Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bigül
Bigül – Şəki rayonu ərazisində dağ. Yerli əhalinin məlumatına görə, toponim Birgül adının təhrif olunmuş formasıdır. Bi komponenti qədim abidələrin dilində "iti uclu, ülgüc" mənasında, gül komponenti isə türkdilli xalqların toponimiyasında qul variantında "yarğan, qaya" mənasında işlənir. Bu baxımdan oronim "iti uclu qaya" kimi izah oluna bilər.
Ağgül
Ağçiçək (lat. Leucojum) — zanbaqçiçəklilər sırasının nərgizçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Təbii yayılması == Leucojum L. - cinsinin adı yunanca "süd kimi ağ" sözündən yaranmışdır. Bu bitkinin 10 növü Avropa və Şimali Afrikanın mülayim iqlim rayonlarında yayılmışdır. Gülçülükdə onların 2 növündən geniş istifadə olunur. Yaz ağgülü (L. vernum) enli, parlaq yarpaqlı, tək-tək, ağ, uzunsaplaqlı çiçəkləri olan çoxillik bitkidir. Çiçəyinin forması zəngiçiçəyinə bənzəyir. Bu bitkidən 1420-ci ildən gülçülükdə istifadə edilir. Yay ağgülünün (L.aestivum L.) çiçək saplağındakı çiçəklərin sayı 2-7 ədəd olub, yarpaqlarının forma və quruluşuna görə fərqlənir. Ağgüldə hər il 1-2 bala soğanaq əmələ gəlir.
Liqula
Liqula — qayışa bənzədiyi üçün bəzən də onu "qayış" qurdu da adlandırırlar. Liqulanın bir əsas iki aralıq sahibi vardır. Əsas sahibi müxtəlif quş növləridir (qağayı). Aralıq sahibləri isə siklop və balıq növləridir. Uzunluğu bəzən 15–40 sm-ə qədər olur. Yumurta mərhələsindən sonra inkişafı su mühitində gedir. İnkişaf etdiyi balığın bədəni boş kimi olur ki, ona toxunduqda partlayır. Törətdiyi xəstəlik liqulyoz adlanır. Xəstəliyə qarşı mübarizə məqsədi olaraq liqulyoz olan balığın yaşadığı gölməçələr qurudulur və dizenfeksiya olunur.
Noğul
Noğul — Novruz bayramı süfrəsinin şirniyyat növlərindən biri. Sirkə cövhəri əlavə edilməklə bişirilən qatı şəkər şərbəti, keşniş toxumu ve düyü unundan hazırlanır. Forması yumru, səthi kələ-kötür, rəngi ağ, bəzən çəhrayı və sarı olur. Qedim zamanlardan el bayramları, məişət şənlikləri və digər mərasim məclislərinin ziyafət süfrələrində çərəz (xuşgəbar) kimi işlənmişdir. Tarixən yaranmış və ənənə halında zəmanəmizədək çatmış el adətinə görə xalq bayramları, xeyir işlərlə (nişan, toy və s.) əlaqədar çay destgahı, nişan və bayramlıq xonçası və s. tədbirlərdə noğuldan geniş istifadə edilir.
Requl
Requl α Şir bürcünün ən parlaq ulduzlardan biri olan Günəşdən təxminən 79 işıq ili uzaqlıqda olan Alpha LEONIS (α LEONIS, qısaldılmış Alpha Leo, a Leo) olaraq da adlandırılır. Regulus, iki cüt şəklində təşkil dörd ulduzdan ibarət olan misilli ulduz sistemidir. Requl A açıq-mavi əsas ulduzdan və digər komponenti birbaşa müşahidə etmək olmur, ancaq ağ cırtdan olduğu təxmin edilən spektroskopik qoşa ulduzdur. Daha uzaqda yerləşən Requl B, C və D ulduzları da baş ardıcıllıq ulduzlarıdı. Requl, "Aslanın Ürəyi" olaraq da bilinər. Α LEONIS (Alfa Leonis'e Latinceed) ulduzun Bayer adıdır. Ənənəvi adı Regulus "şahzadə" və ya "kiçik kral" kimi Latıncada qeydə alınır. Beynəlxalq Astronomiya Birlik 2016-cı ildə ulduzlar üçün uyğun adları kataloqlaşdırılması və Standartlaşdırma üçün Star Names (WGSN) üzərinə bir Əmək Qrupu təşkil etdi. WGSN'nin iyul 2016 ilk bülletenində, WGSN tərəfindən təsdiqlənən ilk iki ad siyahısı toplandı; Bu ulduz üçün Requl qeydə alındı. Bu anda IAU Ulduz Adlarının kataloquna daxil edilmişdir.
Rigel
Riqel ulduzu Beta Orion bürcünün ulduzu kimi təyin olunmuşdur, gecə səmasında 17-ci parlaq ulduzdur və eyni zamanda Orion bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 0.13-dür, parlaq ulduz Yerdən təxminən 863 işıq ili qədər uzaq məsafədədir. Ulduz əslində Yerdən 3 və ya 5 ulduzdan ibarət misilli ulduz sistemi kimi görünür, əsas ulduz Riqel A xüsüsiyyətlərini hesablamaq üçün istifadə olunan üsuldan asılı olaraq hər yerdə 120,000 −279,000 Günəş parlaqlığı dəfə parlaq olan mavi-ağ rəngli ifratnəhəng olduğu hesab edilir. Nüvəsindəki hidrogen tükənmişdi və 79–115 Günəş radiusuna kimi artır. Kvazi-perodikliyə pulsasiya edir və dəyişən Alfa Siqney ulduzuna təsnif edilir. Digər komponenti olan Riqel B-nin parlaqlığl Riqel A-dan 500 dəfə zəifdir və ancaq teleskop vasitəsilə görünür. Riqel B özünü spektroskopik qoşa sistem kimi aparır, 2 əsas ulduzdan spektral sinfi B9V olan kütləsi Günəş kütləsindən 3.9 və 2.9 dəfə böyük açıq mavi ulduzlardan ibarətdir. Riqel Bb özü də qoşa ulduz ola bilər. Riqel B demək olar ki, eyni görünüşdə olan Riqel C-nin çox yaxın qoşa ulduzu kimi görünür. Rigelin ənənəvi adı ilk olaraq 1252 alfonsini hesabatlarında (Alfonsine Tables) yazılmışdır.
Rizul
Rizul (fr. Risoul, oks. Risós) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. INSEE kodu — 05045. 2008-ci ildə əhalinin sayı 649 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 459 nəfər (15-64 yaş) arasında 338 nəfər iqtisadi fəal, 121 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.6%, 1999-cu ildə 71.3%). 338 aktiv adamdan 330 nəfəri (178 kişi və 152 qadın), 8 nəfəri işsizdir (4 kişi və 4 qadın). Fəal olmayan 121 nəfər arasında şagird və ya tələbə, 51 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Titul
Titul (lat. titulus — üz yazısı, fəxri ad) — kimlərinsə xüsusi xidmətlərinin qeyd edilməsi üçün ona irsən və ya özünə ömürlük verilən fəxri ad (məsələn, lord, knyaz, bəy və s.). Titullu şəxslər cəmiyyətdə xüsusi statusa və qeyd edilən nüfuza malik olurlar. Feodal dövründə meydana gəlib və geniş inkişaf edib. Titullar sistemi Böyük Britaniyada indiyə qədər qalmaqdadır. İmperator Sultan Kral Xəlifə Şah Maharaca Xan Çar Aşina Türk Qarapapaq Şadı Xan Bəy Hersoq Markiz Baron Qraf Boyar Vikont Kadzoku Prince of Wales is a title granted, following an investiture, to the eldest son of the Sovereign of the United Kingdom – he is not a monarch in his own right. Алексушин Г.В. Партикулярная Россия. Самара: Издательство Самарского юридического института, 2001. Шепелев Л.Е. Титулы, мундиры, ордена в Российской империи — М.: Наука, 1991.
Tiyul
Tiyul — orta əsrlərdə bəzi Şərq ölkələrində, o cümlədən Azərbaycanda, Türkiyədə, İranda və Orta Asiya ölkələrində mövcud olmuş torpaq sahibliyi. XVI-XIX əsrlərdə xüsusilə geniş yayılmışdır. Tiyul torpaqlarından toplanan məhsulun 1/5-1/10 hissəsi xəzinəyə ödənilirdi. Azərbaycan Rusiyanın müstəmləkəsinə çevrildikdən sonra, 1846-cı il fərmanı ilə tiyul torpaq sahibliyi irsi elan olunmuşdur. Səfəvilər dövründə inzibati-bürokratik aparatın saxlanılması və mükafatlandırılması sistemi çox mürəkkəb idi və bir sıra tərkib hissələri əsasında yaranırdı. Əksər hallarda xidmət adamlarının məvacibinin ödənilməsi müəyyən yerdən vergilərin hamısını, yaxud bir hissəsini almaq üçün verilmiş xüsusi sənədlər (bərat, həvalə) vasitəsilə həyata keçirilirdi. Bu mükafatlandırma forması Səfəvilər dövlətində geniş tətbiq edilirdi və tiyul adlanırdı. XVI əsrin ikinci yarısından etibarən tiyulun iki növünü ayırmağa başladılar: "Tiyul"un özü və "həme sale" (yəni "hər il", "bütün ili"), İlya Petruşevskiyə görə, "həme sale" dövlət qulluqçusuna "bütün illər üçün", yəni onu əldə edən şəxs qulluqdan getmirsə, əməli olaraq ömürlük verilən "məvacib" idi. "Həme sale" "yek saledən", yəni "birillik məvacibdən" fərqlənirdi.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Vergül
Vergül (,) – sözləri, birləşmələri və cümlələri sərhədləndirmək üçün işlədilən durğu işarəsidir. Vergül cümlənin həmcins üzvləri və sadalanan sözlər arasında (Məsələn: Nizaminin, Füzulinin, Vaqifin), tabeli və tabesiz mürəkkəb cümlələrin komponentləri arasında (Məsələn: gələn gəldi, gedən getdi), cümlələrdə əlavə və xüsusiləşmələri ayırmaq üçün (Məsələn: süfrəyə bal qoyuldu, əsl beçə balı), cümlə üzvləri ilə qrammatik cəhətdən bağlanmayan sözləri (ara sözü, xitab, nida, təsdiq, inkar sözləri) ayırmaq üçün (Məsələn: O, əlbəttə, mən Cəmili deyirəm hələ özünə gəlməyib) istifadə olunur. Durğu işarələrinin mətndə işlənməsi qaydalarından vergül işarəsini durğu işarələri arasında ən geniş istifadə olunan və ən lazımlı vasitələrdən biri kimi götürülən qrafik işarə sayılır. Vergül fransız sözü olub semantik mənası qol-budaq, hissə deməkdir. Vergül rəngarəng məqamlarda özünü göstərən və cümlə sərhədi ilə bağlı olmayan durğu işarəsidir. Qrammatika kitablarında eyni suala cavab verən, eyni bir cümlə üzvü ilə bağlı olan (eyni cümlə üzvünə aid olan) bərabərhüquqlu üzvlər həmcins üzvlər kimi səciyyələndirilir. Məsələn, Dağlar, dərələr, düzlər pambıq kimi qarla örtülmüşdür. Ehtiyac, aclıq, zülm qoymadı göz açam. Bu cümlələrdə həmcins mübtədalar arasında (dağlar, dərələr; ehtiyac, aclıq) vergül qoyulmuşdur. Biz də şirin söhbət edərdik, yeyərdik, danışardıq, gülərdik.
Vigna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Viqna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Çigil
Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir.
Şaqul
Şáqul – ipdən və ucuna bağlanmış yükdən ibarət olan qurğudur və düzgün vertikal vəziyyəti təyin etmək üçün bir vasitədir. Yerin cazibə qüvvəsinin təsiri altında ip daim eyni istiqamət alır. Şaquldan istifadə qədim Misirdə binaların tikintisində yarandığı ehtimal olunur. Üçüncü Sülalənin axır vaxtlarına aid şaqullar tapılmışdır. İngilis dilində plumb – lat. "plumbum", bu da həmin cihazın daşın yerinə qurquşunla əvəz olunması ilə izah edilir. Misirlilər E hərfinin xatırladan bir alət icad etmişdilər, E-nin yuxarı qırağından yükü, yəni şaqulu asırdılar. Aləti divara yaxın qoyaraq baxırdılar. əyər ip E-nin aşağı çıxıntısına dəyirdisə, deməli divar düz dayanıb, yəni tam vertikaldır, şaqulidir. Maraqlısı odur ki, bu faydalı alət çox güman ki əsrlər boyu unudulmuşdur və yenidən indiki zamanda qayıtdı.
Əlqul
Əlqul — Persey bürcünün β ulduzudur. Əlqul ulduzu ilk və ən yaxşı bilinən tutulan qoşa ulduzdur. β Persey üç ulduzlu sistemdir, Aa1, Aa2 və Ab ibarət olan böyük və əsas parlaq β Persey Aa1 ulduzu nizamlı olaraq zəif parlaqlı β Persey Aa2 ulduzu tərəfindən tutulur. Onun parlaqlığı periodik olaraq artıb azalır. Beləliklə, Əlqul ulduzunun ulduz ölçüsü adətən 2,1 ətrafında sabit qalır, ancaq təxminən 10 saat davam edən qismən tutulmalar zamanı hər 2,86 gündə (2 gun, 20 saat 49 dəqiqə) 3,4 qiymətinə enir. Əlqul ulduzu tutulan dəyişən ulduz sinfinə aid edilir və Əlqul dəyişənləri kimi tanınır. Əlqulun dəyişkənliyi İtalyan astronomu Geminiano Montanari tərəfindən 1667 ci ildə qeyd edildi, ancaq parlaqlıqdakı dəyişmələrin periodik təbiəti, bir əsrdən sonra, İngilis amatör astronom John Goodricke tərəfindən ulduzun dəyişənliyi qeydə alındı. 1783-cü ilin may ayında o, tapıntılarını Kral Cəmiyyətinə təqdim etdi və dövrü dəyişkənliyə ulduzun qarşısında keçən bir qaranlıq cisimin (və ya ulduzun dövrü olaraq Yer üzünə doğru döndüyü daha qaranlıq bir bölgəyə sahib olması) səbəb olduğu fikri irəli sürürdü. Bu məlumata görə Copley Medalına layiq görüldü. Yerin baxış nöqtəsindən Əlqul Aa1 və Əlqul Aa2 tutulan qoşa formasında görünür, çünki onların orbital müstəvisi Yerin baxış şüası istiqamətində yönəlir.
Jiquli
Jiquli — bu, 1970-ci ildən 2012-ci ilə qədər AvtoVAZ (VAZ) tərəfindən Rusiya və Sovet İttifaqında istehsal olunan avtomobillərin təyinatı idi. Təyinat Volqa çayının sahilindəki Jiquli dağlarının şərəfinə adlandırılıb. Məhsul ailəsinə VAZ-2101, VAZ-2102, VAZ-2103, VAZ-2104, VAZ-2105, VAZ-2106, VAZ-2107 (Lada Riva) daxildir. Bildirilir ki, Jiquli jiqolo sözü ilə səsləşir, ona görə də AvtoVAZ indi bütün bazarlarda universal olaraq "Lada" brendindən istifadə edir. Əksər ixrac bazarları üçün avtomobillər Lada markası altında satılırdı. Avtomobil Ukrayna və Misirdə də istehsal olunub. Misirdə bu modelin sonuncu avtomobili 2014-cü ildə istehsal edilib.
Vezul
Vezul (fr. Vesoul) — Fransanın şərqində yerləşən şəhər, Haute-Saône departamentinin və Franş-Konte regionun inzibati mərkəzi. Maşınqayırma, saat, tekstil və geyim sənayesi inkişaf etmişdir.
Siqal
Siqal (fr. Sigale) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 5,62 km², əhalisi — 205 nəfərdir (2006) artım tendensiyası ilə: 210 nəfər (2012), əhalinin sıxlığı 37,4 nəfər / km²-dir. 2011-ci ildə əhalinin sayı — 210 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 210 nəfər.
Sigil
Sigil və ya Sigilla (lat. sigillum - möhür sözündən) — magiya gücünə malik simvol (və ya bir neçə konkret simvol və ya həndəsi fiqurun kombinasiyası. Sigillər, ruh və ya demonların çağırılması, idarə edilməsi üçün maqlar, əlkimyaçılar və digər "orta əsr alimləri" tərəfindən aktiv istifadə olunurdu. Buna görə də, sigillər, adlar və magiya formulaları kimi, qrimuarlarda böyük rol oynayırdı. Ən məşhur sigillər, orta əsrlərə aid magiya və əlkimya kitablarında (əsasən demonologiyaya aid kitablarda) təqdim olunmuşdur: "Solomonun kiçik açarı", "Moiseyin, VI və VII kitablarının möhürləri", "Ağ və Qara Magiya sigilləri" və sair. Ən məşhur sigil Pentaqrammadır. Həmçinin, sigillər müxtəlif cəmiyyətlərin emblemi kimi də istifadə edilirdi.
Ergül Avcı
Ergül Avcı Əroğlu – türk qadın voleybolçu. Türkiyə milli voleybol komandasının blokçusudur. == Karyerası == Ergül Avcı karyerasına 2008-ci ildə Yaşılyurdda başlamışdır. Karyerası boyu Türkiyə Qadınlararası Voleybol Çempionatında fərli-fərqli komandalar da oynamışdır. Ən yaxşı günlərini isə VakıfBankda keçirimişdir. Bu komanda da CEV Qadınlar Çempionlar Liqasının da sahibi olmuşdur. 2009-cu ildən bəri çağrıldığı milli komandada debüt ilində Avropa liqasında gümüş medal qazanmışdır. 2013-cü ildə Aralıq dənizi oyunlarında iştirak edən Türkiyə voleybol yığmasının heyətində yer almışdır. Mersində keçirilən "Kiçik Olimpiya Oyunları"nda qazanılan gümüş medal Ergül üçün hələ ki, bu səviyyədə ən böyük nailliyyət idi.
Erigeron vagus
Erigeron vagus (lat. Erigeron vagus) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid bitki növü.
Euseius vignus
Euseius vignus (lat. Euseius vignus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Gigəl (Germi)
Gigəl (fars. گيگال‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (19 ailə).