Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Con Popl
1998-ci ildə kimya üzrə Nobel mükafatçısı Con Popl 1925-ci ilin oktyabrın 31-də Böyük Britaniyada anadan olmuşdur. Özünün bütün dərəcələrini Kembric universitetində almışdır, o cümlədən 1951-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru dərəcəsini. Pensilvaniya ştatında (ABŞ) Karnegi Mellona universitetində 1964-1974-cü illərdə kimyəvi fizika üzrə Karnegi-prefessor və 1974-1991-ci illərdə təbiət elmləri üzrə Con-Kristian-Uorner-professor işləmişdir. 1991-ci ildən Şimali-Qərb universitetində işləmişdir. 2004-cü ilin martın 15-də vəfat etmişdir. Popl London Kral cəmiyyətinin üzvü, ABŞ-nin Milli elmlər akademiyasının xarici üzvü, Avstraliya elmlər akademiyasının müxbir üzvü olmuşdur. 1977-ci ildə Amerika kimya cəmiyyətinin Laynus Polinq mükafatına, 1988-ci ildə Kral cəmiyyətinin Devi medalına və 1992-ci ildə İsrailin Volf mükafatına layiq görülüb. İstvan Xarqitti 1995-ci ildə Evanstonda Poplun kabinetində müsahibə almış və onu “Kimya həmsöhbəti” (The Cemical Intelligencer. 1197, 3(3), 14-19) jurnalında çap etdirib.
Kim So Vol
== Haqqında == Kim Sowol (김소월) (7 sentyabr 1902 – 24 dekabr 1934) koreyalılar tərəfindən ən çox sevilən Koreya şairlərindəndir. Yapon müstəmləkəsi dövründə fəaliyyət göstərmiş bu şairin əsl adı Kim Jeongsikdir (김정식) və Kim Sowol əsərini dərc edərkən istifadə etdiyi təxəllüsdür. Kim Sowol 33 illik qısa bir ömür yaşasa da, o, bir xalq şairi kimi 150-yə yaxın şeir yazıb və bu gün də koreyalıların duyğularını özündə əks etdirən şeirləri ilə sevilib. == Həyat və fəaliyyəti == Şair Kim Sowol (김소월), 1902-ci ildə Şimali Pyonqan əyalətinin Qusonqqun, Seosanmyeon, Vanginri şəhərində Kim Seongdo və Jang Gyeongsukun ailəsində anadan olub. O, atasının məmləkəti Namdandong, Qwaksanmyeon, Jeongjugun, Şimali Pyonqan əyalətində (indiki Namdanri, Qwaksangun, Şimali Pyonqan vilayəti) böyüyüb. 1904-cü ildə onun atası Kim Seonqdo qohumunun evində at sürərkən, Çenju ilə Qvaksan arasında dəmiryolunu çəkən yapon çobanları yemək oğurlamaq üçün Kim Seonqdonu qaçırmağa çalışırlar. Xoşbəxtlikdən onun həyatı xilas edilir, lakin o, ağır hücumlardan sonra TSSB-dən əziyyət çəkməyə başladı. O, yeməkdən imtina etdi və ailəsi ilə danışmadan otaqda qalırdı. Sonra aclıqdan öldü. Gənc Kim Sowol atasına yazığı gəlirdi.
Scarchives Vol. 1
Bend Over and Pray the Lord — Lordi studiya albomu.
Black Sabbath Vol. 4
Black Sabbath Vol. 4 – İngilis heavy metal qrupu Black Sabbath-ın 1972-ci ildə çıxardığı dördüncü studiya albomu. Albom Böyük Britaniyanın albom siyahılarında 8-ci sıraya, Billboard 200 siyahılarında isə 13-cü sıraya qədər qalxdı. Qrup əvvəlcə albomu Snowblind adlandırmaq istəyirdi. Ancaq səsyazma şirkəti, eyniadlı trekin kokain ilə bağlı mahnı sözlərinin doğuracağı qalmaqaldan qorxdu. 2000-ci ildə Q jurnalı bütün dövrlərin 100 ən böyük albomu siyahısında Vol.4-ü, 60-cı yerə layiq gördü. == Albomun mahnıları == Wheels of Confusion/The Straightener — 7:57 Tomorrow’s Dream — 3:06 Changes — 4:41 FX — 1:39 Supernaut — 4:40 Snowblind — 5:25 Cornucopia — 3:49 Laguna Sunrise — 2:48 St.
Sexe, violence, Rap & flooze Vol.2
Sexe, Violence, Rap & Flooze Vol.2 - Busta Flexin 2008-ci ildə çıxan mahnı albomu.
Coul
Coul (C) (ing. Joule (J)) — fizikada enerjinin həcmi, istiliyin kəmiyyəti, görülən işin vahidi. 1 coul (C) - 1N qüvvənin qüvvə istiqamətində gedilən 1m yolda gördüyü işə deyilir. Elektrik sahəsində 1 coul (C) 1 volt (V) gərginliyin təsiri ilə 1 saniyə (s) müddətində dövrədə 1 amper (A) şiddəti olan cərəyanı davam etdirməyə sərf olunan işə deyilir. Coul enerji ölçü vahidi ingilis alimi Ceyms Preskott Coulun şərəfinə adlandırılıb. Ədədi qiymətcə 1C=kq*m^2/san^2 bərabərdir.
Dodl
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibəti ilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Gopu
Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər. Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir. Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.
Mepl
Mepl (fr. Mesples) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Yuryel kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03172. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 133 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 88 yaşda (15-64 yaş arasında) 59 nəfər iqtisadi fəal, 29 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67.0%, 1999-cu ildə 71.6%). 59 fəal şəxsdən 58 nəfər (35 kişi və 23 qadın) çalışdı, 1 qadın işsizdi. 29 hərəkətsiz 3 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 12 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Mopla
Mopla və ya Mapilla — Cənubi Hindistanda Mədrəs əyalətinin Malabar mahalında yaşayan malayali xalqının dini müsəlman olan icması. Mopla IX əsrdə yaranmışdır. Dini və inzibati mərkəzi Psani şəhəridir. Moplanın əsas dini təhsil müəssisəsi də buradadır. == İstinadlar == == Əlavə ədəbiyyat == Маппила // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Mopla // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия.
Opal
Opal — mineral, yarı-qiymətli daş. == Kimyəvi xassələri və görünüşü == Kimyəvi formulu SiO2 •nH2O şəklindədir.H2O miqdarı 1–9%, bəzən 34%-dək. Adi qatışıqları: Fe, Al, Mn sulu oksidləri, bəzən MgO, CaO və b. Aqreqatsızma, təbəqəli, məsaməli, torpaqvari, jelvak, plyonka şəklində, radiolariyanın skeletində, diatomeyaların zirehlərində və b. rast gəlinir. Rəngsiz, lakin müxtəlif xromoforlarla boyana bilər.Opal rəng və görünüşünə görə müxtəlif cür adlanır. Nəcib opal şəffaf olub opalessensiya edir. Alovu opal sarıdan qəhvəyi-qırmızı, şəffaf və parlaqdır. Donuq opal — südü-ağ. Yəşəmi opal — qırmızıdan qəhvəyiyədək.
Opel
Opel — Alman avtomobil şirkəti. 21 Yanvar 1862-də Adam Opel tərəfindən quruldu. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
POP3
POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3- cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur.Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir.POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür.Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər. == Seansın vəziyyəti == POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub: Avtorizasiya Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir. Tranzaksiya Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur. Yenilənmə Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır. == Protokolun komandaları == APOP [adı] [digest] Bu komanda serverə istifadəçinin adını və şifrəsini (digest) ötürür. Arqument [adı] — poçt ünvanının adını göstərən sətir. [digest] — MD5 alqoritmi ilə hesablanmış, istifadəçinin şifrəsi əlavə olunmuş müvəqqəti nişanın həş-yekunu.
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2
Moulin Rouge! Music from Baz Luhrmann's Film, Vol. 2 — Baz Luhrmannın Mulen Ruj! filminin musiqilərinin satışa çıxarıldığı ikinci albom. Albom 26 fevral 2002-ci ildə çıxarılmışdır. Albom bir il əvvəl çıxarılmış birinci albomun davamıdır. Lakin birinci albomdan fərqli olaraq bu alboma bəzi mahnıların orijinal film versiyası daxil edilmişdir.
Alfred Jodl
Alfred Yodl (alm. Alfred Josef Ferdinand Jodl‎; 10 may 1890[…], Vürtsburq, Bavariya – 16 oktyabr 1946[…]) — Alman Generaloberst. Üçüncü Reyxin hərbi xadimi.
Artemisia copa
Artemisia copa (lat. Artemisia copa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baba Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Babetta Koul
Babetta Koul (ing. Babetto Cole; 10 sentyabr 1949 və ya 10 sentyabr 1950, Cersi – 15 yanvar 2017, Devon qraflığı, Cənub-Qərbi İngiltərə[d]) — İngilis uşaq yazıçısı və illüstratorudu. == Həyatı və karyerası == Koul Kanal Adalarındakı Cersi şəhərində anadan olub. Kenterberi İncəsənət Kollecində (indiki Yaradıcı Sənətlər Universiteti) oxudu və birinci dərəcəli İncəsənət Bakalavr dərəcəsi aldı. Bagpuss (Oliver Postgate və Peter Firmin ilə işləmək) və BBC televiziyası üçün Jackanory kimi uşaq proqramlarında çalışmışdır. Koul Kanal Adalarındakı Cersi şəhərində anadan olub. Kenterberi İncəsənət Kollecində (indiki Yaradıcı Sənətlər Universiteti) oxudu və birinci dərəcəli İncəsənət Bakalavr dərəcəsi aldı. Bagpuss və BBC televiziyası üçün Jackanory kimi uşaq proqramlarında çalışmışdır. == Mükafatları == Koul Drop Dead mükafatını (Conatan Keyp, 1996) qazandı. Maschler Nəşrləri və Booktrustun əvvəlki mükafatı hər il bir İngilis "mətn və illüstrasiyaların hər birini digərini gücləndirən və tarazlaşdıran bir şəkildə birləşdirildiyi uşaqlar üçün təxəyyül əsəri" olaraq qiymətləndirilir.
Boil burnu
Boil burnu (bolq. нос Боил, ‘Nos Boil’ \'nos bo-'il\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənubda yerləşən burundur. Burun Retije buxtasından qərbdə yerləşmişdir.Burun şimal-şərqi Bolqarıstanda yerləşən Boil şəhərinin adını daşıyır. == Yerləşməsi == Vyu burnundan 6.45 km şimal-qərbdə, Teodolit təpəsindən 7.45 km cənub-şərqdə, Kamel nunataklarından 8.45 km cənubda, Qarvan burnundan 5.82 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir. == Xəritə == Trinity Peninsula. Arxivləşdirilib 2015-09-23 at the Wayback Machine Scale 1:250000 topographic map No. 5697. Institut für Angewandte Geodäsie and British Antarctic Survey, 1996. == Həmçinin bax == Antarktida Triniti yarımadası == İstinadlar == == Xarici keçidlər == SCAR Composite Antarctic Gazetteer.
Ceraldin Doyl
Ceraldin Hoff Doyl (31 iyul 1924-cü il — 26 dekabr 2010-cu il)
Co Boll
Cozef D. Boll (ing. Joe Ball; 7 yanvar 1896, Texas, San-Antonio – 24 sentyabr 1938, Texas, Elmendorf) — “Alliqator adam”, “Elmendorf qəssabı”, “Cənubi Texasın mavi saqqalı” olaraq adlandırılan amerikalı seriyalı qatil. O, iki nəfəri öldürməklə tanınır və 1930-cı illərdə 20-yə qədər qadını öldürdüyü deyilir. Onun varlığının çoxdan apokrif olduğuna inanılırdı, Texas folklorunda tanınmış bir fiqurdur. Onun ulu babası İllinoys ştatının Qallatin qraflığında tanınmış qanunsuz kölə alverçisi, adam oğrusu və qeyri-qanuni qul istehsalçısı Con Hart Krenşou idi. == Arxa plan == Birinci Dünya müharibəsi illərində Avropada cəbhə bölgələrində xidmət etdikdən sonra Boll ödəyə bilənlərə qeyri-qanuni içki sataraq spirtli içki alverçisi kimi iş fəaliyyətinə başladı. Qadağa bitdikdən sonra o, Texas ştatı, Elmendorf şəhərində “Sociable Inn” adlı bir bar açdı. O, konkret dəlil terminini səhv başa düşdüyünə görə, cəsədsiz bir cinayəti ittiham etməyin mümkünsüz olacağına inandığı üçün altı alliqatordan ibarət bir gölməçə qurdu. O, insanları xüsusilə qidalanma zamanı onlara baxmağa dəvət edirdi. Yemək əsasən canlı pişik və itlərdən ibarət idi.
Coel Filds
Coel Filds — amerikalı serial senaristi.
Con Boll
Con Boll (ing. John Ball; 20 avqust 1818[…], Dublin – 21 oktyabr 1889[…], Kensinqton) — İrlandiya botaniki. London Kral Cəmiyyətinin üzvü (1868).
Copli Medalı
Kopli medalı (ingiliscə Copley medal) — elm adamları üçün İngiltərədə yaranmış Royal Society tərəfindən verilən elmi mükafatdır. Bu mükafat həm Royal Society tərəfindən, həm də dünyada ən qədim medal kimi tanınır. Kopli medalı ilk dəfə 1731-ci ildə verilməyə başlanıb və bu günə qədər hər il bu davam etdirilir. Medal öz adını varlı bir torpaq sahibi və özü də Royal Society təşkilatının üzvü olan Godfrey Koplidən alıb. Medalın səthi gümüşdən olub 5000 sterlinlik pul mükafatı ilə verilir. Bu medalı qazanan elm adamları arasında Çarlz Darvin, Albert Eynşteyn və Léon Foucault və 52 Nobel mükafatı (17-si fizika,14-ü kimya,21-i fiziologiya və tibb üzrə) qazanmış Con Dezaguilers də var. Bu medalı qazanan yeganə qadın elm adamı 1976-cı ildə Doroti Hodkin olmuşdur.
D-moll
D-moll — 2018-ci ildə Monteneqroda qurulmuş musiqi qrupu. D-moll qrupu Monteneqronu İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.Onlar Monteneqronun RTCG telekanalının Avroviziya 2019 üçün təşkil etdiyi Montevizija adlı seçim turuna "Heaven" mahnısı ilə qatılmışdırlar. Nəticədə qrup digər rəqiblərini geridə qoyaraq seçim turunun qalibi olmuş və Monteneqronu Avroviziyada təmsil etmək hüququ əldə etmişdir.
Diş çöpü
Kürdan və ya Diş çöpü — Adətən bir yeməkdən sonra dişdən səpintinin aradan qaldırılması üçün istifadə edilən taxta, plastik, bambuk, metal, sümük və ya digər maddədən hazırlanan kiçik bir çubuq.
Edvin Holl
Edvin Herbert Holl (ing. Edwin Herbert Hall; 7 noyabr 1855[…] – 20 noyabr 1938[…], Kembric, Massaçusets) — amerikalı fizik; 1880-ci ildə C. Hopkins Universitetini bitirmiş və 1881–1921-ci illərdə Harvard Universitetində çalışmışdir. Əsas tədqiqat mövzuları: termoelektrik, metalların elektrik və istilikkeçirməsi, dəmirdə termomaqnit və elektromaqnit effektləri. O, 1879-cu ildə qalvanomaqnit hadisələri arasında ən vacib olan — maqnit sahəsində yerləşən, cərəyan axan keçiricidə maqnit sahəsinə və cərəyana perpendikulyar istiqamətdə elektrik sahəsinin yaranmasını kəşf edib.
Elyana Boal
Elyane Boal (d. 28 aprel 1998) — Kabo-Verdeni təmsil edən bədii gimnast. Elyana Boal 2016-cı ildə Kabo-Verdeni XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Elyane Boal 2016-cı ildə Kabo-Verde bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, fərdi yarışların təsnifat mərhələsində 38.640 xal topladı və sonuncu, 26-cı yeri tutaraq mübarizəni dayandırdı.