Fətəli xan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu[1] (az.-əski. فتحعلی خان خویسکی; 25 noyabr (7 dekabr) 1875, Nuxa – 19 iyun 1920, Tiflis) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı nəzdində xalq maarif komissarı (1917–1918), Zaqafqaziya Demokratik Federativ Respublikasının ədliyyə naziri (1918). Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Nazirlər Şurası sədri (1918–1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918–1919 və 1919–1920) vəzifələrində çalışmışdır.
Fətəli xan Xoyski | |
---|---|
azərb. فتحعلی خان خویسکی | |
| |
24 dekabr 1919 – 1 aprel 1920 | |
Əvvəlki | Məmməd Yusif Cəfərov |
Sonrakı | vəzifə ləğv edilib |
26 dekabr 1918 – 14 mart 1919 | |
Əvvəlki | Əlimərdan bəy Topçubaşov |
Sonrakı | Məmməd Yusif Cəfərov |
28 may 1918 – 14 mart 1919 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Nəsib bəy Yusifbəyli |
28 may 1918 – 17 iyun 1918 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Behbud xan Cavanşir |
17 iyun 1918 – 6 oktyabr 1918 | |
Əvvəlki | Xəlil bəy Xasməmmədov |
Sonrakı | Teymur bəy Makinski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 noyabr (7 dekabr) 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 1920 (44 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri | |
Partiya |
|
Təhsili |
|
Fəaliyyəti | siyasətçi, vəkil, hakim, hərbi qulluqçu |
Atası | İskəndər xan Xoyski |
Uşağı | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fətəli xan Xoyski 25 noyabr (7 dekabr) 1875-ci ildə Nuxa şəhərində anadan olub.[2] Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiya alayının general leytenantı idi, anası isə Şərəbanı-xanım Hacı Molla Zeynal qızı idi.[3] Kürd mənşəli[4] Xoy və Şəki sahibkar xanların nəslindən,[5] Dünbili tayfasındandır.[6] Xoy xanı olan ulu babası Cəfərqulu İran şahı Fətəli ilə müharibədə məğlub olduğundan 20000 nəfərlik qoşunu ilə Üç kilsəyə – Eçmiədzinə sığınmışdı.
Təhsilini Yelizavetpol (Gəncə) gimnaziyasında başa çatdırdıqdan sonra, Fətəli Xan Moskva Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.[7] O, 1897-ci ildə 1-ci dərəcəli diplom ilə universiteti bitirdi və həmin ilin avqustunda Tiflis məhkəmə palatasının böyük sədrinin əmri ilə Yelizavetpol dairə məhkəməsi yanında məhkəmə vəzifələri üçün kiçik namizəd təyin olundu.[5]
Kutaisi, Zuqdidi və Suxumidə bir neçə il hüquq vəzifələrində çalışdıqdan sonra Fətəli-xan Yelizavetpol quberniyasından Rusiya imperiyasının II Dövlət dumasının müstəqil millət vəkili seçildi.[8] Müxtəlif məqsədli komisiyalara seçilmişdir, habelə: maliyyə, şəxsiyyət toxunulmazlığına aid, ədliyyə nazirliyinin yoxlanışı üçün təqdim olunan Dövlət dumasının 55 üzvünün cinayət məsuliyyətinə cəlb edilməsinə aid (katib vəzifəsində) və amnistiya haqqında qanun layihəsini Dövlət dumasının müzakirəsinə qəbul edilənliyi məsələsinə baxılması üçün yaradılan komisiyalarda.[9]
Müsəlman fraksiyasının üzvü idi, köçürülmə siyasətinin əleyhinə çıxış edirdi, Konstitusiya Demokratik Partiyasının üzvü idi.[10] 1917 Fevral inqilabından sonra 1-ci Qafqaz müsəlmanları qurultayının (aprel, Bakı) iştirakçısı idi; may ayında Moskvada keçirilən 1-ci Ümumrusiya müsəlman qurultayında Ümumrusiya müsəlman Şurasının İcraiyyə Komitəsinin üzvü oldu. Bitərəflə "Müsavat" partiyasının 1-ci qurultayında (26–31 oktyabr) iştirak etmişdir, Azərbaycana Rusiyanın tərkibində muxtariyyət verilməsi haqqında müsavatçıların tələbini dəstəkləyirdi. Bakı şəhər Dumasına (oktyabr 1917 — aprel 1918) rəhbərlik etmişdir. Zaqafqaziya komissarlığı (15 noyabr 1917 – 10 fevral 1918) nəzdində xalq maarif komissarı olmuşdur. Zaqafqaziya Seyminin (10 fevral — 26 may 1918) üzvü; "Müsavat" və demokratik bitərəf qrupun fraksiyasına daxil olmuşdur. Aprel ayından Zaqafqaziya hökumətinin ədliyyə naziri təyin olundu. Müvəqqəti Azərbaycan Milli Şurasının (27 may — 7 dekabr) üzvü. Mayın 27-dən Milli Şuranın icraiyyə komitəsinin sədri olmuşdur.
Zaqafqaziya seymi buraxıldıqdan sonra, 1918-ci il mayın 27-də artıq keçmiş Zaqafqaziya seyminin müsəlman fraksiyası üzvləri yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclasını çağırdılar. Yığıncaq Cənubi Qafqazın şərqi ərazilərin idarə olunmasını öz üzərinə götürmək qərarına gəldi, və özlərini Zaqafqaziya müsəlmanlarının Müvəqqəti Milli şurası adlandırdılar. Milli şuranın yanında 9 nəfərdən ibarət icraçı orqan yaradıldı, onun vəzifəsi respublika həyatının müxtəlif sahələri üzrə planların həyata keçirilməsi idi. F. Xoyski icraiyyə orqanının sədri seçildi.[11]
Ertəsi gün Milli şuranın ilk iclası keçirildi: Seymin buraxılması, Gürcüstanın müstəqilliyini elan etməsi və Azərbaycanın vəziyyəti onun gündəliyində əsas bəndi idi. Şuranın bəzi üzvləri Azərbaycanın müstəqilliyinin elan edilməsinin tərəfdarı idilər, Fətəli-xan Xoyski, öz növbəsində, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına qədər tamhüquqlu hökumətin yaradılması ilə kifayətlənmək və Azərbaycanın müstəqilliyini elan etmədən digər ölkələrlə danışıqlara başlamaq təklifini vermişdi.[11] Nəticədə iki nəfər bitərəf qalmaqla 24 səslə (o cümlədən F. Xoyski) Şura Azərbaycanı dərhal müstəqil demokratik respublika elan edilməsi barədə qərar qəbul etdi. Fətəli-xan Xoyski Müvəqqəti hökumətinin tərkibini açıqladı və orada hökumət başçısı və daxili işlər naziri.vəzifələrini tutdu. Mayın 30-da Nazirlər Şurasının sədri F. X. Xoyski Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi barədə bir sıra xarici işlər nazirlərinə radioqram göndərdi:
Konstantinopol, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Xristiyaniya, Kopenhagen.
Xarici işlər nazirinə
Gürcüstanın çıxması və Zaqafqaziya Federativ Respublikasının dağılması ilə Azərbaycan Milli Şurası 1918-ci il mayın 28-də Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycanın istiqlaliyyətini elan etmiş, Azərbaycan Respublikasını yaratmışdır. Deyilənləri nəzərinizə çatdıraraq, zati-alinizdən bu barədə hökumətinizə xəbər vermənizi rica edirəm. Milli hökumətim müvəqqəti olaraq Yelizavetpol şəhərində yerləşir. İmza Xoyski, Azərbaycan Respublikası Nazirlər Şurasının sədri.
26 may 1918-ci ildən Nazirlər Şurasının sədri, eyni vaxtda daxili işlər naziri, (28 may — 17 iyun), xarici işlər naziri (26 dekabr 1918 – 14 mart 1919) olmuşdur. Sentyabrın 16-da Bakıya Qafqaz İslam Ordusunun hissələri daxil oldu. Növbəti gün Azərbaycan hökuməti.bu şəhərə köçdü. Bakyova görə, F. Xoyski sevinən müsəlmanları qarşılayaraq şəhərdə açıq avtomobildə gedirdi.[12] Hökumət üzvlərinin neftlə bağlı qanunsuz əməlləri ilə əlaqədar istefa verdi. Xoyskinin başçılıq etdiyi hökumət Türkiyənin iyun-iyul aylarında Qafqaz müsəlman rayonları işğalını və türk ordusunun 1918-ci ilin sentyabrında Bakını azad etməsini alqışlayırdı. Azərbaycan Parlamentinin (7 dekabr 1918 – 27 aprel 1920) üzvü. Xarici işlər naziri (24 dekabr 1919 – 1 aprel 1920). Zaqafqaziya respublikalarının nümayəndələri konfransında Azərbaycan nümayəndə heyətinin üzvü idi (25 aprel — 30 may 1919, Tiflis).
Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi[13], qatillər "Daşnaksütun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər,[14] onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir.[15][16] Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.
Dini etiqadına görə Fətəli xan Xoyski şiə müsəlmanı idi.[5] O, rus və Azərbaycan dillərini bilirdi. Lakin F. Xoyski Azərbaycan dilində çətinlik çəkərək danışırdı.[17] AXC dövründə F. Xoyskinin bəzi qohumları görkəmli dövlət və inzibati vəzifələri tuturdular. Böyük qardaşı Hüseynqulu-xan Xoyski bir müddət Gəncə qubernatorunun müavini idi. Kiçik qardaşı Rüstəm Xan Xoyski Fətəli xan Xoyskinin hökumətində himayədarlıq naziri olub.
O, daha sonra islamı qəbul edərək Ceyran xanım adını almış Yevqeniya Vasilevna ilə evli olmuşdur.[18]
Fətəli xan Xoyskinin üç uşağı olub: qızı Tamara (1902–1990) və iki oğlu Murad (1910–1973) və Ənvər (1914–1935).[19]
Qızı Tamara xanım Azərbaycan SSR Kp MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynova ərə getmişdir.[19] Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb.[19] Kiçik oğlu Ənvər Moskvada əməliyyat olunduqdan sonra diabet xəstəliyindən narkozdan sonra oyanmadı.[20]
наследственного главы курдского племени думбули и владетеля округа Хой