Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brend
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Brend (dəqiqləşdirmə)
Brend — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend (çay) — çay.
Brend (çay)
Brend — (alm. Brend‎) — Almaniyada yerləşən çaydır. Bavariyadan keçir. Çayın indeksi 24432, ümumi uzunluğu 26,18 km-dir.
Brend idarəçiliyi
Brend idarəçiliyi — sahibləri və müştəriləri tərəfindən brendin idarə edilməsi (potensial olanlar da daxil olmaqla). Nəzarət, məqsədyönlü müşahidə və obyektə təsir prosesi kimi başa düşülür: hədəf dəyişikliyi / obyekti dəyişdirməkdən imtina. Məqsəd, brend aktivlərini artırmaq, brend potensialını (ing. brand potential) artırmaqdır. Brend idarəçiliyi bir neçə əsas sahəni özündə birləşdirir: brend idarəetmə nəzəriyyəsi; strateji brend idarəçiliyi; korporativ brend idarəçiliyi (ing. portfolio management); brend idarəetmə prosesi - əlavə şirkət mənfəəti əldə etmək üçün bir vasitə kimi brendləşdirmə. Ayrıca, brend idarəçiliyi, müəyyən bir brend və ya marka portfelinə aid bir təşkilatın marketinq fəaliyyətinin planlaşdırılması və ümumi koordinasiyasından ibarətdir. == Tarixi == İqtisadi nəzəriyyənin inkişafının ilkin mərhələsində, eramızdan əvvəl IV əsrə qədər, Qədim dünyada (Misir, Babilistan, Hindistan, Çin və s.) idarəetmə sistemlərinin inkişafı faktı ən qədim işarə sistemlərində öz əksini tapmışdır və onları tematik heroqliflərin daimi bir komplikasiyası şəklində izləmək olar. Təkamül yazma prosesi: sadə (qrafiklərdən) kompozitə (kompleksə). "Nəzarət" mücərrəd mənalı hiyeroglif işarəsi bir neçə minilliklər əvvəl ortaya çıxdı.
Celine (brend)
Celine (əvvəllər Céline olaraq yazılırdı) 1996-cı ildən LVMH qrupuna məxsus olan fransız geyim və dəbdəbəli dəri mallar brendidir. O, 1945-ci ildə Selin Vipiana (fr. Céline Vipiana) tərəfindən təsis edilmişdir.2015-ci ilin noyabr ayından etibarən qərargah Parisin 2-ci bölgəsində, Vivienne 16 ünvanında, "Fransız Tarixi Abidəsi təsnifatı"-na malik "Hôtel Colbert de Torcy" otelində yerləşir. Severin Merl (fr. Séverine Merle) 2017-ci ilin aprelindən Baş İcraçı Direktordur. 21 yanvar 2018-ci ildə LVMH (fr. Hedi Slimane) Edi Slimen-in Celine-də bədii, yaradıcılıq və imic direktoru vəzifəsini tutacağını elan etdi. == Brendin yaradılması == 1945-ci ildə Selin Vipiana (1915–1997) və əri Riçard sənayedə ilk lüks brendlərdən biri olan Celine adlı uşaq ayaqqabısı biznesini yaratdılar və Parisdə "52 rue Malte" ünvanında ilk butiklərini açdılar.Brend Raymond Peynet tərəfindən yaradılmış qırmızı fil loqosu ilə tanınıb. == Yeni mövqe == 1960-cı ildə brend fəaliyyətlərini idman geyimi anlayışına sahib bir qadın geyim markası olmaq üzrə dəyişməyə qərar verdi. Brend indi çantalar, loafers, əlcəklər və geyimlər kimi müxtəlif dəri məhsulları təklif edir.
Zara (brend)
"Zara" — İspaniyanın geyim və aksesuar markalarından biri. "Zara" brendinin sahibi Amansio Orteqadır. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır.
Always (brend)
Always — Procter & Gamble şirkətinə daxil olan, 1983-cü ildə yaradılmış qadın baxımı və müdafiəsi üçün bezlər istehsal edən marka. Always dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla satılır. Buna misal olaraq Yaponiya, Hindistan, Çin, Cənubi Koreya, Tayvan, Filippin, Tayland, İndoneziya və Avstraliyada Whisper, İtaliyada Lines Türkiyə də isə Orkid adı altında satılır. Digər adlarına misal kimi isə İspaniya və Portuqaliyada istifaəd edilən Evax və Ausonia adlarını göstərmək olar. Procter & Gamble Always markasını dünya səviyyəli marka olması yolunda ciddi addımlar ataraq, qadın sağlamlığı və təmizliyi sahəsində də keçirdiyi layihə və tədbirlərlə tez-tez gündəmə gəlir.
Mercedes (brend)
Mersedes — 1901–1926-cı illər arasında Gottlieb Daimlerin şirkəti olan Daimler Motoren Gesellschaft tərəfindən istehsal olunan avtomobillər markası. 1926-cı ildə Karl Benzin şirkəti olan Benz & Cie ilə birləşdikdən sonra marka adı Mercedes-Benz olaraq dəyişdirilmişdir. 1897-ci ildə Fransanın Nitsa şəhərində yaşayan Avstriya taciri və Avstriyanın Nitsadakı baş konsulu Emil Yellinek, Gottlieb Daimlerin zavodunda olur və maşın alır. Beynəlxalq maliyyə dünyası və aristokratiya ilə yaxşı əlaqələrə sahib olan Jellinek, Daimler avtomobili ilə Fransız Rivierasında böyük diqqət çəkir. Daha sonra Yelinek, 1899-cu ildə 23 at gücünə malik mühərrik ilə təchiz olunmuş Daimler yarış avtomobilinə böyük qızı Mersedesin adını verir və bu maşın ilə Nitsa yarışında iştirak edərək birinci olur. Bu müvəffəqiyyətdən sonra Yelinek Daimler fabrikinə 36 avtomobil sifariş verir və bu vasitələrin Mercedes adlandırılmasını tələb edir. Emil Yelinekin əldə etdiyi satış müvəffəqiyyətindən sonra Daimler 1901-ci ildən sonra istehsal etdiyi avtomobilləri "Mersedes" adlandırmaq qərarına gəlir. 23 iyun 1902-ci ildə Mercedes marka adı kimi qeydiyyata alınmışdır. 26 sentyabr 1902-ci il tarixindən etibarən də qanunla da müdafiə edilir.
Brene
Brene (fr. Bresnay) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Suvinyi kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03039. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 394 nəfər təşkil edirdi. == İqtisadiyyatı == İqtisadiyyatın əsasını üzümçülük təşkil edir. 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15–64 yaş) 187 nəfəri iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 78,6%, 1999-cu ildə 68,4%). Fəal 187 nəfərdən 176 nəfəri (90 kişi və 86 qadın) işləyir, 11 nəfər işsizdir (5 kişi və 6 qadın).
Ebrend
Bənd
Bənd — şeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır. Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur. == İstinadlar == == Həmçinin bax == Beyt Misra == Ədəbiyyat == Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi.
Onlayn brend müdafiəsi
Onlayn brend müdafiəsi — istehlakçı davranışında konsepsiya. Bu, istehlakçının onlayn platformalardakı tənqidlərə qarşı bir brendi müdafiə etdiyi vəziyyətə aid edilir. İstehlakçının bunu etməsinin səbəbi dəyişkəndir. Bu, brendə bağlılıqdan qaynaqlana bilər. Bu, həm də brendin yüksək məhsul keyfiyyətinə inamla bağlı ola bilər. Nəticədə brendə olan tənqidlərin əsassız olduğu qənaətinə gəlinir. XXI əsrin əvvəllərindən etibarən onlayn brend müdafiəsi konsepsiyası marketinq sahəsində, xüsusən də istehlakçı psixologiyasında elmi maraqları cəlb etmişdir. Bu sahədə bir çox ekspert müştərilərdə onlayn brendin müdafiəsinə sövq etməyin yollarını müzakirə edir, çünki belə davranışın brendi ağızdan-ağıza yayılan mənfi sözlərdən müdafiə etməyə kömək etdiyi düşünülür.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…], Boka-Raton, Florida) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Bernd Drexsel
Bernd Drexsel (28 Oktyabr 1953 – 21 Yanvar 2017) — 1972 Yay Olimpiya Oyunlarında iştirak edən Almaniyalı güləşçi. Drexsel Almaniyanın Karl-Marks-Stad şəhərində anadan olmuşdur.
Bernd Leno
Bernd Leno (4 mart 1992-ci ildə anadan olub) — EPL təmsilçilərindən olan Arsenal klubunda və Almaniya milli futbol komandasında qapıçı kimi çıxış edən peşəkar Almaniya futbolçusudur.
Brena (Fransa)
Brena (fr. Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01059. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 92 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 58 nəfərin (15-64 yaş) 44 nəfəri İqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75.9%, 1999-cu ildə - 69.8%). 44 fəal sakindən 42 nəfər (25 kişi və 17 qadın) işləyir, 2 nəfər işsizdir (1 kişi və 1 qadın). Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 6 nəfər təqaüdçü, 1 nəfər digər səbəblərə görə fəaliyyətsiz idi.
Brenda Kastillo
Brenda Kastillo (d. 5 iyun 1992 - San Kristobal, Dominikan Respublikası) — Dominikanlı voleybolçu. == Həyatı və karyerası == Dominikanlı libero dünyada ən çox fərdi mükafata layiq görülən voleybolçudur. Valideynləri Argentina və Alfonso, həyat yoldaşı isə Xulio Enrike de los Santosdur. Ləqəbi ispancadan tərcümədə balaca, kiçicik mənasını verən "çin-çin"dir. Bu adı ona bədən ölçülərinə görə veriblər. 2010-cu ildə o, çətin günləri arxada qoyub xristianlığı qəbul edir. Alkoqol aludəçiliyinə görə milli komandaya gec qoşulur, özünə və ailəsinə kömək etmək üçün həyatını dəyişmək qərarı verir və nizam-intizamlı bir oyunçu kimi meydana qayıdır. İstər gənclərdən ibarət Milli Komandada, istərsə böyüklər arasında keçirilən yarışlarda Brenda hər zaman özünü ən yaxşı tərəfdən göstərə bilib. 2012-ci il London Olimpiadasının ən yaxşı liberosu adını qazandıqdan sonra dünyanın diqqətini özünə daha da cəlb edən 20 yaşlı qıza Azərbaycan Çempionu Rabitə Bakıdan təklif gəlir.
Henniq Brand
Henniq Brand (alm. Hennig Brand‎ — Alman əlkimyaçısı. Məhz onun 1669-cu ildə ilk dəfə fosforu kəşf etdiyi güman olunur. Otuzillik müharibə vaxtı sıravi əsgər kimi xidmət göstərən Brand sonradan bu sənətin onun üçün təhlükəli olduğunu hesab etmiş və həkim olmaq qərarına gəlmişdi. Bir sıra əlkimyaçılar ətrafında dolanaraq bu sahənin sirrlərinə dərindən bələd olsa da, varlı himayədarı olmadığından bu işi də atıb ticarətlə məşğul olmağa başlayır. Qısa zaman ərzində kifayət qədər uğurlu tacirə çevrilən Brand qazandığı vəsait hesabına elmi təcrübələr üçün lazımı avadanlıqlar alaraq yenidən əlkimya sahəsinə qayıdır. Bu sahədə onun qarşına qoyduğu əsas hədəf, dövrün bir çox əlkimyaçılarının da arzusu olan fəlsəfə daşı (metaldan qızıl düzəltmək üçün lazımı olan reaktiv) hazırlamaqdı. Məhz bu sahədə təcrübələr apararkən Brand təsadüfən fosfor elementini kəşf edir. Brand metalı qızıla çevirmək üçün lazım olan ilkin maddənin insan sidiyində olduğuna inanırdı. Belə ki, təcrübələrindən birində kazarmadan bir neçə çəllək insan sidiyi əldə edən Brand onu iki dəfə distillə etmiş və nəticədə yaranan siropa bənzər mayeyə ölü baş adını vermişdi.
Kristina Brenk
Kristina Brenk (sloven. Kristina Brenk; 22 oktyabr 1911, Horyul[d] – 20 noyabr 2009, Lyüblyana) — Sloven yazıçısı, şairəsi, tərcüməçisi və redaktor. == Bioqrafiyası == Kristina Brenk 1911-ci ildə o vaxtkı Avstriya-Macarıstan imperiyasının Qorculi şəhərində anadan olmuşdur. Uşaqlığını Qorculi şəhərində keçirir, burada ibtidai məktəbin dörd sinifini bitirir. Mariborda oxumağa davam edir, burada müəllimlik məktəbini bitirir. Lyublyana Universitetində psixologiya və pedaqoqika üzrə təhsil alır və 1939-cu ildə doktorluq dərəcəsi alır. Təhsil aldığı müddətdə bir dram məktəbinə qatılır. Gənclər teatrı yaratmaq qərarına gəlir, buna görə 1938-ci ildə Praqada gənclər teatrı nəzəriyyəsini öyrənir. 1939-cu ildə pedaqoji elmlər doktoru elmi adı alır. Müharibədən əvvəl Kristina Brenk sərbəst işçi olur.
So-Brena
So-Brena (fr. Sault-Brénaz) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Lanyo kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01396. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 45 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1043 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 663 nəfər (15-64 yaş) arasında 490 nəfər iqtisadi cəhətdən, 173 fəaliyyətsiz (fəaliyyət göstərici 73.9%, 1999-cu ildə 64.4%) idi. 490 fəal sakindən 419 nəfər (239 kişi və 180 qadın) işləyir, 71 nəfər işsizdir (33 kişi və 38 qadın).
Trend.az
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Trend İA
Trend İnformasiya Agentliyi — 1995-ci ildə Elmar Hüseynov tərəfindən təsis olunmuş informasiya agentliyidir. Xəzər regionunun, Cənubi Qafqazın və Mərkəzi Asiyanın xəbərlərini işıqlandırır. "Trend"in baş ofisi Azərbaycanın paytaxtı Bakıda yerləşir. Trend İA-nın tərkibində Azərbaycan, rus, ingilis, fars və türk dillərində xidmətlər faəliyyət göstərir. Xidmətlər regiondan, xüsusilə də Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tacikistandan xəbərlərin verilməsinə diqqət ayırır. Regionun siyasi və iqtisadi, sosial əhəmiyyətli, təcili xəbərləri portalda yerləşdirilir. Regionda biznes üçün və biznes haqqında xəbərlər, iqtisadi təhlillər, neft və qaz xəbərləri, müxtəlif sektorların monitorinqi təqdim olunur. Trend İnformasiya Agentliyi "Made in Azerbaijan" brendinin fəal işıqlandırılmasına görə Azərbaycan İqtisadiyyat Nazirliyinin mükafatına layiq görülüb. Azərbaycan Banklar Assosiasiyası 2017-ci ildə "Trend" agentliyini əsas media tərəfdaşı kimi mükafatla təltif edib. Azərbaycan və digər ölkələr arasında münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə, mədəniyyət və incəsənət, iqtisadiyyat, neft-qaz, bank, idman sahələrində, o cümlədən Birinci Avropa Oyunlarının (2015), eləcə də İslam Həmrəyliyi Oyunlarının (2017) fəal işıqlandırılmasına görə dəfələrlə mükafatlandırıb.
Brent Şou
Brent Donald Şou (ing. Brent Donald Shaw; 27 may 1947 və ya 1947, Edmonton) — Kanada və ABŞ tarixçisi. Fəlsəfə doktoru (1978), 2004-cü ildən Prinston Universitetinin professoru, ondan əvvəl Letbric və Pensilvaniya universitetlərində professor, Amerika Fəlsəfə Cəmiyyətinin üzvü (2012). 1976–1977-ci illərdə Birminhem Universitetində qədim tarix üzrə müəllim olmuşdur. 1977–1996-cı illərdə Letbric Universitetində dərs demiş, 1981-ci ildən professordur. 1994-cü ildə Təkmilləşdirilmiş Tədqiqat İnstitutunda professordur. 1989–1995-ci illərdə Prinston Universitetində qonaq professor olmuşdur. 1996-cı ildən Pensilvaniya Universitetində professor olmuşdur. 2004-cü ildən Prinston Universitetində klassiklər üzrə professor olmuşdur. Pensilvaniya Universitetinin fəxri magistr dərəcəsinə layiq görülmüşdür (1996).
Trend xətti
Trend xətti — müxtəlif növ birjalarda qiymət dəyişiklikləri tendensiyalarını müəyyən etmək üçün istifadə edilən texniki analiz aparatının elementi. Trend xətləri bəzi riyazi funksiyalardan istifadə etməklə əldə edilən təhlil edilən göstəricilərin orta qiymətlərinin həndəsi ekranıdır. Bir tendensiya xəttinin qurulması üçün funksiyanın seçimi adətən məlumatların zamanla dəyişməsinin xarakteri ilə müəyyən edilir. Üç növ tendensiya var: "boğa" (artan) — qiymətlər yüksəlir (buynuzlarını yuxarı qaldıran öküzlə müqayisədə); "ayı" (düşən) — qiymətlər düşür (pəncəsini aşağı vuran ayı ilə müqayisədə); "kambala" (yan) — qiymətlər qiymət aralığındadır. Tipik olaraq, konsolidasiya sonrakı yüksəliş və ya enişdən əvvəl baş verir.
Çətir brendi
Çətir brendi (ing. umbrella brand) — bir brend altında bir neçə mal qrupunun və ya məhsul kateqoriyasının eyni anda buraxılmasından ibarət olan brend genişləndirmə strategiyası növü, malların adında istehsalçı şirkətin adı üstünlük təşkil edir və şirkətin məhsullarının reklamında onun loqosu göstərilir. Çətir brendindən istifadənin əsas üstünlüyü yeni məhsulu tanıtmağa başlamağın aşağı qiymətidir, ikincidə isə üstünlük sadələşdirilmiş paylamadır. Bəzi şirkətlər çətir markası altında satış strukturunda əsas olmayan məhsullar istehsal edirlər. Bu, əsas markanın əlavə dəstəyi üçün edilir (məsələn, pivə markası altında kraker istehsal etmək mümkündür). Digər tərəfdən, fərqli məhsullar bir çətir brendi altında birləşdirildikdə, istehlakçının məhsulun tanınması azalır və məhsula sədaqət azalır ("brend bulanıqlığı" baş verir). Bundan əlavə, istehlakçıda bir məhsul haqqında mənfi təsəvvür yaranarsa, bütün brendə olan inam itər. Bəzən çətir brendi bir növ məhsulun digərinin adı altında reklam edilməsi üçün istifadə olunur (məsələn, mineral suyun reklamı adı altında araq reklamı. Qablaşdırmanın vahid dizaynı (belə hallarda əsas element loqo və addır) sizə imkan verir buraxılan kiçik mineral su partiyaları haqqında reklam çarxları çəkməklə araq satışını artırmaq).