Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xoyski
Xoyski — təxəllüs, soyad.
Qoyko
Qoyko — ad. Qoyko Arneri — Yuqoslaviyalı üzgüçü. Qoyko Doqo — Serbiyalı şair. Qoyko İvkoviç — Serbiya futbolçusu. Qoyko Kaçar — Serbiya futbolçusu. Qoyko Mitiç — Yuqoslaviyalı kinoaktyor. Qoyko Piyetloviç — Serbiyalı su polosu qapıçısı. Qoyko Vuçiniç — Serbiyalı həndbolçu. Qoyko Zek — Serbiya futbolçusu.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Fətəlixan Xoyski
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Xoyski hökuməti
I Xoyski hökuməti
Boyko Borisov
Boyko Borisov (13 iyun 1959[…]) — Bolqarıstanın baş naziri. == Futbolçu karyerası == Bolqarıstanın futbol üzrə III divizionunda çıxış edən "Tayqers" klubunda oynayır.
Boşko Raduloviç
Boşko Raduloviç (6 oktyabr 1996) — Monteneqrolu üzgüçü. Boşko Raduloviç Monteneqronu 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Boşko Raduloviç birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 25.24 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 53-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Denis Boyko
Denis Aleksandroviç Boyko (29 Yanvar, 1988) - Ukraynalı qapıçı mövqeyində oynayan futbolçu. Ukrayna Premyer Liqası klubu Dnipro Dnipropetrovskun şərəfini qoruyur. == Klub Kariyerası == Boyko Kiyevdə anadan olub və gənc dövrünü Dinamo Kiyevdə keçirib və debüt oyununa 9 may 2010 tarixində Metallurq Zaporojyeyə qarşı çıxıb. UEFA Avropa Liqasında 2014-15 mövsümündə Dnipro ilə final oynayıb lakin finalda Sevilyaya 2-3 hesabı ilə uduzub. 24 Noyabr 2015 tarixində UEFAnın təşkil etdiyi İlin Ən Yaxşı Qapıçısı mükafatına 4 namizəd qapıçıdan biri olub. Digər namizədlər isə Yuventusdan Canluici Buffon, Bayern Münhendən Manuel Noyer və Mançester Sitidən Co Hart olub. == Şəxsi həyatı == Denis Boyko, ukraynalı müdafiəçı Aleksandr Boykonun oğludur. Denis Boyko 2011-ci ildə ailə həyatı qursa da həmin il həyat yoldaşından ayrılıb. 2012-ci ildə isə o təkrar ailə həyatı qurub.
Fosko Sinibaldi
Romen Qari (əsl adı Roman Katsev (Roman Kacew), təxəllüsü Emil Ajar (Émile Ajar); 21 may 1914, Vilnüs, Rusiya imperiyası – 2 dekabr 1980[…], Parisin 7-ci dairəsi[d], Fransa) — yəhudi əsilli fransız yazıçısı, kinorejissor, ssenarist və diplomat. İkinci dünya müharibəsi dövründə hərbi pilot olmuşdur. İki dəfə Qonkur mükafatı laureatı olan yeganə şəxsdir (1956, 1975). == Həyat və yaradıcılığı == Əsl adı Roman Katsev olan yazıçı 8 may 1914-cü ildə Rusiya imperiyasının Vilna şəhərində (indiki Vilnüs, Litva), yəhudi ailəsində dünyaya gəlmişdir. Üç yaşında ikən ailəsi ilə birlikdə Varşavaya köçür. Atası Arye-Leyb Katsev 1925-ci ildə ailəni tərk edir və yenidən evlənir. Bu vaxtdan etibarən Roman anası Nina Ovçinski tərəfindən tərbiyə olunur. 1928-ci ildə o, anası ilə Fransaya, Nitsa şəhərinə köçür. Bu dövrdə Eks-an-Provans və Paris şəhərlərində hüquq təhsili alır və eyni zamanda hərbi pilot olmağa hazırlaşır. İkinci dünya müharibəsi dövründə Roman Böyük Britaniyaya gedir və Şarl de Qoll tərəfindən yaradılan müqavimət hərəkatına qoşulur.
Qoyko Arneri
Qoyko Arneri (29 avqust 1935, Pojarevaç[d] – 23 fevral 1983) — Yuqoslaviyalı keçmiş üzgüçü. Qoyko Arneri Yuqoslaviyanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qoyko Arneri birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:00.5 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Qoyko Mitiç
Qoyko Mitiç (serb. Гојко Митић, doğ.1940) — serb əsilli yuqoslav kinoaktyoru, rejissoru və kaskadyoru. == Həyatı == Qoyko Mitiç 13 iyun 1940-cı ildə Serbiyanın Leskovats şəhəri yaxınlığındakı Stroykovts kəndində kəndli ailəsində anadan olub. Belqrad Bədən Tərbiyəsi institutunu bitirib.
Roşko ədədi
Roşko ədədi — Maye mexanikasında titrəyən axın mexanizmlərini xarakterizə edən adsız kəmiyyət. Ədəd Amerika Aeronavtika professoru olan Anatol Roşkonun şərəfinə adlandırılıb. Aşağıdakı kimi ifadə olunur: R o = f L 2 ν = S t R e {\displaystyle \mathrm {Ro} ={fL^{2} \over \nu }=\mathrm {St} \,\mathrm {Re} } S t = f L U , {\displaystyle \mathrm {St} ={fL \over U},} R e = U L ν {\displaystyle \mathrm {Re} ={UL \over \nu }} burada St adsız kəmiyyət olan Struhal ədədi; Re Reynolds ədədi; U orta axın sürəti; f axının yayılma tezliyi; L xarakterik uzunluq (məsələn, hidravlik diametr); ν mayenin kinetik özlülüyüdür. == Qarşılıqlı əlaqə == Roşko Re=50-dən Re=2000-ə qədər dairəvi silindrlər ətrafında havanın axını üzrə təcrübələr apardıqdan sonra aşağıdakı əlaqəni müəyyən etmişdir: R o = 0.212 R e − 4.5 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -4.5} [ 50 <= Re < 200] bərabər olar. R o = 0.212 R e − 2.7 {\displaystyle \mathrm {Ro} =0.212\mathrm {Re} -2.7} [200 <= Re < 2000] bərabər olar.Ormiyer və Provansal bir sahədə axının yayılma tezliyini araşdırmış və 280 < Re < 360 intervalında Ro və Re arasında qarşılıqlı əlaqəni aşkarlamışlar. == Qeydlər == == Xarici keçidlər == Olim, A. M.; Riethmuller, M. L.; Gameiro da Silva, M. C. "Flowfield characterisation in the wake of a low-velocity heated sphere anemometer". Exp. Fluids. 32 (6). 2002: 645–651.
Sosko Ambalov
Sosko Ambalov (18 (30) oktyabr 1870, Ardon, Şimali Osetiya – 1937) — Osetiya ictimai xadimi, etnoqraf, tərcüməçi, dilçi və Osetiya folklorunun toplayıcısı. == Bioqrafiyası == 18 oktyabr 1870 -ci ildə Ardon kəndində (bu gün - şəhərdir) gizir ailəsində anadan olmuşdur. Doğulduğu kənddə kilsə məktəbini bitirdikdən sonra Ardon İlahiyyat Seminariyasına daxil olur. XIX əsrin 90-cı illərində kitab nəşriyyat cəmiyyətinin qurulmasının təşəbbüskarlarından biri olur. Osetiyalı müəlliflərin əsərlərini nəşr etdirməklə məşğul olur, xüsusən də ilk dəfə şair Kosta Xetaqurovun "Osetiya lirası" şeirlər toplusunu nəşr etdirir. İlk nömrəsi 23 iyul 1906-cı ildə nəşr olunan "İron qazet" qəzetinin nəşrini təşkil edir və 1907-ci ildən "Noq sard" (Yeni həyat) qəzetini nəşr etdirir. Dostları Babu Zanqiyev və Mixa Basiyev ilə birlikdə Laba kəndindən Vladiqafqaza gedən mərhum Kosta Xetaqurovun cənazəsini müşayiət edir. 1918-ci ildə Osetiya Tarix və Fəlsəfə Cəmiyyətinin üzvü olur. Cəmiyyətin göstərişi ilə 1920-ci illərdən etibarən osetin şifahi xalq yaradıcılığının əsərlərini toplamağa başlayır. Ekspedisiyaları əsasında osetin xalq əfsanələrinin toplusunu nəşr etdirir.
Vozko BK
Vozko BK — Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Ukrayna basketbol komandası. 1996-cı ildə əsası qoyulmuşdur. Klub beş mövsüm Ukraynanın basketbol üzrə Superliqasında iştirak etmişdir. 2005-ci ildə buraxılmışdır . == Tarixi == Nikolayevskaya vilayətinin Voznesensk şəhərini təmsil edən Vozko basketbol komandası 1996-cı ildə "Vozko" yerli dəri birliyinin vəsaiti hesabına təsis edilmişdir. "Vozko" dəri birliyi inflyasiyaya uğrayaraq 2015-ci ildə ləğv olunmuşdur. Komanda müəssisənin adı ilə Vozko adlandırılmışdır.
İra Losko
İra Losko (ing. Ira Losco; 31 iyul 1981, Slima[d]) — Malta müğənnisi. O, Maltanı 2002 və 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == İra Losko indiyədək ümumilikdə 20-yə yaxın ölkədə çıxış etmiş və 20-də artıq mükafat qazanmışdır. O, Elton Con, Keti Melua, Maroon 5, Akon, Ronan Kitinq, Bob Qeldof, Tokio Hotel və Cici D'Alessio kimi beynəlxalq ulduzlarla bir səhnəni bölüşmüşdür. Losko musiqi karyerasını kollec qrupu olan Tiara ilə başlatmışdır. Qrup fəaliyyətini dayandırdıqdan bir müddət sonra Losko Maltanı Estoniyanın paytaxtı Tallində keçirilən 2002 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müsabiqədə ifa etdiyi "7th Wonder" mahnısı ilə İra finalda iştirak edən 24 ölkə təmsilçisi arasında Maltaya 164 xalla ikinci yeri qazandırmışdır. Bu Maltanın Avroviziyadakı ən yaxşı nəticəsi olaraq qalmaqdadır.2003-cü ildə İra Losko Maltada keçirilən Kiçik Avropa dövlətlərinin idman oyunlarının açılışında "Reaching Higher" mahnısı ilə çıxış etmişdir. 2008-ci ildə ifaçı Midalja għall-Qadi tar-Repubblika Respublikaya xidmət medalı ilə təltifləndirilmişdir.
Nataliya Vasko
Nataliya Lyubomirivna Vasko (ukr. Наталія Любомирівна Васько; 19 oktyabr 1972, Çervonoqrad[d], Lvov vilayəti) – Ukrayna aktrisası və televiziya aparıcısı. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur. O, "Qur-qur yuvası" (2017) filmindəki roluna görə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə "Qızıl Dziqa" mükafatını qazanmışdır. O, həmçinin Ukrayna Kino Akademiyasının üzvüdür. == Həyatı == Vasko 19 oktyabr 1972-ci ildə Lvov vilayətinin Çervonoqrad şəhərində anadan olmuşdur. Gəncliyində "Nağıl" uşaq yaradıcılığı teatrında fəaliyyət göstərmişdir, burada şahzadələrdən tutmuş canavarlara qədər müxtəlif rollarda çıxış etmişdir. Məktəbi bitirdikdən sonra Kiyev Milli İ. K. Karpenko-Kari Teatr, Kino və Televiziya Universitetinə daxil olmuş və 1994-cü ildə universitetdən məzun olmuşdur. 4-cü kursda Kiyev Akademik Dram və Komediya Teatrında oynamağa başlamışdır. 1999–2019-cu illərdə Kiyev Milli Akademik Molodiy Teatrının aparıcı aktrisası olmuşdur.2008-ci ildə Vasko Ukraynanın Inter telekanalında yayımlanan "Inter ilə səhər" verilişinin aparıcısı olmuşdur.
Yoşko Qvardiol
Coşko Qvardiol (23 yanvar 2002, Zaqreb) — Almaniya Bundesliqasında çıxış edən Leypsiqin və Xorvatiya millisinin futbolçusu. == Klub karyerası == === Leypsiq === Qvardiol Bundesliqada debütünü 20 avqust 2021-ci ildə VfB Stuttgart üzərində 4-0 hesablı qələbə ilə bitən matçda etdi. O, tez bir zamanda özünü Leypsiqin ilk 11-liyinə daxil ola bildi və yaxşı çıxışı ilə diqqət çəkdi. Çempionlar Liqasında sentyabrın 15-də o, "Mançester Siti"yə 6-3 hesabı ilə məğlub olduqları matçda debüt etdi. Dekabrın 11-də o, Borussiya Münhenqladbax üzərində 4-1 hesablı qələbədə Leypsiqin heyətində debüt qolunu vurdu. 23 yanvar 2022-ci ildə Volfsburq üzərində 2-0 qalib gəldikləri matçda mövsümdə ikinci qolunu vurdu. Mövsümün sonuna qədər Qvardiol Leypsiq-ə DFB-Pokal-da qalib gəlməyə və klub tarixində ilk dəfə hər iki uğura imza ataraq Leypsiqin Avropa Liqasının yarımfinalına yüksəlməsinə kömək etdi. Bundan əlavə, DFB-Pokal qazanmaq həm də klubun tarixində ilk böyük kubok titulu idi. Avqustun 12-də France Football, Qvardiolun 2022-ci il Kopa Trophy üçün namizədlərdən biri olduğunu elan etdi və o, nəticədə altıncı yeri tutdu. Sentyabrın 1-də Qvardiol Leypsiq ilə müqaviləsini 2027-ci ilə qədər uzatdı, klub Çelsi-nin oyunçu üçün 90 milyon avroluq təklifini rədd etdi.
Cahangir xan Xoyski
Xoyski Cahangir xan İskəndər xan oğlu - çar ordusunun general-mayoru. == Həyatı == Cahangir xan İskəndər xan oğlu Xoyski, Sankt-Peterburq Universitetinin hüquq fakultəsini qurtarıb. Titulyar müşavir. Nuxa məhkəməsində hüquq məsləhətçi, tərcüməçi vəzifəsində işləyib. 1907-1909-cü illərdə Gəncə şəhər Upravasında hüquq borosunda hüquq məsləhətçisi, 1908-1909-cü illərdə Gəncə şəhər Dumasının deputatı seçilmişdir. == Ailəsi == Cahangir xanın həyat yoldaşı Səltənətbəyim xanım olmuşdur. Onların dörd övladı vardı: Əmiraslan xan (1885-1952), Sarabəyim xanım (1888-1942), Sehranbəyim xanım (1892-1964), Teymur xan (1895-?). Cahangir xan 1920-ci ildə Gəncədə vəfat edib.
Cəfərqulu xan Xoyski
Cəfərqulu xan Dünbili, Cəfərqulu xan Xoyski, Cəfərqulu xan Xoylu — Xoy xanı, Marağa bəylərbəyi, Xoy ətrafında məskunlaşmış kürd dünbülü tayfasının rəisi, Şəki xanı, rus ordusunun general-leytenantı, Xoyski soyadını daşımış ilk şəxslərdən biri. == Atasının adı ilə bağlı mübahisələr == Mayor Lisaneviç tərəfindən 1804-cü ildə tərtib edilmiş "Qarabağ xanlarının nəsil şəcərəsi"ndə İbrahim xanın nəvələrindən bəhs edilərkən qeyd edilmişdir ki, İbrahim xanın nəvələrindən birinin − Böyük xanın, anası xoylu Əhməd xanın qızı və Cəfərqulu xanın bacısıdır. Buradan isə belə çıxırdı ki, Cəfərqulu xanın atası Əhməd xandır?! Lakin son tədqiqatlara əsasən və bu tədqiqatlar əsasında tərtib olunmuş xoyskilərin mükəmməl nəsil şəcərəsinə görə Əhməd xan heç də Cəfərqulu xanın atası yox, əslində qardaşı imiş və onların hər ikisinin atası Şahbaz xandır. == Həyatı == Cəfərqulu xan Əhməd xan oğlu Dünbili Xoy şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Batmanqılınc ləqəbi ilə tanınırdı. Atası Əhməd xanın 1786-cı ildə öldürülməsindən sonra qaçıb canını qəsdçilərdən qurtarmışdı. Qardaşı Hüseynqulu xan qəsdçilərin əlində qalmışdı. O İbrahimxəlil xan Cavanşirin kürəkəni olduğundan öldürülmədi.
Fətəli Xan Xoyski
Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (az.-əbcəd فتلیخان ایسگندر اوغلو خویسکی‎; 7 dekabr 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır. == Həyatı == === İlk illəri === Fətəli xan Xoyski 1875-ci il dekabrın 7-də Nuxa şəhərində anadan olub. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi. Kürd mənşəli Xoy və Şəki sahibkar xanların nəslindən, Dünbili tayfasındandır. Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı. Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu. Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi. Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.
Hüseynqulu xan Xoyski
Xoyski Hüseynqulu xan İsgəndər xan oğlu (1869, Yelizavetpol – 1955, İstanbul) – çar ordusunun general-mayoru. Fətəli xan və Rüstəm xan Xoyskilərin böyük qardaşı. == Həyatı == Hüseynqulu xan Xoyski 1869-cu ildə Gəncə şəhərində dünyaya gəlmişdi. Əsli-nəsli Cənubi Azərbaycanın Xoy şəhərindən idi. Atası İsgəndər xan rus ordususunun general-leytenatı olmuşdu. Vladiqafqaz progimnaziyasını bitirmişdi. 22 iyul 1887-ci ildə 45-ci draqun Şimal alayında hərbi xidmətə başlamışdı. Unter-zabit rütbəsindən general-mayor rütbəsinədək ucalmışdı. General Hüseynqulu xan Xoyski 1955-ci ildə İstanbulda vəfat etmiş və orada da dəfn olunmuşdur. == Azərbaycan Demokratik Respublikası dövründə == Hüseynqulu xan Xoyski Azərbaycan Xalq Cumhiriyyəri dövründə Gəncənin general-qubernatoru Xudadat bəy Rəfibəylinin müavini idi.
III Xoyski hökuməti
III Xoyski hökuməti və ya Üçüncü hökumət kabineti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 3-cü, Fətəli xan Xoyskinin başçılığı ilə 26 dekabr 1918 tarixindən 14 mart 1919-cu ilədək fəaliyyət göstərmiş koalisiya hökuməti. == Zəmin == Azətrbaycan Xalq Cümhuriyyəti Parlamenti işə başladıqdan sonra, Fətəli xan Xoyski parlamentdən hökumət kabinetinin istefasını qəbul etməsini xahiş etdi. Parlamentin bu istəyi qəbul etməsindən sonra, yeni hökumət kabinetinin qurulması da Fətəli xan Xoyskiyə tapşırıldı. Həsən bəy Ağayevlə məktublaşmalarından məlum olur ki, Fətəli xan Xoyski bu istəyi Həsən bəy Ağayevin çox saylı xahişindən sonra qəbul etmişdir. == Tərkibi == Dekabrın 26-da Fətəli xan Xoyski üçüncii hökumət kabinəsinin proqramı və tərkibi barədə parlamentdə çıxış etdi. Müzakirələrdən sonra parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Yeni kabinədə xalq səhiyyəsi naziri postu müvəqqəti olaraq dövlət nəzarəti naziri Məmmədhəsən Hacınskiyə, əmək naziri postu isə müvəqqəti olaraq poçt və teleqraf naziri Aslan bəy Səfikürdskiyə həvalə edildi. == Fəaliyyəti == Fətəli xan Xoyskinin təşkil etdiyi Hökumət kabinəsi ilə əlaqədar olaraq general Tomson bəyan etdi: " Məmmədhəsən Hacınskinin Azərbaycan nümayəndə heyətinin tərkibində Paris Sülh Konfransına getməsi ilə əlaqədar 1919 il yanvarın ikinci yarısından dövlət nəzarəti naziri vəzifəsini Əliağa Həsənov icra etmişdir. Ölkədə möhtəkirliyin və qiymətlərin artdığı, əhalinin bir qisminin sürətlə varlandığı, digər qisminin isə var-yoxdan çıxdığı bir şəraitdə Parlamentdə müxalifətdə olan İttihad, Əhrar, Sosialistlər fraksiyalarının üzvləri hökuməti bu işdə fəaliyyətsizlikdə təqsirləndirməyə başladı. 1919 ilin yanvar-fevral aylarında keçirilən parlament iclaslarında onlar tərəfindən Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edilirdi.
II Xoyski hökuməti
II Xoyski hökuməti, İkinci hökumət kabineti və ya Müsavat-Bitərəflər hökuməti — Azərbaycan Xalq Cümhuriyyətinin sayca 2-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 17 iyun 1918 tarixindən 7 dekabr 1918-ci ilədək fəaliyyət göstərmiş, müsavatçılar, müstəqillər və bitərəflərdən ibarət müvəqqəti koalisya hökuməti. == Zəmin == Azərbaycan Milli Şurası və Hökumətinin həyata keçirmək istədiyi tədbirlərin "həddindən çox demokratik" istiqamətindən narazı qalan Azərbaycan burjuaziyası və mülkədarlarının müəyyən dairələrinin təsirilə Nuru Paşa Azərbaycan Milli Şurası və Hökumətini şübhə ilə qarşıladı. İyunun 16-da Gəncəyə gələn Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirildi. Birinci qapalı iclas iyunun 17-də saat 12-də şəhər idarəsinin binasında toplandı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin sədri Fətəli xan Xoyski söz alaraq bildirdi ki, Məhəmməd Əmin Rəsulzadə və Məmməd Həsən Hacınski ilə birlikdə onlar Qafqazdakı türk ordusunun komandanı Nuru Paşanın yanında olmuş və Tiflisdə yaradılmış Milli Şura və Azərbaycan Hökuməti haqqında ona məlumat vermişlər. Nuru Paşa cavabında bildirib ki, bir əsgər kimi o, mülki işlərlə kifayət qədər tanış deyil, ona görə də bu barədə onun mülki işlər üzrə müşaviri Əhməd bəy Ağaoğluna müraciət etsinlər. Əhməd bəy Ağaoğlu ilə görüşlərindən bəhs edən Fətəli xan Xoyski məlumat verdi ki, danışıq zamanı Əhməd bəy Ağaoğlu Türkiyə hökumətinin və onun Gəncədəki nümayəndəliyinin Azərbaycanın daxili işlərinə qarışmayacağını bildirdi, lakin Milli Şuranın yeni Hökumət yaradaraq özünü buraxmasını tələb etdi.İyunun 17-də saat 2-də Milli Şuranın çox gərgin şəraitdə keçən ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi Hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun Hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun və gərgin müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti Hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.Milli Şuranın buraxılması haqqındakı birinci sənəddə göstərilirdi ki, həm daxili, həm də xarici siyasət sahəsində Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq, Azərbaycan Milli Şurası bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə təşkil olunmuş Müvəqqəti Hökumətə həvalə edir və ona tapşırır ki, öz hakimiyyətini tezliklə çağırılacaq Müəssislər Məclisindən başqa kimsəyə güzəştə getməsin. Müvəqqəti Hökumətin hüquq və vəzifələri haqqındakı ikinci sənəddə qeyd olunurdu ki, Azərbaycan Hökumətinə Azərbaycanın dövlət istiqlaliyyətini və mövcud siyasi azadlıqları ləğv etmək, aqrar və digər bu kimi mühüm inqilabi əhəmiyyətli qanunları dəyişdirmək səlahiyyəti verilmir. Azərbaycan Hökuməti altı aydan gec olmayaraq Müəssislər Məclisini çağırmalıdır.
I Xoyski hökuməti
I Xoyski hökuməti, Birinci hökumət kabineti və ya Müsavat-Sosialistlər hökuməti— Azərbaycan Xalq Cümhuriyyətinin sayca 1-ci, Fətəli xan Xoyskinin başçılığı ilə 28 may 1918 tarixindən 17 iyun 1918 tarixinədək fəaliyyət göstərmiş, müsavatçılar, bitərəflər, sosialistlər və hümmətçilərdən ibarət koalisya hökuməti. == Zəmin == Cümhuriyyət Hökuməti son dərəcə ağır tarixi şəraitdə formalaşmışdı. Zaqafqaziya Seymi buraxıldıqdan sonra 1918 il mayın 27-də seymin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Mayın 28-də Zaqafqaziya Seyminin fəaliyyət göstərmiş olduğu Tiflisdə — keçmiş Qafqaz canişininin iqamətgahında özünün ilk iclasına toplanan Azərbaycan Milli Şurası uzun və hərtərəfli müzakirələrdən sonra Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini qəbul etdi. Bəyannamənin 6-cı maddəsində göstərilirdi ki,"Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyəyə qarşı məsul Hökuməti-müvəqqəti durur". == Tərkibi == Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. == Fəaliyyəti == Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə -London, Paris, Vaşinqton, İstanbul, Berlin, Madrid, Tehran, Moskva,Roma, Vyana, Buxarest, Sofiya, Tokio, Haaqa, Kopenhagen, Kiyev, Kristianiya (Oslo) və Stokholma rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış Hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi.Tiflisdə yeni müstəqil dövlətin yaradılması ilə əlaqədar ən ümdə təşkilati tədbirləri həyata keçirdikdən və bu haqda bütün dünyaya məlumat verdikdən sonra, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası və Hökuməti öz nüfuz dairəsini bütün Azərbaycan ərazisində yaymaq məqsədilə 1918 il iyunun 16-da Gəncəyə köçdü. Həmin dövrdə Gəncədə real hakimiyyət hələ may ayının axırlarında 300 nəfər hərbi təlimatçı ilə Gəncəyə gəlmiş Türkiyənin Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın əlində idi.
Kəlbəli xan Xoyski
Kəlbəli xan Əhməd xan oğlu Xoyski — Rus ordusunda general mayor, İskəndər xan Xoyskinin atası, Fətəli xan Xoyskinin ata babası. == Həyatı == Cəfərqulu xan Xoyski ilə birlikdə Nuxaya (Şəkiyə) gələn xoylulardan biridir. O, Xoy xanı Əhməd xanın oğlu idi və əmisi Cəfərqulu xanın qızı Sara xanımla evlənmişdi. 1819-cu ildə - Şəki xanlığının ləğv edilməsindən az sonra, ruslar mərhum İsmayıl xanın qohum-əqrəbasının bir qisminə illik təqaüd kəsdilər. Məsələn, o vaxt "Kiçik ağa" ləğəbi ilə tanınan əmisi oğlu Kəlbəli bəyə, yəni Kəlbəli xan Xoyskiyə, əvvəl 1300, sonra isə 2300 manat; onun anası Səltənət bəyimə 1200 manat və s. Lakin bununla yanaşı, həm də onlara Nuxanı tərk etmək "məsləhət" görüldü. Bu arada, İran şahının vəliəhdi Abbas Mirzə rəsmi şəkildə Kəlbəli bəyin İrana qayıtmasını istəyirdi. Həmin işin nə vaxt və nə dərəcədə realizə olması bəlli deyil. Yalnız o məlumdur ki 28 noyabr 1828-ci il tarixli sənəddə onun titulu xan, özü isə "Xoyu idarə edən şəxs" kimi göstərilir". Həmin vaxt Xoy Rus işğalı altında idi və Kəlbəli xanın onlara xidmət etməsinin müqabilində, 22 avqust 1829-cu il tarixdə rütbəsi (–20 ildən artıq idi ki polkovnik idi) artırıldı – general-mayor oldu.