FASİLƏ
FASİLƏLİ
OBASTAN VİKİ
Böyük fasilə
Böyük fasilə (ing. The Great Hiatus) — 1891-ci il mayın 4-dən 1894-cü ilin aprel ayının əvvəlinə qədər olan dövr. Ingilis yazıçısı Artur Konan Doyl tərəfindən yaradılmış dahi özəl detektiv Şerlok Holmsun ölü hesab edildiyi müddətdir. Holmsla bağlı tədqiqatlarda qəbul edilmiş bu termin ilk dəfə 1946-cı ilin iyulunda "Baker Street Journal" jurnalında dərc olunmuş Edqar Vordsvort Smitin "Şerlok Holms və Böyük Fasilə" məqaləsində ortaya çıxmışdır.
Diskretlik (fasiləlilik).
Diskretlik (fasiləlilik) — Yerdə həyat diskret formalarda təzahür edir. == Ümumi məlumat == Ümumiyyətlə orqanizm və ya bioloji sistem (növ, biogeosenoz) təklənmiş və ya fəzada məhdudlanmış halda mövcuddur. Belə ki, onlar öz aralarında sıx əlaqə və qarşılıqlı fəaliyyətdə olan, funksional bütövlük yaradan hissələrdən ibarətdir. Məsələn, istənilən növün fərdlərdən, fərdlərin orqanlardan, orqanların isə ayrı-ayrı toxuma və hüceyrələrdən təşkil olunması bizə məlumdur. Belə ki, orqanizmin quruluşunun diskretliyi onun struktur nizamlılığının əsasıdır. Bu isə, aşınmış struktur elementlərinin (molekul, ferment, hüceyrə və s.) onların yerinə yetirdikləri funksiyanı dayandırmadan yenisi ilə əvəzlənməsi yolu ilə daim özünübərpaya imkan yaradır.
Fasiləsiz nəqliyyat vasitələri
Fasiləsiz nəqliyyat vasitələri — dayanacaq yeri və zamanı göstərilməyəm nəqliyyat vasitələridir. Fasiləsiz sərnişin nəqliyyatı vasitələrinə misal olaraq eskalatorları və hərəkət edən səkiləri göstərmək olar.
Fasiləsiz təhsil
Fasiləsiz təhsil — təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri olub, mövcud təhsil standart­ları, təd­ris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əl­də edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dia­lek­tik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün hə­yatı bo­yu ardıcıl davam etməsidir.[mənbə göstərin]
Fasiləsiz çəkiliş (kinematoqrafiya)
Fasiləsiz çəkiliş (ing. Continuous shot) və ya Təkkadrlı film (ing. One-shot, one shot) — yalnız bir kadrdan ibarət və ya o hissi vermək üçün hazırlanmış bədii film. == Nümunələr == === Gerçək təkkardlı === †Beş dəqiqəlik bir kadr və filmin başlıq titrləri filmin 57 dəqiqəlik kadrından əvvəl gəlir.
Peçenyenin Fasiləsiz, Mexanikləşdirilmiş İstehsalı (1989)
Peçenyenin fasiləsiz, mexanikləşdirilmiş istehsalı (film, 1989)
Çöküntütoplanmada fasilələr
Çöküntütoplanma Çöküntütoplanmanın dövrili­yi kəsilişlərdə eyniadlı və ya yaxın petroqrafik süxur tiplərinin dəfələrlə təkrarıdır. Dövriliyin tipləri və səbəbləri müxtəlifdir. Bunlardan biri sedimentasiyanın mövsümi dəyişkənliyidir, yəni ilin müxtəlif fəsillərində müxtəlif petroqrafik çöküntü tiplərinin çökməsidir. Belə döv­riliyin klassik nümunəsi buzlaqönü göllərin lentvari gilləridir; yay vaxtı buzlağın intensiv əriməsi fonunda daha qaba, payız-qış fəsillərində isə daha incə çöküntülər toplanır. Mövsümi təbəqəlilik humid zonaların şirinsulu göllərində çox tez-tez yaranır və kəsilişdə nazik (mm hissələri və ya bir neçə mm) gah gil və sapropel, yaxud gil və alevrit təbəqələri növbələşir. Mövsümi mikrotəbəqəlilik bəzən dəniz çöküntülərində də müşahidə edilir (müasir Qara dənizin dərinsu və qismən Xəzər dənizinin çöküntüləri). Lakin mövsümi təbəqəlilik, xüsusilə arid tipli, həm dəniz və həm də göl hövzələri (halogenez mərhələsi) üçün səciyyəvidir. Sulfat mərhələsində gilli-karbonatlı təbəqələr karbonatlı-gip­slilərlə növbələşir, belə ki, birincilərin qalınlığı mm hissələri qədər, ikincilərininki isə 1–2 mm olur (Krımda Sak və b. göllər). Halit pilləsində az qalınlıqlı karbonatlı-sulfat təbəqəcikləri (3-5 sm) halit təbəqəcikləri ilə növbələşir (Xəzəryanı çökəkliyin gölləri).
Fasiləli axsama
Fasiləli axsama (ing. intermittent cladication) – aşağı ətrafların işemiya kompleksinə aiddir. Arteriyalarda okklyuzion-stenotik dəyişikliklərlə əlaqədar aşağı ətraflarda, xüsusi ilə baldır əzələlərində yeridikdə yaranan tutmaşəkilli ağrı, qıcolma, yorğunluq hissi və əlamətlərin sakitlikdə itməsidir.

Значение слова в других словарях