Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vine
Vine — Twitter tərəfindən 2013-cü ilin yanvar ayında istifadəyə təqdim edilən pulsuz video paylaşma tətbiqi. Tətbiq, istifadəçinin maksimum 6 saniyəlik qısa videolar çəkməsini təmin edir. Çəkilən videolar Facebook və Twitter üzərindən paylaşıla bilir. Həmçinin, Dünyada və Türkiyədə gündəlik həyatda istifadə edilən tətbiqi halına gəlmişdir. 27 oktyabr 2016-cı ildə tətbiqin bağlanacağı çatdırılmışdır. İstifadəçilərin videoları Vine tətbiq daxilində yayımlanırdı və Facebook, Instagram və Twitter kimi digər xidmətlərdə də bu videoları paylaşmaq mümkün olurdu. Vine tətbiqi, digər istifadəçilərin yaydığı video materiallara, mövzu qruplarına və populyar meyilli video materiallara nəzər salmaq üçün də istifadə edilə bilirdi. Vine Instagram və Mobli kimi məşhur tətbiqlərlə yarışmağı bacarmışdır. 2015-ci ilin dekabr ayında, Vine, 200 milyon aktiv istifadəçiyə malik idi. Vine, Dom Hofmann, Rus Yusubov və Kolin Kroll tərəfindən 2012-ci ilin iyun ayında yaradılıb.
Banyan VINES
Banyan VINESVINES (for Virtual Integrated NEtwork Service) Banyan şirkətinin təklif etdiyi şəbəkə növü (Banyan uzun budaqları və çoxlu kökləri olan ağacdır.) 1984-cü ildə istifadəyə verilmişdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Eli Vizel
Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. == Həyatı == 30 sentyabr 1928-ci ildə Rumıniyada dörd uşaqlı bir Yəhudi ailənin üçüncü uşağı olaraq doğuldu. 19 Aprel 1944-də Faşistlər tərəfindən ailəsiylə birlikdə Auşvitz həbs düşərgəsi və Buhenvald həbs düşərgəsinə göndərildi. Sol qoluna döyməklə A-7713 nömrəsi işləndi. Anası və ən kiçik qardaşının burada öldürüldüyü sanılır. 1944-cü ilin sonunda atası ilə birgə Buhenvald həbs düşərgəsi nəql edildi. Atası 28 Yanvar 1945-də aclıq və xəstəlikdən öldü. O tarixə qədər atası ilə birgə qalmağı bacardı. Düşərgələrdə işlədilərək keçirdiyi bir ilin ardından, 11 Aprel 1945-də Buhenvald həbs düşərgəsinin Amerikan ordusu tərəfindən ələ keçərilməsiylə, azadlığına qovuşdu. Döyüşdən sonra bir Fransız yetimxanasına yerləşdirildi və həyatda qalmağı bacaran iki bacısıyla bir araya gəldi.
Kinel bayrağı
Kinel bayrağı — Samara vilayətində yerləşən Kinelin bayrağı
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü. Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur. Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.
Ninel Yultıyeva
Ninel Yultıyeva (başq. Нинель Дауыт ҡыҙы Юлтыева; 3 fevral 1926, Ufa, SSRİ – 2014, Kazan) — Sovet balerinası, müəllim, xoreoqraf. Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar artisti (1953). Rusiya Sovet Federativ Sosialist Respublikası xalq artisti (1957). Tatarıstan Respublikasının xalq artisti (1996). Başqırdıstan Respublikasının xalq artisti (1995) 3 fevral 1926-cı ildə Ufada bir başqırd yazıçısı və ictimai xadimi Daut Yultiyevin ailəsində anadan olmuşdur. 1935–1941-ci illərdə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasında oxumuşdur. 1968-ci ildə A. Y. Vaqanova adına Rusiya Balet Akademiyasının pedaqoji şöbəsini bitirir. 1972-ci ildə N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının xoreoqrafiya şöbəsini bitirib. 1941–1946-cı illərdə Başqırdıstan Opera və Balet Teatrının solisti olmuşdur.
Norbert Viner
Norbert Viner (ing. Norbert Wiener; 26 noyabr 1894[…], Kolumbiya[d], Missuri, ABŞ – 18 mart 1964[…], Stokholm) — ABŞ riyaziyyatçısı, kibernetikanın əsas müddəalarını qısa və dürüst ifadə etmişdir. "Kibernetika" əsərinin müəllifidir. Riyazi analiz və ehtimal nəzəriyyəsi sahələrində də çalışmışdır. Norbert Viner 26 noyabr 1894-cü ildə Kolumbiya şəhərində anadan olmuşdur. Atası poliqlot, slavist, ədəbiyyat bilicisi, tərcüməçi idi. Viner kiçik yaşlarından qədim dilləri, təbiət elmlərini öyrənir, çox mütaliə edirdi. O, fövqəladə istedada malik idi: orta məktəbi 11, ali məktəbi isə 14 yaşında bitirmişdi (onda elmlər bakalavrı dərəcəsini almışdı). 17 yaşında incəsənət magstri olmuş, 18 yaşında isə riyazi məntiq sahəsində fəlsəfə doktoru adını almışdır. Harvard universitetinin təqaüdünü alan Viner Kembric və Gyottingen universitetlərdinə təcrübə keçirdi.
Rinel Pius
Vinek xan
Vinek xan — (bolq. Винех) - Bulqar xanı. 754-762 yaxud 756-762 illərində hökmdarlıq etmişdir. Uokil sülaləsindən idi. Kormisoş xanın bacısı oğludur. İmperator V Konstantin Frakiya ətrafını gücləndirməyə, erməniləri və suriyalıları bölgəyə köçürməyə başlamışdı. Buna cavab olaraq Kormisoş xan, illik verilən verginin artırılmasını tələb etmişdi. Cavab almayan xan hücuma keçmiş lakin məğlub olmuşdu. Bu məğlubiyyətin nəticəsi olaraq saray çevrilişi nəticəsində devilmiş, taxta bacısı oğlu Vinek xan gəlmişdi. Taxta çıxarkən V Konstantinə hücum edən xan Karnobat yaxınlığında məğlub olmuş, sülhə məcbur edilmişdi.
Vinəq (Xudafərin)
Vinəq (fars. وينق‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (32 ailə).
Viner Kitabxanası
Viner Kitabxanası (de, ing. Wiener Holocaust Library) — dünyanın ən qədim Holokost və soyqırım araşdırmalarına həsr olunmuş kitabxanalarından biridir. 1933-cü ildə Almaniyada yaradılan kitabxana, 1939-cu ildə Böyük Britaniyaya köçürülmüş və bu gün London şəhərində fəaliyyət göstərir. Kitabxana, nasizmin, Holokostun, antisemitizmin və digər soyqırım hadisələrinin sənədləndirilməsi və araşdırılması üzrə ən əhəmiyyətli mənbələrdən biridir. == Kitabxananın əsas xüsusiyyətləri == === Arxivi === Viner Kitabxanası, nasist Almaniyası və Holokostla bağlı 1 milyondan çox sənəd, kitab, jurnal, əlyazma, fotoşəkil və digər arxiv materiallarını toplayır. Bu kolleksiya, həm soyqırımı anlamaq, həm də qurbanların xatirəsini yaşatmaq üçün əhəmiyyətli bir mənbədir. Kitabxana Holokost, antisemitizm, nasist təqibləri və digər soyqırımlar üzrə elmi araşdırmaları dəstəkləyir. Araşdırmaçılar, tələbələr və maraqlanan şəxslər üçün geniş tədqiqat resursları və məsləhət xidmətləri mövcuddur. Viner Kitabxanası, Holokost və soyqırım tarixi ilə bağlı maarifləndirici proqramlar, sərgilər və seminarlar təşkil edir. Bu tədbirlər vasitəsilə ictimaiyyətə tarixi məlumatlar çatdırılır və gələcəkdə belə faciələrin qarşısının alınmasına töhfə verilir.
Sabrina Viel
Sabrina Viel (d. 17 fevral 1973; Belluno, İtaliya) — İtaliyanı təmsil edən buzüstü hokkeyçi. Sabrina Viel İtaliya yığmasının heyətində 2006-cı ildə İtaliyanın Turin şəhərinin ev sahibliyində baş tutan XX Qış Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan üç oyunun hamısında məğlub olan İtaliya yığması, Turin Olimpiadasını sonuncu, 8-ci yerdə başa vurdu.
Vine (İzer)
Vine (fr. Vinay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Syud Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38559. Kommunanın 2012-ci il üçün əhalisi 3987 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 168 ilə 580 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 26 km qərbdə yerləşir.
İnel xaqan
İnel xaqan — Aşina sülaləsindən göytürk xaqanı. Əsl adı Bögü (拓西可汗) olmuşdur. 699-cu ildə Qapağan xaqan tərəfindən kiçik xaqan təyin olunmuşdu. 714-cü ildə Beşbalıq mühasirəsində iştirak etmişdir. Xaqanın vaxtsız öldürülməsi ölkədə çaxnaşma yaratdı, 716-cı ilin iyununda İnel özünü xaqan elan etdi. Lakin elə həmin ay da Kül Tegin tərəfindən ələ keçirilib öldürüldü.
Viner-Nyoyştadt adası
Viner-Nyoyştadt adası — Frans-İosif Torpağına daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. Ən hündür nöqtəsi — 620 m. Bu həmdə arxipelaqın ən hündür nöqtəsidir. Sahəsi 237 km²-dir. Adanın az bir hissəsi buzdan azddır. Buna misal kimi Vasilev burnunu göstərmək olar. Burada Forbs buzlağı yerləşir. Ada Payer-Vayrext ekspedisiyası tərəfindən Avstriya-Macarıstanın bir şəhəri olan Viner-Noyştadt şəhəri şərəfinə adlandırılmışdır. Adanın sahillərini Barens dənizi yuyur.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Fisel
Fisel (fr. Ficelle)- Bagetə oxşar, lakin çox incə çörək növüdür. Fisel (ficelle) sözü Fransızca "sim" deməkdir. Baget kimi, bu çörək növünündə sərt, qəhvəyi rəngli qabığı və çoxlu hava boşluğu var.
Günel
Günel — Qadın adı.
Intel
Intel Corporation və ya qısaca Intel — mərkəzi ofisi Santa-Klarada yerləşən Amerikan transmilli korporasiya və texnologiya şirkəti. O, gəlirlərinə görə dünyanın ən böyük yarımkeçirici çip istehsalçılarından biridir və əksər fərdi kompüterlərdə (PC) mövcud olan x86 seriyalı təlimat dəstlərinin tərtibatçılarından biridir. Intel 2007-ci ildən 2016-cı maliyyə ilinə qədər təxminən on il ərzində ümumi gəlirə görə ən böyük ABŞ korporasiyalarının 2020 Fortune 500 siyahısında 45-ci yeri tutub. Intel əksər kompüter sistemi istehsalçıları üçün mikroprosessorlar, həmçinin ana lövhə çipsetləri, şəbəkə interfeysi kontrolleriləri və inteqral sxemlər, fləş-yaddaş, qrafika çipləri, gömülü prosessorlar və kommunikasiya və hesablama ilə bağlı digər cihazlar istehsal edir. Intel (Integrated electronics) 18 iyul 1968-ci ildə yarımkeçirici qabaqcılları Qordon Mur (Mur qanununa görə), Robert Noys (1927–1990), Artur Rok (vençur kapitalisti) tərəfindən təsis edilib və Endryu Qrovun icraçı rəhbərliyi və baxışı ilə əlaqələndirilir. Intel Silikon vadisinin yüksək texnologiya mərkəzi kimi yüksəlişinin əsas komponenti idi. Noys inteqral sxemin (mikroçip) əsas ixtiraçısı idi. Intel 1981-ci ilə qədər biznesində əsas yeri tutan SRAM və DRAM yaddaş çiplərinin erkən tərtibatçısı idi. Şirkət 1971-ci ildə dünyanın ilk kommersiya mikroprosessor çipini yaratsa da, bu fərdi kompüterin uğuruna qədər onun əsas biznesinə çevrilməmişdi. 1990-cı illərdə Intel kompüter sənayesinin sürətlə böyüməsini təmin edən yeni mikroprosessor dizaynlarına böyük sərmayə qoydu.
Jizel
Jizel (fr. Giselle, ou les Wilis) — bəstəkar Adolf Adanın iki pərdəli, "fantastik balet"i. Baletin librettosunun müəllifləri Jül-Anri Sen-Jorj, Teofil Qotye və Jan Koralli librettonu Henrix Heyne tərəfindən nəql olunan əfsanə əsasında yazmışlar. Xoreoqrafiya Jül Perronun iştirakı ilə Jan Koralli, dekorasiyalar Pyer Siseri, kostyumlar Pol Lormye tərəfindən hazırlanmışdır.
Kisel
Kisel (est. kissell, fin kiisseli, latış. ķīselis‎, lit. kisielius, pol. kisiel, rus. кисель, kisél’, ukr. кисiль) – şirin, jele kimi desert xörəyi. == Hazırlanma qaydası == Kisel hazırlamaq üçün təzə və qurudulmuş meyvə-giləmeyvə, şirə, şərbət, mürəbbə, cem, povidlo, çörək kvası, süd və başqa xammallardan istifadə edilir. Kisel şəkər əlavə etməklə kartof və ya qarğıdalı nişastasından hazırlanır. Meyvə-giləmeyvə nişastasını hazırlamaq üçün kartof nişastasından hazırlamaq lazımdır, çünki qarğıdalı nişastası ilə bulanıq kisel əldə edilir.
Kizel
Kizel — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Lindl.
Con Lindli (Con Lindley) (ing. John Lindley; 5 fevral 1799[…] – 1 noyabr 1865[…], Ternem-Qrin[d], Böyük London) – İngiltərə botaniki.
Lintel
Lintel — binalardakı qapı və pəncərələr kimi şaquli boşluqlara üfüqi şəkildə yerləşdirilmiş və divarın davam etməsinə imkan verən bir memarlıq blokudur. Lintellər qonşu divarlara oturacaq formasında yerləşdirilmiş daş, beton və ya ağacdan da hazırlana bilər. Dekorativ memarlıq elementi kimi də istifadə olunan lintellərə daha çox portallarda, qapılarda, pəncərələrdə və kaminlərdə rast gəlinir.
Dinle
Dinle (türk. Dinle) — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir. "Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur. Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
Bizel
Bizel yumurta ağı və şəkər tozundan hazırlanan köpüklü qurabiyə növüdür. Fransızca "baiser" sözündəndir və tərcüməsi öpmək deməkdir. İsveçrə və Fransada "Meringue" kimi də tanınır. 100 °C qızdırılmış olan sobada 1-2 saat ərzində adətən qurudularaq hazırlanır. Bu qarışığa limon suyu əlavə edildiyi zaman, bizel daha möhkəm bir vəziyyətə gəlir. == Növləri == Soyuq qarışdırılmış bizel: Yumurta ağı sərtləşənə qədər qarışdırılır, hər yumurtaya 50 q şəkər tozu əlavə edildikdən sonra qarışdırılmağa davam edilir. Bir qaşıq və ya formavermə vasitəsinin köməyi ilə əvvəlcədən yağlanmış podnosa düzülür və sobaya yerləşdirilir. İlıq qarışdırılmış bizel: Hazırlanma qaydası soyuq qarışdırılmış bizelə çox oxşayır, lakin burada yumurtanın ağı köpüklənməyə başlayan kimi qab 50 °C su vannasına yerləşdirilir və orada qarışdırılmağa davam edilir. İş maraqlı tərəfi ondadır ki, su qaynamır. Şəkər tozu əlavə edildikdən qaşığın köməyi ilə podnusa yerləşdirilir və bundan sonra bişirilir.