Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Timofey Vasilev
Vasilev adası
Vasilev adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Şimal Buzlu okeanın Kara dənizi suları ilə əhatələnmişdir. İnzibati cəhətdən Rusiyanın Krasnoyarsk diyarı Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Coğrafiya == Kara dənizində, arxipelaqın qərbində qərarlaşır. Ada həmcinin Sivolki adaları qrupuna daxildir. Eyni adalar qrupununda qərb qutaracağını təşkil edir. Şimal-qərb hissəsi istisa olaraq dirər ərazilərdən adalarla əhatələnmişdir. Bir qədər şimalda Tesnı boğazında Şuls adası, şərqində Savvı Loşki adası, şimal-şərqində Ledokol adası, cənubunfa Makarov adası, qərbində isə Kazak adası yerləşir. Şimal qutaracağında Krutoy burnu yerləşir. Elə buradaca olduqca kiçik bir sda qərarlaşır (Qryad adası).
Vasile Florea
Vasile Florea (25 oktyabr 1967) — Rumıniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vasile Florea Rumıniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Vasile Miriuță
Vasile Miriuță (d. 19 sentyabr 1968) — Rumıniya əsilli Macarıstan milli futbol meneceri və keçmiş futbolçudur . O, 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna kimi III Liqa klubu Minaur Baia Marenin baş məşqçisi olub. O, 2021-ci ilin iyul ayından həmin komandaya baş məşqçi təyin olunub. Yarımmüdafiəçi kimi 21 avqust 2002-ci ildə İspaniya ilə yoldaşlıq oyununda Macarıstan millisinin heyətində qol vurdu. O, yığmada ümumilikdə 9 oyun keçirib. Cərimə zərbələri və taktiki bacarıqları ilə tanınan Miriuță, 2000-ci ildə Energie Cottbus ilə Bundesliqaya yüksəldi, lakin klubun əsas oyunçusu olmasına baxmayaraq, 2002-ci ilin sonunda müqaviləsi ləğv edildi. O, vaxtının çoxunu MSV Duisburg-da start 11-dən kənarda keçirirdi. == Futbol karyerası == Miriuță futbola 1988-ci ildə FCM Baia Mare ilə başlayıb. 1990-cı ildə Buxarestin "Dinamo"su ilə müqavilə imzalayıb.
Vasiley (Trabzon imperatoru)
Vasiley Komnenos (yun. Βασίλειος Μέγας Κομνηνός)(1315 – 6 aprel 1340) — 12-ci Trabzon imperatoru. == Həyatı == Atası Trabzon imperatoru II Aleksey, anası isə Mesxeti atabəyi I Bekanın qızı Ciacak Cakelidir. Atasının 1330-cu ildə vəfatının ardından qardaşı Andronik taxta çıxmış, ilk iş olaraq qardaşları Mixail və Qriqorini edam etdirmişdir. Vasiley isə qaçaraq Bizans imperatoruna sığınmışdır. Qardaşının qısa səltənətinin ardından 8 yaşlı oğlu Manuel taxta çıxmış ancaq saraydakı Bizanspərəst əyanların dəstəyilə Vasiley Komnenos Trabzonda hakimiyyəti ələ almışdır. İlk iş qardaşının saraydakı bütün tərəfdarlarını qılıncdan keçirən Vasiley Komnenos bir il sonra həbs tutulan qardaşı oğlu Manueli də edam etdirdi. Buna baxmayaraq imperiyadakı daxili çəkişmələri sonlandıra bilmədi. Dəstək almaq məqsədilə vaxtilə sığındığı Bizans imperatoru III Andronikin qızı İrina Paleoloqla evlənsə də, çox keçmədən Bizansla münasibətləri pisləşdi. Belə ki, imperatorun qızı İrina Paleoloqdan boşanmaq niyyətinə düşən Vasiley Komnenosun İrini adlı məşuqəsi var idi və bu məşuqəsindən övladları dünyaya gəlmişdi.
I Vasiley (imperator)
I Vasiley (yun. Βασίλειος Α΄) və ya Makedoniyalı Vasiley (yun. Βασίλειος ὁ Μακεδών) (811, Ədirnə, Frakiya[d] – 29 avqust 886, Konstantinopol) — Bizans imperatoru. Makedoniya sülaləsinin banisidir.Makedoniya əyalətində kasıb kəndli ailəsində dünyaya gəlmişdir. Daha sonra Bizans imperatoru III Mixailin qohumlarından birinin xidmətinə alındı və beləcə, sarayda əlaqə qurdu. Daha sonra sarayda yüksəldi və imperatorun məşuqələrindən biriylə evləndirildi. Evlənməsinə baxmayaraq xanımının imperatorla olan sevgi macəralarına göz yumdu və bu vasitəylə sarayda gücləndi. Hətta bu vəziyyət o qədər ağırlaşdı ki, bu xanımın dünyaya gətirdiyi ilk övladı və daha sonra taxta çıxacaq olan VI Leonun atasının kim olduğu hələ də bilinmir. Çox keçmədən sezar titulu aldı və mühüm rəqiblərini aradan qaldırdı. İmperatora yaxınlaşan Vasiley 866-cı ildə özünü ortaq imperator elan etdirdi.
Qaşığek
Qaşığek - qədim idiofonlu musiqi alətlərdən biri. == Söz açımı == "Qaşığek" sözü "qaşıq" ismindən və "qaşımaq" felindən əmələ gəlib. “Qaşıq” məişətdə istifadə edilən ən qədim mətbəx əşyasının adı, “ek” isə sözdüzəldici şəkilçidir. Yəni, qaşığek dedikdə, qaşığabənzər çalğı aləti nəzərdə tutulur. H.Zərinəzadənin “Fars dilində Azərbaycan sözləri” əsərində “qaşıq” sözü araşdırılır və bu deyimin təmiz Azərbaycan türk kəlməsi olduğu bildirilir. == Tarixçə == Miniatür mənbələrdən aydın olur ki, XVI əsrdə kiçik ölçülü qaşığek aləti Azərbaycanda daha çox istifadə edilib. XVI əsrdə yaşamış Azərbaycan miniatür rəssamlıq məktəbinin tanınmış nümayəndəsi Məhəmmədi (?-1580) “Dərvişlərin rəqsi” (əslində “Bahar bayramının qarşılanması” – Rasim Əfəndi) qoşa miniatür əsərində dəf, təbirə, dühul, dairə, musiqar, cərəs alətləri ilə yanaşı qaşığeki də təsvir edir. Bu qoşa rəsmdə “Təkə oyunu” el tamaşası təsvir edilib. Oyun iştirakçıları adları çəkilən çalğı alətlərini səsləndirirlər. Məsxərəçilər atılıb-düşərək əllərindəki qaşığeki döyəclədikdə alətin şaqqıltılı səsi ətrafa yayılırmış.
Vasslen
Vasslen (fr. Vasselin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38525. Kommunanın 1999-cu il üçün əhalisi 300 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 221 ilə 450 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənubda, Qrenobldan 55 km şimal-qərbdə yerləşir.
2B9 "Vasilyok"
2B9 "Vasilyok" — 82mm-lik avtomatik minaatan Sovet istehsalı olan 2B9 Vasilyok tipli avtomatik minaatanların ixtirası üzrə iş 1967-ci ildə F-82 minaatanların bazasında başlanmış və 1970-ci ildə zavod və ordu testlərindən kecərək 1970-ci ildə silahlanmaya qəbul olunmuşdur. Minaatan kasset tipl ilə doldurulur. Kasset 4 mina tutur və avtomatik, tək atəş aca bilir. Lüləsi yivli deyil. == Taktiki-Texniki Xarakteristikası (TTX) == Döyüş halından səfər,səfər halından döyüş halına gətirmə 1.5 dəq Komplektinə daxil olan minaların sayı-226 Atəş tezliyi 100-120 atəş/dəq Minanın cəkisi 3.1 kq Minaların növü: qəlpələnən,tüstülü,işıqlandıran Öldürücü dairəsi 18m Partlayış zamanı 400-600 qəlpə əmələ gəlir Asılma atəşi zamanı atəş uzaqlığı-800 m Maksimal atəş uzaqlığı-4270m == Döyüş tətbiqi == Silah Sovetlər birliyinin Əfqanıstanda apardığı müharibə zamanı, Rusiyanın Cecenistan müharibəsində, Ukraynanın şərqində Rusiya separtcı qüvvələri tərəfindən geniş istifadə olunub. Əsasən Əfqanıstanda motoatıcı taburlarda, minaatan tağımlarında belə silah olmuşdur.Bundan əlavə məhz Vasilyokun hərəkət sisteminin ilk modernizasiyası Əfqanıstan döyüşlərinə təsadüg edir. İxtiracıların fikirlərinə zidd olaraq ild dəfə Vasilyoku 40 cı ordunun zabitləri tırtıllı texnikalara pərcim eləməyə başladılar. Bu minaatanın mobilliyini artırdı və daha manevrli etdi. Lakin mənim fikrimcə bu ixtira da uğurlu deyildi. Cünki əsasən MTLB, BTRD, BTR VƏ AVTOMOBİL PLATFORMASI üzərində acıq halda qiraşdırılan bu minaatanlar-şəxsi heyəti acıqda qoymaqla onları düşmən snayperlərinin hədəfinə cevirirdi.
Aqios Vasilis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Dmitri Vasilyev
Dmitri Vasiliyev
Mariana Vasileva
Mariana Vasileva-Toteva (bolq. Мариана Василева-Тотева; 6 iyul 1974, Tarqovişte[d]) — bədii gimnastika üzrə məşqçi, Azərbaycan Gimnastika Federasiyasının baş məşqçisi, 2021-ci il noyabrın 29-dan Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini. == Həyatı == Mariana Vasileva keçmiş bolqar bədii gimnast olub və Bolqarıstanın Sofiya şəhərindəki Levski klubunda məşqçi kimi işləyib. 2007-ci ildə o, Azərbaycan Gimnastika Federasiyasından məşqçi kimi işləmək üçün dəvət alıb. Qısa müddət sonra; o, ən yaxın qohumları (ər və iki uşağı) ilə birlikdə Bakıya, Azərbaycana köçüb.2009-cu ildən Vasileva Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçisi təyin edilib.2013-cü ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 2015-ci ildə 1-ci Avropa Oyunlarında milli komandanın uğurlu çıxışından sonra Azərbaycan Prezidentinin Fəxri Diplomu ilə təltif edilmişdir. Mariana Vasilevanın çalışdırdığı dövrdə Azərbaycan millisi 2009, 2011, 2013, 2014, 2018 və 2020-ci illərdə Avropa çempionatlarında mükafatlar qazana bilib. 2021-ci il noyabrın 29-da Prezident İlham Əliyevin sərəncamı ilə Mariana Vasileva-Toteva Gənclər və İdman nazirinin müavini təyin olunub. Bundan əvvəl o, Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü idi. == Məşqçi fəaliyyəti və uğurları == Vasileva Azərbaycanın Bədii Gimnastika üzrə baş məşqçisi təyin edildikdən sonra Azərbaycan, xüsusilə yeni nəsil gimnastlar arasında həm fərdi, həm də qrup yarışlarında beynəlxalq uğur qazanmağa başlayıb.
Sergey Vasilyev
Sergey Aleksandroviç Vasilyev (rus. Сергей Александрович Васильев; 17 (30) iyul 1911, Kurqan, Tobolsk quberniyası[d] – 2 iyul 1975, Moskva) – görkəmli rus şairi. == Həyatı == Sergey Aleksandroviç Vasilyev 1911-ci il 30 iyul-da Tobol vilayətinin Kurqan şəhərində anadan olmuşdur. Rus sovet şairi. 1931-ci ildən əsərlərini çap etdirməyə başlamışdır. İki ildən sonra "Vozrast" ("Yaş") adlı ilk şeirlər kitabını nəşr etdirmişdir. Şeir və poemalardan ibarət bir çox kitabların və mahnı mətnlərinin müəllifidir. Satirik janrda da uğur qazanmışdır. "Simaları izləyəndə" şeirlər toplusu oxucuların böyük marağına səbəb olmuşdur. Bu kitabda müəllif böyük ədiblərin xasiyyətlərində diqqətini cəlb edən məqamları və çatışmazlıqları parodiya və epiqramlarla verməyə çalışmışdır.
Siyana Vasileva
Siyana Vasileva (3 mart 1996, Bolqarıstan) — Bolqarıstan mənşəli Azərbaycanın bədii gimnastı. == Həyatı == Siyana Vasilevanın anası bədii gimnastika üzrə məşqçidir, eyni zamanda atası da idmançıdır. Siyana Vasileva bolqar dili, rus və ingilis dillərini bilir. Siyana, həmçinin psixologiya elmi ilə maraqlanır. == Karyerası == Gimnastikaya ilk addımlarını 2005-ci ildə atan Siyana 2011-ci ildən milli komandaya çağırılıb. Ənənəvi "Baltik Halqası" turnirində çıxış edən Siyana ilk qızıl medalını da Latviyadan gətirib. İlk ciddi qələbəsini də 2011-ci ildə Minskdə keçirilən Avropa Çempionatında gənclərdən ibarət komandanın tərkibində 1-ci yeri tutmaqla qazanıb. 2014-cü ildə Bakıda keçirilən Avropa Çempionatında Diana Doman, Aliyə Paşayeva, Aleksandra Platonova, Aynur Mustafayeva və Səbinə Abbasova ilə birlikdə 3 top və 2 lentlə qrup tapşırıqlarında gümüş medal qazanıb. Gimnastlarımız Müslüm Maqomayevin "Mavi əbədilik" mahnısının sədaları altında çıxış ediblər. Hakimlər azərbaycanlı gimnastların çıxışını 17.650 balla qiymətləndiriblər.
Vadim Vasilyev
Vadim Vasilyev (17 may 1972, Bakı) — Sabiq Azərbaycan futbolçusu. == Həyatı == Vadim Vasilyev 17 may 1972-ci ildə Bakıda anadan olmuşdur. == Karyera statistikası == === Millidə === 2 noyabr 2015 tarixinə aid bu statistik məlumatlar dəqiqdir.
Vasilevka (Arxangel)
Vasilevka (başq. Васильевка, rus. Васильевка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Qızıl Ezem kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 7 km, kənd sovetliyindən (Qızıl Ezem): 3 km. ən yaxın dəmiryol stansiyasından (Rriural stansiyası): 13 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə ruslar (61%) üstünlük təşkil edir.
Vasilevka (İşembay)
Vasilevka (başq. Васильевка, rus. Васильевка) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Petrovski kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 42 km, paytaxdan (Ufa): 165 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km.
Vasilevka (Şaran)
Vasilevka (başq. Васильевка), rus. Васильевка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Şaran): 35 km, kənd sovetliyindən (Pisarev): 10 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 65 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (86%) üstünlük təşkil edir.
Vasileya Zaçou
Vasileya Zaçou (d. 24 aprel 1994) — Yunanıstanı təmsil edən bədii gimnast. Vasileya Zaçou 2012-ci ildə Yunanıstanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vasileya Zaçou 2012-ci ildə Yunanıstan bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yeleni Doika, Alexia Kiriazi, Evdokia Loukanqkou, Stavroula Samara, və Marianti Zafeiriou ilə birgə təsnifat mərhələsində 51.875 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Xrisanf Vasilyev
Xrisanf Vasilyev — Bakıda tikilmiş Bakı Dəmir Yolu Vağzalının və Tağıyevin Teatrının memarı. == Haqqında == Xrisanf Vasilyev 1872-ci ildən 1884-cü ilə qədər Rusiya Rəssamlıq Akademiyasında memarlıq üzrə təhsil alıb. 1880-ci illərin əvvəllərində Zaqafqaziya dəmiryolu xəttinin Bakı-Tiflis hissəsində memar kimi xidmət edib. Bakıda fəaliyyət göstərdiyi müddət ərzində Bakı Dəmir Yolu Vağzalının binasının, Tağıyevin Teatrının binasının və Bakı İctimai Məclisinin yay binasının memarı olub.1882-ci ildə onun eskizi ilə məşhur rus zərgəri Sazikov tərəfindən İmperator III Aleksandr və İmperatriça Mariya Fyodorovnanın tacqoyma mərasimi zamanı, duz çörəyin təqdim edilməsi üçün gümüş boşqab və duzqabı düzəldilmişdir.1883-cü ildə Fyodor Dostoyevski dünyasını dəyişdikdən 2 il sonra onun qəbrinin üzərində memar Xrisanf Vasilyevin layihəsi və heykəltaraş N.Laveretskinin ortaq işi olan abidə qoyuldu.1882-ci ildə o, Odessa şəhər duması tərəfindən Odessada Aleksandr Puşkinin büstü olan fəvvarənin quraşdırılması üçün elan edilmiş müsabiqəyə qatılır. Və onun layihəsi müsabiqədə qalib gəlir. Nəticədə Odessa şəhərində onun layihəsinə əsasən Puşkinin büstü olan fəvvarə quraşdırılır. 1899-cu ildə isə o, Aleksandrovsk litseyinin bağında quraşdırılmış Aleksandr Puşkinə həsr edilmiş heykəlin memarlığını edir.XX əsrin əvvələrində isə onun tərəfindən Alupka, Perekop, Qurzuf və Yançokrakda kilsələr tikilib.
Timofey Vasilyev
Timofey Vasilyev (tam adı: Timofey Vasilyeviç Vasilyev, rus. Тимофей Васильевич Васильев; 19 fevral (3 mart) 1897 – 23 iyun 1939, Moskva) — Mordoviya (Erzyan) hüquqşünası, Mordoviyada müasir məhkəmə prosesləri sisteminin qurucusu, ictimai-siyasi xadim. 1917-ci il oktyabr inqilabının iştirakçısı. == Bioqrafiyası == Timofey Vasilyev 19 ferval 1897-ci ildə Tomsk vilayəti Marinski qəzası, Tavla kəndində ortabab kəndli ailəsində anadan olmuşdur. 1909-cu ildə ailəsi ilə birlikdə Kuznetsk hövzəsinin Anjer kömür mədənlərində işləmək üçün işləməyə başlamışdır. Atası mədəndə, Timofey isə daşıyıcı işləyirdi. 1910-cu ildə mexaniki emalatxanada dəmirçi fəaliyyətinə başlayır. 1915-ci ildə isə ailəsi ilə birlikdə doğma Tavla kəndinə qayıdır. bir müddət sonra isə dünyavi məhkəmədə katib işləyir. 1916-cı ildə hərbi xidmətə çağrılır.
Böyük Vasili
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330—379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına , «Zəbur» kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon mag­num sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman - Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.