Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Çatandaş dağı
Çatandaş — Cəbrayıl rayonunda dağ. == Toponimikası == Çaxmaq və Kiçik Həkəri (Əkərə) çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1536 m. Oronim çalan/çatal (qoşa, haça) və daş (qaya, dağ) komponentlərindən düzəlib, "haça qaya" deməkdir.
Karandaş
Karandaş (rus. Карандаш əsli qara daş sözündən götürülmüşdür) — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit, yaxud quru boyaq çubuğu. == Karandaşların əcdadları == İlk variantı XIII əsrdə hazırlanıb. Qrafitin (qələmin içində olan qara hissə) taxtanın arasına qoyulmasını fransız kimyagəri Nikola Konte təklif edib. Əslində bu qrafiti qənaət ilə sərf etmək üçün hazırlanmışdı. Ancaq sonra fikir verildi ki, bu üsulla hazırlanan qələmlər daha yaxşı yazır. == İlk əsil karandaş == Barroudeyl gölü ətrafında qoyunlarını otaran çobanlar fikir verirlər ki, qoyunların dəriləri yerli qayalara sürtünəndə qaralır . Bu barədə yerli alimlərə bildirəndə, onlar düşünüblər ki, Borroudeyldə üzə "qara daş" yataqları çıxır. Yerli əhali tezliklə burada yazı üçün müxtəlif ləvazimatlar hazırlamağa başlayır, adını isə "qara daş" qoyurlar. Türkcə("qara" və "taş" sözlərindən "karandaş2 adı alınır.) İlk karandaşlar barədə yazılar 1565-ci ilin minerallar barədə yazılan traktatında olub.
Vətəndaş
Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür. Vətəndaş — müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. Bu bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir. == Ədəbiyyat == R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.
Vakanda
Vakanda (/wəˈkɑːndə, -ˈkæn-/) — Marvel Comics tərəfindən nəşr olunan Amerika komikslərində görünən uydurma ölkə. Həmin ölkənin Şərqi Afrikada mövcud olduğu təsvir olunur. Saxaradan cənubda yerləşən Qara Afrikada yerləşir və super qəhrəman Qara Panteranın evidir. Vakanda ilk dəfə Fantastic Four #52-də (iyul 1966) göründü və Sten Li və Cek Kirbi tərəfindən yaradılmışdır. Vakanda komikslərdə və müxtəlif media uyğunlaşmalarında, məsələn, Marvel Kinematoqrafiya Kainatında, planetin texnoloji cəhətdən ən inkişaf etmiş milləti kimi təsvir edilmişdir. == Yerləşməsi == Bəzi mənbələr Vakandanı Tanzaniyanın bir qədər şimalında və məhz Ruandada yerləşdirir, digərləri isə – məsələn, Marvel Atlas #2 – onu Turkana gölünün şimal ucunda, Cənubi Sudan, Uqanda, Keniya və Efiopiya arasında (Azaniya, Kənan və Narobiya və bu kimi uydurma ölkələrlə əhatə olunmuş) göstərir. Rejissor Rayan Kuqler 2018-ci ildə çəkilmiş Qara Pantera filmindəki Vakanda təsvirinin Cənubi Afrika Lesoto Krallığından ilhamlandığını bildirib. Vakanda yazıçı Ta-Nehisi Koutsun son hekayələrində Viktoriya gölündə, Mohannda, Kənan, Azaniya və Niqanda digər uydurma xalqların yaxınlığında yerləşir. Bu, real həyatda daha çox Konqo Demokratik Respublikasının şərq yarısına uyğun gəlir. Birnin Zana Vakanda ərazisində yerləşir.
Aydoğan Vətəndaş
Aydoğan Vətəndaş (türk. Aydoğan Vatadaş) — Türk yazıçı, jurnalist və tədqiqatçı. == Haqqında == 1974-cü ildə İstanbulda anadan olub. 1993-cü ildə Dəniz Litseyindən məzun olub. 1995-ci ildə Dəniz Hərbi Məktəbindən ayrılıb. 1997-ci ildə başladığı Fateh Universiteti İngilis dili və ədəbiyyatı fakültəsindən 2001-ci ildə məzun olub. 1995-ci ildə Aksiyon dərgisində jurnalistlik peşəsinə başlayıb. 1995-2000-ci illərdə Aksiyon dərgisində müxbirlik, redaktorluq və köşə yazarlığı edib. 2000-2004-cü illərdə Zaman qəzetində müxbirlik, redaktorluk və köşə yazarlığı edən müəllif, 2002-2004-cü illərdə Qaraqutu verilişinin rejissor və aparcısı olmuşdur. 1997-ci ildə Timaş nəşriyyatında nəşr olunan ilk kitabı Armagedon (Türkiyə-İsrail Gizli Müharibəsi) əsəri ilə diqqət çəkib.
Darandaş (Mərənd)
Darandaş (fars. دارانداش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (64 ailə).
Karandaş (dəqiqləşdirmə)
Karandaş — Yazı yazmaq, şəkil və cizgi çəkmək üçün taxtaya geydirilmiş nazik qrafit. Karandaşyonan — Karandaşların uclarını taraş etmə üçün istifadə edilən dəftərxana ləvazimatı. Karandaş (kloun) — tanınmış sovet sirk artisti (kloun).
Karandaş (kloun)
Karandaş (tam adı: Mixail Nikolayeviç Rumyantsev ; d.1901, Sankt-Peterburq – ö.1983, Moskva) —Görkəmli sovet sirk artisti (kloun), aktyor. Sosialist Əməyi Qəhrəmanı (1979) SSRİ xalq artisti (1969). == Həyatı == Mixail Nikolayeviç Rumyantsev 1901-ci il noyabrın 27-də bəzi mənbələrdə 10 dekabrda Sankt-Peterburqda anadan olub. == Sovet çizgi filmində Karandaşın rolu == Sirk(Soyuzmultfilm,1942). Sirkdəki qız (Soyuzmultfilm, 1950).
Qatardaş (Qoşaçay)
Qatardaş (fars. قطارداش‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (21 ailə).
Rəngli karandaş
Rəngli karandaş — bir rəngli piqment minası olan rəngli rəsm və yazı üçün istifadə olunan karandaş.
Vətəndaş 13660
Mine Okubo (ing. Miné Okubo; 27 iyun 1912, Riversayd[d], Kaliforniya – 10 fevral 2001, Qrinviç Villic[d], Nyu-York ştatı) – yaponəsilli ABŞ sənətçisi və yazıçısı. İkinci dünya müharibəsi zamanı ABŞ yaponlarının internasiya düşərgələrindəki həyatını təsvir edən "Vətəndaş 13360" kitabına görə tanınır. Mürəkkəblə çəkilmiş 206 rəsmin olduğu bu kitab bu düşərgələrdəki həyatı təsvir edən ilk kitabdır. == İlk illəri == Mine Okubo 27 iyun 1912-ci ildə ABŞ-nin Kaliforniya ştatının Riversayd şəhərində doğulmuşdur. Onun ailəsi ABŞ-yə miqrasiya etmiş birinci nəsildən olan yaponlar idi. Atası bağbanlıqla məşğul olurdu, anası isə Tokio İncəsənət İnstitutundan məzun olmuşdu. Okubo Riversayd İcma Kollecində təhsil almış, daha sonra incəsənət üzrə master dərəcəsi əldə etmək üçün 1936-cı ildə Berkli Kaliforniya Universitetinə daxil olmuşdur. Berta Taussiq təqaüdü vasitəsilə Avropaya səyahət etmiş, lakin İkinci dünya müharibəsinin başlaması və anasının xəstələnməsi səbəbilə ABŞ-yə qayıtmışdır. O, Federal İncəsənət Proqramında işləməyə başlamış və Dieqo Riveranın sənətini öyrənmişdir.
Vətəndaş Keyn
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi. Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır. Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır. Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir.
Vətəndaş cümhuriyyətçiliyi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş cəmiyyəti
Vətəndaş cəmiyyəti – dövlət və kommersiya fəaliyyətinə nisbətən müstəqil olan ayrı-ayrı fərdlərin və qrupların öz maraqları və dəyərləri naminə əməkdaşlıq etdiyi ictimai sfera. Bazar – öz özündə təşkilatlanan sistemdir, lakin bu o demək deyil ki, dövlət bu mexanizmin təkmilləşdirilməsində iştirak edə bilməz. O, rəqabət aparan subyektlər arasında maraqlar balansını yaratmalı və bərabərləşdirməlidir. Dövlət bazar münasibətlərinin formalaşdırılması və qorunmasında mühüm faktordur. Vətəndaş cəmiyyətinin struktur elementlərini cəmiyyətin sferalarına görə aşağıdakı kimi təsnif etmək olar: İqtisadi sferada vətəndaş cəmiyyətinin struktur elementlərini vətəndaşların öz şəxsi təşəbbüskarlıqları ilə yaratdıqları qeyri-dövlət müəssisələri, korperativlər, icarə kollektivləri, birliklər, aksioner təşkilatları, korporasiyalar və vətəndaşların digər könüllü birlikləri təşkil edir. Vətəndaş cəmiyyətinin sosial-siyasi sferasını aşağıdakı elementlər təşkil edir: ailə, ictimai, ictimai-siyasi, siyasi təşkilatlar və hərəkatlar, yaşayış yeri və ya əmək və başqa kollektivlərlə əlaqədar ictimai özünü idarəetmə orqanları. İctimai fikrin formalaşması və ifadə edilməsi mexanizmlərinin üzə çıxarılması və həmçinin sosial konfliktlərin həlli. Qeyri-dövlət, müstəqil K.İ.V. Bu sferada cəmiyyətdə formalaşan maraqların konstitusiya və dövlət qanunları çərçivəsində institusional formaya salınması və qeyri-zorakı, sivil formada ifadə edilməsi təcrübəsi formalaşır. Vətəndaş cəmiyyətinin mənəvi sferasına aşağdakı elementlər daxildir: söz, fikir azadlığı, öz mövqeyini açıq ifadə etmək imkanı, yaradıcı, elmi və digər öz fəaliyyət birliklərinin dövlət və siyasi strukturlardan asılı olmaması və müstəqilliyi. == Vətəndaş cəmiyyətinin prinsipləri == Vətəndaş cəmiyyətinin prinsiplərini yuxarıda deyilmiş fikirləri nəzərə almaqla belə ifadə etmək olar: İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
Vətəndaş elmi
Vətəndaş haqqında
Vətəndaş haqqında (lat. De Cive) — Tomas Hobbsun əsas əsərlərindən biri. Kitab ilk olaraq 1642-ci ildə Parisdə latın dilində nəşr edilmişdir, ardınca 1647-ci ildə Amsterdamdan iki əlavə latın dilində nəşri buraxıldı. Əsərin ingilis dilinə tərcüməsi ilk dəfə dörd il sonra (London 1651) Hökumət və cəmiyyətlə bağlı fəlsəfi əsasları (ing. Philosophical rudiments concerning government and society) başlığı ilə çıxdı. Bu əsərdə Hobbsun sonradan daha dərindən Leviafan traktatında yazacağı mövzulara bu əsərində tanışlıq edir. Məşhur ifadəsi olan bellum omnium contra omnes ("hamının hamıya qarşı müharibəsi") ilk dəfə burda ortaya çıxdı. == Məzmun == De Cive, Hobbs tərəfindən insan şüuru ilə bağlı yazılmış əsərlər trilogiyasının birincisidir. trilogiyadakı digər iki əsər: 1655-ci ildə nəşr olunan De Corpore ("Bədən haqqında") və 1658-ci ildə nəşr olunan De Homine ("İnsan haqqında")dır. Hobbs İngiltərə burjua inqilabından başlamadan əvvəlki siyasi qarışıqlıqlara rəğmən, o yazısını bitirə bildi.
Vətəndaş humanizmi
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Vətəndaş jurnalistikası
Vətəndaş müharibəsi
Vətəndaş müharibəsi eyni dövlət (və ya ölkə ) daxilində mütəşəkkil qruplar arasında olan müharibədir. Bir tərəfin məqsədi ölkəyə və ya bölgəyə nəzarəti ələ keçirmək, bir bölgə üçün müstəqilliyə nail olmaq və hökumət siyasətini dəyişdirmək və ya devirmək ola bilər. Bu termin eramızdan əvvəl 1-ci əsrdə Roma Respublikasının müxtəlif vətəndaş müharibələrinə istinad etmək üçün istifadə edilən kalka lat. bellum civile sözündəndir. Müasir vətəndaş müharibələrinin əksəriyyəti kənar qüvvələrin müdaxiləsi nəticəsində baş verir. Amerikalı professor, politoloq Patrik M. Reqan "Vətəndaş müharibələri və xarici güclər" (2000) kitabında qeyd etmişdir ki, İkinci Dünya Müharibəsinin sonu ilə 2000-ci il arasında 138 dövlətdaxili münaqişənin təxminən üçdə ikisi beynəlxalq müdaxilə ilə həyata keçirilib. Vətəndaş müharibələri çoxlu sayda insan itkisi və əhəmiyyətli resursların istehlakı ilə nəticələnə bilər. 20-ci əsrin birinci yarısında eyni vaxtda beşdən çox vətəndaş müharibəsi baş vermədiyi halda Soyuq Müharibənin sonuna yaxın 20-dən çox eyni vaxtda vətəndaş müharibəsi baş verdi. 1945-ci ildən bəri vətəndaş müharibələri 25 milyondan çox insanın ölümü, milyonlarla insanın məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Vətəndaş müharibələri çox vaxt iqtisadi çöküşlə nəticələnir.
Vətəndaş respublikaçılığı
Klassik respublikaçılıq və ya klassik cümhuriyyətçilik, həmçinin vətəndaş respublikaçılığı, vətəndaş cümhuriyyətçiliyi və ya vətəndaş humanizmi — respublikaçılığın antik dövrün dövlət modelləri və yazılarından, xüsusilə də Aristotel, Polibi və Siseron kimi klassik yazıçılardan ilhamlanaraq İntibah dövründə formalaşmış növü. Klassik respublikaçalıq vətəndaş cəmiyyəti, vətəndaş ləyaqəti və qarışıq dövlət kimi anlayışlar ətrafında qurulmuşdur. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Brugger, Bill (1999). Republican Theory in Political Thought: Virtuous or Virtual?. Basingstoke: St. Martin's Press. Coutant, Arnaud (2007). Une Critique republicaine de la democratie liberale. Mare et Martin Fink, Zera (1962). The Classical Republicans: an Essay in the Recovery of a Pattern of Thought in Seventeenth-Century England.
Rəqəmsal vətəndaş
Rəqəmsal vətəndaş — insanların onlayn mühitlərdə öz hüquq, vəzifə və öhdəlikləri haqqında məlumatlı olması, bu şüurla internet texnologiyalarından istifadə etmək və onlayn sosial işlərdə iştirak etmək bacarığı. "Rəqəmsal Vətəndaşlıq: İnternet, Cəmiyyət və İştirak" kitabının müəlliflərindən biri olan Karen Mossberger tərəfindən verilən tərifə görə, rəqəmsal vətəndaşlar "internetdən müntəzəm və səmərəli istifadə edənlərdir". Bu mənada rəqəmsal vətəndaş cəmiyyət, siyasət və hökumətlə məşğul olmaq üçün informasiya texnologiyalarından (İT) istifadə edən şəxsdir. Konsepsiyanın daha yeni işlənib hazırlanması zamanı rəqəmsal vətəndaşlıqda vətəndaşlıq ideyasının gücləndirici və demokratikləşdirici xüsusiyyətləri vurğulanmışdır. Bu, rəqəmsal texnologiyalardan istifadə vasitəsilə insanların cəmiyyətdəki rolunun öz-özünə həyata keçirilməsi kimi müəyyən edilmişdir. Bu nəzəriyyələr müasir cəmiyyətlərin getdikcə artan datafikasiyasını nəzərə almağı hədəfləyir. Nəticədə "alqoritmik cəmiyyət" də adlanan "məlumatlı cəmiyyətdə (rəqəmsal) vətəndaş olma"nın mənası kökündən şübhə altına alınır. Bu, sosial həyatın artan datafikasiyası və müşahidə praktikalarının geniş yayılması ilə səciyyələnir. Datafikasiya vətəndaşlıq anlayışı üçün mühüm problemlər yaradır. Belə ki, məlumatların toplanması artıq yalnız məxfilik məsələsi kimi görünmür: Rəqəmsal vətəndaşlıq onlayn əlaqə yaratmaq, etibarlı mənbələr tapmaq və insan hüquqlarını qorumaq və təşviq etmək üçün texnologiyadan məsuliyyətlə və hörmətlə istifadə etməkdir.
Vətəndaş texnologiyası
Vətəndaş texnologiyası — xalq və hökumət arasındakı əlaqəni kommunikasiyalar, qərarların qəbulu, xidmətlərin göstərilməsi və siyasi proses üçün proqram təminatı ilə gücləndirən texnologiya. Bura könüllülər, qeyri-kommersiya təşkilatları, məsləhətçilər və özəl şirkətlərdən ibarət icmanın rəhbərlik etdiyi komandalar tərəfindən qurulmuş proqram təminatı, eləcə də hökumət daxilində işləyən texnoloji qruplar ilə hökuməti dəstəkləyən informasiya və kommunikasiya texnologiyaları daxildir. == Tərifi == Elektron hökumət xidmətləri vətəndaş və onların hökuməti (C2G), hökumətlər və digər dövlət qurumları (G2G), hökumət və vətəndaşlar (G2C), hökumət və işçilər (G2E) və hökumətlə özəl sektor (G2B) arasında rəqəmsal qarşılıqlı əlaqələrdən ibarətdir. ABŞ qeyri-kommersiya təşkilatı olan "Knight Foundation"dan 2013-cü il hesabatı vətəndaş texnologiya məkanında müxtəlif fokusların xəritəsini tərtib etməyə çalışır. Bu, vətəndaş texnologiyası layihələrini geniş şəkildə iki kateqoriyaya ayırır: açıq hökumət və icma fəaliyyəti. İndiki dövrdə vətəndaşlara sosial media vasitəsilə də öz nümayəndələrinə çıxış imkanı verilir. Onlar "Twitter" və "Facebook" kimi platformalar vasitəsilə öz narahatlıqlarını birbaşa hökumət rəsmilərinə bildirə bilirlər. Keçmişdə onlayn səsvermənin yerli seçkilər üçün səsvermə variantı olması halları olmuşdur. Məsələn, 2000-ci ildə Arizona seçkilərində bu üsul tətbiq olunduqda, əvvəlki seçkiyə nisbətən iki dəfə çox fəallıq müşahidə edildi. Hökumətdə vətəndaş texnologiyasının yaxşı idarəetmə texnikasını təmin etdiyi, lakin ədalətli demokratik təmsilçiliyi təmin etmək üçün yetərli olmadığı iddia edilir.
Karandaş testi
Karandaş testi – şəxsin afro teksturalı saçının olub-olmadığını müəyyənləşdirmək üçün metod. Karandaş testində karandaş şəxsin saçına keçirilir. Karandaşın saçdan asanlıqla keçib-keçməməsindən asılı olaraq test "keçdi" və ya "keçmədi" olaraq dəyərləndirilir. Karandaş testi Cənubi Afrika Respublikasının aparteid rejimi tərəfindən irqi mənsubiyyəti müəyyən etmək üçün istifadə olunurdu. Karandaş testinin nəticəsinə əsasən ağlarla və rəngli şəxslər fərqləndirilirdi. Test mövcud ailələrin və icmaların irqi əsaslarla bölünməsində rol oynamışdır. Aparteid rejiminin 1994-cü ildə başa çatmasından sonra karandaş testinin tətbiqi də dayandırılmışdır. Hazırda CAR-da karandaş rasizm simvolu kimi qəbul olunur. == Arxa plan == 1950-ci ildə qəbul edilmiş Əhalinin Qeydiyyatı Aktına əsasən cənubi afrikalılar fiziki və sosial-iqtisadi xüsusiyyətlərinə əsasən irqi qruplar üzrə təsnif olunmalı idilər. Şəxsin irqi həmişə aydın olmadığı üçün bir neçə test yaradılmışdır.
Onoto Vatanna
Vinnifred İton (ing. Winnifred Eaton; 21 avqust 1875 və ya 1877, Monreal – 8 aprel 1954) – Kanada yazıçısı. O, çinəsilli olmasına və heç vaxt Yaponiyada olmamasına baxmayaraq, yaponmənşəli Onoto Vatanna təxəllüsü ilə tanınmış və Yaponiya mövzusunda əsərlər yazmışdır. İton ədəbi karyerası boyunca 16 roman, eləcə də, yüzlərlə hekayə və məqalə yazmışdır. Onun 1899-cu ildə nəşr olunan "Yaponiyalı Nume xanım" adlı romanı Asiya mənşəli müəllifə məxsus olan ilk ABŞ romanı olmuşdur. Kalqari Universitetinin Riv Teatrı onun şərəfinə adlandırılmışdır. == İlk illəri == Vinnifredin atası Edvard İton ingilis tacir və rəssam idi, anası Qreys Trefusis isə çinli idi. Evard və Qreys Şanxayda tanış olmuş, İngiltərə və ABŞ-də yaşadıqdan sonra 1872-ci ildə Kanadanın Monreal şəhərinə köçmüşdürlər. Vinnifred 14 uşaqlı ailənin səkkizinci uşağı olmuşdur. İton uşaq yaşlarından etibarən ədəbiyyata maraq göstərməyə başlamışdır.
Atanda Musa
Atanda Musa (3 fevral 1960) — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Atanda Musa Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 21-ci pillənin sahibi olub. Daha sonra Atanda Musa Nigeriyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.