Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Banka
== Banka == Banka-dəniz ( okean) dibinin ətraf sahələrə nisbətən az dərinliyə malik, lakin dərinliyi gəmi hərəkəti üçün kifayət olan sahəsinə deyilir. Banka vulkan, mərcan, tektonik və s. mənşəli ola bilər. Məs: Atlantik okeanında Nyufaundlend Bankası və s.
Tanka
Tanka (yaponca: qısa mahnı) Yapon poeziyasında janrlardan biri. Tanka 5 sətirdən və 31 hecadan ibarət olub, 5-7-5-7-7 heca sisteminə əsaslanır.
Vanna
Vanna və ya ləyən – yuyunmaq üçün nəzərdə tutulmuş su tutan konteyner. == Növləri == Vannalar, adətən, 2 üslubda olur: Qərb üslubunda – içindəndə uzanılan. Belə vannalar çox vaxt qayıq kimi yastı və uzun olur. Şərq üslubunda – içində oturulan. Belə vannalar qısa və dərin olur. Məsələn, Yaponiyada furo vannaları bu üsluba aiddir. == Hazırlanma materialı == Hazırkı dövrdə, əsasən, çuqun vannalardan istifadə olunur. Lakin, qranit və taxta vannalar da geniş yayılmışdır.
Vanqa
Vanqa (3 oktyabr 1911, Strumitsa[d] – 11 avqust 1996 və ya 11 noyabr 1996, Sofiya) — Ekstrasens. == Həyatı == 1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir. == "Başıma kiminsə əli toxundu" == …Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…" Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.
Anka
TAI Anka Türkiyə Silahlı Qüvvələrinin tələblərinə uyğun olaraq TAI şirkəti tərəfindən istehsal olunan pilotsuz uçuş aparatıdır. PUA-nın baza variantı olan Anka-A orta yüksəklikdə (3 km-dən 9 km-dək) uçuş həyata keçirmək məqsədilə dizayn olunmuşdur. == Tarixi == Hazırlanmasına TAI tərəfindən 30 dekabr 2010-ildə başlanılıb və 2013-cü ildə istismara verilib. Layihənin hazırlanma dəyəri 200 milyon ABŞ dolları olub. Türkiyənin Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Daxili İşlər Nazirliyi tərəfindən aktiv istifadə edilir. Anka 2000-ci illərin əvvəllərində taktiki kəşfiyyat missiyaları üçün nəzərdə tutulsa da, sonradan sintetik diafraqmalı radar və döyüş sistemlərinə inteqrasiya olunmuşdur. Bu PUA-nın adı əfsanəvi Simurq quşundan götürülmüşdür. 2019-cu ilin sonunda TAI tərəfindən verilən açıqlamada, əsas parametrlərdə havada uçma müddətinin 24 saat olaraq qeyd edilməsinə baxmayaraq, PUA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirildi. == Variantları == === ANKA-A === Əməliyyatlar başlayan zaman ANKA layihəsinin ilk konfiqurasiyası olan ANKA-A prototipləri Türkiyə Aerokosmik Sənayesinin öz resursları ilə Elazığda yerləşdirildi. === ANKA-S === ANKA-A-da qazanılan təcrübə fonunda sintetik radarları kimi yeni missiya avadanlıqlarını daşıyacaq və daha yüksək performansa sahib olacaq ANKA-S-nin ilk uçuşu 30 yanvar 2015-ci ildə həyata keçirilib.
Vaka
Vaka (gürc. ვაყა) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində kənd. == Əhali == 2002 siyahıyaalmaya görə kəndin əhalisi 1423 nəfər idi. 2014-cü ildə 1160 nəfər yaşayırdı. == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IV cild, səh.
Amblyseius wanka
Amblyseius wanka (lat. Amblyseius wanka) — phytoseiidae fəsiləsinin amblyseius cinsinə aid heyvan növü. == İstinadlar == Amblyseius wanka Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Danila Manka
Danila Manka (18 may 1970) — İtaliyalı qadın ağır atlet. 48 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda İtaliyanı təmsil edir. Danila Manka dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Danka Bartekova
Danka Bartekova (slovak. Danka Barteková; 19 oktyabr 1984, Trеnçin) — stend atıcılığında çıxış edən Slovakiya idmançısı. 2012 Olimpiya bürünc mükafatçısı, 9 qat dünya çempionu, 10 qat Avropa çempionu, 5 qat dünya kuboku mərhələlərinin qalibi, 2011 Universiada gümüş mükafatçısı. 2012-ci ildə 8 il müddətinə BOK Atletlər Komissiyasına seçilmişdir.Rio-de-Janeyroda keçirilən 2016 Olimpiya Oyunlarının açılış mərasimində Slovakiya bayrağını daşıyırdı. == Ailəsi == Danka Bartekovanın bacısı Lenka Kosteletska məşhur Çexiya atıcısı David Kosteletskinın həyat yoldaşıdır.
Mona Vanna
Mona Vanna (it. Monna Vanna) və ya Çılpaq Cakonda (fr. La Joconde nue) — bəzən "ikiqat erotika" da adlandırılan, 72,4 × 54 sm ölçülü ikiqat yapışdırılmış kağız üzərində kömürlə çəkilmiş çılpaq qadın portretidir. Əsər Uaza departamentindəki Şantiyi qəsrində yerləşən Konde muzeyində saxlanılır. == Tarixi == === Mənşəyi haqqında ehtimallar === Əsərin Leonardo da Vinçiyə aid edilməsinin mənşəyi kardinal Luici d'Aragonun yazarı Antonio de Betisin məlumatlarına əsaslanır. Onun sözlərinə görə, 10 oktyabr 1517-ci ildə kardinalın Klo-Lüse qəsrində Leonardonu ziyarət etməsi zamanı, rəssam ona II Culiano de Mediçinin sifarişi ilə "florensiyalı xanımın sağlığında çəkilmiş portretini" hədiyyə etmişdir. Ehtimal ki, rəssam sifarişi 1513–1516-cı illərdə Mediçinin himayəsində olduğu dövrdə almışdır. Bu əsər dövrümüə çatmasa da, onun eskizi saxlanmışdır. Ehtimal ki, qısa müddət sonra "La fornarina" əsərini işləyərkən Rafael Santi də məhz həmin portretdən ilhamlanmışdır, lakin bu nəzəriyyəni şübhə altına alan tədqiqatçılar Antonio de Betisin verdiyi məlumatda hazırda Luvrda saxlanan "Mona Liza"dan bəhs etdiyini və məlumatda istifadə edilən "au naturel" ifadəsinin "Mona Liza"ya aid edilə biləcəyini qeyd edirlər.Əsəri təsvir edən ikincə mənbə isə Leonardoya yaxınlığı illə seçilən onun tələbəsi Salaiyə məxsusdur: onun 21 aprel 1525-ci ildə ölümündən sonra tərtib edilmiş invertarında yarıçılpaq "Mona Liza" portreti də qeyd edilir. Məhz bu məlumata əsasən bəzən əsərin Leonardonun orijinal işi olduğunu ehtimal edirlər, lakin Salaiyə miras qalmış Leonardonun əsəri ehtimal ki, 1518-ci ildə I Fransisk tərəfindən alınmışdır, Milan hersoqluğu isə Fransa krallığına tabe idi.
Radoslav Vanko
Radoslav Vanko (1983, Jilinа) — tanınmış slovak Top-Model. Vanko fiziki tərbiyə və idman fakültəsini bitirmiş, müəllim və personal trener üzrə magistr dərəcəsi almışdı. == Karyera == Radoslav hakim qərb bazarları və "Valentino", "Dolce and Gabbana", "Giorgio Armani", "Gucci", "Pierre Cardin", "Louis Vuitton" və "Prada" kimi tanınmış brend kompaniyalar üçün çəkilmişdir. O həmçinin "Men’s Health" və "DNA" kimi populyar jurnalların üz qabığını da bəzəmişdi. İdmançı oğlan Vanko öz boş vaxtlarında velosiped sürməyi, tennis oynamağı və idman zalında məşq etməyi çox sevir. O həmçinin səyahəti sevir — yeni məkanları seyr etmək və çəklişlərdə iştirak etmək məqsədilə. O tanınmış fotoqraflar ilə çalışmışdı, onlar arasında Bryus Veberin adını xüsusi ilə qeyd etmək olar. Bu əməkdaşlığın bəhrəsi kimi, Radoslav keçən il Men's Health jurnalının alman dilində olan nəşrinin üz qabığını bəzəmişdi. === Maraqlı faktlar === Radoslav Vankonun anketi: Boyu : 1.85 sm Çəkisi : Sinə ətrafı : 98 cm Beli : 78 cm Omba genişliyi : 98 cm.
Sanka Zver
Sanka Zver (əsl adı: Cabir Əli (Pəncəli) oğlu Qasımov; 15 oktyabr 1920, Zığ, Bakı qəzası – avqust 1973, Bakı) — qanuni oğru. == Həyatı == Cabir Qasımov 1920-ci ilin oktyabrın 15-də Bakı qəzasının Zığ qəsəbəsində anadan olub. İlk dəfə Bakıda erməni zabitini öldürdüyünə görə 1936-cı ildə həbs edilib. Sibirə etap olunub. Ömrünün çox hissəsini həbsxanalarda keçirib. Keçirilən "sxodka"da özündən fiziki cəhətdən güclü olan "Sanka" ləqəbli erməni qanuni oğrunu öldürüb. Oğrular ona Sanka Zver deməyə başlayıblar. Oğru Sanka Zver 1973-cü ildə dostu Lotu Kəbir tərəfindən güllələnərək öldürülüb. Doğulduğu Zığ qəsəbəsində dəfn edilib. Etibar adlı bir oğlu qalıb.
Vanda (kommuna)
Vanda (fr. Vendat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03304. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2192 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1377 nəfər (15-64 yaş arasında) 1003 nəfər iqtisadi fəal, 364 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.4%, 1999-cu ildə 70.0%). Fəal 1003 nəfərdən 924 nəfər (488 kişi və 436 qadın) işləyir, 79 nəfər işsizdir (41 kişi və 38 qadın). Fəal olmayan 364 nəfər arasında 93 nəfər şagird və ya tələbə, 170 nəfər pensiyaçı, 101 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Vanda Maksimov
Qırmızı cadugər (ing. Scarlet Witch) — Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan mutant superqəhrəman. Əsl adı Vanda Maksimovdur. Qardaşı Pietro Maksimov da mutantdır və Civə adı ilə tanınır. "Əsrarəngiz Qisasçılar" komiksinin 4-cü sayına (2015) qədər atalarının Maqnito olduğu zənn edirdilər. == Həyatı == === İlk illəri === Vanda və Pietro Maksimov Marvel dünyasında xəyalı olan və Qərbi Avropada yerləşən Transiyada anadan olur. Anaları Maqda ataları Maqnitodan qaçırdı və onun övladlarını tapmamasını istəyirdi. Buna görə uşaqları ölkədəki qaraçılara əmanət edərək qaçmağa davam etdi. Qısa müddət sonra öldü. Əkizlər böyüdükcə güclərini fərq etməyə başladılar.
Vanda Metropolitano
Wanda Metropolitano (UEFA-nın turnirində La Peineta və Estadio Metropolitano kimi tanınan) İspaniyanın Madrid şəhərindəki bir stadiondur. 2017-18 mövsümünün əvvəlində "Atletiko Madrid" Visente Kalderon stadionundan məhz yeni arenaya köçdü. Atletiko Madrid bütün turnirlərdə ev oyunlarını bu stadiona keçirir. Stadion, San Blas-Canillejas sahəsində Rosas rayonunda yerləşir. == Ad == Stadion əvvəllər "Estadio de la Comunidad de Madrid" (Madrid Community Stadium), Estadio Olímpico de Madrid (Madrid Olimpiya Stadionu) və daha çox Estadio de La Peineta (The Comb Stadium) ləqəbi ilə tanınırdı. Adlandırma hüquqlarını Çin şirkəti olan "Wanda Qrup" əldə etmişdir. UEFA sponsorluq qaydalarına görə stadion UEFA turnirlərində Estadio Metropolitano kimi tanınır. == Keçmişi == 1990-cı illərin əvvəllərində Madrid Cəmiyyətinin İdman Şurası şəhərin 1997-ci ildə Dünya Atletizm Çempionatına ev sahibliyi etməsini təklif etdi və Madridin şərqindəki Olimpiya stadionuna M-40 avtomobil yolunun yanında inşa etməyə başladı. Yeni stadionun tikintisi 1990-cı ildə başlamış və Kruz Ortiz tərəfindən təklif olunan bir dizayn əsasında qurulmuşdur. 1993-cü ildə tamamlanmış və açılış mərasimi 1994-cü ilin sentyabr ayında baş tutmuşdur.
Vanda Pignato
Vanda Pignato — Salvadorun birinci xanımı Vanda Guiomar Pignato 2009-cu ildə ölkənin birinci xanımı olub. 1953-cü il təvəllüdlü Vanda Pignato San-Paulo ştatında İtaliya əsilli bir ailədə anadan olub. 1980-ci illərdə o, "Mogi Das Kruzes" universitetin hüquq fakültəsində təhsil alıb. 2006-cı ildə San-Paulo şəhəri onu bölgədə insan hüquqları müdafiəsinə və Braziliya mədəniyyətini Mərkəzi Amerikada təşviq etdiyinə görə medal və mükafatlarla təltif edib, Salvador Konqresi isə ona "Salvadorun layiqli dostu" mükafatını verib. .
Vanda Yuknayte
Vanda Yuknayte (lit. Vanda Juknaitė; 28 noyabr 1949 və ya 1949) — Litva yazıçısı (nəsr yazıçısı, dramaturq). == Həyatı == Vanda Yuknayte 1949-cu ildə Rokişkis rayonunun Papilyay kəndində anadan olub. Vilnüs Universitetində Litva filologiyası üzrə təhsil almışdır, sonra Klaypeda Konservatoriyasında, 1975-ci ildən isə Pedaqoji Elmlər Universitetində müəllimə idi. Sosial pedaqogika ilə də məşğul olurdu, kimsəsiz və əlil uşaqlar ilə işləyirdi. == Yaradıcılığı == Adı "Kürən tülkü" (lit. Ugniaspalvė lapė) olan Yuknaytenin ilk kitabı 1983-cü ildə çap edildi. Onun ən əlamətdar əsərlərindən biri ilk dəfə 2002-ci ildə nəşr olunan "Mən təslim oluram. Səs: esselər, söhbətlər" (lit. Išsiduosi.
Vanda gölü
Vanda gölü — Antarktidanın Viktoriya Torpağı ərazisində, Rayt vadisində yerləşən göl. Gölə Oniks çayı tökülür. Gölün uzunluğu 5 km, maksimal dərinliyi 69 metr təşkil edir. Yeni Zelandiyaya məxsus Vanda stansiyası gölün sahilində 1968-ci ildən 1995-ci ilə qədər fəaliyyət göstərmişdir. Göl duzludur. Onun suyu dəniz suyundan on dəfələrlə duzludur. Hətta Ölü dənizini dəfələrlə üstələyir. Ola bilsin ki, dünyanın ən duzlu gölü olan Assal gölünü belə üstələyir. Suyunun temperaturunda təbəqələşmə müşahidə edilir. Alt təbəqədə 23 °C, orta təbəqədə temperatur 7 °C, üst təbəqədə 3–4 °C. Transantarktik dağları cərgəsində olan çoxlu sayda olan duzlu göllərdən biridir.
Vania Fernandes
Vânia Fernandes (d. 1985) — Portuqaliya musiqiçi. Serbiyanın paytaxtı Belqradda keçirilmiş 2008 Avroviziya Mahnı Müsabiqəsində Portuqaliyanı təmsil edib.
Vanna (müğənni)
Ivana Vrdoljak-Vanna (1 sentyabr 1970, Kоprivniçа) – daha çox səhnə adı ilə tanınan Vanna, xorvat pop müğənnisidir.
Vanna Buakeva
Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçudur. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu. == Karyerası == Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı. 2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi.
Vanua-Levu
Vanua Levu (ing. Vanua Levu) — Ficinin ərazisində yerləşən və sahəsinə görə ikinci böyük ada. Sakit okeanda, Vanua Levu adaları qrupuna daxildir. Əvvəllər Sandalvud adası adlanırdı (ing. Sandalwood Island). == Adı == Vanua-Levu yerli dillərdə «Böyük Torpaq» adlandırılır. == Coğrafiya == Vanua-Levu adası Viti-Levudan 64 km şimalda yerləşir. Ən yaxın materik Avstraliyadır və ondan 2900 км. Ada cənub-şərqdən Koro dənizi ilə yuyulur. Ada vulkanik və mərcan məşəllidir.
Vanya Radovanoviç
Vanya Radovanoviç (mont. Vanja Radovanović; 28 oktyabr 1982, Belqrad) — Monteneqro müğənnisi və bəstəkarı. O, "Inje" mahnısı ilə Monteneqronu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Bioqrafiya == Vanya Radovanoviç 28 oktyabr 1992-ci ildə Yuqoslaviya Sosialist Federativ Respublikasının tərkibində olan Serbiyada, Belqrad şəhərində anadan olmuşdur. 2004-cü ildə musiqi karyerasına başlayan ifaçı ilk dəfə Monteneqroda keçirilən Pjesma Mediterana mahnı festivalında iştirak etmişdir. Radovanoviç festivalda ifa etdiyi "Dripac" mahnısı sayəsində "Ən yaxşı debütant" mükafatına layiq görülmüşdür. 2005-ci ildə o, yenidən eyni festivalda özünün bəstələdiyi "Krila olovna" mahnısı ilə iştirak etmişdir. Mahnı Monteneqro və Serbiyada hit olmuşdur. Həmin ildə Radovanoviç həm də Serbiyada keçirilən Radio festivalda öz bəstəsi olan "Izvini ne menja ljude" mahnısı ilə çıxış etmişdir. 2006-cı ildə isə ifaçı Serbiyanın "Beovizija" mahnı yarışmasında "Kad me jednom za te ne bude" mahnısı ilə iştirak etmişdir.
Vanya İveşa
Vanya İveşa — xorvat əsilli futbolçu.
Xanka gölü
Xanka — Çinin Xeylunszyan vilayəti və Rusiyanın Primorsk diyarı ərazisində yerləşən sərhər gölüdür. Ümumilikdə Xanka Uzaq şərqin ən iri şirinsulu gölüdür. Onun sahəsi 4070 km² təşkil edir. Uzunluğu 95 km, orta dərinliyi 4,5 m, ən dərin yeri isə 10,6 m olan göldür. Gölə 24 çay axır. Onlar arasında ən iriləri Melqunovka, İlistaya, Sunqaça, Komissarovka və Ussuri çaylarıdır. Gölün kənarında Turıy Roq, Novonaçalnik və Kamen-Rıbalov kəndləri yerləşir. Göldə Rusiya və Çinin təşkil etdiyi müştərək qoruq yaradılmışdır. == Etimalogiyası == Delilin 1706-cı il xəritəsində gölün adı Xinqon olaraq keçir və ondan çay axır. Bu çay iki adla göstərilir — Usurou və Ousuri İ. М. Хаsii (alm.