Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vetra FK
Vetra — Litvanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 1 dəfə Avropa kuboklarında iştirak edib.
BelKA
BelKA (rus. БелКА Abreviatura Белорусский космический аппарат ) Belarus Milli Elmlər Akademiyası tərəfindən sifariş edilən uzaqdan idarə olunan Belorusiya kosmik aparatı Rusiyanın Raket və Kosmos Korporasiyası "Enerji" şirkəti tərəfindən "Victoria" universal kosmik platformasına əsaslanaraq yaradılmışdır. Başlanğıc 26 iyul 2006-cı ildə Baykonur da baş verib və raket daşıyıcısı Dnepr vasitəsinin qəzası səbəbindən uğursuzluqla nəticələnmişdir. İkinci Belarusiya Distant Məsafədən zondlama peyki (БелКА-2) 2012-ci ildə buraxılmışdır.Gələcəkdə, Birlik dövlətinin (Rusiya ve Belarusiya Birlik Dövləti) maraqları əsnasında istifadə üçün bir peyk qrupu qurulması planlaşdırılır. == BelKA Yaradılma tarixi == İlk Belarusiya peykinin layihəsi 2003-cü ildə qoyuldu. "BelKa" kosmis aparatı Belarusiya-Rusiya Distant Məsafədən zondlama qrupunun bir elementi kimi planlaşdırılrdı. Bura daxil olan məlumatlar Fövqəladə Hallar Nazirliyi , Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Nəqliyyat Nazirliyi və digər aidiyyəti orqanlar üçün zəruridir.
Etika
Etika (yunanca: ἠθικόν, qədim dilində isəŞ ἦθος — əxlaq, ənənə mənalarını verir. Fəlsəfənin ən böyük hissələrindən biri olub insan mənəviyyatını əhatə edir. Çiçero (3 yanvar, b.e.ə. 106; † 7 dekabr b.e.ə. 43) ilk dəfə olaraq "etikanı" tərcümə edərək öz dövründə "fəlsəfə mənəviyyatı" anlayışını daxil etmişdir. Etika – [yun. ethika, ethos – adət, xasiyyət] İctimai şüur formalarından biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə. Məsələn, materialist etika, Hegel etikası. Hər hansı sinfin, cəmiyyətin, ictimai təşkilatın əxlaq qaydaları.Etika və ondan yaranan fənlər (hüqüq, dövlət və sosial fəlsəfə) praktiki fəlsəfə qrupuna daxil edilirlər. Çünki onlar insan davranışı ilə bağlıdırlar.
Fətva
Fətva (ərəbcə:فتوى), İslam hüququ ilə əlaqədar olan bir problemin dini hüquq qaydalarına görə çıxış yolunu göstərən, Şeyxülislam və ya müfti tərəfindən veriləbilən dini sənəd. Fətva sadəcə İslam hüququ ilə əlaqədar olaraq deyil, İslamın qaydaları ilə idarə olunan dövlətlərdə də, hakimin verdiyi qərardır. == Fətva ilə hökm arasında fərq == Fətva ilə hökmün fərqləri müvafiq məzmunlu şəriət kitablarında izah edilmişdir. Qısaca bunu deyək ki, fətva şəriətdə nəzərdə tutulmuş mövcud dəlillər əsasında verilir (Quran ayələrinə, hədislərə, icmaya və ağıla əsaslanaraq). Hökm isə müctəhidin mövcud şəraiti dəyərləndirərək gəldiyi qənaəti əks etdirir. Əlbəttə, hökm verilərkən də şəriətdəki dəlillər nəzərə alınır, lakin bu dəlillər mücərrəd mənada deyil, mövcud şəraitə əsasən dəyərləndirilir. Buna görə də fətva zamana və şəraitə görə dəyişmir, hökm isə dəyişə bilər. Beləliklə, hökm fətvaya nisbətən daha geniş məfhumdur; deyə bilərik ki, məna etibarilə hökm fətvanı da özündə ehtiva edir. Fətva, onu verən müctəhid və onun müqəllidləri üçün keçərlidir, başqaları həmin müctəhidin fətvasına əməl etməyə vəzifəli deyillər. Amma lazımi şərtləri özündə birləşdirən şəriət hakimi bir məsələdə hökm versə, hamı ona tabe olmalıdır.
Kvetta
Kvetta(puşt. کوټه — Pakistanın Bəlucistan əyalətinin mərkəzi. == Tarixi == Mahmud Qəznəvi 1001-1026-cı illərdə 17 dəfə Hindistana hücum etmişdi. Onun şimal və şimal-şərq torpaqlarını, yəni Kəşmir, Pəncab, Qucarat vilayətlərini Qəznəvi dövlətinə qatmış, Hindistandan çoxlu qənimət əldə etmişdi. Onun hücumları sırasında Kvettanın adı ilk dəfə çəkilir. Böyük Moqollar sülaləsinin hökmdarı Sultan Hümayun 1543-cü ildə Kvetta şəhərində dincəlmişdi. Mərkəzi Kvetta şəhəri olan Pakistanın Belucistan əyaləti Cənubi Asiyada ən qaynar nöqtələrdən biridir. Burada çoxlu sayda daxili və xarici ekstremist, "Əl-Qaidə" terror təşkilatının nümayəndələri yaşayırlar. Həmçinin ölkənin şimal-qərbində Qəbilə Zonası adlı yer yaradılıb. Artıq burada hökumət qanunları işləmir.
Lefka
Lefka (yun. Λεύκα; türk. Lefke) ― Kiprdə qəsəbə. Ərazi Şimali Kiprin de-fakto nəzarəti altındadır. 2011-ci ildə qəsəbənin 3009 nəfər sakini var idi. Qəsəbə 2016-cı ilə qədər Gözəlyurd ilçəsinin mərkəzi olmuş, daha sonra isə yeni yaradılan Lefka ilçəsinin mərkəzinə çevrilmişdir.Lefka sitrus meyvələri və mədənləri ilə məşhurdur. Qəsəbədə Avropa Lefka Universitetinin yerləşir. Kiprin Venesiya dövründə Lefkada İtalyan əsilli Katoliklər üstünlük təşkil etmiş, Osmanlı hakimiyyəti dövründə isə əraziyə türklər köçürülmüşdür. Asil Nadir və Nil Burak Lefkada anadan olmuşdurlar. Qəsəbədə Nəqşbəndi Sufi ordeninin Həqqani qolunun mənəvi rəhbəri Nazim əl-Haqqaninin 7 may 2014 tarixində vəfat etdiyi türbəsi yerləşir.
Metak
Metak — metal və plastik avadanlıqlar istehsal edən və satışını təşkil edən Azərbaycan şirkəti.Şirkət tikinti, binaların su-qaz təchizatı və isidilməsi, kanalizasiya sistemi kimi bir çox istiqamətlərdə istifadə olunan müxtəlif məhsulların istehsalı,satışı həmçinin yükdaşıma, kimyəvi analiz ilə məşğuldur. == Tarixi == Şirkət fəaliyyətə 1997-ci ildə ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə başlamışdır. Ardınca polad döymə məmulatları, darvazalar və sifariş əsasında bütün bu tipdə qaynaq işləri ilə məşğul olan ilk sexini qurur. 2002-ci ildə hər növ tikinti işkələləri və inşaat dirəkləri istehsal etməklə bu sex artıq mini zavoda çevrilmişdir.2003 cü ildə Şirkət, 25mm-dən 325mm-dək müvafiq ölçülərdə polad dirsək və keçidlərin istehsalı ilə məşğul olmağa başlayır. 2017-ci ilin sonlarında şirkət Bakı Fond Birjasında istiqrazların buraxılmasına başlayır.2017-ci ildə Şirkət Balaxanı Sənaye Parkının rezidentlərindən biri olur.2017-ci ildə şirkət Sumqayıt Sənaye Zonasında 3 hektar sahədə şüşə-lifli polipropilen və bazalt lifi istehsalı zavodu tikəcəyini elan edir.2017-ci ili uğurlu keçirən şirkətə Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) 8 milyon avro ekvivalentində olan Azərbaycan manatı ilə kredit ayırır.2018-ci ildə fəaliyyət sahəsini genişləndirən şirkət meyvələr yığılan plastik qabların (viol) istehsalına başlayacağını elan edir. == Məhsullar == "METAK" Şirkəti Azərbaycan Respublikası ərazisində yüklərin daşınması üzrə nəqliyyat xidmətləri, metalların kimyəvi analizi üzrə xidmət, plastik boruların montajı və tikinti işləri üzrə xidmətlər göstərir.
Netta
Dalğıc (lat. Netta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Petra
Petra (ərəb. البتراء‎) — Nəbatilər dövlətinin paytaxtı. == Tarixi == Nəbatilər dövlətinin paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır. Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi.
Sekta
Sekta, təriqət və ya firqə — dini, siyasi və fəlsəfi inanc sisteminin altqrupu, ümumiyyətlə daha böyük dinin dalı.
Sitka
Sitka (ing. Sitka) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatında yerləşən şəhər.
Sutka
Gün və ya sutka – zamanın ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Tetra
Tetra (lat. Lyrurus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Venta
Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010). == Coğrafiyası == Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır. == Tarixi == Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb.
Verna
Verna (fr. Vernas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38535. Kommunanın 1999-cu il üçün əhalisi 174 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 195 ilə 429 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 35 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Avena verna
Əkin yulafı (lat. Avena sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü. == Sinonimləri == Avena agraria var. mutica Brot. Avena algeriensis Trab. Avena anglica Roem. & Schult. [Invalid] Avena byzantina subsp. pseudosativa (Thell.) E. Morren Avena byzantina var. thellungiana (Malzev) Tab.Morais Avena cinerea Roem.
Beska körpüsü
Beska körpüsü (serb. Мост код Бешке /Most kod Beške)- Serbiyanın Beska şəhəri yaxınlığında yerləşən körpüdür. Dunay çayı üzərində tikilən körpü avtomobillər və piyadalar üçün nəzərdə tutulmuşdur. Körpü dəmir-betondan hazırlanıb. Beska körpüsü 1975-ci ildə inşa olunmuşdur. E75 Avropa marşrutu üzərində salınan ən uzun körpülərdən biridir. == Görünüşü == Əvvəlcə körpü memar Branko Zezeljin (serb. Branko Žeželj) layihəsi əsasında hazırlanmalı idi. Branko Zezelj həmçinin Belqrad Sərgi Kompleksinin Pavilyon №1 üzərində də işləyirdi. Zezelj həm də Belqradın mərkəzindəki, dəmiryol vağzalındakı Zezelj körpüsünün tikintisinə rəhbərlik edirdi.
Betta splendens
Betta splendens, (Xanıkimilər) dəstəsindan bir balıq növü. Betta (Betta splendens), təbii həyat sahəsi Asiya (Tayland, Malayziya, Kamboca və Vyetnam) olan, təxminən 4-6 sm boyunda bir balıq növü. Xüsusilə erkəklərin, üzgəclərinin görkəm və gözəlliyi və zadəganlığını əks etdirən ağır duruşuyla diqqət çəkən bir növdür. Latınca Adı: Betta splendens Həbidə idi və Ana vətəni: Tayland Bəslənmə Forması: Heyvan ilə bəslənən Davranış Forması: Orta dərəcədə təcavüzkar Öz Növlərinə Davranışı: Həddindən artıq Təcavüzkar Üzmə Səviyyəsi: Səth Cinsiyyət Ayrı-seçkiliyi: Kişilər daha rənglidir və daha uzun üzgəclərə malikdir. Artıma: Kişi suyun üstünə köpükdən yuva edər, kişi və dişi yumurtlayarkən ata yumurtaları bu köpüklərə daşıyar və yumurtalara gözətçilik edər. İstilik: 26 °C Ən Çox Böyüdüyü Boy: 7 sm Ən Az Akvarium Həcmi: 30 lt Çətinlik Səviyyəsi: 1ümumiyyətlə plafonlarda və stəkanlarda satılan bu balıqlar yaşadılma şəkli baxımından layiq olduqları yeri tapa bilməmiş ticari qayğılar üzündən üstün koru yaşadılmağa işlə/çalışılan narın və zadəgan balıqlardır. Beta, Cənnət balığı, Gurami kimi növlər Labirintlilər olaraq adlandırılar bunun səbəbi ol/tapıldıqları sudakı oksigen miqdarı çox düşdüyündə həyatda qalmalarını təmin edən labirint adı verilən əlavə tənəffüs orqanlarına da sahib olmalarıdır, doğrudan havadan oksigen təmin edə bilərlər. Plafonlarda satılmalarının səbəbi Labirint olaraq adlandırılan bir tənəffüs sistemlərinə daha sahib olmalarıdır. Labirintlilər qrupuna girən Cənub Şərq Asiyanın bu davaçı balığı ümumiyyətlə plafonlarda baxılmalarına baxmayaraq ən az 30 litrlik akvariumlarda baxılmalıdır. Davranış formaları gərəyi iki kişis(n)i eyni mühitdə yaşada bilməzsiniz, nəticə mütləq bir balığın itirilməsi olacaq.
Brilyant tetra
Brilyant tetra (lat. Moenkhausia pittieri) – (Characiformes) dəstəsindən bir balıq növü. Həbidə idi və Ana vətəni:Venesuela Valencia Gölü və ətraf çaylar. Bəslənmə Forması: əm ət ilə bəslənən , həm ot ilə bəslənən. Ağırlıqla etçildir. Ardamıya, su birəsi və keyfiyyətli quru yemlər verilə bilər. Davranış Forması: Təcavüzkar olmayan Öz Növlərinə Davranışı: Təcavüzkar olmayan Üzmə Səviyyəsi: orta-Səth Cinsiyyət ayrı-seçkiliyi: Qəti cinsiyyət ayrı-seçkiliyi çox çətindir. Balıqlar yetkin hala gəlmədən edilməsi sağlam olmaz. Kişilər daha incə quruluşlu, dişilr daha yumru quruluşdadır. Kişilərin üst üzgəcləri daha uzundur.
Collinsia verna
Collinsia verna (lat. Collinsia verna) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin collinsia cinsinə aid bitki növü.
Covanni Verqa
Covanni Verqa (it. Giovanni Verga) (d. 2 sentyabr 1840, Kataniya - v. 27 yanvar 1922, ) – italyan yazıçısı == Həyatı == Covanni Verqa 1840-cı ildə Siciliyanın Kataniya şəhərində liberal zadəgan ailəsində anadan olmuşdur. Yaradıçılığının ilk illərinə vətənpərvər və sentimental- melodic ruhda qələmə aldlğı “Dağlardaki karbonarilər”, “Laqunalarda”, “Gülnahkar”, “Eros” və “Yeva” kimi romanlarla ədəbiyyata gələn Verqa sonraki dövürlərdə yaxından bələd olduöu Siciliya kəndinin ağır güzəranını təsvir edən məşhur “verist” novellalarını yaratmışdır. “Verizm” (italiyanca vero- həqiqi deməkdir) bir cərəyan kimi İtalyanın ədəbi mühitinə inqilabi metod, yeni ideologiya kimi daxil olmuşdur. XX əsrin 80- ci illərində verizm bütün İtaliyada yayaılaraq ölkənin aparıçı əbədi məktəbinə çevrilmişdir. Sicilidiyada bu məktəbin baniləri Covanni Verqa və Luici Kapuana ilə yanaşı, F.De Poberto və bədii yaradıçılığına bu cərəyanla başlayan L.Pirandello, Napolidə M.Serao, S.Di Cakomo və R.Brakko, Sardeniyada Q.Deledda, Abrutsoda C.Campoli və bəzi ilkin novellaları ilə Q.D`Annuntsio, Toskanada isə R.Fiçini kimi tanınmış yazışılar öz əsərlərində doğma əyalətlərinin sosial- psixoloji problemlərini parlaq gerçəkliklə əks etdirirdilər.1922-ci ildə vəfat etmişdir. == Yaradıçılığı == Covanni Verqa “Çöllərin həyatı”, 1880; “Kənd novellaları” 1983, topluları böyük müşahidə qabiliyyəti əsasında və kəskin reallizmlə yazılmışdır. Sadə balıqçı ailsinin uğursuz taleyindən bəhs edən “Malavolyalar ailəsi” romanı italyan bədii nəsrinin klassik nümunəsi sayılır.
Draba verna
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Jelka Sviyanoviç
Jelka Sviyanoviç (serb. ; 4 mart 1967) — Bosniya və Herseqovinanın serb əsilli siyasətçisi. 9 noyabr 2018-ci ildən bu yana Serb Respublikasının prezidentidir. 2013-2018-ci illərdə Serb Republikasının Baş Naziri olmuşdur. == Təhsil == Sarayevo Universitetinin Fəlsəfə Fakültəsində və Banja Luka Universitetinin Hüquq Fakültəsində oxumuşdur. İngilis dili və ədəbiyyatı professorudur. Diplomatiya və konsulluq hüququ üzrə magistr dərəcəsi almışdır. == Kareyası == Jelka Sviyanoviç Bosniya və Herseqovinadakı AB Monitorinq Missiyasında İngilis dili müəllimi və baş tərcüməçi, köməkçi vəzifələrində çalışmışdır. Daha sonra Serb Respublikası Baş Naziri Milorad Dodikin Avropaya inteqrasiya və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri vəzifəsini icra edir. Üstəlik koordinasiya və Avropaya İnteqrasiya şöbəsinə rəhbərlik etmişdir.
Kardinal tetra
Paracheirodon axelrodi (lat. Paracheirodon axelrodi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xarasikimilər dəstəsinin xarasilər fəsiləsinin paraxeyrodon cinsinə aid heyvan növü. Qırmızı neon və ya kardinal tetra ( lat.Paracheirodon axelrodi ) — xarasinkimilər fəsiləsinin tropik şirin suda yaşayan şüalı balıq növüdür. Ən məşhur və gözəl akvarium balıqlarından biridir. Adını amerikalı ixtioloq Herbert R. Axelrodun şərəfinə almışdır. == Təsviri == Dişilər erkəklərə nisbətən daha iri olub uzunluğu 5 sm-ə, erkəklərin uzunluğu isə 2,5-3,0 sm-ə qədərdir. Belləri zeytuni-bej rəngdədir. Gözlərindən yağ üzgəcinə qədər neon kimi parıldayan parlaq mavi zolaq var, bu zolağın altında isə enli qırmızı zolaq yerləşir. Qarınları ağımtıldır. Dişilər erkəklərdən daha dolğundur və anal üzgəclərinin kənarı daha qabarıqdır.
Kray Sveta
Kray Sveta burnu — Rusiya, Saxalin vilayəti, Şikotan adasında yerləşən burun. Sakit okeanın daxilinə uzanan və 40-50 metr pilləvari şəkildə alçalan bir qayalı ərazidir.. XX əsrin ikini yarısında rəssam və turisrtlər arasında məşhurluq qazanmışdır. Burundan digər quru parçasına olan məsafə 5400 km-dir. Aydın havada Kunaşir və İturup adalarında olan vulkan və dağları görmək mümkündür. Burunun özünü isə adanın şərq nöqtəsində yerləşən Krab burnundan müşahidə etmək mümkündür. Burunun pillələri ilə hərəkər etmək üçün 10 km məsafə qət etmək lazım gəlir buruna bu adı bölgənin RSFSR tərkibinə keçdikdən sonra 1946-cı ildə adanı tətqiq etmiş Yuri Efremov vermişdir.