Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cerba
Cerba — Aralıq dənizində ada. == Sahəsi == Sahəsi 514 km2 . == Əhalisi == Əhalisi 139,6 min (2004). == Coğrafiyası == Tunis sahillərində, Qabes körfəzinin cənub hissəsindədir. Tunisin mülkiyyətidir. Səthi düzənlikdir; Antropogen çöküntülərdən ibarətdir. Quyu suyundan və gətirmə sulardan istifadə olunur. Xurma palmaları, zeytun və əncir ağacları becərilir. Balıq və süngər ovlanır. Turizm inkişaf etmişdir.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Vəba
Vəba (lat. cholera) — Vibrio cholerae adlı bakteriyanın səbəb olduğu nazik bağırsağın infeksion xəstəliyidir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion (vəba törədicisi) qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur. Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, %50 nisbətində ölümlə nəticələnə bilər.
Avena verna
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Collinsia verna
Collinsia verna (lat. Collinsia verna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin collinsia cinsinə aid bitki növü.
Covanni Verqa
Covanni Verqa (it. Giovanni Verga) (d. 2 sentyabr 1840, Kataniya - v. 27 yanvar 1922, ) – italyan yazıçısı == Həyatı == Covanni Verqa 1840-cı ildə Siciliyanın Kataniya şəhərində liberal zadəgan ailəsində anadan olmuşdur. Yaradıçılığının ilk illərinə vətənpərvər və sentimental- melodic ruhda qələmə aldlğı “Dağlardaki karbonarilər”, “Laqunalarda”, “Gülnahkar”, “Eros” və “Yeva” kimi romanlarla ədəbiyyata gələn Verqa sonraki dövürlərdə yaxından bələd olduöu Siciliya kəndinin ağır güzəranını təsvir edən məşhur “verist” novellalarını yaratmışdır. “Verizm” (italiyanca vero- həqiqi deməkdir) bir cərəyan kimi İtalyanın ədəbi mühitinə inqilabi metod, yeni ideologiya kimi daxil olmuşdur. XX əsrin 80- ci illərində verizm bütün İtaliyada yayaılaraq ölkənin aparıçı əbədi məktəbinə çevrilmişdir. Sicilidiyada bu məktəbin baniləri Covanni Verqa və Luici Kapuana ilə yanaşı, F.De Poberto və bədii yaradıçılığına bu cərəyanla başlayan L.Pirandello, Napolidə M.Serao, S.Di Cakomo və R.Brakko, Sardeniyada Q.Deledda, Abrutsoda C.Campoli və bəzi ilkin novellaları ilə Q.D`Annuntsio, Toskanada isə R.Fiçini kimi tanınmış yazışılar öz əsərlərində doğma əyalətlərinin sosial- psixoloji problemlərini parlaq gerçəkliklə əks etdirirdilər.1922-ci ildə vəfat etmişdir. == Yaradıçılığı == Covanni Verqa “Çöllərin həyatı”, 1880; “Kənd novellaları” 1983, topluları böyük müşahidə qabiliyyəti əsasında və kəskin reallizmlə yazılmışdır. Sadə balıqçı ailsinin uğursuz taleyindən bəhs edən “Malavolyalar ailəsi” romanı italyan bədii nəsrinin klassik nümunəsi sayılır.
Draba verna
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Herba Flora
Herba Flora - bitki tərkibli məhsulların istehsalını həyata keçirən Azərbaycan şirkətdir. İstehlakçıları yüksək keyfiyyətli dərman bitkiləri və fitoçaylarla, həmçinin bitki ekstraktları ilə təmin etməyi qarşısına məqsəd qoyan, yeni növ məhsulların istehsalı üçün tədqiqatlar aparan Herba Flora şirkəti 24 ildir fəaliyyət göstərir. == Tarixi == 1998-ci il 25 may tarixində Rəşad Ağayev və həkim-fitoterapevt Fizuli Hüseynov tərəfindən təsis edilmişdir. == Fəaliyyəti == Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. Yaradıldığı gündən etibarən müalicəvi bitkilər, bitki yığıntıları, müxtəlif xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, şərbətlər, müalicəvi xınaları, təbii gillər, müalicəvi yağlar, şampunlar, drajelər, saç və dəriyə qulluq vasitələri olmaqla toplamda 250-dən çox məhsul istehsal etməyə nail olmuşdur. İstehlak bazarına çıxarılan məhsulların istehsalında, yerli bazardan əldə olunan bikilərlə yanaşı, Türkiyə, Gürcüstan, Ukrayna, Polşa, Hindistan, Çin, Misir və digər ölkələrdən idxal olunan dərman bitkiləri də istifadə edilir. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir. İstehsal olunan məhsulların hər biri respublika üzrə bütün bölgələrdə fəaliyyət göstərən apteklərdə satışa təqdim olunur. Şirkətin məsləhətçiləri arasında, 1990-2017-ci illər ərzində ATU-nun Farmakoqnoziya kafedrasının müdiri vəzifəsində çalışmış, 160-dan çox elmi əsər, 13 ixtiranın müəllifi olan əczaçılıq elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Yusif Kərimov və Əczaçılıq fakültəsinin baş müəllimi, 30-dan çox elmi məqalənin, 15 patentin müəllifi dosent Sərxan Tağıyev yer alır. Şirkət daxilində fəaliyyət göstərən laboratoriyada 3 laborant, 3 köməkçi laborant, 2 texnoloq və əczaçı çalışmaqdadır.
Lev Şerba
Lev Şerba (belar. Леў Уладзіміравіч Шчэрба; 20 fevral (3 mart) 1880, Sankt-Peterburq – 26 dekabr 1944[…], Moskva) — Rus və Sovet dilçisi, SSRİ Elmlər Akademiyasının (1943) və RSFSR Pedaqoji Elmlər Akademiyasının (1944) akademiki, psixolinqvistikanın, leksikoqrafiyanın və fonologiyanın inkişafına böyük töhfə vermişdir. Fonem nəzəriyyəsinin banilərindən biridir. Rus, slavyan və fransız dillərində ümumi dilçilik üzrə mütəxəssis. == Həyatı == Lev Vladimiroviç Şerba, Minsk quberniyasının İqumen şəhərində anadan olub (bəzən səhvən, valideynlərinin onun doğumundan əvvəl köçdüyü Peterburq şəhəri doğum yeri kimi göstərilir), lakin Kiyevdə böyümüş, burada 2-ci Kiyev gimnaziyasını qızıl medalla bitirmişdir. 1898-ci ildə Kiyev Universitetinin təbiət fakültəsinə daxil olmuşdur. 1899-cu ildə valideynləri Sankt-Peterburqa köçdükdən sonra Sankt-Peterburq İmperator Universitetinin Tarix və Filologiya fakültəsinə keçmişdir. İvan Aleksandroviç Boduen de Kurtenenin tələbəsi olmuşdur. 1903-cü ildə "Fonetikada psixiki element" kompozisiyasına görə Sankt-Peterburq Universitetini qızıl medalla bitirmişdir. 1906–1908-ci illərdə Avropada yaşamış, Leypsiq, Paris, Praqada qrammatikanı, müqayisəli-tarixi dilçilik və fonetikanı öyrənmiş, Toskana və Lusatiya (xüsusən Mujakovski) ləhcələrini araşdırmışdır.
Lərba (Blida)
Lərba (ərəb. الأربعاء‎, fr. Larbaâ) — Əlcəzairin şimalında, Blida vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şərq hissəsində, dəniz səviyyəsindən 104 metr yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 29 kilometr cənub-şərqdə və Blidə vilayətinin inzibati mərkəzindən 20 kilometr şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 83,819 nəfər idi.
Varba adası
Varba adası (ərəb. جزيرة وربة‎) — Fars körfəzində, Küveytə məsxus olan ada. Adanın sahəsi 37 km²-dir. Adada yaşayış yoxdur. Adada Birləşmiş Millətlər Təşkilatı tərəfindən qismən maliyyələşdirilən M-1 adlı bir sahil mühafizə postunu saxlanılır. == Coğrafiya == Küveytin materik hissəsindən 100 metr, Bubiyan adasından 1.5 km, İraqdan isə 1 km aralıda yerləşir. Şəttül-Ərəb çayının məsəbində qərarlaşır. Adanın uzunluğu 15 km, eni isə 5 km-dir. == Ərazi iddiaları == 1994-cü ilin noyabrında İraq rəsmi sürətdə Küveytlə sərhədi tanımışdır. Bununlada onun adaya olan iddiası sona çatmışdır.
Yerba mate
Yerba mate və ya Paraqvay pirkalı(isp. yerba mate, port. erva-mate) —Pirkallar fəsiləsinə və Pirkal cinsinə aid bitki növü.Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır.Bu bitki,subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə Quaranilər və həmçinin cənubi Braziliyada bəzi Tupi icmalarının tərəfindən istifadə edilib və becərilibdir.
Aethiopis vera
Salvia aethiopis (lat. Salvia aethiopis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü. == Sinonim == Aethiopis vera Fourr. Salvia idanensis Gand. Salvia kochiana Kunze Salvia lanata Stokes [Illegitimate] Salvia leuconeura Boiss. Sclarea aethiopis (L.) Mill.
Aloe vera
Əsl əzvay (lat. Aloe vera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin əzvay cinsinə aid bitki növü. == İstifadə edir == Aloe veradan iki maddə - şəffaf gel və onun sarı lateksi kommersiya məhsullarının istehsalı üçün istifadə olunur. Aloe gel adətən yanıqlar, yaralar, donma, səpgilər, sedef, soyuq yaralar və ya quru dəri kimi dəri xəstəlikləri üçün aktual dərmanlar hazırlamaq üçün istifadə olunur. Aloe lateks qatran adlanan qurudulmuş formada və ya "aloe qurudulmuş şirəsi" kimi əldə edilə bilər. == Sinonimləri == Aloe barbadensis Mill. Aloe barbadensis var. chinensis Haw. Aloe chinensis Steud. ex Baker Aloe elongata Murray Aloe flava Pers.
Lavandula vera
Ensizyarpaq lavanda (lat. Lavandula spica) - dalamazkimilər fəsiləsinin lavanda cinsinə aid bitki növü.Ensizyarpaq lavandanın vətəni Aralıq dənizinin Fransa və İspaniya sahilləri hesab edilir. Avropa, Şimali Afrika, Şimali Amerikanın hər yerinə uyğunlaşdırılıb. == Təbii yayılması: == Vətəni Aralıq dənizinin Fransa və İspan sahilləridir. Şimali Afrikada və Şimali Amerikada, Rusiyada, Qafqazın Qara dəniz sahilində bitir. == Botaniki təsviri: == Hündürlüyü 30-60 (100) sm, kəskin qoxulu, həmişəyaşıl, bozumtul tükcüklü yarımkoldur. Aşağı oduncaqlaşmış budaqları çox şaxələnmiş, yuxarı qalxan, çoxsaylı cavan zoğludur; çiçəkli zoğları dörd hissəli, uzun, yuxarı buğumaralıdır. Yarpaqları üzbəüz, oturaq, uzunsov-xətvari, burulmuş kənarlı, uzunluğu 2-6 sm, yaşıl və ya boz-yaşıl tükcüklüdür. Çiçəkləri sünbülvari çiçək qrupları əmələ gətirən yalançı çiçək köbələrinə yığılmışdır. Çiçək tacı ikidodaqlı, uzunluğu təxminən 1 sm, əsasən mavi-bənövşəyi, tükcük¬lü¬dür.
Pistacia vera
Püstə ağacı (lat. Pistacia vera) - püstə cinsinə aid bitki növü.
Qırmızı vəba
Qırmızı vəba (The Scarlet Plague), Cek London tərəfindən postapokaliptika janrında yazılmış və 1912-ci ildə London Magazine-də yayımlanan qiyamət sonrasını ifadə edən romandır. Kitabın 2020-ci ildə Koronavirus epidemiyasına çox bənzər olduğu, xüsusilə Londonun yaşadığı dövrdə yazıldığı qeyd edilməlidir. O dövrdə hazırda olduğu kimi dünya ölkələri bir-birinə bu qədər səyahətlə bağlanmamışdı. == Süjet == Hekayə 2073-cü ildə, idarəolunmaz bir epidemiya olan Qırmızı Ölümün planetin əhalisinin sayının azaldıqdan altmış il sonra baş verir. James Smith, qırmızı vəba epidemiyasından sonra sağ qalanlardan biridir və hələ də San Fransisko bölgəsində qalır və nəvələri Edvin, Hoo-Hoo və Hare-Lip ilə birlikdə səyahət edir. Nəvələri gəncdir və çoxsaylı insan yaşadığı dünyada ibtidai ovçu kimi yaşayırlar. Dil qabiliyyətləri kimi ağılları da məhduddur. Edvin, "Granser" dedikləri Smithdən qırmızı ölüm adlandırılan xəstəlikdən danışmağını istəyir. Smith, İngilis professoru olduğu zaman vəba xəstəliyindən əvvəlki həyat hekayəsini danışır. 2013-cü ildə, "Beşinci Morgan, Maqnatlar Şurası tərəfindən Amerika Birləşmiş Ştatlarının Prezidenti təyin edildikdən" bir il sonra xəstəlik meydana gəldi və sürətlə yayıldı.
Rubia vera
Əsl qatıqotu (lat. Galium verum) — qatıqotu cinsinə aid bitki növü. == Sinonim == Asterophyllum galium Schimp. & Spenn. Galium affine Roth Galium alpinum Schur [Illegitimate] Galium approximatum Gren. & Godr. Galium atropatanum Grossh. Galium bracteolatum Sennen Galium caucasicum Lag. Galium densiflorum Ledeb. Galium densiflorum f.
Vera Açeva
Vera Açeva (mak. Вера Ацева; 24 noyabr 1919, Oreoveç (indiki Prilep), Makedoniya Sosialist Respublikası, Yuqoslaviya SFR – 10 noyabr 2006, Skopye, Makedoniya Respublikası) — Makedoniya əsilli Yuqoslaviya kommunisti, İkinci Dünya Müharibəsi iştirakçısı və Yuqoslaviya Milli Qəhrəmanı. == Bioqrafiya == Maddi çətinliklər üzündən Açeva oxuduğu gimnaziyanın ikinci ilindən təhsilini yarımçıq qoymalı və iş axtarmalı olmuşdur. O, tütün sənayesində işləmişdir.O, 1940-cı ilin əvvəllərində Yuqoslaviya Kommunist Liqasının üzvü olmuşdur. Həmin ilin sentyabr ayında o, əyalət yığıncağında Yuqoslaviya Kommunist Liqasının Regional Komitəsinə Makedoniyadan üzv seçilmişdir. Vera 1940-cı ilin sentyabrından 1941-ci ilin noyabrına qədər Prilepdə yerli Komitənin Katibi olmuşdur. Açeva Prilep Partizan Hərəkatının ilk təşkilatçılarından biri idi. O, 1944-cü ilin yanvarında Makedoniya Kommunistlər Liqasının üçüncü və dördüncü ərazi komitəsi üzrə siyasi katib olmuşdur. Açeva 1944-cü ilin avqustunda Makedoniya Milli Azadlıq Hərəkatı Antifaşist Yığıncağının birinci sessiyasında iştirak edərək həmin orqanın rəhbər heyətinə seçilmişdir.Azadlıq əldə edildikdən sonra Aceva daha çox idarəedici vəzifələrdə olmuşdur. 1948-ci ildə o, Skopye şəhərinin bələdiyyə sədri olmuşdur.
Vera Bessantina
Vera Bessantina (tam adı: Vera Lvovna Bessantina; 2 mart 1973 – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Vera Bessantina 1973-cü ildə anadan olmuşdur. Milliyyətcə yəhudidir. Atası Lev hərbi qulluqçu olmuş, anası Lyudmila "Azərbaycan" nəşriyyatında işləmişdir. Vera "Vətən" və "Qələbə" kinoteatrlarının direktoru olmuş Gita Bessantinanın qohumudur.Vera 258 nömrəli orta məktəbin 11-ci sinif şagirdi idi. 23 nömrəli musiqi məktəbinin skripka sinfini bitirmişdi. == Qanlı Yanvar faciəsi == Anası Lyudmila Bessantinanın dediklərindən: Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Vera Biryukova
Vera Leonidovna Biryukova (d. 11 aprel 1998, Omsk, Rusiya) — Rusiyanı təmsil edən bədii gimnast. Vera Biryukova, 2016-cı ildə Rusiyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və qızıl medal qazanıb. == Karyerası == Vera Biryukova, 2016-cı ildə Rusiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Anastasiya Bliznyuk, Anastasiya Maksimova, Anastasiya Tatareva və Mariya Tolkaçeva ilə birgə final yarışlarında 36.233 xal toplayaraq 1-ci yeri tutdu və Olimpiya Oyunlarının qızıl medalını qazandı.
Vera Brejneva
Vera Brejneva, əsl adı Vera Viktorovna Kiperman (ukr. Віра Вікторівна Кіперман; 3 fevral 1982, Kamianske, Dnepropetrovsk vilayəti) — ukrayna-rus müğənnisi, aktrisa, VIA Gra pop qrupunun eks solisti (2003-2007-ci illər). == Həyatı == Atası - Viktor Mixayloviç Qaluşka, Pridneprovsk kimya zavodunda işləmiş, anası Tamara Vasilyevna Qaluşka, tibb universitetini bitirmiş və həmin zavodda fəaliyyətini davam eləmişdir. Veranın ixtisası iqtisadiyyatdır, o Dəmir Mühəndisləri Dnepropetrovsk İnstitutunun qiyabi şöbəsini bitirib. == Şəxsi həyatı == Veranın Sonya adlı bir qızı var (30 mart 2001-ci il təvəllüdlü). Uşağın atası isə Vitali Voyçenkodur. Onunla Vera bir neçə il müddətində faktiki nikahda olub. 2012-ci ilin oktyabr ayında, Vera Ukrayna biznesmeni - Mixail Kipermanla ailə qurdu və öz soyadını Kipermanla əvəzlədi. 17 dekabr 2007-ci ildə isə onların Sara adlı qızı dünyaya gəldi. == Kliplər == === «VIA Granın» tərkibində === 2003 Не оставляй меня, любимый!
Vera Britten
Vera Meri Britten (ing. Vera Mary Brittain; d. 29 Dekabr 1893- ö. 29 Mart 1970) — ingilis könüllü yardım dəstəsinin tibb bacısı, yazıçı, feminist, sosialist,pasifist. == Həyatı == Nyukasl-ander-laymda anadan olan Vera Britten kağız istehsalçısı Tomas Artur Brittenin (1864–1935) və onun həyat yoldaşı, kağız fabriklərinin sahibi olan Ediz Bervon Brittenin (1868–1948) qızı idi. O, 18 aylıq olanda ailəsi Çeşireyə, Maklesfild şəhərinə, 11 yaşında isə Derbişirdəki Bakston şəhərinə köçür. Uşaq yaşlarından yeganə qardaşı Eduard onun ən yaxın dostu idi. 13 yaşından etibarən xalasının direktor olduğu Surrey, Kinqsvuddakı müqəddəs Monika adına internat məktəbində oxuyub. Atasının etirazlarına baxmayaraq Oksfordda, Somervill kollecində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlayır. Lakin bir il sonra, 1915-ci ilin yayında Birinci Dünya Müharibəsi səbəbi ilə təhsilini dayandıraraq ingilis könüllü yardım dəstəsinə qoşulur və Bakston, London, Malta, Fransada tibb bacısı kimi fəaliyyət göstərir.
Vera Farmiqa
Vera Farmiqa(ing. Vera Ann Farmiga; d. 6 avqust 1973, Passeik, Nyu-Cersi) — ABŞ aktrisası. == Həyatı == Vera Farmiqa 1973-cü il avqustun 6-da Nyu-York ştatının Passeik şəhərində anadan olub. Valideynləri Qərbi Ukraynadan olan Mixail və Lyubov Farmiqadı. 1996-cı ildə Brodveydə teatr səhnəsində debüt edən Farmiqa 90-cı illərin sonlarından kinolara çəkilməyə başlayır. Aktrisa 2006-cı ildə 4 “Oskar” o cümlədən “İlin ən yaxşı filmi” nominasiyasında qalib gələn “Qanunu pozanlar” filmi ilə diqqəti çəkir. Farmiqanın “ulduz saatı” isə 2010-cu cu ildə çəkildiyi “Mən də səmaya istərdim” filmi olur. O, roluna görə “İkinci plan ən yaxşı aktrisa” nominasiyasında “Oskar”a namizəd göstərilir. Onun iştirakı ilə yenicə ekranlara çıxan “Lənət” filmi isə kinoteatrlarda nümayişdən böyük məbləğdə maliyyə qazanıb.
Vera Fiqner
Vera Nikolayevna Fiqner Filippova (əsl adı: rus. Ве́ра Никола́евна Фи́гнер Фили́ппова; 25 iyun (7 iyul) 1852, Kazan, Kazan qəzası[d], Kazan quberniyası, Rusiya imperiyası – 15 iyun 1942[…], Moskva) — inqilabçı siyasi fəal. Hökumətin inqilabi devrilməsinə nail olmaq məqsədilə terrordan istifadəni müdafiə edən gizli Narodnaya volya (azərb. Xalqın iradəsi‎) qrupunun lideri Fiqner 1881-ci ildə II Aleksandrın uğurlu sui-qəsdinin planlaşdırılmasının iştirakçısı idi. Daha sonra tutulan Fiqner məhkəmə iclasınadək 20 ay birnəfərlik kamerada qalmış, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilmişdi. Cəza sonradan dəyişdirilmiş və Fiqner daxili sürgünə göndərilməzdən əvvəl 20 il Şisselburq qalasında həbs edilmişdir. Fiqner yaşadıqlarını qələmə aldığı, bir çox dilə tərcümə edilmiş memuarına görə beynəlxalq səviyyədə şöhrət qazandı. 1917-ci il Fevral inqilabından sonra o, inqilabi fədakarlığın qəhrəmanlıq ikonası kimi qəbul edilir və bu illər ərzində xalq arasında lider kimi ad qazanır. Sonralar Fiqner SSRİ-də Keçmiş Siyasi Məhbuslar və Didərginlər Cəmiyyətində (1935-ci ildə ləğv edilib) məşhurlaşır. Fiqner 1937-ci il repressiyalarından qurtula bilmiş və 1942-ci ildə 89 yaşında təbii səbəblərdən vəfat etmişdir.