Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vayz Blad
Weyes Blood (/waɪzblʌd/ azərb. Uayz Blad‎; əsl adı Natali Lora Merinq, ing. Natalie Laura Mering; 11 iyun 1988, Santa Monika, Kaliforniya, ABŞ) – amerikalı müğənni və bəstəkar. O, dörd albom və bir mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portland şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Bluhd kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Vayk
Əzizbəyov, Vayk, Soylan — Ermənistanda şəhər. Paşalı rayonunun inzibati mərkəzi.
Veyz
𐕛 (səslənməsi /v/, transkripsiyası V, v) — Alban əlifbasının 44-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Վէզ (Vēz) kimi verilmişdir. Tədqiqatçı Jost Gippert bu adla razılaşır. Demək olar ki, bütün tədqiqatçılar hərfin bu cür adlanması ilə razılaşır və Udi dilindəki V səsi ilə eyniləşdirirlər. Bu hərfə alban dilindəki orijinal sözlərdə adətən ilk hərf kimi rast gəlinsə də, ortada və sonda çox nadir hallarda görmək mümkündür.
Barri Vayt
Barri Vayt (ing. Barry White, 12 sentyabr 1944, Texas, ABŞ — 4 iyul 2003, Kaliforniya, ABŞ) — ritm-ənd-blyuz stilində məşhur olan amerikalı müğənni. 1974-cü ildə onun "Can’t Get Enough of Your Love, Babe", "Never, Never Gonna Give You Up" və "You’re The First, The Last, My Everything" adlı mahnıları Billboard Hot 100 jurnalının siyahısında yüksək yerləri tutduqdan sonra məşhurluq qazandı. Sonuncu mahnı həm də Britaniya çartlarına başçılıq edirdi. == Həyatı == Barri Vayt Texas ştatının Qalveston şəhərində anadan olmuş və Kaliforniyada Los-Ancelesin kriminal rayonunda böyümüşdür. 17 yaşında o, 30000 ABŞ dolları dəyərində avtomobil təkəri oğurluğuna görə 4 ay həbs cəzası alır. Həbsdə ikən radioda Elvis Preslinin ifasında "It's Now or Never" mahnısını eşidir və oxumağa qərar verərək həyatını dəyişmək istəyir.Musiqi karyerasına 60-cı illərdə prodüser və musiqi tərtibatçısı kimi başlamış, 70-ci illərdə isə müğənni kimi disko stilindəki mahnıları ilə uğur qazanmışdır. Uzun illər hipertoniyadan əziyyət çəkən Barri Vayt 2003-cü ilin mayında böyrəklərinin öz funksiyasını itirməsi nəticəsində xəstəxanaya düşür və 4 iyul tarixində vəfat edir. Onun nəşi kremasiya edilərək külü ailəsi tərəfindən Kaliforniya sahillərinə səpilmişdir.
Coşua Vays
Elvin Vayt
Elvin Vayt (11 iyul 1899 - 1 oktyabr 1985) — ABŞ yazıçısı. Onun 1952-ci ildə yazdığı "Şarlottanın sevgi toru" romanının 45 milyon nüsxəsi satılmışdı.
Lesli Vayt
Lesli Vayt (ing. Leslie Alvin White; 19 yanvar 1900 - 31 mart 1975) — ABŞ antropoloqu, etnoloqu və kulturoloqu. == Həyatı == Lesli Vayt 19 yanvar 1900-cü ildə ABŞ-nin Kolorado ştatında anadan olmuşdu. Lesli Vayt 31 mart 1975-ci ildə Kaliforniya ştatında vəfat etmişdir. == Vayt və kulturologiya == Məlumdur ki, kulturologiya mədəniyyəti, sivilizasiyanı, onun tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini və qarşılıqlı təsirini öyrənir, insanın həyatda öz yerini tapmasında səmərəli rol oynayır. Kulturologiya bir tərəfdən mədəniyyəti, mədəniyyət tarixini, insanla mədəniyyətin qarşılıqlı əlaqəsini, digər tərəfdən isə insanın ona təsirini və əks-təsirini öyrənir. Kulturologiya bir elm kimi XX əsrin əvvəllərində meydana gəlmişdir. Onun yaranmasında ABŞ alimi Lesli Vayt (1900-1975) xüsusi rol oynamışdır. Lesli Vayt öz nəzəriyyəsini "Kulturologiya" adlandırmışdır. Lesli Vaytın bu elmi tədqiqatı "insan və mədəniyyət" anlayışlarını əhatə etdiyindən kulturologiya dünya elmi ictimaiyyətinin diqqət mərkəzinə çevrilmişdir.
Patrik Vayt
Patrik Viktor Martindeyl Uayt (ing. Patrick Victor Martindale White; 28 may 1912[…], London – 30 sentyabr 1990[…] və ya 29 sentyabr 1990, Sidney) — Avstraliya yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1973), İlin avstraliyalısı (1973). == Həyatı == Patrik Viktor Martindeyl Uayt yaşıl qitənin — Avstraliyanın Nobel mükafatı alan ilk yazıçısıdır. O, ailələrinin Avropaya səyahəti zamanı İngiltərədə doğulmuşdur. Geniş maddi imkanlara malik valideynləri on üç ildən sonra Patriki təhsil almaq üçün yenidən Londona göndərmişdilər. Lakin daha sərbəst mühitdə böyüyən avstraliyalı yeniyetmə mühafizəkar İngiltərədə duruş gətirə bilməmişdi. Atasının razılığı ilə vətənə qayıdaraq bir müddət öz fermalarında çalışmışdı. Artıq müəyyən həyat təcrübəsi topladıqdan sonra yenidən Britaniyaya dönən Patrik Uayt Kembricdə ingilis, alman və fransız ədəbiyyatlarını öyrənmiş, dil bilgilərini təkmilləşdirmək üçün Fransa və Almaniyaya uzunmüddətli səyahətlərə çıxmışdı. İlk şeirlər kitabını 1935-ci ildə çap etdirmişdi. Bunun ardınca bir neçə pyes yazsa da, onların nəşrinə, yaxud tamaşasına təşəbbüs göstərməmişdi.
Peter Vays
Peter Vays (alm.
Rayan Vayt
Rayan Ueyn Vayt (ing. Ryan Wayne White d. 6 dekabr 1971; Kokomo, İndiana – 8 aprel 1990; İndiana, İndianapolis) — İİV/QİÇS virusuna yoluxduğu üçün oxuduğu məktəbdən çıxarılmasına qarşı apardığı mübarizə ilə Amerika Birləşmiş Ştatlarında milli simvol halına gələn amerikalı gənc. Rayan hemofiliya xəstəsi olduğu üçün qanköçürmə müalicəsi zamanı İİV-ə yoluxmuş olduğu iddia edildi. Ona 1984-cü ilin dekabr ayında diaqnoz qoyuldu və yalnız altı ay yaşamaq ehtimalının olduğu təxmin edilirdi. Həkimlər Vaytın digər şagirdlər üçün təhlükəli olmadığını və məktəbə qayıda biləcəyini söyləsələr də, Kokomoda yaşayan valideyn və müəllimlər onun məktəbə qayıtmasına etiraz etdilər. QİÇS-in tədqiqatlarında və tanınmasında əhəmiyyətli töhfələri olan Rayan məktəb sisteminə qarşı hüquqi mübarizə apardı. Elton Con, Maykl Cekson və Fil Donahyu kimi bir çox məşhurlarla birlikdə medianın qarşısına çıxdı, həkimlərin nəzərdə tutduğunun əksinə beş ildən çox yaşadı və 1990-cı ilin aprelində, məktəb məzuniyyətinə bir ay qalmış vəfat etdi. İlk QİÇS simptonlarına homoseksuallarda rast gəlindiyi üçün Rayandan əvvəl, bu xəstəliyin həmin cəmiyyət ilə birbaşa əlaqəli olduğu fikri olduqca populyar idi. Lakin Vayt ilə birgə bu düşüncə dəyişdi, İİV-ə yoluxmuş Mecik Conson, Rey qardaşları və Kimberli Berqalis kimi məşhurları da QİÇS-lə bağlı tədqiqatların aparılması və cəmiyyətin məlumatlandırılması üçün çalışmağa sövq etdi.
Reyçel Vays
Reyçel Hanna Vays (ing. Rachel Hannah Weisz; 7 mart 1970[…], Vestminster[d], Böyük London) — İngilis aktrisa.
Robert Vayt
Robert Vayt (ing. Robert Wight, 6 iyul 1796 – 26 may 1872, Ridinq) — Şotlandiya botaniki, həkim, cərrah. == Əsas elmi işləri == Icones plantarum Indiæ orientalis (seis volumes, 1840-1856). Illustrations of Indian Botany (dois volumes, 1841-1850). Spicilegium Nilghiriense (dois volumes, 1846-1851). == Şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Wightia Wall. Wightia Spreng. ex DC. === Bitki növləri === Acrostichum wightianum Wall. Acrotrema wightianum Wight & Arn. Aerva wightii Hook.f.
Sandra Vayt
Sandra Vayt (ing. Sandra White; d. 17 avqust 1951, Qlazqo, Şotlandiya) — Şotlandiya parlamentinin deputatı, Şotlandiya Milli Partiyasının üzvü. == Həyatı == === Siyasi fəaliyyəti === 2016-cı il 1 mart tarixində Şotlandiya parlamentində Şotlandiya onun irəli sürüldüyü Xocalı soyqırımına dair qanunvericilik təşəbbüsünü sürüb.
Tre Vayt
Tre Vayt (20 oktyabr 1993) — Böyük Britaniyalı peşəkar kişi BMX velosipedçisi, BMX üzrə plkə çempionu. Tre Vayt Böyük Britaniyanı beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Tre Vayt 2014-cü ildə Britaniya Velosiped İdmanı üzrə Dünya Çempionatı komandasına seçilmədikdən sonra fərdi çalışmağa başlamışdır. Həmin ildə Vayt 2014 UCI BMX Dünya Çempionatında bürünc medal qazanmışdır. 2015 UCI BMX Dünya Çempionatı 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 33.942 saniyəlik nəticəsi ilə 72-ci yeri tutdu. 2016-cı ildə Vayt Britaniya Ölkə Çempionu adını qazanıb. Qayda dəyişiklikləri ilə əlaqədar olaraq o, 2016-cı il Dünya Çempionatına qatıla bilməyib. Hal-hazırda fərdi hazırlaşır.
Uayz Blad
Weyes Blood (/waɪzblʌd/ azərb. Uayz Blad‎; əsl adı Natali Lora Merinq, ing. Natalie Laura Mering; 11 iyun 1988, Santa Monika, Kaliforniya, ABŞ) – amerikalı müğənni və bəstəkar. O, dörd albom və bir mini-albom buraxıb. Karyera boyu onun musiqisi əhəmiyyətli dəyişilib. O, Oreqonun Portland şəhərində fəaliyyət göstərən noiz musiqi səhnəsinin Jackie-O Motherfucker qrupunda bas-gitaraçı kimi iştirak edib və Satanized qrupunun vokalısti olub. Weyes Bluhd kimi o, iki albomunu özü yayımlamışdı. Səhnə adını Weyes Blood'a dəyişərək o, "The Outside Room" (2011) albomunu Not Not Fun Records albom şirkətində buraxmışdır. Daha sonra o, "The Innocents" (2014) və "Front Row Seat to Earth" (2016) albomları "Mexican Summer" adlı müstəqil albom şirkətində buraxır. "Titanic Rising" (2019) adlı ən son studiya albomunu Sub Pop-da buraxaraq tənqidçilər tərəfindən müsbət rəylər qazanıb.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
Vayk rayonu
Paşalı rayonu, Əzizbəyov rayonu, Vayk rayonu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Dərələyəz mahalı ərazisində rayon. SSRİ dövründə rayona peşəkər Azərbaycan inqilabçısı Məşədi Əzizbəyovun şərəfinə Əzizbəyov adı verilmişdir. Mərkəzi Vayk şəhəridir. == Tarixi == Paşalı rayonu 1931-ci il oktyabrın 15-də yaradılıb. 1956-cı il oktyabrın 12-nə qədər Paşalı rayonu, həmin tarixdən etibarən isə Əzizbəyov rayonu adlandrılıb. 1991-ci ildə adı dəyişdirilərək Vayk rayonu qoyulub. Ərazisi 1173 kv km-dir. Rayon mərkəzi Soylan (dəyişdirilmiş adı Əzizbəyov, Vayk) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 139 km-dir. 1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Köçbəy, Leyliqaçan, Axta, Bulaqlar, Gomur, Gabut, İtqıran, Zeytə, Kotanlı, Herher, Səfolar və s.
Vays Siti
Vays Siti (ing. Vice City) — Rockstar Gamesin yaratdığı Grand Theft Auto seriyasında istifadə edilən uydurma bir şəhər. Real həyatdakı Mayami şəhərinin parodiyasıdır. Vays Siti bir neçə adadan ibarət olan böyük bir şəhərdir. Ətrafı dəniz ilə çevrələnmişdir. Şəhərdə qərb yaxası və şərq yaxası olmaqla iki böyük ada vardır. İki yaxanın arasında iki kiçik ada olan Starfiş və Praun adaları var. Şəhər qərb yaxasının cənubunda yerləşir. Varlılar Starfiş adasında, orta sinif şərq yaxasında, kasıblar isə qərb yaxasında yaşayırlar. Praun adasında isə sadəcə Strit Vannabe qrupuna aid evlər var.
Vayt Volker
Vayt Volker (ing. White Walker) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanı və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialında insanabənzər varlıq. Vayt Volkerlər "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Divarın şimalında yaşayırlar. Romanda onlar the Others, yəni Başqaları olaraq adlandırılır. Roman oxuyucuları "Buz və odun nəğməsi"nin altıncı və yeddinci kitabında Vayt Volkerlər haqqında daha çox öyrənmək istəyirlər.
Vayt adası
Vayt adası — İngiltərə qraflığı və ölkənin ən böyük adası, İngilis kanalında yerləşir.
Çarli Vayt
Çarli Vayt (ing. Charlie White; 24 oktyabr 1987, Royal-Ou[d], Miçiqan) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Çarli Vayt, Meril Devis ilə birgə 2002-ci ildən 2014-cü ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Meril Devis və Çarli Vayt cütlüyü, 2010-cu ildə Kanadada baş tutan XXI Qış Olimpiya Oyunlarında gümüş medala, 2014-cü ildə Rusiya Federasiyasının Soçi şəhərinin ev sahibliyində baş tutan XXII Qış Olimpiya Oyunlarında isə qızıl və bürünc medalın sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, həmdə 2010 və 2012-ci illərdə baş tutan Dünya Çempionatlarının gümüş medalına, 2011 və 2013-cü illərdə baş tutan çempionatların isə qızıl medalına sahib olub, beş dəfə (2009–2010, 2010–2011, 2011–2012, 2012–2013 və 2013–2014) ISU Qran-Pri Finalında qızıl medala, 2006-cı ildə gənclər arasında Dünya Çempionatında bürünc medala, habelə altı dəfə (2009, 2010, 2011, 2012, 2013 və 2014-cü illərdə) isə ABŞ Çempionatının qızıl medalına sahib olub. Meril Devis və Çarli Vayt cütlüyü, ISU Çin və Fransa Qran-Priləri istisna olmaqla, digər dörd Qran-Pri mərhələsinin hamısında qalib olmağı bacaran azsaylı idmançılardandır. Devis və Vayt cütlüyü 4 dəfə ABŞ Qran-Prisinin (2010, 2011, 2012 və 2013-cü illərdə), 4 dəfə Yaponiya Qran-Prisinin (2009, 2010, 2012 və 2013-cü illərdə), 2 dəfə Rusiya Qran-Prisinin (2009 və 2011-ci illərdə) və 1 dəfə Kanada Qran-Prisinin (2008-ci il) qalibi olub. Karyerası ərzində 61 yarışa qatılan Meril Devis və Çarli Vayt cütlüyü, onların 31-də qızıl medal, 9-da gümüş medal, 8-də isə bürünc medal qazanıb. == Həyatı == Çarli Vayt 1987-ci il sentyabrın 24-də Birləşmiş Ştatların Miçiqan ştatının Royal-Ou şəhərində anadan olub. Çarli Vayt beş yaşından idmanla məşğul olmağa başladı.
Betti Vayt
Betti Vayt — (17 yanvar 1922[…], Ouk-Park[d], İllinoys – 31 dekabr 2021) daha çox Betti Marion Vayt Ludden kimi tanınan Amerikalı aktrisa, komediyaçı, müğənni və müəllifdir. == Həyatı == Betti Vayt İllinoysda anadan olub. Orta məktəbi Los-Ancelesdə, Kaliforniyadakı Liseydə 1939-cu ildə bitirmişdir. Televiziya karyerasına başlamazdan əvvəl model olan Betti Vayt televiziya karyerasına 1953-cü ildə Elizabeth ilə həyatsitcomu ilə başlayıb. Bu ilk iş Betti Vayta ilk Emmi nominasiyasını qazandırdı. Daha sonra Mələklərlə görüş adlı başqa bir sitcomda Vicki Angel rolunu oynadı. 1954-cü ildə qısa ömürlü olan " Betti Vayt şousu" adlı tok-şousunu da hazırlayan sənətçi ortada Qızıl Qızlar, Çirkin Betti, Malkolmu yerləşdirdi. Çoxsaylı mükafatlar, nominasiyalar və fəxri adlara layiq görülən sənətçinin rol aldığı 16 film var. == Ölümü == Vayt 31 dekabr 2021-ci ildə 99 yaşında Los-Ancelesdə, Kaliforniyada vəfat etdi. ABŞ prezidenti Co Bayden onun ölümü ilə bağlı açıqlama verərək onu "sevimli xanım" və "çox darıxılacaq bir mədəniyyət simvolu" kimi təsvir edib.
Valter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Bədbəxt"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter təcrübəli kimyaçı idi və həmtəsisçisi olduğu texnologiya şirkətini satmazdan əvvəl burada çalışırdı. Partnyorlarına milyardlar qazandıran Volter məyus şəkildə Albukerkedə məktəb müəllimi işləyirdi. O, həyat yoldaşı Skayleri (Anna Qann) və oğlu balaca Volteri (Ar Cey Mitt) çətinliklə dolandırarkən, 50-ci ad gününün ertəsi ağciyər xərçənginə tutulduğunu öyrənir. Sağalmaz xəstəliyə düçar olan Volter yaxında öləcəyini bilir və bu səbəbdən ölümündən sonra ailəsi üçün pul qoymağa qərar verir. Kimya biliklərinə sahib olan Volter keçmiş şagirdi Cessi Pinkman (Aaron Pol) ilə bir araya gəlir və ikisi metamfetamin istehsal edib satmağa başlayır. Volter serial davam etdikcə qəddarlaşmağa doğru gedir, sonralar narkobarona çevrilir və kimliyini gizlətmək üçün "Heyzenberq" ləqəbindən istifadə edir. Volter törətdiyi bu çirkin əməllərdən Skaylerin bacısı əri DEA (Narkotiklə Mübarizə İdarəsi) əməkdaşı Henk Şreyderin (Din Norris) xəbərdar olmasını istəmir. == Yaranması == "The Sopranos" serialından ilham alan Vins Qilliqan istəyirdi ki, "Bədbəxt"in baş qəhrəmanı Toni Soprano kimi yaxşı adamdan pis adama çevrilsin.
Skayler Vayt
Skayler Vayt (ing. Skyler White) — "Bədbəxt" teleserialının əsas personajlarından biri. Anna Qann tərəfindən canlandırılıb. == Bioqrafiya == Skayler pul qazanmaq üçün müxtəlif işlərlə məşğul olub. Albukerkedəki "Beneke Fabricators" adlı bir şirkətdə mühasib işləyib, həmçinin qısa hekayələr yazıb və eBay-da əşyalar satıb. O, və əri Volterin iki övladı var, uşaqları serebral iflicdən əziyyət çəkən balaca Volter və körpə qızı Hollidir. Skaylerin bacısı Mari Henk Şreyder adlı DEA əməkdaşı ilə evlidir. Skayler Voltdan on iki yaş kiçikdir, onunla Los Alamos Milli Laboratoriyasının yaxınlığındakı yeməkxanada işləyərkən tanış olub.
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.