Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir.Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır.İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. == Tarixçəsi == Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət, 2012-ci ilin oktyabr ayında Twitter tərəfindən 30 milyon dollarlıq bir hesabat ilə satın alındı. Vine rəsmi olaraq 24 yanvar 2013-cü il tarixində İOS cihazları üçün pulsuz bir proqram olaraq açılıb.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Kinel bayrağı
Kinel bayrağı — Samara vilayətində yerləşən Kinelin bayrağı
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, Professor, AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. Alimin elmi fəaliyyəti bütün dövrlərində yüksək qiymətləndirilib, müxtəlif illərdə Milli Elmlər Akademiyası və başqa təşkilatlar tərəfindən Fəxri fərman və diplomlarla təltif olunub. O, “Tərəqqi” medalı, “Əmək veteranı” medalı və “Sosialist yarışı əlaçısı” nişanına layiq görülüb. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Təltif və mükafatları == “Əməkdə fərqlənmə” medalı “Sosialist yarışı əlaçısı” nişanı “Tərəqqi” medalı == Elmi əsərləri == 1. Ross R., Cox E.J., Karayeva N.I. a. oth.
Ninel Yultıyeva
Ninel Yultıyeva (başq. Нинель Дауыт ҡыҙы Юлтыева; 3 fevral 1926, Ufa, SSRİ – 2014, Kazan) — Sovet balerinası, müəllim, xoreoqraf. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1953). Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti (1957). Tatarıstan Respublikasının xalq artisti (1996). Başqırdıstan Respublikasının xalq artisti (1995) == Bioqrafiyası == 3 fevral 1926-cı ildə Ufada bir başqırd yazıçısı və ictimai xadimi Daut Yultiyevin ailəsində anadan olmuşdur. 1935–1941-ci illərdə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasında oxumuşdur. 1968-ci ildə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasının pedaqoji şöbəsini bitirir. 1972-ci ildə N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının xoreoqrafiya şöbəsini bitirib. 1941–1946-cı illərdə Başqırdıstan Opera və Balet Teatrının solisti olmuşdur.
Norbert Viner
Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[…] – 18 mart 1964[…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır. == Həyatı == Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi.
Rinel Pius
Rinel Pius (d. 18 may 1999) — Estoniyalı üzgüçü. Rinel Pius Estoniyanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Rinel Pius birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 5 km məsafəyə açıq hovuz üzgüçülüyü yarışlarında iştirak etdi. 1:01:51.4 saniyəlik nəticə ilə 56-cı yeri tutdu və yarışı başa vurdu.
Vinek xan
Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 yaxud 756-762 illərində hökmdarlıq etmişdir. Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur. == Hakimiyyətə gəlməsi == İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu. Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi. == Hakimiyyəti == Taxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi.
Vinəq (Xudafərin)
Vinəq (fars. وينق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (32 ailə).
Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü xokkeyçi. == Karyerası == Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Vine (İzer)
Vine (fr. Vinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38559. Kommunanın 2012-ci il üçün əhalisi 3987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 168 ilə 580 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 26 km qərbdə yerləşir.
İnel xaqan
İnel xaqan — Aşina sülaləsindən göytürk xaqanı. Əsl adı Bögü (拓西可汗) olmuşdur. == Taxta çıxmazdan öncə == 699-cu ildə Qapağan xaqan tərəfindən kiçik xaqan təyin olunmuşdu. 714-cü ildə Beşbalıq mühasirəsində iştirak etmişdir. == Hakimiyyəti == Xaqanın vaxtsız öldürülməsi ölkədə çaxnaşma yaratdı, 716-cı ilin iyununda İnel özünü xaqan elan etdi. Lakin elə həmin ay da Kül Tegin tərəfindən ələ keçirilib öldürüldü.
Viner-Nyoyştadt adası
Viner-Nyoyştadt adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 620 m. Bu həmdə arxipelaqın ən hündür nöqtəsidir. Sahəsi 237 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Vasilev burnunu göstərmək olar. Burada Forbs buzlağı yerləşir. Ada Payer-Vayrext ekspedisiyası tərəfindən Avstriya-Macarıstanın bir şəhəri olan Viner-Noyştadt şəhəri şərəfinə adlandırılmışdır. == Yerləşdiyi akvatoriya == Adanın sahillərini Barens dənizi yuyur.
Cibəl
Cibal və ya Cibəl (fars. جبال‎) — şərqdə Dəşti-Kəbir, cənub-şərqdə Fars, qərb və cənub-qərbdə İraqi-Ərəb, şimal-qərbdə Azərbaycan, şimalda Əlbruz dağı ilə dövrələnən bölgə. Cibal sözü ərəb kökənli cəm bir sözdür və "dağlar" anlamına gəlir. Dağlar olaraq da Zaqros dağlarını bildirir. == Tarix == VII əsrdə ərəb yürüşlərindən sonra midiyalıların olmuş olduğu torpaqların bir qismi, Cibal olaraq anılmağa başladı. XII əsrdə Səlcuqlular dönəmində bölgə, İraqi-Əcəm olaraq adlandırılan bölgənin içinə daxil edildi. Cibal adı, Monqol istilasından sonra işlənilməməyə başlandı. Bölgənin bəzən tamamı, bəzən bir qismi; Samanilər, Qaraxanlılar, Buveyhilər sülaləsi, Səlcuqlular, Azərbaycan Atabəyləri və Elxanlılar tərəfindən hökmüranlıq altına alınmışdır.
Cicəl
Cicəl (ərəb. جيجل‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-qərb hissəsində, Aralıq dənizi sahilində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 47 metrdir.Cicəl ölkənin paytaxtı Əlcəzairdən təxminən 240 kilometr şərqdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 134,839 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Ən yaxın hava limanı şəhərdən 5 kilometr şərqdə yerləşir.
Cine5
Cine5 — 1993-cü ildə Erol Aksoy tərəfindən qurulan Türkiyənin ilk şifrəli kanalıdır. == Tarixçə == "Cine5" 20 sentyabr 1993-cü ildə test yayımına başlamış, 11 noyabr 1993-cü ildə isə normal yayıma keçmişdir. 1993-1999-cu illər aralığında "Show TV" ilə qardaş kanal olmuşdu. Futbol yayımı hüquqlarını alaraq abunəçi sayını 700.000-ə çatdırmışdı. Bundan əlavə hər ay abunəçilərinə "Cine5 Jurnalı"nı göndərərək bir ilki imzalamışdı. "Cine5" 2000-ci ildə Qalatasarayın UEFA Kubokunu götürdüyü mövsümün bütün qarşılaşmalarını (TRT-nin yayımladığı final xaric) yayımlamışdı. O vaxt xalqın istəyinə əsasən işləyən "Cine5" xalqın sevgisini qazanmışdı. 1997-ci ildə "Maxi TV" və "Supersport" adlı qardaş kanalları qurulmuşdu. 2000-ci ilin sentyabr ayında "Cine+Digital" qurulmuş və həmin vaxt yenə futbol yayımı hüquqlarını almışdı. Həmçinin abunəçilərinə dünyanın ən çox izlənilən 2 sənədli kanalı - Travel Channel və AdventureOne kanallarını təqdim etmişdi.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Günel
Günel — Qadın adı.
Intel
Intel Corporation (tələffüz edilir: "İntel Karpereyşn") — ABŞ şirkəti. Geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlər, sistem məntiqi qurğuları və s. istehsal edir. Mənzil-qərargahı ABŞ-nin Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir. == Tarixi == Şirkəti Robert Noys və Qordon Mur Fairchild Semiconductor şirkətindən getdikdən sonra 18 iyul 1968-ci ildə təsis ediblər. Sonradan onlara Endryu Qrouv də şəriklik etdi. Şirkətin biznes-planı Robert Noysun çap maşınında hazırlandı və cəmi bir səhifə təşkil edirdi. Əvvəl Fairchild şirkətinə yardım edən maliyyəçi onlara $2,5 milyon həcmində ilkin kapital verdi. İntel 1971-ci ildə Busicom yapon şirkəti ilə əməkdaşlıq etdikdən sonra ona ilk uğur gəldi. O zaman İntel on iki xüsusi mikrosxemə sifariş aldı, ancaq mühəndis Ted Haffanın təklifi ilə bir ədəd universal Intel 4004 mikpoprosessoru hazırladı.
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.