Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Avanti!
Avanti! (mənası – İrəli!) — İtaliyada gündəlik qəzet. İtaliya Sosialist Partiyasının orqanı kimi fəaliyyət göstərən qəzet 1896-cı ildə təsis edilmişdir. Roma və Milanda nəşr edilmişdir. Mussolini hakimiyyəti dövründə (1922–1943) qəzet Parisdə nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Intini, Ugo. Avanti! Un giornale, un'epoca. Rome: Ponte Sisto. 2012.
Mantı
Mantı (türk. mantı; qaz. мәнті; qırğ. манты; özb. manti), mantu, buuz, pozı və ya mandu (kor. 만두, 饅頭) — Mərkəzi Asiya, Türkiyə, Tatarıstan, Başqırdıstan, Krım, Koreya və Monqolustan xalqların ənənəvi ətli xörəyləri. Mantı, müxtəlif ədviyyatlarla dadlandırılan qıymanın, kiçik xəmir parçalarının içinə qoyulması və bu xəmir parçalarının suda qaynadılması ilə edilən ətli xəmir yeməyidir. Türk mətbəxinin olduğu qədər digər Orta Asiya mətbəxlərinin də bir parçası olan mantı, köhnə SSRİ ölkələrində də məşhur bir yeməkdir. Orta Asiyadan Anadoluya köçəri Türklər tərəfindən gətirilmişdir. Bəzi bölgələrdə mantıya tatar böreği deyilməsi, mantının köçəriliklə olan əlaqəsini təsdiqləməkdədir.
Vanati
Mığırlı - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd. Zakir Məhərrəmov — Texnika elmləri namizədi, AzTU-nun “Tətbiqi informatika” kafedrasının dosenti.
Vani
Vani (gürc. ვანი) — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir. 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur.
Antarktida vaxtı
Antarktidanı Yer kürəsinin bütün meridianları kəsir və sonda materikin mərkəzində birləşirlər. Nəzəri baxımdan materikdə bütün saat qurşaqları yerləşir. Ancaq bu saat qurşaqlarından praktiki olaraq istifadə etmək əlverişsizdir. Cənub Qütb dairəsində qütb gecələrinin və qütb gündüzlərinin 24 saatdan, qütblərdə altı aya qədər davam etməsi yerli saatdan istifadəyə çətinlik yaradır. Materikdə olan stansiyalar fərqli saat hesabı aparırlar. Bu hesabda daha çox məxsus olduğu dövlət və stansiyanı yerləşdiyi ərazi önəmli götürülür.
Efemerid vaxtı
Fanti dili
Fanti dili — Əsasən Qananın mərkəzi və cənub bölgələrində danışılır. Qana Respublikasının rəsmi dövlət dillərindən biri sayılır. Kva dil ailəsinin potu-tano qolunun çvifanti qrupuna daxildir və 19-cu əsrdən bəri latın qrafikasına əsaslanan yazıdan istifadə olunmaqdadır. İcmalarının hər biri öz aralarında subdialektləri olan Agona, Anomabo, Abura və Gomoa kimi Fante xalqının ortaq ləhcəsindən tanınırlar və hamısı qarşılıqlı anlaşılır. Bu gün Fante əsasən Mərkəzi və Qərb Bölgələrindəki Qanada 6 milyondan çox insan tərəfindən danışılır. Bu şəhərdəki insanların əksəriyyətinin yeni liman tikildikdən sonra məskunlaşan yerli Fante danışanlar olduğu Temada da geniş yayılmışdır.
Günəş vaxtı
Günəş vaxtı — Astronomiyada əsas zaman vahidi Yerin öz oxu ətrafında fırlanma dövrüdür. Bu zaman vahidi gün adlanır. Gün seçilmiş göy cisminin və ya xəyali bir nöqtənin verilmiş coğrafi meridianda iki ardıcıl eyni adlı kulminasiyası arasındakı vaxtdır. Göy sferində seçilmiş cismə və ya nöqtəyə görə gün xüsusi ad alır. Məsələn, həqiqi Günəş günü, orta Günəş günü, ulduz günü və s. Sonra görəcəyimiz kimi bu günlərin uzunluğu bir qədər fərqlidir. Kiçik zaman fasilələrini ölçmək üçün günün hissələrindən istifadə olunur. Məsələn, həqiqi Günəş gününün 24-də birinə bir Günəş saatı, Günəş saatının 60-da birinə bir Günəş dəqiqəsi və Günəş dəqiqəsinin 60-da birinə bir Günəş saniyəsi deyilir. Yəni, Is = 1/(24•60•60) =1/86400 — orta Günəş günü. Gün batımı və ya Günəş batması Yerin fırlanma nəticəsində üfüqün altındakı Günəşin yox olmasıdır.
Kanti Əbdürəhmanov
Kanti Əbdürəhmanov — Sovet Ordusunun çavuşu, Böyük Vətən müharibəsinin iştirakçısı, Rusiya Federasiyasının Qəhrəmanı (1996). == Bioqrafiya == 1916-cı ildə Şali kəndində (digər mənbələrə görə Arqun şəhərində, indiki Çeçenistan) anadan olmuşdur. Erkən yaşlarında valideynlərini itirir. Əvvəlcə rəncbər, sonra kolxozda işləyir. 1941-ci ilin sentyabrında Abdurəhmanov könüllü olaraq Fəhlə və Kəndli Qırmızı Ordusunda xidmətə gedir. 1942-ci ilin iyununda Daşkənddəki kiçik artilleriya komandirləri məktəbini bitir. Orta Asiya Hərbi Dairəsində xidmət edir, sonra taqım komandirinin köməkçisi olur. 1943-cü ilin oktyabrından Böyük Vətən müharibəsi cəbhələrində: Nevel, Qorodok və Vitebsk şəhərlərinin azad edilməsində, Belarus və Baltikyanı əməliyyatlarda, alman qoşunlarının Kurland qrupunun məğlub edilməsində iştirak etmişdir. Döyüşlərdə dəfələrlə yaralanmışdır. 1943-cü ilin dekabrında Vitebskin qərbindəki hücum döyüşlərindən birində, sovet piyadaları böyük bir alman atəşi altında yatarkən, Əbdürəhmanov hesablanmış şəkildə silahını birbaşa atəş nöqtəsinə tuşlayır və bir neçə dəqiq atışla bunkeri məhv edir.
Mərhəmət Kvantı
"Mərhəmət kvantı" — Ceyms Bond haqqında 22-ci film, "Royal Kazinosunun" sikveli. Əsas mahnısı – "Another Way to Die" (bəstəkar Cek Vayt, ifaçısı Alişiya Kis).
Qış vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
Rafael Santi
Rafael Santi (6 aprel 1483[…] və ya 28 mart 1483, Urbino[d][…] – 6 aprel 1520[…] və ya 7 aprel 1520, Roma, Papa dövləti[…]) — məşhur italyan rəssamı. Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi də tanınmışdır. İtaliyanın Urbino şəhərində 6 aprel 1483-cü ildə anadan olub. Rafael İntibah hərəkətlərini erkən inkişaf etmiş bacarıqlı bir gənc olaraq görmüş, rəssamlığa on altı yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Rafaelin atası olan Giovanni Santi də Urbino da rəssamlıq edirdi. Atası 1494-ci ildə ölüncə Rafael, öz evində xarici təsirlərdən uzaq bir şəkildə işlərini davam etdirdi. Rafael Florensiyaya gedincə özünü İntibahın içində tapdı. Leonardo da Vinçi və Mikelancelo təsirində qalaraq sənətinə yeniliklər qatdı. Florensiyada 1508-ci ilə qədər çəkdiyi rəsm əsərləri isə "Sikst Madonne", "La Belle Jandinière", "Madonna of the Chair" və "Entombmeut" olmuşdur. Rafael, Romada Papa II. Julius üçün işləyib.
Santi Duanqşvanq
Santi Duanqşvanq (tay สันติ ดวงสว่าง; 10 yanvar 1968, Pxiçit[d] – 4 noyabr 2016) – Tailand musiqiçisi.
Solanum xanti
Solanum xanti (lat. Solanum xanti) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Ulduz vaxtı
Verilmiş coğrafi meridianda yaz bərabərliyi nöqtəsinin iki ardıcıl eyni adlı kulminasiyası (aşağı və ya yuxarı kulminasiya) arasında keçən zaman fasiləsinə ulduz günü deyilir. Ulduz gününün başlanğıcı yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından hesablanır. Yaz bərabərliyi nöqtəsinin yuxarı kulminasiyasından verilmiş ana qədər keçən vaxta ulduz vaxtı deyilir. Verilmiş coğrafi meridianda ulduz vaxtı ədədi qiymətcə yaz bərabərliyi nöqtəsinin saat bucağına bərabər olacaq. Bir çox astronomik məsələlərin həllində ulduz vaxtından istifadə etmək əlverişlidir. Lakin bizim həyatımız və əməli fəaliyyətimiz üçün bu anlayış yaramır. Bizim gündəlik həyatımız Günəşin doğub batması ilə əlaqədar olduğundan Günəş günü və Günəş vaxtından istifadə etmək daha uyğundur. Məlum olduğu kimi Günəşin illik hərəkəti günlük hərəkətinin əks tərəfinə yönəlib. Əgər nəzərə alsaq ki, Günəş illik hərəkətində gündə təxminən yerini 1° dəyişir, göstərmək olar ki, orta Günəş günü ulduz günündən təxminən 4m, daha doğrusu 03m56s.6=03m.9426 uzundur. Doğrudan da tropik il ərzində Günəş 360° və ya 24m dönür.
Xantı-Mansi
Xantı-Mansi ya da İştək-Voğul (tatar. Иштәк-Вогул, İştək-Voğul)— Rusiya Federasiyasında yerləşən şəhər Xantı-Mansi muxtar dairəsinə daxildir.
Xantı dili
Xantı dili (köhnə adı - ostyak) ( öz adı - xantı yasa ) — Ob və İrtış çayları birləşən ərazidə və Ob çayının orta və aşağı hissəində yaşayan Qərbi Sibir aboregenləri olan xantıların dili. Rusiyada 2002-ci il əhalinin siyahıya alınmasının nəticəsinə görə xantıların sayı 28,7 min nəfərdir. Əsas hissəsi Xantı-Mansi (mansilər yaşayan qərb rayonlarından başqa) və Yamalo-Nenes muxtar dairələrində (25,9 min nəfər), qalanları Tomsk vilayətinin şimal-qərbində yaşayır. Xantıların sayı XX əsrdə dəyişməz qalsa da, xantı dilini doma sayanları sayı xeyli azalmışdır: 1959-cu ildə 19 410 nəfər sayda onlar 77 % idi, 1970-ci ildə — 68,9 % ( 21 138 nəfər), 1989 — 60,5 %. Rus dilini birinci və ya ikinci dil kimi bilənlərin sayı artır: 70,3 % 1959-cu ildə və 89,4 % 1989-cu ildə. Kiril qrafikalı əlifbalı dillər siyahısı Штейниц В. К. Хантыйский (остяцкий) язык// Языки и письменность народов Севера: Ч. 1. Языки и письменность самоедских и финно-угорских народов. — М.-Л.: Учпедгиз, 1937. — С. 193—228. Животиков П. К. Очерк грамматики хантыйского языка (средне-обской диалект)/ Под ред.
Yay vaxtı
Yay vaxtı və ya qış vaxtı. Hər il oktyabrın son bazar günü dünyanın bir sıra ölkələrində saatları qış vaxtına keçirirlər. Qış vaxtına keçid müsbət iqtisadi effekt verir. Belə ki, bu qanunun tətbiq olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinin illik istifadəsinə 2 faizədək qənaət olunur. Bu qənaət eyni zamanda ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur. Dünyanın bir sıra ölkələrində hər il martın son bazar günü 23 saat, oktyabrın son bazar günü isə 25 saat çəkir. Avropa Birliyi ölkələri və ABŞ-nin əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib.
İş vaxtı
Əmək müqaviləsi bağlanılarkən işçi üçün xüsusi əhəmiyyət kəsb edən əsas şərtlərdən biri də əmək şəraitinin şərtlərinin tərəflər arasında müəyyən edilməsidir (Əmək Məcəlləsi, 43-cü maddə 2-ci hissə, bənd "ə"). İşçinin əmək şəraitinin şərtləri anlayışı özlüyündə bir neçə istiqamətdə təsnifləşdirilmişdir. Bura əsasən işçinin iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması kimi əsas sahələr daxildir. İşçinin iş və istirahət vaxtının dəqiq müəyyən edilməsi birinci növbədə işçinin sağlamlığının mühafizəsinə yönəlmiş addımdır. Eyni zamanda, işçinin iş və istirahət vaxtı, əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi, əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. İşçinin tam iş vaxtı və onun hansı qaydada müəyyən edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89-cu maddəsində təsbit edilmişdir: 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.
Şəfəq vaxtı
Şəfəq vaxtı və ya Dan — günəş doğmazdan əvvəl görülən alatoranlığın vaxtıdır. Bu zaman günəşin şüaları zəifdir, günəş hələ qalxmayıb və üfüqün altındadır. Sübh və günəş doğuşu arasındakı alatoranlıq müddəti bölgənin eninə görə dəyişir. Məsələn, bu fərq tropiklərdə bir neçə dəqiqədir, ancaq qütblərdə saatlarca ola bilər.
Avanti çarlığı
Avanti çarlığı (sanskr. अवन्ति) — Mərkəzi Hindistanda, Malva yaylasında qədim dövlət. Müasir Madhya-Pradeş ştatının ərazisində mövcud olmuşdur. Paytaxtı Udcayn şəhəri olmuşdur. Bəzi salnamələrdə Mahişmati şəhəri də Avantinin paytaxtı adlanır. Alimlərə görə, Udcayn və Mahişmati şəhərləri Avantinin müxtəlif hissələrinin paytaxtları olması ehtimalı da mövcuddur. Buddizm dövründə Avanti dinin yayılması üçün bir mərkəzə çevrilmişdir. Buddist salnamələrində Avanti 16 mühüm dövlət arasında qeyd olunur. Avanti bir sıra qonşu əraziləri ilhaq edərək dörd əsas Şimali Hindistan əyalətindən birinə çevrilmişdir. Avanti b.e.
Azərbaycan vaxtı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Bakı vaxtı
Azərbaycanda vaxt və ya AZV — Azərbaycan ərazisində vaxt zonası. Standart saat vaxtından 4 saat qabaqdır (UTC+04:00). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 17 mart tarixli 131 saylı Qərarına əsasən 2016-cı ilidə yay vaxtına keçid ləğv edilmişdir. Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli 21 saylı Qərarı qüvvədən düşmüş hesab edilir və 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid həyata keçirilməyəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycanda yay və qış vaxtlarına keçid bir sıra tibbi-psixoloji və sosial-mənəvi problemlərin yaranmasına və İKT sistemlərinin qəbul olunmuş beynəlxalq vaxt qrafiki ilə sinxronlaşdırılması sahəsində bəzi çətinliklərin meydana gəlməsini nəzərə alaraq, AMEA-nın Rəyasət Heyəti GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə Azərbaycan Respublikasında yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsini təklif edib. Onu da qeyd edək ki, qış və yay vaxtlarının tətbiqi barədə Nazirlər Kabineti 1997-ci ildə qərar verib. Qərara əsasən, hər il oktyabrın son bazar günündə ölkə ərazisində qış, martın son bazar günündə isə yay vaxtına keçilir.
Ekran vaxtı
Ekran vaxtı — smartfon, kompüter, televiziya və ya videooyun konsolu kimi ekranı olan cihazdlaran istifadəyə sərf olunan vaxt. Konsepsiya rəqəmsal mediadan istifadə və əqli sağlamlıqla bağlı əlaqəli anlayışlarla birlikdə əhəmiyyətli araşdırma altındadır. Ekran vaxtı uşağın inkişafındakı zehni və fiziki zərərlə əlaqələndirilir. Ekran vaxtının sağlamlığa müsbət və ya mənfi təsirləri məruz qalma səviyyələrindən və məzmunundan təsirlənir. Ekran vaxtının zərərli təsirinin qarşısını almaq üçün bəzi hökumətlər onun istifadəsi ilə bağlı qaydalar tətbiq etmişlər. == Tarixi == İlk elektron ekran 1897-ci ildə icad edilmiş və 1922-ci ildə kommersiyalaşdırılan elektron-şüa borusu (CRT) olmuşdur. Elektron-şüa boruları 2000-ci illərin əvvəllərində maye kristal monitorların (LCD) yüksəlişinə qədər ekranlar üçün ən populyar seçim idi. Ekranlar indi əyləncə, reklam və informasiya texnologiyalarının vacib hissəsidir. 2007-ci ildə populyarlaşdıqdan sonra smartfonlar gündəlik həyatda geniş yayılmışdır. 2023-cü ildə ABŞ-dən olan yetkin şəxslərin 85%-i smartfon sahibi olduğunu bildirmişdir.
Ajuga nanti
Sürünən dirçək (lat. Ajuga reptans) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dirçək cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ajuga vulgaris Rouy Ajuga vulgaris subsp. reptans (L.) Rouy Bugula reptans (L.) Crantz Teucrium reptans (L.) Salisb.