
Babil mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Babil Livasının ərzisi 6.468 km², 2014-cü ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 2,000,000 nəfər, inzibati mərkəzi Əl-Hillə şəhəridir.
Babil qülləsi
Babil qülləsi — E.ə. II minilliyin əvvələrində Babilistan dövlətində yerləşən bir qüllədir. Onun varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir. Əfsanəyə görə bu qüllə tanrıya çatmaq üçün tikilmişdir. == Tarixi == Dünyanın yeddi möcüzəsindən biri hesab edilən və Babilin asma bağlarında yerləşən Babil qülləsi Tanrı Mardukun adına tikilib Şumerlər göylərə sitayiş edir, göylə yeri birləşdirən müqəddəs ağacın varlığına inanırdılar. Şumerlər yeri göylə birləşdirən bu ağacı təmsil edən və Tanrı dağı adlandırdıqları qülləni bizim dövrümüzdən təxminən 5000 il əvvəl tikiblər. Qüllə əsasən eni 90 metr, hündürlüyü 90 metr olan 7 mərtəbəli bina idi. Qüllənin ətrafında kahinlərin sarayları, taxıl anbarları, qonaq otaqları və tanrı Mardukun başqa bir məbədi olan Esagilaya gedən liturgik yol var idi. Babili işğal edən Tikulti-Ninurta, Sarqon, Sanherip və Aşurbanipal qülləni dağıdıb. Babil padşahları Nebupolassar və Navuxodonosor isə qülləni yenidən bərpa edirlər.
Babil sürgünü
Babil sürgünü — Yəhudilərin Miladdan əvvəl 598/7 və 587/6-cı illərdə Babililər tərəfindən fəth edilməsi nəticəsində Yəhudilərin Babilə sürgün edilməsi və orada əsirlik dövrü. Sürgün dövrü, eramızdan əvvəl 538-ci ildə farsların Babil fəthi ilə rəsmi olaraq sona çatdı. Fars kralı Böyük Cyrus (Cyrus) yəhudilərin Fələstinə qayıtmasına icazə verdi. == Əsirlik müddəti == Bibliya Yeremya kitabında, Babil sürgünü 70 il davam edir. Bir çox alim deyir ki, ilk köçürülmə miladdan əvvəl 597-ci ildə, Kral Yekhanya devrildikdə və ailəsi, saray adamı və minlərlə işçi sürgün edildikdə baş verdi. Bu vəziyyətdə sürgünün müddəti təxminən 60 ildir. Bəzi alimlər deyirlər ki, ilk köçürmə eramızdan əvvəl 586-cı ildə, Yerusəlim Nebuchadnezzar tərəfindən yandırılaraq məhv edildikdən sonra və sürgün 48 il davam etdi. Müqəddəs Kitabın 70 nömrəsini qəbul edənlər eramızdan əvvəl 608–58 və ya 586–511 tarixlərini düzgün söyləyirlər. 516-cı il Qüds Məbədinin yenidən qurulması idi. == Qeydlər == Cüzeppe Verdinin "Nabukko" operası Babilin sürgün edilməsi ilə məşğuldur.
Babil təqvimi
Babil təqvimi — qədim təqvimlərdən biri. Şumerdə e.ə. IV minilliyin sonu-III minilliyin başlanğıcında hər bir şəhərin öz təqvimi var idi. Kahinlər ulduzlu səmanı müşahidə etməklə xeyli astronomik nəticəni əldə etmişlər. E.ə. III minillikdə səma cisimlərinin hərəkətinin müşahidə etmək üçün hündürlüyü 20 m-ə çatan çoxmərtəbəli qüllələr inşa olunurdu. Bu qüllələr adətən məbədlərin yanında tikilirdi. Üst hissəsində ibadətgah olurdu. Ümumiyyətlə İkiçayarasının əhalisinin qədim inamında astral sitayişlər geniş yayılmışdır. İkiçayarasının erkən sivilizasiyalarında təsərrüfat həyatının tənzimlənməsində ayın hərəkətinə xüsusi yer verildiyində buradakı şəhər və dövlətlərin ilk təqvimləridə qəməri təqvim olmuşdur.
Mobil (Alabama)
Mobil (ing. Mobile) — ABŞ-də, Alabama ştatında şəhər. Meksika körfəzi sahilində bir portdur. Arağ emalı, süllüloz-kağız, kimya sənyesi var. Gəmi, alüminium oksidi, sement istehsal olunur. 1711-ci ildə salınmışdır.
Mobil Babayev
Mobil Rəşid oğlu Babayev (23 dekabr 1945, Kirovabad – 10 noyabr 2023) — azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2007). == Həyatı == Mobil Babayev 23 dekabr 1945-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O, 1953-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin skripka sinfinə qəbul olunmuş, təqribən, 5–6-cı siniflərdə olarkən musiqi bəstələməyə başlamışdır. Bəstəkarlıqdan ilk müəllimi Ədilə Hüseynzadə, daha sonra Müdhət Əhmədov, 8-ci sinifdən etibarən məktəbi bitirənə kimi isə Nazim Əliverdibəyov olmuşdur. 1964-cü ildə viola və bəstəkarlıq üzrə məktəbdən məzun olur və həmin ildən Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının viola sinfinə daxil olmuşdur. 1972-ci ildə Konservatoriyadan məzun olmuş və diplom işi olan 1-ci simfoniya Rafiq Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında səslənmişdir. 1972-ci ildə hərbi xidmətə yollanmış, orada Qırmızı bayraq ordenli mahnı və rəqs ansamblında çalışmışdır. 1973-cü ildə hərbi xidmətdən qayıtdıqdan sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru, daha sonra isə baş redaktor kimi fəaliyyət göstərmişdir. İlk mahnılarından biri, sözlərinin müəllifi Zeynal Vəfa olan "Vəfalı dost" olmuşdur. Həmin mahnı 1974-cü ildə Vilnüs şəhərində "Vilnüs qalaları" beynəlxalq mahnı müsabiqəsində birinci yerə layiq görülmüşdür.
Mobil körfəzi
Mobil ABŞ-nin Alabama ştatı ərazində, Meksika körfəzində buxta. Şərqini Fort-Morqan yarımadası və qərbini sədd ada olan Dofin-Aylend formalaşdırır. Mobil çayı və Tenso çayı buxtanın şimalına tökülərək estuari əmələ gətirir. Bundan başqa buxtanın qərbinə Doq çayı, Dir çayı və Faul çayı və şərqinə Fiş çayı kimi bəzi çaylar da tökülür. Saniyədə 62,000 cubic feet (1,800 m3) su axını ilə Mobil buxtası ABŞ-də ən böyük dördüncü estuaridir. Hər il və bəzən yay aylarında bir neçə dəfə balıq və xərçəngkimilər sahilin dayaz hissəsinə və buxtanın sahilinə toplaşırlar. Təzə və asantutulan dəniz məhsulları əldə etmək üçün bura böyük izdiham toplanır və buna görə də bu hadisə yubiley adlanır. Mobil buxtası bu növ yubileyin ad hal olduğu dünyada yeganə yerdir. Mobil buxtasının ərazisi 413 kvadrat mil (1,070 km2) təşkil edir. Uzunluğu 31 mil (50 km), eni isə 24 mil (39 km)-dir.
Mobil sursat
Mobil sursat (həmçinin intiharçı pilotsuz uçuş aparatı, intiharçı dron, kamikadze pilotsuz uçuş aparatı, rouminq silahları və ya kamikadze dron kimi tanınır) sursatların müəyyən müddət ərzində hədəf ərazinin ətrafında fırlandığı və yalnız hədəf aşkar edildikdən sonra hücum etdiyi hava silah sistemidir. Mobil sursatlar, yüksək dəyərli platformalar hədəf əraziyə yaxın yerləşdirildikdən qısa müddət sonra görünən gizli və ya məxfi hədəflərə qarşı daha sürətli cavab müddətlərini təmin edir və həmçinin də hücum əmri asanlıqla ləğv oluna bilindiyi üçün daha seçici olaraq vacib hədəflərə tuşlanmağa imkan yaradır. Mobil sursatlar qanadlı raketlər ilə silahlı pilotsuz uçuş aparatları (SPUA) arasında qəbul edilir və hər ikisi ilə eyni xüsusiyyətlərə malikdir. Onlar qanadlı raketlərdən hədəf ərazinin ətrafında nisbətən uzun müddət dövrə vurması üçün nəzərdə tutulması, SPUA-lardan isə mobil sursatın bir hücumda sərf edilməsinin nəzərdə tutulması və daxili döyüş başlığına malik olması ilə fərqlənirlər. Buna görə də onları qeyri-ənənəvi mənzilli silahlar da hesab etmək mümkündür. Mobil silahlar ilk dəfə 1980-ci illərdə yer-hava raketlərinə (SAM) qarşı Düşmənin Hava Hücumundan Müdafiəsinin Zəiflədilməsi (SEAD) rolunda istifadə üçün ortaya çıxmışdırlar və 1990-cı illərdə bir sıra hərbi hava qüvvələrində SEAD rolunda çıxış etməsi üçün yerləşdirilmişdirlər. 2000-ci illərdən başlayaraq, rouminq silahları nisbətən uzun mənzilli hücumlardan və atəş dəstəyindən tutmuş kürək çantasına sığan bir taktiki döyüş vasitələrinə və hətta çox qısa mənzilli döyüş sistemlərinə qədər əlavə rollar üçün hazırlanmışdır.
Mobil telefon
Mobil telefon — rabitə vasitəsi. Ən çox şəbəkəli danışma üçün işlədilir. Telefonun ikinci dəfə "dünyaya gəlişi" isə XX əsrin 80-ci illərində simsiz rabitə sisteminin tətbiqi nəticəsində baş verdi. Mobil telefonun ixtirası mühəndis Martin Kuperin adı ilə bağlıdır. Satış məqsədiylə ilk portativ mobil telefon 1983-cü il martın 6-da istehsal olunmuşdur. Həmin gün "Motorolla" şirkəti layihəsinə 100 milyon dollar xərclənən bir aparatı təqdim etdi. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Bu telefonların satış qiyməti 3995 dollar olsa da, minlərlə amerikalı onu almaq üçün növbəyə yazılırdı. Uzun-uzadı təkmilləşdirmələrdən sonra mobil aparata saat, təqvim və digər rahatlığı olan qrafik displey əlavə olundu.
Mobil Əhmədov
Əhmədov Mobil Salman oğlu — azərbaycanlı teatr aktyoru, vokal ifaçı, Azərbaycan Respublikasının xalq artisti (2000). == Həyatı == Mobil Əhmədov 10 sentyabr 1931-ci ildə Gəncədə doğulub. 1955-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə daxil olub. Bir il sonra isə Azərbaycan Dövlət Konservatoriyasına qəbul edilib və Bülbülün sinfində oxuyub. 1961-ci ildə təhsilini başa vuraraq bir neçə ay Dövlət Radiosunun xorunda işləməyə başlayıb. Sentyabr ayında isə MkT-yə solist dəvət olunub. Elə həmin vaxtdan da qırx ilə yaxın teatrın əksər tamaşalarında əsas partiyaları ifa edib. Teatrın yetmişdən çox tamaşasında oynamaqla zəngin yaradıcılıq irsi yaradıb, bir neçə rolunu müxtəlif quruluşlarda ifa edib. Müxtəlif təhsil ocaqlarında pedaqoji fəaliyyət göstərib. Sənət dostlarının yüzlərlə şarjını çəkib.
Mobil şəbəkə
Mobil şəbəkə — son qovşaqlara, onlardan olan əlaqənin simsiz olduğu və şəbəkənin quruda hücrələr adlanan ərazilər üzərində paylandığı telekommunikasiya şəbəkəsi. Bu hücrələr hər birinə ən azı bir sabit yerləşmiş qəbuledici tərəfindən təqdim olunur. Bu baza stansiyaları hücrəni səs, verilənlər və digər məzmun növlərinin ötürülməsi üçün istifadə olunan şəbəkə əhatəsi ilə təmin edir. Müdaxilədən qaçmaq və hər bir hücrə daxilində zəmanətli xidmət keyfiyyətini təmin etmək üçün hücrə adətən qonşu hücrələrdən fərqli tezliklər dəstindən istifadə edir. hücrələr birləşdirildiyi halda geniş coğrafi ərazidə radio yayımı təmin edir. Bu çoxsaylı portativ ötürücülərə bir-biri ilə həmçinin stasionar qəbuledicilər və telefonlarla şəbəkənin istənilən yerində ötürücülərə ötürmə zamanı birdən çox hücrə vasitəsilə hərəkət etsə belə baza stansiyaları vasitəsilə əlaqə saxlamağa imkan verir. Mobil şəbəkələr bir sıra funksiyaları təklif edir: Əsas telekommunikasiya provayderləri Yer kürəsinin məskunlaşmış ərazisinin əksəriyyətində səs və verilənlər mobil şəbəkələrini yerləşdirmişdilər. Bu mobil telefonların və mobil hesablama cihazlarının ictimai kommutasiya edilmiş telefon şəbəkəsinə və ictimai internetə qoşulmasına imkan verir. Şəxsi mobil şəbəkələr tədqiqat və ya yerli ictimai təhlükəsizlik agentlikləri, taksi şirkəti üçün göndəriş kimi iri təşkilatlar və donanmalar üçün istifadə edilə bilər. Bir böyük ötürücüdən daha çox tutum.
Mobil hökumət
Mobil hökumət və ya m-hökumət — yalnız mobil telefonlar, notbuk kompüterlər, fərdi rəqəmsal köməkçilər (PDA) və simsiz internet infrastrukturundan istifadə etməklə mümkün olan dövlət xidmətləri və proqramlarından strateji istifadə kimi xidmətlər toplusu. == Üstünlükləri == Mobil hökumət xidmətləri "e-hökumətdə iştirak edən tərəflər, o cümlədən vətəndaşlar, biznes müəssisələri və bütün dövlət strukturlarına faydaların artırılması üçün hər növ simsiz və mobil texnologiya, xidmətlər, tətbiqlər və cihazlardan istifadəni əhatə edən strategiya və onun həyata keçirilməsi kimi" izah edilir. == Ölkələr üzrə == İnfrastrukturun olmaması səbəbindən internetin nüfuzunun aşağı olduğu, mobil bağlantı və nüfuzunun yüksək olduğu inkişaf etməkdə olan ölkələrdə mobil hökumət daha yaxşı seçimdir. Hökumətin vətəndaşlarla qarşılıqlı əlaqəsi SMS kimi vasitələrlə həyata keçirilə bilər. Hindistanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Elektronika və İnformasiya Texnologiyaları Departamenti bütün departamentləri və agentlikləri üçün mobil cihazlar vasitəsilə bütün xidmətlərini təmin etmək üçün mobil proqramlar hazırlamaq və yerləşdirmək planlarını açıqlamışdır. Freymvorkun qəbulunu və vaxtında həyata keçirilməsini təmin etmək üçün hökumət mobil cihazlar vasitəsilə ictimai xidmətlərin əlçatanlığını təmin etmək üçün əsas infrastruktur olan "Mobile Service Delivery Gateway"i (MSDG) inkişaf etdirəcək. == İstinadlar == == Əlavə ədəbiyyat == I. Kushchu and M. H. Kuscu. From e-Government to m-Government: Facing the Inevitable // The 3rd European Conference on e-Government. 2003. 253–260.
Babil söyüdü
Babil söyüdü (lat. Salix babylonica) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni İran və Çindir. == Botaniki təsviri == Hündürlüyü 15 m-ə, gövdəsinin diametri 60 sm-ə çatan ağacdır. Çətiri uzun, nazik, elastiki, sallaq budaqlardan ibarət sarımtıl-yaşıldır. Yarpaqlarının alt tərəfi tüklü olub, sonralar hər iki tərəfi çılpaqlaşır. Yarpaq ayasının uzunluğu 9-16 sm, eni 1-2,5 sm-dir, neştərvari-хətvari və ya uzunsov-neştərvaridir, ucuna doğru uzun və çəpəki sivridir, qaidəsinə doğru isə tədricən daralır, kənarları хırda mişardişlidir, üst tərəfi tünd-yaşıl, alt tərəfi göyümtüldür. Uzunluğu 1 sm-ə qədər olan yarpaqaltlıqları neştərşəkilli, sivri, tüklü, yanları dişli olub, çoх vaхt damarlıdır və erkən tökülür. Çiçəkləri bircinslidir. Erkəkcikləri 2, sərbəst, qaidəyə yaхın hissəsi tüklüdür.
Mobil bankçılıq
Mobil bankçılıq — müştərilərinə smartfon və ya planşet kimi mobil cihazlardan istifadə etməklə uzaqdan maliyyə əməliyyatlarını aparmağa imkan verən bank və ya digər maliyyə institutu tərəfindən göstərilən xidmət. Müvafiq internet bankçılığından fərqli olaraq, o, bu məqsədlə maliyyə institutu tərəfindən təmin edilən, adətən tətbiq adlanan proqram təminatından istifadə edir. Mobil bankçılıq əsasən 24 saat işləyir. Bəzi maliyyə institutlarında mobil bankçılıq vasitəsilə hansı hesablara daxil ola biləcəyinə dair məhdudiyyətlər, eləcə də əməliyyat edilə bilən məbləğlə bağlı məhdudiyyətlər var. Mobil bankçılıq internetin mövcudluğundan və ya mobil cihaza məlumat bağlantısının olmasından asılıdır. Mobil bankçılıq vasitəsilə əməliyyatlar təqdim edilən mobil bankçılıq proqramının xüsusiyyətlərindən asılıdır və adətən hesab qalıqlarının və ən son əməliyyatların siyahılarının əldə edilməsini, elektron faktura ödənişlərini, uzaqdan qəbz depozitlərini, P2P ödənişlərini və müştərinin və ya başqasının hesabları arasında pul köçürmələrini əhatə edir. Bəzi proqramlar həmçinin qəbzlərin nüsxələrini endirməyə və bəzən çap etməyə imkan verir. Mobil bank proqramından istifadə səmərəliliyi, sürəti, çevikliyi və həmçinin təhlükəsizliyi artırır, çünki o, istifadəçinin daxili mobil cihaz təhlükəsizlik mexanizmləri ilə inteqrasiya edilir. Bank nöqteyi-nəzərindən mobil bankçılıq müştərilərin nağdsız pul vəsaitlərinin çıxarılması və depozit əməliyyatları üçün bank filialına müraciət etmə ehtiyacını azaltmaqla əməliyyatların aparılması xərclərini azaldır. Mobil bankçılıq nağd pulla bağlı əməliyyatları idarə etmir və müştəri nağd pul çıxarmaq və ya depozit qoymaq üçün bankomata və ya bank filialına müraciət etməlidir.
Mobil cihaz
Mobil cihaz, həmçinin əl kömpüteri və ya rəqəmsal köməkçi — əldə tutulacaq və işləyəcək qədər kiçik həcmdə olan kompüter. Mobil cihazlarda adətən düz LCD və ya OLED ekran, sensor ekran interfeysi, rəqəmsal və ya fiziki butonlar olur. Onların fiziki klaviaturası da ola bilər. Bir çox mobil qurğular internetə qoşula və Wi-Fi, "Bluetooth", mobil şəbəkələr, həmçinin NFC vasitəsilə avtomobil əyləncə sistemləri və ya qulaqlıqlar kimi digər cihazlara qoşula bilər. İnteqrasiya edilmiş kameralar, audio və video telefon zəngləri yerləşdirmək və qəbul etmək imkanı, videooyunlar və qlobal mövqeləşdirmə sistemi (GPS) imkanları geniş yayılmışdır. Güc adətən litium-ion batareya ilə təmin edilir. Mobil cihazlar üçüncü tərəf proqramlarının quraşdırılmasına və işə salınmasına imkan verən mobil əməliyyat sistemlərini işlədə bilər. İlkin smartfonlara 2000-ci illərin sonlarında daha böyük planşetlər qoşulmuşdur. Giriş və çıxış adətən sensor ekran interfeysi vasitəsilə həyata keçirilir. Telefonlar/planşetlər və fərdi rəqəmsal köməkçilər eksklüziv xüsusiyyətlərə əlavə olaraq, noutbuk/masaüstü kompüterin əksər funksiyalarını təmin edə bilər.
Mobil nömrədaşıma
Mobil nömrədaşıma (ing. mobile number portability, MNP) — mobil telefon istifadəçilərinə mobil şəbəkə operatorunu dəyişdirən zaman mobil telefon nömrəsini saxlamağa imkan verən xidmət. == Ümumi baxış == Mobil nömrədaşıma bütün dünyada müxtəlif üsullarla həyata keçirilir. Beynəlxalq və Avropa standartına görə, "resipent tərəfindən idarə olunan" daşınma üsulu həyata keçirilir. Burada telefon nömrəsini daşımaq istəyən müştəri yeni şəbəkə (resipent) ilə əlaqə saxlayır, nömrədaşıma sorğusunu cari şəbəkə operatoruna (provayder) göndərir. Bunun əksinə olaraq, Birləşmiş Krallıq və Hindistan yeganə istisnadır. Bu ölkələrdə "provayder tərəfindən idarə olunan" üsul tətbiq olunur. Birləşmiş Krallıqda müştəridən Portlaşdırma Avtorizasiya Kodu (PAC), Hindistanda isə Unikal Portlaşdırma Kodu (UPC) əldə etmək üçün provayderlə əlaqə saxlaması tələb olunur və onlar resipent şəbəkəsinə təqdim edilməlidir. Həmin daşıma kodu resipentə bildirilərək daşıma prosesi davam etdirilir. Bu üsul bəzi sənaye analitikləri tərəfindən mobil nömrədaşıma fırıldaqlarının qarşısını almasına baxmayaraq, səmərəsiz olduğu üçün tənqid edilmişdir.
Mobil oyun
Mobil oyun — adətən mobil telefonda oynanan videooyun. Termin həmçinin mobil telefonlar (fərdi telefonlar və ya smartfonlar), planşetlər, PDA-lar, əl oyun konsolları, portativ media pleyerləri və ya qrafik kalkulyatorları da daxil olmaqla istənilən portativ cihazda oynanan bütün oyunlara aiddir. Mobil telefonda məlum olan ən erkən oyun 1994-cü ildən Hagenuk MT-2000 cihazında oynanan Tetris variantı idi. 1997-ci ildə Nokia Snake oyununu təqdim etdi. Nokia tərəfindən istehsal edilən əksər mobil cihazlarda əvvəlcədən quraşdırılmış Snake, o vaxtdan bəri ən çox oynanan oyunlardan birinə çevrildi və dünyada 350 milyondan çox cihazda mövcud idi. Mobil cihazlar, ilkin olaraq telefon operatorlarının öz mağazaları ilə məhdudlaşsa da, oyunların yüklənməsinə imkan verən texnologiya baxımından daha təkmilləşdi. Mobil oyunlar 2008-ci ildə Apple-ın iOS App Store kimi proqram mağazalarının inkişafı ilə çox böyüdü. Birbaşa mobil platforma sahibi tərəfindən idarə olunan ilk mobil məzmun bazarı olaraq, App Store istehlakçı davranışını əhəmiyyətli dərəcədə dəyişdirdi və mobil oyunlar bazarını tez bir zamanda genişləndirdi, çünki demək olar ki, hər bir smartfon sahibi mobil proqramlar yükləməyə başlayırdı. == Tarixi == XX əsrin sonlarına doğru, sənaye standartlarının yaradılması, telefona sahib olma qiymətinin sürətlə aşağı düşməsi və miqyas iqtisadiyyatı ilə idarə olunan istifadə sayəsində cib telefonu mülkiyyəti sənayeləşmiş dünyada geniş yayılmışdır. Bu partlayış nəticəsində telefon istehsalçılarının texnoloji inkişafı sürətlənmişdir.
Bobbi-Bobbi
Bobbi-Bobbi – Avstraliyanın şimal ərazilərində məskunlaşmış Binbinqa adlı aborigen qruplarının miflərində keçən fövqəltəbii varlıq. == Əfsanə == Bobbi-Bobbi "yuxu zamanı" mifoloji erasında göylərdə yaşayırdı. O Əlvan İlana bənzər nəhəng ilan idi və əvvəllər insanlara müsbət yanaşırdı. Göylərdən o görür ki, həyatda qalmaq üçün insanlara təkcə su yetmir. Buna görə də o insanlar üçün uçan tülküləri (yarasa növü) yaradır ki, sonuncular onları tutub yeyə bilsin. Tülkülər insanların onları tuta bilməyəcəyi yüksəklikdə uçmağa başladıqda, Bobbi-Bobbi qabırğalarından birini çıxararaq insanlara verir və onlar qabırğanı tarixdə ilk bumeranq kimi istifadə edirlər. Deyilənlərə görə, bəzi insanlar verilən bu hədiyyələrədən razı deyildilər və səma cənnətinin necə olduğunu görmək istəyirdilər. İki kişi göydə keçid açıb Bobbi-Bobbiyə təşəkkür etmək adı ilə qabırğa-bumeranqı elə güclə atırlar ki, o buludlarda nəhəng dəlik açır. Bobbi-Bobbi çox qorxduğundan bumeranqı tuta bilmir və o geri qayıdaraq kişiləri öldürür. Bununla ilk dəfə Ölüm insan oğlu ilə tanış olur.