Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vedrə
Vedrə — maye və qırıntı materiallarının saxlanması və kiçik məsafələrə nəql olunması üçün istifadə olunan qab. İlk dəfə vedrələrdən Bibliyada istifadə olunmuşdur. Vedrələrin həcmi 3 -30 litrə qədər olur, amma əvvəllər vedrələrin həcmi təxminən 12 litr olurdu.
II Pedro
II Pedro (port. Pedro II, 2 dekabr 1825[…], Rio-de-Janeyro – 5 dekabr 1891[…], Paris) — Braziliya imperatoru olaraq Braqansa dinastiyasından olan və ölkəni 1831–1889-cu illərdə idarə edən şəxs == Həyatı == Adı — Pedro di Alkantara Juan Karluş Leopoldo Salvador Bibiano Fransisko Şaver di Paula Leokadio Migel Qabriel Rafael Qonzaqa di Braqansa və Austriya (port. Pedro de Alcântara João Carlos Leopoldo Salvador Bibiano Francisco Xavier de Paula Leocádio Miguel Gabriel Rafael Gonzaga de Bragança e Áustria). II Pedro öz imperator postuna cəmi 5 yaşında I Pedru (Braziliya imperatoru)nun ölümündən sonra gəlir. Parlament 1840-cı ilə qədər ölkəni idarə edərək onu hakimiyyətun yeganə mənbəyi elan etmişdir. Yaxşı təhsil almışdır (onun ilk müəllimi Joze Bonifasiu di Andrada və Silva olmuşdur). 1843-cü ildə o, Tereza Kristina Burbon Siçiliyalı ilə evlənmişdir(1822–1889). O, I Fransiskın (Birləşmiş Siçiliyanın kralı) qızıdır. Onların iki oğlu və iki qızı doğulur: Afonsu Braziliyalı (1845–1847) İzabella Braziliyalı (1846–1921), kronşahzadə, регент Бразилии. O, Luis Filip Qaston di Orleansa ərə getmişdir.
I Pedro
I Pedro (port. Pedro I de Portugal; 8 aprel 1320, Koimbra – 18 yanvar 1367[…], Eştremoş[d]) — Portuqaliya krallığının VIII kralı.
Pedro Delqado
Pedro Delqado (10 noyabr 1962) — Ekvador Mərkəzi Bankının rəhbəri. 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona ən aşağı qiymət olan, "D" qiymətini vermişdir.
Pedro Enrike
Pedro Enrike Konzen Medina da Silva (16 iyun 1990) — Braziliyalı peşəkar futbolçu. Azərbaycan klublarının heyətində "UEFA Çempionlar Liqası"nın qrup mərhələsində ilk qol vurmuş futbolçu.
Pedro Fernando
Pedro Fernando (əsl adı; Paulo Fernando Fazenda Manuel; 19 noyabr 1998, Luanda) — Anqola rapper. Pedro Fernando 19 noyabr 1998-cu ildə Luanda şəhərində anadan olub. Pedro hələ məktəbdə oxuyarkən özünə Paulo ləqəbini seçmişdir və o zamandan etibarən "Pedro Fernando" kimi tanınır.
Pedro Laskurain
Pedro Laskurain (tam adı: isp. Pedro José Domingo de la Calzada Manuel María Lascuráin Paredes; 8 may 1856, Mexiko – 21 iyul 1952, Mexiko) — Meksikanın 34-cü prezidenti. Tarixdə ən qısa müddət prezident vəzifəsini tutaraq "Ginnesin Rekordlar Kitabı"na düşmüşdür. Müxtəlif mənbələrdə prezidentlik müddətinin 15–56 dəqiqə arasında davam etdiyi göstərilir. 8 may 1856-cı ildə Mexikoda anadan olmuşdur. 21 iyul 1952-ci ildə Mexikoda vəfat etmişdir. 19 fevral 1913-cü ildə ölkədə Fransisko Madero İqnasio devrildikdən sonra konstitusiyaya görə vitse-prezident vəzifəsindəki şəxs də olmadığından, bu post xarici işlər naziri Pedro Laskurainə və təxminən 1 saat sonra isə Laskurainin razılığı ilə daxili işlər naziri Viktoriano Uertaya keçmişdir.
Pedro Madruqa
Pedro Madruqa (d. 1430, Pontevedra — ö. 1486, Alba de Tormes) və ya əsl adı ilə Pedro Alvares de Sotomayor — orta əsrlərdə yaşamış Qalisiya feodal cəngavəri, Kaminya kontu. Fernan Yanezin Ribadaviya Kontesin bacısı ilə yaşadığı gizli münasibətlərdən sonra anadan olmuşdur. Çox gənc yaşlarında İspaniyanı tərk etmişdir. Atasının ölümündən sonra yeganə varis kimi onun torpaqlarına, qalalarına sahib olmuşdur. Əvvəlcə ancaq Sotomayor ailəsinin mülkiyyətinə sahib idi. Kastiliya kralı IV Henrinin dövründə (1455-1474) həm güc yolu ilə, həm də ticarət yolu ilə var-dövlətini artırmışdır. 1467-cı ildə Pontevedra, Viqo və Redondela şəhərlərində IV Henrinin əmrlərini yerinə yetirməyə başlamışdır. Burada Santyaqo yepiskopu II Alonso Fonseka ilə münaqişə yaşamışdır.
Pedro Manfredini
Pédro Valdemár Manfredini (isp. Pedro Waldemar Manfredini; 7 sentyabr 1935 – 21 yanvar 2019, Roma) — Argentinalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. 1961-ci ildə "Roma" klubu ilə Yarmarkalar kubokunun qalibi olub. Manfredini karyerasına Avelyanedanın "Rasinq" klubunda başlayıb. Burada meydanda olduğu 39 matçda 28 qol vurur. 1959-cu ildə yeddi mövsüm keçirdiyi İtaliyanın "Roma" komandasına keçir. "Roma"da oynayan zaman 1962/63 mövsümündə A Seriyasının bombardiri olub (Harald Nilsen) ilə birlikdə 19 qol vurur) və 1963/64 mövsümündə İtaliya Kubokunu qazanır. "Roma" da 130 oyun keçirib və 76 qol vurub. 1965-ci ildə "Breşiya" klubuna keçir.
Pedro Mosquera
Pedro Mosquera Parada (21 aprel 1988) - ispan futbolçu. orta sahə oynayır və onun cari komanda Deportivo La Coruna edir.
Pedro Petrone
Pedro Petrone (isp. Pedro Petrone, 11 may 1905, Montevideo – 13 dekabr 1964, Montevideo) — Uruqvaylı keçmiş futbolçu, hücumçu. Uruqvay millisinin tarixinin ən yaxşı bombardirlərindən biridir. 1930 Dünya çempionu. İki qat Olimpiya çempionu - 1924 və 1928 . Uruqvay çempionatında "Nasyonal" klubunun formasında 128 matç keçirmiş və 146 qol vurmuşdur. "Fiorentina" klubunda oynayaraq İtaliya çempionatında 44 oyunda 37 qol vurub. 1931/32 mövsümündə İtaliya çempionatının bombardiri olub. Uruqvay millisində ilk matçını 4 noyabr 1923-cü ildə Paraqvaya qarşı (qələbə 2: 0), son matçını 18 iyul 1930-cu ildə Peru ilə ilk dünya çempionatının qrup mərhələsində keçirdib (qələbə 1: 0). Milli komandada 24 oyunda 28 qol vurub.
Pedro Rodriguez
Pedro Sançes
Pedro Sançes (ispan: [ˈpeðɾo ˈsantʃeθ ˈpeɾeθ kasteˈxon]; 29 fevral 1972[…], Madrid) — İspaniyanın baş naziri. O, həmçinin 2017-ci ilin iyun ayından İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Baş katibidir, daha əvvəl 2014-cü ildən 2016-cı ilə qədər bu vəzifədə çalışıb və 2022-ci ilin noyabrında Sosialist İnternasionalının prezidenti seçilib.
Vudro Vilson
Tomas Vudro Vilson (ing. Thomas Woodrow Wilson; 28 dekabr 1856[…] – 3 fevral 1924[…], Vaşinqton, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti (1913–1921). 1919-cu il Nobel Sülh Mükafatı laureatı. ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 6 aprel 1917-ci ildə Vudro Vilson ABŞ-nin Birinci dünya müharibəsinə qatılması barədə qərar verdi. Konqresə müraciətində o, "Bütün müharibələrə son qoymaq məqsədilə müharibəyə başlamağa" çağırırdı. 8 yanvar 1918-ci ildə o Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və "14 bənd" adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. 28 may 1919-cu ildə Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında ABŞ prezidenti Vudro Vilsonla görüşərək Xalq Cümhuriyyətinin tanınmasını xahiş edib.
Pedro Enko
Petro Kapşuçenko (ukr. Петро́ Капшуче́нко; 27 sentyabr 1915, Dnepr – 17 noyabr 2006, Nyu Cersi), digər adları ilə Peter Kapşuçenko və ya Pedro Enko – Ukrayna–ABŞ avanqard rəssamı və heykəltaraşı. Əsas əsərləri Müqəddəs Endryu Memorial Kilsəsinin (Nyu-Cersi) ərazisində yerləşən Vasil Lipkivskinin (1983) və Müqəddəs Kiyevli Olqanın (1987) tunc abidələridir. Kapşuçenko Ukraynanın Dnepropetrovsk İncəsənət İnstitutunda heykəltaraşlıq təhsili almışdır. 1941-ci ildə Ukrayna Reyxkomissarlığı dövründə Almaniyada yerləşən məcburi əmək düşərgəsinə aparılmışdır. Müharibədən sonra 1949-cu ilə qədər Almaniyanın Regensburq şəhərindəki köçürülmüş əsirlər düşərgəsində yaşamışdır, daha sonra Argentinada məskunlaşmışdır. Argentinada Pedro Enko kimi tanınan Kapşuçenko heykəltaraşlıq fəaliyyətinə davam etmiş və Argentina mədəniyyətinə verdiyi töhfələrə görə Buenos-Ayres Humanitar Elmlər Universitetinin fəxri üzvü seçilmişdir. 1963-cü ildə həyat yoldaşı Zoya və qızı Lyudmila ilə birlikdə Filadelfiyaya köçmüşdür. Filadelfiyadakı Ukrayna İncəsənət Studiyasında dərs deməyə başlamışdır. 1990-cı illərdə bir çox heykəli Şimali Amerikada baş tutmuş sərgilərdə nümayiş etdirildikdən sonra məşhurluğu artmışdır.
Pedro Kabrera
Pedro Kabrera Lopes (isp. Pedro Cabrera López; 26 aprel 1927, Valensiya) — İspaniya qılıncoynadanı. 1960 Yay Olimpiya Oyunlarında iştirak etmişdir. Pedro Kabrera 26 aprel 1927-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur. 1959-cu ildə Beyrutda keçirilən Aralıq dənizi Oyunlarında şpaqa üzrə komanda turnirində bürünc medal qazanmışdır.
Pedro Kastilyo
Xose Pedro Kastilyo Terrones (isp. José Pedro Castillo Terrones; 19 oktyabr 1969, Punya[d], Peru) — Peru məktəb müəllimi, həmkarlar ittifaqı fəalı və siyasətçisi. O, 2017-ci ildə ümummilli müəllimlərin tətilinin lideri kimi şöhrət qazanmışdır. O, 2021-ci il seçkilərində ikinci turda sağçı namizəd Keiko Fuximorini məğlub edərək solçu "Azad Peru" partiyasından Peru prezidentliyə namizədi olmuşdur. O, 28 iyul 2021-ci ildə and içərək vəzifəsinin icrasına başlamışdır. 7 dekabr 2022-ci ildə Konqresin qərarı ilə hakimiyyətdən uzaqlaşdırılmışdır. Pedro Kastilyo 19 oktyabr 1969- cu ildə Perunun ən yoxsul regionlarından biri olan Kaxamarkadakı Punya qəsəbəsində anadan olmuşdur. O , savadsız kəndli ailəsində doqquz uşaqdan üçüncüsü idi. Atası İreno Kastilyo Nunyes, anası isə Mavilya Terrones Gevara. Kastilyo ibtidai və orta məktəbi bitirdikdən sonra Kutervo vilayətindəki Oktavio Matta Kontreras Ali Pedaqoji İnstitutuna daxil olmuş və burada təhsil üzrə bakalavr dərəcəsi almışdır.
Pedro Almodovar
Pedro Almodovar(isp. Pedro Almodóvar Caballero (25 sentyabr 1949) — məşhur ispan kinorejissoru, ssenaristi və prodüseri. Beynəlxalq miqyasda ən uğurlu ispan kinorejissorlarından biri kimi tanınan Almodovar və onun filmləri dünya çapında böyük rəğbət və geniş izləyici kütləsi qazanmışdır. Rejissor iki "Oskar" mükafatı sahibir: "Anam haqqında hər şey" (1999) - 'Ən yaxşı xarici film' və "Onunla danış" (2002) - 'Ən yaxşı orijinal ssenari' üçün. 1974 "Film político" 1974 "Dos putas, o historia de amor que termina en boda" 1975 "La caída de Sódoma" 1975 "Homenaje" 1975 "El sueño, o la estrella" 1975 "Blancor" 1976 "Sea caritativo" 1976 "Muerte en la carretera" 1977 "Sexo va, sexo viene" 1978 "Salomé" 1985 "Tráiler para amantes de lo prohibido!
Pedro Alonso
Pedro Alonso (tam adıyla: Pedro Qonzales Alonso; d. 21 iyun 1971, Viqo, Qalisiya) — İspaniya aktyoru, yazıçısı və rəssamı. Əsasən La casa de papel və onun spin-off seriyası Berlin seriallarındakı Andres de "Berlin" Fonollosa və Gran Hotel tarixi dram serialındakı Dieqo Murquia rolları ilə tanınır. Pedro Qonzales Alonso İspaniyanın Viqo şəhərində doğulub. Madriddəki Kraliyyət Dramatik Sənətlər Kollecindən(es) 1992-ci ildə məzun oldu və Rəqs Teatrını bitirdi. O, həmçinin yazıçı və rəssamdır. Əsərlərini Pedro Alonso O'choro adı ilə nəşr etdirir. Alonso Rías Baixas (2003–2005), Maridos e mulleres (2006–2008), Padre Casares (2008–2015) və Gondar (2009) televiziya performansları ilə Qalisiyada yerli səviyyədə və milli miqyasda tanınır. Tarixi dram serialı Gran Hotel-dəki rolu Dieqo Murquia / Adrián Vera Celande kimi. 2017-ci ildə Antena 3-də(es) 1 sezon yayımlanan, ardından Netflixə keçən cinayət dram serialı La casa de papel-də Andrés "Berlin" de Fonollosa rolunu canlandırdı.
Pedro Roque
Pedro Rok Otano (isp. Pedro Roque Otano; ) — Kubalı boks məşqçisi; Boks üzrə Azərbaycan yığmasının baş məşqçisi (2014-cü ildən). == Fəaliyyəti == Pedro Roque 2014-cü il avqustun 25-də boks üzrə Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə gətirildi. Onun rəhbərliyi altında Azərbaycan yığması Olimpiya Oyunları, Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında 10-u qızıl olmaqla 32 medala sahib oldu: 2015-ci il Avropa Oyunları (6 qızıl, 1 gümüş və 2 bürünc) 2015-ci il Avropa Çempionatı (1 bürünc) 2015-ci il Dünya Çempionatı (1 qızıl, 1 gümüş və 2 bürünc) 2016-cı il Olimpiya Oyunları (1 gümüş və 1 bürünc) 2017-ci il Avropa Çempionatı (1 gümüş) 2017-ci il Dünya Çempionatı (1 qızıl və 1 bürünc) 2019-cu il Avropa Oyunları (1 qızıl və 1 bürünc) 2019-cu il Dünya Çempionatı (—) 2020-ci il Olimpiya Oyunları (1 bürünc) 2021-ci il Dünya Çempionatı (1 qızıl və 2 bürünc) 2023-cü il Dünya Çempionatı (1 gümüş və 1 bürünc) 2023-cü il Avropa Oyunları (1 gümüş və 1 bürünc) 2024-cü il Avropa Çempionatı (2 bürünc) 2024-cü il Olimpiya Oyunları (1 bürünc) 2015-ci ildə Azərbaycan Prezidentinin fəxri diplomu, 2016-cı ildə "Tərəqqi" medalı, 2024-cü ildə isə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Pedro Sançez
Pedro Sançes (ispan: [ˈpeðɾo ˈsantʃeθ ˈpeɾeθ kasteˈxon]; 29 fevral 1972[…], Madrid) — İspaniyanın baş naziri. O, həmçinin 2017-ci ilin iyun ayından İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Baş katibidir, daha əvvəl 2014-cü ildən 2016-cı ilə qədər bu vəzifədə çalışıb və 2022-ci ilin noyabrında Sosialist İnternasionalının prezidenti seçilib.
Vero (Averon)
Vero (fr. Veyreau, oks. Vairau) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Perlo kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12293. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 65 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 126 nəfər təşkil edirdi. 2007-ci ildə 74 yaş arasında (15-64 yaş arasında) 50 nəfər iqtisadi fəal, 24 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə 65,3%).
Mak-Medro boğazı
Mak-Medro boğazı ing. McMurdo Sound - Antarktidada buzla örtülü olub, təqribi olaraq eni və uzunluğu 55 km təşkil edir. Boğaz Ross dənizi akvatoriyasında yerləşir. Qərb sahillərində hündürlüyü 4205 m olan Royal Sociely Range dağı yerləşir. Cənubunda Mak-Medro şelf buzlağı yerləşir, şərq sahili Ross adasını ilə əhatələnir. Adada Erebus vulkanı yerləşir. Hündürlüyü 3794 m təşkil edir. Cənubunda Antarktidanın ən böyük elmi-tədqiqat bazası olan Mak-Medro ABŞ, Skot-Beys Yeni Zellandiya bazalarıdır. Boğaz Cənub qütbündən 1300 km uzaqlıqda yerləşir. Boğazın sahilləri yayda cəmi 10% buzdan azad olur.
Pedro Albisu Kampos
Pedro Albisu Kampos (isp. Pedro Albizu Campos; 12 sentyabr 1891 – 21 aprel 1965, San-Xuan) — Puerto-Riko siyasətçisi, milli azadlıq hərəkatı xadimi. Pedro Albisu Kampos 12 sentyabr 1893-cü ildə Ponse şəhərində anadan olmuşdur. O, 1921-ci ildə Harvard Universitetini bitirmişdir. Puerto-Rikonun azadlığı uğrunda mübarizəni qarşıya məqsəd qoyan, 1922-ci ildə yaradılmış Puerto-Riko Milliyətçi Partiyasının yaradıcılarındandır. 1930-cu ildən partiyanın sədri olmuşdur. ABŞ-nin adadakı hakimiyyət orqanlarına qarşı bir sıra çıxışlar təşkil etmiş, 1936-cı ildə həbs olunmuşdur. 1947-ci ildə həbsdən azad edildikdən sonra yenidən ölkənin istiqlaliyyəti uğrunda fəal mübarizəyə qoşulmuş, 1950-ci ildə ikinci dəfə tutularaq uzunmüddətli həbs cəzasına və katorqaya məhkum olunmuşdur. O, 21 aprel 1965-ci ildə, San-Xuan şəhərində vəfat etmişdir. Acosta, Ivonne, La Mordaza/Puerto Rico 1948–1957.
Pedro Alvarez Kabral
Pedro Alvarez Kabral (port. Pedro Álvares Cabral; 1467 və ya 1468 – təq. 1520[…], Santaren[d], Portuqaliya krallığı) — Braziliyanı kəşf etmiş portuqaliyalı səyyah, Böyük coğrafi kəşflər dövrünün görkəmli nümayəndəsi.
Fedra
Fedra (q.yun. Φαίδρα) — yunan mifologiyasında Krit hökmdarı Minosun və Pasifayanın qızı, Teseyin arvadı, Demofontun və Akamantın anası. Tesey onu Devkalionun köməkliyi ilə almışdı. Afinada Afrodita məbədgahı tikdirmişdir. Yunan əfsanəsinə görə Tesey Fedranın bacısı Minotavrı öldürməkdə ona kömək etmiş, Ariadnanı atıb gedəndən sonra onunla evlənmişdi. Fedra ərinin amazonkaların hökmdarı İppolitadan olan oğlu İppolitə aşiq olmuşdu. Bir varianta görə Fedra İppolitin ona cavab vermədiyini görəndə ərinə oğlunu günahlandıran bir məktub yazaraq özünü asmış, Tesey isə oğlunu ölkədən qovmuş, bir qədər keçəndən sonra İppolit arabada qəzaya uğrayıb həlak olmuşdu. Digər versiyaya görə Tesey oğlunu lənətləyib Poseydona onu öldürməsi üçün yalvarmış, Poseydon onun dualarını eşidib İppoliti öldürdükdən sonra Fedra özünü asmışdı.
Ledra
Ledra (yun. Λήδρα) və ya Ledrae — Kipr adasının mərkəzində, bu gün Lefkoşanın olduğu yerdə iştirak edən bir şəhər krallığıydı. Bəzi mənbələrə görə e.ə. 1050-ci ildə qurulan şəhər e.ə. 330-cu ilda kiçik bir kənd qədər küçülmüştü. Bir dövr Asurlular tərəfindən də idarə.
Metro
Metro — şəhər sərnişin nəqliyyatı vasitəsi, küçədənkənar rabitədə şəhərdaxili yeraltı sərnişin daşımalarını yerinə yetirən sərnişindaşıma nəqliyyatı növüdür. Adətən, əhalisinin sayı 1 milyon nəfərdən çox olan şəhərlərdə tikilir. Metropoliten ən baha başa gələn şəhər nəqliyyatı növüdür. Dünyada ən uzun metro xətləri Şanxay (538 km) və Pekin metropolitenindədir (465 km). İlk metro stansiyası 1863-cü ildə Londonda açılıb və 2013-cü ildə metronun 150 illiyi qeyd edilib. XX əsrin 30-cu illərinin əvvələrində Bakı təkcə Qafqazın deyil, həm də bütün keçmiş SSRİ-nin əhalisi çox olan sənaye, mədəni və elmi mərkəzlərindən birinə çevrilmişdir. Buna görə də Moskva və Leninqrad şəhərlərində metropoliten tikintisindən sonra — 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin tikintisi qərara alındı. Lakin bir qədər sonra başlanan 1941–1945-ci illərin müharibəsi həmin niyyətlərin həyata keçirilməsinə mane oldu. Yalnız 1947-ci ildə, dağıdıcı müharibədən 2 il sonra hökumət layihə-axtarış işlərinin aparılmasının başlanması barədə qərar qəbul edir. 1949-cu ildə metropolitenin tikinti bazasının yaradılması başlanır.