Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bones
Bones (ボンズ, Bonzu) və ya bəzən BONES — Yaponiya animasiya studiyası. 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ən tanınmış əsərləri RahXephon, Wolf's Rain, Scrapped Princess, Eureka Seven, Angelic Layer, Darker than Black, Soul Eater, Ouran High School Host Club, Fullmetal Alchemist (iki adaptasiya), Star Driver, Gosick, Space Dandy və "Noragami" animeləridir. Baş qərargahı Tokionun Suqinami xüsusi rayonunda yerləşir. == Tarix == Bones studiyası Sunrise studiyasının keçmiş üzvləri Masahiko Minami, Hiroşi Osaka və Toşihiro Kavamoto tərəfindən 1998-ci ilin oktyabrında qurulmuşdur. Studiyanın ilk işlərindən biri Sunrise studiyası ilə birlikdə "Cowboy Bebop" anime serialına əsaslanan "Cowboy Bebop: Knockin' on Heaven's Door" adlı anime filmi olmuşdur. 24 sentyabr 2007-ci ildə studiyanın qurucularından biri olan, "Mobile Suit Victory Gundam", "Mobile Fighter G Gundam" və "The Mars Daybreak" kimi animelərin personaj dizayneri olan Hiroşi Osaka 44 yaşında xərçəngdən vəfat etmişdir.Hiroşi Osakanın ölümündən sonra studiyanın direktorlar şurasına Makoto Vatanabe və Takahiro Komori qatılmışdırlar. Takahiro Komori personaj dizayneri və animasiyaçı kimi tanınır: "Angelic Layer", "Scrapped Princess" və "Darker than Black" animelərinin personaj dizayneri olmuşdur. == İşlər == === Anime serialları === === OVA-lar === RahXephon Interlude: Her and Herself/Thatness and Thereness (7 avqust 2003) Wolf's Rain (23 yanvar 2004 – 25 fevral 2004) Fullmetal Alchemist: Premium Collection (19 mart 2006) Ghost Slayers Ayashi: Ayashi Diving Comedy (22 avqust 2007 – 24 oktyabr 2007) Darker than Black: Beneath the Fully Bloomed Cherry Blossoms (26 mart 2008) Fullmetal Alchemist Brotherhood (26 avqust 2009 – 25 avqust 2010) Prototype (Halo Legends-un hissəsi) (2010) Darker than Black: Gaiden (27 yanvar 2010 – 21 iyul 2010) Eureka Seven Ao: The Flowers of Jungfrau (20 sentyabr 2012) Noragami (17 fevral 2014 - 17 iyul 2014) Hitsugi no Chaika (10 mart 2015) Noragami Aragoto (17 noyabr 2015 – 17 mart 2016) Snow White with the Red Hair (5 yanvar 2016) Blood Blockade Battlefront (3 iyun 2016) Bungo Stray Dogs (məlum deyil) === Veb-animelər === Xam'd: Lost Memories (PlayStation Network, 16 iyul 2008–3 fevral 2009) === Anime filmləri === Escaflowne (iyun 2000; Sunrise ilə birlikdə) Cowboy Bebop (1 sentyabr 2001; Sunrise ilə birlikdə) RahXephon: Pluralitas Concentio (19 aprel 2003) Fullmetal Alchemist: Conqueror of Shamballa (23 iyul 2005) Sword of the Stranger (29 sentyabr 2007) Eureka Seven Pocket Full Of Rainbows (25 aprel 2009, Kinema Citrus ilə birlikdə) Towa no Quon (film seriyası)Fleeting Petals (泡沫の花弁, Utakata no Kaben) (18 iyun 2011) Wild Dance of Chaos (混沌の蘭舞, Konton no Ranbu) (16 iyul 2011) Never ending Crime (夢幻の連座, Mugen no Renza) (13 avqust 2011) Crimes in a Blank Dream (紅蓮の焦心, Guren no Shoushin) (10 sentyabr 2011) Heroic Return (双絶の来復, Souzetsu no Raifuku) (5 noyabr 2011) Eternal Eternity (永久の久遠, Towa no Quon) (26 noyabr 2011)Fullmetal Alchemist: The Sacred Star of Milos (2 iyul 2011) Un-Go episode:0 Inga chapter (19 noyabr 2011) Star Driver (9 fevral 2013) === Videooyunlar === Robot Alchemic Drive (Enix, 4 noyabr 2002) Rahxephon Blu Sky Fantasia (Bandai, 7 avqust 2003) Fullmetal Alchemist and the Broken Angel (Square Enix, December 25, 2003) Fullmetal Alchemist: Stray Rondo (Bandai, 25 mart 2004) Fullmetal Alchemist: Sonata of Memories (Bandai, 22 iyul 2004) Fullmetal Alchemist 2: Curse of the Crimson Elixir (Square Enix, 22 sentyabr 2004) Fullmetal Alchemist 3: The Girl Who Succeed God (Square Enix, 21 iyul 2005) Eureka Seven vol. 1: The New Wave (Bandai, 27 oktyabr 2005) Eureka Seven vol.
Boris
Boris — kişi adı. Boris Yeltsin — Rusiya dövlət xadimi və siyasətçisi Boris Antonov — Boris Kolker — Boris Xetaqurov — Boris Çinkin — Aktyor. Boris Baykov — Aktyor. Boris Rudnev — Aktyor. Boris Svetlov — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. Boris Barnet — Rejissor, montajçı, aktyor Boris Berezovski — Rusiya siyasətçisi. Boris Frumkin — kino dirijoru. Boris Medvedev — Rejissor. Boris Pumpyanski — operator, ssenari müəllifi, rejissor. Boris Conson — London şəhərinin meri Boris Laskin — ssenari müəllifi.
Boros
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Borş
Borş (İngiliscə tələffüz: /ˈbɔːrʃ, ˈbɔːrʃt/) — Daha çox Şərqi Avropa və Şimali Asiyada yayılmış şorba. Ukrayna mənşəli bir yeməkdir. Rusiya imperiyası dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan xörək. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir. Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çuğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyduqda dadlar bir-birinə qarışır və daha da ləziz olur. == Ərzaqlar == 6 porsiya üçün nəzərdə tutulub 1 kq iri tikələrə bölünmüş sümüklü mal əti 5 xörək qaşığı kərə yağı və ya duru yağ 1 baş soğan 1 ədəd orta boy çuğundur (300 qr) 2 ədəd yerkökü (300 qr) 2 xörək qaşığı tomat 3–4 dəfnə yarpağı (rusca: lavroviy list) 1 ədəd orda boy kələm (700 qr) 3 ədər kartof 2 stəkan xırda-xırda doğranmış cəfəri zövgə görə duz zövgə görə istiot == Hazırlanma qaydası == İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın.
Böre
Börü (başqurdca: Börö, rus.
Adam Boroş
Adam Boroş (mac. Boros Ádám; 19 noyabr 1900[…], Budapeşt – 2 yanvar 1973, Budapeşt) — Macarıstan botaniki. == Elmi fəaliyyəti == Adam Boroş toxumlu bitkilər, mamırkimilər üzrə ixtisaslaşmışdır. === Təsnif etdiyi bəzi növlər === Funaria hungarica Boros Cyndrichia mongolica Boros Hieracium praebiharicum Boros Marsupella hungarica Boros et Vajda == Əsərləri == Boros Á. Közép-és Nyugatmagyarország Sphagnum-lápjai növényföldrajzi szempontból / / A Debreczeni Tisza István tudományos társaság honismertető bizottságának kiadványai .- 1925–1926 .- II kötet, 5 fűzet .- P. 3–26. (Proceedings of the committee for the home geographical researches of the count Stephen Tisza scientifical society of Debrecen) Boros Á. A bustyaházai Csere-erdő florája / / Scripta Bot. Musei Transsilvanici, Cluj .- 1944 .- Vol. 3 .- P. 15–20. == Şərəfinə adlandırılmış taksonlar == Rosa borosiana Degen Pinus borosianus Lyka Pulsatilla borosiana Wagner Melampyrum borosianum Soó Mentha borosiana Trautmann Sorbus borosianus Kárpáti Z. Placidum Adami Borosi Szatala. == İstinadlar == == Ədəbiyyat == Мигаль А. В., Шевера М. В. Борош Адам / Энциклопедия Современной Украины. — Киев: 2004 .- Т. 3 .- С. 369–370.
Ariyana Boras
Ariyana Boras (bosn. Arijana Boras; 1976) — Yuqoslaviya və Bosniya dağ xizəkçisi, 1992, 1994 və 1998 Olimpiya Oyunlarının iştirakçısı. == Tərcümeyi-hal == Jelezniçar klubunun üzvüdür. Müxtəlif illərdə Olimpiya Oyunlarında slalom, nəhəng slalom, super nəhəng və kombinasiyalarda çıxış etmişdir .
Borel cəmi
Borel cəmi — ardıcıllıqların toplanması üçün bir ümumiləşdirilmədir. Bu anlayış hər hansı bir cəm dəyəri olmayan dağılan ardıcıllıqlar üçün belə bir böyüklük dəyəri təyin edə bilir. y = ∑ k = 0 ∞ y k z − k {\displaystyle y=\sum _{k=0}^{\infty }y_{k}z^{-k}} z-də bir baza ardıcıllığı olsun və y {\displaystyle y} -nin Borel çevrilməsi B y {\displaystyle {\mathcal {B}}y} aşağıdakı şəkildə təyin edilsin. ∑ k = 0 ∞ y k + 1 k ! t k {\displaystyle \sum _{k=0}^{\infty }{\frac {y_{k+1}}{k!}}t^{k}} B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin sıfırdan fərqli bir yığılma radiusu olduğu, B y {\displaystyle \scriptstyle {\mathcal {B}}y} -nin y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} kimi bir funksiyaya bütün müsbət həqiqi ədədlər üçün davam etdirilə bilindiyi, y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin həqiqi ədədlər çoxluğunda eksponensial sürətlə böyüdüyüqəbul edilsin. Bu halda y-in Borel cəmi y ^ ( t ) {\displaystyle \scriptstyle {\widehat {y}}(t)} -nin Laplas çevrilməsinə bərabər olur.
Boris Smilyaniç
Boris Smilyaniç (17 mart 1996, Podqoritsa) — Erediviziya klublarından olan PSV Eyndhoven FK klubunda hücumçu kimi çıxış edən Monteneqro futbolçusudur. == Klub karyerası == == Buduçnost == Klubun gənclər komandasında keçirdiyi illərdən sonra Smilyaniç Buduçnost Podqoritsa FK klubunda öz peşəkar debütünü 16 yaşı olarkən etdi. 2013-14 mövsümünün əvvəlində Smilyaniç üç ay zədə səbəbilə oyunları buraxmalı oldu. == PSV == 16 iyun 2014-cü ildə Smilyaniç bir neçə sınaq və danışıqlıqlardan sonra PSV Eyndhoven FK klubu ilə üçillik müqavilə imzaladı. O, öz peşəkar karyerasında debütünü 9 avqust 2014-cü ildə Yonq PSV ilə ikinci diviziyada Axilles 29 klubuna qarşı etdi. Smilyaniç evdə 2-0 qazandıqları oyunda 77-ci dəqiqədə Elvio van Overbeki əvəz etmişdir.
Boris Smirnov
Boris İvanoviç Smirnov (rus. Бори́с Ива́нович Орло́вский; əsl soyadı: Smirnov; d. 1793 (1796), Stolbeskoye kəndi, Pokrovskoye rayonu, Oryol vilayəti – ö. 16 (28) dekabr 1837, Sankt-Peterburq) — rus heykəltəraşı, == Həyatı == Təhkimli kəndli oğlu olan Orlovski 1822-ci ildə Peterburq Rəssamlıq Akademiyasına qəbul edilmiş, 1823-28-ci illərdə Romada B.Torvaldsenin rəhbərliyi altında işləmişdir. == Yaradıcılığı == Ən yaxşı əsərlərində (xüsusilə milli qəhrəmanlıq mövzusundakı monumental heykəllərində) obrazların tarixi konkretiyi ilə klassisizmə xas formalar ahəngdarlıq təşkil edir. === Əsərləri === M.İ.Kutuzovun abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı M.B.Barklay-de-Tollinin abidəsi — (tunc, 1828-36, açılışı 1837) Leninqrad, Kazan kilsəsinin qarşısı == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 373-374.
Boris Sokolov
Boris Sergeyeviç Sokolov 27 mart (9 aprel) 1914, Tver quberniyası – 2 sentyabr 2013, Moskva) – Sovet və Rusiya geoloqu və paleontoloqu, Rusiya Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı (1984). == Tərcümeyi-halı == Boris Sergeyeviç Sokolov 9 aprel 1914-cü ildə Tver quberniyasında kənd feldşeri Sergey Borisoviç Sokolovun ailəsində anadan olmuşdur. O uşaqlıq illərini Vışnevolotsk rayonunun Beryozka kəndində keçirmişdir. Məktəbi bitirdikdən sonra Leninqradda elektik montyoru işləmişdir. B. Sokolov 1937-ci ildə Leninqrad Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1936-cı ildən Mərkəzi Asiyada geoloji ekspedisiyalarda iştirak etmişdir. 1937–1941-ci illərdə o, Leninqrad Dövlət Universitetində paleontologiya kafedrasının assisenti olmuşdur. Müharibədən əvvəl Boris Sergeyeviç Sokolov Çinin Sinszyan əyalətində geoloji ekspedisiyasına rəhbərlik etmişdir. O, 1941–1943-cü illərdə SSRİ-nin Neft Komissarlığının geoloji qrupunun rəhbəri kimi Çində Tyan-Şan bölgəsində Turfan və Cunqar ərazilərində aparılan geoloji tədqiqatlarda iştirak etmişdir. Tədqiqatçı 1943–1958-ci illərdə SSRİ Neft Komissarlığında böyük geoloq, böyük elmi işçi, laboratoriya müdiri olmuşdur.
Boris Spasski
Boris Spasski (rus. Бори́с Васи́льевич Спа́сский; 30 yanvar 1937[…], Leninqrad) — SSRİ və Fransa şahmatçısı, beynəlxalq qrosmeyster (1955), SSRİ əməkdar idman ustası (1965). O şahmat üzrə onuncu dünya çempionudur və bu adı 1969-cu ildən 1972-ci ilə qədər özündə saxlayıb. Spaski SSRI şahmat çempionatında iki dəfə qalib gəlib (1961, 1973), iki dəfə pley-offda məğlub olub (1956, 1963). == Həyatı == Spasski Leninqradda (indiki Sankt-Peterburq) rus ailəsində anadan olub.
Boris Struqatski
Arkadi və Boris Struqatski qardaşları (Arkadi Struqatski d.1925 – ö.1991), (Boris Struqatski 14.4.1933 - 19.11.2012) - Rus yazıçı, == Həyatı == Boris Struqatski 20-ci əsrin ən məşhur sovet və rus yazıçı-fantastlarından biri olub. Qardaşı Arkadi ilə birlikdə o, “Bazar ertəsi şənbə günü başlayır”, “Tanrı olmaq çətindir”, “Yol kənarında piknik” kimi 30-dan çox roman və povest yazıb. Struqatskinin əsərləri dəfələrlə ekranlaşdırılıb. Ən çox tanınan əsəri “Yol kənarında piknik” əsasında 1979-cu ildə Andrey Tarkovskinin çəkdiyi “Stalker” filmi çox məşhurdur. Qardaşının ölümündən sonra Struqatski Vititski ləqəbi altında bir neçə əsəri təkbaşına yazıb. Onun ölümünə səbəb kimi ürəyində olan problemlər göstərilib. Yazıçının 79 yaşı var idi. 2012-ci ilin noyabr ayının 19-da xəstəxana ölüb.
Boris Svetlov
Boris Nikolayeviç Svetlov (rus. Борис Николаевич Светлов; 1880, Orenburq, Rusiya İmperiyası) — Rusiya və SSRİ oyun və sənədli kino rejissoru, ssenarist, kino və teatr aktyoru. == Həyatı == Boris Svetlov 1880-ci ildə Orenburqda anadan olub. Lazarev Şərq Dilləri İnstitutunda təhsil alıb. 1910-1912-ci illərdə müxtəlif teatrlarda aktyorluq edib. 1912-ci ildən müxtəlif kinostudiyalarda filmlər çəkib. 1915-ci ildə Filma səhmdar cəmiyyətinin dəvəti ilə Azərbaycana gəlib və 1918-ci ilə qədər bir neçə filmin rejissoru olub. 1916-1917-ci ilərdə Svetlov 30-a yaxın filmə quruluş verib. 1920-ci ildən teatra qayıdıb, orada rejissorluq edib. 1921-ci ildə Petroqradda Kinotexnikum təşkil edib.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 8 (20) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Boris Tokaryev
Boris Vasilyeviç Tokaryev (rus. Борис Васильевич Токарев) — Rusiyanın teatr və kino aktyoru. Rusiyanın əməkdar artisti, Rusiya Kinoaktyorlar Gildiyasının ilk vitse-prezidenti, "Debüt" studiyasının baş prodüseri. == Həyatı == Boris Tokaryev 1947-ci ildə Kaluqa vilayətinin Kiselyovo kəndində anadan olmuşdur. Onun uşaqlıq illəri də elə orada keçmişdir. Sonralar Tokaryevlər Moskvaya köçür və Boris məhz orada ilk dəfə məktəbə gedir. Boris kino debütünə 12 yaşında "Xilas edilmiş nəsil" filmində çəkilərək imza atır. 13 yaşında ikən Boris Puşkin adına teatra dəvət alır. Bir müddət sonra onu rejissor Pobedonossevin yanına assistent kimi qəbul edirlər. Beləliklə, Boris məktəbdə təhsilini davam etdirə-etdirə böyük səhnədə əsl aktyor kimi yetişməyə başlayır.
Boris Troyanovski
Boris Troyanovski (1883, Pskov vilayəti, Rusiya İmperiyası - 1951, Leninqrad, RSFSR) — Rusiya musiqiçisi. == Həyatı == Boris Troyanovski Pskov vilayətinin Novorjevsk rayonunun Ruqodevo kəndində anadan olmuşdur. Onu "rus Paqaninisi", "balalaykanın kralı" adlandırırdılar. Onun istedadının sorağı Rusiya hüdudlarından çox-çox kənarlara Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Portuqaliya, Almaniya, İsveç, Danimarka və Rumıniyaya qədər gedib çıxmışdır. Hətta Parisdə bu gün Troyanovskinin adını daşıyan rus xalq alətləri kvarteti fəaliyyət göstərir.
Boris Turayev
Boris Aleksandroviç Turayev (rus. Бори́с Алекса́ндрович Тура́ев; 24 iyul (5 avqust) 1868, Novoqrudok[d], Minsk quberniyası[d] – 23 iyun 1920, Petroqrad) — rus tarixçisi. == Həyatı == Boris Aleksandroviç Turayev 5 avqust 1868-ci ildə Rusiya imperiyasının Minsk quberniyasının Novoqrudok şəhərində anadan olmuşdu. Orta təhsilini Vilno gimnaziyasında almışdı. 1891-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin tarix-filologiya fakültəsini bitirmişdi. Boris Turayev Rusiyada Qədim Şərq tarixinin əsasını qoyan alimlərindəndir. Qədim Misir və Nubiya tarixi ilə məşğul olmuşdu. Boris Turayev 23 iyul 1920-ci ildə Sankt-Peterburq şəhərində vəfat edib.
Boris Ukaçin
Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936 – 25 dekabr 2003) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993) == Həyatı == Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur. O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır. === Vəfatı === 25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.
Boris Xetaqurov
Boris Xetaqurov — Azərbaycanın Əməkdar Həkimi Boris Xetaqurov Naneeviç 12 avqust 1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirib. 1965-ci ildən 2003-cü ilə qədər "Neftçi" FK-da həkim vəzifəsində çalışıb. 1992-ci ildən Azərbaycan milli futbol komandasının həkimidir. 2004-cü ilin iyulundan 2005-ci ilin yanvarınadək Xəzər-Lənkəran klubunda işləyib. Azərbaycanın Əməkdar Həkimidir.
Boris Yakobi
Boris Yakobi (alm. Moritz Hermann von Jacobi‎; 21 sentyabr 1801, Potsdam — 27 fevral (11 mart) 1874, Sankt-Peterburq) — alman və rus fiziki. == Həyatı == Görkəmli alman və rus fiziki və elektrotexniki Yakobi (Morits German) Almaniyanın Potsdam şəhərində anadan olub. İbtidai təhsilini evdə, orta təhsilini isə yerli gimnaziyada alıb. Məktəb dövründən Yakobi dəqiq elmlərlə maraqlanmış, elmi-texniki yaradıcılığa daha çox meyl göstərirmiş. O, 1821-cı ildə Berlin Universitetinə daxil olub, bir ildən sonra Qettingen universitetinə keçir və 1823-cü ildə fizika-texnika fakültəsini bitirir. Tələbəlik illərində və ondan sonrakı dövrdə Yakobi həmişə öz təhsilini müstəqil olaraq artırırmış. O, fizika və texnika, inşaat texnikası və arxitektura elminin nailiyyətlərini diqqətlə izləyərmiş. Berlin və Potsdam arasındakı böyük körpünün layihəsini Yakobi hazırlamışdır. Yakobinin işləri elektromaqnetizm və onun praktik tətbiq sahələrinə aiddir.
Boris Yefimiçev
Boris Yefimiçev (rus. Ефимичев Борис Васильевич) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Boris Yefimiçev Vasilyeviç 1945-ci ilin 15 yanvar tarixində Bakı şəhərində anadan olub. Boris hər iki gözündən əlil olub. Azərbaycan korlar cəmiyyətinin trikotaj fabrikində işləyirdi. Yanvarın 20-də axşam saat 22.00-da evdən çıxıb. Saat 23:00-da iki nəfər onu yaralı halda evə gətirib. Gətirənlər deyib ki, hərbçilər Haqverdiyev küçəsində onu əvvəl; süngü ilə, sonra avtomatla vurublar. Hadisə vaxtı təhlükə hiss edən Yefimiçev belə deyib: Həkim arayışında isə belə yazılıb: Yefimiçev Boris Vasilyeviç yanvarın 21-də saat 01:30 dəqiqədə təcili yardım maşını ilə Eksperimental xəstəxanaya gətirilib.
Boris Yefimov
Boris Yefimoviç Yefimov (rus. Борис Ефимович Ефимов; doğum adı — rus. Борис Хаимович Фридлянд) — rus və sovet rəssamı, karikatura ustası. SSRİ Rəssamlıq Akademiyasının akademiki (1975). Sosialist Əməyi Qəhrəmanı (1990). SSRİ xalq rəssamı (1967). == Həyatı == Boris Yefimov 28 sentyabr (11 oktyabr) 1900-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1922-ci ildən "İzvestiya", "Pravda" qəzetlərində və "Krokodil" jurnalında əməkdaşlıq etmişdir. 1966-cı ildən "Agitplakat" yaradıcılıq-istehsalat birliyinin baş redaktoru olmuşdur. Yefremov beynəlxalq mövzuda siyasi karikaturaların müəllifidir.
Boris Yeltsin
Boris Nikolayeviç Yeltsin (rus. Борис Николаевич Ельцин; 1 fevral 1931[…] – 23 aprel 2007[…], Moskva) — rus və sovet siyasətçisi, 1991–1999-cu illərdə Rusiya Federasiyasının 1-ci Prezidenti olub. 1961-ci ildən 1990-cı ilə qədər. O, daha sonra siyasi müstəqil olaraq dayandı və bu müddət ərzində ona ideoloji cəhətdən liberalizm və rus millətçiliyi ilə uyğunlaşdırılmış biri kimi baxıldı. Yeltsin Ural vilayətinin Butka şəhərində anadan olub. Tatar MSSR-in Kazan şəhərində böyüyüb. Ural Dövlət Texniki Universitetində təhsil aldıqdan sonra tikintidə çalışıb. Kommunist Partiyasına daxil olduqdan sonra partiya sıralarında yüksəldi və 1976-cı ildə partiyanın Sverdlovsk vilayəti komitəsinin birinci katibi oldu. Yeltsin əvvəlcə Sovet lideri Mixail Qorbaçovun yenidənqurma islahatlarının tərəfdarı idi. Daha sonra o, islahatları həddən artıq mötədil olduğu kimi tənqid edib və çoxpartiyalı təmsilçi demokratiyaya keçidə çağırıb.