Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kerç
Kerç – Krımın şərq hissəsində qədim şəhər. Yerli tatarlar Keriç adlandırırdılar. == Tarixi == Kerçin bir yaşayış məskəni kimi hələ eradan əvvəl XVII–XV əsrlərdə mövcud olduğu göstərilməkdədir. Skif padşahı Savmakın dövründə isə (eradan 100 il əvvəl) Kerçdə mədəniyyətin çiçəklənmə dövrüdür. Rusların Qara dənizə yiyələnmək arzuları uğrunda nailiyyətləri bu dənizə Kerç boğazı ilə bağlı olan Azaka (Azova) yiyələnməklə əldə oluna bilərdi. Osmanlı dövlətinin imzaladığı ən ağır andlaşmalardan olan, II Yekaterinanın ömrü boyu mənfəəti ilə öyündüyü Küçük Qaynarca sülhü ilə Qara dəniz Osmanlı dənizi olmaqdan çıxır və tarixdə ilk dəfə Qara dəniz sularına girən Rusiya Qara dəniz və boğazlar yolu ilə Osmanlı idarəsində olan ölkələrlə sərbəst hərəkət imkanı və ticarət imtiyazları əldə edir. Andlaşmanın şərtlərinə görə Qara dənizin şimal qərbindəki Buğ və Dnepr arasındakı sahil şəridi; Kırım yarımadasındakı Kerç boğazına hakim Yenikala, Kerç, Azak dənizi üzərindəki Azak qalaları Rusiyaya verildi. == Əhalisi == 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən şəhərin əhalisi 145.845 nəfərdir. == Mədəniyyəti == Kerç nəinki Kırım yarımadasının, habelə dünya mədəniyyətinin ən şanlı nümunələrini sinəsində saxlayan bir sivilizasiya ocağıdır. Kerç yaxınlığında er.
Veri
Veri — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 895 nəfərdir. Əhalinin milli tərkibi etnik talışlardır. Bu toponim talış dilindəki veri (yuxarı) sözü ilə əlaqədar olub, “yuxarıda yerləşən kənd” deməkdir. Həmçinin talış dilində veri göyərti mənası bildirir. Kənddə Veri kənd məscidi dini icması fəaliyyət göstərir.
Verl
Verl (alm. Werl‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Arnsberg inzibati dairəsində şəhər. Sahəsi 76.24 km2, əhalisi 31861 nəfərdir (2009).
Verv
Verv - Belçikanın Lyej əyalətində bir şəhərdir. Əhalisi 54 min nəfərdir (2006). Vesdre çayı sahilində yerləşir. XVII əsrdə Verv şəhər statusu alır. XIX əsrdə əsas parça istehsalı mərkəzinə çevrilir. Həmçinin şəhərdə ipək istehsal edilir və bir çox ipək zavodları fəaliyyət göstərir.
Verf
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..
Vera
Vera — ad. Vera Mençik Vera Şimanskaya — Rusiyanı təmsil edən bədii gimnast.
Jül Vern
Jül Qabriel Vern (fr. Jules Gabriel Verne; 8 fevral 1828[…], Nant, Fransa metropoliyası[…] – 24 mart 1905[…], Amyen[…]) — fransız yazıçı, ədəbiyyatda elmi fantastika janrının ən görkəmli nümayəndələrindən biridir. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə almışdır. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular Dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilmişdir. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. == Uşaqlığı == 8 fevral 1828-ci il də Fransanın Nant şəhərində doğulub.
Kerç boğazı
Kerç boğazı (ukr. Керченська протока, krımtat. Керич богъазы, Keriç boğazı) — Boğaz Atlantik okeanın akvatoriyasına daxil olan Azov dənizini Qara dənizlə birləşdirir. Krıma daxil olan Kerç yarımadasını isə Taman yarımadasından ayırır. Boğazın eni 4,5–15 km-ə qədərdir. Ən dərin yeri 18 m, əsas limanı Kerç şəhəridir. XVIII əsrin sinlarından XX əsrə qədər ruslar boğazı Tavriya, Enikal, Kerç-Enikal, Qədim yunanlar boğazı Kimmer Bosforo (q.yun. Βόσπορος Κιμμέριος) adlandırırdılar. Ad isə ərazidə yaşıyan Kimmerlərin adından götürülmüşdür. Kerç boğazı bir çox balıq növlərinin ovlandığı bölgədir.
Kerç məscidi
Kerç məscidi — Kerç şəhərində Puşkin, 8 ünvanında yerləşir. Məscid 1850-ci ildə inşa edilmişdir. Memarlıq abidəsidir. Məscidin inşası barədə əmri Novorossiysk və Bessarabiya general-qubernatoru Mixail Vorontsovun 1839-cu ildə Kerç yaxınlığında müsəlmanlardan ibarət şəhər ətrafı yaşayış yeri tikdirmək qərarı verilir. Burada sakinlər 25 il müddətinə vergilərdən və hərbi çağırışlardan azad ediilir. Forstadtın daxilində bir məscid tikilməsinə qərarı verilmişdir. Bunun tikintisi üçün 1428 rubl gümüş pul ayrılır. Lakin bu büdcə məscid tikmək üçün yetərli olmur. 1842-ci ildə Kerç meri Zaxar Xerxeulidze məscidin tikintisi üçün inşaat komissiyası qurur. Komissiyaya tacir və pravoslav xeyriyyəçi Vasili Yakovleviç Quşçin rəhbərlik edirdi.
Kerç yarımadası
Kerç yarımadası — Krım yarımadasının şərq hissəsi. Şimalda Azov dənizi, şərqdə Kerç boğazı, cənubda Qara dənizlə əhatələnir. Qərbdə eni 7 km olan Aq-Manay bərzəği onu Krım yarımadası ilə birləşdirir. Sahəsi təqribən 3 min km²-dir. Şimal-şərq hissəsi hündürlüyü 190 m-dək olan təpəliklər, cənub-qərb hissəsi isə düzənlikdir. Çoxlu palçıq vulkanı var.
Lavandula vera
Leon Vert
Leon Vert (ing. Léon Werth; 17 fevral 1878 — 13 dekabr 1955) — fransız yazıçısı və incəsənət tənqidçisi, Oktav Mirbonun dostu və Antuan de Sent-Ekzüperinin ən yaxın dostu və sirdaşı. Əsərlərində Fransa cəmiyyətinin hər iki dünya müharibəsi dövründəki yaşamına və kollaborasionizmə tənqidi və həssas yanaşma müşahidə olunur. == Kitabları == 33 jours (33 gün) Clavel chez les majors (Mayor Klavel) La maison blanche (Ağ ev) Clavel soldat (Əsgər Klavel) Cochinchine (Koçin-çin) Le destin de Marco (Markonun taleyi) Le monde et la ville (Dünya və şəhər) Impressions d'audience Saint-Exupéry, tel que je l'ai connu (Mənim tanıdığım Sent-Ekzüperi) Caserne 1900 Déposition / Journal 1940 - 1944 Voyages avec ma pipe (Çubuğumla birgə səyahət) Une soirée à L'Olympia (Olimpiyada gecə) == "Balaca şahzadə" == Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" əsəri Leon Vertə həsr olunmuşdur. Əsərin epiqrafında aşağıdakı sözlər yazılıb: "Leon Vertə. Uşaqlardan xahiş edirəm ki, bu kitabı yaşlı adama həsr etdiyimə görə məni bağışlasınlar. Mənim çox ciddi üzrlü səbəbim var: həmin yaşlı adam mənim dünyadakı ən yaxşı dostumdur. İkinci üzrlü səbəbim də var: həmin yaşlı adam dünyada hər şeyi başa düşür, hətta uşaq kitablarını da. Üçüncü üzrlü səbəbim: o Fransada yaşayır, orada indi aclıq və soyuqdur. Əgər bütün bu üzrlər kifayət deyilsə, onda mən bu kitabı həmin yaşlı adamın bir vaxtlar olduğu balaca oğlana həsr etmək istəyirəm.
Orta xərc
İqtisadiyyatda orta xərc və ya ədəd xərci istehsal olunmuş məhsulların sayına (Q) bölünmüş cəm xərcə bərabərdir. O, həm də orta dəyişkən xərclərin (Q-yə bölünmüş cəm dəyişkən xərclər) orta dəyişməyən xərclərlə (Q-yə bölünmüş cəm dəyişməyən xərclər) cəminə bərabərdir. Orta xərc nəzərdə olan vaxtdan asılı ola bilər, misal üçün yaxın gələcəkdə istehsalın artımı daha baha başa gələ bilər və ya qeyri-mümkün ola bilər. Orta xərclər təklif əyrisinə təsir göstərir və tələb və təklifin əhəmiyyətli bir komponentidir.
Ortalama xərc
Ortalama xərc (ing. average cost) — məhsulun həcminə bölünən və ya orta sabit və orta dəyişkən xərclərin cəminə bərabər olan firmanın ümumi xərcləri. (АС=AVC+AFC) K. R. Makkonellu və S. L. Brüyə görə, orta xərclər - firmanın istehsal etdiyi məhsulların miqdarına bölünən ümumi xərclər də sabit və dəyişkən xərclərin cəminə bərabərdir . Orta dəyişkən xərc (ing. average variable cost) — firmanın dəyişən xərclərinin ümumi həcmi, istehsal olunan məhsulların miqdarına bölünür. Orta sabit maya dəyəri (ing.
Pistacia vera
Əsl püstə (lat. Pistacia vera) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sumaqkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü. Püstə mart-apreldə yarpaqlar açıldığı vaxt çiçəkləyir. Çiçəklər topa halında enli süpürgə-salxımlara yığılmışdır. Erkək çiçəklər dişi çiçəklərdən 2–3 gün tez açılır. Çiçəkləmə 20–25 gün davam edir. Püstənin meyvəsi iyul-avqustda yetişir. 7–8 yaşından meyvə verir, 100 il ömür sürür. Meyvəsi qozvari, birtoxumlu çəyirdəkdir, sarımtıl-ağ rəngdədir. Kütləsi 0,9–2,5 q-dır.
Rubia vera
Əsl qatıqotu (lat. Galium verum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. Asterophyllum galium K.F.Schimp. & Spenn. Galium floridum Salisb. Galium verum subsp. euverum Hyl. Galium verum var. typicum Rouy Rubia vera (L.) Baill.
Sosial xərc
Sosial xərc (ing. social cost) iqtisadi nəzəriyyədə — əməliyyatdan irəli gələn özəl xərclərin və istehlakçılara heç bir kompensasiya və ya ödəmə ala bilmədikləri bir əməliyyata təsirləri nəticəsində yaranan xərclərin cəmi. 1920-ci ildə ingilis iqtisadçısı Artur Sesil Piqunun "İqtisadi rifah nəzəriyyəsi" adlı əsərində müəllif xüsusi (fərdi) və sosial xərcləri mövzusunu qabartdı, Henri Sicvikin şəxsi və ictimai maraqların toqquşması fikrini inkişaf etdirdi. Sosial xərclər problemi, amerikalı iqtisadçı Ronald Kouz tərəfindən 1960-cı ildə nəşr olunan "Sosial xərclərin problemi" adlı əsərində davam etdirildi. Kouz iqtisadi agentlərin qərar qəbul edərkən, hərəkətlərinin başqaları üçün nəticələrini nəzərə almadıqları vəziyyətləri təhlil edir. Yeni Palqreyv: İqtisadiyyat lüğətinə əsasən, sosial xərclər bir əməliyyat nəticəsində çəkilən özəl xərclərin və istehlakçılara heç bir kompensasiya və ya ödəmə ala bilmədikləri bir əməliyyata təsirləri nəticəsində yaranan xərclərin cəmidir. Agent əməliyyat apararaq əməliyyatı tamamlayır; xarici xərclər — əməliyyatı həyata keçirən iqtisadi agentin hərəkətlərindən başqalarının çəkməli olduqları xərclərdir. Beləliklə, sosial xərclər xüsusi və xarici xərclərin cəmidir. Artur Piquya əsasən, xüsusi xərclərdən daha çox və ya daha az ola bilən müəssisənin fəaliyyətindən xarici təsirlərin meydana gəldiyi vəziyyəti təhlil etdi. Xüsusi faydalarla özəl xərclər və əməliyyat nəticəsində ictimai fayda ilə sosial xərclər arasındakı fərq arasında bir uçurumun (fikir ayrılığının) ortaya çıxması.
Vera Mixaylova
Vera Mixaylova — Sovet uşaq yazıçısı və jurnalisti. Vera Mixaylova 4 sentyabr 1907-ci ildə Tomsk yeraltı təşkilatının üzvləri olan valideynlərinin həbs olunduğu Nerçinsk həbsxanasında (Transbaykaliya) anadan olub. Digər məlumatlara görə, Vera 1908-ci il avqustun 22-də (4 sentyabr) Kemerovo vilayətinin Mariinsk şəhərində anadan olub. 12 yaşından fabrikdə işləyib. 14 yaşında Çitada komsomol sıralarına daxil olur və yeni qurulmuş komsomol qəzeti "Younaya rat"da işə düzəlir. 1941-ci ildə V. Vorovski adına Leninqrad Dövlət Jurnalistika İnstitutunu qiyabi bitirib. Sonra Simferopolda V. Verdanski adına Krım Pedaqoji İnstitutunda üç kurs oxuyur. Ukraynada yaşayıb və işləməyir. Sovet İttifaqı Kommunist Partiyasının üzvü olur. Böyük Vətən müharibəsi illərində və ondan sonra qəzet redaksiyasında, xüsusən 1950–1960-cı illərdə Simferopol rayon "Prizyv" qəzetinin baş redaktoru olub (1952-ci ilə qədər qəzet "Bolşevistskaya Pravda" adlanırdı, indi isə "Selski Truzhenik Krıma" adlanır).
Vera Vasilyeva
Vera Kuzminiçna Vasilyeva (rus. Вера Кузьминична Васильева, 30 sentyabr 1925, Moskva, RSFSR, SSRİ – 8 avqust 2023, Moskva) — Sovet və Rusiya teatr və kino aktrisası. SSRİ xalq artisti (1986), ikiqat "Stalin" mükafatı laureatı (1948,1951). Ən məşhur kino işləri arasında "Sibir diyarının əfsanəsi" (1947), "Çuk və Gek" (1953), "Cehizli toy" (1953) filmləri, teatrda isə "Dəli gün və ya Fiqaronun evlənməsi", "Döyüşçü qız" və s. tamaşalar var.
Medicago vera
Medicago sativa (lat. Medicago sativa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin qarayonca cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Medica sativa (L.) Mill. Medicago sativa var. vulgaris Alef. Medicago sativa subsp. vulgaris (Alef.) Arcang. Medicago vera Kirschl. == Yarımnövləri == Medicago sativa nothosubsp. faurei Maire Medicago sativa subsp.
Tragacantha vera
Tragacantha vera Medik. — Astragalus tragacantha bitki növünün sinonimi. Tragacantha vera (Olivier) Kuntze — Astragalus verus bitki növünün sinonimi.
Vera Komissarjevskaya
Vera Fyodorovna Komissarjevskaya (rus. Вера Фёдоровна Комиссарже́вская; 27 oktyabr (8 noyabr) 1864, Sankt-Peterburq, Rusiya imperiyası – 10 (23) fevral 1910, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası) — XX əsrin əvvəllərində rus aktrisası, rus və sovet teatr və kino aktrisası Nadejda Skarskayanın böyük bacısı (1868-1958). Vera Fedorovna Komissarjevskaya (1930-cu illərin sonuna qədər onun soyadını Kommissarjevskaya yazırdılar) 1864-cü il oktyabrın 27-də (8 noyabr) Sankt-Peterburqda rus opera artisti və musiqi müəllimi Fyodor Petroviç Komissarjevskinin ailəsində anadan olub. 1891-ci ildə Sankt-Peterburqda Vera Komissarjevskaya ilk dəfə həvəskar səhnədə Donanma Ekipajının Dəniz Məclisində Zina rolunda çıxış edib (P.P.Qnediçin “Yanan məktublar” pyesi). Onun səhnə debütü əvvəl Aleksandrinski Teatrının məşhur aktyoru V.N.Davydov ilə dərslər sayəsində mümkün olub. Sonra Komissarjevskaya Konstantin Stanislavskinin rəhbərlik etdiyi İncəsənət və Ədəbiyyat Cəmiyyətinin (Moskva) tamaşalarında iştirak etməyə başlayıb. Komissarjevskaya “Maarifçilik meyvələri” (1891) tamaşasında Betsi rolunu oynamaqla peşəkar teatr tənqidçilərinin diqqətini cəlb edib. O, Novoçerkasska N.N.Sinelnikovun teatrına (1893-1894-cü illərdə orda işləyib) dəvət olunub. Orada Vera oxuyaraq “ingenue” və vodevil rollarını ifa edib. Komissarjevskayanın birpərdəli pyeslərdə və vodevillərdəki rolları şən, canlı və əsl yumorla əhatə olunurdu.
Vera Panova
Vera Fedorovna Panova (rus. Ве́ра Фёдоровна Пано́ва; 7 (20) mart 1905, Rostov-na-Donu, Don Voysko vilayəti[d] – 3 mart 1973[…], Leninqrad) — Rus sovet yazıçısı və dramaturqu. Üç Stalin mükafatı laureatı (1947, 1948, 1950). Vera Fedorovna Panova 7 mart 1905-ci ildə Rostovda bank işçisinin ailəsində anadan olub. Atası Rostovda ən varlı tacir ailəsi sayılan Qribanovların nümayəndəsi idi. O, tacirlər gildiyasına mənsub idi. Lakin XX əsrin əvvəllərində müflis olmuş və şəhər bankında maliyyə işlərinə baxaraq çörək pulu qazanırdı. Veranın beş yaşı olanda ailə başçısı qeyri-müəyyən şəraitdə suda boğularaq öldü. Anası uşaqları tək böyütməyə məcbur oldu. İdarə işçisinin maaşı (anasının təhsilinin musiqi müəllimi olmasına baxmayaraq) və bankın ailə başçısı olmayan qadınlara ödədiyi təqaüd hesabına ailəni dolandırmağa güclə yetirdi.
Vera Smirnova
Vera Vasilyevna Smirnova (rus. Вера Васильевна Смирнова; 17 (29) sentyabr 1898 və ya 1898, Sankt-Peterburq – 1977, Moskva) — Sovet uşaq yazıçısı, ədəbiyyatşünası və memuarçısı. Məşhur uşaq kitabları - "Ellin qəhrəmanları" və "Qızlar"ın müəllifi. Teatr rejissoru Aleksandra Smirnova-İskəndərin bacısı. Aleksandra Vasilyevna Smirnova 1898-cı ildə Sankt-Peterburq anadan olub. Atası kəndli idi. 1898-ci ildə atası İmperator Rəssamlıq Akademiyasında komendant kimi işləməyə başlayıb. 1903-cü ildə atası Rus-Asiya Bankında işləmyə başladı və ailəni Yeni Margelana (hazırda Fərqanə; 1907-1924-cü illərdə şəhər Skobelev adlanırdı) köçürüb. Vera Smirnova Skobelev adına Qadın Gimnaziyasını qızıl medalla, sonra pedaqoji kursları bitirmiş, 1914-cü ilin payızından iki il Ali İbtidai Məktəbdə dərs deyib. 1916-cı ilin payızında o, Petroqradda Bestujev adına Ali Qadın Kurslarının tarix-filologiya fakültəsinə daxil olur və eyni zamanda Vsevolod Meyerholdun teatr studiyasında oxuyur.
Vera Xolodnaya
Vera Vasilyevna Xolodnaya (Levçenko; rus. Вера Васильевна Холодная; 5 avqust 1893, Poltava – 16 fevral 1919 və ya 17 fevral 1919, Odessa, Xerson quberniyası) — Rusiya İmperiyasının kino aktrisası. O, Rusiya İmperiyasında ilk səssiz film ulduzu idi. Onun yalnız beş filmi günümüzə qədər gəlib çatmışdır və oynadığı rolların sayının 50-dən 100-ə qədər olduğu fərz edilsə də, dəqiq sayı bəlli deyil. Vera Levçenko Poltavada (Rusiya İmperiyası, indiki Ukrayna) anadan olmuş, 2 yaşında ikən dul nənəsi ilə Moskvaya köçmüşdür. O, klassik balet üzrə karyera qurmaq arzusunda idi və Böyük Teatrın balet məktəbinə daxil olmuşdu. Vera uşaqlıqdan ailə teatrlarında iştirak edirdi. O 10 yaşı olanda məşhur Perepelkina gimnaziyasına göndərildi. Vera məzuniyyət gecəsində o vaxt tələbə, gündəlik idman qəzetinin redaktoru və yarış sürücüsü olan Vladimir Xolodnı ilə tanış oldu. Onlar hər iki ailənin narazılığına baxmayaraq, 1910-cu ildə evlənirlər.